Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-216/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1954-cü ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, «Boyat» firmasının qanuni təmsilçisi və direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10000.00 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata nisbət məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 3000,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 yanvar 2020-ci il tarixli, 2(011)-872/2020 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərildikdən sonra icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 16 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolu ilə həmin məhkəmənin 16 mart 2021-ci il tarixli, 3(011)-1436/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 14 aprel, 25 may 2021-ci il tarixlərdə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 23 iyul 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərərçəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, «Boyat» firmasının qanuni təmsilçisi və direktoru işləyir, həmin firmanın 50%-i ona məxsus olduğu üçün oranı 800,00 manata müxtəlif şəxslərə icarəyə vermiş, icarə haqqı isə icarədarlar tərəfindən ona ödənilmişdir. Budan başqa qeyd etmişdir ki, tanışı Zərərçəkmiş şəxs 2019-cu ildə iş qurmaq məqsədilə 10000,00 ABŞ dolları və 3000,00 manat məbləğində pul vəsaiti almış, sonradan iş birlikləri baş tutmadığı üçün Zərərçəkmiş şəxs ondan pulunun qaytarılmasını tələb edərək 2020-ci ildə ona qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 08 yanvar 2020-ci il tarixli, 2(011)-872/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 10000.00 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata nisbət məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 3000.00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru qətnamənin icrasının təmin edilməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 16 mart 2021-ci il tarixli, 3(011)-1436/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru ona qətnamənin icrasını qərəzli təmin etmədiyi halda məsuliyyəti ilə bağlı xəbərdarlıq təqdim etməklə yeni müddət təyin etməsinə baxmayaraq məhkəmə aktını icra etmədiyini göstərmişdir. Artıq müəyyən əmlakını satışa çıxardığını və qısa müddətdə borcunu ödəcəyini bildirmişdir. Son sözündə əməlindən peşman olduğunu, ilk məhkumluğunu, yaşını, nəvələrini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildə iş qurmaq məqsədilə ondan 10000,00 ABŞ dolları və 3000,00 manat məbləğində pul vəsaiti almış, bir müddət sonra Təqsirləndirilən şəxs sözünə əməl etmədiyi üçün pulun geri qaytarmasını istəmiş, o isə borcu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 08 yanvar 2020-ci il tarixli, 2(011)-872/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 10000,00 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata nisbət məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 3000,00 manat məbləğində pul borcu tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən həmin məhkəmənin 16 mart 2021ci il tarixli, 3(011)-1436/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500.00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona xəbərdarlıq məktubu təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmişdir. Muxtəlif bəhanələr gətirərək borcu ödəmədiyini nəzərə alaraq şikayətçi olduğunu və Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon İcra Şöbəsinin icra məmuru Abdullayev MirRamil MirTəbib oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10000,00 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata nisbət məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 3000,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 yanvar 2020-ci il tarixli, 2(011)-872/2020 saylı qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 17 mart 2020-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə dəvət olunaraq borcludan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o isə izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməkdən yayınaraq məhkəmə aktını qərəzli icra etmədiyindən həmin məhkəmənin 16 mart 2021-ci il tarixli, 3(011)-1436/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdiməklə qətnamənin icrasından qərəzli yayındığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 verdiyi ifadə şahid Abdullayev MirRamil MirTəbib oğlunun ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(011)-872/2020 nömrəli qətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs 10000,00 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata nisbət məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 3000,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan 17 mart 2020-ci il tarixli Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(011)-872/2020 saylı qətnaməsi üzrə icraata başlanılmış və 10 gün müddətində könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3(011)-1436/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan «Boyat» firmasına məxsus nizamnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin firmanın qanuni təmsilçisi və direktoru kimi fəaliyyət göstərir, eyni zamanda oranın 50% payına sahibdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından çıxan 2(011)-872/2020 saylı qətnaməni icra etmək üçün kifayət qədər vaxtı və maddi imkanı olmuşdur. Təqsirləndirilən şəxs bu günədək məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kərimov və Qeyrilərinin Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı PROTOKOL Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) İ bölməsinə və 1952-ci il martın 20-də Parisdə imzalanmış Konvensiyaya dair Birinci Protokolun 1,2 və 3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər: M a d d ə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması. Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin Təqsirləndirilən şəxs qanunvericilikdə edilmiş dəyişikliklər, yəni Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi və 80-1-ci maddəsi izah edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-216/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-216/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver