Məhkəmə qərarları › İş №1(011)-214/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-214/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-214/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X12, onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs X4, onun müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 may 2001-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Vətən müharibəsi iştirakçısı, Salyan rayonu, Boranıkənd kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X23 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X23 xx.xx.1982-ci il tarixdə anadan olmudur. Azərbaycan Tibb Universitetindən məzun olmuş, Kanadanın "Makmaster" Universitetində rezidentura təhsili almışdır. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət etmiş və ehtiyatda olan tibb xidməti kapitanıdır. Eyni zamanda, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları həyata keçirərək insanlara sevinc baxş etmişdir. Hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən Kəpəz Hospitalda ("xxxx" MMCdə) göz həkimi vəzifəsində işləyir. Sosial internet şəbəkələrində və teleradio kanallarında o - "X33" kimi tanınmışdır. X8 və X9 Azər Kərimov barəsində "Gülşən Adışirinovanın sol gözünün düzgün əməliyyat olunmaması nəticəsində sol gözünün görməməsi" barədə Nəsimi Rayon Prokuroruna etdikləri şikayətlər əsasında Nəsimi rayon prokurorunun köməkçisi A.Ramazanlı tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 26 fevral 2024-cü il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda, AR SN "Məhkəmə Tibbi Ekspertiza və X21" PHŞ 652/KEŞ nömrəli xx.xx.2023-cü-xx.xx.2023-cü il tarixləri arasında aparılmış G.A.Adışirinovanın məhkəmə-tibbi ekspertizası üzrə ekspert rəyinə əsasən Gülşən Adışirinovanın aparılmış müayinələri təyin olunmuş diaqnoza uyğun olmuşdur və G.Adışirinovaya cərrahiyyə əməliyyatından sonra aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Həmçinin, Komisyon Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-69 saylı rəyində qeyd olunmuşdur ki, Gülşən Adışirinovanın sol gözünün görməsinin aşağı olmasının səbəbi isə buynuz qişanın ditrofivasının olmasıdır, qeyd olunan patologiyanın aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi istisna edilir. Bundan başqa X8 özünün Nəsimi Rayon Prokurorluğuna təqdim etdiyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyindən də onun G.A.Adışirinovanın həkimi olaraq onun sol gözü ilə əlaqədar düzgün cərrahiyyə əməliyyatı, müayinə və müalicə apardığı görünür. Beləliklə, X8 göz həkimi kimi onun təqsirsiz olduğu və Adışirinovların onun barəsində etdikləri şikayətlərin əsassız olduğu hüquqi baxımdan da sübut olunmuşdur. "xxxx" MMC-nin (X35.az) instaqram səhifəsində aşağıdakıları əks etdirən video yazı yayılmışdır və hal-hazırda da yayılır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar -videolar va yeni kommentlər - Baku fakt az instagram). Həmin video yazı birinci dəfə 28 dekabr 2023-cü il tarixdən etibarən "xxxx" MMC-nin (X35.az) instaqram səhifəsində yayılmaya başlayır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram yayılması 28 dekabr 2023). Sözügedan video yazıda əvvəldən axıradək ekranda "Növbəti həkim səhlənkarlığı" yazısı qeyd olunur. Həmin video yazıdan görünür ki, L.Adışirinov, F.Adışirinov va G.Adışirinova "Kəpəz Hospital" Klinikasına zorla daxil olaraq Klinikada hay-küy salırlar. X13 ona qarğış edirək belə deyir: "(Azər Kərimov) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, nə edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi." Bu zaman onun ekranda şəkli görüntülənir. Həmin video yazının sonrakı hissəsində X10 belə deyir. "Doktor bizə rüşvət verib, pul verib." Daha sonra X14 belə deyir: "Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq." "TV8" internet kanalında "Kopaz Hospitala basqın" adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlar Tv 8 İİİ video) yayılır. Həmin video yazı ilk dəfə 30 dekabr 2023-cü il tarixdən etibarən "TV8" internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 İİİ videonun vavılması 30 dekabr 2023). Qeyd olunan video yazıdan görünür ki, L.Adışirinov, F.Adişirinov va G.Adışirinova "Kapaz Hospital" Klinikasına gələrək Klinikada hay-küy salırlar. Həmin video yazının əvvəlində X10 belə deyir: "Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib". Sözügedən video yazının davamında X15 ona qarğış edirək belə deyir: "(Azər Kərimov) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, elamisən, de ki, ne edək səhv etmişəm, gal buynuz qişasını dəyişim. Son ermaniymişsən, Benjamin. 7 aydır ki, mani süründürür, indi də qaçdı, gizlandi. Niyə görə Benjamin mani kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı" Hamin video yazının sonrakı hissəsində X10 belə deyir: "Doktor bizə rüşvət verib, pul verib. Qeyd olunan video yazmın davamında X14 bela deyir: "Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq." Sözügedən video yazının sonrakı hissəsində X15 onun barəsində belə deyir: "Məni beş dəfə kor eləyib, onun yanına gəlməsinlər, Mehriban xanım (Birinci vitse-prezident) xahiş edirəm belə həkimləri yığışdırın". Qeyd olunan video yazının sonrakı hissəsində X10 belə deyir: "Benjamini Klinikadan rədd eləyin" Həmin video yazının sonunda Adışirinov, F.Adışirinov və G.X22 Klinikasından çıxaraq Klinikanın qabağına qəlirlər və həmin yerdə X15 onun barəsində belə deyir: "Ay millət, dünya şöhrətli göz həkimi Benjamin Kərimov ananı (Gülşən Adışirinovanı) kor eləyib, 7 aydır ana küçələrdədi." Həmin video yazı yayıldıqdan sonra 30 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar kommentlar 2-İMG_7415) İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) belə şərh yazır: "Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (Azar Karimov). İndide Zaur kamalın verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini." Bundan başqa "Kəpəz Hospitala basqın" adlı video yazı "Kanal 13 tv" internet kanalında da (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar va yeni kommentlər - Tv 8 İİ video) yayılır. Həmin video yazı ilk dəfə 02 vanvar 2024-cü il tarixdən etibarən "Kanal 13 tv" internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar va veni kommentlər - Kanal 13 tv video yayılması 02 yanvar 2024). Eyni zamanda, X9 "TV8" internet kanalında video yazısı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər Tv 8 ilk video) yayılır. Həmin video yazı ilk dəfə 21 dekabr 2023-cü il tarixdən etibarən "TV8" internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 ilk videonun yayılması 21 dekabr 2023). Qeyd olunan video yazıda əvvəldən axıradək ekranda bu yazı qeyd olunur: "Elgizin reklam etdiyi həkim Kəpəz Hospitalda yoldaşımı kor etdi." Qeyd olunan video görüntüdə F.Y.Adışirinov belə deyir: "İnsanları aldadaraq əməliyyata cəlb edirlər, doktor həyat yoldaşımın gözünü tamamilə kor edib, doktor Azər Kərimov cəlladcasına həyat yoldaşımın gözünün buynuz qişasını zədələyib. Mən hara gedirəmsə əlim boşa çıxır, doktor bu insanlara baxım-görüm edir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tibbi rəy verib. Tibbi rəyi verəndə yazmayıblar ki, bunu kim edib, doktor Benjamin edib”. Bu zaman ekranda göz şəkli və mənim şəklim görüntülənir. Daha sonra F.Y.Adışirinov belə söyləyir: "İndi də deyir ki, yaxşı eləmişəm. Oğlum 44 günlük Vətən müharibəsinin qazisidir, ola bilsin onun (Azər Karimovun) qohumlarına güllə atıb. Tamamilə kor etdiyi gözü necə əməliyyat edib. Əvvəl (Azər Kərimov) Dünya Gözdə işləyib belə əməllərinə görə ordan qovulub. Məlhəmda, Bakı Medical Plazada işlədi. Hara gedir camaatı bədbəxt edir, ona görə də direktorlar işdən qovurlur. Televiziya kanallarımız pul xatirinə bu doktoru reklam edir, camaat da aldatılır. Oğlum (İsmayıl Adışirinov) İlham Mirzəyevlə canlı efirdə danışır, deyir ki, bu doktor mənim anamı kor edib, san niyə tərifləyirsən bu doktoru, o (İ.Mirzəyev) da deyir ki, doktor hər dəfə mənim verilişimə çıxanda mənə 500 manat pul verir." Hamin video yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar-kommentlər 1-İMG 7138) İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) belə şərh yazmışdır: "Şərəfsiz Benjamin, neçə nəfər şikayətçidi bu həkimdən, bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu həkimdən." Qeyd olunan yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri Lazımlı fayllar kommentlar 1 İMG 7140) İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) digər şərhində belə yazır: "Hə Ləman xanım. Onun (Azər Karimovun) pox işlərini təmizləyən videonu atdım sizə Vhatsappda. Siz də gəldiniz. Hər şey qarşısında cavab verərsiz, elə sən da özün də." Həmin video yayılmağa başladıqdan sonra 21 dekabr 2023-cü il tarixdə İ.Adışirinov (Eismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər WhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): "İnşallah mən gedəsiyəm, getmişdik yalannan dedilər yoxdu burda 6.8 olacaq onu belə buraxmaram onu zəlil edəcəm." Qeyd olunan video görüntü yayılmağa başladıqdan sonra 21 dekabr 2023-cü il tarixdə İsmayıl Adışirinov (@ismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər WhatsApp İmage 2023-12-29 am 10.11.46 (16)): "Xahiş edirəm siz də gəlin qoşulun bizə bu şərəfsizi (Azər Kərimov) məhv edəyin. Bəsdir day. sabaha görüşəyin bu gedəyin" WhatsApp-da yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar va yeni kommentlar - WhatsApp 2023-12-27 at 14:55:01) X10 belə deyir: "Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib". WhatsApp-da yayılan digər video görüntüdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 15:09:05) X15 belə deyir: "Niyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı". Həmin videonun davamında X14 belə deyir. "Doktor (Azər Kərimov) prokuror köməkçisi Aytan Ramazanlıya rüşvət verib." Beləliklə, "TV8" internet kanalında "Kəpəz Hospitala basqın" adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 İİİ video) və WhatsApp-da yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlar - WhatsApp 2023-12-27 at 14:55:01) X10 "Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib", yazdığı şərhdə "X36 verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini" (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlar 2-İMG_7415), yazdığı şərhdə "bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu hakimdən (Azər Kərimov)" (Diskdə yerləşmə yeri: Lazımı fayllar kommentlar 1 İMG 7138) ifadələri ilə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. X9 bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş "böhtan" cinayətinə uyğun gəlir. "xxxx" MMC-nin (X35.az) instaqram səhifəsində (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Baku fakt az instagram) və "TV8" internet kanalında yayılan eyni video yazıdan (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlar Tv 8 İİ video) və WhatsApp-da yayılan video yazıdan (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 15:09:05) görünür ki, X10 "Doktor bizə rüşvət verib, pul verib." deyərək məni ağır cinayət olan rüşvət vermədə (passiv rüşvətxorluqda) ittiham edərək mənə böhtan atır. L.F.Adışirinovun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş "ağır cinayətdə ittiham etməklə böhtan atma" cinayətinə uyğun gəlir. İsmayıl Adışirinov onun barəsində yazdığı aşağıda göstərilən şərhlərdə "Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (Azər Karimov)" (Diskdə yerləşmə yeri: Lazımılı fayllar kommentlər 2 İMG 7415), "Şərəfsiz Benjamin, neçə nəfər şikayətçidi bu həkimdan" (Diskdə yerləşmə yeri: Lazımı fayllar kommentlər 1 İMG 7138), "Ha Laman xanım. Onun (Azar Karimovun) pox işlərini tamizləyən videonu atdım sizə" (Diskdə yerləşmə yeri: Lazımı fayllar videolar va yeni kommentlar WhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): "Xahiş edirem siz də gəlin qoşulun bizə bu şərəfsizi (Azar Karimov) məhv edeyin (Diskdə yerləşmə yeri: Lazımlı fayllar-videolar va yeni kommentlər WhatsApp İmage 2023-12- 29 at 10.11.46 (16)) deməklə internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X4 bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş "təhqir" cinayətinə uyğun gəlir. "xxxx" MMC-nin (Kapaz Hospitalın) xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X10 tərəfindən onun əleyhinə sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqiredici və böhtan məlumatlar əsasında 33 nəfər pasiyentlar onun müayinə və müalicəsindən imtina etmiş və nəticədə ona 15600 (on beş min altı yüz) manat maddi zərər dəymişdir. O iş (xidmət) həyatı boyunca işlədiyi (xidmət etdiyim) müəssisələrdə heç vaxt intizam tenbehi almamış, yalnız medallar, fəxri fərmanlar, təşəkkürlər və mükafatlar almışdır. On önəmlisi, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları hayata keçirərək insanlara sevinc bəxş etmişdir. Adışirinovun əməlləri nəticəsində, həmçinin qeyd olunan əməllərin internet informasiya ehtiyatında, o cümlədən "xxxx" MMC-də yayılması nəticəsində onun şərəf, ləyaqət və işgüzar nüfuzu təhqir olunub, o sarsıntı, iztirab keçirmiş və bununla da mənəvi təhqirə məruz qalmışdır. Bunun nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi simvolik olaraq 10000 (on min) manat məbləğində qiymətləndirilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının nəticə hissəsinin 5-ci bəndinin mənasına görə əsasən CM-nin 147 və 148-ci maddələrinin manasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini lakələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları va digar yayım formaları başa düşülür. Yuxarıda qeyd olunan cinayət əməllərin X10 tərəfindən törədildiyi şikayətə əlavə olunmuş video və audio yazıları, eləcə də şərhləri əks etdirən disk və sənədlər ilə sübut olunur. Bundan başqa 2023-cü ilin dekabr ayından etibarən X10 və X14 mənə qarşı daha da aktiv aqressiv hərəkətlər etməyə başlarışlar. Belə ki, adı çəkilən şəxslər dəfələrlə onun iş yeri olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən "Kəpəz Hospital"na hücum edərək onu öldürməklə hədələmişiər, "Kəpəz Hospital" təhlükəsizlik kameralarında Adışirinovların törətdikləri bu əməllərin hamısının audio və video yazısı qeydə alınmışdır. O məzuniyyətdə olduğu üçün həmin vaxt iş yerində olmamışdır. Həmçinin, adı çəkilən şəxslər dəfələrlə şəxsi mobil telefonuna va "Kəpəz Hospital"ın telefonlarına zənglər edərək onu öldürməklə hədələyir və ondan pul tələb edirlər, həmçinin onu öldürəcəkləri barədə şəxsi mobil telefonuma mesajlar göndərirlər. Bu barədə tərəfindən aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə, Nəsimi RPİ və Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Barəsində şikayət etdiyi Adışirinovlar ailəsinin üzvləri X4 Vatan Müharibəsi iştirakçısı olduğunu iddia edərək ona qarşı rahatlıqla böhtan və təhqir cinayətlərini törədəcəklərini və toxunulmaz olduqlarını hesab edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının nəticə hissəsinin 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyati CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı hesa düşülür. Odur ki, "xxxx" MMC-nin (X35.az) hüquqi ünvanı Xatai rayon ərazisində yerləşdiyi üçün hazırki xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Xatai rayon Məhkəməsində baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının vətəndaşı xx.xx.2001-ci il təvəllüdlü X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək həmin maddələrin sanksiyaları həddində an ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o anasının dediklərini etmişdir. Həkimin səhvi ucbatından anasının gözləri görmür və hal-hazırda 30.000 manat kredit ödəyir. Həmin kreditləri sadəcə olaraq anasının yalnış göz əməliyyatı səbəbi ilə əlaqədar olaraq müalicələrə xərcləmişdir. Onun özünü həkim Kərimov Azər döydürmüş və dəfələrlə həkim və onun işçiləri tərəfindən təhqirə məruz qalmışdır. Özü vətən müharibəsi iştirakçısıdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ititham qaydasında şikayət vermiş şəxs X23 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını və daha ciddi cəzaya məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs əlavə olaraq bildirmişdir ki, o yalnız 1 dəfə əməliyyat etmişdir. Digərlər isə korreksiya olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, oğlu Adışirinov İsmayılın heç bir günahı yoxdur. Həkim günahsızdırsa onda niyə ollara pul təqdim etmişdir? Məhkəməyə təqdim etmiş olduqları diskdə olan görüntülərdən də, görünür ki, “Kəpəz” klinikasının işçiləri onları təhqir etmişlər. Həkim Benjamin 10 gün ərzində onu 5 dəfə əməliyyat etmişdir. Həkim açıqlamasında bildirmişdir ki, guya o, gözünə linza qoydururmuş. Göstərilən xüsusat yalandır, çünki o, gözündə mirvari suyu olması ilə əlaqədar əməliyyat olunmuşdur. Başqa xəstəxanada təkrar müayinə olunarkən ona bildirmişlər ki, onu əməliyyat edən həkim göz gişasını zədələmişdir. Həkim Benjamin əməliyyat olunarkən ona bildirməmişdir ki, sol gözü zəifdir. Həkim Benjamin tək onun gözünü kor etməmiş, bir çox xəstələrin gözünü kor etmişdir. Belə ki, yazıların altında qeyd edilən kommentlərdə onun dediyini təsdiq edir. Nemət doktorda onlara bildirmişdir ki, günah həkimindir. Prokurorluq vasitəsi ilə çəkmiş olduqları xərclər ödənilmişdir. Ona bildirmişlər ki, kəs səsivi yoxsa səni yatdığın yerdən gəlib apararıq, o da cavab olaraq demişdir ki, kişisinizsə gəlin aparın. Həkim barəsində yazılanları da o demiş oğlu da yazmışdır. Əksinə oğlu ona demişdir ki, mama lazım deyil. Məhkəmə iclasında suallara cavab olaraq şahid X15 bildirmişdir ki, konkret olaraq oğluna nələr deməsi yadında olmasa da, lakin bütün hər şeyi o demiş oğlu da yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, ailəsi həkim Benjamin tərəfindən təhqir olunmuşdur. Həmin təhqirləri oğlu oxumuş yoldaşı da, cavab olaraq nə demişdirsə oğlu da həmin sözləri yazmışdır. Əgər həkimin günahı yoxdursa niyə onların çəkdikləri xərc 4200 manat pul həkim tərəfindən ödənilmişdir? Çünki həkim günahkar olmuşdur. Yoldaşının göz gişasını İ əməliyyatda zədələmişdir. Yazdıqlarından peşman deyil, kommentlərdə də hamı ona dəstək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi X24 tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasın rədd edilməsi və Gülşən Adışirinovaya mülki qaydada məhkəmə müraciət etmək hüququ izah edilmişdir.(Məhkəmə iclas zalında müəyyən edilmişdir ki, qeyd edilən qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmiş və hal-hazırda həmin qərar qüvvədə olmuş qərar sayılır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X21” Publik hüquqi şəxs tərəfindən verilmiş 652/KEŞ saylı, 10 oktyabr 2023-cü il tarixli rəydən görünür ki, 1974-cü il təvəllüdlü X8 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun spert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.3.4. "Kəpəz Hospital"da Gülşən Adışirinovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə hospitala daxil olmuş və anlmış müayinədən sonra onda uzaqgörmə kəskinliyi OD-NLP, OS-0,3 və optik irin atrofiyasının olduğu müəyyən edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq stənin sol gözündə "Kataraktanın ekstrakapsulyar ekstraksiyası. Fakoemulsifikasiya + OL implantasiyası. İridektomiya. Trabekulektomiya" carrahiyyə əməliyyatı icra edilmişdir. Gülşən Adışirinova xx.xx.2023-cü il tarixdə təkrar "Kəpəz Hospital"a daxil olmuş və aparılmış müvafiq müayinədən sonra ona "Ağırlaşmış katarakta. Qlaukoma" diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində "Fako+İOL və Trabekulektomiya" cərrahiyyə əməliyyatı icra edilmişdir. Gülşən Adışirinovanın mütəxəssis müayinəsi zamanı hazırda onda "OD-İkincili neovaskulyar İV C qlaukoma. Buynuz qişanın distrofiyası. Fəsadlı katarakta. OS- Buynuz qişanın distrofiyası. Bulyoz keratopatiya. Artifakiya. Proliferativ diabetik retinopatiya ilə əlaqədar par splanum vitreoektomiyadan sonrakı vəziyyətin olduğu müəyyən edilmişdir. Aparılmış bir neçə cərrahiyyə əməliyyatlardan sonra sol gözdə buynuz qişada bulanma və bulyoz keratopatiya əmələ gəlmişdir. Sol gözün görməsinin aşağı olmasının səbəbi isə buynuz qişanın distrofiyasının olmasıdır.

2. Gülşən Adişirinova aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur.

5. Gülşən Adışirinovaya cərrahiyyə əməliyyatından sonra aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur.

6. Gülşən Adışirinovanın mütəxəssis müayinəsi zamanı hazırda onun sol gözündə “Keratoplastika" cərrahiyyə əməliyyatının aparılmasına ehtiyacı vardır.

7. Gülşən Adışirinova "Kəpəz Hospital"da göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X12 əleyhinə (X10 tərəfindən) sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqir edici və böhtan məlumatlar nəticəsində 23 dekabr 2023 tarixindən bu günə qədər olan dövr ərzində əlavədə siyahısı təqdim olunan pasiyentlər A.Kərimov-un müayinə və müalicəsindən imtina etmişlər. Pasiyentlərin A.Kərimov - un müayinə və müalicəsindən imtina etmələri nəticəsində klinikanın büdcəsinə 24.000 azn məbləğində pul vəsaiti köçürülməmişdir. 24.000 azn vəsaitin 15.600 azn hissəsinin oftalmoloq cərrah X16 ödənilməsi nəzərdə tutulurdu. Xüsusi ittiham qaydasında təqdim edilmiş diskə baxış keçirilən zaman xüsusi ittiham qaydasında şikayətdə qeyd edilən hallar öz təsdiqini tapmışdır. “ AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, X10 vətən müharibəsi iştirakçısı olduğu üçün 80 manat təqaüd alır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsaslı olmaqla, X4 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilmiş, həmin məcəllənin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin isə tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2 və 3-cü bəndlərində isə göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. X4 "xxxx" MMC"-nin internet səhifəsində olan şərhələri(kommentləri) kütləvi çıxış olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə o zaman ekspertiza təyin edə bilər ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış olsun. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə “məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir”. Qeyd edilən maddənin məzmunundan görünür ki, məhkəmə o halda ekspertiza təyin etmək hüququna malikdir ki, iş üzrə araşdırılan məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin öz tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olur. Azırbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 141.1.1-ci maddəsinə əsasən ümumi məlum olan faktlar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur: Beləliklə, xüsusi bilik tələb etmədən aydın anlaşılan söz və ifadələrlə bağlı məhkəmə-linqvistik ekspertizasının təyin edilməsinə zərurət olmadığından məhkəmə hazırkı iş üzrə ekspertiza keçirilməsini gərəksiz hesab etmişdir. Təhqirlə bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 148-ci maddəsinin tərkib əlamətinin mövcud olması üçün təhqir kütləvi halda edilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində ağır cinayət törətməsi ilə bağlı ona böhtan atılması hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs X4 yazdığı şərhlərdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin, yəni Benjamin təxəllüsü ilə tanınan Azər Kərimovun onlara rüşvət verməsi, pul verməsini qeyd etməsi rüşvət vermə cinayətində yox, şəxsin onlara vurulmuş zərərin əvəzi olaraq pulun ödənilməsi kimi nəzərə alınmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi. Göründüyü kimi rüşvət vermə cinayətinin tərkib əlamətlərinin yaranması üçün xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətdə qeyd etdiyi rüşvət verilməsi hər hansı bir vəzifəli şəxsə münasibətdə olduğu təqdirdə yaranacaqdır. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilən pul vəsaitinin, rüşvətin verilməsi Azər Kərimovun ağır cinayətdə ittiham olunması hesab edilməməlidir. Qeyd edilənlərə əsasən Adışirnov İsmayıl Fİkrət oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs Adışirnov İsmayıl Fİkrət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə təqsirləndirilməsi iş üzrə təqdim edilmiş sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Adışirnov İsmayıl Fİkrət oğlunun ""xxxx" MMC"-nin internet səhifəsində olan şərhələrdə(kommentlər) Benjamin təxəllüsü ilə tanınan Azər Kərimovu şərəfsiz adlandırması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs Adışirnov İsmayıl Fİkrət oğlunun ""xxxx" MMC"-nin internet səhifəsində olan şərhələrdə(kommentlər) Benjamin təxəllüsü ilə tanınan Azər Kərimovun anasını kor etməsi ilə bağlı yazmış olduğu şərhlər isə böhtan hesab edilməlidir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X21” Publik hüquqi şəxs tərəfindən verilmiş 652/KEŞ saylı, 10 oktyabr 2023-cü il tarixli rəyi, həmçinin Bakı Şəhəri Nəsimi rayon prokurorunun köməkçisi Aytən Ramazanlı tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli rədd qərarından görünür ki, Azər Kərimovun əməlində heç bir cinayət tərkibi olmamış və Adışirinova Gülşənin gözlərinin görməməsində Azər Kərimov tərəfindən aparılmış əməliyyat arasında heç bir səbəbli əlaqə olmamışdır. Təqsirləndirilən şəxs Azdışirinov İsmayıl tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazıları, video görüntülərdə onun dedikərini təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. Belə ki, CD diskdə olan səs yazılarında Baş Həkim adlı səs yazılarında şəxsiyyəti müəyyən edilməyən şəxslə Adışirinova Gülşən və Adışirinov Fİkrətin səslərinə oxşayan şəxslər arasında keçən dialoqlar müəyyən edilmişdir. Məhkəmə şahid Adışirinova Gülşən və Adışirinov Fİkrətin məhkəmə iclas zalında vermiş olduqları ifadəsində qeyd olunan kommentlərin Adışirinova Gülşən tərəfindən deyilərək oğlu tərəfindən yazılması ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadəsi oğlunun cinayət məsuliiyyətindən azad olunması məqsədi daşıyır. Həmçinin qeyd edilən xüsusatı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Adışirinova Gülşən və Adışirinov Fikrətin bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon Prokurorluğuna məlumat verilməsi məqsədə müvafiq hesab edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X10 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət tərkibi müəyyən olunmadığından ona bəraət verilməli, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində böhtan cinayətinin tərkibi vardır, cinayət əməlininin X10 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tam əhatə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Bununla da həmin paylaşımında X10 öz düşüncəsinə görə fikirləri, ehtimalları olubolmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə qeyd edilən yalan məlumat yayılmışdır ki, məhz həmin məlumatlar da hazırki xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X12 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də aşağıdakı qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X23in hazırkı xüsusi ittiham qaydasında şikayətindəki X4 onun barəsində səsləndirdiyi məlumatlarla bağlı, X4 hərəkətlərinə haqq qazandırıla bilmir və X4 bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Belə ki, "İnsan Hüquqlarının və X20 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X17rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 47-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Həmin maddənin İİİ hissəsinə əsasən irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Sadalananlar baxımından nəzərə almaq lazımdır ki, X23 ictimai xadim və ya siyasətçi deyildir. O Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantıdır, kollektivdə işləyir, işlədiyi kollektivdə vəzifəsinə və rütbəsinə görə, həmçinin onu tanıyan digər şəxslər arasında müəyyən nüfuza malikdir, özünün ləyaqətinə hörmət hüququ vardır, cəmiyyət arasında şərəfini qorumaq hüququ vardır. Məhkəmə qeyd edir ki, X2 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməli, digərlərinin hüququna xələl gətirməməlidir, X1 Azər Əsədulla oğluin "İnsan Hüquqlarının və X20 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X23in öz şəxsi həyatı, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni X4 məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırılmır. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. X23in şərəf və ləyaqətinin, nüfuzunun qorunmasını tələb etmək hüququ vardır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə X23in şərəf və ləyaqəti, nüfuzu Cinayət Məcəlləsi ilə cinayətkar qəsdlərdən qorunur. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Xüsusi ittiham qaydasında şikayət materiallarından göründüyü kimi xüsusi ittihamçı X23 göz həkimidir. Hazırkı vaxtadək cəmiyyətdə, işlədiyi kollektivdə, onu tanıyan şəxslər arasında malik olduğu şərəfi, ləyaqəti və nüfuzu vardır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X10 yuxarıda qeyd edilən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qeyd edilən ifadələri işlədərək xüsusi ittihamçı X18 cəmiyyət qarşısında, o cümlədən işlədiyi kollektivdə və dostlarının, onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X7 əmlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməli, həmin məcəllənin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmışdır. Buna görə də, ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X25rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıqaşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq təqsirləndirilən şəxs X4 vətən müharibəsi iştirakçısı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin X4 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməli, həmin məcəllənin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək ictiami işlər cəzasına məhkum edilməli, həmin məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq ictimai işlər cəzasına cəzasına məhkum edilməli, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxsin barəsində heç bir qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 02 ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən vurulmuş maddi zərər 15600 (on beş min altı yüz) manat, 10.000 manat mənəvi zərər, 167 manat dövlət rüsunu, ümumilikdə 25.767 manat pulun təqsirləndirilən şəxs X3 tutularaq ona ödənilməsi ilə bağlı verilmiş mülki iddiasına cinayət mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından baxılmamış saxlanılmalı və xüsusi itiham qaydasında şikayət vermiş şəxsə mülki iddianı mülki mühakimə qaydasında vermək hüququ izah edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X4 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına, həmin məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinərək 250(iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X10 qəti olaraq 250(iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilsin. X4 üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. X10 cəzasını yaşadığı ərazi üzrə müəyyən olunmuş ictimai yerlərdə çəksin, cəza çəkmə müddətinin əvvəli onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilsin. X5 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ümumilikdə 02 ədəd CD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X4 barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs X3 15.600 manat maddi ziyan, 10000 manat mənəvi ziyan və 167 manat dövlət rüsumu, ümumilikdə 25767 manat pulun tutularaq X16 ödənilməsi ilə bağlı iddia ərizəsi Azərbaycan Respublikası Cinayət Prosssual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən baxılmamış saxlanılsın və mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququ xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə elan olunsun. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar