Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-216/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs6, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1968-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 2019-cu ilin iyun ayında Ağcabədi- Beyləqan yolunun 15-ci kilometrində yerləşən çayxanada Şahid1 vasitəsilə 526 (beş yüz iyirmi altı) manat pul alaraq veteranlıq vəsiqəsi düzəldəcəyini yalandan vəd verib aldadaraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 2019-cu ili noyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində 800 (səkkiz yüz) manat, 2019-cu ilin noyabr ayının sonlarında tanışı Şahid1 vasitəsilə Ağcabədi rayonu ərazisində 200 (iki yüz) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində Ağcabədi rayonu ərazisində 1500 (min beş yüz) manat, 2019-cu ilin dekabr ayının ortalarında Ağcabədi rayonu M.Ə.Rəsulzadə prospektində yerləşən “Royal Xan” adlı yataqxanada 100 (yüz) manat, səhərisi gün Ağcabədi rayonu İ.Qayıbov küçəsində yerləşən “Versal” şadlıq evinin qarşısında 400 (dörd yüz) manat pul alıb əlil kimi avtomobil növbəsini tezləşdirəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3000 (üç min) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X2 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yanında Dakar dairəsinin yaxınlığındakı kafedə 800 (səkkiz yüz) manat, 2019-cu ilin dekabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən “Ay işığı” kafesində 4200 (dörd min iki yüz) manat, 05 fevral 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Dərnəgül şossesində 3400 (üç min dörd yüz) manat, 17 fevral 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən ticarət mərkəzinin yanında 4200 (dörd min iki yüz) manat pul alıb, veteranlıq vəsiqəsi və veteranlıq təqaüdü düzəldəcəyini yalandan vəd verib aldadaraq, sonuncunun vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 12600 (on iki min altı yüz) manat pulunu ələ keçirərək vədinə əməl etməyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 2020-ci ilin mart ayında istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə Ağcabədi rayonundan Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsinin yaxınlığına göndərdiyi 1500 (min beş yüz manat) manat pulu alıb, 3000 (üç min) manat məbləğində veteranlıqla əlaqədar ödənilən birdəfəlik müvainat düzəldəcəyini yalandan vəd verib aldadaraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 04 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 159 ünvanında yerləşən “Təbiət” kafesində 4000 (dörd min) manat pul alıb Fövqaladə Hallar Nazirliyinə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 08 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Qara-Qarayev metrostansiyasının yaxınlığındakı kafedə 1000 (min) manat, 11 dekabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Qəsr” restoranında 5500 (beş min beş yüz) manat pul alıb, Prezident Administrasiyasına işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, sonuncunun vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 6500 (altı min beş yüz) manat pulunu ələ keçirərək vədinə əməl etməyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Özünə iş tapa bilmədiyi üçün müxtəlif qəzetlərdə qeyri rəsmi müxbir kimi fəaliyyət göstərmişdir. Təsadüf nəticəsində müxtəlif rayonlara gedib gəldiyi zaman Ağcabədi rayonunda yaşayan zabitlər konfederasiyasının sədri işləyən, 1-ci Qarabağ müharibəsi veteranı Şahid1la tanış olmuşdur. O, Əlibalaya 1-ci Qarabağ müharibəsi veteranı olduğunu və müxtəlif dövlət orqanlarında yaxşı əlaqələrinin və dostlarının olduğunu bildirmişdir. Lakin əvvəllər məhkum olunduğunu gizlətmişdir. Əlibala ona bir neçə dəfə müraciət edərək əlillik, veteranlıq vəsiqələrinin düzəldilməsilə bağlı xahiş etmişdir. O, Əlibalanın xahişi ilə bir neçə nəfərə əlillik və veteranlıq vəsiqəsi düzəltmişdir. Belə ki, real əlil və veteran olmuş şəxslərin hüquqlarını bərpa etmək üçün onların adından məhkəmələrə müraciət edərək, məhkəmə qərarı əsasında qanuni yolla həmin prosesləri müsbət həll etmişdir. Təxminən 2019-cu ilin yanvar aylarında o, tanışları “Xəbər-Biz” xəbər portalında çalışan Aygün və Etibarla birlikdə Ağcabədi rayonuna getmişdir. Rayonda keçirilən tədbirdən sonra Əlibala onları yemək yeməyə dəvət etmişdir. Onlar rayonda yemək yeyən zaman Əlibalanın tanışı Şahid3la tanış olmuşdur. Sonrakı günlərdə Eyvazın vasitəsilə Zərərçəkmiş şəxs4, Əhmədoğlu Elbrusu və Şahid2ı tanımışdır. O, onlara da yaxşı əlaqələrinin olmasını və istənilən işlə bağlı müraciət edə biləcəklərini bildirmişdir. Həmin şəxslər ondan veteranlıq və əlillik pulunun bərpa olunmasını həll etməyini xahiş etmişlər. İlk olaraq 2019-cu ildə təxminən dekabr ayının ortalarında Elbrusun veteranlıq vəsiqəsi almasına köməklik etməyi üçün ümumilikdə 12600 manat olmaqla Əlibalanın iştirakı ilə Dakar dairəsində əvvəlcə 800 manat, 10 gün sonra Ağcabədi rayonunda 4200 manat, 2020-ci ilin fevral ayının 5-də Dərnəgül şossesində 3400 manat, 2020-ci ilin fevral ayının 17-də Bakıxanov qəsəbəsindəki ticarət mərkəzinin yanında 4200 manat pul almışdır. Danışığa əsasən o, Elbrusun adından məhkəməyə müraciətlər edib məhkəmə qərarı aldıqdan sonra söz verdiyi işi həll edəcəkdi. Bundan başqa 2020-ci ilin mart ayında o, Zərərçəkmiş şəxs4 3000 manat veteranlıq pulunu düzəltməyi üçün 1500 manat pul almışdır. Həmin pulu Akif ona Ağcabədi rayonundan taksi vasitəsilə göndərmişdir. O, 20 yanvar metrostansiyasının yanında Akifin göndərdiyi taksi sürücüsü ilə görüşüb ondan 1500 manat pulu götürüb Akifə zəng edərək bu barədə məlumat vermişdir. Bildirmişdir ki, təxminən 6 ay- 1 il müddətinə söz verdiyi veteranlıq pulunu həll edəcək. Bundan sonra Əlibala vasitəsilə tanıdığı Ağcabədi rayonunda çayxana işlədən Zərərçəkmiş şəxs2 əlillər üçün nəzərdə tutulan avtobil növbəsini irəli çəkmək üçün ümumilikdə 3000 manat pul almışdır. Həmin pulları o, hissə-hissə yəni ilk dəfə 2019-cu ilin noyabr ayının sonlarında Bakı şəhəri Əhmədli qəsəbəsində Əlibalanın iştirakı ilə Sadil ona 800 manat pul vermişdir. Təxminən 1 həftə sonra o, Ağcabədi rayonunda olduğu zaman Əlibala vasitəsilə Sadildən 200 manat pul almışdır. Bundan 2 həftə sonra o, Sadilin Ağcabədi rayonunda işlətdiyi çayxanaya gedərək işin alınmadığını deyib əlavə 1500 manat pul almışdır. 2019-cu ilin dekabr ayının ortalarında o, yenə də Sadillə Ağcabədi rayonunda görüşüb “Royal Xan” adlı yataqxanada ondan əlavə 100 manat pul almışdır. Səhərisi gün o, yenidən Sadilə zəng edərək onunla Ağcabədi rayonu İ.Qayıbov küçəsində yerləşən “Versal” şadlıq sarayının qarşısında görüşüb işin həlli üçün əlavə 400 manat da almışdır. Bundan başqa 2019-cu ilin iyun ayının sonlarında Əlibala vasitəsilə tanığı Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs1 veteranlıq vəsiqəsi düzəltmək üçün 526 manat pul almışdır. Həmin pulu Əlibala Şəfahətdən alaraq Ağcabədi Beyləqan yolunda olan çayxanada ona vermişdir. Bundan başqa qohumu Elgün vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5ı Fövqaladə Hallar Nazirliyinə işə düzəltməyi üçün 4000 manat pul almışdır. Həmin pulu o, xx.xx.2020-ci il tarixdə Qara- Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Təbiət” adlı kafedə almışdır. Bundan başqa Əlibala vasitəsilə tanıdğı X8 X9 Şöbəyə işə düzəltmək üçün 6500 manat pul almışdır. O, həmin pulları xx.xx.2020-ci il tarixdə günorta radələrində Bakı şəhəri Qara- Qarayev metrostansiyasının yanında Təbiət kafesində Əlibala və Türanə ilə görüşdüyü zaman Əlibala onu çölə çağıraraq 1000 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə Xətai rayonu Neapol dairəsi yaxınlığındakı kafedə o, yenidən Türanə və Əlibala ilə görüşdüyü zaman Əlibala onu dəhlizə çağıraraq 5500 manat pul vermişdir. Danışığa əsasən o, 2-3 ay ərzində işi həll edəcəkdi. Bu hadisədən təxminən 10 gün sonra o, qızı Türkiyədə yaşadığı üçün onun yanına getmişdir. xx.xx.2023-cü il tarixdə təyyarə ilə Bakı şəhərinə gəldiyi zaman hava limanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda isə törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 5 ünvanına atasının dostu Şahid1 qonaq gələn zaman Zərərçəkmiş şəxs6 işdən çıxarıldığını və məhkəməyə müraciət etdiyini bilib onun yanında tanışı İmanverdi adlı şəxsə zəng edərək ona köməklik etməsini xahiş etdi. İmanverdi telefonda X5 Administrasiyasına işə düzəldə biləcəyini bildirmişdir. O, bu təkliflə razılaşaraq xx.xx.2020-ci il tarixdə Şahid1la birlikdə Bakı şəhərinə gələrək Qara- Qarayev metrostansiyasının yaxınlığındakı kafedə Təqsirləndirilən şəxslə görüşmüşlər. Söhbət əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd etdiyi işə düzəlməsi üçün Müdafiə Nazirliyinin fonduna 6500 manat pul köçürülməlidir. xx.xx.2020-ci il tarixdə o, Əlibala ilə birlikdə yenidən Bakı şəhərinə gələrək ilk görüşdükləri kafedə 1000 manat pulu Əlibalaya vermiş, sonuncu isə həmin pulu çölə çıxaraq İmanverdiyə vermişdir. xx.xx.2020ci il tarixdə o, Əlibala ilə birlikdə Bakı şəhəri Xətai rayonu Neapol dairəsinin yaxınlığındakı “Qəsr” restoranında yenidən İmanverdi ilə görüşmüşlər. Görüş zamanı o, 5500 manat pulu Əlibalaya vermiş, sonuncu isə həmin pulu İmanverdiyə vermişdir. Bundan sonra dəfələrlə İmanverdidən işi ilə bağlı soruşmasına baxmayaraq İmanverdi ona söz verdiyi işi həll etməmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 2020-ci ilin yanvar ayında həmkəndlisi Şahid3 ona Elbrusun veteranlıq vəsiqəsi alması və sığorta alması ilə bağlı tanış tapmalarını, onların Ağcabədi şəhərinə gəlmələrini və birlikdə əyləşəcəklərini söyləmişdir. O, da onlarla birlikdə kafedə oturan zaman söhbət əsasında həmin vaxt adının Emin olmasını, sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs onun vetranlıq vəsiqəsi olduğu təqdirdə birdəfəlik müavinat düzəldə biləcəyini, 3000 manat sığorta alacağını söyləmişdir. İmanverdi bunun qarşılığında 1500 manat pul verməsini bildirdikdə, o, razılaşmışdır. Razılığa əsasən 1500 manat pulu 2020ci ilin mart ayında Bakı şəhərinə işləyən taksilərin birilə İmamverdiyə göndərmiş, İmamverdi də həmin taksi sürücüsündən pulu aldıqdan sonra ona zəng edib pulu aldığını bildirmişdir. Sonradan birdəfəlik müavinatın düzəlməsi ilə bağlı dəfələrlə İmanverdi ilə əlaqə saxlasa da vədinə əməl etməyərək onu aldatdığını başa düşmüşdür. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 bildirmişdir ki, 2020-ci ilin əvvəllərində tanışı Elgün Mahmudlunun vasitəsilə sonradan adının İmanverdi olduğunu bildiyi özünü Emin kimi təqdim edən şəxslə tanış olmuşdur. İmanverdi onu Fövqaladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin kadrlar idarəsində kompüter mütəxəssisi vəsifəsinə işə düzəldə biləcəyini bildirib, 7000 manat pul istəmişdir. Razılığa əsasən pulun 4000 manatı əvvəlcədən, qalan 3000 manatı isə işə düzələndən sonra verilməli idi. xx.xx.2020-ci il tarixdə Qara-Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Təbiət” adlı kafedə o, İmanverdiyə istədiyi 4000 manat pul vermişdir. Həmin vaxt İmanverdi onu inandırmışdır ki, 2020-ci lin mart ayına dək o, işə çıxacaq. Deyilən vaxtda o, İmanverdiyə zəng edərək işi ilə maraqlandıqda ona bildirmişdir ki, “Covid 19” virusu ilə əlaqədar qəbul dayandırıldığından bir müddət gözləmək lazımdır. Sonradan o, İmanverdinin onu aldatdığını başa düzərək polis orqanlarına ərizə ilə müraciət etmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 teleqramla məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənildiyi və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərər ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmişdir. 2019-cu ilin noyabr ayından həmyerlisi Əlibala vasitəsilə tanış olduğu İmanverdi ona əlillər üçün nəzərdə tutulmuş avtomobil növbəsini tezləşdirmək məqsədilə Bakı şəhəri Əhmədli qəsəbəsində Əlibalanın iştirakı ilə 800 manat, bir müddət sonra Ağcabədi rayonunda Əlibala vasitəsilə 200 manat, bundan 2 həftə sonra İmanverdi onun işlətdiyi çayxanaya gələrək işin alınmadığını deyib onu aldadaraq əlavə 1500 manat pul almışdır. 2019-cu ilin dekabr ayının ortalarında onlar yenə də Ağcabədi rayonunda görüşərək “Royal Xan” adlı yataqxanada əlavə 100 manat vermişdir. Səhərisi gün İmanverdi yenidən ona zəng edərək Ağcabədi rayonu İ.Qayıbov küçəsində yerləşən “Versal” şadlıq sarayının qarşısına çağırmışdır. Görüşüb işin həlli üçün əlavə 400 manat da pul vermişdir. Ümumilikdə o, İmanverdiyə 3000 manat pul vermişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış çıxarışdan görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X6 xx.xx.2023-cü il tarixdən ölkə ərazisini tərk etmiş və geri qayıtmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X3 ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmişdir. 2019-cu ildə həmkəndlisi Əlibala vasitəsilə özünü Emin kimi təqdim edən, sonradan adının İmanverdi olduğunu bildiyi şəxslə tanış olmuşdur. İmanverdi ona müxtəlif dövlət orqanlarında işləyən nüfuzlu dostlarının olmasını bildirmişdir. İmanverdi ona veteranlıq vəsiqəsi və veteranlıq təqaüdü düzəldə biləcəyini ayda 1200 manat pensiya, 80 manat da veteranlıq haqqı alacağını bildirmişdir. O, İmanverdi ilə qeyd edilən məsələni ümumi qiyməti 13000 manata razılaşmışdır. 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri Neftçilər metrostansiyasının yanında Dakar dairəsində yerləşən kafedə Əlibalanın iştirakı ilə 800 manat pulu İmanverdiyə vermişdir. 10 gün sonra dekabr ayının sonlarında Ağcabədi şəhərində yerləşən “Ay işığı” kafesində 4200 manat, 2020-ci ilin fevral ayının 5-də Bakı şəhəri Dərnəgül şossesində İmanverdi ilə görüşərək 3400 manat, 2020-ci ilin fevral ayının 17-də Bakıxanov qəsəbəsindəki ticrət mərkəzinin yanında həmkəndlisi Soltanın iştirakı ilə İmanverdiyə 4200 manat pul verdmişdir. Ümumilikdə 12600 manat pul vermişdir. Danışığa əsasən İmanverdi onun sənədlərimi 6 ay ərzində hazır edib təqdim etməli idi. Lakin İmanverdi nə ondan aldığı puları qaytardı nə də söz verdiyi sənədləri hazırladı. Sonradan ona məlum olmuşdur ki, İmanverdi daha bir neçə nəfərlərdən müxtəlif məbləğlərdə və müxtəlif işlərə görə pullar alaraq aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2020ci ilin əvvəllərində onun mobil telefonuna bir nəfər zəng edərək özünü İmanverdi kimi təqdim edərək uzaq qohum olmalarını bildirib teksi kimi ona xidmət göstərməsini xahiş etmişdir. O, bir neçə dəfə Aygün, Turanə, Əlibala və İmanverdini müxtəlif rayonlara aparıb gətirmişdir. Təxminən 2021-ci ilin əvvəllərində Turanə ona zəng edərək İmanverdinin ondan işə düzəltmək adı ilə 6500 manat pul aldığını və onu tapa bilməməsini bildirmişdir. O, Turanəyə bildirmişdir ki, İmanverdiyə taksi kimi xidmət göstərərək yol haqqını almışdır. İmanverdinin harada olmasını və nə qədər pul alması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs rayon üzrə olan tədbirlərdə tanımışdır. İmanverdi əsl adının İmanverdi olduğunu lakin uşaqlıqdan ona Emin deyə müraciət edildiyini, eyni zamanda çoxlu sayda müxtəlif dövlət orqanlarında dostlarının olmasını bildirmişdir. İmanverdi onun vasitəsilə tanıdığı bir neçə nəfər şəxsə veteranlıq və pensiya işlərini məkəmə yolu ilə həll etmişdir. 2019-cu ilin sonlarında Ağcabədi rayonunda olan tədbir zamanı İmanverdi də tanışları xəbər portalında çalışan Etibar və Aygündə gəlmişdi. Onlar rayon ərazisində olan restoranda yeyib içən zaman dostları Eyvaz, Akif, Elbrus, Soltanla tanış olmuşlar. Onun bildiyinə görə İmanverdi Elbrusun veteranlıq vəsiqəsini və veteranlıq təqaüdünü düzəltmək üçün 13000 manat pula razılaşmışlar. Bu məqsədlə 2019-cu ilin dekabr ayında Bakı şəhərində Dakar dairəsinin yaxınlığındakı kafedə Elbrus İmanverdiyə 800 manat pul vermişdir. Qalan pulları isə onun iştirakı olmadan vermişdir. Elbrusun İmanverdiyə ümumilikdə 12600 manat pul verməsi barədə məlumatı olub. Bundan başqa 2021-ci ilin yanvar ayında Eyvazın dayandırılmış pensiyasını bərpa etdirmək məqsədilə ondan 500 manat, Etibar isə 1500 manat pul alıb İmanverdiyə vermək istəyərkən həmin vaxt İmanverdi Türkiyədə olduğu üçün aldığı pulları ona verə bilməmişlər. İmanverdi onlara bildirmişdir ki, 10-15 günə Bakıya qayıdan zaman pulu götürəcək. Onlar müəyyən müddət gözlədikdən sonra İmanverdinin gəlmədiyini görüb Eyvazdan aldıqları pulları özünə qaytarmışlar. Bundan başqa o, həmkəndlisi Şəfahət və Sadili də İmanverdi ilə tanış etmişdir. 2019-cu ilin noyabr ayının əvvəlində Şəfahət ona 526 manat pul vermişdir ki, İmanverdinin vasitəsilə ona veteranlıq kitabçası düzəltsin. O, həmin pulu Ağcabədi- Beyləqan yolunun üstündə olan çayxanada İmanverdi ilə görüşərək ona vermişdir. İmanverdi söz vermişdir ki, qısa müddət ərzində kitabçanı düzəldəcək. Bundan başqa Sadilin veteranlar üçün nəzərdə tutulan avtomobil növbəsini irəli çəkmək istədiyini bilib ona bildirmişdir ki, İmanverdi ona kömək edə biləcək. 2019-cu ilin dekabr ayının ortalarında o, Sadillə Bakı şəhərinə gələrək Əhmədli qəsəbəsində Sadil onun yanında İmanverdiyə 800 manat pul vermişdir. Təxminən 7 gün sonra o, İmanverdinin xahişi ilə Ağcabədi rayonunda olan zaman Sadildən 200 manat pul alıb Ağcabədi rayonunda yerləşən yataqxanada İmanverdiyə vermişdir. Sadilin İmanverdiyə verdiyi digər pulların verilməsində iştirak etməmişdir. Lakin Sadil özü bildirmişdir ki, ümumilikdə o, İmanverdiyə 3000 manat pul verib. Bundan başqa o, Ağcabədi rayonunda dostu Musəddingilə qonaq getdiyi zaman onun qızı Türanənin işdən çıxarıldığını bilmişdir. O, Turanəyə köməklik etmək məqsədilə İmanverdi ilə danışaraq Turanəni bir işə düzəldə biləcəyini soruşmuşdur. İmanverdi ona heç bir problem olmamasını bildirib köməklik edə biləcəyini demişdir. O, Turanə ilə İmanverdini tanış etmişdir. İmanverdi Turanəyə söz vermişdir ki, 6500 pul müqabilində Prezident Administrasiyasında işə düzəldə biləcək. Turanənin atası bankdan kredit pul götürərək Turanəyə verdi ki, aparıb İmanverdiyə versin. xx.xx.2020-ci il tarixdə o, Turanə ilə birlikdə Bakı şəhərinə gəlib Qara-Qarayev metrostansiyasının yanındakı kafedə İmanverdi ilə görüşmüşlər. O, İmanverdini kənara çəkərək Turanənin ona verdiyi 1000 manatı İmanverdiyə vermişdir. xx.xx.2020-ci il tarixdə Xətai rayonu Neapol dairəsi yaxınlığındakı kafedə o, Turanə ilə birlikdə yenidən İmanverdi ilə görüşmüşlər. Həmin vaxtı o, qalan 5500 manat pulu da İmanverdiyə vermişdir. Danışığa əsasən 2-3 ay ərzində iş həll olunacaqdı. Sonradan imanverdi Türkiyədə olan zaman ona məlum olmuşdur ki, İmanverdi başqa digər şəxsləri də aldadıb pullarını mənimsəmişdir. O, İmanverdi ilə bir neçə dəfə telefonla danışmış və xahiş etmişdir ki, onun tanışlarının pullarını qaytarsın. Lakin bütün bunlara baxmayaraq İmanverdi, nə pulları qaytarmış, nə də söz verdiyi işləri həll etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2020ci il ərzində “XəbərBiz” xəbər portalında müxbir vəzifəsində işlədiyi zaman Təqsirləndirilən şəxslə tanış olmuşdur. Ağcabədi rayonunda çəkilişlərə gedən zaman Şahid1 da tanımışdır. O öz işi ilə əlaqədar müxtəlif rayonlara gedən zaman İmanverdi Etibar və Rüfət də onlarla birlikdə olmuşlar. Ağcabədi rayonunda olarkən Əlibala vasitəsilə Turanə və onun ailəsi ilə tanış olmuşdur. O, bir neçə dəfə Turanəgildə, Turanə isə Bakı şəhərinə gələn zaman onun evində qonaq olmuşdur. İmanverdi Türkiyə respublikasında olan zaman Turanə ona zəng edərək İmanverdinin onu aldadaraq Prezident Aparatına işə düzəltmək adı ilə 6500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Onun İmanverdinin kimlərdən və nə qədər pul alması barədə heç bir məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunda ifadə verməsi elan edildi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan 29 dekabr 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti ilə əlaqədar toplanmış HK 1-912/21 saylı material üzrə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞnin baş təhqiqatçısı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyul 2021ci il tarixli qərarı ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 14 fevral 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-150/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 01 (bir) ay 13 (on üç) gün həddində müəyyən edilmiş və həbsdə saxlanılma müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmışdır. İş materiallarında olan axtarış olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ittiham elan olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus olan hərbi biletdən görünür ki, Əfqanıstanda döyüş əməliyyatlarının və İ Qarabağ müharibəsinin iştirakçısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 05 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 il 3 ay il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, təyin olunmuş 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq, 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 21 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 18 oktyabr 2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Rauf Əliyevin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 21 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İş üzrə zərərçəkmiş şəxs X3 mülki iddiası təmin edilməlidir. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 12600 (on iki min altı yüz) manat və 146 (yüz qırx altı) manat ödənilmiş dövlət rüsumu tutularaq X3 xeyrinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilməlidir. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 4000 (dörd min) manat və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilməlidir. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 1500 (min beş yüz) manat və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs6 mülki iddiası təmin edilməlidir. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 6500 (altı min beş yüz) manat və 85 (səksən beş) manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs6 xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 35 (otuz beş) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs4 xeyrinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs6 Müsəddin qızının mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 6500 (altı min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 85 (səksən beş) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs6 Müsəddin qızının xeyrinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumu 60 (altmış) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs5 xeyrinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxs X3 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 12600 (on iki min altı yüz) manat və ödənilmiş dövlət rüsumu 146 (yüz qırx altı) manat məbləğində pul tutularaq, X3 xeyrinə ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-216/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-216/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver