Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-210/2021 24.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X4, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızının, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1990-cı ildə Neftçala rayonu Xolqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Xolqaraqaşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu K.Kərimov küçəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olan bir qrup şəxs tərkibində birləşərək 18 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən “1001” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında olan borc pula görə yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ətrafdakı insanların gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb sol ayaq nahiyəsindən təpiklə vurub sol diz oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs2 həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin, məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda göstərilən xuliqanlıq cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Siracı 2-3 il olar ki, tanıyır və münasibətləri normal olmuşdur. 18.01.2020-ci il tarixdə saat 21 radələrində Xətai rayonu Nobel prospektində yerləşən “Gədəbəy” kafesində bacısı oğlu Ayaz ilə birlikdə çay içən zaman tanıdığı Sirac kafeyə daxil olmuş, ona yaxınlaşaraq bir dəqiqəlik çölə çıxmasını bildirmişdir. Kafedən çölə çıxmış, Sirac ondan səkkiz manat borcunu istəmişdir. Üzərində pul olmadığından Siraca borcunu verə bilməyəcəyini demişdir. Sirac ona artıq uzun müddətdir ki, borcu qaytarmadığını, müxtəlif bəhanələr etdiyini demiş, pulunu tələb etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sirac onu vurmuş, bacısı oğlu Ayaz da Siracı vurmuşdur. Şamil də mübahisəyə qoşulmuş, ayağından bir dəfə vurmuşdur. Sirac uzaqlaşmaq istəyərkən onun paltarından tutmuş, bu zaman anası gəlmiş, onları ayırmış, Sirac qardaşının avtomobilinə əyləşib getmiş, anası isə onu evə aparmışdır. Mübahisənin əvvəlində orada kənar şəxslər olmamış, qaranlıq olduğundan mübahisə gedişatında kənar şəxslərin toplaşdığını dəqiq görə bilməmişdir. İstintaq zamanı ifadələrini oxumadan imza etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş zərər tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi, həmçinin mülki iddiası yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18.01.2020-ci il tarixdə, saat 20-21 radələrində yaşadığı evdən çıxaraq marketə gedən zaman səs-küy eşitmiş, səs ona tanış gəldiyindən ora yaxınlaşmış, orada oğlu Ağacanın bir nəfər şəxsin sinəsindən tutaraq dartmasını görmüşdür. Ağacana yalvarmış, həmin şəxsi buraxmasını və səs-küy salmamasını bildirmiş, həmin şəxsi Ağacanın əlindən almışdır. Bundan sonra, həmin şəxs avtomobilə əyləşərək oranı tərk etmiş, Ağacanın halı pis olduğundan təcili tibbi yardım çağırıb onu Sabunçu xəstəxanasına aparmışdır. Qaranlıq olduğundan ətrafa kənar şəxslərin toplaşıb-toplaşmadığını bilməmiş, ora gəldikdən sonra Siracın və Şamilin Ağacanı, Ağacanın isə onları vurmasını görməmiş, Siracın və Şamilin söyüş söyməsinin şahidi olmamışdır. İstintaq zamanı ifadələrini oxumadan imza etmişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, xəstə olduğundan məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun balaca qardaşıdır. 18.01.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən Günəş marketdən çörək alan zaman “Gədəbəy” adlı kafenin qarşısında səs-küy gəldiyini eşidib səs gələn tərəfə yaxınlaşmışdır. O, oraya yaxınlaşan zaman qardaşı Siracın tanımadığı 2 nəfər şəxslə mübahisə apardığını görüb onlara yaxınlaşmışdır. O, ora yaxınlaşan zaman ona qardaşı Sirac onlarla eyni məhəllədə yaşayan Ağacan adlı şəxslə mübahisə etdiyini görmüşdür. O, yaxınlaşıb eyni məhəllədə yaşadıqlarını və belə bir mübahisənin aparılmasının onlara yaraşmadığını bildirmişdir. Bundan sonra o, qardaşı Siracı öz idarə etdiyi **-XO-*** saylı dövlət qeydiyyat nişanlı avtomaşınına əyləşdirib oradan uzaqlaşdırmışdır. Sirac maşına əyləşən zaman sifəti tamamilə qan içində olmuşdur. Hadisə “Gədəbəy” kafesinin qarşısında, yəni küçədə baş vermişdir. O, hadisə zamanı qardaşı və yanında olan şəxslərə yaxınlaşan zaman onların bir-birini vurduğunu görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Ağacanı 2-3 il əvvəl olar ki, tanımış, onlar bir məhəllədə yaşamışlar. 18.01.2020-ci il tarixdə saat 20-21 radələrində çay içmək üçün Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən “Gədəbəy” kafesinə getmiş, orada tanıdığı Ağacanın iki nəfərlə əyləşdiyini görmüşdür. Ağacan 2019-cu ilin yay aylarında ona nasaz avtomobil ehtiyat hissəsi satmış, ehtiyat hissə nasaz olduğundan Ağacan ona səkkiz manat qatarmalı olmuş, dəfələrlə tələb etsə də, Ağacan hər dəfə bəhanələrlə borcunu qaytarmamışdır. Sakit şəkildə Ağacana yaxınlaşıb borcunu nə zaman qaytaracağını soruşmuş, Ağacan ona heç bir borcu olmadığını söyləyərək pulu verməkdən imtina etmiş və ona təhqir edici sözlər deyərək küçəyə çıxaraq söhbəti orada davam etməyi təklif etmişdir. Etiraz etməmiş, kafedən bayıra çıxmış, söhbət etmək istədikdə Ağacan onun yaxasından dartışdırıb yumruqla və kəllə ilə sol gözünə zərbə endirmişdir. Həmin vaxt Ağacanın yanında olan bacısı oğlu da ona xəsarət yetirmişdir. Ətrafdan kömək istəmiş, tanışı Şamil onun yanına gələrək onları aralaşdırmağa çalışsa da, Ağacan və Ayaz onu vurmağa davam etmişlər. Sonra Ağacanın anası və onun qardaşı Qoçu gəlmiş, anası Ağacanı bir təhər ondan uzaqlaşdırmış, qardaşı onu şəxsi avtomobilinə qoyaraq oradan uzaqlaşdırmışdır. Baş vermiş hadisə zamanı orada o, Ağacan, Ağacanın bacısı oğlu Ayaz, Şamil və qardaşı Qoçu olmuşdur. Hadisə zamanı Şamil Ağacanı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Ağacanı özündən kənarlaşdırmaq üçün onu vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 18.01.2020-ci il tarixdə “Gədəbəy” kafesində olduğu zaman telefon zəngi ilə əlaqədar çölə çıxmış, kafenin çölündə Siracın iki nəfər şəxs tərəfindən döyülməsini gürmüşdür. Sirac ətrafdan kömək istəmiş, ürəyi dözmədiyindən onlara yaxınlaşıb Siracı onların əlindən almaq istəmişdir. Siracı döyən şəxslərdən biri tanıdığı Ağacan olmuş, onları ayırmağa cəhd etsə də, bu mümkün olmamışdır. Sonra Ağacanın anası gəlmiş, Ağacanı bir təhər ayırmışlar. Daha sonra Siracın qardaşı avtomobili ilə gələrək Siracı oradan aparmış, o, isə piyada kirayə qaldığı evə getmişdir. Baş vermiş hadisə zamanı o, heç kəsə xəsarət yetirməmiş, söyməmiş, ictimai qaydanı pozmamış və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərməmişdir. Yeganə məqsədi Siracı Ağacanın və digər şəxsin əlindən almaq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunub cinayət işinin başlanması haqqında 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 müraciətləri əsasında RPİ-nin İŞ-də toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Elmin Abdullayevin 27 fevral 2020-ci il tarixli qərarı ləğv edilib fakta görə Azərbaycan Respublikası CM-in 127.1 və 128-ci maddələri ilə cinayət işi başlanılmışdır ( i.v. 1-2); Xətai RPİ-nin 37-ci PŞ-in rəisinə ünvanlanan 18.01.2020-ci il tarixli, HK 1-130 nömrəli raportdan görünür ki, 18.01.2020-ci il tarixdə, saat 20:42 radələrində DİN-in 102 xidmətindən daxil olmuş ********* nömrəli məlumatda özünü təqdim etməyən vətəndaş qeyd olunan ərazidə (Leon klubunun qarşısında) döyülməsi barədə məlumat daxil olmuşdur ( i.v. 4); Xətai RPİ-nin 37-ci PŞ-in rəisinə ünvanlanan 18.01.2020-ci il tarixli, 181 nömrəli raportdan görünür ki, 18.01.2020-ci il tarixdə, saat 21:45-də 3 saylı Sabunçu xəstəxanasından t/b. Bünyatova ***-***-**-** nömrəsindən PŞ-yə zəng edərək 1991-ci il təvəllüdlü Xətai rayonu M.Davud küçəsi 11 V-də yaşayan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması ilə bağlı müraciət etməsi barədə məlumat vermişdir ( i.v. 5); Xətai RPİ-nin 37-ci PŞ-in rəisinə ünvanlanan 22.01.2020-ci il tarixli raportdan görünür ki, DİN-in 102 xidmətindən KTM-dən daxil olmuş məlumatda bildirilir ki, Zərərçəkmiş şəxs burun sümüyünün sınığı diaqnozu ilə müraciət etmişdir ( i.v. 6); Xətai RPİ-nin 37-ci PŞ-in rəisinə ünvanlanan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs 18.01.2020-ci il tarixdə Sirac və iki nəfər tanımadığı şəxslər tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir ( i.v. 7); hadisə yerinə baxış keçirilməsi haqqında 22 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-in təhqiqatçısı, polis baş leytenantı Kamran Muxtarov vətəndaş Zərərçəkmiş şəxs və vətəndaş Təqsirləndirilən şəxs2 şikayət ərizələri əsasında, hal şahidləri X2, X3, Xətai RPİ-nin 37-ci PŞ-in CA üzrə ə/müvəkkili polis baş leytenantı Ömər Vahidlinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən “Gədəbəy” adlanan kafenin yaxınlığındakı nömrəsiz küçədir. Vətəndaş Zərərçəkmiş şəxs bildirdi ki, onu bu küçədə Təqsirləndirilən şəxs2 döymüşdür. Həmin dalanın sağ və sol tərəflərində fərdi yaşayış evləri yerləşir. Vətəndaş Təqsirləndirilən şəxs2 həmin dalandakı boz rəngli üzərində “13” rəqəmi yazılmış qapının qarşısında Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü bildirmişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir ( i.v. 16-19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “M.Ə.Əfəndiyev adına 2 №li Şəhər Klinik Xəstəxanası” X11 35 nömrəli, 27.01.2020-ci il tarixli məktubundan görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 22.01.2020-ci il tarixdə saat 00:25-də 7 №li təcili tibbi yardım müşayiəti ilə “Burun travması. Burun sümüyünün sınığı” diaqnozu ilə xəstəxananın qəbul şöbəsinə gətirilmişdir ( i.v. 31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası barədə 83 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sol göz yuvasının yumşaq toxumasının hematoması ilə müşayiət olunan sol göz yuvasının alt divarının qapalı xətti sınığı, sol qulaqda eşitmənin zəifləməsi ilə müşayiət olunan sol qulaq seyvanın qançır və sıyrıqları, sol əlin arxa səthinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 18.01.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sol gözyuvasının yumşaq toxumasının hematoması ilə müşayiət olunan sol gözyuvasının alt divarının qapalı xətti sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir, sol qulaqda eşitmənin zəifləməsi ilə müşayiət olunan sol qulaq seyvanın qançır və sıyrıqları ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərdən sol əlin arxa səthinin sıyrığı ilə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur ( i.v. 34-36); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası barədə 107 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişməsiz sınığı, baş beyin silkələnməsi, sol qulaq seyvanın qançırı, başın alın nahiyəsinin, boyunun, döş qəfəsinin sağ aşağı bayır səthini və sol diz oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəri qərarda göstərilmiş 18.01.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə burun sümüyünün qapalı yerdəyişməsiz sınığı və baş beyin silkələnməsi ayrı-ayrılıqda ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur ( i.v. 37-39); cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 fevral 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasə rədd edilmişdir ( i.v. 50-54); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 27 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur ( i.v. 85); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-246/2020 saylı, 28.09.2020-ci il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Zərərçəkmiş şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir (i.v. 99-107); Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs 08.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadənin məzmununa oxşar ifadə vermişlər ( i.v. 114-117); Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 09.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadənin məzmununa oxşar ifadə vermişlər ( i.v. 118-120); Şahid2 Şahin qızı ilə Təqsirləndirilən şəxs2 10.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadənin məzmununa oxşar ifadə vermişlər ( i.v. 121-123); Şahid2 Şahin qızı ilə Təqsirləndirilən şəxs1 11.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadənin məzmununa oxşar ifadə vermişlər ( i.v. 124-126); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 16.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 127); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 127.1 və 128-ci maddələrindən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinə tövsif edilmişdir ( i.v. 138-139); təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə ittiham elan olunmuşdur ( i.v. 173-174); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 18 fevral 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 188-189); 200116149 nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Məhkəmə-Tibbi ekspertizasının 21.01.2020-ci il tarixli 83 saylı və 23.01.2020-ci tarixli 107 saylı rəyləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X5 barəsində, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işindən, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunmuş və icraata qəbul edilərək istintaqı aparılmışdır ( i.v. 201-209); cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 02 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən həmin hissədə fakta görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır ( i.v. 211-212); X1 30.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi, həmçinin mülki iddiası yoxdur ( i.v. 273). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 18 yanvar 2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 18.01.2020-ci il tarixdə saat 20-21 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən “Gədəbəy” kafesinə getmiş, orada əvvəldən tanıdığı Ağacanın əyləşdiyini görmüş, Ağacandan səkkiz manat borcunu qaytarmasını tələb etmiş, Ağacan pulu verməkdən imtina etmiş, kafedən bayıra çıxaraq söhbət edərkən pulun qaytarılmaması ilə bağlı aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs yüngül, Təqsirləndirilən şəxs2 özünün də az ağır xəsarət alması ilə nəticələn hadisə baş vermiş, Təqsirləndirilən şəxs1 onları ayırmağa çalışmışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 18.01.2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında başlamış, Təqsirləndirilən şəxs1 onları ayırmağa çalışmış, Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs1 hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs1 ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2, şahidlərin ifadələri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda əks etdirilməmişdir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, və onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşmışdır. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə (hadisə yerinə kənar şəxslərin toplaşması, hadisənin digərlərinin gözləri qarşısında baş verməsi iş materialları ilə sübut olunmur) əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Hazırkı iş üzrə borc üstündə bir-birini tanıyan Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında başlamış münaqişədən törəyən şəxsi münasibətlər olub, Təqsirləndirilən şəxs2 məqsədi borcun qaytarılması, Təqsirləndirilən şəxs1 məqsədi isə münaqişə tərəflərinin sakitləşdirilməsi olduğundan, yəni cinayətkar qəsd məhz bu məqsədlərin realizə edilməsinə yönəlib, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına, başqasının mülkiyyətinə qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, istintaq orqanı xuliqanlıq motivini yanlış olaraq müəyyən etmiş, şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, istintaq orqanı şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs1 əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs1 tərəfindən ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə ziddiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 tərəfindən ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə dair sübut toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs1 tərəfindən ictimai qaydanın kobud sürətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs1 verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs anası Şahid2, Təqsirləndirilən şəxs2 qardaşı Şahid1 olmuşlar. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham təkzib olmaqla təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş materiallarla tam təsdiq olunur və üst-üstə düşür. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs Şamilin də mübahisəyə qoşulduğunu, ayağından bir dəfə vurduğunu göstərmiş, mübahisənin əvvəlində orada kənar şəxslərin olmadığını, qaranlıq olduğundan mübahisə gedişatında kənar şəxslərin toplaşdığını dəqiq görə bilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ifadəsi ilə Təqsirləndirilən şəxs1 ictimai qaydanın kobud sürətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə səbəb olan hərəkərlərinin nədən ibarət olması nə istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Şahid1 ifadəsində ümumiyyətlə Təqsirləndirilən şəxs1 hərəkətəri ilə bağlı hər hansı xüsusat olmamışdır. Şahid2 ifadəsində ətrafa kənar şəxslərin toplaşıb-toplaşmadığını bilmədiyini, ora gəldikdən sonra Siracın və Şamilin Ağacanı vurmasını görmədiyini, Siracın və Şamilin söyüş söyməsinin şahidi olmadığını bildirmişdir. İstintaq zamanı Şahid2 ifadəsi fərqli olmuş, Şahid2 istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etdiyini, ona görə də həmin ifadədə demədiyi sözlərin yazıldığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə istintaq orqanı tərəfindən “alınmış”, məhkəmə istintaqı zamanı isə elə həmin şəxslərin özləri tərəfindən təkzib edilmiş ifadələr ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək tamamlanmır. Beləliklə, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, təqsirləndirilən şəxsin xuliqanlıq əməlinin nədən ibarət olması göstərilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin və hərəkətlərinin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X7 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” işüzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmaması əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs1 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-210/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-210/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver