Məhkəmə qərarları › İş №1(011)-208/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-208/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-208/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X23, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və X28 iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs o, “xxxxxxxxxxxxxxxx” MMC-nin layihə rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 oğlu Rüfət Ağayevi 8000 ABŞ dolları müqabilində ödənişsiz təhsili, universitet yataqxanasında yaşayışı, tibbi sığortanı və aylıq təqaüdü nəzərdə tutan “TEMPUS” proqramı vasitəsilə Macarıstan Respublikasının Debresena Universitetinnin tibb fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanda yerləşən “Dəmirçi Plaza” biznes mərkəzindəki ofisində Zərərçəkmiş şəxs13 12564,8 manata bərabər olan 8000 ABŞ dollar pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs13 xeyli miqdar hesab edilən 12564,8 (on iki min beş yüz altmış dörd manat səksən qəpik) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxxx” MMC-nin layihə rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını hissə-hissə olmaqla vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 Bəybala oğlunun oğlu Nurlan Mustafabəylini 3000 ABŞ dolları müqabilində Türkiyə Respublikasının Karabük şəhərində yerləşən dövlət universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin 4-cü kursuna qəbul etdirəcəyinə və sonuncunun ödənişsiz əsaslarla təhsil alacağına dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanda yerləşən “Dəmirçi Plaza” biznes mərkəzindəki ofisində Zərərçəkmiş şəxs11 4693,2 manata bərabər olan 3000 ABŞ dollar pulu, 2017-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs11 inandırmaq məqsədilə sonuncunun oğlu X16 Respublikasının Karabük şəhərində yerləşən dövlət universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin 4-cü kursuna qəbul olunması haqda Türkiyə Respublikasının Azərbaycan Respublikasında olan səfirliyinin təhsil şöbəsinin adından məktubu kompüter vasitəsilə tərtib edib həmin məktubu onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid10 vasitəsilə Zərərçəkmiş şəxs11 göndərdikdən sonra sonuncuya 1000 ABŞ dollar təhsil haqqının ödəməsinin zəruri olduğunu yalandan bildirib bu adla Zərərçəkmiş şəxs11 xx.xx.2017-ci il tarixdə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 49 ünvanında yerləşən “xxxxxxxxxxxxxxx” ASC-nin “Xaçmaz” filialından adına göndərdiyi 1700,1 manata bərabər olan 1000 ABŞ dollar pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs11 Bəybala oğluna ümumilikdə xeyli miqdar hesab edilən 6393,3 (altı min üç yüz doxsan üç manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını hissə-hissə olmaqla vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 qızı X24 20000 ABŞ dolları müqabilində Türkiyə Respublikasının İzmir şəhərində yerləşən “Ege” dövlət universitetinin tibb fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2018ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs12 23800 manata bərabər olan 14000 ABŞ dollar pulu, 2018-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qış Parkı”nın qarşısında onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid7 Ümidvar oğlunun vasitəsilə 1700 manata bərabər olan 1000 ABŞ dollar pulu və 2019-cu ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 26 saylı ünvanın yaxınlığında Zərərçəkmiş şəxs12 8500 manata bərabər olan 5000 ABŞ dollar pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs12 ümumilikdə xeyli miqdar hesab edilən 34000 (otuz dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs87000 ABŞ dolları müqabilində Kanada dövlətinin Toronto şəhərində yerləşən otellərin birinə “hostess” (müştəri qarşılayan) işinə qəbul etdirəcəyinə və ona iş vizası alacağına dair dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs8 11900 manata bərabər olan 7000 ABŞ dollar pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl edəcəyinə inandırmaq məqsədilə Zərərçəkmiş şəxs8 aylıq ödənişi 160 manat olan beş aylıq ingilis dili kursuna göndərib ələ keçirdiyi puldan ümumilikdə 800 manat qaytarmaqla verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs8 xeyli miqdar hesab edilən 11100 (on bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını hissə-hissə olmaqla vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 8500 ABŞ dolları müqabilində Kanada dövlətinin Toronto şəhərində yerləşən otellərin birinə “hostess” (müştəri qarşılayan) işinə qəbul etdirəcəyinə və ona iş vizası alacağına dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində ilkin ödəniş kimi 5950 manata bərabər olan 3500 ABŞ dolları pulu və xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində 2550 manata bərabər olan 1500 ABŞ dolları pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdar hesab edilən 8500 (səkkiz min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə edib, miqdarda əmlakını hissə-hissə olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Kanada dövlətinin Toronto şəhərində yerləşən otellərin birinə aşbaz, Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 aşbaz köməkçisi, Zərərçəkmiş şəxs1 qızı Şahid2 qəbul şöbəsində qeydiyyatçı, Zərərçəkmiş şəxs1 oğlu Şahid3 isə yük daşıyan xidmətçi işinə 50000 manat müqabilində qəbul etdirəcəyinə və onlara iş vizaları alacağına dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs1 18000 manat pulu, xx xxxx 2019-cu il tarixdə həmin ünvanda 4500 manat pulu, xx xxx 2019-cu il tarixdə həmin ünvanda 15000 manat pulu və xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X35 küçəsi 23 saylı ünvanın qarşısında Şahid3 vasitəsilə 12500 manat pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 50000 (əlli min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 8500 manat müqabilində ikinci təhsil kimi Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən dövlət universitetlərinin birinin jurnalistika fakültəsinin qiyabi şöbəsinin 4-cü kursuna qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs6 8500 manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 xeyli miqdar hesab edilən 8500 (səkkiz min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını hissə-hissə olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1010000 ABŞ dollar müqabilində Kanada dövlətinin Toronto şəhərində yerləşən otellərin birinə “hostess” (müştəri qarşılayan) vəzifəsinə işə qəbul etdirəcəyinə və ona iş vizası alacağına dair yalan vəd verib aldatmaqla xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində ilkin ödəniş kimi 8500 manata bərabər olan 5000 ABŞ dolları pulu və Zərərçəkmiş şəxs10 inandırmaq məqsədilə xx xxxx 2019cu il tarixdə Kanada dövlətinin Toronto şəhərində yerləşən otellərin birindən sonuncuya “hostess” (müştəri qarşılayan) vəzifəsində işləmək təklifinin gəldiyini yalandan bildirib tərtib etdiyi saxta iş müqaviləsinə imza etdirərək həmin gün Zərərçəkmiş şəxs10 8500 manata bərabər olan 5000 ABŞ dollar pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs10 ümumilikdə xeyli miqdar hesab edilən 17000 (on yeddi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını hissə-hissə olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 10000 ABŞ dolları müqabilində Kanada dövlətinin hər hansı bir şəhərində aşbaz işinə qəbul etdirəcəyinə və ona iş vizası alacağına dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs2 xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzində fəaliyyət göstərən “xxxxxxxxxx” ASC-nin 3 saylı filialından “xxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına köçürtdüyü 8500 manata bərabər olan 5000 ABŞ dollar pulu və xx xxxx 2019-cu il tarixdə 8500 manata bərabər olan 5000 ABŞ dollar pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 17000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 oğlu X30 1500 manat müqabilində Türkiyə Respublikasının X14 fakültəsinin əyani şöbəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs7 xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzində fəaliyyət göstərən “xxxxxxxxxx” ASCnin 3 saylı filialından “xxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına köçürtdüyü 1500 manat pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Mürsəlova X3 Leyli Bəyəli qızını 2500 avro müqabilində Təqaüd proqramı vasitəsilə Macarıstan Respublikasının Debresena Universitetinin “Biznes və iqtisadiyyat” fakültəsinin əyani şöbəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxxxxxx 2019cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs9 4725 manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs9 4725 (dörd min yeddi yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını hissə-hissə olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Rafael qızını 7000 ABŞ dolları müqabilində və X25 7000 ABŞ dolları müqabilində Kanada dövlətinin Toronto şəhərində yerləşən otellərin birinə işə qəbul etdirəcəyinə və onlara iş vizaları alacağına dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisində ilkin ödəniş kimi Zərərçəkmiş şəxs3 8500 manata bərabər olan 5000 ABŞ dolları və Zərərçəkmiş şəxs4 5000 ABŞ dolları pulu və xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 inandırmaq məqsədilə onların Kanada dövlətinin Toronto şəhərində yerləşən “ The Grand” otelinə aşbaz köməkçisi işinə qəbul olunması haqda məktubları və əmək müqavilələrini kompüter vasitəsilə tərtib edib onları imzalamaq üçün Zərərçəkmiş şəxs3 elektron poçtuna göndərdikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı Metropoliteninin “Xətai” metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs3 1700 manata bərabər olan 1000 ABŞ dolları pulu və sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs4 məxsus 1700 manata bərabər olan 1000 ABŞ dolları pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 Rafael qızına ümumilikdə 10200 (on min iki yüz) manat məbləğində xeyli miqdarda və Zərərçəkmiş şəxs4 ümumilikdə 10200 (on min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdə Bakı şəhərində «xxxxxxx» MMC yaradıb həmin ildə fiziki şəxs kimi qeydiyyata alınmış, 2011-ci il tarixdən isə MMC hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Həmin vaxt Səbail rayonu, İçərişəhərdə yerləşən ofisdə təşkilatçılıq işləri ilə məşğul olub eyni vaxtda da xaricdə təhsillə bağlı işlər görmüşdür. Xaricdə təhsil yaranan gündən partnyorlar vasitəsi ilə xaricdə təhsil almaq şəraiti yaratmış və vətəndaşları Türkiyənin ali məktəblərinə qəbul etdirib pul qazanmışdır. Həmin yerdə 2015-ci il tarixədək fəaliyyət göstərmişdir. Bundan sonra Xətai rayonu, Xocalı prospektində yerləşən «Dəmirçi Plaza»da xaricdə təhsil işi ilə məşğul olmuşdur. 2018-ci ilin fevral ayının ortalarından Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən «xxxxx» Biznes Mərkəzinin 12-ci mərtəbəsində icarəyə ofis götürüb ora köçmüşdür. 2018-ci ilin iyun ayında isə vətəndaşları Türkiyə Respublikasında yerləşən ali məktəblərə qəbul etdirmək işini davam etdirmək məqsədi ilə «xxxxxxxxxxxxxxx» MMC-ni yaratmışdır. Belə ki, Türkiyə Respublikasının müxtəlif şəhərlərində yerləşən ali məktəblərə tələbə qəbul etdirib pul qazanmışdır. Bundan sonra tanışı Ramin adlı şəxs ona müraciət edərək həmin ofisdə Kanada dövlətində işlə təmin edib orada yaşamaq hüququ verən layihəni təklif etmişdir. Həmin ofisdə 2018-ci ilin iyul ayından etibarən həmin işlə məşğul olmağa başlamışdır. Belə ki, internet vasitəsi ilə Kanada dövlətində işə qəbul etdirə biləcəyi ilə bağlı reklam yerləşdirmişdir. Beləliklə də internet vasitəsi ilə vətəndaşlar ofisinə gələrək Kanadada yaşayıb işləmək üçün şərait yaratmağı ondan xahiş etmişlər. Zərərçəkmiş şəxs13 yazdığı şikayət ərizəsi ilə əlaqədar olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs13 oğlu Rüfətin “Tempus” proqramı üzrə Macarıstanda Debrecen universitetinə göndərilməsini təşkil edərkən tanımışdır. Rüfətin sinif yoldaşı Nəsibin xaricdə təhsilini təşkil edəndən sonra Zərərçəkmiş şəxs13 də bu barədə məlumatı yaranmış və Sadıx da oğlu Rüfətin xaricdə təhsil almasından ötrü ona müraicət etmişdir. Zərərçəkmiş şəxs13 ona müraciət edəndə şirkəti “Dəmirçi Plaza”nın 18-ci mərtəbəsində yerləşmişdir. Zərərçəkmiş şəxs13la birinci dəfə orada görüşmüşdür. Müraciətindən sonra o, Sadıxa şirkət barəsində danışmışdır. Şirkətin adından onunla müqavilə bağlanılacağını demişdir. Sadıxgil ilkin sənədləri, uşağın oxuduğu məktəbdən müxtəlif arayışları hazırlayıb təqdim etməli imiş. Eyni zamanda Zərərçəkmiş şəxs13 izah etmişdir ki, oğlunun xaricdə təhsilindən ötrü 8.000 ABŞ dolları da pul köçürməlidir. 8000 ABŞ dolları onun göstərəcəyi xidmət haqqı imiş. Sadıxın oğlu Rüfətin həvəsi tibb sahəsinə olduğundan onlar universitetin tibb fakultəsinə qəbulunu istəmişlər. O, izah etmişdir ki, bir neçə ay ərzində Macarıstan Universitetindən internet vasitəsilə virtual müsahibə və sual cavab aparılacaqdır. Sualcavabı universitetin müəllimləri internet vasitəsilə canlı bağlantı yaradaraq aparacaqlar. Əgər həmin müsahibədən uşaq keçsə onda sentyabr ayından sonra Rüfət universitetin hazırlıq kursuna qəbul olunur və dərsə başlayır. Təxminən bir ay ərzində lazım olan sənədləri hazırlamışlar, xx xxxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs13 şirkətə gəlib oğlunun sənədlərini və 8 000 ABŞ dolları mənə təqdim etmişdir. O, Sadıxa ödənişin etməsi ilə bağlı qəbz vermişdir. Təxminən 2016-cı ilin iyun ayında Zərərçəkmiş şəxs13 oğlunu ofisə dəvət etmiş, onlara intemet vasitəsilə Macarıstan Universitetinin müəllimləri ilə sual-cavab həyata keçiriləcəyini demişdir. 2016-cı ilin iyun ayında Zərərçəkmiş şəxs13, oğlu Rüfətlə birlikdə Dəmirçi Plazaya gəlmişdir. Rüfətin intemet vasitəsilə «Skype»la Debresena universitetinin müəllimləri ilə müsahibəsini təşkil etmişdir. Vizanın almasını təşkil etmişdir. Bundan sonra X9 illik təhsil haqqının 7.000 ABŞ dolları olduğunu izah etdmişdir. Sadıx həmin pulu da ödəməyə razılaşmışdır. «Tempus» proqramı üzrə 12 illik təhsil tələb olunmuş, lakin Rüfət isə Bakıda 11-ci sinif təhsili almışdır. Buna görə də Rüfət bir il də hazırlıq oxumalı imiş. Bundan sonra Zərərçəkmiş şəxs13 oğlunun Debresena universitetində təhsil alması üçün illik təhsil haqqını 7.000 ABŞ dolları ödəmişdir. Bunun üçün ona Debresena universitetinin hesab nömrəsini vermişdir. Bununla bağlı əlavə müqavilə bağlamışlar. xx xxxxxx 2016-cı il tarixdə 7.000 ABŞ dolların ödənilməsi ilə bağlı yeni müqavilə bağlanandan sonra Zərərçəkmiş şəxs13 özü «Respublika» bankına getmiş, Debresena universitetinin hesabına özü bank vasitəsilə oğlunun illik təhsil haqqı olan 7.000 ABŞ dolları köçürtmüşdür. İllik təhsil haqqının gələcəkdə geri alınması da mümkün imiş. Belə ki, hazırlıq kursunu ( Foundation) bitirəndən sonra beynəlxalq təqaüd təşkilatlarına müraciət edib həmin təhsil haqqını təqaüd formasında geri almaq mümkün imiş. Bunu da Sadıxa izah etmişdir. X6 göndəriləndən sonra universitetə Təhsil Nazirliyindən sorğu olunmuşdur. Onların təhsili ilə maraqlanmışlar. Sonra göndərilən namizədlər dovlət proqramına daxil olmalarından ötrü müraciət etdiyi halda, Təhsil Nazirliyi tərəfndən Universitetlərdən geri- müsahibəyə çağrılırmış və təhsil proqramına daxil edilirmişlər. Rüfət Ağayevin də Təhsil Nazirliyinə müsahibəyə çağrılması 2017-ci ili aprel ayı üçün nəzərdə tutulmuşdur. Belə də olmuşdur. X31 Debresena universitetinə yola salmışdır. Orada Rüfətin oxuması təşkil olunmuşdur. Sonrakı gedişat zamanı ona məlum olmuşdur ki, artıq Zərərçəkmiş şəxs13 oğlu Macarıstandadır, orada ev kirayələyib və universitetə dərsə gedib gəlir. Rüfət Ağayevə hətta tələbələr üçün olan oturum kartı da verilmişdir, adı Debresena Universitetində dərslik jurnallarına salınmışdır. 2016-cı ilin dekabr ayında birinci semestri Rüfət başa vurmuşdur. İmtahanlara buraxılmış və imtahanlarını vermişdir. Müəyyən müddət sonra, 2017-ci ilin aprel ayında Zərərçəkmiş şəxs13 «Dəmirçi Plaza»ya gəlib onunla görüşmüşdür. Buna demişdir ki, oğlu ilə gedən iki tələbə artıq Bakıya qayıdıb, onları Təhsil Nazirliyindən çağırmışlar. Lakin Rüfət isə çağrılmamışdır. Universitet də həmin sənədı qəbul etməmişdir. Buna görə də Debresena universiteti, Təhsil Nazirliyinin sorğusuna müsbət cavab verməmişdir. Bu səbəbdən də X45 Nazirliyi tərəfindən dövlət proqramına salınmamış və müsahibəyə çağrılmamışdır. Zərərçəkmiş şəxs13 pulunun geri qaytarılması tələbi ilə bağlı ona müraciət etmişdir. Universitet onu müsbət qiymətləndirməmiş, X45 Nazirliyi tərəfındən müsahibəyə çağrılmamış və o, xaricdə təhsil proqramına salınmamışdır. Zərərçəkmiş şəxs11 Bəybala oğlunun pulunu alıb ələ keçirdiyini səmimi etiraf etmiş və bildirmişdir ki, Rasimin oğlu Nurlan bir müddət Şimali Kipr Respublikasında oxumuş, manatın devalvasiyasından sonra Rasim oğlunun sonuncu ilin təhsil haqqını ödəyə bilməmiş və oğlunu universitetdən çıxartmışdır. Oğlunu Türkiyədə fəaliyyət göstərən universitetlərin birində oxutdurmaq məqsədi ilə Rasim təxminən 2016-cı ilin fevral ayında «xxxxxxxxxxxxxxxx» MMC-yə müraciət etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs11 qəbul edərək rasimə rəhbəri olduğu MMC haqda məlumat vermiş və oğlu Nurlanı 3000 ABŞ dollar müqabilində Türkiyənin Karabük şəhərində yerləşən dövlət universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin 4-cü kursuna qəbul etdirəcəyini və oğlunun ödənişsiz əsaslarla təhsil alacağını bildirmişdir. Rasim təklifini qəbul etmişdir. Bundan təxminən bir həftə sonra Rasim «Xətai» metrostansiyasının yaxınlığında yerləşən «Dəmirçi» plazadakı ofisinə gəlib ona 3.000 ABŞ dollar pul ödəmiş, o isə Rasimə ödənişi təsdiq edən bir qəbz vermiş və MMC-nin ona xidmət göstərməsi ilə bağlı müqavilənin guya avtomatik bağlandığını Rasimə yalandan bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs11 onun istədiyi sənədləri də gətirib ona vermişdir. Aralarında olan razılaşmaya əsasən Nurlan 2016cı ilin sentyabr ayında X8 getməliymiş. Rasimdən götürdüyü 3000 ABŞ dollar pulu öz ehtiyacları üçün xərcləmişdir. Rasim arabir ona zəng edib Nurlanın işi ilə maraqlanmışdır. 2016-cı ilin sentyabr ayının əvvəlində Rasim ona zəng edib oğlu Nurlanın işi ilə maraqlananda o, Rasimə yalandan Nurlanın Karabük universitetinə qəbul olunduğunu demişdir. Həmin vaxt Rasimin kiçik oğlu X10 təhsil almış və Nurlanı Səbuhi ilə birlikdə Sakariyaya göndərmək istəmişdir. Karabük şəhəri isə Sakariyadan qısa məsafədə yerləşmişdir. O, deyəndə X26 getməli imiş. Rasim də onun sözlərindən sonra Nurlanı Türkiyəyə yola salmışdır. 2016-cı ilin sentyabr ayında Rasim ona bir neçə dəfə zəng etmiş, lakin o, Rasimin zənglərinə cavab verməmişdir. 2017-ci ilin mart ayına qədər Rasim ona bir neçə dəfə zəng etmiş, hətta onun ofisinə də gəlmişdir. Rasimin ondan əl çəkməyəcəyini görüb Rasimə oğlunun 2017-ci ilin sentyabr ayında dərsə gedəcəyini yalandan demişdir. 2017-ci ilin sentyabr ayında Rasim ona bir neçə dəfə zəng etmiş, lakin o, Rasimin zənglərinə cavab verməmişdir. Rasim ondan əl çəkməmişdir. Rasimi inandırmaq üçün o, ofisdə kompüter vasitəsilə guya Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil şöbəsi tərəfindən verilmiş, eyni zamanda Azərbaycan dilinə tərcümə edilmiş saxta məktubu hazırlamışdır. X11 Türkiyə Respublikası Karabük Universiteti, İqtisadi və inzibati elmlər X4 Kafedrasının 4-cü kurs (əyani) tələbəsi kimi təhsil alması göstərilmişdir. Sonra o, tanışı Şahid10 müraciət edərək saxtalaşdırdığı məktubu verib həmin məktubu öz adından Rasimə göndəməyi və guya özünün Rasimin işə ilə məşğul olduğunu deməsini xahiş etmişdir. Ceyhun məktubun saxta olduğunu bilməmişdir. Rasim ona inanmamışdır, buna görə də Ceyhunu ortaya salmışdır ki, Rasimin inamını qazansın. O, Ceyhuna da Nurlanı Karabük universitetinə qəbul etdirdiyimi yalandan demişdir. Ceyhun da onun xahişi ilə həmin məktubu taksi ilə Rasimə Xaçmaza göndərmiş və Nurlanın işini həll etdiyini bildirmişdir. 2017-ci ilin dekabr ayında ona təcili 1000 ABŞ dollar pul lazım olmuşdur. Həmin pulu təhsil haqqı adı ilə Zərərçəkmiş şəxs11 ələ keçirmək qərarına gəlmişdir. O, Rasimə zəng edərək təcili X12 təhsili ilə bağlı 1000 ABŞ dollar təhsil haqqı ödəmək lazım olduğunu, həmin pulu ödəməyəcəyi təqdirdə isə ona ödədiyi 3000 ABŞ dollar pulun batacağını bildirmişdir. Rasim bir az narazılıq etmiş, sonra isə 1000 ABŞ dollar pulu «xxxxxxxxxxxxxxx»nın Xaçmaz filialından hesabına göndərmişdir. Belə ki, Rasimə yalandan demişdir ki, pulu özü Karabük universitetinin hesabına köçürəcəkdir. 2018-ci ilin mart ayında Rasim “Dəmirçi Plaza”ya Ceyhunun yanına gəlmişdir. Ceyhun da bu haqda ona demişdir. O da Ceyhuna Rasimin oğlunu Karabük universitetinə qəbul etdirə bilmədiyini etiraf edib Rasimi sakitləşdirməyi xahiş etmişdir ki, sonuncu ondan polisə şikayət etməsin. Rasimlə görüşə özü də getmişdir. Həmin görüşdə Rasimlə aralarında bir balaca mübahisə də yaranmışdır. Həmin görüşdən sonra Rasim bir neçə dəfə ona zəng etmiş, lakin o, Rasimin zənglərinə cavab verməmişdir. 2019-cu ilin mart ayında Ceyhun ondan Nurlanın işi ilə maraqlanmış və həmin işi 1000 ABŞ dollar müqabilində görə biləcəyini demişdir. O isə Nurlanın işini həll etməyi xahiş edərək Nurlana 1000 ABŞ dollar pulu bir neçə günə verəcəyini demişdir. Ceyhun təklifi ilə razılaşmışdır. Ceyhun hətta Rasimə zəng edərək Nurlanın işini həll edəcəyini demişdir. O, Rasimdən 1000 ABŞ dollar pulu istəmək üçün sonuncuya zəng etmiş, lakin Rasim telefonda ona qışqıraraq 4000 ABŞ dollar pulu geri istəmiş, o isə ona Nurlanın işi ilə Ceyhunun məşğul olduğunu və işin tez bir zamanda həll olunacağını demişdir. Lakin Ceyhuna 1000 ABŞ dollar pulu vermədiyi üçün Ceyhun Nurlanın işi ilə məşğul olmaqdan imtina etmişdir. Sonra Rasim ona zəng edərək pulunu tələb etməyə başlamış və pulu verməyəcəyi təqdirdə ondan polisə şikayət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs12 20000 ABŞ dolları pulu almasını səmimi etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs12 qızı Ləmanın Türkiyə Respublikasının İzmir şəhərində yerləşən “Ege” universitetinin tibb fakültəsinə qəbul olunması ilə bağlı ona Mirəsgər adlı şəxs müraciət etmişdir. Mirəsgər ona Ləmanın sənədlərini də vermişdir. Sonradan bilmişdir ki, Ləmanın atası Cəmil tanışı Şahid7 dostudur. Ləmanın işi ilə bağlı ona müraciət edən Mirəsgər adlı şəxs Ləmanın işi maraqlanmamış və heç bir ödəniş etmək istəməmişdir. Quluya zəng edib Mirəsgərin Cəmilgili aldatdığını demişdir. Bir müddət sonra Qulu zəng edərək sözlərini Ləmanın atası Cəmilə çatdırdığını və Ləmana kömək etmək lazım olduğunu demişdir. Quluya Ləmanı 20000 ABŞ dollar müqabilində “Ege” Universitetinə qəbul etdirə biləcəyini yalandan demişdir. xx xxxxxx 2018-ci il tarixdə Qulu, Ləman və Ləmanın anası Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 saylı ünvanda yerləşən “xxxxx” biznes mərkəzində olan ofisinə gəlmişlər. Ləmanın anası Zərərçəkmiş şəxs12 da Ləmanın işi ilə bağlı məlumat vermişdir. Səmayə ilkin olaraq ona 14000 ABŞ dollar pul vermişdir. Səmayə ilə qızı Ləmanın təhsil alması ilə bağlı müqavilə bağlamış və Ləman üçün «Ege» universitetinin tibb fakültəsində yer ayrıldığını və xx.xx.2019-cu il tarixdə «Ege» universitetində qeydiyyatdan keçib dərsə başlayacağını yalandan demişdir. Ləmana YÖS imtahanlarında formal olaraq iştirak etməyi və həmin imtahanda yığdığı baldan asılı olmayaraq universitetə qəbul olunacağını yalandan demişdir. Aralarında olan danışığa əsasən Zərərçəkmiş şəxs12 1000 ABŞ dollar pulu bir müddət sonra, qalan 5000 ABŞ dollar pulu isə Ləman Universitetə qəbul olunandan sonra ödəməliydi. Bu məsələ ilə bağlı Ləmanın atası Cəmilnən də danışmışdır. Pula ehtiyacı olduğundan 2018-ci ilin dekabr ayında Cəmilə zəng edib Ləmanın işi ilə bağlı 1000 ABŞ dollar pulu ödəmək lazım olduğunu bildirmişdir. Cəmil həmin pulu Quluya vermişdir. Qulu da Yasamal rayonu ərazisində yerləşən “Qış parkı”nın qarşısında həmin pulu ona vermişdir. Şahid7 də aldadaraq Ləmanın işini həl edəcəyini yalandan bildirmişdir. 2019cu ilin avqust ayında pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs12 ilə əlaqə saxlayıb sonuncuya “Ege” Universitetinin qalan 5000 ABŞ dollar pulu istədiklərini yalandan bildirmiş və pulu ödəməyəcəkləri təqdirdə Ləmanın həmin universitetə qəbul olunmayacağını demişdir. Səmaya da 5000 ABŞ dollar pulu növbəti gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Şamil Əzizbəyov küçəsində yaşadıqları binanın yaxınlığında ona vermişdir. 2019-cu ilin sentyabr ayında Səmayə zəng edərək qızı Ləmanın “Ege” Universitetinə qəbul olunmadığını əsəbi şəkildə bildirmiş, Səmayəni sakitləşdirərək Ləmanın təxminən 10 günə universitetdə qeydiyyatdan keçəciyini yalandan demişdir. Sonra isə “Ege” universitetinin rektorluğu adından Ləmanın həmin universitetə qəbul olunması ilə bağlı saxta məktub hazırlayıb Türkiyə Respublikasının Bakı şəhərində yerləşən səfirliyinin təhsil müşavirliyinə göndərmiş və bu haqda Zərərçəkmiş şəxs12 məlumat vermişdir. Bu yalanı da üzə çıxandan sonra Səmayə, sonuncunun əri Cəmil və tanışı Qulu ona zəng etməyə başlamışlar. Müxtəlif bəhanələr gətirməyə başlamış və Ləmanı başqa unversitetə qəbul etdirəcəyini yalandan bildirmişdir. Zərərçəkmiş şəxs8 2018-ci ilin noyabr ayında rəhbərlik etdiyi «xxxxxxxxxxxxxxxx» MMC-yə müraciət edərək Kanadaya işləmək üçün getmək istədiyini bildirmişdir. Pula ehtiyacı olduğundan Zeynalı aldadıb sonuncunun pulunu ələ keçirmək qərarına gəlmişdir. Zeynalı qəbul edərək MMCnin fəaliyyəti haqda məlumat vermişdir. Zeynalı inandırmaq və onun etibarını qazanmaq üçün sonuncuya MMC ilə Kanadada işləmək istəyən bir neçə vətəndaş arasında bağlanmış müqavilələri göstərmişdir. Həmin vətəndaşları da aldatmış, Kanadaya heç kimi göndərə bilməyəcəyini əvvəlcədən bilmiş, sadəcə pula çox ehtiyacı olduğundan Kanadaya viza almaq və orada işləmək adı ilə vətəndaşlardan pul almaq qərarına gəlmişdir, heç vaxt Kanadaya işləməyə heç kimi göndərməmiş və bu proses çox gəliz olduğundan Bakıda bu işlə məşğul ola biləcək şirkət yoxdur. Zeynala 7000 ABŞ dollar müqabilində 6 ay müddətində Kanadaya iş vizası alacağını və Kanadanın Toronto şəhərində yerləşən otellərin birinə onu “hostes” vəzifəsinə işə düzəldəcəyini yalandan demişdir. xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 saylı ünvanda fəaliyyət göstərən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-nin ofisində Zeynal ona 7000 ABŞ dollar pul vermişdir. Zərərçəkmiş şəxs8la müvafiq müqavilə bağlamış və 7000 ABŞ dollar pulun MMC-yə ödənlməsi ilə bağlı sonuncuya mədaxil qəbzi vermişdir. Zeynalı inandırmaq üçün sonuncudan ümumvətəndaşlıq pasportunun təsdiq olunmuş surətini, məhkumluq haqda arayışı və 3x4 ölçüdə olan iki fotoşəkil istəmiş və onu ingilis dili kursuna yazdırmışdır. Zeynal həmin kursa beş ay getmiş, aylıq 160 manat ödənişi isə özü etmişdir. Zeynaldan götürdüyü pulnan borclarının bir hissəsini bağlamışdır. Sonradan Zeynal işi ilə maraqlananda sonuncuya məcbur olub yalan məlumatlar vermiş – adına Kanadadan iş təklifinin gəldiyini, sənədlərinin isə Kanadanın Türkiyə Respublikasındakı səfirliyində olduğunu demişdir. Lakin Zeynal iş təklifi ilə bağlı olan sənədləri göstərməyi tələb edəndə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Vaxt qazanmaq üçün Zeynala bağladığı müqavilənin xitam olunması ilə bağlı ərizə yazmağı və pulunu bir ay müddətinə qaytaracağını yalandan demişdir. Zeynal ərizə yazsa da, sonuncunun 7000 ABŞ dollar pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs5 da 5000 ABŞ dollar pulu ələ keçirdiyini səmimi etiraf edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs5 2019-cu ilin yanvar ayında rəhbərlik etdiyi «xxxxxxxxxxxxxxxx» MMC-yə müraciət edərək Kanadaya işləmək üçün getmək istədiyini bildirmişdir. Pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs5 də aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Fəridi qəbul edərək Kanadada işlə bağlı sonuncuya məlumat vermişdir. Fəridə 8500 ABŞ dolları müqabilində Kanada dövlətində işləmək üçün viza alacağını və Kanadanın Toronto şəhərində yerləşən otellərin birinə qonaq qarşılayan vəzifəsinə işə qəbul etdirəcəyini yalandan bildirmişdir. Fərid təklifi ilə bağlı fikirləşəcəyini deyib getmişdir. xx xxxxxx 2019-cu il tarixdə Fərid ofisinə gəlmişdir. Fərid ilkin ödəniş kimi 3500 ABŞ dolları pul vermişdir. Aralarında olan danışığa əsasən Fərid ilkin ödəniş kimi 3500 ABŞ dollar, may ayının sonuna kimi 1500 ABŞ dolları, viza hazır olduqdan sonra isə qalan 3500 ABŞ dolları ödəyir. Həmin gün Fəridlə müvafiq müqavilə də bağlamışdır. Fəridi inandırmaq üçün sonuncudan şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun surətlərini və sağlamlığı ilə bağlı arayış istəmişdir. Fərid də həmin sənədləri gətirib vermişdir. xx xxx 2019-cu il tarixdə Fərid ofisinə gələrək danışığa əsasən 1500 ABŞ dollar pul ödəmişdir. Formal olaraq Fəridin adından vizanın alınması ilə bağlı müraciəti 2019-cu ilin avqust ayının əvvəlində Kanada dövlətinin Türkiyə Respublikasının Ankara şəhərində yerləşən səfirliyinə göndərmişdir. Lakin Fəridə vizanın verilməsində imtina edilmişdir. Fərid də gəlib 5000 ABŞ dolları pulu tələb etməyə başlamışdır. Fəridə müqavilənin xitam olunması ilə bağlı ərizə yazmağı və 5000 ABŞ dolları pulu, üstəlik 1000 ABŞ dolları məbləğində təzminatı 30 iş günü ərzində alacağını yalandan bildirmişdir. Fərid də həmin ərizəni yazmışdır. Lakin Fəridə veriləsi pulu olmamışdır. Fərid pulunu tələb etsə də,müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Fərid polis və prokurorluq orqanlarına şikayət edəndən sonra məcbur olub Fəridə 2019-cu ilin oktyabrından 2020-ci ilin yanvar ayının sonuna qədər hissə-hissə olmaqla ümumilikdə 3238 ABŞ dollar pul qaytarmışdır. 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs1 ofisə gələrək işçisi Nicatla Kanadada iş yeri yaratmaq üçün söhbət etmiş, Nicat ona bütün lazım olan sənədlər barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 Kanadada 4 nəfər ailə üzvləri ilə birlikdə yaşamaq və işlə təmin olunmasını istəmişdir. Onun sözü ilə Nicat Zərərçəkmiş şəxs1 50000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs1 da razılaşmışdır. Ümumilikdə Zərərçəkmiş şəxs1 4 dəfəyə 50000 manat pul və sonuncunun ailə üzvlərinin sənədlərini almışdır. Lakin Zərərçəkmiş şəxs1 işini həll edə bilməmişdir. Zərərçəkmiş şəxs1 da ondan şikayət etməyə başlamışdır. Belə ki, ofisə gələrək ona verdiyi 50000 manat pulu geri istəmişdir. Zərərçəkmiş şəxs1 hər dəfə vaxt verməsini və pulu qaytaracağını demişdir. Lakin Zərərçəkmiş şəxs1 aldığı 50000 manat pulun 42500 manatını Raminə, 5000 manatını Nicata və 2500 manatını özünə götürmüşdür. Raminə 42500 manatı Nizami metrosunun yanında yerləşən «Caspian Plaza» biznes mərkəzinin yanında vermişdir. Zərərçəkmiş şəxs1 aldığı 500xx xxxxxxxx 42500 manatını Raminə ona görə vermişdir ki, Ramin Zərərçəkmiş şəxs1 işini həll etsin. Ancaq Ramin işi həll etmədi. Xəqanidən aldığı 50000 manat puldan sonuncuya 5000 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs6 8500 manat pulu ələ keçirdiyini səmimi etiraf edərək göstərmişdir ki, Amil təxminən 2019-cu ilin fevral ayında zəng edərək xaricdə təhsil almaq istədiyini ona bildirmişdir. Bu haqda söhbət etmək üçün Amili «xxxxx» biznes mərkəzindəki ofisinə dəvət etmişdir. Amil jurnalistika ixtisası üzrə xaricdə təhsil almaq istədiyini bildirmiş, sonuncuya 8500 manat müqabilində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən dövlət universitetlərinin birinə ikinci təhsil kimi jurnalistika fakültəsinin qiyabi şöbəsinə ödənişli əsaslarla qəbul etdirə biləcəyini demişdir. Belə ki, Amilə İ, İİ və İİİ kursa görə təhsil haqqını ödəyəcəyi təqdirdə İV-cü kursdan təhsilə başlayacağını və bir il oxuyandan sonra diplom alacağını bildirmişdir. Bütün bu ödənişlər 8500 manata daxil olmuşdur. Amil bu təklifi qəbul etmişdir. Təxminən 2019-cu ilin mart ayında Amil müqavilə bağlamaq üçün atası ilə birlikdə ofisə gəlmişdir. Amil müqaviləni formal olaraq atası ilə bağlamağı xahiş etmiş buna etiraz etməmişdir. Ofisdə Amil 8500 manat pulu verəndən sonra sonuncunun atası Bəhlul Xəlilovla müqavilə bağlamışdır. Amilə 2019-cu ilin sentyabr ayında təhsilə başlayacağını bildirmişdir. Amilin işi ilə məşğul olmağı Kiyevdə yaşayan İfrat adlı tanışından xahiş etmişdir. 2019-cu ilin sentyabr ayında Amil Kiyevə yola düşmüşdür. Amili orada İfrat qarşılamışdır. X51 təhsil alacağı universtitetə aparmış və Amil orada qəbulla bağlı ərizə yazmışdır. Bütün bunları İfrat onun xahişi ilə təmənnasız etmişdir. Amil Bakıya qayıdandan sonra, İfrat zəng edərək Amilin oxumaq istədiyi universitetə təhsil haqqını ödəmək lazım olduğunu, pul ödənilməyəcəyi təqdirdə, Amilin universitetə qəbul olunmacayağını demişdir. Ukrayna Universitetlərin əksəriyyətinə qəbul attestat və ya diplomladır, heç bir imtahan vermirsən, sadəcə illik təhsil haqqını ödəmək lazımdır. Amildən aldığı pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmiş, qalan hissəsi ilə borclarının bir hissəsini bağlamışdır. Ona görə də Amilin təhsil haqqını ödəməyə pulu qalmamışdır. Zərərçəkmiş şəxs10 10000 ABŞ dollar pulu aldığını səmimi etiraf edir. Belə ki, Zərərçəkmiş şəxs10 2019-cu ilin mart ayında rəhbərlik etdiyi «xxxxxxxxxxxxxxxx» MMC-yə müraciət edərək Kanadaya işləmək üçün getmək istədiyini bildirmişdir. Pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs10 da aldadıb sonuncunun pulunu ələ keçirmək qərarına gəlmişdir. Kamalı qəbul edərək MMC-nin fəaliyyəti haqda məlumat vermişdir. Kamala 10000 ABŞ dolları müqabilində Kanada dövlətində işləmək üçün viza alacağını və Kanadanın Toronto şəhərində yerləşən otellərin birinə onu işə qəbul etdirəcəyini, 5000 ABŞ dollar pulu öncə verməli olduğunu, qalan 5000 ABŞ dollar pulu isə Kanadadan iş təklifi gələndən sonra ödəməli olduğunu yalandan bildirmişdir. Kamal təklifi qəbul etmişdir. xx xxxxx 2019-cu il tarixdə Kamal ofisinə gələrək aralarında olan razılaşmaya əsasən 5000 ABŞ dollar pulu, CV sənədini və ümumvətəndaşlıq pasportunun surətini vermişdir.“xxxxxxxxxxxxxxxx” MMC-nin adından Zərərçəkmiş şəxs10la Kanadada işə qəbulla bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən qalan 5000 ABŞ dollar pulu Zərərçəkmiş şəxs10 Kanadadan iş təklifi gələndən sonra verməliydi. 5000 ABŞ dollar pulun ödəməsiylə bağlı Zərərçəkmiş şəxs10 mədaxil gəbzi vermişdir. Zərərçəkmiş şəxs10 bu prosesin 3-6 ay müddətində yekunlaşacağını, ilk üç ay ərzində Kanadadan iş müqaviləsinin gələcəyini və iş müqaviləsi gələn kimi bu haqda məlumat verəcəyini yalandan demişdir. xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs10 zəng edərək Kanadanın Toronto şəhərində yerləşən otellərin birindən ona “qonaq qarşılayan” pozisiyasında işləmək təklifinin gəldiyini yalandan demiş və 5000 ABŞ dollar pulu çatdırmaq lazım olduğunu bildirmişdir. Kamal həmin gün ofisə gəlmişdir. Ofisdə Kamala ingilis dilində tərtib edilmiş iş müqaviləsi göstərmişdir. Həmin iş müqaviləsini özü kompüter və skanerdən istifadə edib saxtalaşdırmışdır. Müqavilədə möhür və məsul şəxsin imzası olmuşdur. Kamalı aldadaraq həmin müqavilənin oteldən elektron poçt vasitəsilə göndərildiyini demişdir. Kamal müqaviləni oxuyub imzaladıqdan sonra qaytarmışdır. Kamala həmin müqaviləni “skan” edib onu elektron poçt vasitəsilə otelə göndərəcəyini yalandan demişdir. Sonra Kamal 5000 ABŞ dollar pulu ona vermişdir. Kamala pulun ödənilməsi ilə bağlı mədaxil qəbzi vermişdir. Kamalı inandırmaq üçün sonuncudan ümumvətəndaşlıq pasportunun əslini, attestatının tərcümə və təsdiqinin, məhkumluq haqda arayışın tərcümə və təsdiqinin və AİDS mərkəzindən alınacaq sənədin tərcümə və təsdiqinin çatdırmaq lazım olduğunu və həmin sənədləri Kanadanın Ankara şəhərində yerləşən səfirliyinə göndərəcəyini yalandan demişdir. Dediyi sənədləri 2019-cu ilin avqust ayının əvvəlində Kamal toplayıb vermişdir. Kamalı inandırmaq üçün sonuncuya güya oteldən onu tələsdirdiklərini, otelə təcili işçi lazım olduğunu və onun artıq sentyabr ayında Kanadaya gedəcəyini yalandan demişdir. Bir müddət sonra Kamal zəng edib işi ilə maraqlananda sonuncuya müxtəlif səbəblər gətirərək vaxtı uzatmağa başlamış, sonradan isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 da Kanadada işlə təmin etmək adı ilə aldadıb sonuncudan ofisdə ümumilikdə 10000 ABŞ dolları pul almışdır. Elturana söz vermişdir ki, sonuncunu da Kanadada işlə təmin edəcək. Lakin Elturanın işini həll edə bilməmiş və Elturandan aldığı pulu borclarına xərcləmişdir. Ancaq Elturana 1000 Avro pul və təxminən 3500 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs7 1500 manat pulu ələ keçirdiyini səmimi etiraf edir. Zərərçəkmiş şəxs7 2019-cu ilin iyul ayında «xxxxxxxxxxxxxxx» MMC-yə müraciət edərək oğlu Akifi Türkiyədə oxutdurmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasının X14 fakültəsində bir vakant yerin olduğunu, həmin yerin də başqa bir tələbə tərəfindən bron oluna biləcəyini yalandan deyib 1500 manat müqabilində həmin yeri oğlu Akif Kərimov üçün saxlaya biləcəyini demişdir. Zərərçəkmiş şəxs7 təklifi qəbul edəndən sonra sonuncuya həmin pulu “xxxxx” biznes mərkəzində yerləşən «xxxxxxxxxx»ın 3 saylı filialı vasitəsilə «xxxxxxxxxxxxxxx» MMC-nin hesabına köçürtməyi demişdir. Zərərçəkmiş şəxs7 da həmin pulu dediyi bank hesabına köçürtmüşdür. Pulu köçürdəndən sonra Zərərçəkmiş şəxs7 ilə oğlunun xaricdə təhsil alması ilə bağlı müqavilə bağlamışdır. Aralarında olan danışığa əsasən illik təhsil haqqı olan 1000 ABŞ dollar pulu İlhamə özü universitetə köçürtməliydi. 2019-cu ilin avqust ayında X27 qəbulu ilə bağlı Bakı şəhərində keçirilən imtahana salmışdır. Fikirləşmişdir ki, Akif yüksək bal toplayıb özü ali məktəbə qəbul olunar, lakin Akif çox az bal toplamışdır. Türkiyədə olan tanışlarının vasitəsilə Akifi orada fəaliyyət göstərən özəl universitetlərin birinə qəbul etdirmək istəmiş, lakin bunu edə bilməmişdir. İlhamə mütəmadi olaraq oğlunun işi ilə maraqlandığı üçün sonuncuya müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Sonra ümumiyyətlə Zərərçəkmiş şəxs7 və digər müştərilərin zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs9 pulunu keçirdiyini səmimi etiraf etmiş və göstərmişdir ki, 2019-cu ilin yayında «xxxxxxxxxxxxxxx» MMC-yə müraciət edərək X33 dövlətində təhsil almasını istədiyini bildirmişdir. O, 2500 avro müqabilində Leyliyə dövlətimizin hesabına təqaüd alacağını və həmin təqaüdlə Leylini istədiyi Macarıstanın Debresena şəhərinin dövlət universitetinin Biznes və İqtisadiyyat fakültəsinə ödənişsiz əsaslarla qəbul etdirəcəyimi yalandan bildirmişdir. Yuliya təklifinə dərhal cavab verməmişdir. Bundan iki-üç gün sonra o, Yuliyaya elektron məktub göndərərək 2019-cu ilin oktyabr ayının 15-ə qədər 2500 avro ödəyəcəyi təqdirdə qızı Leylinin istədiyi universitetə qəbul olunmasına 100 % zəmanət verəcəyini göstərmişdir ki, Yuliya ona inansın. Bundan sonra Yuliya təklifini qəbul etmiş və 2019-cu ilin oktyabr ayında Yuliya “xxxxx” biznes mərkəzindəki ofisinə gəlib məzənnəyə uyğun olaraq 2500 avro ekvivalentində olan 4725 manat pulu ona vermiş, o isə Yuliya ilə müvafiq müqavilə bağlamış və 4725 manat pulun ödənilməsi ilə bağlı qəbz yazıb vermişdir. O, Yuliyaya qızı Leylinin 2020-ci ilin iyul ayında universitetə qəbul olunacağını yalandan bildirmiş, eyni zamanda qəbul üçün lazım olan sənədləri Yuliyadan istəmişdir. Yuliya həmin sənədləri 2019-cu ilin dekabr ayının sonunda skan edib elektron poçtla ona göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Yuliyaya zəng edərək Leylinin yoluxucu xəstəliklərlə bağlı tibbi müayinədən keçməli olduğunu, əldə olunmuş sənədləri isə ingilis dilinə tərcümə etdirmək lazım olduğunu demişdir. xx xxxxxx 2020-ci il tarixdə isə o, həbs olunmuşdur.Eyni zamanda səmimi etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 aldadıb sonuncudan ələ keçirdiyi 50.000 manat pulu və Zərərçəkmiş şəxs2 aldadıb sonuncudan ələ keçirdiyim 10.000 ABŞ dollar pulu özünə götürmüş, yalnız Zərərçəkmiş şəxs1 aldığı puldan Şahid5 gördüyü iş müqabilində, yəni müştəri cəlb etdiyinə görə faiz kimi 5000 manat pul vermişdir. Onun işçiləri olmuş Şahid4, Vüsalə Abdullayeva, Şahid6 və Şahid5 onun törətdiyi əməllərə heç bir aidiyyəti yoxdur, həmin şəxslər sadəcə onun göstərişlərini icra etmiş və onun niyyətlərindən xəbərsiz olmuşlar. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər birindən 6000 ABŞ dollar pulu ələ keçirdiyini səmimi etiraf edir. Həmin qızlar təxminən 2019-cu ilin yazında «xxxxxxxxxxxxxxx» MMC-yə müraciət edərək İtaliyada ali təhsil almaq istədiklərini bildirmişlər. Hətta həmin vaxt hər biri MMCyə ilkin ödəniş kimi 750 manat pul ödəmişlər. Lakin onların işi alınmadığı üçün 1500 manat pulu həmin qızlara qaytarmışdır. 2019-cu ilin noyabr ayında Nərgiz «xxxxxxxxxxxxxxx» MMC-yə müraciət Kanadada işlə bağlı maraqlanmışdır. Belə ki, həmin vaxt «xxxxxxxxxxxxxxx» MMC-nin vətəndaşların Kanadada işlə təmin olunması ilə bağlı elanı “xxxxxxxx” sosial şəbəkəsində yerləşdirilmişdir. Bir neçə şəxs, o cümlədən Nərgiz, MMC-yə zəng edərək həmin elanla maraqlanmışlar. Nərgizlə Kanadada iş haqda söhbət etmək üçün sonuncunu “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən “Mado” restoranına dəvət etmişdir. Nərgiz təklifi qəbul edib həmin restorana gəlmişdir. Həmin vaxt yanında Şahid6 adlı şəxs və sonuncunun nişanlısı da olmuşdur. Tural «xxxxxxxxxxxxxxx» MMC-nin işçisi olmamış və sadəcə yanında təhsil sahəsini öyrənmək istəyirdi ki, gələcəkdə özü müstəqil şəkildə işləyə bilsin. Turala müəyyən işlər tapşırmış və sonuncuya ara bir cib xərcliyi vermişdir. X20 Toronto şəhərində yerləşən otellərin birində bir neçə vakansiyanın olduğunu və onu istədiyi işlə təmin edəcəyini yalandan bildirmişdir. Nərgiz rəfiqəsi Zərərçəkmiş şəxs4 ilə birlikdə Kanadaya getmək istədiyini demişdir. Onlara guya endirim edərək hər birini 7000 ABŞ dolları müqabilində Kanadada işləmək üçün işlə təmin edəcəyini və onlara iş vizaları alacağını yalandan bildirmişdir. Nərgiz təklif haqda evdə məsləhətləşəcəyini demişdir. Tural vətəndaşları bu adla aldadaraq pullarını ələ keçirmək istədiyini bilməmiş və işlərinə qarışmamışdır. Bundan bir neçə gün sonra Turala tapşırıq vermişdir ki, Nərgizə zəng edib Kanadada işlə təmin olunma proqramının iki-üç günə başa çatacağını və həmin tarixdən sonra Kanadaya işləmək üçün getmək istəyən şəxslərin çox pul ödəməli olacaqlarını və bu prosesin çox vaxt aparacağını desin. Tural da bu sözləri Nərgizə zəng edib çatdırmışdır. 2019-cu ilin noyabr ayının əvvəlində Dövlət Statistika Komitəsinin yaxınlığında Nərgiz və Nigarla görüşmüşdür. Qızların tərəddüd etdiyini görüb onlara narahat olmamağı və işlərini tez bir zamanda həll edəcəyini demişdir. Qısa müddət sonra Nərgiz və Nigar ofisə gəlib Kanadaya vizanın alınması və orada işləmək üçün hər biri 5000 ABŞ dolları pul vermişdir. 2000 ABŞ dolları pulu isə aralarında olan razılaşmaya əsasən hər biri sonra verməliydi. Qızları inandırmaq üçün onlarla müqavilələr bağlamış və onlara qəbzlər vermişdir. Həmçinin, qızların ümumvətəndaşlıq pasportlarının fotoşəkillərini çəkmişdir. Qızlara xx.xx.2020-ci il tarixədək onların iş məsələsini həll edəcəyini, 2020-ci ilin fevral ayının sonuna qədər isə onlara vizaları alacağını yalandan bildirmişdir. Nərgiz tez-tez zəng edib işləri ilə maraqlanmış, sonuncunun narahat olduğunu görmüş və hər dəfə işlərini tez bir zamanda həll edəcəyini yalandan demişdir. Sonra kompüter vasitəsilə Toronto şəhərində fəaliyyət göstərən “Grand” otelin adından saxta məktub düzəltmiş və internətdə şablon bir əmək müqaviləsi tapıb orada lazım olan dəyişiklikləri edib həmin məktubları və müqavilələri çap edib Nərgizə və Nigara vermişdir ki, onlar həmin müqavilələri imzalayıb Kanadaya göndərmək üçün ona qaytarsınlar. Bunu etməkdə məqsədi onların inamını artırıb qalan 2000 ABŞ dollar pulu onların hər birindən almaq idi. Məktublarda Nərgiz və Nigarın “Grand” otelinə aşbaz köməkçisi vəzifəsinə işə qəbulla bağlı zəmanət verilməsi haqda, əmək haqqı və sair məlumtalar qeyd olunmuşdur. Əmək müqavilələrində qızların 2020-ci ilin aprel ayından işə çıxacaqlarını qeyd etmişdir. Qızlar müqavilələri imzaladıqdan sonra onları ofisinə gətirib vermişlər. Məktubları və müqavilələri qızlara verəndən 4-5 gün sonra Nərgizə zəng edib ödəməli olduqları 4000 ABŞ dollar puldan bir hissəsini ödəməyi demişdir.Həmin gün Nərgizlə “Xətai” metrostansiyasının qarşısında görüşmüş və Nərgiz öz adından 1000 ABŞ dollar və Nigarın adından 1000 ABŞ dollar pul vermişdir. Həmin vaxt Nərgizə bir qəbz vermiş, qəbzdə Nərgizdən aldığı məbləği qabaqcadan 6800 manat kimi (4000 ABŞ dollar) göstərmişdir ki, guya həmin məbləği Nərgizdən almış, halbuki Nərgiz həmin gün yalnız 2000 ABŞ dollar pul vermişdir. Bu hərəkəti ilə Nərgizin inamını daha da artırmaq istəmişdir ki, qalan 2000 ABŞ dollar pulu onlardan alsın. Nərgizə onların imzaladıqları müqavilələri Toronto şəhərində yerləşən onları işə qəbul edən otelə göndərəcəyini, oradan onların otelə işə qəbulunu təsdiq edən sənədlər gəldikdən sonra vizaların alınması ilə bağlı Kanadanın Türkiyə Respublikasındakı səfirliyinə müraciətlərinin göndəriləcəyini yalandan bildirmişdir. Eyni zamanda, Nərgizgilin işi ilə bağlı Turala qızları vizaların alınması ilə bağlı müraciətlərin edilməsi üçün növbəyə yazdırmağı tapşırmışdır. Bunu “gözdən pərdə asmaq” üçün etmişdir. Eyni zamanda da Nərgizgilə tam tibbi müayinədən keçmək lazım olduğunu deyib onları «Elmed» tibb mərkəzinə aparmış və qızlar orada tibbi müayinədən keçmişlər. Bunu da “gözdən pərdə asmaq” üçün etmişdir. Tural qızlar üçün vizalarla bağlı növbə alsa da, vaxtı qəsdən uzadıb qızların viza mərkəzinə getməyini əngəlləmiş, Nərgizə isə viza mərkəzinin internet saytında texniki problemlərin olduğunu əsas gətirərək onlara növbə ala bilmədiyini yalandan demişdir. Turalı isə qızların işindən kənarlaşdırıb bu işlə özünün məşğul olacağını demişdir. Sonra Nərgizə onların işə qəbulu haqda Kanadadan sənədlərin gəldiyini yalandan deyib qalan 2000 ABŞ dollar pulu onlardan istəmiş, lakin Nərgiz həmin pulu verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs etdiyi dələduzluq əməllərindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, oğlu Rüfət Ağayev xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Evdə söhbətlərdən birində məlum olmuşdur ki, Rüfətin sinif yoldaşı və onunla birlikdə iki nəfər başqa uşaqlar xaricdə təhsil almaq üçün «xxxxxxxxxxxxxxxx» MMC adlı bir şirkət vasitəsilə Macarıstanın Budapeşt şəhərində yerləşən universitetində təhsil alırlar. Rüfətin sinif yoldaşı Nəsibin anası Leyla Fathi də həmin «xxxxxxxxxxxxxxxx» MMC-nin təsisçisi olan Quliyev Mehdinin həyat yoldaşı ilə rəfiqədirlər. Mehdi Quliyev «xxxxxxxxxxxxxxxx» MMC-nin təsisçisidir. Həmin vaxt şirkət Xətai rayonunda yerləşən «Dəmirçi Plaza»da fəaliyyət göstərirdi. Yuxarıda qeyd etdiyi kimi həmin şirkətin təsisçisi olan Mehdi Quliyevin həyat yoldaşı Fəhrəndə Həsənzadənin rəfiqəsi Leyla Fathinin oğlu da Rüfətlə bir sinifdə oxuyurlar. Bunu arvadına - oğlunun sinif yoldaşı Nəsibin anası Leyla Fathi də demişdir. Oğlunun sinif yoldaşı Nəsibin, həmçinin «xxxxxxxxxxxxxxxx» MMC-nin təsisçisi Mehdi Quliyevin oğlunun da artıq Budapeşt universitetində oxuduqlarını bilib internet vasitəsilə həmin şirkətlə maraqlanmışdır. Sosial şəbəkələrdə həmin şirkətin rəsmi rekvizitlərinin olduğunu görmüşdür. Həmçinin, həmin şirkətin təhsildə olan işləri barədə müxtəlif fiziki şəxslərin çıxışları da sosial şəbəkələrdə, həmçinin «YouTube» şəbəkəsində olmuşdur. «xxxxxxxxxxxxxxxxx» MMC sosial şəbəkələrdə və «youtube» portalında olan reklamlarında hətta bəzi müxtəlif saxta şirkətlər də olduğunu insanların nəzərinə çatdırıb onlardan ehtiyatlı olmağa çağırır, bununla öz MMC-lərinin reklam etmişlər. Odur ki, həmin MMC-nin təhsil sahəsində olan addımlarını görüb oğlu ilə qərara gəlmişdir ki, oğlu Rüfət xaricdə həmin şirkət vasitəsilə təhsil alsın. Rüfətin xaricdə təhsilə böyük marağı olmuşdur. «xxxxxxxxxxxxxxxx» MMC-nin yerini öyrənib oraya getmişdir. Həmin vaxt şirkətin təsisçisi - Mehdi Quliyev, direktoru Şahid8, layihə rəhbəri isə Təqsirləndirilən şəxs idi. 2015-ci ilin dekabr ayında Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxt «xxxxxxxxxxxxxxxx» MMC «Dəmirçi Plaza»nın 15-ci mərtəbəsində yerləşmişdir. Fuad şirkət barəsində danışmışdır. Fuad ona şirkət adından onunla müqavilə bağlanılacağını bildirmişdir. Müqaviləyə əsasən oğlu barəsində ilkin sənədləri toplamalı idi - oğlunun oxuduğu məktəbdən müxtəlif arayışları hazırlayıb təqdim etməli idi. Eyni zamanda oğlunun xaricdə təhsilindən ötrü 8 000 ABŞ dollar pulu da köçürməli idi. Oğlu Rüfətin həvəsi tibb sahəsinə olduğundan universitetin tibb fakültəsinə qəbuluna razılaşmışlar. Fuad bildirmişdir ki, sənədləri toplayıb gətirəndən sonra 8 000 ABŞ dolları ödəniş etmək lazımdır, həmçinin bir neçə ay ərzində Macarıstan Universitetindən internet vasitəsilə virtual müsahibə və sual-cavab aparılacaq, sual-cavabı universitetin müəllimləri internet vasitəsilə canlı bağlantı yaradaraq aparacaqlar, əgər həmin müsahibəni uşaq keçsə onda sentyabr ayından sonra universitetin birinci kursuna qəbul olunur və dərsə başlayır. Fuadın dedikləri ilə razılaşmışdır. Təxminən bir ay ərzində lazım olan sənədləri hazırlamışlar, 2016-cı ilin yanvar ayının 14-də oğlu ilə birlikdə «xxxxxxxxxxxxxxxx MMC»-nin «Dəmirçi Plaza»da yerləşən ofisinə gəlib oğlunun sənədlərini və 8 000 ABŞ dollar pulu Təqsirləndirilən şəxs vermişdir. 8 000 ABŞ dollar pulu ödəyəndən sonra Təqsirləndirilən şəxs möhürlü qəbz təqdim etmişdir. Qəbz rekvizitli bir qəbz olmuş, orada VÖEN və sair rekvizitlər öz əksini tapmışdır. Danışdıqları kimi çıxıb getmişdir. Təxminən 2016-cı ilin iyun ayında Təqsirləndirilən şəxs oğlu ilə onu «Dəmirçi Plaza»xxxxx«xxxxxxxxxxxxxxxx MMC»-nin ofisinə dəvət etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Macarıstan Universitetinin müəllimləri ilə internet vasitəsilə sual-cavab aparılacaqdır. Onu da qeyd etmişdir ki, hələ əvvəlki söhbətlərində Təqsirləndirilən şəxs oğlunun Budapeşt şəhərində yerləşən universitetdə «TEMPUS» proqramı vasitəsilə tibb fakültəsində təhsil almasını istədiyini bildirmişdir. Belə ki, həmin proqram vasitəsilə qəbul olunan tələbələrin təhsil haqlarını Avropa Şurası ödəyirdi. Lakin sonradan Təqsirləndirilən şəxs tibb fakültəsində «TEMPUS» proqramı vasitəsilə təhsilin yalnız Macarıstanın Debresena şəhərində yerləşən universitetində mümkün ola biləcəyini və oğlu Rüfəti həmin universitetin tibb fakültəsinə qəbul etdirə biləcəyini demişdir. Məcbur olub Fuadın təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs müsahibənin Debresena Universitetinin müəllimləri ilə olacağını bildirmişdir. 2016-cı ilin iyun ayında oğlu Rüfətlə birlikdə «Dəmirçi Plaza»ya gəlmişdir. Oğlu müsahibə üçün otağa keçmiş, sonuncunu bayırda gözləmişdir. Müəyyən müddət sonra oğlu çıxanda imtahanı müvəffəqiyyətlə verdiyini demişdir. Maraqlanmış, MMC-dən Rüfətin müsahibədən keçdiyini, sentyabr ayında Macarıstana göndəriləcəyini və orada təhsil alacağını bildirmişlər. Oğlunun viza məsələləri ilə məşğul olmağa başlamışdır. Bu müddətdə Təqsirləndirilən şəxs növbəti görüşlərinin birində əlavə olaraq 7 000 ABŞ dollar da ödəməli olduğunu bildirmişdir. Əvvəlcə buna etiraz etmiş və aralarında belə bir danışığın olmadığını demişdir. Fuad isə demişdir ki, oğlu Rüfət Bakıda 11 sinif təhsil almış, lakin Macarıstan təhsil sistemində isə 12 illik təhsildir, bu səbəbdən oğlu bir il hazırlıq oxumalıdır. Fuaddan bununla bağlı hər hansı sənədləşmə aparılıb-aparılmayacağı barədə soruşmuşdur. Fuad həmin 7000 dollar məbləğinə də əlavə müqavilə bağlanılacağını demiş və xx xxxxxx 2016-cı il tarixdə 7 000 ABŞ dolları ödəməyi ilə bağlı onunla yeni müqavilə bağlanmışdır. Müqaviləyə əsasən birinci semestrdən sonra həmin məbləğin yarısı ona qaytarılırdı, hazırlıq kursu bitəndən sonra isə qalan məbləğ qaytarılırdı. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pul birbaşa Debresena universitetinin hesabına ödənilir və bunun üçün ona Debresena universitetinin hesab nömrəsi vermişdir. «xxxxxxxxxxxxxxx»ya getmiş və orada Debresena universitetinin hesabına 7 000 ABŞ dolları pul ödəmişdir. Təqsirləndirilən şəxslə olan söhbəti zamanı Fuad demişdir ki, X41da oxuduğu müddətdə bir neçə ay sonra Təhsil Nazirliyindən məktub göndəriləcək və namizədləri Universitetdən Təhsil Nazirliyinə müsahibəyə çağıracaqlar. Bundan sonra namizədləri təhsil proqramına daxil edəcəklər. Onda bir dəfə Bakıya qayıtmalıdırlar. Təqsirləndirilən şəxs deməsinə görə bu 2017-ci ili aprel ayında olacaqdı. Sonra oğlu Rüfətin vizasını və sentyabr ayı üçün təyyarə biletini almışdır. Oğlu 2016-cı ilin sentyabr ayında özündən başqa həmin universitetdə təhsil alan digər həmyaşıdları ilə birlikdə Macarıstanın paytaxtı Budapeştə getmişdir. Oğlunu həmin ölkəyə tək yola salmaq istəməmişdir. Amma oğlu buna razı olmamış və tək gedəcəyini demişdir. Bundan sonra oğlunu 2016-cı ilin sentyabr ayında elə öz həmyaşıdları ilə birlikdə Budapeştə yola salmışdır. Oradan da qatarla Debresena şəhərinə getməli idi. Qısa müddətdə oğlu Rüfət bütün çətinliklərin öhdəsindən gəlmiş və Debresenadan əlaqə saxlayıb artıq yerləşdiyini demişdir. X41 şəhərində bir neçə tələbə ilə ev kirayələdiyini, artıq universitetin hazırlıq kurslarına gedib-gəldiyini, hətta tələbələr üçün olan oturum kartını aldığını demişdir. X13 həm də adının dərslik jurnallarında olduğunu demişdir. Birinci semestri 2016-cı ilin dekabr ayında başa vurmuşdur. İmtahanları verib 2017-ci ilin yanvar ayında Bakıya gəlmişdir. Amma Fuadla olan danışığında Fuad ikinci dəfə etdiyi ödənişi- 7 000 ABŞ dollarının yarısının geri qaytarılacağını desə də hələ ki, həmin pul ona qaytarılmamışdır. Fevral ayında yenidən X41 şəhərində təhsilini davam etməyə başlamışdır. Bunun üçün yenidən Debresenaya qayıtmışdır. Təqsirləndirilən şəxs deməsinə görə onların namizədləri üçün Təhsil Nazirliyindən məktub göndərilməsini gözləmişdir. Təqsirləndirilən şəxs sözlərinə görə namizədlər Təhsil Nazirliyindən proqrama daxil olmaları üçün müsahibəyə dəvət olunmalı idilər. 2017-ci ilin aprel ayında oğlu Rüfətlə birlikdə Macarıstana təhsil almağa gedən iki nəfər həmyaşıdlarına Respublika Təhsil Nazirliyindən məktub göndərilmiş və onların hər birini proqrama salınmaları üçün Təhsil Nazirliyinə müsahibəyə dəvət etmişlər. Amma oğlu Rüfət dəvət olunmamış və adına Təhsil Nazirliyindən heç bir məktub göndərilməmişdir. Bu məsələ ilə bağlı «Dəmirçi Plaza»ya getmiş və Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxtı artıq «xxxxxxxxxxxxxxxx» MMC «Dəmirçi Plaza»da 5-ci mərtəbədə yerləşmişdir. Təqsirləndirilən şəxslə görüşüb sonuncuya bu barədə demişdir. Fuad isə maraqlanıb məlumat verəcəyini söyləmişdir. Bir neçə gün sonra Elektron ünvanına Fuad cavab məktubunu göndərmişdir. Məktubda qeyd olunmuşdur ki, oğlu Rüfətin seçdiyi ixtisas ( tibb sahəsi üzrə ) «Tempus» proqramına daxil olmadığından sonuncunun adına Təhsil Nazirliyindən məktub göndərilməmiş və bu səbəbdən oğlu Rüfət Təhsil Nazirliyindən müsahibəyə çağrılmamışdır. Amma bu Fuadla aralarında olmuş danışığa uyğun deyildi. Çünki hələ Təqsirləndirilən şəxs pulu ödəməmişdən əvvəl söhbət edib razılaşanda Fuad demişdi ki, Təhsil Nazirliyi ilə əlaqəsi vardır, orada öz nümayəndəsi vardır və Təhsil Nazirliyi onların verdiyi namizədlərin heç birinə «yox» demir, hansı namizədi göndərirlərsə onu xaricdə təhsil proqramına salırlar. Artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs «Tempus» proqramı vasitəsilə Debresena Universitetinin tibb fakültəsində təhsilin almasının mümkün olmadığını əvvəlcədən bilərək oğlunu həmin universitetə qəbul etdirmək adı ilə 8000 ABŞ dollar pulu və oğlunun həmin universitetin hazırlıq kursuna qəbul olunması və bir tədris ili müddətində təhsil alması üçün depozit kimi ödədiyi 7000 ABŞ dollar pulu ələ keçirib. Bundan sonra artıq oğlunun orada qalmasına lüzum olmadığını görüb Təqsirləndirilən şəxs pulunun geri qaytarılması ilə bağlı müraciət etmişdir. Oğlu Rüfət ikinci semestrin bitməsinə lüzum olmadığını görüb 2017-ci ilin may ayında semestri başa vurmamış geri qayıtmışdır. Pulunun geri qaytarılması tələbi ilə bağlı bir neçə dəfə «Dəmirçi Plaza»ya Təqsirləndirilən şəxs yanına getmişdir. Fuad 45 iş günü ərzində pulun qaytarılacağını bildirmişdir. Həmin müddəti də gözləmişdir. Fuad əvvəlcə narahat olmamağı, pulun qaytarılacağını demişdir. Lakin sonradan Təqsirləndirilən şəxs pulu ödəməkdən imtina etmişdir. Hətta ilk vaxtlar Fuad ona bildirmişdir kı, guya onların şirkətində MTN tərəfindən yoxlamalar aparılır, buna görə hesabları dondurulub. Amma həmin danışığının üstündən də müddət keçmiş, pulundan bir manat da olsun ödənilməmişdir. Oğlu isə geri qayıdaraq bir qədər hazırlaşandan sonra Ukrayna Respublikasında Çerniqov şəhərində yerləşən Universitetin turizm fakültəsinə əyani daxil olaraq Ukraynaya getmişdir. Hazırda da Ukraynada əyani təhsil alır. Sonuncu dəfə 2017-ci ilin noyabr-dekabr aylarında «xxxxxxxxxxxxxxxx MMC»-yə gedib pulunu geri tələb etmiş, lakin heç bir nəticə əldə etməmişdir. Vurulmuş 8000 ABŞ dolları ziyandan 4000 ABŞ dolları istintaq zamanı ödənilmişdir. Lakin qalan 4000 ABŞ dolları ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əri Cəmilin tanışı olan Qulu adlı şəxsin vasitəsilə 2018-ci ilin payız aylarında tanış olmuşdur. Belə ki, qızı X19 Türkiyə Respublikasının İzmir şəhərində yerləşən «Ege» Universitetinin tibb fakültəsinə qəbul olunmasını istəmiş, həmin vaxt əri Cəmil İzmir şəhərində şirkətlərin birində memar işləmişdir. Qızı Ləmanın təhsil işi ilə bağlı Mirəsgər adlı şəxs məşğul olmuş, Qulu isə təsadüfən Fuadın ofisində qızının sənədlərini görüb və Cəmilə zəng edərək bu haqda demişdir. Cəmil isə Ləmanın işi ilə Mirəsgər adlı şəxsin məşğul olduğunu deyərək Qulunun sözlərinə təəccüblənmişdir. X48 işini «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs vasitəsilə həll edə biləcəyini və bunun müqabilində Təqsirləndirilən şəxs 20000 ABŞ dollar pul istədiyini demişdir. Məsləhətləşəndən sonra Qulunun təklifini qəbul etmişlər. Əri Cəmil bu haqda Quluya deyəndə, Qulu iki-üç saata pulu düzəldib təcili olaraq Təqsirləndirilən şəxs «xxxxx» biznes mərkəzində yerləşən ofisinə gətirməyi demişdir. Həmin vaxt qızı Ləmanla Fuadın «xxxxx» biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə getmişlər. Həmin vaxt Qulu da orada olmuşdur. Təqsirləndirilən şəxslə aralarında olan razılaşmaya əsasən Fuad 20000 ABŞ dollar müqabilində qızı X34 şəhərində yerləşən dövlət universiteti hesab edilən «Ege» universitetinin tibb fakültəsinə qəbul etdirir və Ləman 2019-cu ilin sentyabr ayında həmin universitetə dərsə gedir. İlkin olaraq15000 ABŞ dollar pulu sayıb qızı Ləmanın və Qulunun yanında Fuada vermişdir. Fuad pulu götürəndən sonra qızının təhsil alması ilə bağlı müqavilə bağlamış və qızı üçün «Ege» universitetinin tibb fakültəsində yer ayrıldığını və xx.xx.2019-cu il tarixdə «Ege» universitetində qeydiyyatdan keçəcəyini bildirmişdir. Fuad Ləmana YÖS imtahanlarında formal olaraq iştirak etməyi demişdir. Fuadın sözlərinə görə həmin imtahanda Ləmanın yığdığı baldan asılı olmayaraq sonuncu universitetə qəbul olunacaydı. Ofisi tərk edib evə getmişlər. Qalan 5000 ABŞ dollar pulu isə Fuada yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 26 saylı evin yaxınlığında vermişdir. Belə ki, Fuad həmin vaxt ona «Ege» universitetinin qalan 5000 ABŞ dollar pulu tələb etdiyini demişdir. Bir müddət sonra qızının işi ilə maraqlanmaq üçün bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etmiş, lakin Fuadın mobil nömrələrinə zəng çatmamışdır. Sonra əri Cəmil Qulunun vasitəsilə bir təhər Fuadla əlaqəyə çıxmışdır. Fuad narahat olmamağı və dediyi vaxtda, yəni xx.xx.2019-cu il tarixdə Ləmanın «Ege» universitetində qeydiyyatdan keçəcəyini bildirmişdir. 2019-cu ilin yayında qızı Ləman YÖS imtahanlarında iştirak etmiş və 70 bal toplamışdır. Bu haqda Fuada məlumat verəndə, Fuad narahat olmamağı və Ləmanın «Ege» universitetində yerinin hazır olduğunu demişdir. xx.xx.2019-cu il tarixdə, yəni Fuadın dediyi vaxtda, Ləman atası ilə birlikdə «Ege» universitetinə getmişdir. Orada Ləman ad və soyadını deyəndə, onun universitətə qəbul olunmadığını bildirmişlər. Fuada zəng edib bu haqda deyəndə Fuad Ləmanın sentyabr ayının 23-dən 27-dək olan müddətdə qeydiyyatdan keçəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Fuad Cəmilə zəng edərək Ləmanın «Ege» universitetinə qəbul olunması ilə bağlı Türkiyənin Bakı şəhərində yerləşən müşavirliyinə sənədin göndərildiyini və gedib həmin sənədi götürməyi demişdir. Cəmil Türkiyədən ona zəng edib bu haqda deyəndə «Nizami» metrostansiyasının yaxınlığında yerləşən Müşavirliyə gedib orada bir vərəqdən ibarət olan sənədi götürüb fotoşəkilini çəkmiş və «WhatsApp» vasitəsilə qızı Ləmana göndərmişdir. Həmin gün Ləman atası ilə birlikdə «Ege» universitetinə gedib fotoşəkili universitetin əməkdaşına təqdim edəndə universitetin əməkdaşı fotoşəkildə olan məktubun saxta olduğunu və universitetin belə bir məktubu heç kimə göndərmədiyini bildirmişdir. Bunu biləndən sonra Fuada zəng etsə də, Fuada zəng çatmamışdır. Sonra əri Cəmil Qulu ilə əlaqə saxlayıb Fuadın onları aldatdığını bildirmiş, Qulu isə Fuadla əlaqə saxlayıb bu haqda məlumat verəcəyini demişdir. Sonra isə X49 başqa universitetə qəbul etdirəcəyini demişdir. Artıq başa düşmüşdür ki, Fuad onu aldadaraq 20000 ABŞ dollar pulunu ələ keçirib. Ona görə də Təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarına şikayət etmişdir. Dəfələrlə pulunu Təqsirləndirilən şəxs tələb etsə də Fuad müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Hazırda ziyandan heç bir öəniş olmadığından təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Kanada dövlətində özünə işi tapmaq üçün internet vasitəsilə bu cür xidmət göstərən şirkətlər axtarmışdır. 2018-ci ilin noyabr ayında internetdə “xxxxxxxxxxxxxxxx” MMC-nin saytına rast gəlmişdir. Həmin saytda 7000 ABŞ dollar müqabilində Kanadaya işəmək üçün vizanın alınması və orada işlə təmin olunması göstərilmişdir. Saytdan əlaqə nömrəsini götürüb MMC-nin yerləşdiyi ünvanı dəqiqləşdirmişdir. Sonra MMC-nin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanda yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsinə gəlmişdir. Orada onu MMC-nin Vüsalə adlı əməkdaşı qarşılayıb ona MMC-nin göstərdiyi xidmətlər haqda məlumat vermişdir. İkinci dəfə həmin şirkətə gələndə onu MMC-nin direktoru Təqsirləndirilən şəxs qarşılamışdır. Həmin görüşdə Fuad onu inandırmaq üçün Kanadada işləmək istəyən şəxslərlə rəhbərlik etdiyi MMC arasında bağlanmış bir neçə müqavilə və viza göstərmişdir. Fuad ona narahat olmamağı və 7000 ABŞ dollar müqabilində 6 ay müddətində ona Kanadaya iş vizası alacağını və Kanadanın Toronto şəhərində yerləşən otellərin birinə onu “hostes” vəzifəsinə işə düzəldəcəyini demişdir. xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 saylı ünvanda fəaliyyət göstərən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-nin ofisində Təqsirləndirilən şəxs 7000 ABŞ dollar pul vermişdir. Sonra Fuadın ona dediyi sənədləri yığıb gətirmişdir ümumvətəndaşlıq pasportunun təsdiq olunmuş surətini, məhkumluq haqda arayışı və 3x4 ölçüdə olan iki fotoşəkili. 2018-ci ilin dekabr ayında da Fuadın ofisinə tez-tez gəlib işi ilə maraqlanmış, Fuad da hər dəfə ona narahat olmamağı demişdir. Fuad onunla müqavilə bağlayanda 2019-cu ilin mart ayında Kanadadan adına iş təklifinin gələcəyini bildirmişdir. Lakin Fuadın dediyi vaxtda Kanadadan adına heç bir sənəd gəlməmişdir. Bu haqda Fuada deyəndə Fuad ona narahat olmamağı və bu işdə gecikmələrin olduğunu demişdir. 2019-cu ilin aprel ayının sonunda Fuad ona Kanadadan adına iş təklifinin gəldiyini və sənədlərin Kanada dövlətinin Türkiyə Respublikasındakı səfirliyində olduğunu demişdir. Fuaddan həmin sənədləri göstərməyi xahiş etmiş, lakin Fuad sənədləri göstərə bilməyəcəyini demişdir. Fuad ona işlə bağlı sənədləri yığıb Kanadanın Bakı şəhərində yerləşən nümayəndəliyinə vermək lazım olduğunu bildirmiş və bu işi işçisi Şahid6 həvalə etmişdir. 2019-cu ilin may-iyun aylarında sənədləri yığıb Kanadanın Bakı şəhərində yerləşən nümayəndəliyinə aparıb verə bilməmişdir. Belə ki, Fuad hər dəfə müxtəlif bəhanələrlə nümayəndəliyə getməsini təxirə salmışdır. Artıq Fuadın onu aldatdığını görüb Fuaddan pulunu tələb etmiş, Fuad isə ona MMC-nin onunla bağladığı müqaviləyə xitam verilməsi haqda ərizə yazmağı və pulu bir ay müddətində geri qaytaracağını demişdir. Təxminən 2019-cu ilin iyun ayının sonunda Fuadın ofisində müqavilənin xitam olunması ilə bağlı ərizə yazmış, lakin Fuad dediyi bir ay müddətində 7000 ABŞ dollar pulu qaytarmamışdır. Sonradan Fuad mobil telefonunu söndürmüş, ofisə gəlməmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs zəng etmiş, ofisinə getmiş, lakin sonuncunu tapa bilməmişdir. 2019-cu ilin noyabr ayında isə qardaşı Cəfər Heydərov DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs şikayət etmiş, sonra Xətai RPİ-nin 37-ci PŞ-nə getmişlər, orada şikayət ərizəsi və izahat yazmışdır. Həmçinin, Zərərçəkmiş şəxs8 göstərmişdir ki, Təqsirləndirilən şəxs onu beş ay müddətində ödənişli ingilis dili kursuna göndərmişdir və həmin kursa ödəniş etmək üçün beş ay müddətində - hər ay ona 160 manat pul vermişdir. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır. Universiteti bitirəndən sonra bir il hərbi xidmətdə olmuşdur. İngilis dilini yaxşı bildyi üçün xaricdə özünə iş tapmaq istəmişdir. 2019-cu ilin yanvar ayının ortalarında İnternetdə işlə bağlı axtarış aparanda «xxxxxxxxxxxxxxx» saytına rast gəlmişdir. Saytda Kanadada işlə bağlı elan yerləşdirilmişdir. Saytda göstərilmiş nömrəyə zəng edib Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 saylı ünvanda yerləşən «xxxxx» biznes mərkəzinin 12-ci mərtəbəsində olan «xxxxxxxxxxxxxxx» MMCnin ofisinə gəlmişdir. Orada onu MMC-nin direktoru Təqsirləndirilən şəxs qəbul etmiş və Kanadada işlə bağlı məlumat verərək 5000 ABŞ dollar müqabilində onu Kanada dövlətinin Toronto şəhərində yerləşən otellərin birinə «hostess», yəni «qonaq qarşılayan» vəzifəsinə işə düzəldə biləcəyini və həmin məbləğə vizanın alınması ilə bağlı xərclərin də daxil olduğunu bildirmişdir. Fuadın təklifini dərhal qəbul etməmiş və Kanada ilə bağlı digər elanlarla maraqlanmışdır. Lakin fevral ayının əvvəlində «xxxxxxxxxxxxxxx» MMC-nin xidmətindən istifadə etməyə qərara alıb MMC-nin direktoru Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə özü ilə 3500 ABŞ dollar götürüb Fuadın «xxxxx» biznes mərkəzində yerləşən ofisinə getmiş və həmin gün Təqsirləndirilən şəxs Kanadada işlə təmin olunması ilə bağlı onunla müqavilə bağlamışdır. Müqavilə Təqsirləndirilən şəxs direktoru olduğu «xxxxxxxxxxxxxxxx» MMC-nin adından bağlanmışdır. Aralarında olan razılaşmaya əsasən Fuada ilikin ödəniş kimi 3500 ABŞ dollar ödəyir, qalan 1500 ABŞ dolları isə həmin ilin iyun ayının əvvəlində ödəyir. 5000 ABŞ dollar müqabilində Fuad ona Kanadada işləmək üçün viza almalı və onu Toronto şəhərində yerləşən otellərin birinə «qonaq qarşılayan» vəzifəsinə işə düzəltməliydi. Viza alındıqdan sonra ona konkret olaraq hansı oteldə işləyəcəyi ilə bağlı məlumat veriləcəydi. Eyni zamanda, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun surətlərini və sağlamlığı ilə bağlı arayış vermişdir. xx xxxx 2019-cu il tarixdə Fuadın ofisində sonuncuya 1500 ABŞ dollar pul ödəmişdir. «İELTS» sertifikatını almaq üçün kurslara getmiş, bu səbəbdən də «xxxxxxxxxxxxxxx» MMC vizanın alınması ilə bağlı müraciəti onun adından 2019-cu ilin avqust ayının əvvəlində Kanada dövlətinin Türkiyə Respublikasının Ankara şəhərində yerləşən səfirliyinə göndərmişdir. Lakin xx.xx.2019-cu il tarixdə Kanada dövlətinin Bakı şəhərində yerləşən viza mərkəzindən ona zəng edib ora dəvət etmişlər. Həmin Mərkəzdə ona bir zərf vermişlər. Zərfi açdıqda içərisində ümumvətəndaşlıq pasportu və vizanın verilməsi ilə bağlı imtina məktubu olmuşdur. Artıq viza ala bilməyəcəyini görüb Fuadın ofisinə getmiş və sonuncudan 5000 ABŞ dollar pulunu tələb etmişdir. Fuad ona müqavilənin xitam olunması ilə bağlı ərizə yazmağı və 5000 ABŞ dollar pulu, üstəlik 1000 ABŞ dolları məbləğində təzminatı 30 iş günü ərzində alacağını bildirmişdir. Orada Fuadın dediyi ərizəni yazıb getmişdir. Lakin 30 iş günü keçsə də pulu qayıtmamışdır. Fuaddan pulunu tələb etsə də, Fuad müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Artıq başa düşmüşdür ki, Fuad pulunu vermək istəmir. Bu səbəbdən Təqsirləndirilən şəxs polis və prokurorluq orqanlarına şikayət etmişdir. Şikayətlərindən sonra Fuad 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının sonuna qədər ona hissə-hissə olmaqla ümumilikdə 3238 ABŞ dollar pul qaytarmışdır. Fuad qalan pulu sonra qaytaracağını bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs5 vizanın alınması ilə bağlı sənədlərinin MMC-nin Tural adlı əməkdaşında olduğunu və sənədləşmə işi ilə məhz Turalın məşğul olduğunu bildirmişdir. Vurulmuş 5000 ABŞ dolları ziyandan 3238 ABŞ dolları istintaq zamanı ödənilmişdir. Lakin qalan 1762 ABŞ dolları ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif sahələrdə, o cümlədəndə, tikintidə işləmişdir. Sonradan iş olmadığı üçün 1 il olar ki, heç yerdə işləmir. Maddi vəziyyəti ağır olduğundan ailəsini dolandırmaq üçün yeni iş axtarmışdır. 2019-cu ilin yanvar ayında daimi iş yerinin və müntəzəm gəlirinin olması üçün yeni iş tapmaq məqsədi ilə internet saytlarından birində «xxxxxxxxxxxxxxxx» MMC işə düzəltmə şirkəti barədə məlumat tapmış və həmin şirkətlə əlaqə saxlayaraq işə düzəltmə şərtləri ilə tanış olmuşdur. Özünü şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs 68000 manat müqabilində 4 nəfərdən ibarət olan ailəsini Kanada dövlətində işlə təmin olunacağını və yüksək məvacib alacaqlarını bildirmişdir. Belə ki, özü, oğlu, arvadı və qızı Kanadanın Toronto şəhərində fəaliyyət göstərən otellərin birinə işə düzəltməliydilər – özü aşbaz, oğlu Tural yük daşıyan xidmətçi, həyat yoldaşı Arzu aşbaz köməkçisi, qızı Nərmin isə oteldə qeydiyyatçı vəzifəsinə işə düzəlməliydi. Bir neçə gündən sonra isə həmin şirkətin əməkdaşı Şahid5 ona zəng edib işə düzəltmə xidmətində endirim olduğuna görə 68000 manata deyil, cəmi 50000 manat müqabilində 4 nəfərdən ibarət olan ailəsini Kanadada işlə təmin olunacağını bildirmişdir. Sözügedən «xxxxxxxxxxxxxxxx» MMC şirkəti Xətai rayonu, Nobel prospekti 15 saylı ünvanda yerləşən «xxxxx» Biznes Mərkəzinin 12-ci mərtəbəsində fəaliyyət göstərir. Həmin şirkətdə özünü şirkətin icraçı direktoru kimi təqdim edən Təqsirləndirilən şəxslə və həmin şirkətin işçisi Şahid5 ilə danışıqlar apardıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə onunla həmin şirkət arasında 02.19.03 saylı formal müqavilə bağlanmışdır. Şirkətin adından müqaviləni Təqsirləndirilən şəxs imzalamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Fuadın «xxxxx» Biznes mərkəzində yerləşən ofisində ona ilkin ödəniş kimi 18000 manat pul vermişdir. Həmin vaxt Fuadın yanında onun işçiləri Nicat, Zərbalı, Tural və Sevinc olmuşdur. Fuad 18000 manat pulu alandan sonra ona və ailə üzvlərinə məxsus olan ümumvətəndaşlıq pasportlarını da götürmüşdür ki, guya pasportlar viza üçün ona lazımdır və pasportları Kanada dövlətinin Bakı şəhərində yerləşən Viza mərkəzinə göndərəcəkdir. Şirkətlə aralarında bağlanmış müqaviləyə əsasən onun və ailə üzvlərinin ingilis dilinin öyrənməsi üçün şirkət öz hesabına onlar üçün ingilis dili müəllimi tutmalıydı. Lakin bu məsələ yuvanmış və yalnız 2019-cu ilin aprel ayının əvvəlində şirkət evə Maya adlı ingilis dili müəllimini göndərmişdir. Maya evə təxminən bir ay gəlib ingilis dilindən dərs keçmiş, sonradan Təqsirləndirilən şəxs Mayanın pulunu ödəmədiyi üçün, Maya onlara gəlməmiş, Mayanı Niku adlı bir iranlı qız əvəz edərək onlara gəlib ingilis dilini öyrətmişdir. Niku da bir aya yaxın onların evinə gəlib-getmişdir. xx xxxx 2019-cu il tarixdə Fuadın işçisi Nicat mobil telefonuna zəng edib qalan pulu da gətirməyi demişdir. Belə ki, aralarında bağlanmış müqaviləyə əsasən ilkin ödəniş kimi 18000 manat pulu ödəyəndən sonra, 2019-cu ilin mart ayının 15-nə kimi 7000 manat, viza hazır olduqda isə 25000 manat pulu şirkətə ödəməliydi. xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində 4500 manat pul düzəldib Fuadın ofisinə getmiş və həmin pulu ofisdə Fuada vermişdir. Həmin vaxt ofisdə Fuadın işçiləri olmuşdur – Nicat, Vüsalə, Sevinc və Tural. Fuad pulu götürəndən sonra müvafiq qəbz də vermişdir. Fuad narahat olmamağı, işlərin davam etdiyini, vizalar gələn kimi qalan 27500 manat pulu ödəməli olduğunu bildirmişdir. Fuadın sözünə inanıb gözləmişdir. xx xxx 2019-cu il tarixdə Nicat zəng edib sənədlərin hazır olduğunu, Kanadada onların işi ilə məşğul olan «Corc» adlı şəxsin qalan 27500 manat pulu istədiyini bildirmişdir. Nicat 27500 manat pulu gətirməyəcəyi təqdirdə şirkətə ödədiyi 22500 manat pulun batacağını bildirmişdir. Həmin gün cəmi 15000 manat pul düzəldə bilmiş, belə ki, Tərtər rayonunda yerləşən faktiki qiyməti 80000 manat olan evini dəyər-dəyməzə – 28000 manat satmışdır. Evi alan şəxs ona nağd 15000 manat pul vermiş, qalan 13000 manat pulu isə ayın sonunda verəcəyini demişdir. 15000 manat pulu alan kimi Nicatla telefon əlaqəsi saxlamış, Nicat isə Fuadın ofisdə olduğunu və pulu aparıb Fuada verməyi demişdir. Həmin gün, yəni xx xxx 2019-cu il tarixdə Fuadın ofisinə gedib 15000 manat pulu orada Fuada vermiş və qalan 12500 manat pulu ayın sonunda verəcəyini bildirmişdir. Fuad etiraz etməmişdir. xx xxx 2019-cu il tarixdə Şahid5 yenidən ona zəng edib qalan 12500 manat pulu gətirməyi demişdir. Həmin gün işi olduğu üçün oğlu Turala 12500 manat pulu Fuada çatdırmağı demişdir. Belə ki, ödənişlərlə bağlı söhbətləri Şahid5 etsə də, pulları Fuad götürmüşdür. Tural xx xxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı Dövlət Universitetinin qarşısında Fuadla görüşüb 12500 manat pulu sonuncuya vermişdir. Həmin vaxt Fuad oğlu Turala da narahat olmamağı və ailəsinin tez bir zamanda Kanadaya bir illik işləməyə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə aralarında olan danışığa əsasən maksimum 6 ay ərzində vizaları alıb Kanadaya getməliydilər. 2019-cu ilin avqust ayının əvvəlində Fuada zəng edib işi ilə maraqlanmışdır. Fuad isə ona Nicatla əlaqə saxlamağı demişdir. Nicatla telefon əlaqəsi saxlamış, Nicat xx.xx.2019-cu il tarixdə onu ofisə dəvət etmişdir. xx.xx.2019-cu il tarixdə oğlu Turalla birlikdə Fuadgilin ofisinə gəlmişdir. Orada Nicat ona Kanadanın Bakı şəhərində yerləşən viza mərkəzindən vizalar almaq üçün dörd ədəd xüsusi kağız vermiş və onlara kağızlarda göstərilən tarixdə və vaxtda, yəni xx.xx.2019-cu il tarixdə günorta saatlarında Viza mərkəzində olmağı demişdir. xx xxxxxx 2019-cu il tarixdə Nicat zəng edərək ofisə gəlməyi demişdir. Həmin gün oğlu Turalla Nicatgilin ofisinə getmişdir. Orada Nicat ona DTXnın Bakı şəhərində saxta möhürlərlə bağlı əməliyyat keçirdiyini və vizaların alınması ilə bağlı bütün işlərin, o cümlədən, onların işinin də dayandığını bildirmişdir. Nicatın bu sözləri onda şübhə yaratmışdır. xx.xx.2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Kanadının Bakı şəhərində yerləşən Viza mərkəzinə getmişdir. Orada Nicatın ona verdiyi kağızları göstərəndə, mərkəzin əməkdaşları vizaların verilməsi üçün mərkəzdə növbələrin olmadığını, həmin kağızların heç bir əhəmiyyət kəsb etmədiklərini və aldanıldıqlarını bildirmiş və onlara ümumvətəndaşlıq pasportlarını əməkdaşlıq etdiyi şirkətdən geri almağı məsləhət görmüşlər. Həmin gün Fuadgilin ofisinə getmişlər. Lakin Nicat və Fuad ofisdə olmamışlar, Nicata zəng edib ofisdə olduğunu demiş, Nicat isə ona növbəti gün gəlməyi demişdir. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Nicatgilin ofisinə getmişlər. Orada Nicatla görüşmüş və aldanıldıqlarını bildirərək ümumvətəndaşlıq pasportlarını geri istəmişdir. Nicat pasportları ona qaytarmışdır. Nicata onlara verdiyi 50000 manat pulu geri qaytarmayacağı təqdirdə onlardan polisə şikayət edəcəyini desə də, Nicat sözlərinə əhəmiyyət verməmişdir. Ofisi tərk edib evə qayıdanda şirkət tərəfindən onun və ailə üzvlərinin adına açılmış elektron poçtlara məktublar gəlmişdir. Həmin məktublarda şirkət tərəfindən onunla bağlanmış müqaviləyə xitam verilməsi və şirkətə ödədiyi 50000 manat pulu 30 iş günü ərzində geri ala biləcəkləri göstərilmişdir. Lakin 30 iş günü ərzində Təqsirləndirilən şəxs ödədiyi 50000 manat pulu geri ala bilməmişdir. Bundan sonra dəfələrlərə Fuad və Nicatdan pulunu istəsə də, həmin şəxslər müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışlar. Məcbur olub onlardan polisə şikayət etmişdir. Çoxsaylı şikayətlərindən sonra Fuad ona 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar ayında hissə-hissə olmaqla 5000 manat pul qaytarmışdır. Qalan 45000 manat pulu qaytarmaqdan yayınmışdır. Vurulmuş 50000 manat ziyandan 10000 manat istintaq zamanı ödənilmişdir. Lakin qalan 40000 manat ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Kanada dövlətində özünə işi tapmaq üçün internet vasitəsilə bu cür xidmət göstərən şirkətlər axtarmışdır. 2019-cu ilin mart ayının sonunda «xxxxxxxx» sosial şəbəkəsində «The Times» şirkətinin səhifəsində “xxxxxxxxxxxxxxx” MMC-nin reklamına rast gəlmişdir. Elanda “xxxxxxxxxxxxxxx” MMC-nin Kanada dövlətində işləmək istəyənlərə xidmət göstərilməsi və elaqə saxlamaq üçün bir mobil nömrə qeyd olunmuşdur. Həmin nömrəyə zəng etmiş, Tural adlı bir şəxs cavab vermişdir. Tural “xxxxxxxxxxxxxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “xxxxx” biznes mərkəzinin 12-ci mərtəbəsində fəaliyyət göstərdiyini bildirərək həmin biznes mərkəzinin ünvanını izah etmişdir. Təxminən üç gündən sonra “xxxxx” biznes mərkəzində fəaliyyət göstərən “xxxxxxxxxxxxxxx” MMC-nin ofisinə gəlmişdir. Orada onu yuxarıda qeyd etdiyi Tural adlı şəxs qarşılamışdır. Turalın ona “xxxxxxxxxxxxxxx” MMC-nin fəaliyyəti haqda verdiyi məlumat qane etmədiyi üçün MMC-nin rəhbəri haqda maraqlanmışdır. Həmin vaxt ona bir nəfər şəxs yaxınlaşıb özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işlədiyini bildirmişdir. Fuad Kanadada işlə bağlı bütün suallarına cavab vermişdir. Həmin ofisə gəlməmişdən öncə Kanadada işlə bağlı internet vasitəsilə bütün məlumatları oxumuş və bu proses haqda müəyyən biliklərə malik olmuşdur. Fuadın bütün suallara düzgün cavab verməsi sonuncuya qarşı inam yaratmışdır. Fuad 10000 ABŞ dolları müqabilində ona Kanada dövlətində işləmək üçün viza alacağını və Kanadanın Toronto şəhərində yerləşən otellərin birinə işə qəbul etdirəcəyini, 5000 ABŞ dollar pulu öncə verməli olduğunu, qalan 5000 ABŞ dollar pulu isə Kanadadan iş təklifi gələndən sonra ona ödəməli olduğunu bildirmişdir. Ofisdən çıxandan sonra Təqsirləndirilən şəxs haqda internetdə maraqlanmış və sonuncunun təhsil üzrə ekspert kimi bir neçə teleşirkətə verdiyi müsahibələrə rast gəlmişdir. Bu hal da Fuada qarşı inamını artırmış və sonuncunun təklifini qəbul etmişdir. xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ofisinə gələrək orada sonuncuya 5000 ABŞ dollar pul, CV sənədini və ümumvətəndaşlıq pasportunun surətini vermişdir. Ofisdə Təqsirləndirilən şəxs rəhbəri olduğu “xxxxxxxxxxxxxxxx” MMC-nin adından onunla Kanadada işə qəbulla bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən qalan 5000 ABŞ dollar pulu Təqsirləndirilən şəxs Kanadadan iş təklifi gələndən sonra verməliydi. 5000 ABŞ dollar pulu ödəməsi ilə bağlı Təqsirləndirilən şəxs hesab faktura və mədaxil gəbzi vermişdir. Təqsirləndirilən şəxs bu prosesin 3-6 ay müddətində yekunlaşacağını, ilk üç ay ərzində Kanadadan iş müqaviləsinin gələcəyini və iş müqaviləsi gələn kimi bu haqda məlumat verəcəyini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs zəng edərək Kanadanın Toronto şəhərində yerləşən otellərin birindən ona “qonaq qarşılayan” pozisiyasında işləmək təklifinin gəldiyini və 5000 ABŞ dollar pulu çatdırmaq lazım olduğunu bildirmişdir. Həmin gün 5000 ABŞ dollar pulu düzəldib Təqsirləndirilən şəxs ofisinə getmişdir. Ofisdə Fuad ingilis dilində tərtib edilmiş və sözlərinə görə oteldən elektron poçt vasitəsilə göndərilmiş 3-4 vərəqdən ibarət olan iş müqaviləsini göstərmişdir. İngilis dilini bildiyi üçün həmin müqaviləni oxumuş, orada iş şərtləri haqda ətraflı məlumat göstərilmişdir. Müqavilədə möhür və məsul şəxsin imzası olmuşdur. Müqavilənin şərtləri qane etdiyi üçün həmin müqaviləni imzalayıb Fuada qaytarmışdır. Fuad həmin müqaviləni “skan” edib elektron poçt vasitəsilə otelə göndərəcəyini demişdir. Sonra 5000 ABŞ dollar pulu Təqsirləndirilən şəxs vermişdir. Fuad isə pulun ödənilməsi ilə bağlı mədaxil qəbzi vermişdir. Fuad ümumvətəndaşlıq pasportunun əslini, attestatının tərcümə və təsdiqinin, məhkumluq haqda arayışın tərcümə və təsdiqinin və AİDS mərkəzindən alınacaq sənədin tərcümə və təsdiqinin ona çatdırmaq lazım olduğunu və həmin sənədləri Kanadanın Ankara şəhərində yerləşən səfirliyinə göndərəcəyini bildirmişdir. Fuadın dediyi sənədləri 2019-cu ilin avqust ayının əvvəlində toplayıb vermişdir. Həmin vaxt Fuad ona güya oteldən onu tələsdirdiklərini, təcili işçi lazım olduğunu və artıq sentyabr ayında Kanadaya gedəcəyini demişdir. Təxminən xx xxxxxxxx 2019-cu il tarixdə Fuada zəng edib işi ilə maraqlanmış, Fuad ona X1 adına izləmə kodunun gələcəyini, kod gələndən sonra Kanadanın Bakıda yerləşən nümayəndəliyinə gedib vizanın alınması ilə bağlı müsahibədən keçəcəyini demişdir. Lakin Fuadın dediyi izləmə kodu gəlməmişdir. Bu haqda Fuada deyəndə, Fuad kodun başqa tarixdə gələcəyini demişdir. Lakin həmin tarixdə də kod gəlməmişdir. Bir neçə dəfə Fuada zəng etsə də Fuad cavab verməmişdir. Təxminən bir həftə sonra Fuadın ofisinə getmiş, lakin orada Fuadı tapa bilməmişdir. X50 yol qəzasına düşdüyünü və Fuadın bir müddət ofisdə olmayacağını bildirmişdir. Həmçinin, Tural MMC-nin bir neçə dəfə Kanadaya vətəndaşları göndərdiyini bildirərək narahat olmamağı demişdir. Eyni zamanda, orada Elturan adlı şəxslə rastlaşmışdır. Elturan Təqsirləndirilən şəxs onu aldadaraq Kanadada işə qəbul etdirmək adı ilə pulunu ələ keçirdiyini bildirmişdir. Artıq başa düşmüşdür ki, Fuad onu da aldadaraq 10000 ABŞ dollar pulunu ələ keçirib. Həmin gün müqavilənin xitam olunması ilə bağlı Fuadın ofisində ərizə yazmışdır. Müqaviləyə əsasən ərizə yazıldıqdan sonra bir ay müddətində MMC-yə ödədiyi məbləğ geri qaytarılmalıydı. Növbəti dəfə Təqsirləndirilən şəxs ofisinə gələndə ofisdə işləyən Nərmin adlı xanımdan Fuadın iş otağını açıb orada pasportunu axtarmağı xahiş etmişdir. Nərmin Təqsirləndirilən şəxs iş otağının qapısını açandan sonra sonuncu ilə birlikdə otağa keçmişdir. Təqsirləndirilən şəxs iş masasının üzərində ümumvətəndaşlıq pasportunu görüb götürmüşdür. Fuada verdiyi digər sənədlər də masanın üzərində olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra Tural ofisə gəlmişdir. Turaldan sənədlərinin harada olduğunu soruşmuş, Tural isə Təqsirləndirilən şəxs sənədləri Kanadanın Türkiyə Respublikasında yerləşən səfirliyinə göndərdiyini deyəndə, Turala sənədlərinin heç bir yerə göndərilmədiyini və onların Fuadın iş masasının üzərində qaldığını bildirmişdir. Tural isə ona heç nə deməmişdir. Bu sentyabr ayının sonlarına təsadüf etmişdir. Ərizəni yazandan iki-üç gün sonra Təqsirləndirilən şəxs zəng edərək xx.xx.2019-cu il tarixdə pulunu qaytaracağını demişdir. Lakin Fuad dediyi vaxtda pulu qaytarmamışdır. Təxminən bir ay Fuadı gözləmiş, lakin Fuad bu müddət ərzində də pulu qaytarmamışdır. xx xxxxxx 2019-cu il tarixdə DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək Təqsirləndirilən şəxs şikayət etmiş, sonra isə 37-ci PŞ-ə gedib orada ərizə yazmışdır. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, maddi vəziyyəti ağır olduğundan özünə xaricdə yüksək məvacibli iş axtarmışdır. 2019-cu ilin may ayında internet vasitəsilə «xxxxxxxxxxxxxxx» MMC-nin səhifələrinə rast gəlib həmin səhifələrdə yerləşdirilmiş elanlarla tanış olmuşdur. Sonra isə həmin MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 saylı ünvanda yerləşən «xxxxx» biznes mərkəzindəki ofisinə gəlmişdir. Orada onu MMC-nin əməkdaşları Vüsalə və Tural qarşılamışlar. Həmin şəxslər MMC-nin konkret olaraq hansı işlə məşğul olduğunu, konkret şəhər demədən Kanadada onu aşbaz işinə düzəldə biləcəklərini bildirmişlər. Bir neçə gün özü və arvadı Elnarə Musayeva həmin MMC-nin ofisinə gəlib-getmişlər ki, ətraflı məlumat ala bilsinlər. MMC-nin əməkdaşı Tural ona MMC-yə 18000 manat ödəniş edəcəyi təqdirdə MMC ona üç ay müddətində Kanadaya viza alır və onu həmin ölkəyə aşbaz kimi işləməyə göndərir. Bu təkliflə razılaşmışdır. Pulu olmadığından yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsindəki evini çox ucuz qiymətə – 23000 manata satmış, halbuki evinin qiyməti təxminən 45000 manat olmuşdur. Beh kimi evini alan şəxsdən 8500 manat pul almışdır. xx xxxx 2019-cu il tarixdə «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru Hacıyev X32 işə qəbulla bağlı onunla müqavilə bağlamışdır. Həmin gün Fuada sonuncunun ofisində ilkin ödəniş kimi 8500 manat pul vermiş, lakin Fuad həmin pulu götürməmiş və pulu «xxxxxxxxxx»da olan MMC-nin hesabına köçürməyi demişdir. Həmin vaxt yanında Fuadın işçisi Vüsalə də olmuşdur. Vüsalə ilə birlikdə biznes mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən «xxxxxxxxxx»ın filialına gedib həmin pulu «xxxxxxxxxxxxxxx» MMC-nin bankda olan hesabına köçürmüşdür. Fuadla aralarında olan danışığa əsasən ilkin ödənişdən üç ay sonra yerdə qalan 8500 manat pulu ona ödəməliydi. Hətta həmin vaxt Fuad bir müddət sonra onu MMC-nin hesabına ingilis dili kursuna göndərəcəyini de demişdir. Bundan təxminən 10 gün sonra Fuad zəng edərək Elşən adlı bir oğlana Kanadada iş aldığını, lakin həmin şəxsin anasının öldüyünü, Elşənin Kanadaya getmədiyini və həmin işi ona verə biləcəyini və həmin gün təcili olaraq ona 8500 manat pul ödəməli olduğunu demişdir. Hətta Fuad bu təkliflə razılaşmayacağı təqdirdə xx xxxx 2019-cu il tarixdə ödədiyi 8500 manat pulun batacağını da bildirmişdir. Evini alan şəxsdən qalan 14500 manat pulu götürüb həmin puldan 5000 ABŞ dolları götürüb Fuadın ofisinə getmiş və həmin pulu orada Fuada vermişdir. Həmin vaxt Fuadın yanında işçisi Vüsalə Abdullayeva da olmuşdur. Eyni zamanda, Fuada öz ümumvətəndaşlıq pasportunu da vermişdir. Həmin vaxt elə təsəvvür yaranmışdır ki, Fuad pasportu götürmək istəmir, lakin bu hala çox əhəmiyyət verməmişdir. Fuad 5000 ABŞ dollar pulu götürəndən sonra narahat olmamağı və iyul ayının sonunda işçisi Turalın onunla birlikdə Kanadanın viza mərkəzinə gedib orada onun üçün viza alacağını demişdir. Fuada inanıb ofisi tərk etmişdir. Lakin iyul ayının sonunda heç kim zəng etməmiş, ona görə də özü Fuada zəng etmişdir. Fuad birinci dəfə aqressiv cavab vermiş və gözləməyi demişdir. Növbəti dəfə Fuada zəng edəndə Fuad cavab verməmiş, digər zənglərinə cavab verəndə isə Fuad hədə-qorxu gəlmiş və onu narahat etməməyi demişdir. Fuada sonuncudan şikayət edəcəyini deyəndə Fuad ona işçisi olan Şahid5 yönəltmişdir. Nicat çox kobud danışmış, hər şeyi boynundan atmışdır. Ailəsini götürüb Fuadın ofisinə getmişdir. Arvadı orada ağlayandan sonra Nicat ona MMC ilə arasında bağlanmış müqavilənin xitam verilməsi ilə bağlı ərizə yazmağı və 30 iş günü ərzində pulunu geri alacağını bildirmişdir. Nicatın dediyi ərizəni yazmışdır. Lakin 30 iş günü ərzində pulunu ala bilməmişdir. Bu səbəbdən yenidən Fuadın ofisinə getmiş, lakin orada Fuadı və Nicatı tapa bilməmişdir. Orada onu MMC-nin əməkdaşı olan Hüseyn adlı şəxs qarşılamış və 1000 avro pul vermişdir. Hüseyn MMC-nin hesabından nağd pul çıxarda bilmədiklərini, adına hər hansı bir bankda hesab açdırmağı və qalan pulu həmin hesaba köçürəcəklərini demişdir. Elə həmin gün «xxxxxxxx»da öz adına hesab açdırıb hesabın rekvizitlərini MMC-nin elektron poçt ünvanına göndərmişdir. Təxminən bir saatdan sonra Vüsalə Abdullayeva ona elektron məktub göndərərək gün ərzində qalan pulun tam şəkildə ona ödəniləcəyini bildirmişdir. Lakin həmin pul hesabına köçməmişdir. Hətta banka gedib bununla maraqlanmış, lakin heç bir nəticə olmamışdır. Artıq başa düşmüşdür ki, Fuadgil onu aldatmışlar. Sonra dəfələrlə Fuada və Nicata zəng etsə də, onlar zənglərinə cavab verməmişlər. Məcbur olub Fuaddan polisə şikayət etmişdir. Çoxsaylı şikayətlərdən sonra Fuad hissə-hissə olmaqla 3500 manat pul ödəmişdir. Lakin qalan pulu Fuad bu günə kimi qaytarmır. Fuad ona 11644 manat pul ödəməlidir. Qalan ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında oğlu X29 Türkiyə Respublikasında dövlət universitetlərinin birində oxumasını təşkil edə biləcək şəxs axtarmışdır. Tanışlarının vasitəsilə «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxslə tanış olub xx.xx.2019-cu il tarixdə sonuncunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən «xxxxx» biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisinə getmişdir. Orada Fuad onu çox yaxşı qarşılamışdır. Söhbət zamanı X21 X14 fakültəsində bir vakant yerin olduğunu, həmin yerin də başqa bir tələbə tərəfindən bron oluna biləcəyini və 1500 manat müqabilində həmin yeri oğlu Akif Kərimov üçün saxlaya biləcəyini bildirmişdir. Tez tanışlarından borca 1500 manat pul götürüb növbəti gün Fuadın ofisinə getmiş və həmin pulu Fuadın sözü ilə «xxxxx» biznes mərkəzinin üçüncü mərtəbəsində yerləşən «xxxxxxxxxx»ın 3 saylı filialında «xxxxxxxxxxxxxxx» MMC-nin hesabına köçürtmüşdür. Təqsirləndirilən şəxs həmin gün, yəni xx.xx.2019-cu il tarixdə oğlu Akif Kərimovun X14 fakültəsinin əyani şöbəsinə qəbulu üçün onunla müqavilə bağlamış, müqavilənin ümumi dəyəri 1500 manat kimi göstərilmişdir. Danışığa əsasən illik təhsil haqqı olan 1000 ABŞ dollar pulu özü universitetə köçürtməliydi. Fuadın sözlərinə görə oğlu 2019-cu ilin sentyabr ayında Mersin Universitetində dərsə başlayacaydı. Hətta Fuad 04.08. 2019-cu il tarixdə oğlu Akifi Universitetə qəbulu ilə bağlı Bakı şəhərində keçirilən imtahana salmış və oğluna lazım olan balı yazdıracağını bildirmişdir. Akif də həmin imtahanda iştirak etmişdir. Sentyabr ayında Təqsirləndirilən şəxs Mersin Universitetində dərslərin oktyabr ayında başlayacağını, lakin Akifin özəl universitet olan «Esenyurt» Universitetinə qəbul olunduğunu bildirmişdir. Buna etiraz etmiş, belə ki, həmin universitetdə illik təhsil haqqı 5000 ABŞ dollar olmuşdur. Sonradan X5çqınlarının yerləşdirildiyini və dərslərin bir az gec başlayacağını bildirmişdir. Fuaddan «Esenyurt» Universiteti və Mersin Universiteti tərəfindən oğlu Akifin adına verilmiş tələbə biletlərini istəsə də, Fuad həmin sənədlərin özündə olduğunu, Bakıda olmadığını və Bakıya qayıdan kimi həmin sənədləri verəcəyini demişdir. Sonra Fuad mobil telefonunu söndürmüş və ona zəng çatmamışdır. Bir neçə dəfə Fuadın ofisinə getsə də, Fuadın işçiləri onun harada olduğunu bilmədiklərini demişlər. Sonradan Fuadla bir təhər əlaqə yarada bilmişdir. Fuad ona oğlu Akifin 2020-ci ilin fevral ayında Mersin şəhərində hazırlıq kurslarına gedə biləcəyini, 2020-ci ilin sentyabr ayına qədər isə Akifin həm Esenyurt Universiteti, həm də Mersin Universiteti tərəfindən dəvət alacağını demişdir. Fuaddan oğlu X22 qəbulu ilə bağlı bir neçə dəfə sənəd istəsə də, Fuad müxtəlif bəhanələr gətirərək sənədləri verməkdən imtina etmişdir. Sonra Fuadın həbs olunduğunu bilmiş və artıq başa düşmüşdür ki, Fuad başqa vətəndaşlarla yanaşı onu da aldadaraq 1500 manat pulunu ələ keçirib. Ona görə də Təqsirləndirilən şəxs polisə şikayət etmək qərarına gəlmişdir. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasında doğulduğunu, milliyətcə rus olmasına baxmayaraq latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxumağı bacardığını, tərcüməçinin iştirakına ehtiyacının olmadığını bildirmişdir. 2019-cu ilin yayında internetdə «xxxxxxxxxxxxxxx» MMC-nin saytına rast gəlmişdir. Həmin MMC abituriyentlərin xaricdə təhsil alması sahəsində xidmətlər göstərmişdir. X33 dövlətində təhsil almasını istədiyi üçün həmin MMC-yə müraciət etmək qərarına gəlmişdir. Həmin vaxt qızı Leyli ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanda fəaliyyət göstərən «xxxxx» biznes mərkəzinin 12-ci mərtəbəsində olan «xxxxxxxxxxxxxxx» MMC-nin ofisinə gəlmişdir. Orada onları MMC-nin direktoru Təqsirləndirilən şəxs qəbul etmişdir. Fuad qızını sorğu-sual etmişdir. Təqsirləndirilən şəxs 2500 avro müqabilində Leylini dövlət hesabına təqaüd alacağını və həmin təqaüdlə Leylini istədikləri Macarıstanın Debresena şəhərinin dövlət universitetinin Biznes və İqtisadiyyat fakültəsinə ödənişsiz əsaslarla qəbul etdirəcəyini bildirmişdir. Avropa universitetlərinə qəbul olunmaq istəyən hər bir abituriyent İELTS kurslarını keçməlidir. Bu səbəbdən qızını həmin kursa yazdırmışdır. Fuadla cəmi bir dəfə görüşmüşdür. Bundan iki-üç gün sonra Təqsirləndirilən şəxs ona elektron məktub göndərərək 2019-cu ilin oktyabr ayının 15-ə qədər 2500 avro ödəyəcəyi təqdirdə qızı Leylinin istədiyi universitetə qəbul olunmasına 100 % zəmanət verəcəyini göstərmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qızı Leylinin təhsil işinə görə 2500 avro vermək qərarına gəlmişdir. Lakin pulu olmadığından həmin məbləği bankdan götürmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə ərizə ilə «AccessBank»ın mərkəz filialına müraciət edərək oradan 5000 manat kredit götürmüş və həmin gün Təqsirləndirilən şəxs «xxxxx» biznes mərkəzində yerləşən ofisinə gəlmişdir. Orada məzənnəyə uyğun olaraq Təqsirləndirilən şəxs 2500 avro ekvivalentində olan 4725 manat pul vermiş, Təqsirləndirilən şəxs isə xx.xx.2019-cu il tarixdə qızının Macarıstanda təqaüdlü təhsil alması ilə bağlı onunla müqavilə bağlamış və 4725 manat pulun ödənilməsi ilə bağlı qəbz yazıb vermişdir. Təqsirləndirilən şəxs ona qızının 2020-ci ilin iyul ayında universitetə qəbul olunacağını və mütəmadi olaraq əlaqə saxlayacağını bildirmişdir. Bir müddət sonra Fuadla əlaqə saxlayıb qızının işi ilə maraqlanmış, Fuad isə qızının işinə görə bir neçə sənəd istəmişdir - xarici pasport, İELTS sertifikatını və transkripti, yəni attestatı əvəz edən və hər fənn üzrə qiymətlər göstərilmiş arayışı istəmişdir. Fuadın dediyi bütün sənədləri 2019-cu ilin dekabr ayının sonunda skan edib elektron poçtla sonuncuya göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs mesaj yazaraq qızı Leylinin yoluxucu xəstəliklərlə bağlı tibbi müayinədən keçməli olduğunu, əldə olunmuş sənədləri isə ingilis dilinə tərcümə etdirmək lazım oluduğnu bildirmişdir. Fuadın dediyi kimi etmişdir – qızı yoluxucu xəstəliklərlə bağlı bütün tibbi müayinələrdən keçmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə şəxsi aldadaraq onların pullarını ələ keçirib və buna görə də Təqsirləndirilən şəxs həbs olunub. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını fikirləşib Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktub yazmışdır. Cavab məktubunda bildirilmişdir ki, qızı Leyli Mürsəlova ilə bağlı Təhsil Nazirliyinə hər hansı bir müraciət daxil olmamışdır. Artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu da aldadaraq pullarını ələ keçirib. Ona görə də Təqsirləndirilən şəxs polisə şikayət etmək qərarına gəlmişdir. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 10 il daxili işlər orqanlarında çalışmışdır. 2019-cu ilin mart ayında isə öz istəyi ilə ərizə yazıb DİO-dan xaric olunmuşdur. Belə ki, həmin vaxt xaricdə təhsil almaq istəmişdir. İnternet vasitəsilə «xxxxxxxxxxxxxxx» MMC-nin səhifəsinə rast gəlmiş və səhifədən MMC-nin nömrəsini götürüb ora zəng etmişdir. Zənginə cavab verən xanım onu qəbula yazmışdır. Növbəti gün rəfiqəsi Zərərçəkmiş şəxs4 ilə birilkdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanda yerləşən «xxxxx» biznes mərkəzinə gəlmişdir. Oradan 12-ci mərtəbədə yerləşən ofislərin birinə qalxmışlar. Ofisdə onları «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs qəbul etmişdir. Fuad onlara xaricdə təhsillə bağlı məlumat verərək onu və rəfiqəsi Nigarı 1500 manat müqabilində (bir adama görə) bir sıra Avropa ölkələrinin ali məktəblərinin birinə ödənişsiz təhsil almasında (təqaüd almaq şərti ilə) köməklik göstərə biləcəyini demişdir. Özü və Nigar İtaliyada təhsil almaq istədiklərini bildirmişlər. Fuad heç bir problemin olmadığını və sənədləşmədən sonra İtaliyada təhsil alacaqları şəhəri və ali məktəbi seçəcəklərini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən özü və Nigar danışılan məbləğin yarısını – hər biri 750 manat pulu MMC-yə ödəyirlər, qalan pulu isə ali məktəbə qəbul olunandan sonra ödəyirlər. Növbəti gün isə özü və Nigar adama 750 manat düzəldib Təqsirləndirilən şəxs ofisinə gəlmişlər. Orada Fuad MMC-nin adından hər biri ilə xaricdə təhsil almaqla bağlı müqavilə bağlamışdır. Onlar isə 750 manat pulu «xxxxx» biznes mərkəzinin birinci mərtəbəsində yerləşən «xxxxxxxxxx»ın filialında MMC-nin hesabına köçürmüşlər. Fuad onlara 2019-cu ilin iyul ayının 24-də seçəcəkləri ali məktəbdən cavabın gələcəyini, təhsilə isə sentyabr ayında başlayacaqlarını bildirmişdir. Fuad onların sənədləşmə işini Şahid6 adlı əməkşda həvalə etmişdir. Məhz Tural onlardan təhsillə bağlı lazım olan sənədləri yığmış, onlarla mütəmadi olaraq əlaqədə olmuşdur. xx.xx.2019-cu il tarixdə Şahid6 elektron poçtuna İtaliyanın Roma, Milan, Venesiya və Turin şəhərlərində fəaliyyət göstərən ali məktəblərin və ixtisasların siyahısını göndərmişdir ki, Nigarla birlikdə seçim etsinlər. Nigarla bir neçə ali məktəb seçib Fuadın ofisinə getmişlər. Orada Tural seçdikləri ali məktəbləri özündə qeyd etmişdir. xx.xx.2019-cu il tarixdə Turala zəng etmişdir. Tural İtaliyadan cavabların gəlmədiyini və növbəti gün ofisə gəlib pulu götürə biləcəyini demişdir. Növbəti gün Fuadın ofisinə gedib orada müqavilənin ləğvi ilə bağlı ərizə yazmış, Tural isə MMC-yə ödədikləri 1500 manat pulu qaytarmışdır. Həmin vaxt ofisdə olarkən bir müştəri əlində 100-lük əskinaslarla olan təxminən 5-6 bağlama ABŞ dollarını tutub Fuadın otağına keçmişdir. Turaldan həmin müştərinin nə üçün bu qədər ödəniş etdiyini soruşmuş, Tural isə həmin müştərini ailəsi ilə birlikdə Kanada dövlətinə işləməyə göndərəcəklərini bildirmişdir. Turaldan bir nəfərin Kanadaya işləməyə göndərilməsi üçün nə qədər ödəniş etmək lazım olduğunu soruşmuş, Tural isə ona bu məsələ ilə bağlı Fuadla söhbət etməyi məsləhət görmüşdür. Bir qədər sonra isə Fuadın otağına keçmişdir. Fuad orada dollarları sayaraq ona bir nəfəri Kanadaya işləməyə 15000 ABŞ dollara göndərdiklərini, lakin onun üçün endirim edə biləcəyini demişdir. Həmin ilin noyabr ayına qədər nə Turalla, nə də ki, Fuadla heç bir əlaqə saxlamamışdır. 2019-cu ilin noyabr ayında «xxxxxxxx» sosial şəbəkəsində «xxxxxxxxxxxxxxxx» MMC-nin vətəndaşların Kanadada işlə təmin olunması ilə bağlı elanına rast gəlmiş və Turala zəng etmişdir. Turala Kanada ilə bağlı bir neçə sual verib əlaqə saxlayacağını demişdir. Bundan təxminən iki gün sonra Tural zəng edərək Təqsirləndirilən şəxs Kanada ilə bağlı onunla söhbət etmək istədiyini bildirmişdir. Etiraz etməmişdir. «Nəriman Nərimanov» metrostansiyasının yaxınlığında yerləşən «Mado» restoranına dəvət olunmuşdur. Orada Fuad, Tural və Turalın nişanlısı olan Tərlan adlı xanımla görüşmüşdür. X43 Toronto şəhərində yerləşən otellərin birində bir neçə vakansiyanın olduğunu və istədiyi işlə təmin edəcəyini demişdir. Fuada özünün və rəfiqəsi Nigarın Kanadaya getmək istədiklərini deyəndə, Fuad onlara endirim edərək hər birini 7000 ABŞ dollar müqabilində (hər adama görə) Kanadaya göndərə biləcəyini demişdir. Fuada bu haqda fikirləşəcəyini demişdir. Növbəti gün isə Tural ona zəng edərək Kanada ilə bağlı fikrini soruşmuş, Turala konkret bir söz deməmiş və atası ilə məsləhətləşəcəyini bildirmişdir. Tural isə xx xxxxxx 2019-cu ildə Kanadada işlə təmin olunma proqramının başa çatacağını və həmin tarixdən sonra Kanadaya işləmək üçün getmək istəyən şəxslərin çox pul ödəməli olacaqlarını və bu prosesin çox vaxt aparacağını demişdir. xx.xx.2019-cu il tarixdə Fuadla Yasamal rayonu ərazisində Dövlət Statistika Komitəsinin yaxınlığında görüşüb söhbət etmişdir. Həmin vaxt Nigar da yanında olmuşdur. Fuadın yanında isə tanımadığı bir şəxs olmuşdur. Söhbət zamanı Fuad onlara Kanadada işlə bağlı məsələni çox asan həll edəcəyini, heç nədən narahat olmamağı demiş və təkidlə ödəniş etməyi demək olar ki, tələb etmişdir. Fuadla söhbətdən sonra özü və Nigar artıq Fuadla müqavilə bağlamağa qərara gəlmiş və evdən pullarını götürüb Fuadın ofisinə getmişlər. Ofisdə özü və Nigar Fuada hər biri ilkin ödəniş kimi 5000 ABŞ dollar pul vermiş, aralarında olan razılaşmaya əsasən 6000 ABŞ dollar pulu hər biri Fuada sonra verməliydilər. Fuad isə hər biri ilə müqavilə bağlamış və qəbzlər vermişdir. Həmin vaxt Fuad mobil telefonu ilə ümumvətəndaşlıq pasportlarının fotoşəkillərini çəkmiş və onlarla əlaqə saxlayacağını demişdir. Fuadla əlaqə saxlayanda sonuncu narahat olmamağı və gözləməyi, xx xxxxxx 2020-ci il tarixədək Kanadada işlə bağlı məsələni həll edəcəyini, 2020-ci ilin fevral ayının sonuna kimi isə Kanadaya getmək üçün vizaları alacağını demişdir. Fuada inanmışlar. xx xxxxxx 2020-ci il tarixdə Fuad zəng edərək Kanadanın Toronto şəhərində yerləşən «Grand» oteldən onun və Nigarın işi ilə bağlı müsbət cavab gəldiyini və həmin məktubları və otelin iş müqavilələrini onun elektron poçt ünvanına göndərdiyini demişdir. Fuad həmin müqavilələri çap etdirib onları imzaladıqdan sonra «xxxxx» biznes mərkəzinin yeddinci mərtəbəsində yeləşən ofisinə aparıb verməyi demişdir. Fuadın dediyi kimi etmişlər – müqavilələri çap etdirib imzalamışlar və həmin müqavilələri aparıb Fuadın ofisinə vermişlər. xx.xx.2020-ci il tarixdə Fuad ona zəng edib borclu qaldıqları pulun bir hissəsini gətirib ona verməyi demişdir. Özü və Nigar hər biri Fuada 5000 ABŞ dollar pul vermişlər. Bu dəfə isə hər biri 1000 ABŞ dollar pulu düzəldəndən sonra Fuada zəng edib 2000 ABŞ dollar düzəltdiklərini demişdir. Fuad ona Bakı şəhəri, Xətai rayonu ərazisində «Xətai» metrostansiyasının qarşısına gəlməyi demişdir. Fuadla «Xətai» metrostansiyasının qarşısında görüşüb sonuncuya 2000 ABŞ dollar pul vermişdir. Fuad isə 6800 manat pulun, yəni 4000 ABŞ dollar pulun alması ilə bağlı cibindən bir qəbz çıxardıb ona vermişdir. Fuada qəbzdə məbləğin artıq yazıldığını deyəndə, Fuad borclu qaldıqları 2000 ABŞ dollar pulu da həmin qəbzdə bir dəfəlik nəzərə aldığını və növbəti dəfə ona 2000 ABŞ dollar pulu verəndə qəbz verməyəcəyini bildirmişdir. Fuad görüşə tək gəlmişdir. Həmin görüşdə Fuad imzaladığı müqavilələrin Toronto şəhərində yerləşən onları işə qəbul edən otelə göndərəcəyini, oradan onun və Nigarın otelə işə qəbullarını təsdiq edən sənədlər gəldikdən sonra vizaların alınması ilə bağlı Kanadanın Türkiyə Respublikasındakı səfirliyinə müraciətlərinin göndəriləcəyini bildirmişdir. Bundan təxminən 4-5 gün sonra Fuada zəng edib işi ilə maraqlanmış, Fuad isə ona Kanadadan sənədlərinin gəldiyini bildirmiş, Fuaddan nə üçün bu haqda onlara məlumat vermədiyini soruşanda Fuad ona guya işi ilə maraqlanmadığı üçün məlumat vermədiyini demişdir. Fuad növbəti həftə «chek up» tibbi müayinədən keçməli olduqlarını və işçisi olan Şahid6 vizaların alınması ilə bağlı müraciətlərin edilməsi üçün onları növbəyə yazdıracağını bildirmişdir. Sonra Turalla əlaqə saxlamış, Tural isə Təqsirləndirilən şəxs onların viza məsələsi ilə bağlı ona göstərişlər verdiyini və həmin gün onlara növbə alacağını demişdir. Həmin gün axşama kimi Turaldan cavab gözləmiş, sonra sonuncuya «WhatsApp» mesenceri vasitəsilə yazmışdır. Tural isə ona texniki problemlər səbəbindən növbə ala bilmədiyini və bu məsələni növbəti gün həll edəcəyini demişdir. Növbəti gün Tural onlara xx xxxxxx 2020-ci il tarixə növbə almışdır. Bir neçə dəfə Fuaddan otelə işə qəbul olunmaqları ilə bağlı sənədləri göstərməyi tələb etsə də, Fuad müxtəlif bəhanlər gətirərək vaxtı uzatmışdır. Fuad onlara xx xxxxxx 2020-ci il tarixdə tibbi müayinədən keçəcəklərini, xx xxxxxx 2020-ci li tarixdə isə vizaların alınması ilə bağlı Kanadanın Bakıdakı viza mərkəzinə müraciət üçün gedəcəklərini desə də, xx xxxxxx 2020-ci il tarixdə Fuad onlara zəng etməmişdir. Həmin gün Fuada zəng etsə də, Fuad cavab verməmişdir. Həmin gün saat 15 radələrində Fuad özü zəng edib tibbi müayinədən keçmək üçün hələ tibbi mərkəz tapmadığını və tapan kimi əlaqə saxlayacağını demişdir. Saat 16:00-a kimi Fuadı gözləsələr də, Fuad zəng etməmişdir. Həmin vaxt özü Fuada zəng etmiş, Fuad müayinənin növbəti günə qaldığını və onlardan boş vərəqə imza atıb həmin imzalı vərəqin mobil telefonla fotoşəkilini çəkib «WhatsApp» mesenceri vasitəsilə ona göndərməyi demişdir. Fuadın dediyi kimi etmişlər. Belə ki, Fuad onların imzalarının elektron imza etmək lazım olduğunu demişdir. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında özü və Nigar Fuadla görüşüb 9-cu mkrda yerləşən «Elmed» tibb mərkəzinə getmişlər və orada tibbi müayinədən keçmişlər. Müayinədən keçəndən sonra yaxınlıqda bir kafedə oturmuşlar. Orada Fuad onlara vizaların alınması üçün «on line» qeydiyyatdan keçirəcəyini demiş, Fuada etiraz edərək Kanadanın Bakı şəhərində yerləşən viza mərkəzində qeydiyyatdan keçmək istədiklərini demişdir. Fuad sözlərinə çox əsəbiləşmiş və həmin gün axşam saat 22:00-da ona zəng etməyi demişdir. Sonradan başa düşmüşdür ki, Fuad Kanadanın Bakı şəhərində yerləşən Viza mərkəzində onlar üçün internet vasitəsilə növbə alsa da, qəsdən tibbi müayinədən keçmə vaxtını günorta saatlarına salmışdır ki, onlar Viza mərkəzinə gedə bilməsinlər. Həmin gün axşam Fuada zəng etmiş, Fuad isə saytda texniki problemlərin olması səbəbindən onlar üçün növbə ala bilmədiyini demişdir. Əsəbiləşib telefonda Fuadla mübahisə etmişdir. xx.xx.2020-ci il tarixdə Fuad onlarla görüşüb otelə işə qəbul olunmaqları ilə bağlı onlara Kanadadan göndərilmiş sənədləri göstərməliydi. Lakin Fuad bunu etməmiş və görüşü xx.xx.2020-ci il tarixə təxirə salmışdır. xx.xx.2020-ci il tarixdə Fuada zəng etmiş, sonra isə ona «WhatsApp» mesenceri vasitəsilə yazmışdır. Lakin Fuad cavab verməmişdir. xx xxxxxx 2020ci il tarixdə Fuad cavab mesajı yazaraq sənədlərin onda olduğunu və görüşüb sənədlərə baxa biləcəklərini demişdir. Həmin gün axşam saatlarında onlar «Xətai» metrostansiyasının yaxınlığında Fuadla görüşmüşlər. Fuad ona ingilis dilində iki sənəd göstərmiş, lakin onları verməmişdir. Özü isə mobil telefonu ilə həmin sənədlərin fotoşəkillərini çəkmişdir. xx xxxxxx 2020ci il tarixdə Fuad «WhatsApp» mesenceri vasitəsilə səs mesajı atmışdır. Həmin mesajda Fuad ondan verməli olduqları qalan 2000 ABŞ dollar pulu bank vasitəsilə hesabına köçürməyi demişdir. Lakin artıq Fuaddan şübhələnməyə başlamış və həmin pulu Fuada göndərməmişdir. xx xxxxxx 2020-ci il tarixdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həbs olunub. Fuad ondan və Nigardan – hər birindən dələduzluq yolu ilə 6000 ABŞ dollar pulu alıb ələ keçirmişdir. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar ifadə verərək Kanada da işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs ondan 6000 ABŞ dolları məbləğində pul almış və vədinə əməl etməyərək ona maddi ziyan vurmuşdur. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 Bəybala oğlunun teleqramı nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. Zərərçəkmiş şəxs11 Bəybala oğlu teleqramda təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət tələbinin olmadığını onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs6 məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə telefonoqram göndərərək ona dəymiş ziyanın ödənilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7 və Şahid8 təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid6, Şahid9 və Şahid10 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onların ifadələri təqsirləndirilən şəxsin ifadəsi ilə oxşar olmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X17 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi, onların çoxunun şikayətçi olması da nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlandığı 02 gün bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar