Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-215/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Masallı rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Lənkəran şəhəri Qunbaşı qəsəbəsində şəxsiyyəti istintaq məlum olmayan Ramin adlı şəxsdən 176 manat müqabilində 1 büküm çəkisi 5.557 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şatış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə saat 19:10-da Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsinin Nobel prospektinə tərəf olan hissəsində hərəkət edərkən Xətai rayon Polis İdarəsinin NMB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şühbəli bilinib saxlanılaraq Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki parça materialından olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən sellofan torbanın içərisində 1 ədəd siqaret kağızına bükülmüş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı" ilə müəyyən edilmiş təmiz çəkisi 5.557 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının 17-də Lənkəran şəhəri Qunbaşı qəsəbəsində Ramin adlı şəxsdən 176 manat müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin alıb üzərində saxlamış, daha sonra tikintidə fəhləlik kimi işləmək üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gəlmiş, həmin günü təxminən saat 19 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsinin Nobel prospektinə tərəf hissəsində piyada gəzən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xətai RPİ-nin 37-ci PB-nə dəvət etmişlər. Bölmədə hüquqları izah edilmiş və dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış keçirilməyə başlamışdır. Bu zaman o, əynindəki qəhvəyi rəngli şalvarın sağ cibində olan, gümüşü rəngli kağıza bükülmüş sellofan kisədəki narkotik vasitə olan heroini təqdim etmişdir. Bu barədə tərtib edilmiş protokolu o da imzalamışdır. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, ilk məhkumluğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin ÇAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri və ya tanışlıq münasibətləri olmamışdır. xx xxxx 2020-ci il tarixdə Mehdi Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Beləliklə, həmin gün saat 19 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsinin Nobel prospektində müəyyən edilmişdir. Ona yaxınlaşıb özlərini təqdim edərək, Xətai RPİ-nin 37-ci PB-nə gətirmişlər. Bölmədə ona məlum olmuşdur ki, həmin şəxs xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bölmədə təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızda sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisindəkinin qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik iyə malik, narkotik vasitə olan heroinə oxşar maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda, o, narkotik vasitə olan heroin olduğunu və Bakı şəhərinə işləmək üçün gəlməzdən əvvəl 176 manat müqabilində Lənkəran şəhərində üzdən tanıdığı Ramin adlı şəxsdən aldığını etiraf etmişdir. Bundan sonra Mehdi Əhmədovun üzərindən aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülmüş, bu barədə təhqiqatçı Rauf Məmmədov tərəfindən şəxsi axtarış protokolu tərtib edilmiş, o da öz növbəsinə həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli parçadan olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə 10.00 radələrində 176 manat müqabilində Lənkəran şəhəri Qunbaşı qəsəbəsində üzdən tanıdığı Ramin adlı şəxsdən aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindəkinin tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik iyə malik, narkotik vasitə olan heroinə oxşar maddə olduğu məlum olmuşdur. Axtarış “Sony” markalı video kamera vasitəsi ilə bir ədəd DVD-R diskə çəkilmiş və iş materiallarına maddi sübut kimi əlavə edilmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/222 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqata təqdim olunmuş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 5.557 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Tədqiqata sərf edilmişdir 0,05 qram qalıq 5.507 qram İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli 1517 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5.507 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20:00-dan şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. İş materiallarına əlavə edilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü il təvvəllüdlü Səid Əhmədov və xx.xx.2003-cü il təvəllüdlü Fatimə Əhmədova adlı iki uşağı var. Təqsirləndirilən şəxs barəsində Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, o, müsbət bir insan kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirici hal kimi əməlindən peşman olmasını, ilk məhkumluğunu müəyyən etdi. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.507 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.507 qram çəkidə narkotik vasitə olan heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-215/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-215/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver