Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-21/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1965-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Yenikənd kəndinə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qərardadını qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixədək hər ay 40191,50 manat olmaqla 8 ay müddətində cəmi 321531,82 manat məbləğində pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qərardadın icasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(011)- 2177/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün və 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarına əsasən isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasını təmin etməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 07 avqust 2023-cü il tarixdə rəsmi bildiriş verilməsinə baxmayaraq həmin tarixdən şəxsi maraq niyyəti ilə zərər çəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin məbləğdə maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qərardadını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda əvvəlcə özünü təqsirli bilsə də daha sonra özünü təqsirli hesab etməyərək ödəniş üçün imkanı olmadığını bildirmişdir. O ifadəsində göstərdi ki, meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu üçün aylıq gəliri 5000,00-10000,00 manat təşkil edir. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, 2020ci ilin təxminən aprel-may aylarında "xxxx" MMC-dən 410000,00 manat dəyərində 100 (yüz) tonluq ərik və şaftalı nisiyə alaraq satış məqsədilə Rusiya Federasiyasına göndərdiyi məhsulun 60 (altmış) tonunu 300000,00 manata orada satılmış, "xxxx" MMC-nin rəhbəri ondan həmin məhsulun dəyərinin ödənilməsini tələb etmiş, o, isə nisiyə aldığı meyvənin dəyərini ödəyə bilmədiyi üçün Şirvan Kommersiya Məhkəməsində ona qarşı iddia qaldırılmış, sonradan aralarında bağlanmış barışıq sazişi məhkəmənin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qərardadı ilə təsdiq edilmiş, sazişə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40191,50 manat olmaqla 8 (səkkiz) ay müddətində 321531,82 manat məbləği ödəməyi öhdəsinə götürmüş, bir müddət sonra öhdəliyi yerinə yetirmədiyi üçün Şirvan Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qərardadı məcburi icraya yönəldilmiş, bununla əlaqədar Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə borcunu ödəməsini tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru dəfələrlə ondan izahatlar almış, hətta Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(011)-2177/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün və 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarına əsasən isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edildikdən sonra icra məmuru qərardadın icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi bildiriş vermiş, lakin o, qanuni qüvvədə olan məhkəmə aktını icra edə bilməmişdir. Satdığı əmlaklardan ona ödəniş üçün vəsait qalmamışdır. Qarşı tərəfə torpaq sahəsi təklif etmiş lakin onlar qəbul etməmişlər. Hazırda da həbsdə olduğu üçün ödəniş edə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, 20 aprel 2020-ci il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə o, "xxxx" MMC-dən 658031,82 manatlıq faraş meyvə nektarin və şaftalı almış, məhsulun dəyərindən 166500,00 manatını ödəsə də qalan hissəsini borclu qalmış, bundan başqa sonuncu anbara yığılmış 187000,00 manat dəyərində meyvəni vaxtında götürməmiş, bununla da "xxxx" MMC-yə ümumilikdə 678531,82 manat məbləğində maddi ziyan vurmuş, belə olan halda "xxxx" MMC həmin məbləğin ödənilməsi ilə əlaqədar ona qarşı Şirvan Kommersiya Məhkəməsində iddia qaldırmış, lakin "Xəmsə-M” MMC-nin səlahiyyətli nümayəndəsi ilə Təqsirləndirilən şəxs arasında razılığa gəlindiyi üçün bağlanmış barışıq sazişi məhkəmənin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qərardadı ilə təsdiq edilmiş, sazişə əsasən o, 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40191,50 manat olmaqla 8 (səkkiz) ay müddətində 321531,82 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs götürdüyü öhdəliyi sonradan yerinə yetirmədiyi üçün həmin məhkəmənin barışıq sazişinə dair 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qərardad icraya yönəldilmiş, qərardadın icrası ilə Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmurları məşğul olan zaman onun ünvan 2 ünvanında yaşadığını müəyyən edilərək icra sənədi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərildikdən sonra ona tələbin könüllü təmin edilməsi ilə əlaqədar bildiriş təqdim edilmiş, qərardadın icrası könüllü icra müddətində təmin edilmədiyi üçün icra məmuru onun barəsində məcburi icra tədbirləri tətbiq edərək əmlak vəziyyətini yoxlamış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, sonuncuya məhkəmənin qanuni qüvvəyə minmiş aktının icrasını təmin etməsi ilə əlaqədar dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu ödəməkdən imtina etdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(011)-2177/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün və 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarına əsasən isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru qərardadın icrası ilə əlaqədar ona rəsmi bildiriş təqdim etsə də o, məhkəmə aktını icra etməmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, o, uzun illərdir meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazansada məhkəmənin qanuni qüvvədə olan qərardadını qərəzli olaraq icra etməmiş, ondan “Xəmsə- M" MMC-yə olan borcunun ödənilməsi tələb etmişdir. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 51.9 kv.metr olan 2 otaqlı mənzili 300000,00 manata, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207 ünvanında yerləşən ümumi sahəsi 100.4 kv.metr olan qeyriyaşayış sahəsini 300000,00 manata və Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207 ünvanında yerləşən, ümumi sahəsi 136.1 kv.metr olan qeyri-yaşayış sahəsini isə 400000,00 manata 30 mart 2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında X4 adlı şəxsə satmaqla ümumilikdə 1000000,00 manat məbləğində əldə etdiyi pul vəsaitindən "xxxx" MMC-yə olan borcunu ödəməkdən yayınmaqla Şirvan Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qərardadının icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixədək hər ay 40191,50 manat olmaqla 8 ay müddətində cəmi 321531,82 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qərardadının icrası təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olduqdan sonra icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü təmin edilməsi üçün ona bildiriş təqdim edilmiş, tələb təmin etmədiyi üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, dəfələrlə şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(011)-2177/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün və 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarına əsasən isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş və qərardadın icrasının təmin edilməsinə dair ona yeni müddət təyin edilsə də sonuncu hərəkətsizliyini davam etdirməklə məhkəmə aktının icrasını qərəzli olaraq təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs borcunu ödəməkdən qəsdən yayınır. Onlar məhkəməyə müraciət etmişlər, sonra onları razı salmış və aralarında barışıq olmuşdur. 1 milyon dəyərində obyekti onlara təklif etmiş, lakin sonra bank vasitəsi ilə həmin obyekti satmış və onların pulunu ödəməmişdir. Mülki qaydada dəfələrlə müraciət etmək istəsələr də obyektlər girovda olduğuna görə alınmayıb. Onun pulunu qəsdən vermək istəmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 13 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etməməsi barədə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v. 1-2) - Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-787/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərardadından görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 02 oktyabr 2020-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilmişdir: 1. "xxxx" MMC öhdəsinə götürür ki: 1.1. "xxxx" MMC cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırdığı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə" dair iddiasından imtina edir. 1.2. Təqsirləndirilən şəxs tərəfindən 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz İyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini qəbul edir.
2. Təqsirləndirilən şəxs öhdəsinə götürür ki: 2.1. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə qarşı qaldırdığı "pul tələbi"nə dair qarşılıqlı iddiasından imtina edir. 2.2. 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini "Xəmsə-M” MMC-yə ödəyəcəkdir.
3. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
4. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir. Hazırki barışıq sazişi 3 əsl nüsxədən ibarət olmaqla, 1 nüsxə iddiaçı "xxxx" MMC-yə, 1 nüsxə cavabdeh Təqsirləndirilən şəxs, 1 nüsxə isə Şirvan Kommersiya Məhkəməsinə verilir. İddiaçı "xxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasına; Təqsirləndirilən şəxs "Xəmsə-M” MMC-yə qarşı - pul tələbi barədə qaşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; (i.v. 7-9) - Şirvan Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)-787/2020 saylı icra vərəqəsindən görünür ki, 1.2. Təqsirləndirilən şəxs tərəfindən 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini qəbul edir.
2. Təqsirləndirilən şəxs öhdəsinə götürür ki: 2.1. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə qarşı qaldırdığı "pul tələbi"nə dair qarşılıqlı iddiasından imtina edir. 2.2. 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini "Xəmsə-M” MMC-yə ödəyəcəkdir; (i.v. 10) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-76/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin olunmuş, Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207, 2 otaqlı, ümumi sahəsi 51.90 kv.metr olan 15 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207, ümumi sahəsi 136.10 kv.metr olan sahənin və Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207, ümumi sahəsi 100.40 kv.metr olan zirzəminin üzərinə həbs qoyularaq özgəninkilışdirilməsi qadağan edilmişdir; (i.v. 14-16) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-2177/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəli 21 iyun 2022-ci il tarixdən, saat 16:00-dan hesablanması qərara alınmışdır; (i.v. 17-20) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-635/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, xx.xx.1965-ci ildə Kürdəmir, Yenikənd kəndində anadan olmuş və Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan borclu - Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-787/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır; (i.v. 21-23) - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1452/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh edilməsinə dair 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; (i.v. 25-27) - Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraatında olan Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-787/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 321531.82 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bildirilir ki, həmin icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən 12 sentyabr 2023-cü il tarixə kimi heç bir ödəniş olunmamışdır; (i.v. 30) - 22 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir; (i.v. 32) - 29 sentyabr 2023-cü il tarixli zərər çəkmişin nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 1979-cu ildə Şəmkir rayonu, Qasımalıllar kəndində doğulmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan Nümayəndə zərər çəkmiş "xxxx" MMC- nin səlahiyyətli nümayəndəsi kimi tanınmışdır; (i.v. 51-52) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 83) - Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, e-2-2(121)- 787/2020-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizə qismən təmin edilmiş, Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur; (i.v. 85-86) - Şirvan Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(121)- 787/2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 1.2. Təqsirləndirilən şəxs tərəfindən 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qərx min yüz doxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini qəbul edir. 2. Təqsirləndirilən şəxs öhdəsinə götürür ki: 2.1. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə qarşı qaldırdığı “pul tələbi”nə dair qarşılıqlı iddiasından imtina edir. 2.2. 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qırx min yüz doxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini "xxxx" MMC-yə ödəyəcəkdir; (i.v. 91) - Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq olunmuş 30 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207 ünvanında yerləşən ümumi sahəsi 100.4 kv.metr olan qeyri-yaşayış sahəsi satıcı Təqsirləndirilən şəxs tərəfindən 300000,00 manata alıcı X1; (i.v. 70-72) - Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq olunmuş 30 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207 ünvanında yerləşən, ümumi sahəsi 136.1 kv.metr olan qeyri-yaşayış sahəsi satıcı Təqsirləndirilən şəxs tərəfindən 400000,00 manata alıcı X1; (i.v. 73-75) - Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq olunmuş 30 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207, 2 otaqlı, ümumi sahəsi 51.90 kv.metr olan 15 saylı mənzil satıcı Təqsirləndirilən şəxs tərəfindən 300000,00 manata alıcı X1; (i.v. 67- 69) - Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir; (i.v. 92) - Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında 19 yanvar 2021-ci il tarixli bildirişdən göründüyü kimi, borclu Təqsirləndirilən şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır; (i.v. 93) - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 12 may 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 787/2020 nömrəli, xx.xx.2020-ci tarixli icra sənədinə xitam verilmişdir; (i.v. 100) - Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərardadından görünür ki, digər şəxs "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 194.1 kv.metr olan əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulmasına dair Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-787/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdeh Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 194.1 kv.metr olan əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulmasına dair iddiaçı "xxxx" MMC-nin ərizəsi təmin edilməmişdir; (i.v. 105-109) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-76/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadının surətindən görünür ki, şikayət təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-76/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207, 2 otaqlı, ümumi sahəsi 51.90 kv.metr olan 15 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207, ümumi sahəsi 136.10 kv.metr olan sahənin və Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 207, ümumi sahəsi 100.40 kv.metr olan zirzəminin üzərinə qoyulmuş həbs ləğv edilmişdir; (i.v. 120-123) - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 07 iyun 2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1965-ci il təvəllüdlü Kürdəmir rayonu, Yenikənd kədni ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; (i.v. 126) - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 09 iyun 2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır; (i.v. 127) - İnzibati xəta haqqında MN № ******* saylı, 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-787/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin xeyrinə 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul ödəmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; (i.v. 132-133) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(011)-2177/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəli 21 iyun 2022-ci il tarixdən, saat 16:00-dan hesablanması qərara alınmışdır; (i.v. 135-138) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 8(011)-635/2022 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, xx.xx.1965-ci ildə Kürdəmir ray., Yenikənd kəndində anadan olmuş və Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və ünvan 12 ünvanında yaşayan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-787/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır; (i.v. 150-152) - İnzibati xəta haqqında MN № ******* saylı, 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-787/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixə qədər hər ay 40.191,50 manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321.531,82 manat pul məbləğini "xxxx" MMC-yə ödəmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; (i.v. 156-157) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həbs etmənin əvvəli 12 iyul 2023-cü il tarixdən, saat 19:00-dan hesablanması qərara alınmışdır; (i.v. 159-162) - Kürdəmir rayon Hakimiyyəti Başçısının Yenikənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli 84 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.1965-ci il tarixdə anadan olmuş, Yenikənd kəndində yaşayır; (i.v. 164) - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1452/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh edilməsinə dair 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; (i.v. 165-167) - 13 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx xxxx 1965-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və cinayət işi üzrə zərər çəkmişin nümayəndəsinin, şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qəbul edilərək qiymətləndirilmişdir; (i.v. 182-185) - 13 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; (i.v. 186-187) - 13 noyabr 2023-cü il tarixli ittiham elan olunması üçün şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, xx xxxx 1965-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Mikayil oğlu barəsində axtarış elan olunmuş, o tutularaq Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin X5 təhvil verilməsi və dərhal istintaq orqanına rəsmi məlumat təqdim edilməsi qərara alınmışdır; (i.v. 189) - 13 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təqdim edilənədək dayandırılmışdır; (i.v. 192) - Kürdəmir rayon Polis Şöbəsinin 18 dekabr 2023-cü il tarixli, 3-13-86/2-27701/2023 №-li məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, Bakı şəhər Yasamal RPİ-nin X5 təhvil verilmişdir; (i.v. 196) - 17 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin 13 noyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-də 600417 nömrəli axtarış işi açılmış, xx.xx.1965-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Kürdəmir şəhəri ərazisində tutularaq, qeyd olunan qərarın icrası ilə əlaqədar RPŞ-yə gətirilmişdir; (i.v. 197) - 18 dekabr 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir; (i.v. 198) - Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-986/2023 saylı, 19 dekabr 2023cü il tarixli qərarın surətindən görünür ki, vəsatət təmin olunmamış, Müdafiəçi2 Əlisəddin oğlunun vəsatəti təmin olunmuş, xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və hazırda Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Ev dustaqlığında saxlama müddəti 18 yanvar 2024-cü il tarixədək müəyyən edilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli 17 dekabr 2023-cü il tarixdən hesablanması, təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, istintaq və məhkəmə orqanlarının çağırışlarına gəlmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yerini saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, telefondan, poçt göndərişlərindən və digər rabitə vasitələrindən istifadə etmək, istintaqla dairəsi müəyyən olunmuş şəxslərlə ünsiyyətdə olmaq və onları evində qəbul etmək Təqsirləndirilən şəxs qadağan edilməsi, qərar təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin X5 təqdim edilməsi qərara alınmışdır; (i.v. 226- 232) - 27 dekabr 2023-cü il tarixli 15№-li ödəniş tapşırığının surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin hesabına 1500 manat pul köçürülmüşdür; (i.v. 239) - 25 dekabr 2023-cü il tarixli 15№-li ödəniş tapşırığının surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin hesabına 1500 manat pul köçürülmüşdür; (i.v. 241-243) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 4(103)-1182/2023 saylı qərarının surətindən görünür ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-986/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır; (i.v. 244-253) - Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olan xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Kürdəmir rayonu Yenikənd kəndində yaşayır, Ali təhsillidir, Azərbaycan Respublikası vətəndaşıdır, ailəlidir, 4 (dörd) övladı var, nizam-intizamlıdır, kənd əhalisi arasında öz hörmətini qazanmış, sayılıbseçilən şəxslərdən biridir, kənd ictimai işlərində fəal iştirak edir, əhali arasında qayğıkeş, örnək ailə başçısı kimi hər zaman diqqəti cəlb etmişdir. Bir sıra ictimai işlərdə öz tövsiyyəsini vermiş, kənd məktəbinin təmir olunmasında, kənd qəbristanlığının yenidən qurulmasında, ətrafının təmizlənməsində, içməli su arxlarının qazılmasında maddi-mənəvi dəstəyini hər man göstərmişdir. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərazidə yaşadığı müddət ərzində vətəndaş Təqsirləndirilən şəxs barəsində heç bir səhv və nöqsanlı hərəkətləri müraciət olunmamışdır; (i.v. 254) - 10 yanvar 2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay, yəni 18 mart 2024-cü il tarixədək uzadılmışdır; (i.v. 260-261) - Kürdəmir rayon Hakimiyyəti Başçısının Yenikənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli 19 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.1965-ci il tarixdə anadan olmuş, Yenikənd kəndində yaşayır; (i.v. 271) - 19 yanvar 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxx 1965-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və orada yaşayan yan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; (i.v. 272-273) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(011)-169/2024 saylı qərarının surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs – xx xxxx 1965-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində anadan olmuş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır; - Şirvan Kommersiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, e-2-2(121)- 787/2020 saylı qərardadının surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-787/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından vermiş olduğu şikayəti təmin edilmiş, iddiaçı "xxxx" MMC-nin iddianı təmin etmə tədbiri barəsindəərizəsinin təmin edilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-787/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçı "xxxx" MMC-nin iddianı ərizəsinə baxılması üçün məhkəmə iclası 29 təyin edilmişdir; - “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X7 Konsultativ Poliklinika tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 734№-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Kürdəmir RMX-in Konsulatativ poliklinikasında xx.xx.2024-cü il tarixində ambulator müayinə və müalicə üçün müraciət etmişdir. Diaqnozu: Yuxarı tənəffüs orqanlarının infeksiyası olmuşdur; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(011)-169/2024 saylı qərarının surətindən görünür ki, xx xxxx 1965-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində anadan olmuş anadan olmuş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır; - 14 yanvar 2025-ci il tarixdə daxil olmuş Bakı İstintaq Təcridxanasının 06 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 23 dekabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 1(011)-21/2025 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ödənişdən qərəzli şəkildə yayınmaması, ödəmə imkanının olmaması səbəbindən həyata keçirə bilməməsi kimi məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və sübutlarla o cümlədən 30 mart 2021-ci il tarixli 3 müxtəlif alqı-satqı müqaviləsi ilə təkzib olunur. Həmin müqavilədən əldə etdiyi gəlirə dair Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli ifadələr onun qeyri səmimi olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40)”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Elmir Şükürovun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 01 (bir) ay 01 (bir) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmalı, cəzasının əvvəli 23 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 01 (bir) ay 01 (bir) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 23 dekabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəfail Sadıxov