Məhkəmə qərarları › İş №1(011)-205/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-205/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-205/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1954-cü il tarixdə İsmayıllı rayonu, Köhnə Daxar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “B" kateqoriyalı “AC 377040” nömrəli sürücülük vəsiqəsi əsasında özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olsa “Lexus GX460” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobili 17 avqust 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi ilə 30-40 km/saat sürətlə idarə edib Xocalı prospekti ilə kəsişdiyi yol ayrıcına daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü (2.5 “Dayanmada keçmək qadağandır” üstünlük yol nişanının) tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib sol tərəfdən Xocalı prospekti ilə 50-60 km/saat sürətlə yol ayrıcına daxil olan sürücü X1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq ehtiyatsızlıqdan Nərmin Əsədullayevaya sol said sümüklərinin qapalı yerdəyişmiş sınıqları və hər iki baldfr sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində özünə məxsus “Lexus GX 460” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobillə 30-40 km saat sürətlə Xətai rayonu, S.Senyuşkin küçəsi ilə Xocalı prospekti istiqamətinə hərəkət edərkən S.Senyuşkin küçəsi ilə Xocalı prospektinin kəsişməsinə çatanda qarşısında stop nişanı olduğunu görmüş, lakin sol tərəfdən avtomobil gəlib gəlmədiyini görmədiyinə görə dayanmadan hərəkətini düzünə davam etdirib yuxarıda göstərilən küçələrin kəsişməsinə daxil olub kəsişmənin orta hissəsinə çatanda sol tərəfdən onu “Hyundai Elantra” minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Zərbənin təsirindən avtomobili sol tərəfə sürüşüb yolun orta hissəsində dayanmış, digər avtomobil isə səkiyə keçib dayanmışdır. Özü və qarşı avtomobilin sürücüsü bədən xəsarəti almışlar. Toqquşmadan sonra Xətai RPİ-nin əməkdaşları hadisə yerinə gəlib araşdımaya başlamışlar. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini, törətdiyi əməli etiraf etdiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, onun ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində özünə məxsus, “Hyundai Elantra” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə 50-60 km saat sürətlə Xocalı prospekti ilə Y.Səfərov küçəsi istiqamətində hərəkət edib Xocalı prospekti ilə S.Senyuşkin küçəsinin kəsişməsinə daxil olarkən S.Senyuşkin küçəsindən Xocalı prospektinə daxil olan “Lexus GX 460” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dayanaraq idarə etdiyi avtomobilə yol verməli olduğu halda yol vermədən kəsişməyə daxil olması səbəbindən idarə etdiyi avtomobilin qabaq hissəsi qarşı avtomobilin sol tərəf arxa təkər hissəsinə çırpıldıqdan sonra idarəetməni itirdiyinə görə avtomobili səki üzərinə keçib dayanmışdır. Hadisə zamanı sol qolundan və hər iki ayaqlarından xəsarətlər almışdır. Tanımadığı şəxslərin köməkliyi ilə avtomobilindən yerə enmiş və tanımadığı şəxs idarə etdiyi markasına və dövlət qeydiyyat nişanına baxmadığı avtomobilə əyləşdirib müayinələrdən keçməsi üçün X6 və Ortopediya İnstitutuna aparmışdır. İnstitutda həkimlər sol qolunu müayinə edib said sümüklərinin qapalı sınığı olduğunu bildirib tibbi yardımlar göstərmişlər, eyni zamanda hər iki ayaqlarının baldır nahiyələrində sıyrıqlar olduğunu bildirib tibbi yardımlar göstərib evə göndərmişlər. Həmçinin o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ona məxsus, texniki cəhətdən saz olan “Hyundai Elantra” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti ilə Y.Səfərov küçəsi istiqamətində hərəkət edərək, Xocalı prospekti ilə S.Senyuşkin küçəsinin kəsişməsinə çatdıqda S.Senyuşkin küçəsindən Xocalı prospektinə daxil olan “Lexus GX 460” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dayanaraq tərəfindən idarə edilən avtomobil yol verməli olduğu halda hadisə yerində yol vermədən kəsişməyə daxil olması səbəbindən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində sol qolundan və hər iki ayağından xəsarət aldıqdan sonra tanımadığı şəxslərin yardımı nəticəsində X6 və Ortopedi institutuna gətirilmişdir. Həkimlər tərəfindən ilk tibbi müdaxilə edildikdən sonra sol qolun sağ sümüklərinin qapalı sınığı olduğu bildirilmiş və eyni zamanda hər iki ayağının baldır nahiyələrin sıyrıqların olduğu bildirildikdən sonra evə buraxılmışdır. Cinayət işinin ibtidai istintaq zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 917 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sol said sümüyünün qapalı yerdəyişmiş sınıqları və hər iki baldırın sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt (ağır/kiit) əşyalar təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi. Dərəcəsinə görə uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər zərərvurmaya aiddir. Bundan əlavə iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2874 nömrəli rəyindən görünür ki, “Lexus GX 460” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (25 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinin pozuntusu olmuş, yəni həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki olduğu halda buna əməl etməyərək Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az agır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan əlavə, ona məxsus olan nəqliyyat vasitəsinə vurulmuş zərərin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən nəqliyyat vasətiəsinin hadisədən əvvəlki saz vəziyyətinə gətirilməsi üçün 9120 (doqquz min yüz iyirmi manat) lazım olduğu qeyd edilmişdir. Həmçinin, hadisə baş verdiyi tarixdən etibarən bugünədək səhhətinə vurulmuş zərərin aradan qaldırılması üçün bütün xərclər tərəfindən qarşılanmışdır. Bu məbləğ isə təxminən 3000 (üç min) manata yaxın təşkil etmişdir. Bunlardan əlavə, qeyd edilən hadisə nəticəsində psixoloji sarsıntı keçirmiş, bu səbəbdən artıq nəqliyyat vasitəsini idarə etməkdən qorxur və çəkinir. Həmçinin səhhətinə vurulmuş zərərin həm fiziki, həm də mənəvi olaraq ağrılarını çəkməyə davam edir. Törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinə dəymiş maddi zərərlə yanaşı onun psixi və emosional sağlamlığı da ciddi şəkildə zədələnmiş, qəzanın şiddəti onda uzun müddət davam edən qorxu hissi yaratmışdır. Hadisədən sonra gecələr yuxusuz qalmış, kabuslar görmüş, səhərlər isə yorğun və enerjisiz oyanmışdır. Daimi stress və həyəcan onun iş qabiliyyətini və gündəlik sosial münasibətlərini mənfi yöndə dəyişdirmiş, kədər və ümidsizlik hissləri ilə yaşamağa məcbur etmişdir. Bütün bu psixoloji sarsıntılar və həyat keyfiyyətinin kəskin şəkildə azalması məhkəmədə mənəvi zərər kimi tanınmalı və hadisənin onda yaratdığı dərin sarsıntı və psixoloji pozuntuların əvəzi kimi 5000 (beş min) manat məbləğində mənəvi zərər ödənilməlidir. Bugünədək təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi və xəstəxana xərclərinin qarşılanması ilə bağlı heç bir hərəkət edilməmişdir. Beləliklə göstərilənlərə əsasən o, cinayət əməli nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 12120 (on iki min yüz iyirmi manat) və mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat məbləğində pul vəsaitinin, ümumilikdə isə 17120 (on yeddi min yüz iyirmi) manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 141,36 manat (yüz qırx bir manat otuz altı qəpik) dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 17 avqust 2024-cü il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ilə S.Senyuşkin küçəsinin kəsişməsinə baxış keçirilmiş, fotoşəkillər çəkilməklə və sxem tərtib olunmaqla protokola əlavə olunmuşdur (i.v. 6-9); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, “Lexus GX460” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin arxa sol tərəfinin zədələnməsi müəyyən edilmişdir (i.v. 10); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, “Hyundai Elantra” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön tərəfinin zədələnməsi müəyyən edilmişdir (i.v. 11); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 2/44559 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur (i.v. 12); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə 5 il müddətinə «B» kateqoriyalı AC 377040 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 15); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X10 22 avqust 2024-cü il tarixli, 917 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said sümüklərinin qapalı yerdəyişmiş sınıqları və hər iki baldırın sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 25-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X10 26 avqust 2024-cü il tarixli, 934 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs başbeyin silkələnməsi və başın alın-təpə nahiyəsinin zəif şişkinliyi halında əzilməsi müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 sentyabr 2024-cü il tarixli, 8/2446 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, “Lexus GX” markalı, 10TT450 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 «Dayanmadan keçmək qadağandır» üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhqiqat tərəfindən göstərilən təhlükə yaranan andan “Lexus GX” markalı 10TT450 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə real hadisə mexanizminə uyğun olmadığından toqquşma yerinin yolun hərəkət hissəsinin kənarlarına nəzərən koordinantları və toqquşmanın “Lexus GX” markalı 10TT450 dövlət qeydiyyat nişanlı avtomobilin konkret olaraq hansı hissəsi ilə baş verməsi təqdim edilmədiyindən “Hyundai Elantra” markalı 77NT280 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmamışdır (i.v. 30-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 8/2874 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, “Lexus GX” markalı, 10TT450 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 «Dayanmadan keçmək qadağandır» üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Hyundai Elantra” markalı, 77NT280 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınıması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur (i.v. 41-44); cinayət işinin icraata qəbul edilməsi haqqında 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 45); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 48-49); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 65); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 73-74); DVD-R diskdə olan videoyazı məlumatlarına baxış keçirilməsi haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan 01 ədəd “Video 2024-09-16at 16.01.35” fayl açıldıqda müəyyən olmuşdur ki, 10 saniyə müddət ərzində Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi ilə Xocalı prospektinin kəsişməsinin ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman S.Senyuşkin küçəsində hərəkətdə olan ağ rəngli, “Lexus GX 460” markalı avtomobil dayanmadan Xocalı prospektinə daxil olur, Xocalı prospektində hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobilin qabaq hissəsinin “Lexus GX 460” markalı avtomobilin sol yan hissəsinə çırpılması, zərbənin təsirindən sonuncu avtomobilin sağ tərəfə sürüşərək fırlanıb yolun işlək hissəsində dayanması, “Hyundai Elantra" markalı avtomobilin səki üzərinə keçib dayanması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “Lexus GX 460” markalı avtomobil onun tərəfindən idarə olunan avtomobildir, “Hyundai Elantra” markalı avtomobil isə Zərərçəkmiş şəxs tərəfindən idarə olunan avtomobildir (i.v. 92); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 93-94); sübutların qiymətləndirilməsi haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 917 saylı və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2874 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, “Lexus GX 460 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, yol-nəqliyyat hadisəsinin görüntüsünü özündə əks etdirən 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 97-101); Azərbaycan Tibb Universitetinin X8 tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs qeyri stabil stenokardiya və əlavə olaraq 2-ci mərhələli hipertoniya xəstəliyi diaqnozu qoyulmuşdur; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, onun ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, iş üzrə maddi sübut kimi tanınmış “Lexus GX 460 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınmalı, yol-nəqliyyat hadisəsinin görüntüsünü özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə verilmiş mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs mülki iddia ərizə ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 12120 (on iki min yüz iyirmi manat) və mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat məbləğində pul vəsaitinin, ümumilikdə isə 17120 (on yeddi min yüz iyirmi) manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 141,36 manat (yüz qırx bir manat otuz altı qəpik) dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li qərarının 74-cü bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verildiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1, 186, 321, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ciayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Lexus GX 460 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınsın, yol-nəqliyyat hadisəsinin görüntüsünü özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar