Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-213/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Xolqarabucaq kəndində qeydiyyatda olan, ünvan 1 A ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 mənzil 34 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, bina 26 nömrəli binanın 34 saylı mənzilində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq 50 manatlıq “Topaz” mərc oyunu qəbzi müqabilində, bir ədəd gümüşü rəngli kağız bükümdə, şəxsi istellak miqdarından artıq miqdarda-0,072 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək əynindəki şalvarının cibində saxlamaqla, daşımış və həmin gün saat 16:30 radələrində Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 26 saylı binanın arxasında saxlanılıb Xətai rayonu A.Ələsgərov küçəsi 6 saylı ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərinə keçirilən şəxsi-axtarış zaman, əynindəki göy rəngli şalvarının arxa sol cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşıyaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan Anar adlı şəxsdən naməlum tarixdə, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi ərazisində olan “Nazlı” şadlıq sarayının yaxınlığında 30 manata bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,575 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək əynindəki şalvarının cibində saxlamaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 26 nömrəli binanın 34 saylı mənzilinə daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 16:15-də qeyd edilən ünvanda həmin narkotik vasitənin 0,272 qramını 50 manatlıq “Topaz” mərc oyunu qəbzi müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, həmin gün saat 19:00 radələrində Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı binanın qarşısında saxlanılıb Xətai rayonu A.Ələsgərov küçəsi 6 saylı ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş satış məqsədilə ilə saxladığı qalan 0,303 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Amin adlı şəxsi təqribən bir ilə yaxın müddətdir ki, tanıyır və onunla hansı şəraitdə tanış olmağını xatırlamır. O, Amin adlı şəxsi tanısa da onunla yaxından münasibəti olmamışdır. Amin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 mənzil 34-də yaşayır. O, Amindən əvvəllər bir neçə dəfə narkotik vasitə almış və istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə istifadə etmək üçün ona narkotik vasitə lazım olmuş, buna görədə də o, Amində narkotik vasitə olmasını fikirləşib onun xatırlamadığı mobil telefonuna zəng etmişdir. Telefonda o, Amindən narkotik vasitə verməsini xahiş etmiş, Amin də ona narkotik vasitə verəcəyini, lakin həmin günü 20 manat topaz mərc oyunu qəbzini gətirməsini demişdir. Amin ilə o, razılaşmış və xatırlamadığı yerdə olan topaz mərc oyunu olan yerə daxil olmuşdur. Həmin yerdə 20 manat pul müqabilində topaz mərc oyununa kupon yazmış, həmin qəbzi götürüb Aminin yaşadığı mənzilə gəlmiş və onunla görüşmüşdür. O, Aminə qəbzi verib ondan bir büküm narkotik vasitə almışdır. Narkotik vasitəni özü istifadə etmək üçün almışdır. Narkotik vasitə kakos kimi bildiyi maddəni o, Amindən alıb onun yaşadığı mənzildən çıxmışdır. Həmin günü narkotik vasitəni istifadə etmiş və qutarmışdır. xx xxxxxx 2020-ci il tarixdə ona yenidən narkotik vasitə lazım olmuş və Aminə zəng etmişdir. O, Amindən yenə də narkotik vasitə istəmiş, Amin ona yenə də topaz mərc oyununda kupon yazıb qəbzini gətirməsini istəmiş, lakin bu dəfə 50 manat pul müqabilində qəbz gətirməsini istəmişdir. O, Amin ilə razılşamış və birinci dəfə getdiyi topaz mərc oyunu oynanılan yerə daxil olmuşdur. Orada 50 manat pul müqabilində kupon yazaraq qəbzi götürüb Aminin yaşadığı mənzilə gəlmişdir. Evdə o, Amin ilə görüşüb qəbzi ona vermiş və ondan bir büküm kakos kimi bildiyi narkotik vasitəni almışdır. O, Aminin yaşadığı mənzilin yerləşdiyi binadan çıxıb bir qədər getdikdən sonra saat təxminən saat 16:30 radələrində tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyərək onlarla birlikdə Xətai RPİ-nin 36-cı polis bölməsinə gəlmişdir. Polis bölməsində ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirilmişlər və xidməti otaqların birinə vəkil dəvət etmişlər. Sonra hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra isə onun üzərinə videoçəkiliş və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərində qanunla qadağan olunmuş əşya və predment olması barədə sual vermişlər. O, üzərində olan bir ədəd bükümdə narkotik vasitə kakos kimi bildiyi maddəni şalvarının arxa sol cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin maddənin nə və hansı yolla əldə etməyi barədə ona sual vermişlər. O, polis əməkdaşlarına həmin maddənin kakos kimi bildiyi narkotik vasitə olmasını və Amin adlı şəxsdən almağını demişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokola və zərfə baxışda iştirak edən şəxslər və o, özü imza etmişdir. Polis əməkdaşları tərəfindən o, saxlanılan zaman ona qarşı hər hansı fiziki təsir göstərilməmişdir. Əməlindən peşman olduğunu, ilk dəfə məhkum olunduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 20 ilə yaxındır ki, kakos kimi tanıdığı narkotik vasitədən istifadə edir. O, narkotik vasitəni tanımadığı şəxslərdən müxtəlif yerlərdə pulla almışdır. Belə ki, əlverişli şərait olduqda tanımadığı şəxslərə pul ödəmiş və onlar da qarşılığında narkotik vasitə vermişlər. O, narkotik vasitəni aldığı şəxsdən kimliyi barədə heç nə soruşmamışdır. O, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində «Nazlı» şadlıq sarayının yaxınlığında olarkən, həmin yerin yaxınlığında yaşayan dəqiq ünvanını bilmədiyi Anar adlı şəxs ilə görüşmüş və həmin vaxt Anardan o, 30 manat pul müqabilində narkotik vasitə almışdır. Anardan o, əvvəllərdə narkotik vasitə almışdır. Anar bir ədəd selefon bükümdə kakos kimi bildiyi narkotik vasitə vermiş və sonuncudan narkotik vasitə aldıqdan öz yaşadığı mənzilə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman Kamran adlı tanıdığı şəxs xatırlamadığı nömrəli telefonu ilə onun istifadəsində olan telefonuna zəng edərək narkotik vasitə lazım olmasını bildirmişdir. Kamrana “topaz” mərc oyununa 20 manat pul qoymasını və qəbzi gətirdikdən sonra narkotik vasitə verəcəyini demişdir. Kamran adlı şəxs də dediyini edib həmin günü yaşadığı mənzilə gəlmişdir. Həmin günü əldə etdiyi narkotik vasitənin bir qisimini o, Kamrana vermiş və Kamrandan topaz mərc oyununun qəbzini almışdır. Bundan sonra Kamran yaşadığı evdən çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə Kamran yenidən zəng edərək bir gün əvvəl aldığı narkotik vasitəni istifadə etməsini və yenə də narkotik vasitə lazım olmasını demişdir. Yenə də Kamrana topaz mərc oyununa 50 manat pul qoymasını və qəbzini gətirməsini bildirmiş, Kamran da razılaşmışdır. Həmin günü Kamran yaşadığı mənzilə gəlmiş və ona narkotik vasitə verib qəbzi almışdır. Bununla da o, Kamrana ümumilikdə iki büküm narkotik vasitə vermişdir. Anar adlı şəxsdən aldığı narkotik vasitədən özü istifadə etmiş və iki bükümünü Kamran adlı şəxsə topaz oyun qəbzləri müqabilində vermişdir. Qalan narkotik vasitəni isə o, üzərində gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində o, yaşadığı mənzildən çölə çıxaraq evin yaxınlığında olarkən, həmin vaxt tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş və o, polis əməkdaşlarına etiraz etməyərək Xətai RPİ-nin 36-cı polis bölməsinə gəlmişdir. Polis bölməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və xidməti otaqların birinə vəkil dəvət etmişlər. Sonra hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra isə üzərinə videoçəkiliş və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və predment olması barədə sual verilmişdir. Bu zaman o, üzərində olan bir ədəd bükümdə olan narkotik vasitə kakos kimi bildiyi maddəni şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin maddənin nə və hansı yolla əldə etməyi barədə sual vermişlər. Polis əməkdaşlarına o, həmin maddənin kakos kimi bildiyi narkotik vasitə olmasını və 8-ci km qəsəbəsinin ərazisində Anar adlı şəxsdən almasını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokola və zərfə baxışda iştirak edən şəxslər və o, özü imza etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki təsir göstərilməmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri XətaiRPİ-nin36cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Neftçala rayon sakini Kamran adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq üzərində daşıyıb saxlaması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Kamran adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə o, polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Neftçala rayon sakini Kamran adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, əməliyyat qrupu yaradılmış, həmin qrupda o, Xətai RPİ-nin 36-cı polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Xətai RPİ-nin 36-cı polis bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid3 təyin olunmuşdur. Daha sonra, Kamran adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 26 saylı ünvanda yerləşən binaya getmişdir. Saat təxminən 16:30 radələrində qeyd etdiyi ünvana çatdıqda binanın arxa tərəfinə keçdikdə Kamran adlı şəxsi orada görüb saxlayaraq sonuncuya özlərini təqdim edib onu polis bölməsinə gətirmişdir. Polis bölməsində həmin şəxsin Neftçala rayonunda anadan olmuş və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Bu barədə o, dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra, xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının arxa sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddəni təqdim edərək bildirmişdir ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və Kamran həmin narkotik vasitəni həmin günü, yəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 26 saylı evin 34 nömrəli mənzilində 50 manatlıq “TopAz” kponu qarşılığında Amin adlı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə kağız zərfə qoyulub ağzı möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən hal şahidləri, Kaman Bağırov özü, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri XətaiRPİ-nin 36-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı X4 və Bakı şəhəri XətaiRPİ-nin 36-cı Polis Bölməsinin polis sahə imspektoru vəzifəsində işləyən, polis leytenantı Şahid3 məhkəmə iclasında özlərindən əvvəl şahid qismində ifadə vermiş Bakı şəhəri XətaiRPİ-nin 36-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri XətaiRPİ-nin 36-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid4 ifadə verərək göstərmişdir ki,xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər sakini Amin adlı şəxsin narkotik vasitələrin qəbulu, qanunsuz olaraq üzərində daşıyıb saxlaması və satması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Amin adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə o, polis bölməsinin rəisinə raportla məruzə etmşdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Bakı şəhər sakini Amin adlı şəxsin qanunsuz olaraq narkotik vasitə satmasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupda o, Xətai RPİ-nin 36-cı polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 və Xətai RPİ-nin 36-cı polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 təyin olunmuşdur. Bundan sonra Amin adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün polis əməkdaşları Şahid6 və Şahid5 ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 26 saylı ünvana getmişdir. Saat təxminən 19:00 radələrində qeyd etdiyi ünvanın qarşısında Amin adlı şəxsi görüb saxlayaraq Aminə özlərini təqdim edib onu polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu Zığ yolu küçəsi ev 26 mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur. Bu barədə o, dərhal raport yazıb bölmə rəisinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti tərəfindən videoçəkiliş ilə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarının arxa sağ yan cibindən bir ədəd siqaretin siqaretin gümüşü kağızma bükülmüş bir ədəd bükülünü içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddəni və və iki ədəd “Topaz” qəbzlərini təqdim edərək bildirmişdir ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və Amin həmin narkotik vasitəni həmin günü, yəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu 8-ci km qəsəbəsində yerləşən “Nazlı şadlıq sarayının yaxınlığında Anar adlı şəxsdən 30 manat müqabilində almasını, xx xxxxxx 2020-ci il tarixdə 20 manatlıq “Topaz” qəbzini və xx xxxxxx 2020-ci il tarixdə 50 manatlıq “Topaz” qəbzlərinin müqabilində dostu Təqsirləndirilən şəxs2 narkotik vasitə verməsini bildirmişdir. Həmin narkotik vasitənin qalan bir qismini isə şalvarının cibinə qoymuşdur. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə kağız zərfə qoyulub ağzı möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən hal şahidləri, Təqsirləndirilən şəxs1 özü, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Bundan sonra Amir Çərkəzovla birlikdə onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 26 nömrəli evin 34-cü mənzilinə baxış keçirmək getmişlər. Mənzilə çatıdqda iki nəfər hal şahidi dəvət olunmuşdur. Sonra hal şahidlərinin və iştirakçıların iştirakı ilə mənzilə baxış keçirlməyə başlanılmışdır. Mənzilin qonaq otağında masanın üzərində bir ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Bundan başqa mənzildən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həmin elektron tərəzinin kimə məxsus olması barədə sual verilmiş, sonuncu da həmin tərəzinin özünə məxsus olmasını və tərəzi ilə narkotik vasitəni çəkən zaman istifadə etməsini demişdir. Mənzilə baxış zamanı fotoşəkillər çəkilmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adların yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən hər hansı bir şəxs tərəfindən ona fiziki, psixiki təsir və təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri XətaiRPİ-nin36-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid6 və Bakı şəhəri XətaiRPİ-nin36-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid5 məhkəmə iclasında özlərindən əvvəl şahid qismində ifadə vermiş Bakı şəhəri XətaiRPİ-nin 36-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişdirlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Amin yaşadığı mənzilin yerləşdiyi binada yaşamaqla qonşudur. Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş və azadlığa yeni çıxmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə aludəçisidir, Amin yaşadığı evə tanımadığı şəxslər gəlmiş və bundan narahat olmuşdur. Həmin şəxsləri görən zaman onların Amindən narkotik vasitə almasını fikirləşmiş və bundan şübhələnmişdir. Buna görədə o, xx xxxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt onu polis bölməsinə dəvət etmişlər ki, bu barədə ərizə ilə müraciət etsin, lakin o, bundan imtina etmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21:30 radələrində o, yaşadığı evdə olmuş, həmin vaxt yaşadığı evin qapısı döyülmüş və qapını açdıqda o, bir neçə nəfər şəxs görmüşdür. Həmin şəxslər Xətai RPİ-nin 36-cı polis bölməsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları yaşadığı binada olan Aminin yaşadığı 34 nömrəli mənzilə baxış keçiriləcəyini deyib həmin baxış zamanı hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, heç bir etiraz etməmiş və razılşamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin mənzilə getmişdir. Həmin mənzildə Aminin yaşamasını bilsədə evin dəqiq ona və yaxud başqa şəxsə məxsus olmasını bilməmişdir. Başqa tanımadığı bir nəfər şəxs də hal şahidi kimi gəlmiş və Amin özüdə orada olmuşdur. Sonra onlar hamısı birlikdə həmin məzilə daxil olmuş, həmin baxışda hal şahidi kimi iştirak etdiklərinə görə onlara hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı mənzilin qonaq otağında masanın üzərindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa mənzildən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Həmin vaxt baxışda iştirak edən polis əməkdaşları həmin mənzildə yaşayan Amin adlı şəxsə həmin elektron tərəzinin kimə məxsus olması barədə sual vermiş, Amin də həmin tərəzinin özünə məxsus olmasını və tərəzi ilə narkotik vasitəni çəkən zaman istifadə etməsini bildirmişdir. Mənzilə baxış zamanı fotoşəkillər çəkilmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğunu baxışda iştirak edən şəxslər, həmçinində özü imza etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o da məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 141-142-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli müvəqqəti saxlama yerindən azad etməklə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 137-140-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-72/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2404 saylı ekspert rəyindən görünür ki, tədqqiata təqdim edilmiş üzərində “2 Saxlanılan şəxs (imza) Bağırov.K.V...” qeydləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,272 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,272 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq -0,222 qr. təşkil edir. Cinayət işinin 1-ci cildinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2405 saylı ekspert rəyindən görünür ki, tədqqiata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1...” qeydləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 0,303 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş iki ədəd zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Ekspertizaya təqdimetmə zamanı: Heroinin təmiz çəkisi – 0,303 qr., tədqiqata sərf edilmişdir – 0,05 qr., qalıq – 0,253 qr. təşkil edir. Cinayət işinin 2-ci cildinin 2-3-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 2020 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “ Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd elektron tərəzi” yazısı olan zərfdəki, 1 (bir) ədəd arxa tərəfində “100g/0,01q QC. PASS” yazısı olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan -heroinin izləri vardır. Cinayət işinin 2-ci cildinin 16-28-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram çəkidə narkotik vasitə heroin, cinayət iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qorunub saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,253 qram çəkidə narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi cinayət iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qorunub saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri Xətai RPİnin 36-cı PB-nin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş sözündə videogörüntüləri əks etdirən 02 (iki) ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 157-158-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 457 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 4-5-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxx 2020-ci il tarixli, 1140 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 13-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X3 Məhkəmə Psixatrik Ekspertizasının xx xxxx 2020ci il tarixli, 1018 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs1 şəxsiyyətin emosional davamsız pozuntusu müəyyən olunur. Bunu anamnestik məlumatlar (yeniyetmə dövründən, əsəbi, hövsələsiz olması, əsəbi gərginliklər zamanı kəsmələr özünə xəsarətlər yetirməsi, şəxsiyyət pozuntusu ilə əlaqədar müalicələrdə olması, hazırki müayinə zamanı aşkar olunan emosional qeyri-sabitliyi, əhvalı-ruhiyyəsinin dəyişkənliyi, əsəbiliyi və s.) sübut edir. Cinayət işi materiallarının tədqiqi və hazırki müayinənin nəticələrinin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Cinayət işinin materiallarından və hal hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi faıiyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 165-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 166-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1: 1) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə təyin edilərək ruhi xəstəxanaya göndərilmişdir; 2) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxx 2002-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2003-cü il tarixli Amnistiya qərarının 6.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir; 3) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 348, 384, 477, 950.2-ci maddələrinə əsasən ümumi tipli psixi stasionarda məcburi müalicə təyin olunmuşdur; barəsində tibbi xarakterli məcburi müalicə təyin edilərək ruhi xəstəxanaya göndərilmişdir; 4) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş, barəsində tibbi xarakterli məcburi müalicə təyin edilmişdir; 5) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 02 (iki) ay 05 (beş) gün vaxtından əvvəl şərti azad edilmişdir; 6) X8 Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 220-230-cu vərəqələrində olan X8 Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 1(089)-304/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxx 2013-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlaması, daşıması və Təqsirləndirilən şəxs1satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlaması və daşıyaraq satması cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, cavan olduğunu, ilk dəfə məhkum olundğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Xətai RPİnin MSY-dən həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardıqdan sonra bir il keçməmiş yenidən az ağır cinayət törətmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020ci il tarixində şübhəli şəxs kimi saxlanılmış, xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə ambulator X1nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalarını, həmçinin onların ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını məqsədə müvafiq sayır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai RPİ-nin saxlancında saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram, 0,253 qram çəkidə narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidirlər. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 297,52 AZN (iki yüz doxsan yeddi manat əlli iki qəpik) müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdırlar. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən,Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı, onun faktiki saxlanıldığı vaxtdan, yəni xx xxxxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Xətai RPİ-nin saxlancında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram, 0,253 qram çəkidə narkotik vasitə heroinlər və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 297,52 AZN (iki yüz doxsan yeddi manat əlli iki qəpik) müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-213/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-213/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver