Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-211/2020 30.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllədə faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə, həmçinin soyuq silahı əldə etmə və gəzdirmə cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah hesab edilən 1950-ci ildə keçmiş SSRİ-də Tula silah zavodunda istehsal olunmuş bir ədəd TOZ-B modelli, 69510 nömrəli, 16 mm kalibrli, çaxmaqlı, hamar qoşa lüləli, lakin lüləsi və qundağının kustar üsulla kəsilməsi nəticəsində öz təyinatını itirmiş texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivsiz odlu ov tüfənginin kəsiyini (obrez), 1955-ci ildə keçmiş SSRİ-də Tula silah zavodunda istehsal olunmuş bir ədəd TOZ-8 modelli, nömrəsi silinmiş, 5,6 mm kalibrli, tək lüləli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivli odlu ov-idman tüfəngini, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş bir ədəd üzərində «LİCENSED TRADEMARK OF NEW» yazıları olan, nömrəsi silinmiş, 9 mm kalibrli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivli odlu döyüş silahı olan tapançanı, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, zavod üsulu ilə istehsal olunmuş bir cərgəli və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd sandıqçanı, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli «Brauninq» konstruksiyalı və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı və döyüş sursatı olan 06 ədəd patronu, tiyəsinin uzunluğu 182 mm, maksimal eni 36 mm, maksimal qalınlığı 3,9 mm, dəstəyinin uzunluğu 122 mm. orta hissədən eni 32 mm, qalınlığı 20 mm, tiyəsinin sol səthində «A66» yazı və hərfləri olan və tiyəsinin uzunluğu 172 mm, maksimal eni 34 mm, maksimal qalınlığı 3,3 mm, dəstəyinin uzunluğu 108 mm, orta hissədən eni 27 mm, qalınlığı 16,5 mm, tiyəsinin sol səthində «X9» yazısı olan ümumilikdə 2 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçaqlarını əldə edib onlardan üzərində «LİCENSED TRADEMARK OF NEW» yazıları olan yivli odlu döyüş silahı hesab edilən tapançanı içində 9x19 mm kalibrli 06 ədəd patron olan bir cərgəli sandıqça ilə birgə əynindəki cins şalvarının kəmərinin sağ tərəfinə, tiyəsinin uzunluğu 182 mm, maksimal eni 36 mm, maksimal qalınlığı 3,9 mm, dəstəyinin uzunluğu 122 mm, orta hissədən eni 32 mm, qalınlığı 20 mm, tiyəsinin sol səthində «A66» yazı və hərfləri olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını isə əynindəki cins şalvarının kəmərinin sol tərəfinə bərkidərək üzərində gəzdirməklə, bir ədəd TOZ-B modelli, lüləsi və qundağının kustar üsulla kəsilməsi nəticəsində öz təyinatını itirmiş texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivsiz odlu ov tüfənginin kəsiyini (obrez) idarə etdiyi «HYUNDAİ ELANTRA» markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının altında, bir ədəd TOZ-8 modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivli odlu ov-idman tüfəngini, həmçinin tiyəsinin uzunluğu 172 mm, maksimal eni 34 mm, maksimal qalınlığı 3,3 mm, dəstəyinin uzunluğu 108 mm, orta hissədən eni 27 mm, qalınlığı 16,5 mm, tiyəsinin sol səthində «X9» yazısı olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını isə avtomobilin arxa yük saxlama yerində gizlətməklə silahları avtomobildə daşıyıb saxlamış və həmin tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı Şəhər Baş Polis İdarəsinin X5 əməkdaşları tərəfindən saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsi, 13 ünvanı qarşısında saxlanılaraq idarə etdiyi avtomobillə birgə Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmiş və xidməti otaqda şəxsi axtarışı zamanı üzərindən, həmçinin Baş Polis İdarəsinin inzibati binasının həyətində baxış zamanı idarə etdiyi avtomobildən gəzdirdiyi və saxladığı yerlərdən həmin odlu silahlar, komplekt hissəsi, döyüş sursatları və soyuq silahlar aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər (videogörüntü) halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Məcəlləsinin 228.1, 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə dostu Şahid1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR ərazisində yerləşən “xxxx” MMC-dən “Hyundai Elentra” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarəyə götürmüş, o da həmin avtomobili dostu Rüfətdən idarə etmək üçün götürmüşdür. Özü və ailəsinin yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllə ünvanı, sıra nömrəsi verilməmiş bir mərtəbəli fərdi yaşayış evi həyat yoldaşı X2 adına olmasına baxmayaraq onun atası tikdirmişdir, təxminən 3-4 il bundan əvvəl. Həmin fərdi yaşayış evində o, həyat yoldaşı və 3 azyaşlı uşaqları yaşayırlar. Atası təxminən 2-3 il bundan əvvəl vəfat etmişdir. Həmin fərdi yaşayış evi tikilən müddətdə atası orada yaşayırmış, evin tikintisi başa çatandan sonra isə o və ailəsi ora köçmüş və atası həmin evdən çıxıb başqa ünvanda yaşamağa davam etmişdir. xx xxx 2020-ci il tarixdə faktiki olaraq yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllədəki ünvanı verilməmiş fərdi yaşayış evinin zirzəmisində təmizlik işləri apararkən orada kisəyə bükülmüş ağır bir bağlama tapmışdır. Həmin kisəni açdıqda orada 2 ədəd böyük bıçaq, yəni ona elan edilmiş rəydə sadalanan bıçaqlar, 1 ədəd lüləsi kəsilmiş tüfəng, 1 ədəd Toz 8 markalı, 1 ədəd tır tapançası, 1 ədəd xarici ölkə istehsalı olan tapança və 1 ədəd tir tüfəngini aşkar etmişdir. Bundan əlavə həmin bağlamada 6 ədəd tapança gülləsi və müxtəlif sayda ov tüfənginin patronları var idi. Lüləsi kəsilmiş ov tüfənginin içərisində 2 ədəd patron var idi. Sonra o, belə qənaətə gəlmişdir ki, bu silahları zirzəmidə rəhmətlik atası gizlədib, çünki evin tikintisini atası aparmışdır və zirzəmiyə də o və ailəsi heç vaxt düşmürdülər. O, həmin bağlamada olan bir ədəd bıçağı və bir ədəd tapançanı əynindəki cins şalvarın kəmərinə taxmış, daha dəqiq bıçağı kəmərinin sol tərəfinə, tapançanı isə kəmərinin sağ tərəfinə taxmış, bir ədəd obrezi selofan bağlamada idarə etdiyi, dostundan götürdüyü “xxxx” MMC-dən gündəlik icarəyə götürülmüş “Hyundai Elentra” markalı **-LO- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının altına qoyub orada gizlətmiş, qalan silahları və döyüş sursatlarını isə bağlamada idarə etdiyi həmin avtomobilin arxa saxlanc yerinə, yəni yük saxlama yerinə qoymuş və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR-da kirayə tutduğu evdə gizlətmək üçün ora aparan zaman Nəsimi rayonu, 4-cü MKR, M.Kazımovsi küçəsi 13 ünvanının qarşısında avtomobili saxlayıb düşmək istəyən zaman polis əməkdaşları tərəfindən yaxalanmışdır. Polis əməkdaşları onu və idarə etdiyi avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında üzərinə baxış keçirib əynindəki cins şalvarının kəmərinə taxıb üzərində gəzdirdiyi 1 ədəd bıçaq və 1 ədəd tapançanı aşkar edib ondan götürmüşlər. Sorğu zamanı etiraf etmişdir ki, avtomobilində də silahlar vardır və bundan sonra polis əməkdaşları onun iştirakı ilə avtomobilinə baxış keçirib qeyd etdiyi silahları aşkar edib götürmüşlər, daha dəqiq qabaq sağ oturacağın altından bir ədəd obrezi, qalan silah və cöyüş sursatlarını isə bağlamada arxa saxlanc yerindən aşkar edib götürmüşlər. Səmimi olub bildirmişdir ki, qeyd etdiyi silahları tapandan sonra bu barədə heç kimə məlumat verməmişdir, silahları evinin zirzəmisindən tapan vaxt evdə ondan başqa heç kim olmamışdır, ailəsi Bakı şəhərində olmuşdur. Həmin silahlardan gələcəkdə istifadə etmək niyyəti olmamışdır, kiməsə xəsarət yetirmək və ya bu silahlardan istifadə etməklə hər hansı bir cinayət əməli törətmək, kiməsə satmaq məqsədi qətiyyən olmamışdır. Həmin silahlardan, döyüş sursatlarından istifadə etməmişdir. Daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ailəli olmasını, üç uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olunduğunu, özünün və həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ-nin X5 baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ədavət və ya düşmənçiliyi olmamışdır. xx xxx 2020-ci il tarixdə işdə olduğu müddətdə Bakı Şəhər Baş Polis idarəsinin X6 qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, xx.xx.1979-cu il təvəllüdlü, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 90, mənzil 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirir. Dərhal verilmiş əməliyyat məlumatı barədə rəhbərliyə raportla məruzə edilmiş, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayətin izlərinin aşkar edilib silahın götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş aşkar və gizli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə qərar verilmişdir. Bu məqsədlə X5 işçilərindən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 16:00 radələrində növbəti əməliyyat məlumatı əsasında əməliyyat qrupu Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsi, 13 ünvanı qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Elantra» markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında onların tərəfindən saxlanılmış, verilmiş əməliyyat məlumatı qismən də olsa təsdiqini tapdığından Rəşadı idarə etdiyi avtomobillə birlikdə şəxsi axtarışı və avtomobilinə baxış keçirilməsi üçün Bakı Şəhər Baş Polis idarəsinin inzibati binasına gətirmişlər. Daha sonra Baş İdarənin xidməti otaqlarından birində dəvət edilmiş vəkilin iştirakı ilə Rəşada elan edilmişdir ki, üzərinə baxış keçirilməlidir, təklif edilmişdir ki, üzərində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya varsa könüllü təqdim etsin, əks halda şəxsi axtarışı məcburi qaydada aparılacaqdır. Təqsirləndirilən şəxs bu təklifə cavab vermədiyinə görə vəkilin iştirakı ilə video çəkilişdən istifadə etməklə şəxsi axtarışı zamanı əynindəki cins şalvarının kəmərinin sol tərəfinə taxıb üzərində gəzdirdiyi bir ədəd bıçaq və kəmərinin sağ tərəfinə taxıb üzərində gəzdirdiyi bir ədəd sandıqçası 6 ədəd patronla dolu tapança aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, avtomobilində də silahlar var, həmçinin avtomobilinə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə verdikdən sonra vəkil və digər iştirakçılarla birgə idarə etdiyi «Hyundai Elantra» markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilinə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının altından lülə yuvasında 2 ədəd tüfəng patronu olan bir ədəd TOZ-B markalı tüfəng kəsiyi (obrez), arxa oturacaq üzərindəki gödəkcənin cibindən 2 ədəd tüfəng patronu, avtomobilin arxa saxlanc yerindən içərisində 10 ədəd tüfəng patronları olan qara rəngli çanta, həmçinin dəsmala bükülmüş vəziyyətdə bir ədəd İJ-53M markalı silah, bir ədəd üzərində “GAMO” sözü yazılmış silah, bir ədəd “TOZ-8” markalı tüfəng və bir ədəd üzərində “Columbia” sözü yazılmış bıçaq aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və sonrakı proseslərdə sonuncuya hər-hansı formada təsir göstərilməmiş, başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol imzalarla təsdiq edilmişdir. O da iştirakçı kimi protokolda imza etmişdir. Sonra müvafiq sənədləşdirmə aparılmışdır, aşkar edilmiş silahlar ekspertiza tədqiqatına göndərilib rəyi əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ-nin X5 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. Məhkəmədə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin səmimi ifadəsinə oxşar olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynindəki qara rəngli cins şalvarının kəmərinin sol tərəfinə bərkidilmiş bir ədəd “Canavar page” sözləri yazılmış bıçaq və əynindəki qara rəngli cins şalvarının kəmərinin sağ tərəfinə bərkidilmiş bir ədəd “LİCENSED TRADEMARK OF NEW” sözləri yazılmış qara rəngli tapança içində 06 ədəd 9 mm kalibrli patronlar olan bir cərgəli sandıqçası ilə birlikdə aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Elantra» markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ sərnişin oturacağının altından bir ədəd “TOZ-B” modelli 69510 nömrəli, lüləsi və qundağı kəsilmiş silah, həmin silahın güllə yuvasında 2 ədəd 16 mm kalibrli patronlar, arxa oturacaq -zərindəki qara rəngli gödəkcənin sağ cibindən 2 ədəd 16 mm kalibrli patronlar, arxa saxlanc yerindəki qara rəngli çantadan 10 ədəd 16 mm kalibrli patronlar, dəsmala bükülmüş bir ədəd İJ-53M markalı ********* nömrəli silah, bir ədəd üzərində “GAMO” sözü yazılmış 04-1C-540767-12 nömrəli silah, bir ədəd üzərində “Columbia” sözü yazılmış bıçaq və bir ədəd “TOZ-8” modelli tüfəng aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı və idarə etdiyi «Hyundai Elantra» markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxışı əks etdirən görüntülər olan bir ədəd DVD-R diski iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci ıl tarixli 20/219R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd TOZ-B modelli, 1950-ci ildə keçmiş SSRİ-də Tula silah zavodunda istehsal olunmuş, 69510 nömrəli, 16 mm kalibrli, çaxmaqlı, hamar qoşa lüləli, lakin lüləsi və qundağının kustar üsulla kəsilməsi nəticəsində öz təyinatını itirmiş silah texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivsiz odlu ov tüfənginin kəsiyidir (obrez). Tədqiqata təqdim edilən 14 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16/70 mm kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd TOZ-8 modelli, 1955-ci ildə keçmiş SSRİ-də Tula silah zavodunda istehsal olunmuş, nömrəsi silinmiş, 5,6 mm kalibrli tək lüləli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı siiah yivli odlu ov-idman tüfəngidir. Tədqiqata təqdim edilmiş bir ədəd İJ-53M modelli, Rusiya dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, ********* nömrəli, 4,5 mm kalibrli texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı silah idman-təlim məşqləriüçün nəzərdə tutulmuş yaylı-porşenli pnevmatik tapançadır və odlu silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd GAMO markalı, İspaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 04- 1C-540262-12 nömrəli, 4,5 mm kalibrli texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı silah idman məşqləri üçün nəzərdə tutulmuş yaylı-porşenli pnevmatik tüfəngdir və odlu silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd üzərində «LİCENSED TRADEMARK OF NEW» yazıları olan, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı tapança yivli odlu döyüş silahıdır. Tədqiqata təqdim edilmiş bir ədəd sandıq zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən sazdır, bir cərgəlidir və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 06 ədəd patron xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli «Brauninq» konstruksiyalı və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatıdır. Təqdim edilmiş 14 ədəd 16/70 mm kalibrli ov patronlarından 02 ədədi və 06 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlərdə istifadə edilmişdir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 3/401 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş tiyəsinin uzunluğu 182 mm, maksimal eni 36 mm, maksimal qalınlığı 3,9 mm, dəstəyinin uzunluğu 122 mm, orta hissədən eni 32 mm, qalınlığı 20 mm, tiyəsinin sol səthində «A66» yazı və hərfləri olan və tiyəsinin uzunluğu 172 mm, maksimal eni 34 mm, maksimal qalınlığı 3,3 mm, dəstəyinin uzunluğu 108 mm, orta hissədən eni 27 mm, qalınlığı 16,5 mm, tiyəsinin sol səthində «X9» yazısı olan ümumilikdə 2 ədəd bıçaqlar zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş bir ədəd TOZ-B modelli, 69510 nömrəli, 16 kalibrli, lüləsi və qundağının kustar üsulla kəsilməsi nəticəsində öz təyinatını itirmiş texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivsiz odlu ov tüfənginin kəsiyi (obrez), bir ədəd TOZ-8 modelli, nömrəsi silinmiş, 5,6 mm kalibrli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivli odlu ov-idman tüfəngi, bir ədəd üzərində «LİCENSED TRADEMARK OF NEW» yazıları olan, nömrəsi silinmiş, 9 mm kalibrli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı yivli odlu döyüş silahı, həmin kalibrli döyüş silahlarının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, bir cərgəli və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd sandıqça, həmçinin 9x19 mm kalibrli «Brauninq» konstruksiyalı və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı və döyüş sursatı olan 06 ədəd patronlar cinayət təqibi üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Bakı Şəhər Baş X7 şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tiyəsinin uzunluğu 182 mm, maksimal eni 36 mm, maksimal qalınlığı 3,9 mm, dəstəyinin uzunluğu 122 mm, orta hissədən eni 32 mm, qalınlığı 20 mm, tiyəsinin sol səthində «A66» yazı və hərfləri olan və tiyəsinin uzunluğu 172 mm, maksimal eni 34 mm, maksimal qalınlığı 3,3 mm, dəstəyinin uzunluğu 108 mm, orta hissədən eni 27 mm, qalınlığı 16,5 mm, tiyəsinin sol səthində «X9» yazısı olan ümumilikdə 2 ədəd soyuq silah hesab edilən ov bıçaqları cinayət təqibi üçun maddi sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Bakı Şəhər Baş X7 şöbəsinə təhvil verilmişdir. Cinayət işinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 5,6 mm kalibrli, Toz-8 tüfəngdən və bir ədəd 9 mmLicensed Trademark of New modelli modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Yasamal rayon 22 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Qasımov X8 rayonu, Şərif-zadə küçəsi 90 saylı evin 16-ci mənzilində həyat yoldaşı və üç övladı ilə birgə yaşıyırlar. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Qasımova Mədinə, xx.xx.2008-ci il təvəllüdlü Qasımova Nəzrin, xx.xx.2016-cıil təvəllüdlü Qasımov Ənvər adlı üç yetkinlik yaşına çatmayan övladları var. İş materiallarında olan “ UP İnternational MMC” tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2011-cü ildən 2019-cu ilədək UP İnternational MMC–də sürücü vəzifəsində işləmiş və işlədiyi müddətdə müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələrlə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk məhkumluğunu, səmimi etirafını, ailəli olmasını, 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsini dolandıran yeganə şəxs olmasını, cəzanı yüngülləşdirən hallar, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən belə hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil və ona görə də ona Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanması üçün Bakı Şəhər Baş X7 şöbəsində saxlanılan bir ədəd TOZ-8 modelli, lüləsi və qundağının kustar üsulla kəsilməsi nəticəsində öz təyinatını itirmiş yivsiz odlu ov tüfənginin kəsiyi (obrez), bir ədəd TOZ-8 modelli yivli odlu od-idman tüfəngi, bir ədəd üzərində «LİCENSED TRADEMARK OF NEW» yazıları olan, yivli odlu döyüş silahı olan tapançanı, komplekt hissəsi olan sandıqça, döyüş sursatı olan 9x19 mm kalibrli 06 ədəd patronlar, bir ədəd tiyəsinin sol səthində «A66» yazı və hərfləri olan və 1 ədəd tiyəsinin sol səthində «X9» yazısı olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçaqları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilməlidir. Maddi sübut kimi tanınmış 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanması üçün Bakı Şəhər Baş X7 şöbəsində saxlanılan bir ədəd TOZ-8 modelli, lüləsi və qundağının kustar üsulla kəsilməsi nəticəsində öz təyinatını itirmiş yivsiz odlu ov tüfənginin kəsiyi (obrez), bir ədəd TOZ-8 modelli yivli odlu od-idman tüfəngi, bir ədəd üzərində «LİCENSED TRADEMARK OF NEW» yazıları olan, yivli odlu döyüş silahı olan tapançanı, komplekt hissəsi olan sandıqça, döyüş sursatı olan 9x19 mm kalibrli 06 ədəd patronlar, bir ədəd tiyəsinin sol səthində «A66» yazı və hərfləri olan və 1 ədəd tiyəsinin sol səthində «X9» yazısı olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçaqları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilsin. Maddi sübut kimi tanınmış 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-211/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-211/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver