Məhkəmə qərarları › İş №1(011)-216/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-216/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-216/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd ağ rəngli sellofan bükümdə, 0.342 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitəheroin əldə edib üzərində daşımaqla, saxlamış, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxx 2020ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 64 saylı orta məktəbin qarşısında saxlanılıb Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilərək şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin 0,342 qram çəkidə narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azəbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. ağrıları olduğu üçün narkotik vasitə qəbul edir. 2020-ci ilin fevral ayının əvvəllərində təxminən günorta saatlarında Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində adını «İntizar» kimi tanıdığı şəxsdən 1 ədəd kakos adlanan narkotik vasitəni 10 (on) manat pul verərək öz şəxsi istifadəsi üçün alıb və həmin narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 64 saylı orta məktəbin yanında olan zaman 2 iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da, buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİnin 34-cü polis şöbəsinə getmişdir. Xətai RPİ-nin 34-cü PŞ-də otaqlardan birində üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və yaxud predmetin olubolmaması soruşulub və əgər vardırsa həmin əşyanı könüllü olaraq təqdim etməyini ona bildiriblər. O, öz növbəsində əynində olan qara rəngli şalvarının arxa sağ cibindən içərisində iynə olan yaşıl plastmas qabı, sol cibində olan 36 manat pulu, sağ yan cibində gizlətdiyi 01 ədəd ağ sellofana bükülmüş bükümü təqdim edərək narkotik vasitə olan kakos olduğunu bildirmişdir. Üzərində olan həmin narkotik vasitəni isə “İntizar” adlı şəxsdən Əhmədli qəsəbəsində aldığını etiraf etmişdir. Üzərindən götürülmüş həmin narkotik vasitə onun və müdafiəçisinin iştirakı ilə polis əməkdaşları tərəfindən zərfə qoyulub möhürlənmişdir. Daha sonra əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, halhazırda Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2 idi. xx xxx 2020-ci il tarixdə saat 16.00 dəqiqədə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 64 saylı məktəbin qarşısında görüb və saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmiş və onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra həmin şəxsin gətirilməsi ilə bağlı şöbə rəhbərliyinin adına raport yazmışdır. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, işləməyən, Nərimanov rayonu, Təbriz küçəsi ev 19 V, mənzil 58 ünvanında qeydiyyatda olmaqla Xətai rayonu, Ş.Səmədov küçəsi ev 26 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin və Xətai RPl-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl ona və bütün proses iştirakçılara hüquq və vəzifələri izah edilmiş, bu barədə şöbənin baş təhqiqatçısı, polis mayoru, X3 tərəfindən protokol tərtib edilmişdir. Bütün proses iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı “ İphone 7 “ markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş və iştirakçılar tərəfindən heç bir etiraz daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa sağ cibindən içərisində bir ədəd şpris görünən yaşıl rəngli plastmas qabı masanın üzərinə qoyub, bundan sonra həmin şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bükümdə nə olması soruşulmuş, Təqsirləndirilən şəxs isə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Həmin narkotik vasitənin haradan əldə etdiyi soruşulduqda isə o, həmin narkotik maddəni uzun müddət əvvəl İntizar adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd ağ rəngli sellofan büküm və içərisində bir ədəd şpris görünən yaşıl rəngli plastmas qab iki ədəd zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “162” nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. Bununla da hadisənin yuxarıda şərh olunan halları bir daha təsdiq olunmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış “İphone 7” markalı mobil telefondan istifadə olunmaqla videoçəkiliş həyata keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarın arxa sağ cibindən içərisində bir ədəd şpris görünən yaşıl rəngli plastmas qabı masanın üzərinə qoyub, bundan sonra həmin şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bükümdə nə olması soruşulmuş, Təqsirləndirilən şəxs isə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Həmin narkotik vasitənin haradan əldə etdiyi soruşulduqda isə o, həmin narkotik maddəni uzun müddət əvvəl İntizar adlı dostundan aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/941 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində DİN “Zərflər üçün № 162” möhür əksi və “...Təqsirləndirilən şəxs..” və s. Yazılar olan 02 ədəd zərfdən birində 01 ədəd bükümdə təmiz çəkisi 0.342 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, digər zərfdə yaşıl rəngli plastmas qabdakı 1 ədəd 5 ml-lik şprisin içərisində olan 0,5 ml səffaf maye naftizin məhluludur. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir, naftizin qeyd edilən siyahılara və həmçinin xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil deyildir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0.342 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalmış qalıq 0,292 qram narkotik vasitə heroin Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarından məlum olur ki, şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri əks etdirən 1 ədəd “CD-R” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli, 1675 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X2 tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 62-ci maddə tətbiq edilməklə 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 17:30-da şübhəli şəxs kimi tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Xətai rayonu İHB-nın Əhmədli qəsəbə inziabti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növününson həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, həmçinin aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Əfv” edilməsindən düzgün nəticə çıxarmamış və ona göstərilmiş etimaddan sui-istifadə edərək yenidən oxşar cinayət törətmişdir. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Xətai Rayon Polis İdarəsininmaddi sübutları saxlama kamerasında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,292 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,292 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar