Məhkəmə qərarları › İş №1(011)-217/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-217/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-217/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Astara rayonunun Kakalos kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir az yaşlı sağlamlıq imkanları məhdud övladı olan, əvəllər məhkum olunmuş, lakin məhkumluğu götürülməmiş və ya ödənilməmiş, Astara rayonunun Kakalos kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahələrinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 7-ci Alatava küçəsi 62 saylı evin 4-cü mərtəbəsində yerləşən 16 nömrəli mənzilə binanın ehtiyat-yanğın çıxışı üçün nəzərdə tutulmuş pilləkən meydançasının həmin mərtəbədə yerləşən eyvanından keçməklə qanunsuz daxil olub, yaşayış sahəsinin yataq otağındakı dolabdan asılmış pencəklərin ciblərindən Zərərçəkmiş şəxs1 məxsus həmin dövr üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə nisbətdə 1700 (bir min yeddi yüz) manat təşkil etmiş 1000 (bir min) ABŞ dolları, 1800 (bir min səkkiz yüz) manat nağd pulu, həmin dolabın yuxarı gözlüyündəki saxlanc yeri hesab edilən mücrünün içərisindən 1150 (bir min yüz əlli) manat qiymətində 01 ədəd 13,9 qram çəkidə 916 əyarlı qızıl sikkəni, 3000 (üç min) manat qiymətində bir cüt brilyant qaşlı qızıl sırğanı, 500 (beş yüz) manat qiymətində 01 ədəd brilyant qaşlı kişi üçün qızıl nişan üzüyünü, 130 (yüz otuz) manat qiymətində 01 ədəd sadə qaşlı qızıl üzüyü, 130 (yüz otuz) manat qiymətində 01 ədəd qızıl qolbağı, 90 (doxsan) manat qiymətində 01 ədəd qızıl kulonu, 100 (bir yüz) manat qiymətində 01 ədəd üzərində “Quran ayəsi” həkk edilmiş qızıl kulonu və ümumilikdə qiyməti 200 (iki yüz) manat təşkil edən üç cüt qızıl uşaq sırğalarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 8800 (səkkiz min səkkiz yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Sadıqcan küçəsi 91 saylı evin 11-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilə binanın ehtiyat-yanğın çıxışı üçün nəzərdə tutulmuş pilləkən meydançasının həmin mərtəbədə yerləşən eyvanından keçməklə qanunsuz daxil olub yaşayış sahəsinin qonaq otağındakı saxlanc yeri hesab edilən tirmonun siyirtməsindən Zərərçəkmiş şəxs2 məxsus 350 (üç yüz əlli) manat qiymətində açar şəkilli kulonu ilə birlikdə “Tiffanny” əmtəə nişanlı qızıl boyunbağını, 300 (üç yüz) manat qiymətində “T” hərf şəkilli kulonlu ilə birlikdə qızıl boyunbağını, 200 (iki yüz) manat qiymətində təkqaş kulonu ilə birlikdə qızıl boyunbağını, 300 (üç yüz) manat qiymətində ümumilikdə 5 qram çəkidə qızıl sırğa cütü, habelə qızıl boyunbağıdan ibarət dəsti, 200 (iki yüz) manat qiymətində 01 ədəd “Cartier” əmtəə nişanlı qızıl boyunbağını, ümumilikdə qiyməti 500 (beş yüz) manat təşkil etmiş on cüt qızıl sırğaları və ümumilikdə qiyməti 300 (üç yüz) manat təşkil etmiş 05 ədəd gümüş bilərzikləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2150 (iki min yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 135 saylı evin 7-ci mərtəbəsində yerləşən 35 nömrəli mənzilə binanın ehtiyat-yanğın çıxışı üçün nəzərdə tutulmuş pilləkən meydançasının həmin mərtəbədə yerləşən eyvanından keçməklə qanunsuz daxil olub yaşayış sahəsinin yataq otağındakı saxlanc yeri hesab edilən tirmonun siyirtməsindən Zərərçəkmiş şəxs3 məxsus 3000 (üç min) manat dəyərində 01 ədəd iki hissədən ibarət, üzərində gözmuncuğu təsvirli kulon olan “Cartier” əmtəə nişanlı qızıl qolbağı, 4500 (dörd min beş yüz) manat qiymətində 01 ədəd üzərində xırda briliant qaşları olan, yarpaqşəkilli, ağ rəng çalarlı, qızıl qadın üzüyünü, 2500 (iki min beş yüz) manat dəyərində qızıl sırğa cütü, habelə qızıl qolbaqdan ibarət yaşıl rəng çalarlı, “Emporium Armani” əmtəə nişanlı dəsti, 450 (dörd yüz əlli) manat qiymətində 01 ədəd üzərində ağ rəngli qaşları, qövsvari dairələr şəklində elementləri olan qızıl qadın üzüyünü, 400 (dörd yüz) manat qiymətində 01 ədəd zəncirvari formalı qızıl sepi, 300 (üç yüz) manat qiymətində qızıl sırğa cütü, qızıl kulon, həmçinin qızıl üzükdən ibarət, mərkəzi hissələrində qarışıq rəng çalarlı, svarovski tipli qaş olan dəsti, 800 (səkkiz yüz) manat qiymətində qövsvari formalı, sarı və ağ rəng çalarlı, üzərində xırda ağ rəngli qaşlar olan qızıl qolbağı, 200 (iki yüz) manat qiymətində gözümuncuğu şəkilli qızıl kulonu ilə birlikdə nazik qızıl sepi, 500 (beş yüz) manat qiymətində 01 ədəd qızıl saatı və ümumilikdə qiyməti 350 (üç yüz əlli) manat təşkil etmiş müxtəlif çeşidli bijuteriya məmulatları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni ümumilikdə 13000 (on üç min) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, azyaşlı övladı “uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkmiş, onun müalicəsi üçün mütəmadi olaraq pula ehtiyyac olmuş, övladının müalicəsinə pul tapa bilmədiyi üçün əlacsız qalıb yenidən oğurluq cinayətlərini törətmişdir. xx xxxxxx 2020-ci il tarixdə oğurluq etmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, şəhərə gəldikdən sonra oğurluq etmək üçün münasib mənzil axtarmağa başlamış, bu məqsədlə Bakı şəhərinin Yeni Yasamal deyilən ərazisinə gəlmişdir. Həmin ərazidə oğurluq etmək üçün ona əlverişli şərait yaradacaq binalara nəzər yetirdiyi zaman, təsadüfən həmin ünvanda inşa edilmiş 12 mərtəbəli bina diqqətini cəlb etmişdir. Həmin gün saat 19 radələrində binanın qarşısında durub binadakı mənzilləri nəzərdən keçirməyə başlamış, bu vaxt binanın 4-cü mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını gördükdə mənzildə heç kimin olmadığına gümanı yaranmış, bunu tam dəqiqləşdirmək üçün mənzili yoxlamaq qərarına gəlmiş, həmin mənzilin yerləşdiyi bloka yaxınlaşdıqda, bloka giriş qapısının kodla təhciz edildiyini görmüş, bununla belə blokun qarşısında qalıb sakinlərdən birinin bloka giriş qapısını açmasını gözləməyə başlamış, həmin ərəfədə bina sakinlərindən olan tanımadığı bir uşağın qapını açdığını görüb bundan istifadə etməklə bloka daxil olub lift vasitəsi ilə 4-cü mərtəbəyə qalxmışdır. Oğurluq etməyi qərarlaşdığı mənzilə yaxınlaşıb qapını döyməklə bir neçə dəqiqə kənarda gözləmiş, mənzili açan olmadığından evdə heç kimin olmadığına tam əmin olmuş, bundan sonra binanın 4-cü mərtəbəsindəki dəhlizdən evyana çıxıb oradan keçməklə mənzilin eyvanına daxil olmuş, eyvandan mənzilin mətbəx hissəsinə açılan plastik pəncərəni əli ilə güc edib açaraq oradan mənzilin içərisinə daxil olmuş, sonra evdə pul və ya qiymətli əşyaların axtarışına başlamışdır. İlk əvvəl qonaq otağına keçmiş, qonaq otağında axtarış aparsa da pul və ya qiymətli əşya tapa bilməmiş, ardınca uşaq otağı kimi təhciz edilmiş otağa daxil olmuş, qısa zamanda orada da axtarış aparmış, lakin yenə də qiymətli əşya tapa bilməmişdir. Sonra mənzilin yataq otağına keçib axtarışını orada davam etdirmiş, yataq otağındakı paltar dolabını açıb içərisində saxlanılan əşyalara nəzər saldığı zaman, dolabdan asılı pencəklərin cibində 1000 (bir min) ABŞ dolları və 1800 (bir min səkkiz yüz) manat pul aşkar etmiş, həmin pulu götürmüş, ardınca həmin dolabın yuxarı gözlüyündə saxlanılan 01 ədəd mücrünü götürmüş, mücrünü açıb içərisinə nəzər salmaq istədikdə kilidlə bağlı olduğunu aşkar etmiş, həmin vaxt mücrünü açmaq məqsədilə mətbəx otağına keçib oradan kiçik ölçülü balta götürmüş, həmin baltanın kəsici hissəsini mücrünün qapağı altına salıb güc etməklə mücrünü açmışdır. Mücrünü açdığı zaman içərisində çox sayda qızıl-zinət əşyalarını aşkar etmiş, aşkar etdiyi qızıl-zinət əşyalarının formasını və əlamətlərini xatırlamamış, lakin təxmini olaraq xatırladığı kimi mücrüdə 01 ədəd qızıl medalyon, 02 cüt qızıl sırğa, 03 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbaq, 02 ədəd qızıl kulonlar olmuş, cəld şəkildə sadaladığı əşyaları götürməklə ciblərinə yerləşdirmiş, ardınca mənzilə daxil olduğu üsulla da mənzili tərk etmişdir. Mənzili tərk etdikdən sonra oğurladığı əşyaları satmaq üçün səhər saatlarında Sumqayıt şəhərinə getmiş, Sumqayıt şəhərində yerləşən “Cavid Mail” adlı ticarət mərkəzinə daxil olub əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Şahid3 qızıl alqı-satqısı ilə məşğul olduğu piştaxtaya yaxınlaşmış, ilk əvvəl şübhə doğurmamaq üçün oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini Əvəzə təqdim edərək xəstə övladının müalicəsi ilə əlaqədar ailəsinə məxsus həmin qızılları təcili satmaq istədiyini bildirmiş, həmin vaxt Əvəz ondan şəxsiyyət vəsiqəsini tələb etsə də, həkimə pul çatdırmaqdan ötrü evdən təcili çıxdığı üçün şəxsiyyət vəsiqəsini evdə utunduğunu deyib, köməklik etməsini xahiş etmişdir. Əvəz ona inandığından alqı-satqını onun özü deyil, başqa bir tanışının edəcəyini deyib, sonradan adını öyrəndiyi Şahlar adlı şəxsi dəvət etmişdir. Şahlar təqdim etdiyi qızıl-zinət əşyalarını nəzərdən keçirdikdən sonra, qızıllar müqabilində ona ümumilikdə 1250 (bir min iki yüz) manat pul verəcəyini bildirmiş, o razılaşıb qızılların alqı-satqısını həyata keçirməklə 1250 (bir min iki yüz) manat pul əldə edib ticarət mərkəzini tərk etmişdir. Sonradan özündə qalan oğurluq yolu ilə əldə etdiyi digər qızılları da satmaq qərarına gəlmiş, bu minvalla təxminən 2 saat sonra təkrarən ticarət mərkəzinə qayıdaraq Əvəzə yaxınlaşıb satdığı qızıllardan əldə etdiyi pulun müalicə üçün kifayət etmədiyini deyib, evində olan digər qızılları da götürüb satmaq istədiyini demiş, Əvəz təkrarən Şahları çağırmış, Şahlar da ona təqdim etdiyi qızılları nəzərdən keçirdikdən sonra həmin qızıl-zinət əşyaları müqabilində ona 850 (səkkiz yüz) manat verəcəyini demiş, o da razılaşıb qızılları Şahlara satmaqla 850 (səkkiz yüz) manat pulu götürüb ticarət mərkəzini tərk etmişdir. Müxtəlif vaxtlarda oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının satışından əldə etdiyi pulu xəstə övladının müalicəsinə, habelə digər şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə oğurluq etmək məqsədi ilə təkrarən yaşadığı evdən çıxaraq Bakı şəhərinə gəlmiş, şəhərə gəldikdən sonra metro vasitəsi ilə Əhmədli metrostansiyası yaxınlığına gəlib oğurluq etmək üçün münasib mənzil axtarmağa başlamış, bu minvalla sonradan ünvanını öyrəndiyi Sadıqcan küçəsinə gəldikdə həmin ünvanda inşa edilmiş 17 mərtəbəli bina diqqətini cəlb etmişdir. Həmin gün saat təxminən 20 radələrində binanın qarşısında durub binadakı mənzilləri nəzərdən keçirməyə başlamış, bu vaxt binanın 11-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını gördükdə mənzildə heç kimin olmadığına ehtimal etmiş, lakin evdə kimsənin olubolmamasını tam dəqiqləşdirmək üçün mənzilin yerləşdiyi bloka daxil olaraq lift vasitəsi ilə 11-ci mərtəbəyə qalxmışdır. Oğurluq etməyi qərarlaşdığı mənzilə yaxınlaşıb qapını döyməklə bir neçə dəqiqə kənarda gözləmiş, mənzili açan olmadığından ardınca mənzilin qapısına yaxınlaşıb qulağını qapıya yaxınlaşdırıb evdən səs gəlib-gəlməməsini yoxlamağa başlamış, artıq mənzildən səs gəlmədiyindən evdə heç kimin olmadığına tam əmin olmuş, bundan sonra binanın 11-ci mərtəbəsindəki dəhlizdən evyana çıxıb oradan keçməklə mənzilin eyvanına daxil olmuşdur. Eyvandan mənzilin yataq otağına açılan plastik qapını əli ilə güc edib açaraq mənzilin içərisinə daxil olmuş, bundan sonra evdə pul və ya qiymətli əşyaların axtarışına başlamış, ilk əvvəl yataq otağında səliqəli şəkildə axtarış aparmış, lakin qiymətli əşya tapa bilmədiyi üçün qonaq otağına keçmiş, qonaq otağında apardığı axtarış zamanı otaqdakı güzgülü termonun siyirtmələrini açıb bir-bir içərilərinə nəzər yetirməyə başlamış, bu zaman siyirtmələrin içərisində bir neçə qızıl boyunbağı, qızıl sırğalar, kulonlar və gümüş bilərziklər aşkar etmişdir. Aşkar etdiyi əşyaların sayını, formasını və əlamətlərini xatırlamamış, həmin zinət əşyalarını götürüb, cibərinə yerləşdirməklə cəld şəkildə mənzilə daxil olduğu üsulla da mənzili tərk etmiş, mənzili tərk etdikdən bir neçə gün sonra qızıl-zinət əşyalarını Sumqayıt şəhərində yerləşən “Cavid Mail" adlı ticarət mərkəzində dəqiq yerini xatırlamadığı qızıl alqı-satqısı şöbəsində işləyən əvvəllər tanımadığı, xarici görünüşü və əlamətləri yadında qalmayan şəxsə ümumilikdə 800 (səkkiz yüz) manat pul müqabilində satmışdır. Oğurladığı gümüş əşyalarını isə sata bilmədiyi üçün hazırda yadında qalmayan yerdə tullamış, əldə etdiyi pulu müxtəlif vaxtlarda şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan əlavə, xx xxxx 2020-ci il tarixdə növbəti dəfə oğurluq etmək məqsədi ilə səhər saatlarında evdən çıxaraq Bakı şəhərinə gəlmiş, şəhərə gəlikdə metro vasitəsi ilə Əhmədli metrostansiyası yaxınlığına gəlmiş, oğurluq etmək üçün münasib mənzil axtarmağa başlamışdır. Günorta saatlarında sonradan ünvanını öyrəndiyi M.Hadi küçəsinə gəldikdə həmin ünvanda inşa edilmiş 10 mərtəbəli bina diqqətini cəlb etmiş, elə həmin binada yerləşən mənzillərin birindən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 19 radələrində axşam saatları olduğundan təkrarən binanın qarşısına gəlib, binadakı mənzilləri nəzərdən keçirməyə başlamış, bu vaxt binanın 7-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görmüş, belə olan halda mənzildə heç kimin olmadığını düşünüb bunu tam dəqiqləşdirmək qərarına gəlmiş, bunun üçün həmin mənzilin yerləşdiyi bloka yaxınlaşdıqda bloka giriş qapısının kodla təhciz edildiyini görmüş, bununla belə blokun qarşısında qalıb sakinlərdən birinin bloka giriş qapısını açmasını gözləməyə başlamışdır. Həmin ərəfədə bina sakinlərindən olan tanımadığı bir nəfər cavan oğlanın qapını açdığını görüb bundan istifadə etməklə bloka daxil olub lift vasitəsi ilə 10-cu mərtəbəyə qalxmış, ardınca 7-ci mərtəbəyə düşüb oğurluq etməyi qərarlaşdığı mənzilə yaxınlaşaraq qapını döyməklə bir neçə dəqiqə kənarda gözləmiş, mənzili açan olmadığından qulağını qapıya yaxınlaşdırıb evdən səs gəlib-gəlməməsini yoxlamağa başlamış, artıq mənzildən səs gəlmədiyindən evdə heç kimin olmadığına tam əmin olmuşdur. Bundan sonra binanın 7-ci mərtəbəsindəki dəhlizdən evyana çıxıb oradan keçməklə mənzilin eyvanına daxil olmuş, eyvana daxil olduğu zaman eyvandan mənzilin içərisinə açılan qapının açıq olmasını, qapıda yalnız setka torun olduğunu görmüş, ardınca setka toru qapıdan çıxarıb kənara qoymaqla mənzilin içərisinə girmiş, ilk əvvəl mənzil sahibinin harada olmasından, mənzilə nə vaxt gələcəyindən xəbərsiz olduğu üçün hər ehtimala görə mənzilə giriş qapısına yaxınlaşıb qapını arxdan kilidləmiş, daha sonra qonaq otağına daxil olub orada pul və digər qiymtətli əşyaların axtarışına başlamışdır. Yataq otağındakı güzgülü tirmonun siyirtmələrini açdığı zaman oradakı qutular içərisində bir neçə adda qızıl boyunbağılar, qızıl seplər, qızıl qolbaqlar, qızıl üzüklər, qızıl sırğalar, qızıl kulonlar, 01 ədəd saat, həmçinin çox sayda müxtəlif çeşidli bijuteriya məmulatlarının olmasını aşkar etmiş, aşkar etdiyi qızıl-zinət əşyaların sayını, formasını, əlamətlərini xatırlamamış, cəld şəkildə qutularda olan həmin qızılları, bijuteriya məmulatlarını oğurlayaraq ciblərinə yerləşdirmiş, bundan sonra mənzilin digər iki otağına ötəri şəkildə nəzər salmış, lakin digər otaqlarda qiymətli əşya tapa bilmədiyi üçün mənzilə daxil olduğu üsulla da mənzili tərk etmişdir. Səhəri gün qızıl-zinət əşyalarının satışını həyata keçirmək məqsədi ilə yenidən Sumqayıt şəhərində yerləşən “Cavid Mail” adlı ticarət mərkəzinə getmiş, artıq bu dəfə qızıl-zinət əşyalarını Şahid3 təqdim edəcəyi halda onda zinət əşyalarının oğurluq olması ilə bağlı şübhə doğuracağından ehtiyyat etdiyi üçün ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan digər yerə, sonradan adını öyrəndiyi Yasin adlı şəxsin işlədiyi piştaxtaya yaxınlaşmış, üstündə götürdüyü qızıl-zinət əşyalarını ona təqdim edərək xəstəsinin olması ilə əlaqədar həmin zinət əşyalarını satmaq istədiyini demiş, Yasin adlı şəxs qızıl-zinət əşyalarına nəzər saldıqdan sonra alqı-satqını həyata keçirməzdən əvvəl ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, o da öz növbəsində üzərində olan şəxsiyyət vəsiqəsinin surətini Yasinə təqdim etmiş, təqdim etdikdən sonra Yasin özündə olan kitabda müəyyən qeydiyyat apardıqdan sonra qızıllar müqabilində ona ümumilikdə 1410 (bir min dörd yüz on) manat verəcəyini demiş, o razılaşıb qızılların alqı-satqısını həyata keçirməklə 1410 (bir min dörd yüz on) manat pul əldə etmiş, bundan sonra həmin gün oğurladığı zinət əşyalarından qalmış 01 ədəd saatı və müxtəlif çeşiddə olan bijuteriya məmulatlarını isə hazırda yadında qalmayan bir neçə mağazaya təqdim edib satmaq istəsə də, məmulatları alan olmadığından, onları hazırda yadında qalmayan yerdə tullamışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaların satışından əldə etdiyi pulları isə müxtəlif vaxtlarda öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Verilmiş mülki iddianı ödəmək üçün maddi durumu yetərli deyil, həmin məbləği hazırda ödəyə bilməyəcək. Bu səbəbdən mülki iddianın rədd edilməsini, məlindən səmimi peşman olduğunu, himayəsində bir xəstə övladının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mənzili 12 mərtəbəli binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşir, binada yalnız Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları yaşayır və əri X20 da XDMX-nin əməkdaşıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 12:00-dan xx xxxxxx 2020-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində onlar ailəliklə qaynatasının Masazır qəsəbəsində yerləşən evində olduqlarından həmin vaxt evdə olmamışlar. xx xxxxxx 2020-ci il tarixdə Şükür evə gəldikdə mətbəxin, həmçinin qonaq otağının eyvanan çıxan qapılarının açıq olmasını, mətbəxdə uzun masanın üzərində mətbəx baltasının olmasını, yataq otağındakı paltar şkafının qapısının açıq olmasını aşkar etmişdir. Şükür bundan şübhələndiyi üçün mücrünün içərisinə baxdığı zaman oradakı qızılların yerində olmadığını görmüş, sonra şkafda asılmış pencəklərinin iç döş ciblərinə baxdığı zaman qoyduğu 1000 (bir min) ABŞ doları və 1800 (bir min səkkiz yüz) manat pulların da yerində olmadığı və oğurlandığını görmüşdür. Bundan sonra Şükür ona zəng edib bu barədə mənlumat vermiş, o da atası ilə birlikdə evə gələrək həqiqətən də evdən oğurluq olduğunu aşkar etmiş və bundan sonra 102 ximətinə zəng edib bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində mücrünün içrəsində olmuş bir ədəd 1150 (bir min yüz əlli) manat dəyərində 13,9 qram çəkidə 916 əyyarlı qızıldan olan Avstriya X1, bir ədəd 3000 (üç min) manat dəyərində brilyant qaşlı sırğa üzük dəsti, bir ədəd 500 (beş yüz) manat dəyərində brilyant qaşlı kişi nişan üzüyü, bir ədəd 130 (yüz otuz) manat dəyərində sadə qaşlı qızıl üzük, bir ədəd 130 (yüz otuz) manat dəyərində qızıl qolbaq, bir ədəd 90 (doxsan) manat dəyərində köhnə qızıl kulon, bir ədəd 100 (bir yüz) manat dəyərində üzərində «Quran yazıları» yazılmış qızıl kulon, ümumilikdə dəyəri 200 (iki yüz) manat olan üç cüt qızıl uşaq sırğaları olmaqla 5300 (beş min üç yüz) manat dəyərində qızılların, pencəklərin ciblərindən isə 1000 (bir min) ABŞ doları və 1800 (bir min səkkiz yüz) manat pullarının oğurlanmaqla, ümumilikdə ona 8800 (səkkiz min səkkiz yüz) manat dəyərində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Bu səbəbdən ona dəymiş ziyanın ödənilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 1 mənzil 35 ünvanında ailəsi ilə birlikdə yaşayır, həmin mənzil 10 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşir, mənzil 3 otaqdan, hamam və mətbəx otaqlarından ibarətdir. Mənzilə giriş dəmir qapıdandır və qapının yuxarı və aşağı kilidi açarla bağlanır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində ailə üzləri ilə birgə Biləcəri qəsəbəsində yaşayan bibisigilə qonaq getmiş, evdən çıxarkən özündə olan açaralar vasitəsi ilə evin giriş qapısının kilidlərini bağlamışdır. Həmin gün saat təxminən 21 radələrində yaşadıqları evə qayıdıb özündə olan açarlar vasitəsi ilə evin giriş qapısını kilidlərini açıb evə daxil olmaq istədikdə giriş qapısının açılmadığını görmüş, bir neçə dəfə qapını açmağa cəhd göstərsə belə qapının açılmadığını gördükdə, qapının arxadan bağlandığını yəqin etmiş, belə olan halda evə hər hansı kənar şəxsin daxil olub oğurluq etdiyinə gümanı yaranmışdır. Qısa zamanda qonşudan vintaçan alıb həmin vintaçandan istifadə etməklə qapı kilidlərini çətinliklə də olsa açıb evə daxil olmuş, evə daxil olub otaqlara nəzər yetirdiyi zaman balkonun qapısında olan setka torun yerindən çıxarılaraq kənara qoyulduğunu, yataq otağındakı əşyların isə dağıdıldığını aşkar etmişdir. Artıq həmin vaxt evdən oğurluq edildiyini başa düşüb evdə saxladığı əşyalara nəzərə salmağa başlamış, həmin vaxt yataq otağındakı güzgülü tirmonun siyirtmələrində olan həyat yoldaşına hədiyyə olaraq aldığı 3000 (üç min) manat dəyərində 01 ədəd 02 hissədən ibarət, üzərində gözmuncuğu formalı kulon olan “Cartier” əmtəə nişanlı qızıl qolbağın, 4500 (dörd min beş yüz) manat qiymətində 01 ədəd üzərində xırda briliant qaşları olan yarpaqşəkilli, ağ rəng çalarlı, qızıl qadın üzüyünün, 2500 (iki min beş yüz) manat dəyərində bir cüt qızıl sırğa, 01 ədəd qızıl qobaqdan ibarət, yaşıl rəng çalarlı, “Emporium Armani” əmtəə nişanlı dəstin, 450 (dörd yüz əlli) manat qiymətində 01 ədəd üzərində ağ rəngli qaşları, qövsvari dairələr şəklində elementləri olan qızıl qadın üzüyünün, 400 (dörd yüz) manat qiymətində 01 ədəd zəncirvari formalı qızıl sepin, 300 (üç yüz) manat qiymətində 01 cüt sırğa, 01 ədəd kulon, 01 ədəd üzükdən ibarət mərkəzi hissələrində qarışıq rəng çalarlı, svarovski tipli qaş olan dəsti, 800 (səkkiz yüz) manat qiymətində qövsvari formalı, sarı və ağ rəng çalarlı, üzərində xırda ağ rəngli qaşlar olan qızıl qolbağının, 200 (iki yüz) manat qiymətində 01 ədəd nazik qızıl sepi ilə birlikdə gözümuncuğu şəkilli qızıl kulonun, 500 (beş yüz) manat qiymətində 01 ədəd qızıl saatının, forması və əlamətləri yadında qalmamış, lakin ümumilikdə dəyəri 350 (üç yüz əlli) manat təşkil etmiş müxtəlif çeşidli bijuteriya məmulatlarının yerində olmadığını, naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 13000 (on üç min) manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş zərərin tam şəkildə ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, ünvan 2 mənzil 5 ünvanında valideynləri ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 16:15-də anası Şahid2 mənzilin giriş qapısının kilidini bağlayaraq işləri ilə əlaqədar mənzili tərk etmiş, həmin tarixdə saat 20:25-də evə gələrək mənzilin qapısının kilidini özündə olan ehtiyat açarı ilə açaraq daxil olmuş, qapıdan girdiyi zaman sağda olan yataq otağına baxdıqda həmin otağın balkona olan çıxış qapısının açıq olduğunu, pərdənin kənara çəkildiyini görüb təəcüblənmişdir. Belə ki, həmin ünvanda yaşadığı müddət ərzində heç vaxt ailə üzvləri həmin qapını açmamış, ümumiyyətlə həmin eyvandan istifadə olunmamış, qonaq otağına daxil olduqda isə tirmonun çəkəcəklərinin açıq olduğunu görmüş, və mənzilə naməlum şəxsin daxil olaraq oğurluq etdiyini başa düşmüşdür. Tirmonun ikinci çəkəcəyinə baxdıqda ona məxsus qızıl-zinət əşyalarının oğurlandığını aşkar etmişdir. Naməlum şəxs mənzilə eyvandan daxil olaraq ona məxsus "Tiffanny” brendinə məxsus, üzərində açar şəkilli kulon olan, 350 (üç yüz əlli) manat qiymətində qadın boyunbağı, üzərində “T” hərfi olan kulonlu, 300 (üç yüz) manat qiymətində qadın boyunbağını, təkqaş kulonlu, 200 (iki yüz) manat qiymətində qadın boyunbağını, 01 ədəd 05 qram çəkidə, 300 (üç yüz) manat qiymətində qızıl dəstini (yəni bir cüt sırğa və boyunbağıdan ibarət), 01 ədəd “Cartier” brendinə məxsus 200 (iki yüz) manat qiymətində qadın boyunbağını, ümumilikdə 500 (beş yüz) manat qiymətində 10 cüt qızıl sığaları, 300 (üç yüz) manat dəyərində 05 ədəd gümüş qadın bilərziklərini oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X8 əmək müqaviləsi əsasında qızıl alqı satqı mağazasında işçi olaraq işləyir, həmin işdə lom vəziyyətdə qızıllar olduqda kimdənsə pul götürüb həmin lom qızılı alıb üzərinə 30-40 qəpik pul qoymaqla zərgərlərə satır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işlədiyi ünvana gətiriləndə görüb tanımışdır. Belə ki, təqribən 22-xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində həmin Elvin adlı şəxs işlədiyi piştaxtaya yaxınlaşmaqla qaynanası və övladının Bakı şəhərində xəstəxanada ağır vəziyyətdə olduğunu, təcili ona pul lazım olduğu üçün özündə olan qızıllarını satdığını, ardınca yaxınlıqda dayanmış bir qadını işarə edərək həmin qadının onun arvadı olduğunu və alqı-satıqya birgə gəldiklərini bildirmişdir. Yaxınlıqda dayanmış qadın isə danışıqlara fikir vermədən heç bir söz deməmişdir. O, həmin Elvin adlı şəxsdən şəxsiyyət vəsiqəsini tələb etsə də o, xəstəsinə görə tələsik gəldiyindən sənədinin olmamasını bildirmiş, Elvində həmin vaxt hazırda formasını və əlamətlərini xatırlamadığı bir neçə adda qızıl sep, qızıl qolbaq, qızıl kulon, qızıl üzük, qızıl sırğa, 01 ədəd qızıl medalyon və digər qızıl-zinət əşyaları olmuş, o, həm qazanc əldə etmək, həm də həmin insanın xəstəsi olması ilə bağlı yalvarışlarına inanıb özündə pul olmadığı üçün ticarət mərkəzində zərgər işləyən Şahları çağırmaqla həmin qızıllara baxmasını bildirmiş, Şahlar heç bir söz soruşmadan Elvini tanışı kimi qəbul edib onun təqdim etdiyi qızılları yoxladıqdan sonra Elvinə 1250 (bir min iki yüz əlli) manat pul verib qızılları özü götürmüşdür. Elvinin şəxsiyyət ertəsi günü şəxsiyyət vəsiqəsini gətirəcəyinə əmin etmişdir. Həmin gün saat 12 radələrində Elvin yenidən iş yerinə gələrək ona yalvararaq, həkimə verməyə pulunun çatmadığını, ona görə özünə aid əlavə qızılları da gətirdiyini bildirmiş, o, insanlıq etməklə onu başa düşüb, həqiqətən də çətinliyini, xəstəsi olduğunu fikirləşmiş, yenə də Şahları çağırmışdır. Şahlar onun gətirdiyi sayını, əlamətlərini bilmədiyi qızıllara baxdıqdan sonra Elvinə 850 (səkkiz yüz əlli) manat pul verib qızılları ondan almış, hər iki alqı-satqıdan sonra Şahlar qazanc olaraq ona 35 (otuz beş) manat pul vermiş, həmin gündən sonra o, Elvini bir daha görməmişdir. O, Təqsirləndirilən şəxs onun vasitəsi ilə Şahlar adlı zərgərə satdığı qızılların cinayət yolu ilə ələ keçirilməsi barədə heç bir xəbəri olmamış, əgər belə bir məlumatı olsaydı qətiyyən onu Şahlarla alqı-satqı etməsinə yol verməzdi. Təqsirləndirilən şəxs onlara qızılları xx.xx.2020-ci il tarixdə eyni gündə 2 saat fərqi ilə satmış, sonrakı tarixlərdə Təqsirləndirilən şəxs bir daha onun yanına gəlməmiş, nə ona, nə də vasitəsi ilə başqa şəxsə qızıl satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqribən altı ilə yaxındır ki, X8 əmək müqaviləsi əsasında qızıl alqı-satqısı mağazasında işləyir. Həmin işdə lom vəziyyətdə qızıllar olduqda həmin lom qızılı alıb üzərinə 20 qəpik pul qoymaqla dərhal zərgərlərə satır. 22' fevral 2020-ci il tarixdə saat 10 radələrində işlədiyi ticarət mərkəzində qızıl alqı- satqısı ilə məşğul olan tanışı Əvəz ona zəng edərək özünün pulunun olmamasını, lom qızıl olduğu üçün gəlib almasını demiş, o, 15 dəqiqədən sonra Əvəzin işlədiyi piştaxtaya getdikdə Əvəzin yanında bir nəfər qaraşın balaca boylu oğlan olduğunu görmüş, Əvəz ona həmin oğlanın xəstəsi olduğundan təcili qızıllarını lom olaraq satdığını bildirmişdir. O, Əvəzi tanıdığı üçün onun yanında olan şəxslə heç bir söhbət aparmadan təqdim etdiyi, hazırda əlamətləri yadında qalmayan bir neçə adda qızıl sep, qızıl qolbaq, qızıl kulon, qızıl üzük, qızıl sırğa, 01 ədəd medalyon və digər qızıl zinət əşyaları baxdıqdan sonra hesablama apararaq 1250 (bir min iki yüz əlli) manat pulu sayıb Əvəzə vermiş, həmin şəxs Əvəzlə gəldiyi üçün onu Əvəzin tanışı olmasını düşünmüş, Əvəz də aldığı qızılları qeyd etmiş, sonra yenə də öz piştaxtasına qayıtmışdır. Bundan təqribən bir saat sonra Əvəz həmin şəxslə yenidən yanına gələrək həmin şəxsin xəstəsinə görə pulu çatmadığı üçün digər qızılları da satmaq istədiyini bildirmiş, növbəti gətirilən qızıllar da 2-3 ədəd olmuş, nələr olmasını xatırlamamış, həmin qızıllara görə də Əvəzə 850 (səkkiz yüz əlli) manat pul vermişdir. Həmin gündən sonra nə Əvəzdən, nədəki yanında gələn şəxsdən heç bir qızıl almamışdır. Əvəzin yanında gələn şəxsin sonradan polis tərəfindən ticarət mərkəzinə gətiriləndə adının Təqsirləndirilən şəxs olmasını, oğurluq cinayəti törətməsinə görə tutulmasını bilmişdir. O, öncədən həmin qızılların cinayət yolu ilə ələ keçirilməsindən xəbərsiz olmuş, həmin malların cinayət yolu ilə ələ keçirilməsini bilsəydi heç bir vaxt həmin qızılları Təqsirləndirilən şəxs almazdı. Təqsirləndirilən şəxs aldığı qızılları elə həmin gün ticarət mərkəzində zərgər işləyən Vəzir adlı şəxsə hazırda yadında qalmayan qiymətə satmışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində yaxın qohumunun toy məclisində olan zaman qızı Zərərçəkmiş şəxs2 onun mobil telefon nömrəsinə zəng edərək mənzilə naməlum şəxsin eyvandan daxil olaraq oğurluq etməsi barədə məlumat vermiş, həmin gün saat 23 radələrində yaşadığı ünvana gəldikdə artıq polis əməkdaşlarının mənzilə baxış keçirmələrinin şahidi olmuş, həmin zaman ona, mənzilə daxil olan şəxsin qonaq otağında olan tirmonun ikinci çəkəcəyindən təxminən 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığı məlum olmuşdur. Şahid2 Aleksandr qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Şahid2 Aleksandr qızının məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində onun digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstmişdir ki, 11 ildir ki, Sumqayıt şəhərində yerləşən Ticarət Mərkəzində lom qızılların alışı-satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə iş yerinə polis əməkdaşları tərəfindən gətirilən, sonradan ona adının Təqsirləndirilən şəxs olması bəlli olan şəxsi xx.xx.2020-ci il tarixdə ilk dəfə ona qızılları satanda görməklə tanımışdır. Belə ki, həmin gün Təqsirləndirilən şəxs adlı şəxs saat 15 radələrində özü tək olaraq işlədiyi piştaxtaya yaxınlaşmaqla özünə aid qızıllar olmasını, xəstəsi olduğuna görə təcili satmaq istədiyini bildirmiş, ondan şəxsiyyət vəsiqəsini tələb etməklə surətini götürməklə onun təqdim etdiyi qızıllara baxdıqda, həmin qızılların Türkiyə istehsallı 585 əyyarlı olmaqla bir cüt sırğa, bir ədəd nazik klonsuz sep, bir ədəd nazik qolbağ, bir ədəd sadə qaşlı üzük olmaqla cəmi 28 qram təşkil etdiyini müəyyən etmiş və həmin qızıllara baxıb yoxlamaqla qiymətləndirib Elvinin satdığı qızılların adlarını, qramını, ona verdiyi 1410 (bir mni dörd yüz) manatı öz dəftərinə qeyd etdirib özünə imza etdirmiş, həmin şəxs pulu götürdükdən sonra oradan çıxıb getmiş və onu bir daha görməmişdir. Elvindən aldığı qızılları da elə həmin gün işlədiyi ticarət mərkəzində Bakı şəhərindən gələn tanımadığı zərgərlərə satmışdır. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstmişdir ki, 1998-ci ildən X4 alqısatqısı ilə məşğul olur. Belə ki, iş fəaliyyəti həmin ticarət mərkəzində qızıl satan şəxslərdən lom qızılları almaq və zərgərlərə satmaqdan ibarət olmuş, o, lom vəziyyətdə qızıllar aldıqdan sonra qızıllar üzərinə 20 qəpik pul qoymaqla müştərilərə satışını həyata keçirib, gündəlik ailəsinin dolanışıq pulunu qazanmışdır. Həmin ticarət mərkəzində işlədiyi dövürdə digər lom qızıl alan şəxslərdən Əvəzi, Yasini və Şahları tanımış, həmin adı çəkilən şəxslərdən ona lom vəziyyətdə qızıl verən şəxs həmişə Şahlar olmuş, özü birbaşa hər hansı bir şəxsdən qızıl almamış, həmin qızılları 2-ci əldən, yəni lom qızılların alverini edən şəxslərdən olduğundan onun birbaşa müştəri ilə heç bir əlaqəsi yaranmamışdır. Şahid4 mütəmadi olaraq hər gün və ya günaşırı lom qızıllar almaqla zərgərlərə satmışdır. Şahlardan hansı adda və ya neçə sayda qızıllar almağını reallıqda yadda saxlaya bilməmişdir. Belə ki, elə vaxt olmuş ki, o, Şahlardan gün ərzində iki-üç dəfə lom qızıl almış, eyni zamanda əgər Şahlar və ya digər bir lom qızıl alan şəxs ona qızılı lom olaraq satmışdırsa o, həmin qızılların cinayət yolu ilə və ya başqa yolla əldə olunmasını bilə bilməmişdir. Əgər özü hər hansı bir vətəndaş və ya müştəridən birbaşa qızıl almış olsaydı onda bəlkə nədənsə şübhələnə bilərdi, aldığı qızılları isə saxlamamaqla həmin gün müxtəlif verilən sifarişlərin hazırlanması üçün ərintiyə vermişdir. Şahid X15 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, X10 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində onun zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 10); cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutlmuşdur (İ cild, i.v. 27-28); ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılarkən o, öz ifadələrini hadisə yerində eynilə təsdiq etmişdir (İ cild, i.v. 37-38); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Xətai rayonu Sadıqcan küçəsi 21 saylı evin 5 saylı mənzilinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 48-53); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 57-58); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v. 73-74); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.76-77); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-156/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla, CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 90-94); üzləşdirmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, onlar üzləşmədə istintaq zamanı vermiş olduqları ifadlərə uyğun ifadə vermişlər (i.v.102-103); üzləşdirmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, şahid X7 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, onlar üzləşmədə istintaq zamanı vermiş olduqları ifadlərə uyğun ifadə vermişlər (i.v.104-105); üzləşdirmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, onlar üzləşmədə istintaq zamanı vermiş olduqları ifadlərə uyğun ifadə vermişlər (i.v.106-107); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 7-ci Alatava küçəsi 62 saylı evin 16 saylı mənzilinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 119-133); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 156); ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 7-ci Alatava küçəsi 62 saylı evin 16 saylı mənzildə yoxlanılarkən o, öz ifadələrini hadisə yerində eynilə təsdiq etmişdir (İ cild, i.v. 162-170); ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılarkən o, öz ifadələrini hadisə yerində eynilə təsdiq etmişdir (İ cild, i.v. 190-193); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (İ cild, i.v. 196); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 211 saylı “Əfv” Fərmanına əsasən azad edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edimiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərar dəyişdirilərək cəzası 08 (səkkiz) il 06 (altı) aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək CM-nin 177.3.2-ci maddəsi CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsinə tövsif edilmiş, cəza müddəti azaldılaraq 05 (beş) il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli qərar dəyişdirilərək cəzası 04 (dörd) il 06 (altı) aya endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azaad olunmuşdur (İİ cild, i.v. 04-06); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-1030/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 177.3.2-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İİ cild, i.v. 08-27); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-366/2020 saylı qərarından görünür ki, CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixə kimi uzadılmışdır (İİ cild, i.v. 50-56); Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin X2 sonuncu müayinəyə dair malumatın verilməsi haqqında xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X18 uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir və onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il tərixədək müddətə müəyyən edilmişdir (İİ cild, i.v. 64); xx.xx.2007-ci il tarixli, AZ-İİ 029654 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2006-cı il tarixdə Astara rayonunun Kakalos kəndində doğulmuş, valideynləri qrafasında atası X16, anası X11 göstərilmiş və bu barədə Astara rayon X25 Nümayəndəliyində müvafiq qeydiyyat aparılmışdır (İİ cild, i.v. 65); videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi məqsədi ilə ünvan 3 ünvanda hadisə yerinə baxış zamanı binanın 1-ci mərtəbəsində quraşdırılmış kamera qurğularından əldə edilməklə 01 ədəd “CD-R” formatlı diskə köçürülmüş hadisə vaxtını əhatə edən görüntülərə baxış keçirilmiş, həmin baxış zamanı videogörüntünün birinci saniyəsindən etibarən əyninə qara gödəkçə, qara şalvar, başına isə tünd göy rəngli papaq geyinmiş, xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin mobil telefonla danışa-danışa binanın 1-ci mərtəbəsindəki dəhlizdə hərəkət edib, həmin mərtəbədəki lift qurğusunun qapısına doğru yaxınlaşması müşahidə edilmiş, həmin videgörüntü 30 saniyə müddətində davam etmiş, baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan şəxsin onun özü olduğunu bildirmişdir. Belə ki, həmin vaxt o, binanın birinci mərtəbəsindən lift vasitəsi ilə binanın 4-cü mərtəbəsinə qalxmış, binanın 4-cü mərtəbəsindəki mənzildə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra ardınca dəhlizdən evyana çıxıb oradan keçməklə mənzilin eyvanına daxil olmuş, qısa müddət ərzində mənzildə axtarış aparıb pul və qızılzinət əşyaları oğurladıqdan sonra, mənzilə daxil olduğu üsulla mənzili tərk etmişdir (İİ cild, i.v. 67); sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamların dəyişdirilərək onun CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş, ona yenidən ittiham elan edilmiş və barəsində Bakı Şəhər Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, hadisə yerlərinə baxış keçirilməsi haqqında, videogörüntülərə baxış keçirilməsi haqqında, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolları toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən ünvan 3 ünvanda hadisə yerinə baxış zamanı binanın 1-ci mərtəbəsində quraşdırılmış kamera qurğularından əldə edilmiş xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində həmin ünvanda yerləşən 16 nömrəli mənzildə baş vermiş oğurluq cinayətinin görüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, iş üzrə Şahid5 əməlində CM-in 194.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə Şahid3 əməlində CM-in 194.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verimiş, iş üzrə Şahid4 əməlində CM-in 194.1ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədən və ödənilmədən yenidən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi cinayətin residiv kimi qiymətləndirilmiş və iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan onların ifadələrində göstərdiyi qiymətlərə əsasən müəyyən edilmiş, Təqsirləndirilən şəxs doğulduğu və həmçinin qeydiyyatda olduğu yer cinayət işində olan sənədlərdə “Kaqalaş” kəndi kimi deyil “Kakalos” kəndi kimi oxunması qərara alınmışdır (İİ cild, i.v. 68-83); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (İİ cild, i.v. 85-87). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əliyev X12 Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 8800 (səkkiz min səkkiz yüz) manat maddi tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş şəxsə 8800 (səkkiz min səkkiz yüz) manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 8800 (səkkiz min səkkiz yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 8800 (səkkiz min səkkiz yüz) manat tutularaq Zərərçəkmiş şəxs1 verilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar