Məhkəmə qərarları › İş №1(011)-211/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-211/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-211/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixində Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla ünvan 3 ünvanına kimi daşımış, 12 yanvar 2024-cü il tarixdə saat 11:40-da Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılıb Xətai RPİ-nin 35-ci PB- nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı vermiş olduğu etiraf edici ifadəsi, şahid ifadələri, üzərinə şəxsi-axtarış və götürmə zamanı əldə olunmuş maddi sübut və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək bildirmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Əvvəllər narkotik vasitədən istifadə etsə də, lakin tutularkən üzərində heç bir narkotik vasitə olmamışdır. Vətən müharibəsi iştirakçısı olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. İkinci Qarabağ müharibəsində iştirak etdikdən sonra bədənində kəskin ağrılar olduğu üçün təhminən 2 ildir ki. narkotik vasitələrin müxtəlif növlərindən istifadə etməyə başlamışdır. Adətən müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə və psixotrop maddələr əldə edib müxtəlif üsullarlarla, əsasən çəkmə üsulu ilə qəbul edir. Əvvəllər Xətai rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində "İnstaqram" sosial şəbəkəsində tanış olduğu əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı şəxslə əlaqə saxlayıb «kakos», yəni narkotik vasitə heroin almaq istədiyini bildirmiş, bundan sonra həmin şəxs ona hesab nömrəsi göndərərək həmin hesaba 25 manat pul göndərməyini istəmişdir. Yaşadığı evin yaxınlığındakı mağazada olan ödəmə terminalı vasitəsilə həmin hesaba 25 manat pul göndərmişdir. Bundan sonra, həmin şəxs nakotik vasitənin olduğu yerin şəklini və ünvanını ona göndərmişdir. Evdən çıxaraq metronun Əhmədli stansiyasının yaxınlığına gələrək ona göndərilmiş yerə yaxınlaşıb daşın altından «zakladka» üsulu ilə qoyulmuş gümüşü rəngdə siqaret kağızına bükülmüş narkotik vasitə heroini götürüb şalvarının sağ yan kiçik cibinə qoyub saxlamışdır. Həmin şəxsin bank hesabı yadında deyil, bank kartının şəklini sosial şəbəkədən, yəni telefonun yaddaşından silmişdir. Həmin gün yəni, xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində yaşadığı evin yaxınlığında tək piyada hərəkət edən zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu polis bölməsinə aparmışlar. Bölmədə hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət olunmuş, bundan sonra videoçəkiliş aparılaraq üzərinə baxış və axtarış keçirilmişdir. Axtarış zamanı polis əməkdaşları bildirmişlər ki, üzərində narkotik vasitə, digər qeyri qanuni əşya və ya predmet varsa təqdim etsin. əynindəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxardıb masa üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kakos adı ilə tanıdığı narkotik vasitə heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni haradan və kimdən almağı barədə soruşulduqda, narkotik vasitəni «İnstaqram» sosial şəbəkədə tanış olduğu şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa əynində olan gödəkcənin cibindəki 01 ədəd alışqanı, içərisində 01 ədəd siqaret olan siqaret qutusunu və şalvarının cibində olan bir ədəd 5 manatlıq əskinazı çıxardıb masa üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları üstündə hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, təqdim etdiyi narkotik vasitədə başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Üzərinə axtarış aparıldıqdan sonra hər hansı başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin narkotik vasitə heroin polis bölməsinə elektron tərəzi vasitəsilə çəkilmiş və üzərində olan kağızla birlikdə ümumi çəkisi 0,47 qram olmuşdur. 01 ədəd alışqanı, içərisində 01 ədəd siqaret olan siqaret qutusunu və bir ədəd 5 manatlıq əskinazı özünə qaytarmışlar. Sonra üzərində aşkar edilmiş həmin narkotik vasitə olan heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürüliüşdür. Bu barədə vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərəfindən, vəkil və polis əməkdaşları tərəfindən protokol və zərf imzalanmışdır. Heç vaxt narkotik vasitərin satışı ilə məşğul olmamışdır. Özü narkotik vasitə qəbul etdiyindən şəxsi ehtiyaçı üçün əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni heç kimə satmamış və heç kəsə pay olaraq verməmişdir. Polis əməkdaşları onu saxlayan zaman və polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş, özünə qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. (i.v 73-76) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri zamanı 12 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanın qarşısında müəyyən edilərək şübhəli şəxs kimi Xətai RPİ-nin 35-ci PB-nə dəvət edilmişdir. PB-də Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra polis bölməsinin iş otaqlarının birində onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyəsi qadaqan edilmiş narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edən digər əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bükümü açarkən içərində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə kütləsi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi gümüşü rəngli siqaret kağızının içərisindəki narkotik vasitə «kakos» adı ilə tanıdığı heroindir, həmin heroini öz şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs bildirdiyinə görə xx.xx.2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu və heç bir anket məlumatlarını bilmədiyi şəxsə 25 manat pul göndərdikdən sonra «zakladka» üsulu ilə metronun «Əhmədli» stansiyasının çıxışından şəxsi istifadəsi üçün içərisində narkotik vasitə heroin olan 01 ədəd kağız bükümünü götürərək üzərində gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdən başqa digər narkotik vasitənin olub-olmadığı və saxlanıldığı zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı sualına cavab vermişdir ki, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamamış və saxlanıldığı zaman ona qarşı heç bir fiziki güc və hər hansı formada təziq olunmamışdır. Bundan sonra həmin narkotik maddə elektron tərəzidə çəkilmişdir. Müəyyən olunmuşdur ki, siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroinin kağız ilə birlikdə çəkisi 0,47 qram təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 01 ədəd alışqanı, içərisində 01 ədəd siqaretlə olan siqaret qutusunu və şalvarın cibindən 5 manatlıq əskinazı çıxardıb təqdim etsə də həmin əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda başqa heç bir əşya və ya sənəd aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş gümüşü rəngli siqaret kağızına bükülmüş 01 büküm narkotik vasitə heroinə oxşar maddə kağız zəfrə qoyularaq DİN-in «Zəfrflər üçün 154 saylı möürü ilə möhürlənərək qablaşdırılmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə, saat 12:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 11:40-dan hesablanmışdır (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik iyli, tünd qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək, həmin maddənin kakos olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu, heçbir anket məlumatlarını bilmədiyi şəxsə 25 AZN pul göndərdikdən sonra "zakladka" üsülu ilə metronun "Əhmədli" stansiyasının çıxışından şəxsi istifadəsi üçün götürərək üzərində gəzdirməsini, təqdim olunan bükümdən başqa narkotik vasitəsinin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə sual edildikdə, o təqdim etdiyi narkotik vasitədədən başqa heçbir yerdə narkotik vasitə saxlamadığını, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını və orada onun üzərində heçbir axtarış aparılmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisinin müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd sigaretin gümüşü rəngli kağızına bükülmüş heroinə çəkisinin 0.47 qram olması müəyyən edildi. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 01 ədəd alışqan, içərisində 01 ədəd siqaret olan siqaret qutusu və şalvarının cibindən isə 5 manatlıq əskinazı çıxarıb təqdim etsə də, qeyd olunanlar iş üzrə sübut əhəmiyyətinə malik olmadığından istintaq hərəkəti zamanı özünə qaytarıldı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heçbir əşya və sənəd aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd İçərisində heroine oxşar maddələr olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürüldü.. (i.v. 33-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/183 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş - üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümə..." və s. soyadlar, imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir.. (i.v 44- 47); (ekspertiza xərci 110 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 65-66); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan görünür ki, məhkəmə iclas zalında təqsirləndirilən şəx Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilərək, vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir (i.v 85-86) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(011)-302/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay 22 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 09 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlaılması, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş 01 il 09 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti tədbiq edilməsi hökm olunmuşdur. Həmin hökmldən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.(i.v 93-99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay 22 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 09 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlaılması, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş 01 il 09 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti tədbiq edilməsi hökm olunmuşdur.(i.v 104-105); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli, 528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. ( i.v. 109-110); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin 06 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmişdir.(i.v.121) sübutların qiymətləndirilməsi haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 13 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Xətai rayon Məhkəməsi tərəfindən barəsində 03 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,295 qram narkotik vasitə heroin, üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd "DVD" disk maddi sübut kimi tanınması, narkotik vasitənin qalıq çəkisi olan 0,245 qramı Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, 1 ədəd "DVD" disk cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinin çəkisi məhkəməkimyavi ekspertizasının 12 yanvar 2024-cü il tarixli 3- 16-16/2-6/183 saylı rəyinə əsasən 0,295 qram hesab edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuş və cinayətlərin residivinə yol vermiş şəxs hesab edilməsi, cinayət işi üzrə təqsirldəndirilən şəxs Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutlarla təsdiq edildiyindən, şahidlər Şahid1 və Şahid2 ifadələri, narkotik vasitə heroinin götürülməsi barədə şəxsi axtarış və götürmə haqqında protokol, həmin narkotik vasitənin aşkar edilməsini əks etdirən videogörüntülərlə olan DVD disk, həmin diskə baxış protokolu, maddi sübut kimi tanınmış 0,295 qram narkotik vasitə heroin, məhkəmə-kimyavi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/183 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsin xx.xx.2024-cü il tarixli 528 saylı rəyi sübut növi kimi qiymətləndirilməsi hökm olunmuşdur. (i.v. 122-126); "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 23 aprel 2024-cü il tarixli məktuba əlavə edilmiş “CD” diskdə olan ***-***-**-** saylı mobil telefonun anten məlumatlarında müəyyən edilmişdir: xx/xx/2024,00:27:52,**********54,**********05,Qədeş klubun penceresinnən amanat atib gedecek. Yollamişam yazdim k xx/xx/2024,00:27:52,**********54,**********05,Qədeş klubun penceresinnən amanat atib gedecek. Yollamişam yazdim k xx/xx/2024,00:27:57,**********54,**********05,i biləsən birazdan get dəy qaralmış yari qoymuşam özdə prima packas xx/xx/2024,00:27:57,**********54,**********05,i biləsən birazdan get dəy qaralmış yari qoymuşam özdə prima packas xx/xx/2024,00:28:02,**********54,**********05,inda icinde 2 tema qoyubb skoclamişam . GÖRƏN ZAMAN mene yig bir c xx/xx/2024,00:28:02,**********54,**********05,inda icinde 2 tema qoyubb skoclamişam . GÖRƏN ZAMAN mene yig bir c xx/xx/2024,00:28:07,**********54,**********05,ox sag ol de mende sene sagol deyim. Nuwi Can. Get gotur menede yig xx/xx/2024,00:28:07,**********54,**********05,ox sag ol de mende sene sagol deyim. Nuwi Can. Get gotur menede yig xx/xx/2024,00:28:11,**********54,**********05, danisaq xx/xx/2024,00:28:11,**********54,**********05, danisaq xx/xx/2024,07:45:34,**********54,**********31,Tema lazimdi? xx/xx/2024,07:45:34,**********54,**********31,Tema lazimdi? xx/xx/2024,10:35:29,**********54,**********40,Dayi oglu komey ele 35 tutub meni meni gel cixart xx/xx/2024,10:35:29,**********54,**********40,Dayi oglu komey ele 35 tutub meni meni gel cixart xx/xx/2024,10:35:55,**********54,**********40,ilmirəm nedi xx/xx/2024,10:35:55,**********54,**********40,Daniwa bilmirəm meni apardılar 35 mene komey ele wikayet əsasında b xx/xx/2024,10:35:55,**********54,**********40,Daniwa bilmirəm meni apardılar 35 mene komey ele wikayet əsasında b xx/xx/2024,10:35:55,**********54,**********40,ilmirəm nedi xx/xx/2024,10:35:59,**********54,**********40,ilmirəm nedi xx/xx/2024,10:35:59,**********54,**********40,ilmirəm nedi xx/xx/2024,10:36:01,**********54,**********40,Burdayam xx/xx/2024,10:36:01,**********54,**********40,Burdayam xx/xx/2024,11:48:02,**********69,**********54,А Ты где?!!!?? xx/xx/2024,11:48:02,**********69,**********54,А Ты где?!!!?? "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 17 may 2024-cü il tarixli məktuba əlavə edilmiş “CD” diskdə olan ***-***-**-** saylı mobil telefonun anten məlumatlarında iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə şəxsi axtarış və götürmə protokolunda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs tutulan zaman üzərində narkotik vasitə olan heroin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında vermiş olduğu ifadələri, anten məlumatları və iş materillarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə iclas zalında ona verilən ittihamla razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında vəsatət verərək tutularkən üzərində +994-51- 666-25-54 saylı mobil nömrənin olmasını bildirmiş, həmin nömrənin anten məlumatları da, bir daha təqsirləndirilən şəxsin dediklərinin təkzibi üçün tutarlı sübutdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olması(CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş sınaq müddəti ödənilmədən yenidən cinayət törətdiyindən o, qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən az ağır cinayət törətmiş şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residivi(CM 61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunmalı, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası, birgünə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 01 il (bir) 06(altı) ay müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilməli və onun üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 03 (üç) ədəd disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunsun. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01(bir) il 09(doqquz) ay 08(səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, birgünə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 01 il (bir) 06(altı) ay müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 01(bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,245 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disklər iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar