Məhkəmə qərarları › İş №1(011)-210/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-210/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-210/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,259 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması və 23 yanvar 2025-ci il tarixdə saat 20:24-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əyinidəki qara rəngli qış gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,259 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir neçə aydır psixotrop maddə metamfetamindən istifadə etməyə başlamış və metamfetamini tanımadığı, şəxsiyyəti haqqında məlumatı olmadığı şəxslərdən almış, sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarının yaxınlığında olan zaman anket məlumatlarını bilmədiyi şəxslə həm söhbət olmuş və söhbət əsnasında ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxs də uzun illərdir narkotik vasitə və psixotrop maddələrin aludəçisi olduğunu deyərək 20 manat qarşılığında ona psixotrop maddə metamfetamin tapa biləcəyini bildirmiş və onunla razılaşaraq 20 manat vermişdir. Həmin şəxs bir qədər gözləməsini bildirərək getmiş və təxminən 20-30 dəqiqə sonra qayıdıb gələrək bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin vermiş, həmin bükümü cibinə qoyub oradan uzaqlaşmış, sonra Bakı şəhəri, Nizami rayonu 8-ci km ünvanın yaxınlığında əldə etdiyi psixotrop maddə metamfetamini istifadə etmək məqsədilə gizlin yer axtararkən 23 yanvar 2025-ci il tarixdə saat 20:24-də ünvan 4 ünvanının qarşısında olduğu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində yoxlanış aparmışlar. Həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin, gödəkçəsinin sol cibindən içərisində 57 manat pul və kartlar olan bir ədəd pul qabı, gödəkçəsinin sağ yan cibindən bir ədəd «Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək çəkisinin 0,28 qram olması müəyyən edilmiş, sonra polis əməkdaşları onu 37-ci PŞ-nə aparmış, orada söhbət zamanı üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə olan metamfetaminin istifadəçisi olduğunu və həmin bükümü şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra şöbədə xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin olan bir büküm zərfə qoyulub möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olsa da heç vaxt satışı ilə məşğul olmamış və ya heç kəsə pay olaraq verməmiş, təqdim etdiyi psixotrop maddə olan metamfetamindən başqa yaşadığı ünvanda və ya başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamış, psixotrop maddə olan metamfetamini əldə etdiyi şəxsi yalnız üzdən tanımış, həmin şəxsin anket məlumatlarını bilməmişdir. Ona psixotrop maddə olan metamfetamini 20 manata satmış şəxs xarici görünüşünə görə təxminən 35 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, seyrək saçlı və üzü saqqallı oğlan olmuş, həmin şəxsin mobil nömrəsini bilməmiş, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsir tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis baş leytenantı rütbəsindədir. Xidmət etdiyi şöbəyə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, sonra özünün rəhbərliyi ilə əməliyyat tədbirlərinin keçirilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 və şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid3 və Şahid1la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 23 yanvar 2025-ci il tarixdə saat 20:24-də ünvan 5 ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər, sonra həmin şəxs özünü təqdim edərək xx xxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını bildirdikdə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək saxlamışlar və hüquq və vəzifələrini izah etmişlər. Sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı maddənin və ya əşyanın olması ehtimal edildiyindən videoçəkilişdən istifadə edilməklə saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsini təklif etmişlər, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,28 qram olması müəyyən edilmiş, sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Xətai RPİnin 37-ci PŞ-nə dəvət olunmuş və barəsində araşdırma aparılması üçün təhqiqatçı Müşfiq Cəbrayılova təhvil verilmiş, həmin vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olan zərf və 01 ədəd CD disk də təhqiqatçı Müşfiq Cəbrayılova təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən şəffaf sellofan bükümün içərisindəki narkotik maddə tərəzidə çəkilərək çəkisinin 0,28 qram olması müəyyən olunmuş, ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən və şöbəyə aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis baş leytenantı rütbəsindədir. Xidmət etdiyi şöbəyə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədilə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən şöbənin rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2 və Şahid1la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 23 yanvar 2025-ci il tarixdə saat 20:24-də ünvan 5 ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər, sonra həmin şəxs özünü təqdim edərək xx xxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını bildirdikdə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək saxlamışlar və hüquq və vəzifələrini izah etmişlər. Sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı maddənin və ya əşyanın olması ehtimal edildiyindən videoçəkilişdən istifadə edilməklə saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsini təklif etmişlər, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,28 qram olması müəyyən edilmiş, sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Xətai RPİnin 37-ci PŞ-nə dəvət olunmuş və barəsində araşdırma aparılması üçün təhqiqatçı Müşfiq Cəbrayılova təhvil verilmiş, həmin vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olan zərf və 01 ədəd CD disk də təhqiqatçı Müşfiq Cəbrayılova təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən şəffaf sellofan bükümün içərisindəki narkotik maddə tərəzidə çəkilərək çəkisinin 0,28 qram olması müəyyən olunmuş, ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən və şöbəyə aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis baş leytenantı rütbəsindədir. Xidmət etdiyi şöbəyə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədilə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən şöbənin rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2 və Şahid3la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 23 yanvar 2025-ci il tarixdə saat 20:24-də ünvan 5 ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər, sonra həmin şəxs özünü təqdim edərək xx xxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını bildirdikdə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək saxlamışlar və hüquq və vəzifələrini izah etmişlər. Sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı maddənin və ya əşyanın olması ehtimal edildiyindən videoçəkilişdən istifadə edilməklə saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsini təklif etmişlər, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,28 qram olması müəyyən edilmiş, sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Xətai RPİnin 37-ci PŞ-nə dəvət olunmuş və barəsində araşdırma aparılması üçün təhqiqatçı Müşfiq Cəbrayılova təhvil verilmiş, həmin vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olan zərf və 01 ədəd CD disk də təhqiqatçı Müşfiq Cəbrayılova təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən şəffaf sellofan bükümün içərisindəki narkotik maddə tərəzidə çəkilərək çəkisinin 0,28 qram olması müəyyən olunmuş, ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən və şöbəyə aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 23 yanvar 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş kristal şəkilli narkotik maddəyə bənzər metamfetamin aşkar olunmuşdur. Narkotik maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və çəkisinin 0,28 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə olan maddə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 5 ünvanında keçirilmişdir (i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli «metamfetamin»-ə bənzər maddə aşkar olunmuş və «Çin» istehsalı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,30 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə «Lenovo» markalı kompyuterdə baxış keçirilmiş və DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə «metafetamin»-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasının bildirməsi əksini tapmışdır (i.v. 17-18); şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:24-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/360/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün №153” möhür əksi, “37-ci PŞ-nin ə/m Şahid2 /imza/; 37-ci PŞ-nin s/i Şahid3; Təqsirləndirilən şəxs /imza/; Şahid1 /imza/ M.Cəbrayılov” əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,259 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 37-39); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 48-49); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 69-70); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 71-73); Astara rayon Ərçivan qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 720966 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə Astara rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 82); “DVD-R” diskə baxış keçirilməsi haqqında 13 fevral 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 23 yanvar 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 97-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi iə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.1-ci maddəsi ilə xitam verilmişdir (i.v. 101-102); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2025-ci il tarixli, 501 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 125-126); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,259 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,209 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin prosesi əks etdirən videogörüntünün olduğu 01 ədəd disk və diskə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, şəxsi axtarış görüntüsünü özündə əks edən 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir, 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınmışdır (i.v. 128-135). Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş kristal şəkilli narkotik maddəyə bənzər metamfetamin aşkar olunur. Narkotik maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilir və çəkisinin 0,28 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmaqla götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə olan maddə sonuncudan götürülür. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli «metamfetamin»-ə bənzər maddə aşkar olunur və «Çin» istehsalı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,30 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədəd DVD-yə «Lenovo» markalı kompyuterdə baxış keçirilir və DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə «metafetamin»-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasının bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.259 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.259 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.209 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 60 (altmış) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.259 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.209 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar