Məhkəmə qərarları › İş №1(011)-207/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-207/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-207/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi İlqar oğlunun, Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1957-ci ildə Qazax rayonunun, Sadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, “xxxx” MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun, Sadıxlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtobus idarə edərkən yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:25-də etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “xxxx” MMC-yə məxsus “İveco URBANWAY” avtobus markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 50/km saat sürətlə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində "Ukrayna" dairəsindən üzü “H.Aslanov” metrostansiyası istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək həmin yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtobusun qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona hər iki ağ ciyərin kontuzyası və hemotoraksı ilə müşaiyət olunan sağda Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı yerdəyişən sınıqları, dayaq-hərəkət funksiyasının məhdudluğu, ağrı simptomu və sol bud-çanaq oynağın artozu ilə qeyd olunan sol budçanaq oynağın sirkə kasasının damının bitişmiş sınığı, alnında üzündə və burun nahiyyələrində sıyırıntılar ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-də sürücü işləyir. O, “xxxx” MMC-yə məxsus “İveco URBANWAY” avtobus markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində, marşrut üzrə hərəkət edib Xətai rayonu, Ukrayna dairəsindən M.Hadi küçəsi ilə üzü “H.Aslanov” metrosu stiqamətində hərəkət etmək istəyərkən, qarşı tərəfdən bir nəfərin yolu keçmək istədiyini görmüşdür. Hansı ki, həmin şəxsdən bir qədər qarşı tərəfdə piyada keçidi olsa da, oradan istifadə etməmiş, yolun hərəkət hissəsinə çıxaraq yolu keçməyə başlamış bu zaman o, həmin şəxsi ehtiyyatsızlıqdan vurub xəsarət yetirmişdir. Hadisədən sonra o, avtomobili saxlamış və xəsarət alan, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsə yardım göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs hadisə yerinə gələn təcili tibbi yardım avtomobilinə yerləşdirmiş və Sabunçu xəstəxanasına aparılmışdır. O, hadisə vaxtı avtobusu idarə edərkən spirtli içki və ya bihuşedici maddə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə, onun etibarnamə üzrə nümayəndəsi ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, yaşlı olduğunu nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, onun etibarnamə üzrə nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Möhsum oğlu onun atasıdır. xx xxxxxx 2020-ci il tarixdə atası Zərərçəkmiş şəxs Xətai rayonu M.Hadi küçəsində yoldan keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “xxxx“ MMC-ə məxsus “İveco URBANWAY” markalı avtobus tərəfindən vurulmuşdur. Nəticədə atası Asif Möhsümov çanaq sümüyünün və qabırğaların sınığı xəsarətləri almışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs onlara 1.800 manat pul vermişdir. Atasının xəstəxana xərcləri 3.000 manatdan çox olmuşdur. Hazırda Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs qaşı heç bir şikayət, tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayətinin, tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində M.Hadi küçəsində yolu keçmək istəyərkən, 11 saylı marşrut üzrə hərəkət edən “xxxx” MMC-ə məxsus “İveco URBANWAY” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobus onu vurub xəsarət yetirmişdir. Qəza zamanı o, aldığı xəsarətlərin təsirindən huşunu itirmiş, ayılanda xəstəxanada olduğunu görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, onun bədənində çoxsaylı sınıq xəsarətləri vardır. Cinayət işinin 13-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxxx 2020-ci il tarixində verilmiş AC seriyalı 757042 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BCD» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx xxxxxxx 2027-ci il tarixinədək etibarlıdır. Cinayət işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN DDYPİ QİŞ tərəfindən xx xxxxxxxx 2015-ci il tarixində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2015, “İveco URBANWAY” markalı, qırmızı qara rəngli, ban nömrəsi VNE4326M60M000859, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi “xxxx” MMC-dir. Cinayət işinin 16-cı vərəqəsində olan “xxxx” MMC tərəfindən verilmiş ********* nömrəli yol vərəqəsinin surətindən görünür ki, ** JX *** dövlət qeydiyyat nişanlı avtobus Təqsirləndirilən şəxs təhkim edilmişdir. Cinayət işinin 24-28-ci vərəqələrində olan Azərbaycan Respublikası “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 639 saylı məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası rəyindən görünür ki, “İveco URBANWAY” ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X6 xx xxxxxx 2021-ci il tarixli, 119 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – hər iki ağ ciyərin kontuzyası və hemotoraksı ilə müşaiyət olunan sağda Vİ-Yİİ-Vİİİ-İX qabırğaların qapalı yerdəyişən sınıqları, dayaq-hərəkət funksiyasının məhdudluğu, ağrı simptomu və sol bud-çanaq oynağın artozu ilə qeyd olunan sol bud-çanaq oynağın sirkə kasasının damının bitişmiş sınığı, alnında üzündə və burun nahiyyələrində sıyırmtılar ilə müşaiyət olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 85-89-cu vərəqələrində olan xx xxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, oğluna məxsus buraxılış ili 2015, “İveco URBANWAY” markalı, qırmızı qara rəngli, ban nömrəsi VNE4326M60M000859, ** JX *** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi “xxxx” MMC-də sürücüsü Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 56-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X4 xx xxxxxx 2021-ci il tarixli, 1008 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 50-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi X2 ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi X3 ilə Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və onu cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməsi sübuta yetdiyinə görə, Təqsirləndirilən şəxs əməli həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olan zaman xx xxxxxxx 2017-ci il tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanun 2017-ci ilin dekabrın 1-dən qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilən ittiham ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. 2017-ci ilin dekabr ayının 1-dən qüvvəyə minən Qanuna əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs xx xxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsə dəymiş ziyan ödədiyini bildirib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə elan edilmiş ittiham üzrə barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs yazılı ərizəsindən (vəsatətindən) görünür ki, o, zərərçəkmiş şəxslə barışdığı üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və onun həmin cinayət təqibi üzrə icraata xitam verilməsi barədə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş buraxılış ili 2015, “İveco URBANWAY” markalı, qırmızı qara rəngli, ban nömrəsi VNE4326M60M000859, ** JX *** dövlət qeydiyyat nişanlı avtobus qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2, 40.2, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün təqsirləndirilən Təqsirləndirilən şəxs təhvil verilmiş buraxılış ili 2015, “İveco URBANWAY” markalı, qırmızı qara rəngli, ban nömrəsi VNE4326M60M000859, ** JX *** dövlət qeydiyyat nişanlı avtobus qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar