Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-207/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi usta, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Günəşli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi” fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:45 dəqiqədə qızı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəldiyi vaxt sonuncuya qapını gec açmasını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, həmin evin mətbəxində qəsdən onu bir dəfə yumruqla və bir dəfə başla sifət nahiyəsindən vurmaqla döyərək burun nahiyəsinin şişkinliyi halında əzilməsi, qançırı, burun sümüyünün xətti sınığı, tənəffüs pozulması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Pəri beş aylıq olduğu vaxtdan anası Safura Pərini götürüb özü ilə saxlamışdır. 2019-cu ildən, yəni ikinci ailə həyatı qurduğu vaxtdan Ramana qəsəbəsində yaşayır. xx.xx.2024-cü il tarixdə, Əbilov küçəsi 28 ünvanında yerləşən evə gəlib. Təxminən saat 18:40 radələrində qapını döydüyü vaxt Pəri evdə olmasına baxmayaraq qapını açmayıb. Daha sonra qapını təkidlə döyməyə davam edib. Bir qədər sonra Pəri qapını açaraq "hadisə çıxmasın deyə qapını açdım" deyib. Belə olduqda əsəbiləşib və "nə deyirsən" deyə ondan soruşub. Pəri arxasını ona çevirib getdikdə Pərinin arxasınca gedib, üzbəüz gəldikdə yumruqla sifət nahiyəsindən vurub və divara doğru Pərini sıxışdırıb. Pəri əliylə ona mane olmaq istədikdə başla Pərinin burun nahiyəsinə zərbə endirib və evdən çıxıb gedib. Hadisə vaxtı ətraflarında heç kəs olmamışdır. Qızı Pərini döyməyi bir ya iki dəqiqə ərzində baş vermişdir. Həmin vaxt Pəri onu vurmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:45 dəqiqədə ünvan 1 ünvanında yerləşən evdə, həmin evə gəldiyi vaxt Pərinin qapını gec açması səbəbindən döymüşdür. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxs onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə özünü təqsirli bilir. Göstərilənləri nəzərə alaraq, sadələşdirilmiş icraat materialı ilə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, beş aylıq olduğu vaxtdan onu nənəsi Safura götürüb özü ilə saxlamışdır. Anası Vüsalə ilə atası Səfər isə 2018-ci ildə boşanmışdır.2019-cu ildən atası Səfər ikinci dəfə ailə həyatı qurduğu üçün Ramana qəsəbəsində yaşayır. Atası həmişə onunla kobud davrandığı üçün atasından qorxur. xx.xx.2024-cü il tarixdə, axşam saat 18 radələrində atası Səfər Əbilov küçəsi, ev 28 ünvanına gələrək evin qapısını döyüb. Özü də evdə tək olduğu üçün qapını açmayıb. Daha sonra Səfər qapını döyməyə davam etdiyi üçün onun qapını qıracağından ehtiyatlanıb və qapını açıb. Çünki Səfər əvəllər bir dəfə pəncərəni qıraraq mənzilə daxil olubmuş. Qapını açan kimi Səfər "hadisə çıxmasın deyə qapını açdım, sakit ol" deyib və mətbəxə keçib. Səfər də onun üzərinə gələrək "nə deyirsən" deyə soruşub və yumruqla üzünə bir dəfə vurub. Daha sonra Səfərə mane olmaq istədikdə Səfər başla onun burun nahiyəsinə vurub. Səfər onun özünü itirdiyini görüb, evdən çıxıb gedib. Hadisə vaxtı evdə atası və özündən başqa heç kəs olmamışdır. Atasının onu döyməyi bir ya iki dəqiqə ərzində baş vermişdir. Atası onu vuran vaxt özü onu vurmamışdır. 06 mart 2024-cü il tarixdə, saat 18:45 dəqiqədə, yaşadığı ünvan 2 ünvanında, atası Təqsirləndirilən şəxs onu evin qapısını döydükdə gec açmağı səbəbindən əsəbiləşib, evin mətbəxində yumruq və başla sifət nahiyəsinə vurmaqla döymüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 07 mart 2024-cü il tarixli, 251 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinliyi halında əzilməsi, qançırı, burun sümüyünün xətti sınığı, tənəffüs pozulması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. - 07 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə vətəndaş Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X5 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, Şabran rayonu, Günəşli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi” fərdi yaşayış evində yaşayan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, Şabran rayonu, Günəşli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müayinədə olmamışdır. - Şabran Rayon İcra Hakimiyyətinin Başçısının Ağalıq İnzibati Ərazi Dairəsinin 12 mart 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1973-cü ildə Dəvəçi rayonu, Günəşli kəndində anadan olmuş, azərbaycanlı, evlidir. Təqsirləndirilən şəxs Şabran rayonu, Günəşli kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgə yaşayış qaydalarına riayət etməklə öz yoldaşlraı, qonşuları ümumulikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə onun barəsində Günəşli kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. - Şabran Rayon İcra Hakimiyyətinin Başçısının Ağalıq İnzibati Ərazi Dairəsinin 12 mart 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şabran rayon Günəşli kəndində qeydiyyatdadır və orada yaşamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 14 mart 2024cü il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə 24 noyabr 2017-ci il tarixli cinayət işi üzrə icraatın xitam edilməsi barədə qərardan görünür ki, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli işləməyən, məhkumluğu olmayan, Şabran rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə olan ********* N№-li cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. - 14 mart 2024-cü il tarixli sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması davam etdirilməsi qərara alınmışdır. - 24 noyabr 2017-ci il tarixli cinayət işi üzrə icraatın xitam edilməsi barədə qərardan görünür ki, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şabran rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. - Zərərçəkmiş şəxs 09 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxs onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə özünü təqsirli bilir. Sadələşdirilmiş icraat materialı ilə icraata xitam verilməsini xahiş etmişdir. - elektron sistemdən çıxarışdan görünür ki, 26 aprel 2011-ci il təvəllüdlü X1 Səfər Şərafəddin oğlunun himayəsindədir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, o, 24 noyabr 2017-ci il tarixdə CM-nin 73-cü maddəsi tətbiq olunmaqla bir dəfə cinayət məsuliyyətindən azad olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını, ailə vəziyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəza ilə bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, həmin Məcəllənin 34-cü maddəsinin tələblərinə uyğun cəzasını yaşadığı ərazi üzrə müəyyən olunmuş ictimai yerlərdə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, məişət zorakılığını törətmiş şəxsin profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəvi-qabaqlayıcı işin aparılması, habelə oxşar hərəkətlərin təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması üçün tədbirlər görülməsi üçün müvafiq qurumlara məlumat verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 22 (iyirmi iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşadığı ərazi üzrə müəyyən olunmuş ictimai yerlərdə çəksin, cəza çəkmə müddətinin əvvəli onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Məişət zorakılığını törətmiş Təqsirləndirilən şəxs profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün yerli icra hakimiyyəti və polis qurumuna məlumat verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 22 (iyirmi iki) saat üçün nəzərdə tutulan 132 (yüz otuz iki) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-207/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-207/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver