Məhkəmə qərarları › İş №1(011)-215/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-215/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-215/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 07 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 17 ünvanının 1-ci girişində Zərərçəkmiş şəxs ondan yol soruşmasından sonra aralarında yaranmış mübahisə gedişatında Zərərçəkmiş şəxs sualını kobud cavablandırması səbəbindən təpik və yumruq zərbələri ilə vuraraq ona sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sağ qulaq seyvanının əzilmiş yarası kimi zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, hal-hazırda işləmir, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində marketdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 17 saylı binanın yaxınlığında yolun kənarı ilə gedən zaman “Toyota Prius” markalı, yaşıl rəngli avtomobil siqnal verməklə pəncərəni aşağı salaraq əli ilə yaxınlaşmağını istəmiş, bundan sonra o avtomobilə yaxınlaşmış, həmin şəxs “Keşlə Kombinat” adlanan yerə necə gedə biləcəyini soruşmuş, o, şəxsi problemləri olduğu üçün fikirli və əsəbi imiş və qeyd olunan yeri tanımadığını deyərək yaşadığı binaya tərəf getmək üçün pilləkənlərə tərəf irəliləmiş, bu zaman həmin şəxs yenidən ona səslənmiş və o geri çevrildikdə həmin şəxsin ona kinayəli şəkildə gülümsəməsini görmüş, həmin şəxsə yaxınlaşaraq ilk öncə salam verməsi lazım olmasını demiş və gedib yolu başqa şəxsdən soruşmasını məsləhət görmüş, lakin həmin şəxs avtomobili saxlayıb söhbət etməklərini təklif etmiş, və avtomobildən düşərək onunla kənara çəkilmək üçün yaşadığı binanın 1-ci girişinin qarşısına gəlmişlər, 2-3 dəqiqə danışdıqdan sonra həmin şəxs əli ilə çiynindən toxunub gülümsəyərək “uşaqsan get burdan” demiş və o, həmin şəxsi sinəsindən itələmiş və 1 yumruq zərbəsi vurmüş, nəticədə o pilləkənlərə tərəf yıxılmış və ayağı ilə həmin şəxsə bir dəfə təpik vuraraq sonradan qonşuların səs-küyə çıxmaq ehtimalı olduğundan onu görməmələri və həmin şəxsin o binada yaşadığını bilməməsi üçün çıxaraq oradan uzaqlaşmış, sonradan ona məlum olub ki, həmin ünvana polis əməkdaşları yaxınlaşıb baxış keçiriblər və həmin şəxs də təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb, buna görə də vəziyyətin ciddi olmasını başa düşüb Xətai RPİ-nin 36-cı polis bölməsinə yaxınlaşıb izahat vermiş, həmçinin adını sonradan bildiyi Zərərçəkmiş şəxs yanına gedərək onun xəstəxana xərclərini qarşılamış və üzr istəmiş, daha sonra onlar barışdıqları üçün ərizə ilə Xətai RPİnin 36-cı PB-nə müraciət edib barışmalarını nəzərə alaraq araşdırılmanı dayandırmalarını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə aralarında olan söz mübahisəsi 10-15 dəqiqə, davadalaş isə 1-2 dəqiqə davam etmiş, ətrafda heç kim olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə avtomobilin təmiri ilə əlaqədar olaraq “Keşlə Kombinat” adlanan yerdə olan avtomobil təmiri məntəqəsinə getməli imiş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında avtomobilin surətini azaldıb, məhəlləyə tərəf düşmək istəyən şəxsi çağıraraq ondan “Keşlə Kombinat” adlı ünvana necə gedə biləcəyini soruşmuş, lakin həmin şəxs sadəcə olaraq “bilmirəm” deməklə sonradan öz yoluna davam etmiş, o həmin şəxs narazılıq etdikdə geri çevrilərək ilk öncə salam verməyini sonra işə yol soruşmağını bildirmiş, o isə həmin şəxsə “gözlə avtomobili saxlayım söhbət edək” deyib avtomobildən düşmüş, avtomobildən düşdükdən sonra adını sonradan bildiyi Ağa ilə söhbət edərək yaxınlıqda yerləşən binanın girişinə tərəf gəlmişlər və həmin girişin içərisində 2-3 dəqiqə söhbət etmişlər. O əli ilə Ağanın çiyninə vuraraq “uşaqsan get işinlə məşğul ol” dedikdə bu Ağaya xoş gəlməmiş və onların aralarında dava-dalaş yaranmış, Ağa yumruqla onun başının sağ nahiyəsinə zərbə vurmuş, bundan sonra o pilləkənlərə tərəf yıxılmış, yıxıldıqdan sonra da Ağa ona 1-2 dəfə təpik zərbəsi vurmuş, sonra isə oradan uzaqlaşmışdır. Bundan sonra o ayağa duraraq asta hərəkətlərlə gedib yolun kənarında olan avtomobilinə əyləşmiş və yaxınlıqdan keçən 2 nəfər şəxs onun axsamağını və üzərinin toz olmasını görüb yıxılmağını düşünərək ona yaxınlaşıb köməklik göstərmiş, təcili tibbi yardıma bu barədə məlumat vermişlər. O xəstəxanada olarkən Xətai RPİ-nin 36cı PB-nin əməkdaşları yaxınlaşaraq onun ərizəsini almışlar və baş vermiş hadisə ilə bağlı olaraq izahat vermiş, sonradan Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan üzr istəmiş və onun xəstəxana, digər xərclərini qarşılamışdır. Buna görə də o təkrar ərizə ilə Xətai RPİnin 36-cı PB-nə müraciət edərək Təqsirləndirilən şəxs şikayətinin olmamasını, aparılan araşdırılmanın dayandırılmasını xahiş etmişdir. Hal-hazırda da Ağadan hər hansı şikayəti və tələbi yoxdur, onlar həmin hadisədən bir neçə gün sonra barışmışdırlar. xx.xx.2022-ci il tarixdə aralarında baş vermiş söz mübahisəsi 10-15 dəqiqə, dava-dalaş isə 1-2 dəqiqə davam etmişdir. Hazırda isə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Anar Abbasovun toplanmış material üzrə qəbul etdiyi 07 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 17 ünvanında yerləşən 2 mərtəbəli, 4 girişdən ibarət olan binanın 1-ci girişin içərisində baş verib. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 16 aprel 2022-ci il tarixli, 32 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3nin qapalı yerdəyişmiş sınıqları, sağ qulaq seyvanının əzilmiş yarası müəyyən edilmiş, xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törədilə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 fevral 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimakan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cüi il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş, CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-363/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışsa da, hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, habelə müharibə iştirakçısı kimi medalla təltif edildiyini, himayəsində azyaşlı övladının olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi və eyni zamanında cərimə növündə cəzanın himayəsində azyaşlı uşağı olan və işləməyən şəxsin maddi vəziyyətini ağırlaşdıra biləcəyini nəzərə almaqla təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar