Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-209/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» xx xxxxxx 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları’nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, xx xxxxxx 2021-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi “Hyundai” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olmuş, Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsində qurulmuş mobil postda saxlanılıb sistemdə yoxlanılarkən koronavirus xəstəsi olduğu halda karantin rejimini pozmaqla yaşayış yerini özbaşına tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində xx xxxx 2010-cu ildə anadan olmuş X10 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X5 adlı övladları var. Hal-hazırda heç bir yer yerdə işləmir, boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. O, səhhətində narahatlıq hiss etdiyi və qızdırması olduğu üçün xx xxxxxx 2021-ci il tarixdə axşam saat 19 radələrində 103 xidmətinə zəng vurmuş, səhhətində olan problemi bildirmişdir. Həmin gün təxminən yarım saat sonra xüsusi geyimdə həkim briqadası onun yaşadığı ünvan 3 ünvanına gəlmiş və “Covid-19” xəstəliyi ilə əlaqədar olaraq ondan yaxma analizi götürmüşlər. Həmin vaxt həkimlər analizin cavabının mesaj vasitəsi ilə göndəriləcəyini bildirdikləri üçün o, əlaqə nömrəsi kimi istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəsini qeyd etmişdir. Həmin vaxt həkimlər ona analizin cavabının iki günə çıxacağını və cavab çıxana kimi yaşadığı evi tərk etməməyi, kənar şəxslərlə ünsiyyətdə olmamağı bildirmişlər. xx xxxxxx 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman 012- ***-**-** nömrəli şəhər telefonuna zəng gəlmiş, o, dəstəyi götürmüş və dəstəyin o biri tərəfindən “TƏBİB”-dən olduqlarını və verdiyi COVİD-19 testinin nəticəsinin pozitiv olduğunu bildirib və heç bir yerə çıxmamağı barədə xəbərdarlıq etmişlər. xx xxxxxx 2021ci il tarixdə təxminən saat 11 radələrində idarə etdiyi **-MN-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra markalı avtomobili ilə yaşadığı ünvan 2 ünvanından çıxıb yenidən COVİD-19 testi vermək üçün Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “X14” üz tutmuşdur. Evdən çıxıb Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsindən keçən zaman həmin küçədə qurulmuş postda onu saxlamışlar. Orada olan polis əməkdaşları ondan icazəsinin olub olmamağını yoxlamaq məqsədilə sənədlərini tələb etmişlər. Bu zaman o, polis əməkdaşlarına sənədlərini təqdim etmişdir. Polis əməkdaşları sənədlərə baxan zaman onun COVİD-19 xəstəsi olduğunu müəyyən etmiş və ondan heç yerə getməməyi tələb etmişlər. Bir müddət sonra həmin əraziyə Xətai RPl-nin 35-ci PB-nin əməkdaşları gəlmiş, video çəkilişlə onu sorğu sual etmişlər. O, da polis bölməsinin əməkdaşlarına hadisə barədə məlumat vermiş və COVİD-19 xəstəliyindən qan analizi vermək üçün X14 getdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları onun hadisə ilə bağlı yerində izahatını alaraq getmişlər. O, həkimə gedən zaman təhlükəsizlik məqsədi ilə maskadan istifadə etdiyini bildirmişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Ölkədə yaranmış karantin rejimi ilə əlaqədar olaraq Xətai RPİ-nin inzibati ərazisində qurulmuş stasionar postlarda xidmətdə olmuşdur. Hər gün səhər saatlarından rəhbərliyin verdiyi göstərişlərə uyğun olaraq ya postlarda ya da bölmənin inzibati ərazisində öz xidmətini davam etdirib, vətəndaşları karantin rejimi qaydalarına ciddi riayət etmələrini təmin etmişdir. xx xxxxxx 2021-ci il tarixdə bölmənin əməliyyat qrupunda xidmətdə olmuşdur. Bölmədə olarkən radiostansiya vasitəsilə Mehmandarov küçəsində yerləşən postdan məlumat daxil olaraq təcili ora getməli olduqlarını bildirmişlər. Bölmədən çıxıb Mehmandarov küçəsində yerləşən posta çatan zaman orada xidmət aparan polis nəfərlərinin 1 nəfər şəxsi saxladıqlarını və ona həmin şəxsin koronavirus xəstəsi olduğunu bildirmişlər. Postda saxlanılan şəxsin anket məlumatlarını maraqlandıqda məlum olmuşdur ki, həmin şəxs ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Onlar həmin şəxsin COVİD-19 virusu daşıyıcısı olduğu halda niyə çölə çıxdığını maraqlanmış, həmin şəxs isə özünü yaxşı hiss etdiyi, yenidən qan analizi vermək üçün xəstəxanaya getdiyini bildirmişdir. Bu zaman onlar həmin şəxsdən yerində izahat almış və saxlanılan zaman müvafiq çəkiliş aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahidlər X8, Şahid3 və Şahid4 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram üvanlayaraq səhətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiklərini, istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Şahidlər X3, Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrində onlar Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha ifadələrində təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hal-hazırda 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimidir. Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq ərazi aidiyyəti üzrə koronavirus xəstəliyinə yoluxmuş şəxsləri qeydiyyata alır və mütəmadi olaraq onların səhhəti ilə maraqlanırlar. ünvan 6 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs da koronavirus xəstəliyinə yoluxmuş şəxslər sırasında olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs işlədiyi xəstəxanada koronavirus xəstəliyinə yoluxmuş şəxslər sırasında qeydiyyata düşmüşdür. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə sahə həkimi olduğundan mütəmadi olaraq Raminlə əlaqə saxlamış, səhhəti ilə maraqlanmış və öz tövsiyyələrini vermişdir. O, Təqsirləndirilən şəxs ilə hər dəfə əlaqə saxlayanda nəinki tibbi tövsiyələrini, hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən karantin nəzarətinə götürülmüş şəxslərin qarşısına qoyulmuş tələblər barədə də məlumat vermişdir. Belə ki, o, dəfələrlə Təqsirləndirilən şəxs, birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltması üçün ayrı otaqda qalmasını, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmasını, Raminlə birgə yaşayan şəxslərlə ən az bir metr məsafədə olmasını və ünsiyyət zamanı tibbi maskadan istifadə etməsini, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları birgə yaşayan şəxslərdən təcrid etməsini, mənzilin daxilində mümkün qədər az hərəkət etməsini, ümumi istifadə yerlərini tez-tez havalandırmasını və Raminin təcridetmə müddəti bitənə kimi yaşadığı mənzili qəti olaraq tərk etməməsini bildirmişdir. Bundan əlavə olaraq o, Təqsirləndirilən şəxs özünü təcridetmə müddətinin 14 gün olduğunu və yalnız bu müddət keçdikdən sonra yenidən müayinəsinin nəticəsinin neqativ çıxdığı halda yaşadığı mənzili tərk edə biləcəyini izah etmişdir. O, Raminin özünü təcridetmə qaydalarını pozub-pozmaması barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi ibtidai istintaq aparılması üçün aidiyyatı üzrə Xətai RPİ-nin İŞ-nə gönsərilmişdir (i.v 1); Xətai RPİ-nin 35-ci PB-nin rəisi polis polkovnik-leytenantı cənab Rəhman İsmayılova ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində ünvan 8 ünvanın qarşısında yolda qurulmuş mobil postda xidmət aparan zaman Hyundai markalı AZ **-MN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs sənədlərini yoxlayarkən sistemdə onun koronavirus xəstəsi olması aşkar edilmişdir (i.v. 2); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 26 nömrəli, xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yaxma testi vermiş, xx.xx.2021-ci il tarixdə analizin nəticəsi pozitiv çıxmış, həmin tarixdən portala salınmış və sahə həkiminin qeydiyyatına götürülmüşdür (i.v. 7); şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Əhmədov Emil adlı və xx.xx.2005-ci il təvəllüdlü Əhmədov Məhəmməd adlı yetkinlik yaşına çatmayan övladları vardır (i.v. 18); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 28); Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Tikinti X9 175 saylı MTK-nın xx.xx.2021-ci il tarixli xaasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1989-cu ildən Bakı şəhəri Yeni Günəşli “D” y/s ev 28 mənzil 90-da yaşayır. O, yaşadığı müddətdə özünü intizamlı sakin kimi göstərmiş, binada heç bir qalmaqalın iştirakçısı olmamışdır. Ramin binanın ictimai işlərində yaxından iştirak etmişdir. O, yaşlılara qarşı hörmətlə yanaşmışdır, həmyaşıdları ilə səmimi və mühribandır. Ailəlidir, nümunəvi valideyndir (i.v. 29); Bakı Şəhəri İcra Hakimiyyəti175 saylı Mənzil Tikinti X9nin xx xxxxxx 2021-ci il tarixli, 36/21 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 9 ünvanında yaşayır (i.v. 30); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 xx xxxxxx 2021-ci il tarixli, 10/122 nömrəli məktubundan görünür ki, Nazirlər kabinetinin 377s nömrəli xx.xx.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 8.1-ci bəndinə əsasən yoluxma faktı təsdiq olunmuş şəxslərin yaşayış yerindəvə ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması qərarı qəbul olunmuşdur. X1 və X2 və Profilaktikası Mərkəzinin tövsiyyələrinə əsasən xəstəliyin ağırlıq səviyyəsi yüksək olan şəxslər 10 gündən artıq müddətdə virus ifraz edə bilərlər. Bununla bağlı, təcrid müddəti və ehtiyyat tədbirləri 21 günədək uzadıla bilər. COVİD-19 virus infeksiyasına yoluxmuş və heç bir simptomu olmayan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcridolunma müddəti Nazirlər Kabinetinin 377s nömrəli xx.xx.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 9.3-cü bəndinə əsasən azı 7 (yeddi) gündən sonra 24 saat intervalla 2(iki) ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda bitə bilər (i.v. 31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 92/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Covid-19 virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. xx.xx.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir (i.v.32-35); CD diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hal şahidləri X6, X4 iştirakları ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 253 13 70 saylı “xxxx” MMC-yə məxsus kart nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində anten dairəsi və mesajların mətinləri DİN-in Baş İnformasiya- Kommunikasiya idarəsindən götürülmüş üzərində “Xətai 101-4046” yazıları yazılmış 01 ədəd “CD” diskinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, baxış keçirilməzdən əvvəl hal şahidlərinə hüquq vəzifələri izah edilmişdir. Baxış zamanı bir ədəd “CD” formatlı diskin üzərində qələmlə “Xətai 101-4046” yazılmış yazılar mövcud olmuş, həmin disk komputerin DVD oxuyucusu vasitəsilə açıldıqda 01 ədəd “Xətai RPİ 101-4046- 1221” adlı qovluq aşkar olunmuş, həmin qovluq açıldıqda içərisində 01 ədəd “62711_SMS statistika (Qarşı Abunə)-**********70” adlı, 01 ədəd “62712_B-S Yer Dəyişdirmə (Hamısı)- **********70” adlı və 01 ədəd “məxsusluq adlı “Excell” formatlı fayllar aşkar olunmuşdur. “Excell” formatlı 01 ədəd “62711_SMS Statistika (Qarşı Abunə)-**********70” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 10:53:59 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 71A ünvanında anten dairəsində olması, xx.xx.2021-ci il tarixdə saat 11:11:44-də Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi 2942D məhəlləsində olması faktı öz əksini tapmışdır. İkinci 01 ədəd “01 ədəd “62712_B-S Yer Dəyişdirmə (Hamısı)- **********70” adlı “Excell” formatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 253-13-70 saylı mobil nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:53:59 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 71A ünvanında anten dairəsində olması, xx.xx.2021-ci il tarixdə saat 11:11:44-də Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi 2942D məhəlləsində olması faktı öz əksini tapmışdır (i.v. 38-39); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə turtulan ittiham elan edilmişdir (i.v. 57); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, xx xxxxx 1977-ci ildə Ağdaş şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 71-72); diskə baxış keçirilməsi haqqında xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış keçirilməsi barədə müvafiq protokol tərtib olunmuşdur. Baxış zamanı bir ədəd “CD” formatlı diskin üzərində “PRİNCO DVD-R 4.7gb sp120min, up to 16xspeed DVD R4 4.7 min” yazıları müəyyən olunmuşdur. Həmin disk açıldıqda 01 ədəd “VİD- 20210111_110651” adlı “mp4” formatlı video fayl aşkar olunmuşdur. Həmin 01 ədəd “VİD- 20210109-WA0014” adlı “mp4” formatlı video fayl açıldıqda 1 ədəd tünd göy rəngli gödəkçə, göy rəngli cins şalvar geyinmiş və ağzında açıq mavi rəngli maska olan şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olmasını, özünü yaxşı hiss etdiyi üçün və yenidən qan analizi vermək məqsədi ilə görüntüdə olan Bakı şəhəri Mehmandarov küçəsindən öz idarə etdiyi “Hyundai” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə keçən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyi müəyyən edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını, xx xxxxxx 2021-ci il tarixdə, saat 11 radələrində özünü yaxşı hiss etdiyi üçün və yenidən qan analizi vermək məqsədilə görüntüdə olan Bakı şəhəri Mehmandarov küçəsindən öz idarə etdiyi “Hyundai” markalı **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə keçən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiq etmişdir (i.v. 76); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021 -ci il tarixli 92/KEŞ nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından alınmış xx xxxxxx 2021-ci il tarixli 26 nömrəli cavab məktubu sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən alınmış xx.xx.2021-ci il tarixli 10/122 nömrəli cavab məktubu sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya idarəsindən alınmış 01 ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yaşadığı evi tərk etməsini bildirməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 77-85); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 2 ədəd (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-209/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-209/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver