Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-214/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (Radık Nabıevin) iştirakları ilə, xx.xx.1986-cı ildə Gürcüstan Respublikası Bolinisi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Radık Nabıevin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (Radık Nabıev) yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2021-ci il tarixdə saat 23 radələrində Şahid2 məxsus ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 20 saylı mənzilin eyvanından qanunsuz olaraq mənzilə daxil olub yataq otağında saxlanc yeri hesab olunan dolabda yerləşən qara rəngli pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollarını və 470 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 3870 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (Radık Nabıev) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə tanışlarından təxminən 2000 manata yaxın borca pul almış, borc aldığı şəxslər ondan pullarını tələb etmiş, maddi vəziyyəti çətin olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 22 radələrində Xətai rayonu Əhmədli qəsəbəsi Sarayevo küçəsi ilə piyada gedən zaman yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görmüş, mənzildə yaşayış olmadığını düşünmüşdür. Oradan uzaqlaşıb evə getmiş, saat təxminən 23 radələrində oğurluq etmək məqsədi ilə həmin binanın qarşısına gəlmiş, yenə də həmin mənzildə işıqların yanmadığını görmüşdür. Tez mənzilin blokundan 3-cü mərtəbəyə qalxıb blokun pəncərəsindən binanın 2-ci mərtəbəsində olan mənzilin pəncərənin üstündəki günlüyün üstünə çıxaraq oradan da 3cü mərtəbənin eyvanına keçmiş, eyvanın qapısı açıq olduğundan mənzilin otağına daxil olmuş, tez mənzilin yataq otağına keçib otaqda olan şkafın içərisini axtarmış, şkafda olan pal-paltarları yerə töküb pul axtarmış, həmin otaqda heç bir pul və qiymətli əşya tapmamış, bundan sonra digər otağa keçib otaqda döşəmənin üstündə olan siyirməni açmış, orada dəri materialdan olan qara rəngli pul qabı tapmış, pul qabına baxan zaman pul qabının içərisində ABŞ dolları və milli pulların olduğunu görmüşdür. Həmin pulları, pul qabının içərisindən götürüb pul qabını orada saxlamış, oğurluğa girdiyi yerdən çıxıb yaşadığı binanın yanına gəlmişdir. Oğurladığı pulları sayan zaman 2000 ABŞ dolları və 470 manat milli pul olmasını görmüşdür. Həmin milli pullardan 1 ədəd 200-lük əskinaz, 1 ədəd 100-lük əskinaz, 1 ədəd 50 manat, 10 ədəd 10 manatlıq əskinaz və 1 ədəd 20 manat pul əskinazları olmuşdur. Həmin oğurladığı pulları cibinə qoyub evə getmiş və evdə arvadına bu barədə heç nə deməmişdir. Səhər açılan kimi şəhərdə pullarla özünə pal-paltar almış və digər ehtiyaclarına xərcləmişdir. xx xxxxxx 2021-ci il tarixdə Xətai RPİnin 34-cü PŞ-nin əməkdaşları onu tutub polis şöbəsinə gətirmiş, o, törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmiş və oğurluğa girdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Oğurladığı 2000 ABŞ dollarından 1000 ABŞ dollarını öz ehtiyaclarına sərf etsə də, 1000 ABŞ dollarını əynində olan gödəkçəsinin cibində gizlətmiş, şübhəli şəxs qismində X1 zaman əynində olan gödəkçənin cibində 1000 ABŞ dollarını gizlətməyini oranın polis əməkdaşlarına demiş və polis əməkdaşları həmin 1000 ABŞ dollarını ondan götürmüşlər. Həmin 1000 ABŞ dolları oğurladığı 2000 ABŞ dollarından qalmış 1000 ABŞ dolları olmuşdur. Həmin 1000 ABŞ dolları pul zərərçəkmiş şəxsə qaytarılmış, xərclədiyi pulları isə qohum və tanışlarından alaraq zərərçəkənə qaytarmışdır. Əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkən şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışdığını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılsa da, məhkəmənin baxış iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4kdə yaşayır. 2018-ci il tarixdə ailə həyatı qurmuş və hazırda 2 azyaşlı uşaqları var. Ailədə bir qardaş, bir bacıdırlar. Bacısı subaydır. Atası Telnov küçəsində özü tək yaşayır. Anası, bacısı və onun ailəsi Sarayevo küçəsi 18 ünvanında iki otaqda yaşayırlar. 2015-ci il tarixdə Sarayevo küçəsi 34 saylı evin 20 saylı mənzilini o, anası və bacısı işləyib biryerdə pul toplayaraq almışlar. Mənzil anasının adınadır. Mənzil 3 otaqlıdır, təmirlidir və içərisində əşyalar var. Mənzildə yaşamaq üçün hər cür şərait var. Buna baxmayaraq həmin mənzildə heç kim yaşamır. O, hər gün həmin mənzilə gedib gəlir və baxış keçirir. Özü taksi sürücüsüdür və 3 il olar ki, işləyib qazandığı pulları yığmışdır ki, gələcəkdə özünə sərf etsin. İşləyib yığdığı pul 2000 ABŞ dolları və 470 manat olmuşdur. Həmin pulları Sarayevo küçəsi 34 saylı ünvandakı mənzillərində yataq otağında şkafın içərisində olan siyirmənin içərisindəki qara rəngli, dəri materialdan olan pul qabının içərisində saxlamışdır. Axırıncı dəfə xx xxxxxx 2021-ci il tarixdə saat 12 radələrində evə gəlib baxış keçirdən zaman yataq otağında olan şkafın qapısının açıq olduğunu, içərisində olan paltarların yerə töküldüyünü, görmüş, bu şübhə doğurmuş, tez otağa daxil olub otaqda olan servantın qapısının açıq olmasını, ona məxsus pul qabının yerdə döşəmənin üzərində olduğunu görmüşdür. Pul qabının içərisinə baxış keçirən zaman ona məxsus 2000 ABŞ dolları və 470 manat pulun, pul qabının içərisində olmadığını, oğurlandığını görmüşdür. Dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və o, oğurluq barədə ərizə yazmışdır. Oğurlanmış pulların hamısı ona məxsusdur. Mənzilə baxış keçirən zaman mənzilin eyvanında olan gül dibçəklərinin yerləri dəyişdirilmiş olmuş, yəni güllər pəncərənin üstündən götürülürək yerə qoyulmuşdur. Ona elə gəlir ki, mənzilə oğurluq həmin eyvandan edilmişdir. Çünki eyvanda olan gül dibçəklərinin bəzilərinin yerləri dəyişdirilərək kənara qoyulmuşdur. Mənzilin qapısı, pəncərəsi sındırılmamışdır. Həmin mənzildə yaşamırlar, o, hərdən bir mənzilə gedib baxış keçirir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahidlər Şahid1 və Şahid2 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrində onlar Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 23); şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində tutulmuşdur (i.v. 39); ifadənin yerində yoxlanması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) istintaqda verdiyi ifadəsini təsdiq edərək Sarayevo küçəsi 34 saylı ünvandakı mənzildən 2000 ABŞ dolları və 470 manat pul oğurladığını təsdiq edərək hadisə yerini göstərmişdir (i.v. 47); maddi sübutun götürülməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq Xətai RPİ-nin MST-də saxlanılan Təqsirləndirilən şəxs (Radık Nabıevin) üzərinə baxış keçirilən zaman onun əynində olan gödəkçəsinin sol iç cibindən 1000 ABŞ dolları pul aşkar edilərək zərərçəkmiş şəxsə ödənilməsi üçün götürülmüşdür (i.v. 64); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 65); qətimkan tədbirini seçmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 73); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) həmin tarixdə şübhəli şəxs qismində saxlanıldığı MSY-dən azad edilmişdir (i.v. 75); maddi sübutun təhvil verilməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) tərəfindən Zərərçəkmiş şəxs 1000 ABŞ dolları pul ödənilmiş, həmin pul zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v. 77); iş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 2000 ABŞ dolları və 470 manat pul aldığını, onun şikayət və tələbinin olmadığını bildirmişdir (i.v. 78); Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ-nin İŞ-nə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) tərəfindən ona dəymiş ziyan təqsirləndirilən şəxsin qohumları tərəfindən ona tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs (Radık Nabıevə) qarşı heç bir şikayət və tələb yoxdur (i.v. 79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdrarəsinin xx.xx.2021-ci il tarixli, 011-424-1221 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında yaşayan Şahid2 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2021-ci il tarixdı KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir (i.v. 83); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2021-ci il tarixli cavabından görünür ki, X2 Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 04 (dörd) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 04 (dörd) il 10 (on) ay 3 (üç) gün sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir (i.v. 87-88); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/224 nömrəli, x xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, təqdim edilmiş 2,3,4,5 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs (Radık Nabıevin) daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaqlarından qalmamışdır (i.v. 89-96); Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 1(007)-361/09 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib əmlakı müsadirə edilməməklə 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlama müddəti nəzərə alınaraq ona qəti olaraq əmlakı müsadirə edilməməklə 2 (iki) il 10 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəza Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 5 (beş) il sınaq müddəti ilə şərti hesab edilmişdir (i.v. 100-105); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/86 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən silindrik mexanizm səthində və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə həmin silindrik mexanizmin ştat açarına uyğunlaşdırılmış açarla, o cümlədən hər hansı bir kənar predmetlə iz qoymadan açılması mümkündür (i.v. 106-108); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (Radık Nabıevə) Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs (Radık Nabıevin) ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahidlər, Şahid1, Şahid2 və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs (Radık Nabıevin) üzərinə baxış keçirilən zaman götürülmüş 1000 ABŞ dolları pul maddi sübut qismində tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs (Radık Nabıevin) məhkumluğu ödənilmiş hesab edilmişdir (i.v. 111-115); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs (Radık Nabıevə) qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs (Radık Nabıev) tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs (Radık Nabıevin) törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52.2.6-cı maddəsinə əsasən himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir: 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs (Radık Nabıevin) himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4.), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs (Radık Nabıevin) əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs (Radık Nabıevin) əvvəllər iki dəfə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Radık Nabıevə) cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs (Radık Nabıevin) əvəllər cinayət törətməsini, iki dəfə məhkum edilməsini, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs (Radık Nabıevin) himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan iki uşağı olduğundan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü ona şamil edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs (Radık Nabıev) Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halar, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 1000 ABŞ dolları pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (Radık Nabıev)nun (Radık Nabıevin) Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs (Radık Nabıev) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (Radık Nabıevin) xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (Radık Nabıev) barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs (Radık Nabıev) barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 226,11 (iki yüz iyirmi altı, on bir) manat Təqsirləndirilən şəxs (Radık Nabıevdən) tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut - 1000 ABŞ dolları pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-214/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-214/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver