Məhkəmə qərarları › İş №1(011)-212/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-212/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-212/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3,Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 qızının və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 02.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ev 6/4 yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə , xx.xx.1994-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonu Qarabörk kəndində qeydiyyatda olan və Bakı şəhəri 8 Noyabr prospekti Mirzə Davud küçəsi 1-də müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri və xx.xx.1994-cü ildə Naxçıvan MR-nın Şahbuz rayonunun Külüs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xəzər Rayon Məhkəməsinin 06.04.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz evdə yaşayan, barəsində hazırda baxılan ********* saylı cinayət işi üzrə 08.01.2022-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 28.11.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus VAZ 2107 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanının qarşısından talama məqsədi olmadan ələ keçirib qaçırmaqla idarə etdikdən sonra avtomobili 29.11.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ərazisində saxlayıb, avtomobilin içərisində olan 1 ədəd dəyəri 280 manat olan “Pioneer” markalı maqnitofon və bir ədədinin dəyəri 50 manat cəmi iki ədəd səsgücləndiricini gizli talayıb oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 380 manat məbləğində zərər vurub oradan uzaqlaşmışdır. Bundan başqa o, təkrarən 04 dekabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2105” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanın qarşısında talama məqsədi olmadan qanunsuz ələ keçirib idarə etdikdən sonra həmin tarixdə ünvan 3 ünvanda avtomobili saxlayaraq oradan uzaqlaşmışdır. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talamaq məqsədilə 07.01.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 106-da ünvanında yerləşən evinin plastik qapısını bıçaqla açmaq yolu ilə içəri qanunsuz daxil olub oradan qiyməti 70 manat olan bir ədəd “Samsung” markalı tozsoran, qiyməti 60 manat olan bir ədəd “Korkmaz” markalı tozsoran, bir ədədinin qiyməti 10 manat olan ümumi dəyəri 20 manat təşkil edən iki ədəd tozsoranın hava borusu, qiyməti 200 manat olan bir ədəd ağ rəngli “Moulinex” markalı çörəkbişirən, qiyməti 500 manat olan bir ədəd “Sintra” markalı su təmizləyən aparat, qiyməti 250 manat olan bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli tənzimləyici (stabilizator), qiyməti 50 manat olan bir ədəd “JONCHN” markalı “AVR-1500 VV X1” modelli tənzimləyici (stabilizator), qiyməti 70 manat olan bir ədəd “HİT” markalı, “CH 3000” modelli tənzimləyici (stabilizator), qiyməti 40 manat olan bir ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boru yapışdırıcı ütünü gizli talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talamaq məqsədilə 07.01.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 106-da ünvanında yerləşən evinin plastik qapısını bıçaqla açmaq yolu ilə içəri qanunsuz daxil olub oradan qiyməti 70 manat olan bir ədəd “Samsung” markalı tozsoran, qiyməti 60 manat olan bir ədəd “Korkmaz” markalı tozsoran, bir ədədinin qiyməti 10 manat olan ümumi dəyəri 20 manat təşkil edən iki ədəd tozsoranın hava borusu, qiyməti 200 manat olan bir ədəd ağ rəngli “Moulinex” markalı çörəkbişirən, qiyməti 500 manat olan bir ədəd “Sintra” markalı su təmizləyən aparat, qiyməti 250 manat olan bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli tənzimləyici (stabilizator), qiyməti 50 manat olan bir ədəd “JONCHN” markalı “AVR-1500 VV X1” modelli tənzimləyici (stabilizator), qiyməti 70 manat olan bir ədəd “HİT” markalı , “CH 3000” modelli tənzimləyici (stabilizator), qiyməti 40 manat olan bir ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boru yapışdırıcı ütünü gizli talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talamaq məqsədilə 07.01.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 106-da ünvanında yerləşən evinin plastik qapısını bıçaqla açmaq yolu ilə içəri qanunsuz daxil olub oradan qiyməti 70 manat olan bir ədəd “Samsung” markalı tozsoran, qiyməti 60 manat olan bir ədəd “Korkmaz” markalı tozsoran, bir ədədinin qiyməti 10 manat olan ümumi dəyəri 20 manat təşkil edən iki ədəd tozsoranın hava borusu, qiyməti 200 manat olan bir ədəd ağ rəngli “Moulinex” markalı çöıəkbişirən, qiyməti 500 manat olan bir ədəd “Sintra” markalı su təmizləyən aparat, qiyməti 250 manat olan bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli tənzimləyici (stabilizator), qiyməti 50 manat olan bir ədəd “JONCHN” markalı “AVR-1500 VV X1” modelli tənzimləyici (stabilizator), qiyməti 70 manat olan bir ədəd “HİT” markalı “CH 3000” modelli tənzimləyici (stabilizator), qiyməti 40 manat olan bir ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boru yapışdırıcı ütünü gizli talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç bir cinayət əməli törətməmişdir, istintaq zamanı ona qarşı təzyiq edildiyindən bu əməlləri törətdiyini bildirmişdir. Yalnız Zərərçəkmiş şəxs1 məxsus “VAZ- 2105” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmış, sürmüş və daha sonra binanın həyətində saxlayıb getmişdir. Digər cinayətlərdən isə xəbəri olmamışdır. Bunu nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin yanvar ayının 06da o və Faiq məhlədə gəzişən zaman Aqşinlə üz-üzə gəlmiş və onunla söhbət əsnasında Faiq boş ev olub-olmamasını soruşmuş, o, bir neçə vaxtdır ki, bir evin boş olduğunu, yəni Zərərçəkmiş şəxs2 evini göstərmiş, onlar oğurluq barədə fikirləri qətiləşdirərək gecə olmasını gözləməyə başlamışlar. 07.01.2022-ci il tarixdə saat 02 radələrində 8 Noyabr prospekti yaxınlığında yerləşən həyətin barısının olmamasından istifadə edərək daxil olaraq, əvvəlcə Faiq əlindəki bıçaqla mənzilin plastik qapısını açaraq daxil olmuş, həmin mənzildən 1 ədəd plastik boru birləşdiricisi ütü, iki tozsoran, bir ədəd su filterini, ikisi balaca, biri böyük ölçüdə üç ədəd elektron tənzimləyici və sobanı oğurlayaraq mənzilin həyət hissəsinə yığmışlar. Faiq onun tanımadığı taksi sürücüsünə zəng edərək avtomobilin lazım olduğunu bildirmişdir. Təxminən yarım saat sonra “Toyota Prius” markalı avtomobil oraya gəlmiş, onlar oğurluq hadisəsi ilə bağlı sürücüyə heç bir məlumat vermədən mənzildən oğurladıqları əşyaları avtomobilin yük yerinə və arxa oturacaq hissəsinə yerləşdirmişlər. Daha sonra o və Aqşin yaşadıqları mənzilə getmiş, Faiq və sürücü isə oradan uzaqlaşmışlar. Faiqin həmin əşyaları hara aparmasından xəbəri olmamışdır. 08.01.2022-ci il tarixdə 37-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin poliş şöbəsinə gətirilmiş, o həmin şöbədə törətdiyi cinayəti tam olduğu kimi etiraf etmişdir. O, həmin taksi sürücüsünü tanımamış, adını sonradan bildiyi Azərə oğurluq hadisəsi ilə əlaqədar heç bir məlumat verməmişdir. Daha sonra səmimi etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, heç bir cinayət əməli törətməmişdir, istintaq zamanı ona qarşı təzyiq edildiyindən bu əməli törətdiyini bildirmişdir. Bunu nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus 2003-cü il istehsallı göy rəngli VAZ 2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili o, 08.01.2020-ci ildə 4000 manata almış və mütəmadi olaraq etibarnamə əsasında istifadə elmişdir. Avtomobili idarə etdiyi müddətdə saz vəziyyətdə olmuşdur. Avtomobili hər gün yaşadığı evin həyətində, yəni ünvan 5 ünvanda saxlamışdır. 2021-ci ilin noyabr ayının 27-də təxminən saat 23 radələrində o, toy məclisindən çıxıb evinə getmiş və idarə etdiyi VAZ 2107 markalı avtomobili yaşadığı evin həyətində saxlamışdır. 28.11.2021-ci il tarixdə saat 03 radələrində o, siqaret çəkmək üçün binanın eyvanına çıxan zaman avtomobilinin yerində olmadığını görmüş, ona görə də bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona görə də polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər, həmçinin 29.11.2021-ci il tarixdə saat 22 radələrində polis əməkdaşları ona məlumat verərək avtomobilinin Nizami rayonu E.Süleymanov küçəsində tapıldığını bildirmişlər. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus 1985-ci il istehsallı tünd qəhvəyi rəngli VAZ 2105 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili o, 1993-cü ildə 4000 manata almış və mütəmadi olaraq etibarnamə əsasında istifadə etmişdir. Avtomobili idarə etdiyi müddətdə saz vəziyyətdə olmuşdur. Avtomobili hər gün yaşadığı evin həyətində, yəni ünvan 6 ünvanda saxlamışdır. 2021-ci ilin dekabr ayının 03-də təxminən saat 11 radələrində idarə etdiyi VAZ 2107 markalı avtomobili yaşadığı evin həyətində saxlamışdır. 04.12.2021-ci il tarixdə saat 12 radələrində həyətə düşən zaman avtomobilinin yerində olmadığını görmüş, ona görə də bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona görə də polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər, 06.02.2022-ci il tarixdə polis əməkdaşları ona məlumat verərək avtomobilinin Nizami rayonu İsmayıl Məmmədov küçəsində tapıldığını bildirmişlər, avtomobilini ona təhvil vermişlər. Avtomobilinin oğurlanması nəticəsində ona hər hansı bir maddi zərər dəyməmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə 2021-ci ilin dekabr ayının ortalarından yaşadıqları Xətai rayonu 8 Noyabr prospekti ünvanında yerləşən 106 saylı mənzildə təmir işləri apardıqlarından, müvəqqəti olaraq Xətai rayonu Neapol dairəsi yaxınlığında yerləşən mənzildə kirayədə yaşayırlar. 06.01.2022-ci il tarixdə o, 59 saylı məktəbdə olan zaman baldızı Asayə onun mobil nömrəsinə zəng edərək mənzilin giriş qapısının şüşəsinin qırıldığını, mənzilin içərisinin dağınıq olduğunu ona bildirmişdir. O, dərhal məktəbdən çıxaraq evə gəlmiş və mənzildə oğuruq olduğunu aşkar etmişdir. Mənzildən 1 ədəd su filteri, 3 ədəd elektrik tənzimləyici, 1 ədəd çörəkbişirən, 1 ədəd ‘‘Samsung” markalı tozsoran və 1ədəd “Korkmaz” markalı tozsoran, 1 ədəd santexnik ütüsünün oğurlandığı müəyyən olmuşdur. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları oraya gələrək müəyyən sənədləşmələr aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq əməlini Faiq, Aqşin və İlqar adlı şəxslər törətmişlər. Daha sonra dəymiş ziyanın ödənilməsini, onlarla barışmasını qeyd edərək barələrində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır, o, rəsmi olaraq heç bir yerdə işləməsə də, ailəsini dolandırmaq üçün özünə məxsus “Toyota Prius” markalı avtomobil ilə Uber taksi şirkətinə qoşulub taksilik edir. 2022-ci ilin yanvar ayının 07-də saat gecə 03 radələrində Faiq ona zəng edərək boş olub-olmadığını soruşmuş, o isə 28 May metrostansiyası yaxınlığında müştəri apardığını bildirmişdir. O, bir qədər şəhərdə gəzişdikdən sonra Faiq yenə ona zəng edərək onu 8 Noyabr prospektinə çağırmışdır. O, idarə etdiyi avtomobil ilə Neftçilər prospektində hərəkət edib 8 Noyabr prospektinə daxil olmuşdur. O, Faiqin onu çağırdığı yerə çatanda Faiq və adını sonradan bildiyi İlqar adlı şəxsi görmüş, Faiq ona dostlarının yaşadığı kirayə mənzildən köçdüyünü, orada olan müəyyən əşyaların daşınması üçün kömək lazım olduğunu bildirmiş və bunun müqabilində 10 manata razılaşmışlar. Daha sonra isə Faiq ondan 10 manat pul almış, həmin günün səhərisi 20 manat qaytaracağını bildirmişdir. O, avtomobili Faiqin yönləndirdiyi ünvana sürmüş, yorğun olduğu üçün avtomobildə biraz yuxuladıqda Faiq əşyaları avtomobilin yük yerinə, arxa oturacaq hissəsinə və bir ədəd tozsoranı qucağında saxlayıb avtomobilin ön oturacağında oturmuşdur. O, bir qədər avtomobili idarə etdikdən sonra Faiq ona məxsus telefondan tanımadığı bir nəfər şəxsə zəng edib, dostlarının yaşadığı kirayə mənzildən köçdüyünü, köç zamanı evdən çıxan əşyaların müvəqqəti yerləşdirmək lazım olduğunu bildirmişdir. Həmin telefonda danışdığı adam Faiqlə razılaşmış, Faiq isə ona avtomobili Zığ qəsəbəsinə sürməsini təklif etmişdir. O, adını sonradan bildiyi Kamran adlı şəxsin yaşadığı Zığ qəsəbəsinə getmiş, orada Faiq həmin əşyaları boşaltdıqdan sonra, o, Faiq və əvvəllər tanımadığı adını sonradan bildiyi Kamranla sağollaşaraq oradan uzaqlaşmışdır. Həmin günün səhərisi 37-ci PŞ-nin əməkdaşları onu saxlayaraq PŞ-nə dəvət etmiş, həmin polis şöbəsində hadisənin necə baş verdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Əvvəllər münasibətləri yaxşı olsa da, lakin Faiqin həyat yaşayış tərzinə görə münasibətləri soyuqlaşmışdır. 06.01.2022-ci il saat gecə 05 radələrində yaşadığı mənzildə yatan zaman, onun istifadəsində olan 050- ***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş, o telefonu açan zaman zəng edənin Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs1 ona tanışlarının yaşadığı mənzildən köçdüyünü buna görə də, köçən zaman məişət əşyalarını müvəqqəti yerləşdirmək üçün onun yaşadığı mənzilin həyətinə yerləşdirməsini istəmiş, o, Faiqin fikiri ilə razılaşmışdır. Təxminən 1 saat sonra onun yaşadığı evin qarşısına “Toyota Prius” markalı avtomobil gəlmiş, həmin avvtomobildə 3 nəfər şəxs olmuşdur, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1, bir nəfər tanımadığı sürücü və bir nəfər Faiqin yanında tanımadığı şəxs olmuşdur. Onlar 3 ədəd elektron tənzimləyici, 1 ədəd çörəkbişirən mikrodalğa, 2 ədəd tozsoran, 1 ədəd su filteri və 1 ədəd santexnik ütüsünü yaşadığı evin həyətinə yerləşdirmişlər. Həmin əşyaları boşaltdıqdan sonra onlar həmin avtomobilə əyləşərək oradan getmişlər. Həmin günün günorta saat 11 radələrində Təqsirləndirilən şəxs1 “Renault Megane” markalı avtomobil ilə onun yaşadığı evə gələrək məişət əşyalarını götürüb getmişlər. Təqsirləndirilən şəxs1 yerləşdirdiyi əşyaların oğurluq olmasından xəbəri olmamış. Təqsirləndirilən şəxs1 həmin əşyaların tanışlarının əşyası olduğunu bildirmişdir. İş materiallarında olan 08.01.2022-ci il tarixli “maddi sübutun könüllü təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq 1 ədəd “Sintra” markalı su filterini, 1 ədəd tozsoran aparatına məxsus qara rəngli şlanqı, 1 ədəd göy rəngli qutuda olan saxtexnik ütüsünü, 1 ədəd Atilla elektrik tənzimləyicisini, 1 ədəd HİT CH-3000 elektrik tənzimləyicisini və 1 ədəd SON CHN elektrik tənzimləyicisini könüllü təqdim edib bildirdi ki, həmin əşyaları 07.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 7 ünvanından oğurlayıblar, Təqsirləndirilən şəxs1 protokolu imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 18). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2022-ci il tarixli 9/446 saylı rəyinə əsasən 1 ədəd Samsung markalı tozsoranın dəyəri 70 manat, 1 ədəd Korkmaz markalı tozsoranın dəyəri 60 manat, 2 ədəd tozsoranın hava borusunun birinin dəyəri 10 manat, cəmi 20 manat, 1 ədəd Mounlinex markalı çörəkbişirənin dəyəri 200 manat, 1 ədəd Sintra markalı su təmizləyən aparatın dəyəri 500 manat, 1 ədəd ATLLA markalı SVC-10 KVA modelli stabilizatorun dəyəri 250 manat, JONCHN markalı AVR-1500W X1 modelli stabilizatorun dəyəri 50 manat, HİT markalı CH 3000 modelli stabilizatorun dəyəri 70 manat, CANDAN markalı CM-01 modelli plastik borcu yapışdırıcısını (ütü) dəyəri 40 manat, orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1250 manat müəyyən olunur (cild 2, iş vərəqə 108-111). İş materiallarında olan 10.01.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “Samsung” markalı tozsoran, bir ədəd “Korkmaz” markalı tozsoran, iki ədəd tozsoranın hava borusu, bir ədəd ağ rəngli “Moulinex” markalı çörəkbişirən, bir ədəd “Sintra” markalı su təmizləyən aparat, bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli tənzimləyici (stabilizator), bir ədəd “JONCHN” markalı “AVR-1500 W X1” modelli tənzimləyici (stabilizator), bir ədəd “HİT” markalı “CH 3000” modelli tənzimləyici (stabilizator), bir ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boru yapışdırıcı ütü Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs2 həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 206-210). İş materiallarında olan 11.01.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 hadisənin baş verdiyi yerə gələrək bildirmişdir ki, 08 yanvar 2022-ci il tarixdə saat 02 radələrində o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Xətai rayonu 8 Noyabr prospekti 106 ünvanında yerləşən evin qarşısına gələrək həyətə dəmiryol tərəfdən təpəlik yerdə daxil olmuşlar, evin plastik qapısını Faiq bıçaqla açmış, içəri daxil olaraq 2 ədəd tozsoran, 2 ədəd tozsoranın hava borusu, 1 ədəd çörəkbişirən, 1 ədəd su tənzimləyən aparat, 3 ədəd stabilizator, plastik boru yapışdırıcısını (ütü) oğurlayıb Faiqin çağırdığı taksi ilə aparmış, sonradan həmin yerdən çıxıb yaşadığı evə getmişdir. Qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstəmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 211-214). İş materiallarında olan 11.01.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin baş verdiyi yerə gələrək bildirmişdir ki, 08 yanvar 2022-ci il tarixdə saat 02 radələrində o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Xətai rayonu 8 Noyabr prospekti 106 ünvanında yerləşən evin qarşısına gələrək həyətə dəmiryol tərəfdən təpəlik yerdə daxil olmuşlar, evin plastik qapısını Faiq bıçaqla açmış, içəri daxil olaraq 2 ədəd tozsoran, 2 ədəd tozsoranın hava borusu, 1 ədəd çörəkbişirən, 1 ədəd su tənzimləyən aparat, 3 ədəd stabilizator, plastik boru yapışdırıcısını (ütü) oğurlayıb Faiqin çağırdığı taksi ilə aparmış, sonradan həmin yerdən çıxıb yaşadığı evə getmişdir. Qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstəmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 215-218). İş materiallarında olan 11.01.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin baş verdiyi yerə gələrək bildirmişdir ki, 08 yanvar 2022-ci il tarixdə saat 02 radələrində o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Xətai rayonu 8 Noyabr prospekti 106 ünvanında yerləşən evin qarşısına gələrək həyətə dəmiryol tərəfdən təpəlik yerdə daxil olmuşlar, lakin o, evə daxil olmamış, Aqşin və İlqarın oğurladığı 2 ədəd tozsoran, 2 ədəd tozsoranın hava borusu, 1 ədəd çörəkbişirən, 1 ədəd su tənzimləyən aparat, 3 ədəd stabilizator, plastik boru yapışdırıcısını (ütü) özünün çağırdığı taksi ilə aparmış, sonradan həmin yerdən çıxıb yaşadığı evə getmişdir. Qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 219-222). İş materiallarında olan 11.01.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaşadığı evə birlikdə daxil olduqlarını, evin plastik qapısını əvvəlcədən özü ilə gətirdiyi bıçaqla onun açdığını, sonradan onun da evə daxil olub əşyaları oğurladığını üzünə qarşı demişdir (cild 1, iş vərəqə 223-224). İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 29.11.2021-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Anar Xəlilov tərəfindən VAZ 2107 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edildiyi Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsindəki ünvana Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmiş, avtomobilin salonuna baxış keçirilən zaman Zərərçəkmiş şəxs3 maqnitofon və 2 ədəd səsgücləndirici aparatın oğurlandığını bildirmişdir, avtomobilin fotoşəkilləri protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 108-113). İş materiallarında olan 06 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06.02.2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən VAZ2105 markalı ** DA *** dövlət nömrə nişanlı avtomobilin aşkar olunduğu ünvan 9 ünvana Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmişdir. (cild 2, iş vərəqə 73-77). İş materiallarında olan 08.02.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqın gedişində ifadəsində dediklərini hadisə yerində göstərməsi təklif olunmuş, Bundan sonra Təqsirləndirilən şəxs1 göstərməyinə əsasən ünvan 10 ünvanın qarşısına gəlinmişdir. Təqsirləndirilən şəxs1 həmin yerə işarə edib hadisə vaxtı baş verənləri yerində göstərərək bildirmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat təxminən 03 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti üzrə piyada hərəkət edirdi. 8 Noyabr prospektindən Sadıqcan küçəsi istiqamətinə gələn zaman hazırda işarə etdiyi yerdə tünd qəhvəyi rəngli “VAZ 2105” markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobilin saxlanıldığını görmüşdür. Avtomobilə tərəf gəldikdə qabaq sol qapısını əli ilə bərk dartaraq açmışdır. Qapını açdıqdan sonra sükana əyləşib avtomobilin salonunda ehtiyyat açarın olduğunu görmüşdür. Həmin açar vasitəsi ilə avtomobili işə salmış və məhəllədən sürüb çıxmışdır. Bundan sonra Xətai rayonu ərazisində bir neçə yerlərə gedib avtomobili idarə etmişdir. Avtomobili təxminən 4- 5 saat ərzində idarə etmişdir. Artıq yanacaq tükəndiyindən və səhər saatları olduğundan avtomobili qıraq bir yerdə atıb uzaqlaşmaq qərarına gəlmişdir. Daha sonra onun göstərməyinə əsasən ünvan 3 ünvanın qarşısına gəlindi. Təqsirləndirilən şəxs1 həmin yerə işarə edib avtomobili oraya sürüb saxlayaraq uzaqlaşdığını bildirmişdir. Qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 102-105). İş materiallarında olan 07 mart 2022-ci il tarixli qərardan görünür ki, bir ədəd “Samsung” markalı tozsoran, bir ədəd “Korkmaz” markalı tozsoran, iki ədəd tozsoranın hava borusu, bir ədəd ağ rəngli “Moulinex” markalı çörəkbişirən, bir ədəd “Sintra” markalı su təmizləyən aparat, bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli tənzimləyici (stabilizator), bir ədəd “JONCHN” markalı “AVR-1500 W X1” modelli tənzimləyici (stabilizator), bir ədəd “HİT” markalı “CH 3000” modelli tənzimləyici (stabilizator), bir ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boru yapışdırıcı ütü maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 08 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 36-67). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 187-192). İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 08 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 69-70). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 193-198). İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi 08 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 53-54). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 200-205). İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22.02.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 02.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərarı ilə 02 ay 10 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18.07.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir (cild 2, iş vərəqə 5-8). İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.03.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən olunmaqla cəzası şərti olaraq tətbiq edilmişdir. 25.12.2020-ci il tarixdə sınaq müddəti başa çatdığından icra şöbəsinin qeydiyyatından çıxarılmışdır.Məhkumluğu ödənilmişdir. (cild 2, iş vərəqə 127- 129). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.03.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən məlum olur ki, təqsirləndirilən şəxslərlə barışmışlar, onlara qarşı şikayəti və tələbi yoxdur, cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 515692 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 04.04.2020-ci il təvəllüdlü X2 adlı azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri özünü müdafiə xarakteri daşıyır. Belə ki, onların ifadələri məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs3 səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin istintaqda və məhkəmə baxışında verdikləri ifadələri, ifadənin yerində yoxlanması haqqında protokolları ilə tam təkzib olunmuşdur. İfadənin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 gülərək hadisənin necə baş verdiyini təsvir edir, buna görə də onun həmin vaxt təzyiq altında olmasını bildirməsi inandırıcı deyil. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs3 səmimi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs1 əməlinin cinayətlərin residivini yaratması müəyyən edildi. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək residiv nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs1 üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2022-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 04 (dörd) ay 16 (on altı) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini,onun əvvəlrdə iki dəfə oğuruq cinayəti törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, buna görə də təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2022-ci il tarixli 1(003)-106/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmış bir ədəd “Samsung” markalı tozsoran, bir ədəd “Korkmaz” markalı tozsoran, iki ədəd tozsoranın hava borusu, bir ədəd ağ rəngli “Moulinex” markalı çörəkbişirən, bir ədəd “Sintra” markalı su təmizləyən aparat, bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli tənzimləyici (stabilizator), bir ədəd “JONCHN” markalı “AVR-1500 W X1” modelli tənzimləyici (stabilizator), bir ədəd “HİT” markalı “CH 3000” modelli tənzimləyici (stabilizator), bir ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boru yapışdırıcı ütü hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 16.66 (on altı manat altmış altı qəpik) manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 04 (dörd) ay 16 (on altı) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 09 (doqquz) ay 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2022-ci il tarixli 1(003)-106/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmış bir ədəd “Samsung” markalı tozsoran, bir ədəd “Korkmaz” markalı tozsoran, iki ədəd tozsoranın hava borusu, bir ədəd ağ rəngli “Moulinex” markalı çörəkbişirən, bir ədəd “Sintra” markalı su təmizləyən aparat, bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli tənzimləyici (stabilizator), bir ədəd “JONCHN” markalı “AVR-1500 W X1” modelli tənzimləyici (stabilizator), bir ədəd “HİT” markalı “CH 3000” modelli tənzimləyici (stabilizator), bir ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boru yapışdırıcı ütü hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 16.66 (on altı manat altmış altı qəpik) manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar