Məhkəmə qərarları › İş №1(011)-206/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-206/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-206/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə və onun müdafiəçisi «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evi, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, X8 küçəsi, ev 72 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:52-də AC 078264 seriyalı, “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə xx.xx.2022-ci il tarixli, 7R-11093 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota” markalı, “Prius” modelli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi ilə “Ağ şəhər” dairəsi istiqamətində yolun soldan birinci hərəkət zolağı ilə saatda 30-40 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin l hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş yəni, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmamış, piyada keçidinə daxil olmuş piyadaya yol verməmiş, nəticədə idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində yerləşən nizamlanmayan piyada keçidi vasitəsilə yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurub, ehtiyatsızlıqdan sonuncuya ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid-sol qamış və sol incik sümüklərinin qapalı sınıqları, sol qaşüstü nahiyədə əzilmiş səthi dəri yaraları xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Toyota” markalı, “Prius” modelli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtombil X2 məxsus olmuşdur. xx.xx.2024-cii il tarixdə təxminən saat 13 radələrində həmin avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi ilə “Ağ şəhər dairəsi” istiqamətində yolun soldan birinci hərəkət zolağı ilə saatda 30-40 km sürətlə hərəkətdə olan zaman ondan sağ zolaqda hərəkət edən avtomobil qəfildən dayanmışdır. Lakin həmin avtomobilin nə üçün saxladığını və piyada zolağının olduğunu görmədiyi üçün hərəkət etdiyi sürətlə yoluna davam etmişdir. Bu zaman piyada zolağının üzərində yolu sağdan sola doğru keçən, adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi piyadanı avtomobilin ön hissəsi ilə vurmuşdur. Hadisə zamanı avtomobili saxlamış və hadisə yerinə təcili yardım çağıraraq Zərərçəkmiş şəxs xəstəxanaya yola salmağa köməklik etmiş və sonra o, təcili tibbi yardım avtomobilinin ardınca X16 getmək istəmişdir. Lakin yolda olan zaman Zərərçəkmiş şəxs atası Ramil Mehdizadə oğlunu “X18" xəstəxanasına aparmışdır. O, hadisə zamanı avtomobilin yüksüz olduğunu, avtomobildə sərnişin olmadığını və avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu bildirmişdir. Hadisədən sonra barışıq əldə etmək üçün cəhd etmiş, həm dayısı, həm özü zərərçəkmiş şəxsin ailəsi ilə görüşmüş, lakin onlar buna razı olmamışlar. Hazırda əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində su almaq üçün oxuduğu liseyin yaxınlığında yerləşən marketə getmişdir. Təxminən saat 12:50 radələrində o, marketdən çıxaraq məktəbə qayıtmışdır. Məktəbə qayıdan zaman o, ünvan 2ndə yerləşən piyada keçidindən yolu keçməyə başlamışdır. O, yolu keçən zaman birinci və ikinci hərəkət zolağındakı avtomobillər dayanaraq ona yol vermişdirlər. O, yəni üçüncü zolaqda keçmək istəyərkən qara rəngli “Toyota” markalı, “Prius” modelli avtomobil sol tərəfindən onu vurmuşdur. O, zərbənin təsiri nəticəsində irəliyə doğru atılmış və yerə yıxılmışdır. Həmin vaxt avtomobildən kiminsə düşərək ona tərəf gəldiyini hiss etmişdir. Bundan sonra o, huşunu itirmişdir. Bir neçə dəqiqədən sonra o, özünə gəlmiş və kənardan keçən adını bilmədiyi yaşlı kişi ona yaxınlaşaraq köməlik etmişdir. O, özünə gələrək istifadəsində olan “İphone 11 Pro” markalı telefonla ***-***-**-** mobil nömrə vasitəsilə atasının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin vaxt təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və həkim briqadası ona ilkin tibbi yardım göstərmişdir. Onu vuran şəxs oradan çıxaraq getmişdir, təcili yardım avtomobili onu 1 saylı X16 aparmışdır. Avtomobil yolda olan zaman atası avtomobili dayandırmış və başqa təcili tibbi yardım vasitəsilə onu “X12 Hospital” xəstəxanasına gətirmişdir. O, həmin xəstəxanada sol ayağından əməliyyat olunmuşdur. Hadisə zamanı onun sol ayağı 2 yerdən sınmışdır. O, sonradan onu avtomobil ilə vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmədiyini, ona dəyən ziyanın ödənilmədiyini və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə məhkəməyə mülki iddia ərizəsi və ona əlavə vermiş, məhkəmə iclasında ərizədə yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, təqsirləndirilən şəxsə dəymiş zərəri birdəfəlik ödəməsini təklif etmiş, o isə həyat yoldaşının xəstə olmasını, özünün də işləmədiyini qeyd edərək birdəfəlik ödəmək imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, 2021-ci ildən “Kaspi” liseyində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. O, Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayından tanıyır. 2024-cü ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs təhsil aldığı 9A sinfinə sinif rəhbəri olaraq təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə ona zəng edərək Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində yerləşən piyada keçidi vasitəsilə yolu keçən zaman “Toyota” markalı, “Prius” modelli avtomobilin sonuncunu vurduğunu və halhazırda təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparıldığını bildirmiş və ondan hadisə yerinə yaxınlaşmağını xahiş etmişdir. O, dərhal həmin yerə yaxınlaşmışdır. O, hadisə yerinə çatdıqda təcili tibbi yardım avtomobili orada olmuşdur. Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə yerləşdirilmişdir. O da həmin avtomobilə əyləşmişdir. Yolda olan zaman həkimlər Zərərçəkmiş şəxs 1 saylı şəhər klinik xəstəxanasına aparıldığını bildirmişdir. O, bu barədə Yusifin atası Ramil Mehdizadəyə məlumat vermişdir. Ramil Zərərçəkmiş şəxs 1 saylı şəhər klinik xəstəxanasına aparılmasına etiraz etdiyini, “X12 Hospital” xəstəxanasından təcili tibbi yardım avtomobilinin göndərildiyini bildirmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində olan zaman “X12 Hospital” xəstəxanasının təcili tibbi yardım avtomobili gəlmiş və Zərərçəkmiş şəxs həmin avtomobilə köçürülmüş və həmin xəstəxanaya aparılmışdır. O, sonradan hadisə zamanı Yusif Mehdiyevin sol ayağının 2 yerdən sındığını, Yusif Mehdiyevin “X12 Hospital" xəstəxanasında əməliyyat olunduğunu öyrənmişdir. O, ifadəsində həmçinin hadisənin şahidi olmuş şəxslərdən heç kimi tanımadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 24 noyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-12); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 24 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Toyota” markalı, “Prius” modelli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin kapotunun əzildiyi, alın şüşəsinin sındığı, sol qanad hissəsində və sol qabaq qapının üzərində əziklərin olduğu müəyyən edilmiş və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 13-18); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/65144 nömrəli, 24 noyabr 2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 19); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AC 078264 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 22); nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X4 24 oktyabr 2022-ci il tarixdə “Toyota” markalı, “Prius” modelli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün 25 fevral 2025-ci il tarixədək etibarnamə vermişdir (i.v. 23); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 yanvar 2025-ci il tarixli, 8/3548 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzlıq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 36-39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 27 yanvar 2025-ci il tarixli, 48 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol qamış və sol incik sümüklərinin qapalı sınıqları və sol qaşüstü nahiyədə əzilmiş səthi dəri yaraları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin mübahisə zamanı yetirilməsi inandırıcı deyildir (i.v. 40-43); 17 fevral 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 45); 20 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında qərardan görünür ki, 01 ədəd DVD diskı baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, "DVD" diskdə 03 ədəd videogörüntü vardır. "T$5-116 1 (AĞ ŞƏHƏR)_-2024- 11-24_12h45min00s000ms" adlı videogörüntünün müddəti 14 dəqiqə, 57 saniyə, "T$5-116 2 (AĞ ŞƏHƏR)-2024-11- 24_12h45min00s000ms" adlı videogörüntünün müddəti 14 dəqiqə, 59 saniyə və "T$5-116 3 (AĞ ŞƏHƏR)-2024-11- 24_12h45min00s000ms" adlı videogörüntünün müddəti isə 14 dəqiqə, 59 saniyədir. "T$5-116 1 (AĞ ŞƏHƏR)_-2024-11-24_12h45min00s000ms" və "T$5-116 3 (AĞ ŞƏHƏR)-2024-11-24_12h45min00s000ms" adlı videogörüntülərin sol yuxarı tərəfində "XƏTAİ X.RÜSTƏMOV KÜÇƏSİ", sağ aşağı tərəfində isə tarix yəni, "24- 11-2024 və saat qeyd edilmişdir. Hər üç videogörüntüdə Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin xx.xx.2024-cü il tarixdə, saat 12:45-dən 13:00-dək olan videgörüntüləri qeydə alınmışdır. "T$5-116 2 (AĞ ŞƏHƏR)-2024-11- 24_12h45min00s000ms" adlı videogörüntüyə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən xüsusatlar aşkar edilmədi. Bundan sonra "T$5-116 1 (AĞ ŞƏHƏR)_-2024-11- 24 12h45min00s000ms" və "T$5-116 3 (AĞ 24_12h45min00s000ms" adlı videogörüntülərə baxış keçirildi. Baxış zamanı videogörüntülərin yeddinci dəqiqəsində yəni, xx.xx.2024-cü il tarixdə, saat 12:52-də nizamlanmayan piyada keçidi ilə yolu keçən piyadanı ikinci hərəkət zolağında olan zaman qara rəngli "Toyota", markalı "Prius" modelli avtomobilin vurması, həmin avtomobildən əynində polis əməkdaşının geyim forması olan şəxsin düşməsi müəyyən edildi. Saat 12:55-də hadisə yerinə 437 nömrəli xidməti atomobillə yol polisi əməkdaşları yaxınlaşdı. Saat 13:00-da hadisə yerinə təcilli tibbi yardım avtomobili yaxınlaşdı. Həm yol polisi əməkdaşları, həm də təcilli tibbi yardım avtomobili hadisə yerinə gələn zaman "Toyota", markalı "Prius" modelli avtomobilin sürücüsü orada idi. Bundan sonra videogörüntülər Təqsirləndirilən şəxs təqdim edildi. Təqsirləndirilən şəxs videogörüntüləri izlədikdən sonra bildirdi ki, hadisə törətmiş avtomobil onun idarə etdiyi "Toyota" markalı, "Prius" modelli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobili idarə edən, yəni hadisədən sonra avtomobildən düşmüş əynində polis əməkdaşının geyim forması olan şəxs odur. Onun vurduğu piyada isə Zərərçəkmiş şəxsdur (i.v. 50-51); 25 fevral 2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 54); nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2010-cu ildə anadan olmuş, atası Qanuni nümayəndə, anası X5r (i.v. 56-58); 25 fevral 2025-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmalı olan xx xxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 59-60); X1 Sistemindən alınmış 27 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 83); sübutların qiymətləndirilməsi haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı, “Prius” modelli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və sahibi Təqsirləndirilən şəxs geri qaytarılmış, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanmış, ekspert rəyləri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 94-102); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 104-105); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 123-124); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 127); X9 Mühafizə İdarəsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, sabiq manqa komandiri, polis baş serjantı X11 xx.xx.2013-cü il tarixdən DİO-da, xx.xx.2019-cu il tarixdən, xx.xx.2024-cü il tarixə kimi X9 Mühafizəsi İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Sabiq manqa komandiri, polis baş serjantı F.Sadıqov xidmət etdiyi müddət ərzində özünü bacarıqlı bir polis işçisi kimi göstərmişdir. Xidmətini Polisin Post - Patrul Xidməti Nizamnaməsinin tələblərinə uyğun qurmuş, mühafizə polisinin üzərinə düşən vəzifənin mahiyyətini dərk etmiş, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmişdir. Xidmətdə müsbət xarakterizə olunmuşdur (i.v. 133). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X7 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan qanuni nümayəndəsi ilə dəfələrlə barışıq əldə etməyə cəhd etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan X7 idarə etdiyi «Toyota Prius» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə mülki iddia ərizəi və ona əlavə təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs 8.760 (səkkiz min yeddi yüz altmış) manat vurulmuş maddi zərər, 4.000 (dörd min) manat mənəvi zərər, 500 (beş yüz) manat hüquqi yardım xərci, 130 (bir yüz otuz) manat dövlət rüsumu olmaqla olmaqla, ümumilikdə 13.390 (on üç min üç yüz doxsan) manat pulun alınaraq mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki iddiaçı iddianın təmin edilməsini, təqsirləndirilən şəxs (mülki cavabdeh) isə rədd edilməsini xahiş etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ziyan vurması nəticəsində sonuncu, səhhəti ilə bağlı xərc çəkmiş, əməliyyat olunmuş və müalicə almışdır. Bu hal iş materialları və işin faktiki halları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Məhkəmə mülki cavabdehdən tələb edilən zərərin məbləğinə münsibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin müdafiəçisi məhkəməyə çəkilmiş xərclərə dəlalət edən ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə istinad olunan sübutları iddianın maddi ziyana münasibətdə təmin edilməsi üçün kifayət hesab edərək iddianı bu hissədə təmin edilməsi qənaətinə gəlmişdir. Odur ki, çəkilmiş xərclərin əvəzi olaraq 8.760 (səkkiz min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə xeyrinə ödənilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat pulun Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə xeyrinə tutulmasına münasibətdə hesab edir ki, hazırkı yol-nəqliyyat hadisəsi Zərərçəkmiş şəxs şüurunda mənfi emosiya və təsirlər yaratmışdır. İşin digər halları nəzərə alınmaqla iddia tələbi bu hissədə təmin edilməli və mənəvi zərərin əvəzi olaraq 4.000 manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə xeyrinə ödənilməlidir. Məhkəmə mülki iddianın 500 (beş yüz) manat hüquqi yardım xərcinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulmasına münasibətdə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, hüquqi xidmətin əvəzi olaraq De Fendo Vəkil bürosunun hesabına 500 manat vəsait ödənilmişdir. Odur ki, həmin vəsait də təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə xeyrinə ödənilməlidir. Məhkəmə mülki iddianın 130 (bir yüz otuz) manat dövlət rüsumunun alınmasına münasibətdə qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, Qanuni nümayəndə 130 manat dövlət rüsumu ödəməklə xərc çəkdiyindən həmin vəsait də təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Ayar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ayar oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ayar oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istintaq zamanı sahibinə geri verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə mülki iddiası təmin edilsin, maddi zərərin əvəzi olaraq 8.760 (səkkiz min yeddi yüz altmış) manat, mənəvi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat, hüquqi yardım xərci olaraq 500 (beş yüz) manat və 130 (bir yüz otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 13.390 (on üç min üç yüz doxsan) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Ayar oğlundan alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə xeyrinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs Ayar oğlundan tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Ayar oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar