Məhkəmə qərarları › İş №1(011)-21/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-21/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-21/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü Bakı şəhər mərkəzi istiqamətdə saatda 130-140 km\saat sürətlə sağdan ikinci zolaqla hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 51ci maddəsinin 2-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda sol zolaqla hərəkətdə olan minik avtomaşını sağdan ötüb keçməməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sol zolaqla hərəkətdə olan Təqsirləndirilən şəxs2 saatda 130-140 km sürətlə idarə etdiyi “Mercedes Benz C200” minik markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomaşınla ötüşmüş, Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, qarşısında hərəkətdə olan naməlum minik avtomaşını sağdan ötdükdən sonra yolun döngəli olan hissəsində ani olaraq avtomaşının idarəetməsini itirdiyindən idarə etdiyi avtomaşın sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmış, bu zaman səki üzəri ilə piyada hərəkətdə olan X6 avtomaşının qabaq sağ hissəsi ilə vurduqdan sonra daş hasara çırpılmış, nəticədə ehtiyyatsızlıqdan R.Rüstəmovun sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol gicgah-təpə sümüklərində xətti sınıq, başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, bədənin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü Bakı şəhər mərkəzi istiqamətdə saatda 130-140 km\saat sürətlə sol zolaqla hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağdan ikinci zolaqla hərəkətdə olan Təqsirləndirilən şəxs1 saatda 130- 140 km sürətlə idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla ötüşmüş, Xətai rayonu, K.Kazimov küçəsi ilə kəsişməyə çatdıqda, əvvəlcə sonuncu avtomaşın yolun döngəli olan hissəsində ani olaraq idarəetməni itirməklə yolun sağında olan piyada səki üzəri ilə piyada hərəkətdə olan X6 avtomaşının qabaq sağ hissəsi ilə vurmuş, daha sonra “Mercedes Benz C200” minik markalı avtomaşın idarəetməni itirməklə piyada səki üzərində yaralı vəziyyətdə olan R.Rüstəmovun üzərindən keçməklə daş hasara çırpılmış, nəticədə ehtiyyatsızlıqdan R.Rüstəmovun başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Biləsuvar rayon sakini mərhum Rəsul Rüstəmovu əvvəllər tanımamışdır. 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşınla Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü şəhər mərkəzi istiqamətdə hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşının qabaq sərnişin oturacağında tanışı Maqsud, arxada isə Kamran və Mehdi əyləşmişlər. Həmin vaxtda tanışı Riadın idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşınla saatda 130-140 km sürətlə ötüşmüşlər. Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış qarşısında olan tanımadığı minik avtomaşını sağdan ötüb keçdikdən sonra, yolun döngəli olan hissəsində ani olaraq avtomaşının idarəetməsini itirdiyindən idarə etdiyi avtomaşın sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmış və daha sonra avtomaşının qabaq hissəsi daş hasara çırpılmaqla dayanmışdır. Avtomaşından düşdükdən sonra arxadan hərəkətdə olan Riadın idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşının da qəza törətdiyini bilmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı piyadanın aldığı xəsarətlərdən öldüyünü sonradan bilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsilə səkidə hərəkətdə olan mərhum Rəsul Rüstəmovu vursa da onu öldürməmişdir. Beləliklə o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ona elan edilmiş əməlin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən CM-nin 263.1-1-ci maddəsinə tövsif edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İ.Həsənova məxsus “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Özünə məxsus B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Biləsuvar rayon sakini mərhum Rəsul Rüstəmovu əvvəllər tanımamışdır. 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşınla Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü şəhər mərkəzi istiqamətdə saatda 130-140 km sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşının qabaq sərnişin oturacağında tanışı Əli əyləşmişdir. Daha sonra tanışı Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşınla ötüşmüşlər. Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, yolun döngəli olan hissəsində əvvəlcə Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşın idarəetməni itirməklə piyada səki üzərinə çıxıb, daş hasara çırpılmışdır. Həmin vaxtda əyləci basdığından idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşın idarəedilməz halda sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmaqla daş hasara çırpılmışdır. Avtomaşından düşdükdən sonra piyada Rəsul adlı oğlanın piyada səki üzərində ağır xəsarətlər aldığını bilmişdir. Hadisə zamanı avtomaşında olanlarla birgə heç bir xəsarət almamışdır. Hadisə zamanı piyadanın aldığı xəsarətlərdən öldüyünü sonradan bilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, Tofiqin qəza törətdiyini görəndə əyləci basıb idarəetməni itirmişdir. Tofiq idarə etdiyi avtomobil ilə piyada səkiyə çıxarkən orada olan piyadanı vurmuşdur. O, daş hasara çırpılanda Rəsul adlı şəxs artıq ağır yaralı vəziyyətdə səkidə uzanmışdır. Piyada səkidə olan Rəsul adlı şəxs onun idarə etdiyi avtomobil ilə vurulmamışdır. Beləliklə göstərilənlərə əsasən o, ona elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, yolun döngəli olan hissəsində əvvəlcə Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşın idarəetməni itirməklə piyada səki üzərinə çıxıb, daş hasara çırpılmışdır. Həmin vaxtda əyləci basdığından idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşın idarəedilməz halda sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmaqla daş hasara çırpılmışdır. Hadisə zamanı avtomaşının piyadaya necə dəyməsini görməmişdir. Avtomaşından düşdükdən sonra piyada Rəsul adlı oğlanın piyada səki üzərində ağır xəsarətlər aldığını bilmişdir. Hadisə zamanı avtomaşında olanlarla birgə heç bir xəsarət almamışdır. Hadisə zamanı piyadanın aldığı xəsarətlərdən öldüyünü sonradan bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, mərhum Rəsul Rüstəmov doğma oğludur. 04 iyul 2022-ci ildə oğlu Rəsulun Xətai rayonu, “8 noyabr” prospektində yol qəzasına düşməklə vəfat etdiyini eşitmişdir. Hadisənin hansı şəraitdə dəqiq necə baş verməsini görməmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər ilə aralarında barışıq əldə olunduğunu, ona dəymiş zərərin ödənildiyini, onlara qarşı hər hansı bir şikayət və tələbinin olmadığını qeyd etməklə, onlara irəli sürülmüş ittihamın dəyişdirilərək barələrində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, gecə saatlarında uşaqlar onu götürmək üçün yaşadığı məhəlləyə gəlmişlər. Onlar iki avtomobil ilə gəlmişdirlər. O, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşında arxada solda əyləşmişdir. Həmin vaxt onlar Xətai rayonu “8 noyabr” prospekti ilə üzü şəhərə tərəfə getmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir biri ilə ötüşmüşlər. Sürətləri yüksək olduğundan döngəyə girən zaman idarə etməni itirib divara çırpılaraq qəzaya uğramışlar. 10-15 saniyə sonra həmin döngədə Təqsirləndirilən şəxs2 da qəzaya uğramışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, avtomobildə arxa oturacaqda əyləşmişdir. Yolun qabaq hissəsini görürdü. Riad və Tofiq avtomobilləri ilə ötüşürdülər. Döngəyə çatanda qarşılarında heçkimi görməmişdir. Avtomobil qabaq hissəsi ilə divara dəymişdir. Divara dəyməmişdən əvvəl avtomobil heçnəyə dəyməmişdir. Avtomobil divara dəyməmişdən əvvəl hər hansı maneəyə çırpılsa hiss edərdi. Avtomobil idarə etməni itirəndə hər hansı maneəyə çırpılmağını hiss etməmişdir. Avtomobildə 04 nəfər olmuşdur. Avtomobilin qabaq sağ hissəsində Şahid3 oturmuşdur. Hadisə baş verəndən sonra hadisə yerinə adamlar yığılmışdırlar və onlardan hadisə ilə əlaqədar olaraq hər hansı bir məlumat eşitməmişdir. Avtomobildən düşəndən sonra meyiti səkidə görmüşdür. Videoçəkilişi qabaqda əyləşən Şahid3 aparmışdır. Avtomobil səkiyə dəyib divara çırpılan zaman orada adam görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşınla Şahid2 götürmək üçün Həzi Aslanov metrostansiyası tərəfə yollanmışlar. Həmin avtomobildə Kamranda olmuşdur. Riad və Əli digər avtomobildə olmuşdurlar, həmin avomobili Riad idarə etmişdir. Mehdini götürəndən sonra onlar gəzmək üçün Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü şəhər mərkəzi istiqamətində getmişlər. Yolda Riad və Tofiq bir biri ilə ötüşməyə başlamışlar. Bu zaman sürət yüksək olduğundan döngəyə daxil olan zaman Tofiq idarə etməni itirdiyindən divara çırpılmışdır. Bundan sonra isə Riadın idarə etdiyi avtomobil onlara arxadan çırpılmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin döngəyə daxil olan zaman diqqəti telefonunda olduğu üçün qabaqlarındakı yola baxmamışdır. Avtomobil idarəni itirəndə ancaq o, başa düşmüşdür ki, qəzaya uğrayırlar. Divara çırpılmamışdan əvvəl Tofiq artıq əyləci basmışdır. Tofiq əyləci basandan 4-5 saniyə sonra onlar divara çırpılmışlar. Divara çırpılmazdan əvvəl nəyəsə dəyməklərini hiss etməmişdir. Avtomobil divara dəyməmişdən əvvəl hər hansı manəəyə çırpılsa hiss edərdi. Lakin avtomobilin idarə etməni itirəndə hər hansı maneəyə çırpılmağını hiss etməmişdir. Qəza nəticəsində avtomobilin qabağı şəhərə tərəf dayanmışdır. Təqsirləndirilən şəxs2 avtomobili o, əyləşdiyi avtomobilin arxasına dəyib divara çırpılmışdır. Onlar divara dəyən zaman o, görmüşdür ki, bir nəfər şəxs anidən onların arxasına keçmişdir. Həmin şəxsi dəqiq görə bilməmiş, ancaq siluet şəklində görmüşdür və o, düşünür ki, o siluet həmin həlak olmuş adamdır. Avtoqəza nəticəsində başı qabaq aynaya dəysə də ciddi xəsarət almamışdır. Avtomobil idarəsini itirəndə yan baxışı ilə adam silueti görmüşdür. Divara dəyməmişdən əvvəl bardürü keçsələrdə o, özünü artıq itirdiyindən bunu hiss etməmişdir. Divara çırpılan zaman qarşılarında kiminsə vurulmasını görməmişdir. O, bilir ki, onlar divara çırpılan zaman kimisə vurmamışlar. Avtomobildən düşəndən sonra orada bir iki taksi şoferinin olduğunu görmüşdür. Onların avtomobildən düşüb-düşməmələri həyəcanlı olduğu üçün yadında deyil. Qəza nəticəsində Kamran başından zərbə aldığına görə o, onunla aptek axtarmağa getmişdir. Polis əməkdaşları gəlməmişdən əvvəl o və Kamran hadisə yerindən uzaqlaşmışlar. O, artıq evdə olanda uşaqlar ona bildirmişlər ki, adam vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, babası İsmayıla məxsus “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. 03 iyul 2022-ci ildə gecə işdən çıxdıqdan sonra tanışları Tofiq və Riad ilə görüşmüşdür. Həmin vaxtda birgə gəzmək qərarına gəlmişlər. Həmin vaxtda “Mersedes Benz C200” markalı avtomaşının Riad tərəfindən idarə edilməsinə etiraz etməmişdir. Sonra Riad “Mercedes Benz C200” minik markalı avtomaşının sükanı arxasında əyləşmiş və daha sonra şəhər ərazisində hərəkətdə olmuşlar. Həmin gün digər tanışları Maqsud, Kamran və Mehdi Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşına sərnişin qismində əyləşdikdən sonra “8 noyabr ” prospekti ilə üzü şəhər mərkəzi istiqamətində saatda 130- 140 km sürətlə hərəkətdə olmuşlar. Həmin vaxtda tanışı Tofiq idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşınla, Riad isə idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşınla ötüşmüşlər. Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, yolun döngəli olan hissəsində əvvəlcə Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşın idarəetməni itirməklə piyada səki üzərinə çıxıb, daş hasara çırpılmış, daha sonra Riadın idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşın idarəedilməz halda sağa istiqamətlənməklə piyada səki üzərinə çıxıb, daş hasara çırpılmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Avtomaşından düşdükdən sonra piyada Rəsul adlı oğlanın piyada səki üzərində ağır xəsarətlər aldığını bilmişdir. Hadisə zamanı hansı avtomaşının piyadaya necə dəyməsini görməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, avtomobillər bir biri ilə ötüşdüyü üçün video çəkiliş aparmışdır. Avtoqəza baş verən zaman avtomobillərin hər hansı adamı vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs2 avtomobili ilə aralarında 20-30 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil onun babasına məxsus idi. Sürücülük hüququ olmadığından avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs2 vermişdir. Qəza zamanı qarşıda və ətrafda heçkimi görməmişdir. Lakin bardürə dəydikdən sonra divara dəyməmişdən əvvəl nəyəsə dəydiklərini hiss etmişdir. Avtomobilin divara dəyməmişdən əvvəl digər maneəyə toxunduğunu hiss etmişdir. Avtomobildən düşəndən sonra vurulan adam onların arxasında idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində tanışı Tofıqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşınla Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü şəhər mərkəzi istiqamətində hərəkətdə olmuşlar. O, tanışı Mehdi ilə birgə avtomaşının arxa sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Tofiq idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşınla, Riad isə idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşınla saatda 130-140 km sürətlə ötüşmüşlər. Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış Tofiq qarşısında olan tanımadığı minik avtomaşını sağdan ötüb keçdikdən sonra, yolun döngəli olan hissəsində ani olaraq avtomaşının idarəetməsini itirdiyindən idarə etdiyi avtomaşın sağa istiqamətlənməklə piyada səki üzərinə çıxıb, daş hasara çırpılmışdır O, avtomaşının səki üzərində olan piyadaya necə dəyməsini görməmişdir. Avtomaşından düşdükdən sonra arxadan hərəkətdə olan Riadın idarə etdiyi “Mercedes Benz C 200” minik markalı avtomaşının da qəza törətdiyini bilmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin zaman o, telefonuna baxdığından ətrafda nə baş verməsini görməmişdir. Ancaq qəfildən “saxla” sözünü eşitmiş, divara çırpılıb, avtomobil dayandıqdan sonra o, artıq başa düşmüşdür ki, onlar qəzaya uğramışlar. Qəza baş verəndən sonra hadisə yerinə 5-10 nəfər adam yığılmışdır. Nə baş verdiyini həmin adamlardan soruşmamış və hər hansı məlumat öyrənməmişdir. Qəza zamanı abtomobilin səkidə kimisə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, halhazırda Xətai RPİ-nin 37-ci Polis Bölməsində polis nəfəri kimi işləyir. 03 iyul 2022-ci ildə gecə xidmətdə olduğu zaman Xətai rayonu, “8 noyabr” prospektində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, bu səbəbdən xidməti avtomaşınla hadisə yerinə getmişdir. Həmin vaxt sonradan adını bildiyi Rəsul adlı oğlanın hərəkətsiz ağır yaralı vəziyyətdə səki üzərində olduğunu görmüşdür. Daha sonra TTTY avtomaşını hadisə yerinə gəlməklə piyadanı xəstəxanaya aparmışdır. Sonra müstəntiqin göstərişi ilə sürücülər Riad və Tofiqi xidməti avtomaşınla sərxoşluğun müayinəsi üçün tibb müəssisəsinə aparmış, daha sonra hər iki sürücünü Xətai rayon Polis İdarəsində əyləşən müstəntiqin yayına aparmışdır. Hadisə zamanı hansı nəqliyyat vasitəsinin piyadaya necə dəyməsini görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş ekspert X4 ifadəsində bildirmişdir ki, meyitin üzərində aparılmış məhkəmə-tibbi müayinəsi zamanı, yəni meyitin həm xarici, həmdə daxili müayinəsi zamanı rəydə göstərilən ümumi xəsarətlər aşkar edilmişdir. Xəsarətlərin ayrılması bədən səthində olan xəsarətlərin lokalizasiyalarından, xarakterlərindən, orqanizmə yetirdikləri təsirlərdən və onun nəticələrindən asılı olaraq situasion ekspertiza ilə müəyyənləşdirilir. Komissiyon qaydada tərəflərindən xəsarətlər bölünür, belə ki insan orqanizminə ilkin zərbə şaquli və ya ona yaxın duruş vəziyyətində yetirilir. Həmin zərbədən sonra şəxsin müxtəlif vəziyyətlərdə yer səthinə düşmə trayektoriyası var, istər hərəkətdə olsun, istərsə də hərəkətsiz. Yetirilən zərbə hərəkətdə olan və hərəkətsiz olan şəxsə yetirildikdə fərqlənir. Həmin zərbənin təsirindən və istiqamətindən, həmdə zərbə sahəsində olan xəsarətlərə və sonradan alınan xəsarətlərə əsaslanılaraq, xəsarətlər ayrılır və həmin xəsarətlərin hansının ölümə səbəb olması göstərilir. Rəydə qeyd edildiyi kimi 1-ci zərbədən sonra “a” qrup xəsarətləri yetirilmiş, yəni xətti sınıq, “b” qrupunda göstərilən xəsarətlərin isə 1-ci zərbədən sonra yaranması mümkün deyil. Sümüklərin sınma xəttinə əsasən müəyyən edilir 1 və ya 2-ci zərbədən sonra xəsarət alınması. Hazırkı halda 1-ci zərbə sağdan yönəlmişdir. Həmçinin tərəflərindən sitoloji və kimyəvi ekspertiza metodları tətbiq edilir. Sitoloji ekspertizaya əsasən beyində olan qanın həcmi və həcmə əsasən hansı zərbənin yetirilməsi müəyyən edilir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş ekspert X13 ifadəsində bildirmişdir ki, 1-ci maşın vurduqdan sonra həmin şəxs elə vəziyyətə gəlib ki, artıq 2-ci maşın onu bardürə və ya divara sıxaraq xəsarət yetirib. 1-ci maşın vurduqdan sonra yerə yıxıldığına görə artıq 2-ci maşın onun başını bardürə və ya başqa yerə sıxıb. Meyitin bədəni üzərindən maşın keçməsi və təkər izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 03 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə barəsində ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 iyul 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti ilə K.Kazımov küçəsinin kəsişməsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 4-12); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/15535 nömrəli, xx.xx.2022-ci il tarixli tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs2 ayıq olmuşdur (cild 1, i.v. 14); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/15534 nömrəli, xx.xx.2022-ci il tarixli tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs1 ayıq olmuşdur (cild 1, i.v. 16); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə 10 il müddətinə «B1, B» kateqoriyalı BA 021654 nömrəli sürücülük vəsiqəsi verilmişdir (cild 1, i.v. 34); meyitin tanınmaya təqdim edilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X8 təqdim edilən X5 meyitini ümumi görünüşünə, sol qolunda olan “Bəxtsiz cavan” sözləri və sağ olunda “Rahil” sözü əks olunmuş döyməyə əsasən tanımışdır (cild 1, 40-41); paltarlara baxış keçirilərək götürülməsi haqqında 03 iyul 2022-ci il tarixli protokoldan görüür ki, X5 əynində olan 01 ədəd tünd göy rəngli iki ədəd yan, iki ədəd arxa cibli şalvar, 01 ədəd açıq qəhvəyi rəngli qısa qol köynək, 01 ədəd tünd göy rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 ədəd boz rəngli qolsuz mayka, 01 cüt qara rəngli üzərində ip əlavəli ayaqqabı müstəntiq tərəfindən götürülmüşdür (cild 1, i.v. 42); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, K.Kərimov küçəsində tapılmış 30-35 yaşlarında naməlum kişi meyiti X7 məxsusdur (cild 1, 43-45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 29 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (cild 1, i.v. 49); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs ölmüş oğlu X5 hüquqi varisi qismində tanınmışdır (cild 1, i.v. 56); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X17 03 iyul 2022-ci il tarixli, 52 saylı rəyindən görünür ki, X1 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın deformasiyası, təpə nahiyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur, müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir (cild 1, i.v. 64-67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 8/2151 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi Lancer” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, i.v. 68- 71); xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Oktay oğlu ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, 83-86); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X17 10 noyabr 2022-ci il tarixli, T 539/2022 saylı təkrar məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, mərhum R.Rüstəmovun meyiti üzərində - başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, bərk-küt əşyanın (əşyaların) təsirindən, yol nəqliyyat hadisəsi zamanı şəxsin şaquli və ya ona yaxın duruş vəziyyətində bədənin sağ tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyyətdə olduğu zaman birinci “Mitsubishi Lancer” minik markalı avtomobilin ön və ya nisbətən yan çıxıntılı hissələrinin təsirindən ilkin zərbə sağ baldır, bud nahiyyələrinə olmuşdur ki, bunun nəticəsində hər iki sümükdə sınıqlar əmələ gəlmiş, sonrakı etapda, piyadanın yer örtüyünə dəyməsindən sol gicgah-təpə sümüklərində xətti sınıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş - cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma isə başın ikinci, yəni “Mersedes Benz C” markalı avtomobilin təkəri ilə yer örtüyü yaxud, bardür arasında hissəvi sıxılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub, ölümlə nəticələnmişdir. Meyit üzərində olan sıyrıqlar isə istər birinci, istərsə də ikinci avtomobilin şəxslə həm kontakt təsirindən, həm də ikinci avtomobilə şəxsin yer örtüyü ilə sürüklənməsi zamanı törənə bilərdilər, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Mərhum R.Rüstəmovun meyitində avtomobilin bədənin üzərindən keçməsi üçün xarakterik əlamətlər müəyyən olunmadı. Mərhum R.Rüstəmovun ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına mədəciklərə massiv qansızma və baş beynin əzilməsi olmuşdur, ölümün müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. Xəsarətlərin xüsusiyyətlərinə, lokalizasiyasina görə onların zərərçəkənin nəqliyyat vasitəsinə toxunmadan yol örtüyünə sərbəst yıxılması nəticəsində əmələ gəlməsi mümkün deyildir. Zərərçəkən “Mishubishi Lancer” minik markalı avtomobillə vurulmadan sonra aldığı xəsarətlərlə əlaqədar qısa müddət məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi (cild 1, i.v. 92-96); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 8/3503 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi Lancer” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 130 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, i.v. 102-106); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 126-127); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 144-145); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 156-157); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 171-172); videogörüntüyə baxış keçirilməsi və götürülməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 03 iyul 2022-ci ildə, saat təxminən 04:10 radələrində Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mersedes Benz C” markalı avtomaşından və “Mitsubishi Lancer” minik markalı avtomaşından hadisənin video görüntüsü telefonla çəkilmişdir. Həmin video görüntüləri avtomaşında olan Şahid2 istintaqa təqdim etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 03 iyul 2022-ci ildə Xətai rayonu, 8 Noyabr prospektində şəhər mərkəzi istiqamətində hərəkətdə olan “Mersedes Benz C” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sərnişin oturacağından hadisənin video görüntüsü çəkilmişdir. Həmin video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Mersedes Benz C” minik markalı avtomaşın 8 Noyabr prospektində üzü şəhər mərkəzi istiqamətində sol zolaqla saatda 130-140 km sürətlə hərəkətdə olmaqla, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan “Mitsubishi Lancer” minik markalı avtomaşınla ötüşmüş, daha sonra “Mitsubishi Lancer” minik markalı avtomaşın qarşısında olan naməlum minik avtomaşını sağdan ötüb keçdikdən sonra yolun döngəli olan hissəsində idarəetməni itirməklə piyada səkiyə və daş hasara çırpılmışdır. Bundan sonra “Mersedes Benz C” minik markalı avtomaşın da yolun döngəli olan hissəsində idarəetməni itirməklə piyada səkiyə və daş hasara çırpılmaqla dayanmışdır. Nəqliyyat vasitələri piyada səkiyə və daş hasara çırpılan zaman video görüntünün çəkilişi salona doğru tuşlandığından piyadanın vurulma anı video görüntüdə qeydə alınmamışdır. Bundan başqa 03 iyul 2022-ci ildə Xətai rayonu, 8 Noyabr prospektində şəhər mərkəzi istiqamətində hərəkətdə olan “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sərnişin oturacağından hadisənin video görüntüsü çəkilmişdir. Həmin video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Mitsubishi Lancer” minik markalı avtomaşın 8 Noyabr prospektində üzü şəhər mərkəzi istiqamətində sağ zolaqla saatda 130-140 km sürətlə hərəkətdə olmaqla, eyni istiqamətdə sol zolaqla hərəkətdə olan “Mersedes Benz C” minik markalı avtomaşınla ötüşmüş, daha sonra “Mitsubishi Lancer” minik markalı avtomaşın qarşısında olan naməlum minik avtomaşını sağdan ötüb keçdikdən sonra yolun döngəli olan hissəsində idarəetməni itirməklə piyada səkiyə və daş hasara çırpılmışdır. “Mitsubishi Lancer minik markalı avtomaşının daş hasara çırpılması zamanı piyada R.Rüstəmov avtomaşının qarşısında sağa doğru piyada hərəkət etməsi qeydə alınmışdır. Lakin video görüntü sürətli olduğundan “Mitsubishi Lancer” minik markalı avtomaşının qabaq hissəsinin piyadaya necə dəyməsini dəqiq görmək mümkün deyildir. Hadisənin video görüntüləri iş üçün əhəmiyyət kəsb etdiyindən iki ədəd DVD diskə köçürülməklə müstəntiq tərəfindən götürülmüşdür (cild 1, i.v. 202-209); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti ilə K.Kazımov küçəsinin kəsişməsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, sürücülər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisənin təfərruatlarını yerində göstərmişlər, daha sonra sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 249-256); TŞ xidmətindən daxil olmuş TŞ5-124 nömrəli kamera görüntüsünə baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, 03 iyul 2022-ci ildə, saat 04:10:13-də Xətai rayonu, 8 Noyabr prospektində şəhər mərkəzi istiqamətində hərəkətdə olan qırmızı rəngli “Mitsubishi Lancer” minik markalı avtomaşm irəlidə, arxada isə “Mersedes Benz C200” minik markalı avtomaşın yüksək sürətlə hərəkətdə olduqları zaman yolun döngəli olan hissəsində hər iki avtomaşın idarəetməni itirməklə yolun sağına doğru, yəni piyada səkiyə doğru istiqamətlənməklə maneəyə çırpılmışlar. Həmin yer qaranlıq olduğundan nəqliyyat vasitələrinin dəqiq hansı hissələrinin maneəyə necə çırpıldıqlarını, həmçinin piyadanın səkidə necə vurulduğunu görmək mümkün deyildir. Daha sonra hər iki nəqliyyat vasitəsi bir qədər irəlidə yolun hərəkət hissəsində çəpəki dayanmışlar. Hadisənin video görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir (cild 2, i.v. 4); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda icraatdadır (cild 2, i.v. 11-12); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Mitsubishi Lancer minik” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin qabaq sağ qanadında, qabaq bamperində, qabaq alın şüşəsində, qabaq sağ və sol faralarda, qabaq setkada, qabaq sol qanadda, qabaq radiatorda, qabaq qoruyucu qurğuda, qabaq sağ və sol krıloda, qabaq sağ və sol təkərdə, qabaq kapotda, arxa sol təkərdə və sükan mexanizmində zədə və deformasiya izləri müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 15-18); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Mercedes Benz C200” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin üzərində xarici zədələr aşkar edilməmişdir. Sürücü S.Səmədov bildirmişdir ki, “Mercedes Benz C200” minik markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra tam bərpa olunmaqla rənglənmiş, qabaq və alt hissələri təmir edildiyindən zədə izlərinin aşkar edilməsi mümkün olmamış və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 19-22); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 8/231 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi Lancer” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 130-140 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 130-140 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (cild 2, i.v. 45-48); maddi sübutun tanınması və təhvil verilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, “Mercedes Benz C200” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mitsubishi Lancer” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışlar və saxlanılmaları üçün sahiblərinə təhvil verilmişlər (cild 2, i.v. 49-50); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 20 fevral 2023-cü il tarixli, 4/57 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 ədəd “AHUANG” markalı DVD-R diskdə qeydə alınmış “VİD-20230113-WA0015” və “VİD-20230113-WA0016” adlı videofonoqramlardakı görüntülərə görə “Mercedes Benz C” və “Mitsubishi Lancer” markalı avtomobillərin hansı hissələrinin piyada R.Rüstəmova toxunmasını, piyadanın hərəkətdə olub-olmamasını və “Mercedes Benz C” markalı avtomobilin piyada R.Rüstəmovun üzərindən keçibkeçməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş 1 ədəd “ZYEKLEN” markalı DVD-R diskdə qeydə alınmış “TŞ-124 BAS VERMƏ” adlı videoyazıdakı görüntülərə görə “Mercedes Benz C” və “Mitsubishi Lancer” markalı avtomobillərin hansı hissələrinin və yolun hansı hissəsində piyada R.Rüstəmova toxunmasını müəyyən etmək mümkün olmamışdır (cild 2, i.v. 52-60); maddi sübutun tanınması haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, 2 ədəd “AHUANG” markalı DVD-R diskdə olan videofonoqramlardakı görüntülər və 1 ədəd “ZYEKLEN” markalı DVD-R diskdə olan videoyazılar iş üzrə maddi sübut kimi tanınmışlar və saxlanılmaları üçün cinayət işinə əlavə edilmişlər (cild 2, i.v. 61-62); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 8/97 və 6/185 saylı rəyindən görünür ki, təqdim edilmiş “Mercedes Benz C” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunduğundan sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Təqdim edilmiş “Mitsubishi Lancer” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin kapotunda olan 90x30 mm ölçülü batıq zədəsi öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanla təmasda olması nəticəsində yarana bilər. Həmin avtomobilin üzərində olan digər zədələr isə yol kənarında maneəyə dəyməsi və nəqliyyat vasitəsi ilə toqquşması zamanı yaranması istisna edilmir. Tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixində Nizami rayonu ərazisində yerləşən müvəqqəti saxlama dayanacağında baxış zamanı “Mitsubishi Lancer” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi, qabaq sağ qanadı və şinlərin üzərlərindən götürülmüş porolon qubkaların səthində kənar lif mikrohissəcikləri yoxdur (cild 2, i.v. 63- 67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2023-cü il tarixli, 6/344, 6/774 və 3/123 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz C” markal,ı ** GM *** və “Mitsubishi Lancer” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş “Mercedes Benz C” markalı, ** GM *** və “Mitsubishi Lancer” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında təqdim edilmiş R.Rüstəmovun geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthində sağ ayaqlığında olan bir təbəqəli qırmızı rəngli boya sürtünməsi və mikrohissəcikləri vardır. Həmin boya “Mitsubishi Lancer” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin lak boya örtüyündən götürülmüş boya hissəcikləri ilə qırmızı rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın sağ ayaqlığının diz nahiyyəsinin səthində bir təbəqəli qara rəngli lak boyaya aid olmayan sürtünmə izləri formasına, quruluşuna və tərkibinə görə rezin əsaslı polimer materiallarına məxsus sürtünmə izinin mikrohissəcikləri olduğunu göstərir. Həmin mikrohissəciklər iz şəklində olduğundan hansı polimer materialının tərkib hissəsi olduğunu müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş şalvarın üzərində olan zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr nəqliyyat vasitələrinin vurması nəticəsində yarana bilər. Təqdim edilmiş geyim əşyalarının üzərində nəqliyyat vasitəsinə məxsus təkər şininin protektor naxış izi aşkar edilməmişdir (cild 2, i.v. 80-85); maddi sübutun tanınması və təhvil verilməsi haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, R.Rüstəmovun əynində olan paltarlar, yəni 01 ədəd tünd göy rəngli iki ədəd yan, iki ədəd arxa cibli şalvar, 01 ədəd açıq qəhvəyi rəngli qısa qol köynək, 01 ədəd tünd göy rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 ədəd boz rəngli qolsuz mayka, 01 cüt qara rəngli üzərində ip əlavəli ayaqqabı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə təhvil verilmişdir (cild 2, i.v. 86-87); sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və ona CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsindən CM-nin 263.2-ci maddəsinə tövsif edilməklə istintaqı davam etdirilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CMnin 187-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işində “Mercedes Benz C200” minik markalı avtomobilin «Mersedes», «Mersedes Benz C klas» və ya «Mersedes minik» kimi göstərilmiş markası “Mercedes Benz C200” minik markalı avtomobil kimi, “Mıtsubıshı Lancer” minik markalı avtomobilin «Misuhishi», «Misubisi lanser» və ya “Misubisi minik” kimi göstərilmiş markası “Mitsubishi Lancer” minik markalı avtomobil kimi oxunması, bəzi istintaq sənədlərində baş vermiş yol nəqliyyat hadisənin baş vermə vaxtı texniki səhv olaraq saat 04:30 və ya 04 kimi yazılsa da, hadisənin baş vermə zamanının saat 04:10 kimi oxunması, cinayət işinin istintaq sənədlərində texniki səhv kimi yazılmış Rəsul Əkifəda və ya Əlifağa oğlu, X3 oxunması qərara alınmış, şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (cild 2, i.v. 89-100); təqsirləndirilən şəxsə yeni məzmunlu ittiham elan edilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v. 105-106); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmışdır (cild 2, i.v. 118-119); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v. 128-129); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmışdır (cild 2, i.v. 142-143); zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində təqdim etdiyi **********227 nömrəli ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində oğlu X9 dünyasını dəyişmişdir. Hadisə ilə əlaqədar cinayət işi başlanmışdır və o, mərhumun zərərçəkmişi kimi tanınmışdır. Həmin cinayət işi üzrə iki şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi tanınmışdırlar və onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-cl maddəsi ilə ittiham elan edilmişdir, hazırda təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ilə aralarında barışıq olmuşdur, ona dəymiş zərər Təqsirləndirilən şəxs1 tərəfindən özünə aid hissədə tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsi mərhum oğlunun ölümünə səbəb olmamışdır. Bu səbəblə o, irəli sürülmüş itihamın dəyişdirilərək Təqsirləndirilən şəxs1 barədə başlanılmış cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir (cild 3, i.v. 43); zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində təqdim etdiyi **********943 nömrəli ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində oğlu X9 dünyasını dəyişmişdir. Hadisə ilə əlaqədar cinayət işi başlanmışdır və o, mərhumun zərərçəkmişi kimi tanınmışdır. Həmin cinayət işi üzrə iki şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi tanınmışdırlar və onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-cl maddəsi ilə ittiham elan edilmişdir, hazırda təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq olmuşdur, ona dəymiş zərər Təqsirləndirilən şəxs2 tərəfindən özünə aid hissədə tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsi mərhum oğlunun ölümünə səbəb olmamışdır. Bu səbəblə o, irəli sürülmüş itihamın dəyişdirilərək Təqsirləndirilən şəxs2 barədə başlanılmış cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir (cild 3, i.v. 136); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X17 14 noyabr 2023-cü il tarixli, T 853/2023 saylı təkrar komission məhkəmə tibbi və situasion ekspertizalarının rəyindən görünür ki, mərhum R.Zərərçəkmiş şəxsnın meyitinin müayinəsi zamanı başın deformasiyası, təpə nahiyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sınıqları müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, bərk-küt əşya (əşyaların) təsirindən, yol-nəqliyyat hadisəsi zamanı şəxsin şaquli və ya ona yaxın duruş vəziyyətində bədənin sağ tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyyətdə olduğu zaman birinci “Mitsubishi Lancer” markalı avtomobilin ön və ya nisbətən yan çıxıntılı hissələrinin təsirindən ilkin zərbə sağ baldır, bud nahiyələrinə olmuşdur ki, bunun nəticəsində hər iki sümükdə sınıqlar əmələ gəlmiş, sonrakı etapda piyadanın yer örtüyünə dəyməsindən sol gicgah-təpə sümüklərində xətti sınıq əmələ gəlmişdir ki, bu xəsarətlər də dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. Başın deformasiyası, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma isə başın ikinci “Mercedes” markalı avtomobilin təkəri ilə yer örtüyü, yaxud bardür arasında hissəvi sıxılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid olub, ölümlə nəticələnmişdir, sıyrıqlar isə istər birinci, istərsə də ikinci avtomobilin şəxslə həm kontakt təsirindən, həm də ikinci avtomobillə şəxsin yer örtüyü ilə sürüklənməsi zamanı törənə bilərdilər, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Mərhum R.Rüstəmovun meyitində avtomobilin bədəni üzərindən keçməsi üçün xarakterik əlamətlər müəyyən olunmamışdır. Zərərçəkən “Mitsubishi Lancer” markalı avtomobillə vurulmadan sonra aldığı xəsarətlərlə əlaqədar qısa müddət məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Mərhum R.Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beynin əzilməsi olmuşdur, müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir (cild 3, i.v. 259- 266); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X17 14 mart 2024-cü il tarixli, 05/MEŞ saylı əlavə komission məhkəmə tibbi və situasion ekspertizalarının rəyindən görünür ki, 1. R.Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı iki ayrı-ayrı avtomobil tərəfindən yetirilməyə uyğun aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: a) Sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları; sol gicgahtəpə sümüklərinin xətti sınığı və sol gicgah nahiyəsinin sıyrığı; burun nahiyəsinin sıyrığı; sol çiyin, sağ bud və sol diz nahiyələrinin sıyrıqları, b) Başın deformasiyası, başın alıntəpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. 2.3. İlkin avtomobil vurması zamanı baş vermiş “a” qrup xəsarətlərini aldıqdan sonra R.Zərərçəkmiş şəxs sağ qalma ehtimalı olmuşdur. Belə ki, ilkin zərbədən sonra R.Zərərçəkmiş şəxs zərbə zonasından kənara atılması baş vermiş, ani olaraq, qısa müddətli huşun itməsi hesabına yerdə uzanmış vəziyyətdə olan zaman “Mersedes” markalı avtomobilin təkəri ilə yer örtüyü və yaxud bardür arasında başın sıxılması hesabına təkrar travmatizmlə əlaqədar yaranmış “b” qrup xəsarətlərinin nəticələri ölümə səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, R.Zərərçəkmiş şəxs meyitində ilkin avtomobil vurması nəticəsində başının və bədəninin digər hissələri üzərindən avtomobilin keçib getmə izləri aşkar edilməmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X17 10 noyabr 2022-ci il tarixli, T 539/2022 saylı təkrar məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, mərhum R.Rüstəmovun meyiti üzərində - başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, bərk-küt əşyanın (əşyaların) təsirindən, yol nəqliyyat hadisəsi zamanı şəxsin şaquli və ya ona yaxın duruş vəziyyətində bədənin sağ tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyyətdə olduğu zaman birinci “Mitsubishi Lancer” minik markalı avtomobilin ön və ya nisbətən yan çıxıntılı hissələrinin təsirindən ilkin zərbə sağ baldır, bud nahiyyələrinə olmuşdur ki, bunun nəticəsində hər iki sümükdə sınıqlar əmələ gəlmiş, sonrakı etapda, piyadanın yer örtüyünə dəyməsindən sol gicgah-təpə sümüklərində xətti sınıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş - cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma isə başın ikinci, yəni “Mersedes Benz C” markalı avtomobilin təkəri ilə yer örtüyü yaxud, bardür arasında hissəvi sıxılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub, ölümlə nəticələnmişdir. Mərhum R.Rüstəmovun ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına mədəciklərə massiv qansızma və baş beynin əzilməsi olmuşdur, ölümün müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. Xəsarətlərin xüsusiyyətlərinə, lokalizasiyasina görə onların zərərçəkənin nəqliyyat vasitəsinə toxunmadan yol örtüyünə sərbəst yıxılması nəticəsində əmələ gəlməsi mümkün deyildir. Zərərçəkən “Mishubishi Lancer” minik markalı avtomobillə vurulmadan sonra aldığı xəsarətlərlə əlaqədar qısa müddət məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Məhkəmə istintaqı zamanı təkrar komission məhkəmə tibbi və situasion ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X14 daxil olmuş 14 noyabr 2023-cü il tarixli, T 853/2023 saylı rəydə göstərilən xüsusatlar 10 noyabr 2022-ci il tarixli, T 539/2022 saylı ekspertiza rəyində qeyd olunan hallarla eynilik təşkil etmiş və hər iki rəy arasında heç bir ziddiyət olmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə komission məhkəmə tibbi və situasion ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X14 məhkəməyə daxil olmuş 14 mart 2024-cü il tarixli, 05/MEŞ saylı rəydən məlum olur ki, R.Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı iki ayrı-ayrı avtomobil tərəfindən yetirilməyə uyğun xəsarətlər 2 qrupa ayrılmış: a) Sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları; sol gicgah-təpə sümüklərinin xətti sınığı və sol gicgah nahiyəsinin sıyrığı; burun nahiyəsinin sıyrığı; sol çiyin, sağ bud və sol diz nahiyələrinin sıyrıqları, b) Başın deformasiyası, başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin vurması zamanı baş vermiş “a” qrup xəsarətlərini aldıqdan sonra R.Zərərçəkmiş şəxs sağ qalma ehtimalı olmuşdur. Belə ki, ilkin zərbədən sonra R.Zərərçəkmiş şəxs zərbə zonasından kənara atılması baş vermiş, ani olaraq, qısa müddətli huşun itməsi hesabına yerdə uzanmış vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri ilə yer örtüyü və yaxud bardür arasında başın sıxılması hesabına təkrar travmatizmlə əlaqədar yaranmış “b” qrup xəsarətlərinin nəticələri ölümə səbəb olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti ilə K.Kazımov küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mərhum X2 Tofiq Həsən oğlunun idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onu vurması nəticəsində sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol gicgah-təpə sümüklərinin xətti sınığı və sol gicgah nahiyəsinin sıyrığı, burun nahiyəsinin sıyrığı, sol çiyin, sağ bud və sol diz nahiyələrinin sıyrıqları kimi xəsarətlər alaraq yerə yıxılmış, daha sonra isə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri yerdə uzanmış vəziyyətdə olan R.Rüstəmovun başını sərt səthə sıxaraq ona başın deformasiyası, başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma kimi xəsarətlərə səbəb olmuş və qeyd olunan xəsarətlər R.Rüstəmovun ölümü ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə, yəni “yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir” kimi tövsif edilmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş ekspert rəylərindən məlum olduğu kimi mərhumun ölümünə səbəb “baş beyin toxumasına mədəciklərə massiv qansızma və baş beynin əzilməsi” olmuşdur ki, qeyd olunan xəsarət Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə deyil, məhz Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə yetirilmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyil və onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yetirilmiş xəsarətlərlə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, yuxarıdakı əsaslanmaya görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən CM-nin 263.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığı bildirərək ona elan edilmiş əməlin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən CM-nin 263.1-1-ci maddəsinə tövsif edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ərizəsində Zərərçəkmiş şəxs qeyd etmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ilə aralarında barışıq olmuşdur, ona dəymiş zərər Təqsirləndirilən şəxs1 tərəfindən özünə aid hissədə tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsi mərhum oğlunun ölümünə səbəb olmamışdır. Bu səbəblə o, irəli sürülmüş itihamın dəyişdirilərək Təqsirləndirilən şəxs1 barədə başlanılmış cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.2-ci maddəsinin “törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər” və 106.1-ci maddəsinin “hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hüquqi varis hesab olunur” müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində və ya bundan sonra hər hansı başqa bir səbəbdən ölmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş zərər çəkmiş şəxsin əvəzinə cinayət təqibi üzrə icraatda iştirak edən və həmin Məcəllənin 106.6-cı maddəsində nəzərdə tutulan hallar (hüquqlar) istisna olmaqla, hüquq və vəzifələri həyata keçirən hüquqi varisi nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 106.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Həmin Məcəllənin 106.6-cı maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin aşağıdakılara hüququ yoxdur:106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək;106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək. Həmin Məcəllənin 7.0.32-ci maddəsinə əsasən yaxın qohumlar — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində onun yaxın qohumu olan atası Zərərçəkmiş şəxs tanınmışdır. Həmin Məcəllənin 106.6-cı maddəsinin məzmunundan göründüyü kimi zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin təqsirləndirilən şəxs ilə barışmaq hüququ var. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Cinayət məsuliyyətindən azad olunma və cinayət təqibinə xitam verilmə ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CMnin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 müdafiəçisi məhkəmə iclasında vəsatət verərək onun əməlində CM-nin 263.2-ci maddəsinin tərkibi olmadığından cinayət işi üzrə icraata ona aid hissədə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən verilmiş vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və zərərçəkmiş şəxs X5 onun idarə etdiyi avtomobil ilə vurulmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşınla Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü şəhər mərkəzi istiqamətində saatda 130-140 km sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşının qabaq sərnişin oturacağında tanışı Əli əyləşmişdir. Daha sonra tanışı Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşınla ötüşmüşlər. Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, yolun döngəli olan hissəsində əvvəlcə Tofiqin idarə etdiyi “Mitsubishi Lancer” minik markalı avtomaşın idarəetməni itirməklə piyada səki üzərinə çıxıb, daş hasara çırpılmışdır. Həmin vaxtda əyləci basdığından idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomaşın idarəedilməz halda sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmaqla daş hasara çırpılmışdır. Avtomaşından düşdükdən sonra piyada Rəsul adlı oğlanın piyada səki üzərində ağır xəsarətlər aldığını bilmişdir. O, Tofiqin qəza törətdiyini görəndə əyləci basıb idarəetməni itirmişdir. Tofiq idarə etdiyi avtomobil ilə piyada səkiyə çıxarkən orada olan piyadanı vurmuşdur. O, daş hasara çırpılanda Rəsul adlı şəxs artıq ağır yaralı vəziyyətdə səkidə uzanmışdır. Piyada səkidə olan Rəsul adlı şəxs onun idarə etdiyi avtomobil ilə vurulmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsilə səkidə hərəkətdə olan mərhum Rəsul Rüstəmovu vurduğunu etiraf etmiş, lakin onu öldürmədiyini bildirmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı əlavə komission məhkəmə tibbi və situasion ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X14 məhkəməyə daxil olmuş 14 mart 2024-cü il tarixli, 05/MEŞ saylı rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin vurması zamanı baş vermiş “a” qrup xəsarətlərini (sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol gicgah-təpə sümüklərinin xətti sınığı və sol gicgah nahiyəsinin sıyrığı, burun nahiyəsinin sıyrığı, sol çiyin, sağ bud və sol diz nahiyələrinin sıyrıqları) aldıqdan sonra R.Zərərçəkmiş şəxs sağ qalma ehtimalı olmuşdur. Belə ki, ilkin zərbədən sonra R.Zərərçəkmiş şəxs zərbə zonasından kənara atılması baş vermiş, ani olaraq, qısa müddətli huşun itməsi hesabına yerdə uzanmış vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri ilə yer örtüyü və yaxud bardür arasında başın sıxılması hesabına təkrar travmatizmlə əlaqədar yaranmış “b” qrup xəsarətlərinin (başın deformasiyası, başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma) nəticələri ölümə səbəb olmuşdur. Beləliklə, yuxarıda qeyd olunan ekspert rəyinin məzmunundan da məlum olduğu kimi 03 iyul 2022-ci ildə, saat 04:10 radələrində Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti ilə K.Kazımov küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mərhum X2 Tofiq Həsən oğlunun idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulsa da, ilkin zərbədən sonra onun sağlamlığına ağır xəsarət yetirilmiş və onun ölümünə səbəb Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz C200” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə ona ikinci zərbəni vurması, yəni avtomobilin təkəri ilə yerdə uzanmış vəziyyətdə olan zaman başını bardürə və yer səthinə sıxaraq ona başın deformasiyası, başın alın-təpə nahiyəsinin əzilmişcırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma kimi xəsarətlər yetirməsi səbəb olmuşdur. Bundan başqa, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş ekspert X4 ifadəsində 14 mart 2024-cü il tarixli, 05/MEŞ saylı ekspert rəyinin məzmununda göstərilənləri təsdiqləyərək bildirmişdir ki, meyitin üzərində aparılmış məhkəmə-tibbi müayinəsi zamanı, yəni meyitin həm xarici, həmdə daxili müayinəsi zamanı rəydə göstərilən ümumi xəsarətlər aşkar edilmişdir. Xəsarətlərin ayrılması bədən səthində olan xəsarətlərin lokalizasiyalarından, xarakterlərindən, orqanizmə yetirdikləri təsirlərdən və onun nəticələrindən asılı olaraq situasion ekspertiza ilə müəyyənləşdirilir. Komissiyon qaydada tərəflərindən xəsarətlər bölünür, belə ki insan orqanizminə ilkin zərbə şaquli və ya ona yaxın duruş vəziyyətində yetirilir. Həmin zərbədən sonra şəxsin müxtəlif vəziyyətlərdə yer səthinə düşmə trayektoriyası var istər hərəkətdə olsun, istərsə də hərəkətsiz. Yetirilən zərbə hərəkətdə olan və hərəkətsiz olan şəxsə yetirildikdə fərqlənir. Həmin zərbənin təsirindən və istiqamətindən, həmdə zərbə sahəsində olan xəsarətlərə və sonradan alınan xəsarətlərə əsaslanılaraq, xəsarətlər ayrılır və həmin xəsarətlərin hansının ölümə səbəb olması göstərilir. Rəydə qeyd edildiyi kimi 1-ci zərbədən sonra “a” qrup xəsarətləri yetirilmiş, yəni xətti sınıq, “b” qrupunda göstərilən xəsarətlərin isə 1-ci zərbədən sonra yaranması mümkün deyil. Sümüklərin sınma xəttinə əsasən müəyyən edilir 1 və ya 2-ci zərbədən sonra xəsarət alınması. Hazırkı halda 1-ci zərbə sağdan yönəlmişdir. Həmçinin tərəflərindən sitoloji və kimyəvi ekspertiza metodları tətbiq edilir. Sitoloji ekspertizaya əsasən beyində olan qanın həcmi və həcmə əsasən hansı zərbənin yetirilməsi müəyyən edilir. Həmçinin, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş ekspert X13 ifadəsində bildirmişdir ki, 1-ci maşın vurduqdan sonra həmin şəxs elə vəziyyətə gəlib ki, artıq 2-ci maşın onu badürə və ya divara sıxaraq xəsarət yetirib. 1-ci maşın vurduqdan sonra yerə yıxıldığına görə artıq 2-ci maşın onun başını bardürə və ya başqa yerə sıxıb. Meyitin bədəni üzərində maşın keçməsi və təkər izləri aşkar edilməmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilinin zərərçəkmiş şəxsin bədəni üzərindən keçməməsinə istinad etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, əlavə şahid qismində dindirilmiş ekspert X13 ifadəsində meyitin başı üzərindən deyil, bədəni üzərindən maşın keçməməsini qeyd etmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş və hadisə zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə olan Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobillər bir biri ilə ötüşdüyü üçün video çəkiliş aparmışdır. Avtoqəza baş verən zaman avtomobillərin hər hansı adamı vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs2 avtomobili ilə aralarında 20-30 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil onun babasına məxsus idi. Sürücülük hüququ olmadığından avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs2 vermişdir. Qəza zamanı qarşıda və ətrafda heçkimi görməmişdir. Lakin bardürə dəydikdən sonra divara dəyməmişdən əvvəl nəyəsə dəydiklərini hiss etmişdir. Avtomobilin divara dəyməmişdən əvvəl digər maneəyə toxunduğunu hiss etmişdir. Avtomobildən düşəndən sonra vurulan adam onların arxasında idi. Bundan əlavə, ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, hadisə vaxtı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla piyadanı vurduğunu dəqiq görmüşdür. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 hadisənin onun dediyi kimi baş verdiyi təqdirdə nə üçün onun idarə etdiyi avtomaşının təkərində və kuzasında qan izləri olması barədə soruşduqda, sonuncu onun idarə etdiyi avtomaşının heç bir hissəsində qan izləri olmadığını, həmin şəxsin qan izlərinin onun idarə etdiyi avtomaşının hər hansı bir hissəsində olmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında da müdafiə tərəfi Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin üzərində heç bir qan izinin və ya hər hamsı bir zədə izinin olmamasına istinad etmişdir. Bu halla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan göründüyü kimi “Mercedes Benz C200” minik markalı, **-GM- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin üzərində xarici zədələr aşkar edilməmişdir. Avtomobilin sahibi S.Səmədov da bildirmişdir ki, “Mercedes Benz C200” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra tam bərpa olunmaqla rənglənmiş, qabaq və alt hissələri təmir edildiyindən zədə izlərinin aşkar edilməsi mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz C200” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Lancer” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı, Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə təhvil verilmiş R.Rüstəmovun əynində olan paltarlar, yəni 01 ədəd tünd göy rəngli iki ədəd yan, iki ədəd arxa cibli şalvar, 01 ədəd açıq qəhvəyi rəngli qısa qol köynək, 01 ədəd tünd göy rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 ədəd boz rəngli qolsuz mayka, 01 cüt qara rəngli üzərində ip əlavəli ayaqqabı təsərrüfat təyinatını itirdiyindən məhv edilməli, 04 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır(CPM-132). Azərbaycan Respublikası CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Məhkəmə hesab edir ki, göstərilənlər nəzərə alınmaqla iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400(dörd yüz) manat Təqsirləndirilən şəxs1, 542 (beş yüz qırx iki) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz C200” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Lancer” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə təhvil verilmiş R.Rüstəmovun əynində olan paltarlar, yəni 01 ədəd tünd göy rəngli iki ədəd yan, iki ədəd arxa cibli şalvar, 01 ədəd açıq qəhvəyi rəngli qısa qol köynək, 01 ədəd tünd göy rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 ədəd boz rəngli qolsuz mayka, 01 cüt qara rəngli üzərində ip əlavəli ayaqqabı təsərrüfat təyinatını itirdiyindən məhv edilsin. İş üzrə maddi sübut 04 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 400(dörd yüz) manat Təqsirləndirilən şəxs1, 542 (beş yüz qırx iki) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar