Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-207/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxx 2019-cu il tarixdə saat 07:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 saylı ünvanda yerləşən evdə heç kəsin yaşamamasından istifadə edərək mənzilin giriş qapısını açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədədinin dəyəri 200 manat olan 1000 manat dəyərində 05 ədəd mis somavarları, bir ədəd 20 manat dəyərində lobziki, bir ədəd 30 manat dəyərində dreli və bir ədəd 50 manat dəyərində prefaratoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1100 (min yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Ədliyyə Nazirliyinin PX-nin 12 saylı CÇM-də cəza çəkir. Bundan əvvəl isə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadıqdan məhrum edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə Qanuna edilmiş dəyişikliyə əsasən CM-nin 177.1-ci hissəsi ilə verilmiş ittiham əvvəlki hökmdən xaric edilmiş və CM-nin 234.4.3-cü maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadıqdan məhrum olunmuşdur. Daha sonra Nizami rayon məhkəməsinin 7(007)-1423/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 16 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məntəqədə cəza çəkdiyi dövrdə bu və digər oğurluq hadisəsin törətmişdir. Digər oğurluğa görə qəti azadlıqdan məhtum etmə cəzasına məhkum edilmiş və hazıda həmin cəzanı çəkir. Zərərçəkmiş şəxs və Şahid1 qardaşdırlar və eyni zamanda qohumlarıdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Zərərçəkmiş şəxs məxsus olan ünvan 3 ünvanında yaşayış olmaması barədə məlumat olunmuş və sonuncunun evinə nəzarət olunmasını qardaşı Şahid1 tapşırmasını bilmişdir. Şahid1 tam orta məktəbdə gözətçi işləmiş və gecələri işi ilə əlaqədar olaraq məktəbdə qalmışdır. Raufun evdə olmadığını və qardaşının evinin nəzarətsiz qaldığını bilərək xx xxx 2019-cu il tarixdə saat 07.30 radələrində Bakı şəhəri 3-cü Əhmədli küçəsinə gəlmiş və Zərərçəkmiş şəxs hasarında həyətinə boylanıb evdə heç kimin olmadığını və eyni zamanda kənar şəxslərin onu görmədiyini dəqiqləşdirdikdən sonra küçənin qapısından evin həyətinə girmişdir. Həyətin içərisində olan evin qapısının açıq olduğunu görüb içəri daxil olmuş, evin içərisində bir neçə ədəd somavar və bir neçə ədəd məişət avadanlıqları olmasını görmüşdür. Həmin əmlakları götürmək üçün evin həyətindəki parçadan olan kisələri götürüb somavarları və məişət avadanlıqlarını iki və ya üç ədəd kisələrin içərisinə qoyub, götürərək hasardan küçəyə çıxarmışdır. Kisələri götürüb küçənin kənarında bir yerə qoyub yaxınlıqda olan mağazaya getmişdir ki, siqaret alsın. Siqareti alıb qayıdanda görmüşdür ki, Şahid1 kisələrin yanında dayanıb kisələri aparmaq istəyir. Raufa yaxınlaşaraq salamlaşıb ona somavarı hara aparmasını söyləyib yalandan həmin kisələrin içərsində olan somavarların və məişət avadanlıqlarının özünə məxsus olduğunu bildirmişdir. Həmçinin Raufa yalandan somavarları mərasimə aparmasını demişdir. Bundan sonra Rauf heçnə deməyərək yolunu davam etmiş və sonuncunun getməsini gördükdən sonra kisələri götürüb bir qədər oradan uzaqlaşaraq kisələri küçənin kənarında bir yerdə qoyaraq əsas yola taksi gətirməyə getmişdir. Taksi saxlayaraq avtomobillə birlikdə kisələri saxladığı yerə gəlib kisələri taksinin yük yerinə yerləşdirib metal qəbulunun alışı olan məntəqəyə gətirmişdir. Taksinin yük yerindən kisələri yerə qoyub metal qəbulu məntəqəsinə yaxınlaşarq satmağını demiş, lakin metal qəbulunda gətirdiyi əşyaları almaq üçün şəxsiyyət vəsiqəsini tələb etmişlər, ancaq şəxsiyyət vəsiqəsi olmadığından həmin əşyaları sata bilməmişdir. Bundan sonra kisələri yenidən taksinin yük hissəsinə qoyaraq digər metal qəbulu məntəqəsinə getmiş və orada metal qəbulu məntəqəsinin bağlı olduğunu görmüşdür. Taksi gözləyə bilmədiyi üçün taksi sürcüsünün yol xərci 5 manat pulunu verib yola salmışdır. Bir neçə dəqiqə gözlədikdən sonra ailə üzvləri zəng edərək Zərərçəkmiş şəxs evindən oğurluq etməsini bildiklərini deyərək iradlarını bildirmişlər. Həmçinin oğurladığı əşyaları təcili olaraq qaytarmasını tələb etmişlər. Həmin ünvanda başqa bir taksi saxlayaraq Arifin evindən oğurladığı əşyaları taksinin yük hissəsinə qoyaraq Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gətirmişdir. Orada kisələri taksinin yük yerindən götürüb Arifin evinin qarşına qoymuşdur. Bundan sonra evin qapısını döyərək oradan uzaqlaşıb kənarda gizlənmişdir. Arif çölə çıxaraq həmin kisələri götürüb içəri aparmışdır. Bundan sonra isə oradan uzaqlaşmışdır. Sonradan isə oğurluq etdiyi üçün həbs olunmuş və cəza almışdır. Daha sonra göstərmişdir ki, baş vermiş həmin hadisəni özü könüllü olaraq tək törətmiş və həmin hadisəni törətməyə başqa heç kim kömək etməmişdir. Hadisəni törətdikdən əvvəl və sonra bu barədə heç kimə məlumat verməmişdir. Arifin evindən 05 ədəd somavar, bir ədəd lobzik, bir ədəd prefarator və bir ədəd dreli oğurlamışdır. Həmin evdən və yaxud həyətindən başqa heç bir əşya oğurlamamışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 11 saylı ünvanda yerləşən ev ona məxsusdur. Lakin evində bir neçə ilə yaxındır təmir işləri aparmış və ona görə də müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi, 15 saylı ünvanda yerləşən evdə yaşamışdır. Şahid1 qardaşıdır və yaşadığı evin qonşuluğunda yaşayır və sonuncuya yaxın olduğu üçün tapşırmışdır ki, evə nəzarət etsin. Ona görədə qardaşı Rauf evə nəzarət etmişdir. xx.xx.2019-cu il tarixdə qardaşı Şahid1 zəng edərək demişdir ki, təmir işləri aparılan evinə daxil olunaraq evindən oğurluq olmuşdur. Rauf telefonla danışa-danışa evdə olan əşyaları yoxlamış, həmin vaxt onlar birlikdə aşkar etmişlər ki, evdən 05 ədəd somavar, bir ədəd lobzik, bir ədəd drel və bir ədəd prefarator oğurlanmışdır. Həmin vaxt işləri olduğu üçün qardaşından xahiş etmişdir ki, bu barədə polisə müraciət etsin. Qardaşı da heç bir etiraz etməmişdir və narahat olmamasını bildirmişdir. Həmin günü işlərini qutarıb qardaşının evinə getmiş, evə çatdıqda qardaşı Raufla söhbət zamanı bildirmişdir ki, “işdən evə gələrkən evimin yaxınlığında 3 ədəd içərisi dolu olan kisə gördüm, kisənin içərisinə baxdıqda somavar və digər avadanlıqlarının olduğunu gördüm, somavarın kimə məxsus olmasını dəqiqləşdirmək istədim, lakin yaxınlıqda və ətrafda heç kimin olmadığını gördüm, əşyaların sahibsiz olmasını fikirləşdim və yaşadığım evə gətirməyə başladım, yolla gələn zaman Nazim adlı şəxs mənə yaxınlaşıb kisələri ona məxsus olmasını bildirdi və mən də ona verdim”. Bundan sonra evinə getmiş və evə gəldikdə həqiqətən də qeyd etdiyi əşyaların evdən oğurlanmasını görmüşdür. Evdə olan digər əşyalar yerində olmuş, yalnız beş ədəd somavar, bir ədəd lobzik, bir ədəd prefarator və bir ədəd drel yerində olmamışdır. Sonradan Təqsirləndirilən şəxs qardaşı İsmayıl və digər qardaşları yaxınlaşaraq polisə verilmiş şikayəti geri götürülməsini xahiş etmişlər. Nazimin oğurladığı somavarları və məişət avadanlıqlarını qaytarılacağına söz vermişlər. Həmin gün qardaşı Rauf demişdir ki, evdən oğurlanmış əşyaları kimsə gətirib evin qabağına qoymuşdur. Gedib əşyaları götürüb öz yaşadığı evə gətirmişdir. Somavarların hər biri ayrı-ayrılıqda bir ədədinin dəyəri 200 manat, 05 ədədi isə 1000 manat olmuşdur. Oğurlanan somavarların və digər əşyaların hamısını maddi vəziyyəti ilə əlaqədar olaraq Sabunçu bazarında tanımadığı şəxsə satmışdır. Bir ədəd dreli 30 manata, bir ədəd lobziki 20 manata və bir ədəd prefaratoru isə 50 manata almışdır. Baş vermiş hadisə ilə əlaqədar ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Oğurlanan əşyalarının hamısı özünə məxsusdur və həmin əşyalar Nazim tərəfindən qaytarılmışdır. Daha sonra ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayətçi olmadığını qeyd edərək Təqsirləndirilən şəxs cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur və sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı CÇM-də cəza çəkir. xx xxx 2019-cu il tarixdə öyrənmişlər ki, qonşu küçədə yaşayan və uzaq qohum olan Zərərçəkmiş şəxs, onun qardaşı Şahid1 həyətlərindən somavarların və məişət avadanlıqlarının oğurlanması barədə polisə məlumat vermişlər. Eyni zamanda oğurluq edən şəxs əmisi oğlu Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Sonradan əmisi oğlu Natiq və əmisi Alamat bildirmişlər ki, Nazimin Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaları Nazim aparıb qaytarmışdır. Nazim özü gizlənərək Zərərçəkmiş şəxs qarşısına çıxmaq istəməmiş, belə ki, Nazimin evdən oğurluq etməsini hamı bilmişdir. Həmin günü özü Nazimin yaşadığı evə gəlmiş və Nazimin üzünə qarşı ayıb olsun deyərək bu çirkin əməlindən əl çəkməsini söyləmiş və öz iradını bildirmişdir. Bundan başqa heç bir məlumatı olmamışdır. Nazimdən oğurluq barəsində heç nə soruşmamış, lakin onun özü yalnız demişdir ki, Arifin evindən oğurluq etmişdir. Başqa heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2009-cu ildən bu günə kimi etibarnamə ilə idarə etdiyi VAZ 21043 minik markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Daimi olaraq Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində dayanaraq müştərilərin sifarişlərini gözləmişdir. 2019-cu ilin may ayının dəqiq xatırlamadığı tarixdə idarə etdiyi Vaz 21043 minik markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti olaraq Bakı şəhəri Xətai rayonu Qaçaq Nəbi küçəsinin yaxınlığında hərəkətdə olarkən tanımadığı şəxs işarə edərək saxlatmışdır. Həmin müştəri onu Kənd Əhmədli qəsəbəsinə aparmasını xahiş etmiş və yol haqqı olaraq 5 manat verəcəyini demişdir. Həmin müştəri ilə razılaşdıqdan sonra müştəri yaxınlıqdan olan “Əlvan Metal” qəbulu məntəqəsinin qarşısında yerə qoyduğu iki ədəd dolu kisələri avtomobilinin yük hissəsinə qoymuşdur. Sonra həmin sərnişini deyilən ünvana, yəni Kənd Əhmədliyə gətirmiş və orada avtomobilin yük hissəsindən iki ədəd kisələrdə olan yükləri götürüb yerə qoyanda, kisələrin birində somavarlar olmasını görmüşdür. Həmin şəxs iki ədəd kisələri küçədə yerləşən evlərin birinin qarşısına qoyduqdan sonra sərnişini Kənd Əhmədlidə olan binaların yaxınlığında düşürdüb çıxaraq öz yolumu davam etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbin gözətçisi işləyir. Zərərçəkmiş şəxs qardaşıdır və qonşudurlar. O, hal-hazırda evində yaşasa da, lakin qardaşı Arif bir neçə ildir maddi vəziyyəti ilə əlaqədar olaraq evini təmir etdirmiş, məhz bu səbəbdən evində yaşamadığı üçün evinə nəzarət etməsini tapşırmışdır. xx xxx 2019-cu il tarixdə səhər saatlarında işdən çıxıb evə gedərkən küçədə yolun kənarında bir neçə ədəd kisə olmasını görmüşdür. Kisələrə nəzər yetirərkən içərisində samavarlar olmasını görmüşdür. Digər kisəsinin isə içərisində zibil olmasını zənn edib götürməmiş və içərisinə baxmamışdır. Həmin kisələrin sahibsiz olmasını fikirləşmiş və buna aydınlıq gətirmək istəmişdir. Bu səbəbdən də olduğu yerə ən yaxın olan evə getmişdir. Evin qapısını döyüb ev sahibini səsləmişdir. Lakin evdən heç kəs çıxmamışdır. Həmin somavarlara baxarkən onların qardaşının evində olan somavarlara oxşatmışdır. Həmin vaxt ətrafda heç kimin olmadığını görüb somavarların sahibsiz olmağını fikirləşərək evə aparmaq qərarına gəlmişdir. Belə ki, kimlərinsə somavarları soruşacağı halda onda olması barədə deyəcəyini fikirləşmişdir. Somavarları əli ilə apararkən qonuşuluqda yaşayan Təqsirləndirilən şəxs özünə yaxınlaşaraq kisələrin, içərsində olan samavarlarm və məişət əşyalarının ona məxsus olmasını bildirmişdir. Nazimə demişdir ki, küçədən sahibsiz olduğunda görə somavarları götürmüşdür. Nazim taksi arxasınca getməsini və somavarları yaxınlıqda olan marasimə apardığını bildirmişdir. Nazimə inanaraq somavarları onun özünə qaytarmış və evinə gəlmişdir. Bir qədər evdə oturduqdan sonra Nazimin göstərdiyi somavarların qardaşı Arifin evində olan somavarlara oxşamasını fikirləşmiş və evdən çıxaraq Arifin həyətinə gəlmişdir. Evə gəldikdə otaqda olan əşyaları yoxlamış, həmin vaxt evdə olan somavarların və digər əşyaların olmadığını görmüşdür. Artıq evə kiminsə daxil olduğunu başa düşmüşdür. Belə ki, otaqdan beş ədəd somavarlar, bir ədəd prefarator, bir ədəd lobzik və bir ədəd drel yerində olmamışdır. Həmin vaxt əşyaların Nazim tərəfindən oğurlanmasını başa düşmüşdür. Belə ki, küçədə götürdüyü kisənin içərisində olan somavarlar qardaşına məxsus somavarlar olmuşdur. Digər kisənin içrisinə baxmasa da zənn etmişdir ki, həmin kisənin içərisində bir ədəd prefarator, bir ədəd lobzik və bir ədəd drel vardır. Küçəyə çıxıb baxsa da Nazimi tapa bilməmiş, artıq həmin vaxt Nazimi görməyindən bir qədər vaxt keçdiyi üçün sonuncu artıq çıxıb getmişdir. Sonra yaşadığı mənzilə qayıtmışdır. Bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı mənzilə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları ilə birlikdə oğurluq olan qardaşının evinə getmişdir. Polis əməkdaşları mənzilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Həmin günü qardaşı ilə mobil telefonla danışmış və həmin əşyaların özümə məxsus olmasını bildirməklə ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Faktiki olaraq oğurlanan həmin əşyalar qardaşına məxsusdur. Polis əməkdaşları getdikdən sonra evdə olarkən yaşadığı evin qapısı döyülmüşdür. Küçəyə çıxdıqda heç kəsin olmadığını, lakin evin qarşısında bir qədər aralıda bir neçə ədəd kisələr qoyulmasını görmüşdür. Həmin kisələrin içərisinə baxdıqda somavarlar, lobzik, prefarator və drel olmasını görmüşdür. Həmin əşyalar qardaşının evindən oğurlanan əşyalar olduğu üçün götürüb öz yaşadığı evə gətirmişdir. Hadisənin yuxarıda şərh olunan halları məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 və Şahid5 ifadələri ilə bir daha təsdiq olunmuşdur. Onlar istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, xx xxx 2019-cu il tarixdə saat 07:30 radələrində ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinin daş hasarından evə daxil olaraq oradan bir ədəd lobzik, bir ədəd drel, bir ədəd prefarator və 05 ədəd samovarları oğurladığını deyərək hadisə yerini göstərərək, sonra cinayət yolu ilə ələ keçirdiyi əşyaları satmaq istədiyi məntəqəni göstərdi, həmin məntəqənin Xətai rayonu B.Süleymanov küçəsində yerləşməsi müəyyən edilmiş və məntəqədə Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi əmlakları satmaq istədiyi şəxsi göstərmiş, həmin şəxs özünü Şahid5 kimi təqdim edərək Təqsirləndirilən şəxs dediklərini təsdiq etdi və onu tanıdığını bildirdi. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Qanuna edilmiş dəyişikliyə əsasən xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən Azərbaycan Respublikası CMnin 177.1 və 66.3-cü maddələrinə dair müdəalar xaric edilmiş və onun üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 16 gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. (Bu epizoda qədər Məhkumluğu ödənilməmişdir). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərarı üzrə çəkilməmiş qalan 01 ay 22 gün hissəsi ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindən çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır, hal-hazırda cəza çəkir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi səmimi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını və ziyanın tam ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə nisbətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, residiv nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixindən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırda istintaq təcridxanasında cəza çəkdiyi səbəbindən barəsində qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasıtəyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda istintaq təcridxanasında cəza çəkdiyi səbəbindən barəsində qətimkan tədbiri seçilməsinə zərurət yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-207/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-207/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver