Məhkəmə qərarları › İş №1(011)-210/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-210/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-210/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1992-ci ildə Masallı rayonu, Tüklə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yeni tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx xxxx 1990-cı ildə Masallı rayonu, Tüklə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni tikili evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluq etmişdir. Belə ki, o, tanışları Şahid3, Şahid2 və qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindəki körpünün üzərində, ‘‘Azərbaycan Dəmi-Yollan'' QSC-nin Əhmədli stansiyasının 23-cii postarası ərazisinə gələrək 1 saat əvvəl tanışları Şahid4 ilə Şahid3 birlikdə kəsərək oğurlamağa cəhd etdikləri təxminən diametri 28 millimetr olan, MKBAB- 7x4xl,2 markalı rabitə və işarəvermə sahəsində istifadə olunan dövlət əhəmiyyətli magistral rabitə xəttinin hər metrinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən 30 metrlik hissəsini həmin ərazidən Şahid3, Əli Mommədhəsənov və qardaşı Təqsirləndirilən şəxs2la birlikdə sürütləyərək aparıb gizli olaraq talamaqla “Azərbaycan Dəmir Yollan" QSC-nə ümumilikdə 660 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərini oğurlamışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Siyab oğluna verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluq etmişdir. Belə ki, o, tanışları Şahid3, Şahid2 və qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ei il tarixdə saat 04 radələrində Bakı şəhəri. Xətai rayonu, Mirzə Davud küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindəki körpünün üzərində, “Azərbaycan Dəmir Yollan" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisinə gələrək 1 saat əvvəl tanışları Şahid4 ilə Şahid3 birlikdə kəsərək oğurlamağa cəhd etdikləri təxminən diametri 28 millimetr olan, MKBAB- 7x4xl,2 markalı rabitə və işarəvermə sahəsində istifadə olunan dövlət əhəmiyyətli magistral rabitə xəttinin hər metrinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən 30 metrlik hissəsini həmin ərazidən Şahid3, Şahid2 və qardaşı Təqsirləndirilən şəxs1la birlikdə sürütləyərək aparıb gizli olaraq talamaqla "xxxx" QSC-yə ümumilikdə 660 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərini oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Sihab oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, quşçuluq massivində ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, daimi olaraq iş yeri yoxdur, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq fəhlə kimi işləyir. Əvvəllər narkotik vasitə qəbul etsə də sonradan narkotik vasitələrin qəbulundan könüllü surətdə imtina edərək müalicə almışdır. Bakı şəhəri Xətai rayonu «Zığ Yolu» küçəsində kirayədə yaşadığı zaman həmin ərazidə yaşayan Şahid3 və Şahid2 tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 01-02 radələrində qardaşı Rinadla birlikdə qonşuluqdakı tikintidə mühafizəçi işləyən Əlinin iş yerində onunla söhbət edirkən qonşusu Şahid3 onların yanına gəlmiş və Elnurla dəmiryolunun kənarındakı içərisi mis olan rabitə kabellərini kəsərkən həmin ərazinin yaxınlığında yerləşən «Casco» şirkətinin mühafizəçisi onları oradan qovduğunu, bu səbəbdən kabeli götürə bilmədiklərini bildirərək onlara kabeli birlikdə oğurlamalarını, əldə edəcəkləri pulu aralarında bölmələrini təklif etmişdir. Maddi vəziyyətləri ağır olması səbəbindən Ramilin təklifi ilə razılaşmış, o. Ramil, Əli və qardaşı Rinad birlikdə dəmir yolunun kənarı ilə getmişlər. Elnurla Ramilin bir qədər əvvəl kəsdikləri dəmir yoluna məxsus rabitə kabelinin 30 metr hissəsini o. Ramil, Əli və qardaşı Rinad birlikdə sürüyərək Əlinin kirayədə qaldığı evə gəlirmişlər. Ramillə Rinad rabitə kabellərinin misini çıxarmaq üçün Əlinin kirayədə yaşadığı evdə qalmış o isə Əli ilə birlikdə Əlinin iş yerinə getmək üçün evdən çıxmışlar. Yolda gedərkən polis əməkdaşları onları saxlamış və polislərlə birlikdə Əlinin kirayədə qaldığı evə qayıtmışlar. Ramil polisləri görüb evin arxa tərəfindən qaçıb getmiş, Rinadı isə orada görməmişdir. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, o, Ramil, Əli və qardaşı Rinad birlikdə söhbət edərkən həmin kabeli soyub içərisindəki misi salıb pulunu bərabər qaydada bölməyi planlaşdırmışlar. Elnura çatacaq pulu isə Elnurla Ramil əvvəlcədən öz aralarında danışaraq razılaşmışlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, yeni tikilidə ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, daimi olaraq iş yeri yoxdur, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq fəhlə kimi işləyir. Əvvəllər narkotik vasitə qəbul etsədə sonradan narkotik vasitələrin qəbulundan könüllü surətdə imtina edərək müalicə almış, heç bir ruhi və ya psixi xəstəliyi yoxdur. Bakı şəhəri Xətai rayonu «Zığ Yolu» küçəsində kirayədə yaşadığı zaman həmin ərazidə yaşayan Şahid3 və Şahid2 tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 01-02 radələrirndə o və qardaşı Samrad qonşuluqdakı tikintidə mühafəzəçi işləyən Əlinin iş yerində onunla söhbət edirkən qonşu Şahid3 onların yanına gəlmiş və Elnurla dəmir yolunun kənarındakı içərisi mis olan rabitə kabellərini kəsərkən həmin ərazinin yaxınlığında yerləşən şirkətinin mühafizəçisi onları oradan qovduğunu, bu səbəbdəni kabeli götürə bilmədiklərini bildirərək onlara kabeli birlikdə oğurlamalarını, əldə edəcəkləri pulu aralarında bölmələrini təklif etmişdir. Maddi vəziyyətiləri ağır olması səbəbindən Ramilin təklifi ilə razılaşmış, o. Ramil. Əli və qardaşı Samrad birlikdə dəmir yolunun kənarı ilə getmişlər. Elnurla Ramilin bir qədər əvvəl kəsdikləri dəmir yoluna məxsus rabitə kabelinin 30 metr hissəsini o. Ramil, Əli və qardaşı Samrad birlikdə sürüyərək Əlinin kirayədə qaldığı evə gətirmişlər. Məmin vaxt onun belində fanar olmuş, fanarı ona lazım olaeağı təqdirdə işıq salması üçün Əli vermişdir. Oğurladıqları rabitə kabellərinin misini çıxarmaq üçün o. Ramillə birlikdə Əlinin kirayədə yaşadığı evdə qalmış. Əli ilə Samrad isə Əlinin iş yerinə getmək üçün evdən çıxmışlar. Oğurluq etdiyi üçün qorxmuş, bu səbəbdən Əlinin evindən çıxıb getmişdir. Sonradan polislərin Samradla Əlini saxladıqlarını eşitmişdir. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, o, Ramil, Əli və qardaşı Samrad birlikdə söhbət edərkən həmin kabeli soyub içərisindəki misi satıb pulunu bərabər qaydada bölməyi planlaşdırmışlar. Elnura catacaq pulu isə Elnurla Ramil əvvəlcədən öz aralarında danışaraq razılaşmışlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə göstərdi ki, o, "xxxx" QSC-nin Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir, "xxxx" QSC tərəfindən hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində prosesdə iştirak etmək üçün ona etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində dəmir yolunun Əhmədli stansiyasının 23-cü postarası ərazisində "xxxx" QSC-yə məxsus, istifadəyə yararlı, işlək vəziyyətdə olan «MKBAB-7x4xl,2» markalı magistral rabitə kabelininin 30 metr hissəsi kəsib oğurlamaqla "xxxx"QSC-yə maddi ziyan dəymiş, ADY tərəfindən verilmiş ziyana dair qiymətin illər əvvəl həmin malın qiyməti olduğundan rabitə kabelinin hal-hazırda orta bazar qiymətinin ekspertizanın rəyində qeyd olunan kimi 660 manat hesablanmışdır. Oğurlanmış olan rabitə kabelləri geri qaytarılmışdır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmamasını və həmin şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, “CESCO” mühafizə şirkətinin mühafizəçisidir, Bakı Neft Terminalı zavodunda növbə rəisi kimi xidmət edir. 08 fevral 2022-ci il tarixdə saat 03:00 radələrində zavodda işdə olarkən müşahidə kamerasından iki nəfər şəxsin körpünün üzərində oturub zavoda tərəf baxdıqlarını müşahidə etmiş, dərhal həmin şəxslərin kim olduqlarını müəyyən etmək məqsədi ilə həmin şəxslərə doğru gedib, körpünün üzərində nə üçün olurduqlarını soruşmuşdur. Həmin şəxslərdən biri hava aldıqlarını dedikdə onlara həmin ərazidə oturmalarının qadağan olduğunu deyib öz postuna qayıtmışdır. Həmin şəxslər isə onun sözündən sonra çıxıb getmişlər. Təxminən 1 saat sonra həmin şəxsləri müşahidə kamerasında müşahidə edib onları izləməyə başlamış, həmin şəxslərdən biri dəmiryolu relsinin kənarında uzandığını və əlində telefonla kiminləsə danışdığını görmüşdür. Həmin şəxs telefonla danışa-danışa uzanılı vəziyyətdə əlində nə isə dartmış, bundan sonra ona kömək elmək üçün əlavə üç nəfərində gəldiyini görmüşdür. Həmin 4 nəfər şəxs dəmir yoluna məxsus kabeli dartıb apardıqlarını görüb dərhal bu barədə Xətai RPİ-nin 37 PB-nin növbətçi hissəsinə məlumat vermiş, sonradan həmin şəxslərin dəmir yolunun kənarından rabitə kabelini kəsib oğurladıqlarına görə X9 Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqlarını öyrənmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X3 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələr ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işindən cinayət işinin ayrılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Şahid4 əməli Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsindən həmin məcəllənin 29, 177.2.1, 29, 177.2.3-2-ci maddələrinə, Şahid3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin məcəllənin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinə, Təqsirləndirilən şəxs2, Şahid2 və Təqsirləndirilən şəxs1 əməlləri isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin məcəllənin 177.2.1 və 177.2.3-2-ci maddələrinə tövsif edilmiş və onlara həmin maddələrlə ittiham elan edilmiş, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli Cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 1, 43 ünvanında yerləşən yaşayış evinin həyətinə baxış keçirilmiş. Əhmədli stansiyasının 23-cü postarası ərazisindən oğurlanmış 30 metr uzunluğunda “MKBAB-7x4xl,2“ markalı magistral rabitə kabeli maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1334 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 16 sm uzunluğunda nümunə əsasında qara-qəhvəyi rəngli, üzəri metal izolyasiyalı, içərisindən mis əsaslı ərintidən hazırlanmış mis naqillər (damarlar kağız ilə izolyasiya edilmişd.r) keçən ümumi diametri təxminən 28 mm olan naqilin (MKBAB-7x4xl,2) istifadədə olması nəzərə alınmaqla 30 metrinin hadisə baş verən tarixə, yəni 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 660,00 (30 metr x 22 manat) manat müəyyən olunur. İş materiallarında olan Zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" QSC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə "xxxx" QSC-də hüquqşünas vəzifəsində işləyir. İş materiallarında olan CD-də olan video görüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid4 Şahid3 ilə birlikdə oturaqlı vəziyyətdə "xxxx" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisindəki istifadəyə yararlı, işlək vəziyyətdə olan “MKBAB-7x4xl,2” markalı magistral rabitə kabelini özləri ilə gəlirdiyi kəsici alətlə kəsir, daha sonra isə həmin kabeli yuxarı və aşağı qatlayaraq sındırırlar. Həmin vaxt kənardan kiminsə gəldiyini görən Şahid4 ayağı ilə rabitə kabelini görünməməsi üçün aşağıya doğru itələyir. Onlar görüntüsü kameraya düşməyən şəxslə danışırlar, həmin vaxt Şahid3 əlində dəmirkəsən mişarın tiyəsinin olduğu aydın şəkildə görünür. Bir qədər söhbət etdikdən sonra Şahid4 və Şahid3 oturduqları yerdən durub gedirlər. Diskdə olan digər görüntüdə Şahid4 Şahid3 ilə birlikdə "xxxx" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisindəki körpünün üzəri ilə gəlib körpünün kənarında oturduqdan sonra birlikdə QSCyə məxsus magistral rabitə kabelini özləri ilə gətirdiyi kəsici alətlə kəsməyə başlayırlar. Həmin ərazidəki mühafizəçisi çölə çıxaraq onlarla söhbət etdikdən sonra Şahid4 və Şahid3 oturduqları yerdən durub gedirlər. Diskdə olan digər görüntüdə Şahid3 dəmir yolunun üzəri ilə əyilə-əyilə, daha sonra sürünə-sürünə kəsilmiş magistral rabitə kabelinə yaxınlaşıb mobil telefonla zəng vurur, kəsilmiş kabeli qaldıraraq dartmağa başlayır, bundan sonra Təqsirləndirilən şəxs1 Siyah oğlu, Təqsirləndirilən şəxs2 və Şahid2 köməyə gələrək birlikdə kəsilmiş kabeli sürüyərək oğurlayırlar. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 27 sentyabr 2022-ci il tarixli, 5524 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 29 sentyabr 2022-ci il tarixli, 5640 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 dekabr 2022-ci il tarixdə saat 08:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 dekabr 2022-ci il tarixdə saat 07:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına” növündə qətimkan tədbiri seçilmidir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına” növündə qətimkan tədbiri seçilmidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisəni törədən zaman anlaqlı olub-olmamalarını və psixi xüsusiyyətlərinin, törətdikləri hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olub-olmadıqlarını müəyyən etmək müəyyən etmək məqsədi ilə kompleks-ekspertiza (məhkəmə-psixiatrik və psixoloji) təyin edilmişdir. İş materiallarında olan Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 3373 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür, o öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs1 əqli intellektual imkanları normaya uyğundur, hadisə zamanı və hal-hazırda törətmiş olduğu hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarında olan Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 3374 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür, o öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs2 əqli intellektual imkanları normaya uyğundur, hadisə zamanı və hal-hazırda törətmiş olduğu hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarında görünür ki, 08 fevral 2022-ci il tarixdə Şahid2 kirayədə yaşadığı evin həyətindən maddi sübut kimi götürülmüş, qara-qəhvəyi rəngli, üzəri metal izolyasiyalı, içərisində mis əsaslı ərintidən hazırlanmış mis naqillər (damarlar kağız ilə izolyasiya edilmişdir) keçən, ümumi diametri təxminən 28 min olan naqilin (MKBAB-7x4xl,2) markalı 30 metr naqil 07 iyul 2022-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, törətdikləri əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların 19 dekabr 2022-ci il tarixdən 20 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan – "xxxx" MMC-nin müşahidə kamerasından götürülmüş bir ədəd “CD” disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 30 metr uzunluğunda “MKBAB-7x4xl,2“ markalı magistral rabitə kabelin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar