Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-210/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 12.07.1997-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, təkər təmiri ustası işləyən, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 17.03.2022-ci il tarixdə saat 09 radələrində ünvan 1 ünvanın qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən əli ilə vurmaqla yerə yıxıb döyərək sonuncuya sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7 ilə yaxındır ki, o, ünvan 1 ünvanda yerləşən təkər təmiri sexində usta işləyir. 17.03.2022-ci il tarixdə saat təxminən 09 radələrində o, işdə olan zaman onun yanına tez-tez avtomobilini gətirən Zərərçəkmiş şəxs öz avtomobili ilə gələrək avtomobilin şinlərinə hava vurdurmuş və ona əl haqqı olaraq 60 qəpik pul vermişdir. Bu zaman o, Şahinə əl haqqı az verdiyinə görə öz iradını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə vaxtı Şahin onu əsəbləşdirdiyindən onun üzərinə gedərək əli ilə sinəsindən vurmuş və o, yerə yıxılmışdır. Sonra Şahin 102 xidmətinə zəng vuraraq polisə məlumat vermişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 17.03.2022-ci il tarixdə saat təxminən 09 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes E-320” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ünvanın qarşısında yerləşən təkər təmiri sexinə avtomobilinin təkərlərinin havasına baxdırmaq üçün getmişdir. Orada usta işləyən tez-tez yanına getdiyi Təqsirləndirilən şəxs avtomobilinin təkərlərinin havasına baxdıqdan sonra, ona əl haqqı olaraq 60 qəpik pul vermiş, həmin vaxtı Rövşən pulun azlığına etirazını bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə vaxtı Rövşən onun üzərinə hücum edərək əlləri ilə sinəsindən vurub yerə yıxmış və o, sağ qolundan xəsarət almışdır. Odur ki o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək sadələşdirilmiş işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 17.03.2022-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 1 ünvanda yerləşən “Təkər Təmiri” sexinin qarşısına baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v. 13-14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 17.03.2022-ci il tarixli, 279 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, hərəkət məhdudluğu müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilmiş 17.03.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə, eləcə də yıxılma nəticəsində əmələ gəlməsi inkar olunmur (i.v. 18-19); zərərçəkmiş qismində tanınma haqqında 18.03.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 22); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X6 18.03.2022-ci il tarixli 1224 saylı məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayan Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda olmamışdır (i.v. 46); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 18.03.2022-ci il tarixli, 2370 saylı məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.03.2022-ci il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 49); sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona yüngül bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, MTE və PA X7 Şəxsi Xətai rayon Şöbəsinin canlı şəxsin 17.03.2022-ci il tarixli 279 saylı ekspert rəyi, 17.03.2022-ci il tarixli hadisə yerinə baxış protokolu və digər təhqiqat sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 51-52); Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.03.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 52); Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.05.2006-cı il təvəllüdlü X1, 03.11.2007-ci il təvəllüdlü X3, 24.07.2010-cu il təvəllüdlü X4 və 08.09.2012-ci il təvəllüdlü X5 vardır; Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-210/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-210/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver