Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-21/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Naxçıvan MR-nin Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Naxçıvan MR-nin Culfa rayonu Kırna ərazi dairəsi Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə “İphone" markalı “12 pro" modeldə olan mobil telefonun 1.500 manata satılması ilə bağlı "Lalafo" saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu 1.500 manata alacağı ilə bağlı razılıq əldə etdikdən sonra həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs1 tanışı Şahid1 ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində görüşərək Zərərçəkmiş şəxs1 sonuncudan göndərdiyi “İphone” markalı “12 pro” modeldə olan mobil telefonu yaxınlıqda yaşayan anasına göstərmək adı ilə Şahid1la birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 75 ünvanın qarşısına gəlmiş, orada mobil telefonu Şahid1 götürüb geri qayıdacağını yalandan bildirərək vədinə əməl etməmiş və mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs1 1.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə “İphone” markalı “13 Pro” modeldə olan mobil telefonu 2.400 manata satılması ilə bağlı “Lalafo” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***- **-** mobil nömrədən xx.xx.2022-ci il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu 2.400 manata alacağı ilə bağlı razılıq əldə etdikdən sonra həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində görüşərək həmin telefonu guya atasına göstərmək adı ilə Zərərçəkmiş şəxs2la birlikdə ünvan 1 ünvanın qarşısına gəlmiş, orada mobil telefonu Zərərçəkmiş şəxs2 götürüb geri qayıdacağını yalandan bildirərək vədinə əməl etməmiş və mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs1 2.400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri , şahidin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, internet sosial şəbəkəsi olan “Lalafo” elektronika satışı bölümünə daxil olaraq bahalı mobil telefon satan şəxslərlə əlaqə saxlayaraq özünü müştəri kimi təqdim edərək telefonu almaq istədiyini bildirmişdir. 2022-ci ilin mart ayının 30-da “Lalafo” saytına daxil olaraq orada ağ rəngli “İphone” markalı 12 pro modelli mobil telefonun 1.500 manata satılmasını oxumuşdur. Həmin telefonu satan şəxsin ***-***-**-** mobil nömrəsinə sms yazaraq telefonun qalıb qalmadığını soruşmuş, telefonu satan şəxs telefonun qaldığını bildirdikdə onunla əlaqə saxlamışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, telefonu satan şəxs qadındır, onu aldadaraq 1500 manata telefonu anasının ad gününə almaq istədiyini və təcili telefonu Bakı şəhəri Xətai rayonu H.Aslanov mctrostansiyasının yaxınlığına göndərməyini bildirmişdir. O, uşaq yaşlarından valideynləri ilə H.Aslanov metrostansiyasının yaxınlığında kirayədə yaşadığı üçün həmin ərazini yaxşı tanımış, buna görə də telefonu qeyd etdiyi əraziyə gətizdirmişdir. Həmin qadın ona tanımadığı bir kişi ilə qutuda telefonu, zəmanət talonunu və üzərindəki, üzlükdən başqa 3 ədəd üzlük və enerji yığan cihazı göndərəcəyini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra bir nəfər kişi ona zəng edərək Nəzrin adlı qadının ona göstərmək məqsədi ilə mobil telefon göndərdiyini bildirmişdir. O, həmin şəxslə H.Aslanov metrostansiyasının qarşısında zəngləşərək görüşmüş və həmin şəxs “Kazar” markalı avtomobili ilə gəlmişdir. O, həmin şəxsin avtomobilinə əyləşdikdən sonra telefona baxmış, telefon kodda olmuşdur. Telefonun kodunu Nəzrinə zəng edərək dəqiqləşdirdikdən sonra telefonun saz vəziyyətdə olmasına əmin olduqdan sonra telefonu guya almaq adı ilə həmin sürücünü ünvan 2 ünvanda yerləşən “Grand” marketin yerləşdiyi binaya tərəf sürdürmüşdür. Həmin binanın qarşısında telefonu gətirən şəxsə bildirmişdir ki, telefonu aparıb evdə göstərdikdən sonra bəyənərlərsə pulunu gətirib verəcəkdir. Telefonu götürüb aşağıdan yuxarıya binaya tərəf baxaraq guya ki, atası ilə danışır kimi təəssurat yaradıb binanın iç girişindən daxil olub metroya tərəf olan çıxışından çıxmışdır. Həmin ərazini tərk edərkən bir neçə dəfə telefonuna zəng etsələrdə cavab verməmiş, ara sıra sms yazaraq qayıdacağını bildirmişdir. Lakin geri qayıtmayaraq Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən “Əli Telekom” mağazasına gedərək Şahid3 mobil telefonu 900 manata öz sənədi ilə satmışdır. Bundan başqa 04 aprel 2022-ci il tarixdə yenidən “Lalafo” saytında göy rəngli “İphone” markalı 13 pro modelli mobil telefonun 2.400 manata satılmasını oxumuş, həmin telefonu satan şəxsin ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrə ilə zəng edərək telefonun qalıb qalmadığını soruşmuşdur. Telefonu satan şəxs telefonun qaldığını bildirdikdə onuda yalandan aldadaraq telefonu anasının ad gününə almaq istədiyini və təcili telefonu Bakı şəhəri, Xətai rayonu H.Aslanov metrostansiyasının yaxınlığında yerləşən “Neptun” marketin yanına gətirməyini bildirmişdir. Həmin şəxslə “Neptun” marketin yanında görüşmüş, həmin şəxsə yaxın ərazidə yaşamağı görüntüsünü yaratmaq üçün marketdən bir ədəd çörək almışdır. Həmin şəxs “Ford” markalı avtomobili ilə gəlmiş, həmin şəxsi yaxınlıqda kı, binanın qarşısına avtomobilini sürdürüb guya ki, telefonu evdəkilərə göstərəcəyi adı ilə alaraq 5 mərtəbəli binanın beşinci mərtəbəsinə qalxmışdır. Orada damın açıq olduğunu görüb binanın üstünə çıxaraq digər blokun damından aşağı enib qaçaraq ərazini tərk etmişdir. Əldə etdiyi telefonu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına 1.920 manata satmış, telefonun sahibi Natiq adlı şəxsə maddi ehtiyacı olduğu üçün telefonu satdığını bildirmişdir. Son sözündə əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizəsi nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci il tarixdə özünə məxsus “İphone” markalı “13 pro" modelli mobil telefonu “Lalafo" elektronika satışı bölməsində elanlar saytında 2400 manat satışa çıxarmışdır. Həmin gün ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, zəng vuran şəxs mobil telefonu almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs mobil telefonu atasına alacağını söyləyib, telefonu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Neptun" marketin yanına gətirməyini xahiş etmişdir. O, həmin şəxsin telefonu atasına almaq istədiyi üçün xahişini yerə salmamış və onun deməyinə əsasən həmin günü saat 21 radələrində “Neptun” marketin yanında görüşmüşlər. Həmin şəxs təxminən 20 yaşlı, arıq, ortaboylu, qarayanız, qara saç, qara göz bir oğlan olmuşdur. Görüşdükdə həmin şəxs mobil telefonu 2400 manata alacağı atasının yaxınlıqda olduğunu söyləyib birlikdə həmin yerə getmələrini xahiş etmiş və avtomobili ilə birlikdə sonradan öyrəndiyi ünvan 1 ünvanın 1-ci giriş blokunun qarşısına getmişlər. Orada həmin şəxs avtomobili saxlamağını söyləmiş. 4-cü mərtəbədə yaşayan atasına telefonu göstərdikdən sonra pulu götürüb gələcəyini bildirmişdir. Həmin şəxsin danışıqlarına inandığı üçün telefonu etibar etmiş, həmin şəxsin əlində sellefon torbanın içərində bir ədəd çörəklə bloka daxil olmuşdur. Bundan sonra məlum olmuşdur ki, həmin şəxs onu aldadaraq telefonunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin şəxsə dəfələrlə zəng vurduqdan sonra zəngini açıb ona qayıdacağını söyləmiş, sonradan yenə zəng vursa da, nömrəsinə zəng çatmamış, buna görə də DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində dələduzluq nəticəsində ona vurulmuş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs ilə barışmadığını, şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 telefonoqram göndərərək ölkə xaricində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və dəymiş ziyanın ödənilmədiyini qeyd edərək onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı və telefonoqramma nəzərə alınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir.Həmin ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, İfadəsində göstərmişdir ki, 16 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birindən “silver” rəngli “İphone” DUAS markalı 12 pro moddelli 128 GB yaddaşlı mobil telefonu nəğd olaraq 2.400 manata almış, telefonun üzərinə ***-***-**-** mobil nömrəsini qoyaraq istifadə etmişdir. Həmin telefonu təxminən 11 ay işlətdikdən sonra maddi çətinliyi olduğu üçün qeyd etdiyi telefonu sataraq kreditlə özünə yeni telefon almaq istəmişdir. Bu səbəbdən də “İphone” markalı 12 pro modelli 128 GB markalı mobil telefonunu sosial şəbəkə olan “tap.az” və “lalafo” saytlarında 1.500 manata satışa qoymuşdur. 2022-ci ilin mart ayının 5-i tarixində işi ilə bağlı olaraq Rusiya Federasiyasına getdiyi üçün həmin telefonu yaşadığı evində saxlamışdır. Sosial şəbəkələr vasitəsi ilə müştərilər həmin telefona baxmaq istədiklərini bildirdikdə telefon evdə olduğu üçün o, 85 yaşlı nənəsindən xahiş etmişdir ki, həmin telefonu, mobil telefona aid 3 ədəd üzlüyü, bir ədəd cərəyan ötürücü başlığı, telefonun qutusunu və cərəyan yığan naqili götürüb Telman adlı tanışına versin ki, Telman telefonu müştərilərə göstərə bilsin. Şahid1 həmin telefonu və aksesuarları nənəsindən götürərək öz evində saxlamışdır. 30 mart 2022-ci il tarixdə saat 17 radələrində ***-***-**-** mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəmin “whatsapp” ani yazışma proqramına sms yazaraq telefonun satılıb satılmadığını bildirdilmişdir. Həmin şəxs ona təcili telefon lazım olduğunu və anasının ad gününə görə telefonu almaq istədiyini bildirmiş, həmin şəxsin danışığına inandığı üçün telefonu tanışı ilə göndərəcəyini bildirmişdir. O, Telman ilə əlaqə saxlayaraq həmin şəxsin mobil nömrəsini Telmana verib onunla əlaqə saxlamağını xahiş etmişdir. Həmin şəxs telefonu Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığına gətirilməsini xahiş etmiş, hətta bildirmişdir ki, 15 manat taksinin də pulunu ödəyəcəkdir. Telman mobil telefonu götürüb həmin şəxsin dediyi ünvana saat 19 radələrində getdikdən sonra onunla görüşüb telefonu və aksesuarları hənin şəxsə vermişdir. Həmin şəxs telefona baxdıqdan sonra binaya daxil olub telefonu ailə üzvlərinə göstərmək üçün apardığını bildirmişdir. Təxminən bir neçə dəqiqədən sonra Telman ona zəng vuraraq həmin şəxsin telefona cavab vermədiyini bildirmişdir. O, həmin şəxslə telefonla əlaqə saxladıqda həmin şəxs ona narahat olmamağı və telefonu ailə üzvlərinə göstərdiyini bildirmişdir. Təxminən həmin günü saat 23 radələrində naməlum şəxs onlara aldadaraq telefona cavab versə də, lakin Telmanla görüşməmişdir. Bundan sonra başa düşmüşlər ki, həmin şəxs dələduzluq yolu ilə telefonunu ələ keçirmişdir. 11 aprel 2022-ci il tarixdə həmin şəxs ***-***-**-** mobil nömrəsindən istifadəsində olan həmin nömrəyə sms yazaraq dələduzluq etdiyi əməlini etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 “İphone” markalı 12 pro modelli mobil telefonunu “tap.az” və “lalafo” saytlarında 1.500 manata satışa qoymuşdur. İşi ilə bağlı olaraq Rusiya Federasiyasına getdiyi üçün həmin telefonu, mobil telefona aid 3 ədəd üzlüyü, bir ədəd cərəyan ötürücü başlığı, telefonun qutusunu və cərəyan yığan naqili ona vermişdir ki, müştərilərə göstərə bilsin. Nəzrin daha sonra onunla əlaqə saxlayaraq telefon almaq istəyən bir şəxsin mobil nömrəsini verib əlaqə saxlamağını xahiş etmişdir. Həmin şəxs telefonu Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığına gətirilməsini xahiş etmişdir. Mobil telefonu götürüb həmin şəxsin dediyi ünvana getdikdən sonra onunla görüşüb telefonu və aksesuarları vermişdir. Həmin şəxs telefona baxdıqdan sonra binaya daxil olub telefonu ailə üzvlərinə göstərmək üçün aparmışdır. O, həmin şəxslə telefonla əlaqə saxladıqda ona narahat olmamağı və telefonu ailə üzvlərinə göstərdiyini bildirmişdir. Daha sonra telefona cavab verməmişdir. Bundan sonra başa düşmüşlər ki, həmin şəxs onu aldadıb telefonunu ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı və telefonaqram vasitəsilə ifadələrini təsdiq etmələrini bildirmələri nəzərə alınaraq şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da işin yuxarıda araşdırılan xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus pasportun surətindən görünür ki, surətin üzərində əl yazma ilə “***-***-**-**, ***-***-**-**, 051 -385-31-13, satdığım tarix xx.xx.2022-ci il, satdığım summa 900 manat, satdığım telefon ayfon model 12 pro, imei kod telefon **********35975, **********72364 qeydlər aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Grand” marketin arxa hissəsində Şahid1 mobil telefonu aldığı yeri, aldıqdan sonra keçdiyi keçidi və H.Aslanov metrostansiyasına qaçdığı istiqaməti, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 telefonu alaraq daxil olduğu bloku, aldıqdan sonra binanın damına çıxmasını və çıxdığı bloku, həmçinin telefonları satdığı mağazaları göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Şahid1 təqdim olunan 4 şəxsi nəzərdən keçirib Təqsirləndirilən şəxs tanıyararaq Zərərçəkmiş şəxs1 məxsus “İphone” DUAS markalı 12 pro modelli mobil telefonu ələ keçirmiş şəxs olduğunu göstərmişdir. İş materiallarında olan (i.v. 71) axtarışda olan şəxsin tutulması barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə saat 22:00 radələrində axtarışla tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üzərində əl yazma ilə “***-***-**-**, ***-***-**-**, 051 -385- 31-13, satdığım tarix xx.xx.2022-ci il, satdığım summa 900 manat, satdığım telefon ayfon model 12 pro, ime kod telefon **********35975, **********72364 qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus pasportun surəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs ilə barışmamış, cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal müəyyən etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslərin ziyanının ödənilməməsini, şikayətçi olmalarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış üzərində əl yazma ilə “***-***-**-**, ***-***-**-**, 051 -385- 31-13, satdığım tarix xx.xx.2022-ci il, satdığım summa 900 manat, satdığım telefon ayfon model 12 pro, ime kod telefon **********35975, **********72364 qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus pasportun surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış üzərində əl yazma ilə “***-***-**-**, ***-***-**-**, ***-***-**- **, satdığım tarix xx.xx.2022-ci il, satdığım summa 900 manat, satdığım telefon ayfon model 12 pro, ime kod telefon **********35975, **********72364 qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus pasportun surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-21/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-21/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver