Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-210/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “X9” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixində Masallı rayonu, Kubin kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 04 yanvar 2024-cü il tarixdə saat 21 radələrində X1 təsisçisi olduğu “X9” MMC-nin ünvan 3 ünvanda inşa edilən yaşayış kompleksinin taxta konstruksiyalı hasarından qanunsuz daxil olub birinci mərtəbədə saxlanc yeri kimi istifadə edilən otaqdan 800 manat dəyərində 01 ədəd X5 Bx6 400 Power 220V/380V yazıları olan qaynaq aparatını gizli olaraq talamaqla “X9” MMC-yə 800,0 (səkkiz yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ona özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi protokolu və və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə zərərçəkmiş hüquqi şəxs “X9” MMCnin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Hüquqi şəxsə vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 28 may 2022ci il tarixdə Zərərçəkmiş şəxs DİN-nin 102 zəng mərkəzinə və həmin günü Xətai RPİ-nin 35-ci PB-nə etdiyi müraciəti ilə bağlı Xətai RPİ-nin İŞ-də dəvət olunaraq oğurluq faktı ilə bağlı başlanmış cinayət işi ilə tanış olmuş, mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin yanvar ayından “X9” MMC-də mühafizəçi işləyir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51-də çox mərtəbəli bina inşa olunur. 05 yanvar 2024-cü il tarixdə saat 11 radələrində inşa olunan binanın ərazisinə Zərərçəkmiş şəxs ilə birlikdə baxış keçirərkən birinci mərtəbədə qaynaq işləri aparılan sahədə qaynaq aparatının olmadığını aşkar etmişdir. Kameralara həmin gün baxış keçirdikdə müəyyən olunmuşdur ki, bir nəfər şəxs 04 yanvar 2024-cü il tarixdə saat 21 radələrində tikilidə heç kimin olmadığından istifadə edərək taxta konstruksiyalı hasarından tullanmaqla içəri daxil olub 01 ədəd X5 Bx6 400 Power 220V/380V yazıları olan qaynaq aparatını oğurlayaraq oradan uzaqlaşır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai RPİ İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, “X9” MMC-nin direktor müavini Zərərçəkmiş şəxs “X9” MMC tərəfindən tikilən binanın saxlanc yerinə qanunsuz daxil olaraq oradan qiyməti 1400 manat olan 1 ədəd “Orient” turkey teknolojisi markalı Bx6 400 modelli qaynaq aparatının oğurlandığını bildirmişdir.(i.v 5) 07 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs təsisçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən “X9” MMC-nin yeni tikilməkdə olan binasında baş vermişdir. (i.v 15-16) 07 yanvar 2024-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, 01 ədəd X5 Bx6 400 Power 220V/380V yazıları olan qaynaq aparatı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 1 a ünavnından maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v 22-23) 07 yanvar 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə “X9” MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (i.v.26) 07 yanvar 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiklərini Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında yerləşən “X9” MMC-nin yeni tikilməkdə olan binasında bir daha təsdiq etmişdir.(i.v 37-40) şübhəli şəxsin tutulması haqqında 07 yanvar 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 yanvar 2024-cü il tarixində, saat 18:00-da Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən tutulmuşdur ( i.v. 50); 08 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə ittiham elan edilmişdir.(i.v 56-57) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri, seçilmiş, həbsetmənin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v 80-84) 09 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, “X9” MMC-yə oğurluq nəticəsində dəymiş maddi ziyan (qaynaq aparatı) tam şəkildə ödənilərək geri qaytarıldığı üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələb yoxdur. (i.v.85) Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (i.v.89-92) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Vəliyev X2 Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin xx.xx.2001-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 240 saat ictimai işlər cəzasına məhkum olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 177.2.2, 177.2.3, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77 maddəsinə əsasən cəzasının çəkilməmiş 02 il 03 ay 13 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti və cəzadan azad edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3 maddəsinə əsasən ixtisaslaşdırılmış psixotriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tərbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3, 68.1.3, 67.1-ci maddəsi ilə təqsrli bilinərək qəti olaraq 07 il 01 ay azadlıqdan məhrum etmə və 1270 manat cərimə cəzası saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiq edilməsi ilə əlaqədar əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrinə tövsif edilmiş və qəti olaraq 05 il 01 ay azadlıqdan məhrum etmə və 1270 manat cərimə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli qərar dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmündən 177.2.4-cü maddəsini və xx.xx.2008-ci il tarixli hökmündə residivə dair müddəaları xaric edilib və xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.4-cü maddələrinə tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 67.1-ci maddələrinə əsasən qəti olaraq 04 il 07 ay azadlıqdan məhrum etmə və 1270 manat cərimə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 317-2.1-ci maddəsi ilə təqsirli bilib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 1270 manat cərimə cəzası saxlanılmışdır. 02 dekabr 2021-ci il tarixində“8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elna edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına 2.4-ci bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2022-ci il tarixində “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elna edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, xx.xx.2023-cü il tarixində Masallı RPŞ-də ********** nömrəli material Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən rədd edilmişdir.(i.v. 93-97) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-304/2008 nömrəli 22 iyul 2008-ci il tarixli hökmü üzrə ödənilməmiş 1270 manat cərimə cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 1270 manat cərimə cəzası saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş 1270 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 mart 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. (i.v.98-108) Masallı Rayon Polis Şöbəsinin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı xx.xx.2023-cü il tarixdə Masallı rayonu Kubin kənd sakinləri X7 təkrar Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, özü-özünə bıçaqla xəsarət yetirməsini, sonradan Təqsirləndirilən şəxslə barışdıqlarını, heç bir şikayət və tələblərinin olmadığını və aparılan araşdırmanın dayandırılmasını xahiş etdilər. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs təkrar izahat verərək, ilkin izahatında göstədiyi xüsusatları təsdiq etmiş, həmçinin sonradan Namik Vəliyevlə bacılarının və digər qohumlarının vasitəsilə barışmışdır. Hazırda aralarında heç bir münaqişə və ədavətinin olmamasını bildirmişdir. Şikayət və tələbinin olmamasını bildirmiş, aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Aparılmış araşdırma zamanı X7 təkrar izahat verərək, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs döydüyü üçün onun polisə şikayət edəcəyindən qorxmuş, buna görə də öz-özünə xəsarət yetirərək bu barədə DİN-in 102 xidmətinə Təqsirləndirilən şəxs barədə şikayət etmişdir. lakin sonradan Təqsirləndirilən şəxslə bacılarının və digər qohumlarının vasitəsilə barışımışdır. Hazırda aralarında heç bir münaqişə və ədavətinin olmamasını bildirmişdir. Şikayət və tələbinin olmamasını bildirmiş, aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir.(i.v 109-113) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-522/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən, həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi və cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.(i.v114-119) Masallı Rayon İcra və Probasiya Şöbəsinin 30 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə və 1270 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elna edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş və xx.xx.2022-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatından çıxarılmışdır. (i.v.120) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 9/192 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd X5 Bx6 400 Power 220V/380V yazıları olan qaynaq aparatını orta bazar qiyməti 800 manat təşkil etdiyi müəyyən olunmuşdur. (i.v.125-126); (ekspertiza xərci 50 manat) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Məhkəmə Psixiatrik Ekspertizasının 22 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda fevral 2024-cü il tarixli 732 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırkı vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə kompensasiya vəziyyətində olduğu üçün onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükləliliyini dərk etmək üçün onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyinin dərk etmək və onları idarə etmək iqtidarindan məhtum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (i.v.143-144) Sübutların qiymətləndirilməsi haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.3-cü maddəsi ilə yenidən məzmunda ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızının xx.xx.2024-cü il tarixli №4(011)- 7/2024 nömrəli qərarı ilə 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən Zərərçəkmiş şəxs, Şahid ifadəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2021-ci il tarixli 3-16-16/2- 9/192/2024 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertizasının 22 fevral 2024-cü il tarixli 732 saylı rəyi, hadisə yerinə baxış keçrilməsi haqqında protokol, ifadənin yerində yoxlanması haqqında protokol, baxış və götürmə aparılması haqqında protokol və Təqsirləndirilən şəxs əməlinin ifşa olunması ilə bağlı toplanmış digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilməsi, 01 ədəd X5 Bx6 400 Power 220V/380V yazıları olan qaynaq aparatı iş üzrə sübuti əhəmiyyətə malik olduğundan maddi subut kimi tanınması və prosesual tərəflər cinayət işinin materialları və maddi subutlarla tanış olduqdan sonra sahibinə qaytarılması qərara alınmışdır.(i.v 150-155). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-cü maddəsinə əsasən özgənin əmlakını yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elna edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarın 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər: 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzadan azad edilirilər.;7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi(CM 59.1.13.); əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elna edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı ilə məhkumluğu götürüldüyündən, o məhkumluğu götürülmüş şəxs hesab edilməli və onun əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut qismində tanınmış 01 ədəd X3 BX6 400 Power 220V/380 V yazıları olan qaynaq aparatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmişin istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan qızına 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120( yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə olduğu 03 (üç) ay 12 (on iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06(altı) ay 24(iyirmi) gün müddət ona təyin olunmuş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06(altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd X3 BX6 400 Power 220V/380 V yazıları olan qaynaq aparatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmişin istifadəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120( yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-210/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-210/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver