Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-209/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilininb CM-nin 66.5ci maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edərək sonuncuya məxsus “Toyota” markalı avtomobilə **-TT-*** dövlət qeydiyyat nişanı alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri, Səməd Vurğun küçəsi Zirvə marketdə “Milliön” terminalından Zərərçəkmiş şəxs1 tərəfindən onun adına olan "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartı hesabına köçürülmüş 1000 manat, xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində həmin ünvandakı terminaldan həmin kart hesabına köçürülmüş 1000 manat və xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində həmin ünvandakı terminaldan həmin kart hesabına köçürülmüş 1000 manat cəmi 3000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3.000 (üç min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya məxsus Şəmkir rayonundakı ticarət obyektində vergi əməkdaşlarının yoxlama keçirmə və ya cərimə yazılacağı halda köməklik göstərəcəyi adı altında yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 04 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Şəki restoranının qarşısında Zərərçəkmiş şəxs1 7000 manat nağd pul vəsaitini, sonuncunun 05 noyabr 2022-ci il tarixdə Şəmkir şəhəri, Allahverdiyev küçəsindəki “Ballı” marketdə quraşdırılmış “Milliön” terminalından onun adına "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kart hesabına köçürlmüş 755 manat, 08 noyabr 2022-ci il tarixdə həmin məqsədlə Şəmkir şəhərində həmin ünvandakı terminaldan həmin kart hesabına 400 manat, 12 noyabr 2022ci il tarixdə Şəmkir şəhərində həmin ünvandakı terminaldan həmin kart hesabına 1600 manat-cəmi 9.755 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 9.755 (doqquz min yeddi yüz əlli beş) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək güya Bakı şəhərində tibb bacısı işlədiyi xəstəxanada müalicə etdikləri xəstənin ölməsi, hüquq mühafizə orqanlarının əməkdaşlarının bununla əlaqədar araşdırma aparması, bu səbəbdən müvafiq şəxslərə pul verəcəyi adı altında borc istəyib yalan və verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 20 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Şəmkir şəhəri, Allahverdiyev küçəsi “Ballı” marketdə quraşdırılmış “Milliön” terminalından onun adına "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kart hesabına köçürülmüş 1000 manat pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs1 1.000 (min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlər layihəsi əsasında inşa edilmiş yaşayış binalarının birində 01 ay müddətinə 02 otaqlı mənzilin kredit yolu ilə əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə güya mənzilə görə ilkin ödəniş adı altında 27 yanvar 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən 15 saylı notariat ofisində aralarında bağladıqları kredit müqaviləsi ilə Zərərçəkmiş şəxs2 5.000 manat, 25 avqust 2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 5 ünvanda 11.000 manat, cəmi 16.000 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 16.000 (on altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlər layihəsi əsasında inşa edilmiş yaşayış binalarının birində 01 ay müddətinə 02 otaqlı mənzilin kredit yolu ilə əldə edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 01 iyul 2023-cü il tarixdə ünvan 6 ünvanında Zərərçəkmiş şəxs3 4.500 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 4.500 (dörd min beş yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlər layihəsi əsasında inşa edilmiş yaşayış binalarının birində 01 ay müddətinə 03 otaqlı mənzilin kredit yolu ilə əldə edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 06 iyul 2023-cü il tarixdə ünvan 6 ünvanında Zərərçəkmiş şəxs4 7.500 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 7.500 (yeddi min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlər layihəsi əsasında inşa edilmiş yaşayış binalarının birində 1 ay müddətinə 3 otaqlı mənzilin kredit yolu ilə əldə edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 26 avqust 2023-cü il tarixdə ünvan 7 ünvanında Zərərçəkmiş şəxs5 10.000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 10.000 (on min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi subutlar; pulun köçürülməsi barədə qəbzlər, kredit müqaviləsi və digər istintaq hərəkəti haqqında protokollar və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd olunan epizodları törətmişdir. Hazırda vurduğu ziyanları ödəməyə imkanı yoxdur. Son sözündə əməlindən peşman olduğunu, 2 azyaşlı övladının olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhərində tanımışdır. Aralarında tanışlıq münasibətləri yarandıqdan sonra cəmi bir dəfə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Qoşa qala” restoranında görüşmüşlər. Söhbət əsnasında Aidə özünü tibb bacısı kimi təqdim etmişdir. Bundan əlavə Aidə qardaşı arvadının Vergilər Nazirliyində şöbə rəisi işlədiyini, qardaşının isə nüfuzlu şəxs olduğunu bildirmişdir. O, Aidəyə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Aidə ilə aralarında tanışlıq münasibətləri yaranmış və həmin vaxtdan mütamadi mobil telefon vasitəsilə əlaqə saxlamağa başlamışlar. 2022-ci ilin sentyabr ayında aralarında olan telefon danışığı zamanı Aidə ondan sifariş verdiyi “Toyota” markalı avtomobilin nə vaxt təhvil veriləcəyini, avtomobilə dövlət qeydiyyat nişanı alıb-almadığını soruşmuşdur. O, isə hələlik nömrə almadığını bildirmişdir. Bundan sonra Aidə Baş Dövlət yol polis idarəsində yüksək vəzifəli tanışının vasitəsilə ona avtomobil nömrəsi təşkil edə biləcəyini söyləmişdir. O, Aidə ilə razılaşmış və **-TT-*** dövlət nömrə nişanı almaq istədiyini demişdir. Həmin günü Aidə ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək **-TT-*** dövlət nömrə nişanını 3000 manata ala biləcəyini söyləmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartına Şəmkir şəhəri, Səməd Vurğun küçəsindəki Zirvə marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə beh kimi 1000 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib, əlavə verməli olduğu 2000 manat pulu da göndərməsini bildirmişdir. O, həmin gün yenidən Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartına Şəmkir şəhəri, Səməd Vurğun küçəsindəki Zirvə marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 1000 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona yenidən zəng edib, əlavə verməli olduğu 1000 manat pulu da göndərməsini bildirmişdir. O, həmin günü yenidən Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartına Şəmkir şəhəri, Səməd Vurğun küçəsindəki Zirvə marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 1000 manat pul göndərmişdir. Lakin həmin pulun göndərilməsi barədə qəbzləri Aidəyə inandığı üçün atmış, bu səbəbdən həmin qəbzləri təqdim edə bilməmişdir. O, Aidəyə 3000 manat pulu göndərdikdən sonra sonuncu dövlət nömrə nişanını artıq aldığını və həmin ilin sonunda avtomobili təhvil aldıqda nömrə nişanını da təhvil alacağını demişdir. Bundan başqa 2022-ci ilin oktyabr ayında Şəmkir rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin vergi əməkdaşları tərəfindən cərimələnməsini eşitmiş, bu müddətdə ona məxsus mağazaya da vergi əməkdaşlarının gələcəyini güman etmişdir. O, obyektinə vergi yoxlaması gəlməməsi üçün əvvəlcədən tapşırıq olunması lazım gəldiyini düşünüb və bu məqsədlə Aidə ilə əlaqə saxlamışdır. O, Aidəyə zəng etmiş, telefon danışığı zamanı obyektinə vergi yoxlaması gələcəyini və yoxlamanın obyektinə gəlməməsi üçün tapşırmaq lazım gəldiyini demişdir. Aidə isə bu barədə tanışı ilə danışmalı olduğunu söyləyib, həmin gün axşam saatlarında Aidə onunla telefon əlaqəsi saxlayıb, obyektinə yoxlama gəlməməsi üçün 7000 manat pul istənildiyini bildirmişdir. Həmçinin Aidə bildirmişdir ki, “həmin pul Vergi Nazirliyinin öz hesabına açılan yoxlama üçün lazımdır. Onun obyektinin yoxlanılması üçün Nazirliyin 2 nəfər əməkdaşı gəlib yerində monitorinq aparıb, daha sonra 7000 manat pul ödəməklə illik yoxlamadan azad olunacaq, hər il vergi yoxlamaları da bu şəkildə davam edəcək”. O, Aidəyə tanışı ilə görüşmək istədiyini, pulu da əlbə-əl həmin şəxsə vermək istədiyini bildirmiş və bu məqsədlə Bakı şəhərinə gəlmişdir. 04 noyabr 2022-ci il tarixdə ünvan 8 ünvanda yerləşən Şəki restoranının qarşısında Aidə ilə görüşmüşdür. Aidə ilə söhbət zamanı həmin şəxsin onunla görüşə bilməcəyini bildirmişdir. Aidə ilə razılaşmış və 7000 manat pulu həmin yerdə Aidəyə vermişdir. Aidə narahat olmamağını, işi həll edib, nəticəsi barədə məlumat verəcəyini söyləmişdir. O, həmin günü Şəmkir rayonuna qayıtmışdır. 05 noyabr 2022-ci il tarixdə Aidə ona zəng edib və hansısa sənədi almaq üçün 755 manat dövlət rüsumu ödəməli olduğunu demişdir. O, yenə də Aidə ilə razılaşıb, 755 manat pulu "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartına Şəmkir şəhəri, Allahverdiyev küçəsindəki “Ballı” marketdə quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə göndərmişdir. Aidə iki gün sonra monitorinq keçirməli olan şəxslərin obyektinə gələcəyini bildirmiş, lakin həmin tarixdə heç kim gəlməmişdir. O, isə Aidəyə narazılığını bildirdikdə, həmin şəxslərin gələ bilmədiyini, lakin ünvanına poçt vasitəsilə yoxlamanın başlanılması barədə məktub göndərdiklərini bildirmişdir. Lakin bir neçə müddət keçsə də məktub gəlməmişdir. O, Aidə ilə yenidən telefon əlaqəsi saxlamış və narazılığını bildirdikdə sonuncu vergi əməkdaşlarının yoxlamalar üçün rayonlara getdiyini və bir neçə gün sonra Şəmkir rayonuna gəlib çatacağını söyləmiş və hətta narazı qalırsa pulunu da qaytarmağı təklif etmişdir. Lakin o, yenə də Aidəyə inanıb, gözləməyə davam etmişdir. 08 noyabr 2022-ci il tarixdə Aidə ona zəng edib, hansısa general rütbəli şəxsə pul çatmadığı üçün obyektinin siyahıdan çıxarıldığını, bu səbəbdən əlavə 2000 manat da göndərməyini istəmişdir. Həmin gün cəmi 400 manat pul hazırlamış və pulu yenə "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartına Şəmkir şəhəri, Allahverdiyev küçəsindəki “Ballı” marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə göndərmiş, ancaq qəbzi saxlamamışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartına Şəmkir şəhəri, Allahverdiyev küçəsindəki “Ballı” marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə qalıq olan 1600 manat puluda göndərmiş və pulun köçürülməsi barədə qəbzi özündə saxlamış, həmin qəbzi araşdırmaya da təqdim etmişdir. Təxminən iki gün sonra Aidə ona zəng edib bildirmişdir ki, işlədiyi xəstəxanada sistem vurarkən adam öldüyü üçün polisin onu tutmamaq müqabilində rüşvət tələb etdiyini və ona köməklik etməyini xahiş etmişdir. Aidə ondan borc kimi 2000 manat pul istəmiş, lakin ona 1000 manat göndərə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:19-da Şəmkir şəhəri, Səməd Vurğun küçəsindəki Zirvə marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartına 1000 manat pul göndərmiş və pulun köçürülməsi barədə qəbzi özündə saxlamış, həmin qəbzi araşdırmaya da təqdim etmişdir. Bundan sonra Aidənin ona müxtəlif bəhanələr danışdığını başa düşmüşdür. Hətta avtomobili təhvil aldıqdan sonra Aidəyə dövlət nömrə nişanını götürmək üçün zəng etmiş, lakin Aidə tanışının Türkiyədə olduğunu, bir neçə gün sonra gələcəyini bildirmişdir. O, bundan sonra Baş Dövlət Yol polisi idarəsinə gedib, dövlət rüsumu ödəməklə avtomobilinə dövlət nömrə nişanı almışdır. Aidədən isə pulunu qaytarmasını tələb etmiş, lakin Aidə pulunu da qaytarmamışdır. Aidənin pulunu vermədiyini görüb 2023-cü ilin mart ayında Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Nərimanov RPİ-nin 17-ci polis bölməsində araşdırma aparıldıqdan sonra toplanmış materiallar Şəmkir rayon polis şöbəsinə göndərilmişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı Şahid1 ilə Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən gözəllik salonlarının birində müştəri olduqları zaman tanış olmuşlar. Onlar öz aralarında söhbət edərkən Təqsirləndirilən şəxs sinif yoldaşının MİDA-da (Mənzil İnşaat Dövlət Agentliyində) rəhbər vəzifədə işlədiyini və ilkin ödəniş kimi 5.000 manat pul verməklə Yasamal rayonu ərazisində yerləşən 2 otaqlı mənzillərdən birinə 1 ay müddətində sahibi olmağın mümkün olduğunu bildirmişdir. Qızı Aygün evə gəldikdən sonra ona Aidənin etibarlı şəxsə oxşadığını və daxili kreditlə hissə-hissə ödəməklə Bakı şəhərində ev əldə etməyin mümkün olduğunu bildirmişdir. O, qızının yalnışlığa yol verməycəyinə əmin olduğu üçün inanmışdır. Birlikdə düşündükdən sonra qərara gəlmişlər ki, Aidənin bu təklifi sərf edir. İlkin ödəniş kimi Aidəyə 5.000 manat pul vermək imkanları olduğu üçün xx.xx.2023-cü il tarixdə Aidəyə ilkin ödəniş kimi 5.000 manat pulu borc müqaviləsi bağlamaqla qızı Aygünlə birlikdə ünvan 10 ünvanda yerləşən 15 saylı notariat ofisində vermişdir. Bundan sonra mütamadi olaraq Aidə ilə əlaqə saxladıqda sonuncu hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq evin sənədləşdirildiyini bildirmişdir. 25 avqust 2023-cü il tarixdə Aidə yenidən ona zəng edərək əlavə olaraq 11.000 manatda pul vermək lazım olduğunu bildirmişdir. O, Aidədən həmin pulun nə səbəbə verildiyini soruşduqda sonuncu ilkin ödənişlərin qalxdığını bildirmişdir. O, 5.000 manat pul verdiyi üçün məcbur qalıb Aidənin dediyi 11.000 manat pulu Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi ev 1, mənzil 42 ünvanında qızı Aygünün yanında Aidəyə vermişdir. Bundan sonra Aidə hər gün ona ödəniş edildiyini bildirib, qəbzləri verəcəyinə söz vermişdir. Lakin Aidə aldığı 16.000 manat pulun müqabilində onu evlə təmin etməmiş, nədəki pulunu geri qaytarmamışdır. Hadisə nəticəsində ona 16.000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə 2023-cü ilin may ayında tanımış və aralarında səmimi dost münasibətləri yaranmışdır. 2023-cü ilin iyul ayında Aidə bildirmişdir ki, MİDA-da (sosial evlər layihəsində) sinif yoldaşı rəhbər vəzifədə işləyir, onun üçün də həmin şəxs vasitəsi ilə ev təşkil edə bilər. O, şəxsi evi olmadığı üçün Aidənin bu təklifi ilə razılaşmışdır. Aidə onun istədiyi evi almaq üçün ondan 8.500 manat ilkin ödəniş istəmişdir. O, 8.500 manat pulunun olmadığını Aidəyə dedikdə, Aidə ondan 4.500 manat pul istəmiş, qalan 4.000 manatı isə özünün ödəyəcəyini demişdir. Həmin 4.500 manat pulu xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 11 ünvanın qarşısında Aidəyə vermişdir. Bundan sonra Aidə hər gün ona ödəniş etdiyini bildirib, qəbzləri verəcəyini söz vermişdir. Lakin Aidənin aldığı 4.500 manat pulun müqabilində onu evlə təmin etməmiş, nədəki pulunu geri qaytarmamışdır. Hadisə nəticəsində ona 4.500 manat maddi ziyan dəymişdir. Dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını, onun barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkə vasitəsi ilə 2023-cü ilin iyun ayında tanımış, Aidə ilə bir neçə dəfə aralarında danışdıqdan sonra dost münasibətləri yaranmışdir. 2023-cü ilin iyul ayında söhbət əsnasında Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşadığını bildirmişdir. Aidə ona Yasamal rayonunda yerləşən MİDA-da (Mənzil İnşaat Dövlət Agentliyində) sosial evlər layihəsində sinif yoldaşının rəhbər vəzifədə işlədiyini və onun üçün həmin şəxs vasitəsi ilə ilkin ödəniş etməklə ev təşkil edə biləcəyini bildirmişdir. O, kirayədə yaşadığına görə fikirləşmişdir ki, bu fürsəti əldən qaçırmasın. O, Aidənin bu təklifi ilə razılaşmışdır. Aidə Yasamal rayonunda yerləşən MİDA-da aid yaşayış kompleksindən 3 otaqlı mənzil almaq üçün ilkin ödəniş kimi 7.500 manat pul istəmişdir. O, idarə etdiyi avtomobili sataraq xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 11 ünvanın qarşısında Aidə ilə görüşərək pulu vermişdir. Bundan sonra Aidə hər gün ona ödəniş edildiyini bildirib, qəbzləri verəcəyinə söz vermişdir. Lakin Aidə aldığı 7.500 manat pulun müqavilində onu evlə təmin etməmiş, nədəki pulunu geri qaytarmamışdır. Hadisə nəticəsində ona 7.500 manat maddi ziyan dəymişdir. Dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını, onun barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi dükandan alış-veriş edən zaman 2023-cü ilin avqust ayında tanımış və dost münasibətiləri yaranmışdır. 2023-cü ilin avqust ayında Aidə ilə söhbət zamanı, Yasamalda MİDA-da (sosial evlər layihəsində) sinif yoldaşının rəhbər vəzifədə işlədiyini bildirib, oradan ucuz qiymətə ev təşkil edə biləcəyini demişdir. Bu təklif onun üçün sərf etdiyinə görə bu barədə razılaşmışdır. Bundan sonra Aidə onun üçündə həmin şəxs vasitəsi ilə ev təşkil edə biləcəyini demişdir. Aidə onun istədiyi evi almaq üçün 10.000 manat ilkin ödəniş istəmişdir. O, 10.000 manat pulu yaşadığı ünvan 7 ünvanının qarşısında xx.xx.2023-cü il tarixdə Aidəyə vermişdir. Bundan sonra Aidə hər gün ona ödəniş edildiyini bildirib, qəbzləri ona atacağına söz vermişdir. Lakin Aidə aldığı 10.000 manat pulun müqavilində onu evlə təmin etməmiş, nədəki pulunu geri qaytarmamışdır. Hadisə nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını, onun barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının 27-də Təqsirləndirilən şəxs ilə Bakı şəhəri yerləşən gözəllik salonunda müştəri olduqları zaman tanış olmuşlar. Öz aralarında söhbət edərkən Təqsirləndirilən şəxs sinif yoldaşının MİDA-da (Mənzil İnşaat Dövlət Agentliyində) rəhbər vəzifədə işlədiyini və ilkin ödəniş kimi 5.000 manat pul verməklə Yasamal rayonu ərazisində yerləşən 2 otaqlı mənzillərdən birinə 1 ay müddətində sahibi olmağının mümkün olduğunu bildirmişdir. O, evə gəldikdən sonra anası Zərərçəkmiş şəxs2 bu barədə bildirib Aidənin etibarlı şəxsə oxşadığını inandırmışdır. Onlar daxili kreditlə hissəhissə ödəməklə Bakı şəhərində ev əldə etmək istədikləri üçün anası onun yalnışlığa yol verməyəcəyinə əmin olduğu üçün inanmışdır. Birlikdə evdə düşündükdən sonra qərara gəlmişlər ki, Aidənin bu təklifi sərf edir, buna görədə ilkin ödəniş kimi Aidəyə 5.000 manat pul vermək olar. xx.xx.2023-cü il tarixdə Aidəyə ilkin ödəniş kimi 5.000 manat pulu borc müqaviləsi bağlamaqla anası ilə birlikdə ünvan 12 ünvanda yerləşən 15 saylı notariat ofisində getmişlər. Təqsirləndirilən şəxs ilə anası arasında borc müqaviləsi bağlandıqdan sonra 5.000 manat pulu Aidəyə vermişlər. Bundan sonra mütamadi olaraq Aidə ilə əlaqə saxladıqda sonuncu hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq evin sənədləşdirildiyini demişdir. 25 avqust 2023-cü il tarixdə Aidə yenidən anası Gülnarəyə zəng edərək əlavə olaraq 11.000 manatda pul vermək lazım olduğunu bildirmişdir. X6 həmin pulun nə səbəbə verildiyini soruşduqda sonuncu ilkin ödənişlərin qalxdığını bildirmişdir. Onlar 5.000 manat pul verdikləri üçün məcbur qalıb Aidənin dediyi 11.000 manat pulu Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi ev 1, mənzil 42 ünvanında olan mənzillərində Təqsirləndirilən şəxs vermişlər. Bundan sonra Aidə hər gün ödəniş edildiyini bildirib, qəbzləri atacağına söz vermişdir. Lakin Aidə aldığı 16.000 manat pulun müqabilində evlə təmin etməmiş, nədəki pullarını geri qaytarmamışdır. Hadisə nəticəsində onlara 16.000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan teleqramdan görünür ki, cinayət işi üzrə Şahid2 işi ilə əlaqədar Şəmkir rayonunda olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Onun ifadəsi Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı 01 manatdan başlamaqla 1600 manat məbləğə qədər pul köçürməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs bank kartına daxil olan pulların onun tərəfindən çıxarıldığını bildirmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış kredit müqaviləsi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartı hesabına xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, Zirvə marketdə “MilliÖn” ödəmə terminalından köçürülmüş 1000 manat, 05 noyabr 2022-ci il tarixdə Şəmkir şəhəri, Allahverdiyev küçəsindəki “Ballı” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalından həmin kart hesabına köçürülmüş 755 manat, 11 noyabr 2022-ci il tarixdə həmin məqsədlə Şəmkir şəhərində həmin ünvandakı terminaldan həmin kart hesabına 1600 manat köçürülməsini əks etdirən qəbzlər maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-356/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən və BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-884/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxs X1 nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(011)- 1109/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmırlar, ona qarşı şikayətçidirlər, onlara dəymiş zərər ödənilməmişdir. Bu səbəbdən qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqəsi surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki azyaşlı övladı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni təkrarlıqla xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını yüngülləşdirici hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasında ona CM-nin 73- 1.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun izah edilməsinə baxmayaraq zərərçəkmiş şəxslərə vurduğu ziyandan ödəniş etməməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)- 1109/2024 nömrəli hökmü ilə təyin edilmiş cəzanı hazırda çəkməsi nəzərə alınmalı və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış kredit müqaviləsi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartı hesabına xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsi Zirvə marketdə “MilliÖn” terminalından köçürülmüş 1000 manat, 05 noyabr 2022-ci il tarixdə Şəmkir şəhəri, Allahverdiyev küçəsindəki “Ballı” marketdə quraşdırılmış “MilliÖN” terminalından həmin kart hesabına köçürülmüş 755 manat, 11 noyabr 2022-ci il tarixdə həmin məqsədlə Şəmkir şəhərində həmin ünvanındakı terminaldan həmin kart hesabına 1600 manat köçürülmüş pulların qəbzləri iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış kredit müqaviləsi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin 64951399 nömrəli “Leo” bank kartı hesabına xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsi Zirvə marketdə “MilliÖn” terminalından köçürülmüş 1000 manat, 05 noyabr 2022-ci il tarixdə Şəmkir şəhəri, Allahverdiyev küçəsindəki “Ballı” marketdə quraşdırılmış “MilliÖN” terminalından həmin kart hesabına köçürülmüş 755 manat, 11 noyabr 2022-ci il tarixdə həmin məqsədlə Şəmkir şəhərində həmin ünvanındakı terminaldan həmin kart hesabına 1600 manat köçürülmüş pulların qəbzləri iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-209/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-209/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver