Məhkəmə qərarları › İş №1(011)-217/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-217/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-217/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1964-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, əczaçı işləyən, müharibə veteranı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edərək daşımaqla saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum şəraitdə və vaxtda qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının Qanuni ilə təstiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, icrasına, tranzit nəql edilməsinə və istehsalına, lisenziya (xüsusi razılıq» tələb olunan prekusorların İİİ siyahısına daxil edilən son istifadə, tarixi göstəricilərinə görə istifadəyə yararlı, psixotrop maddə hesab edilən 30 həb təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edən “Klonazepam 2 mg” dərman preperatların satış məqsədi ilə əldə edib üzərində Bakı şəhəri Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində fəaliyyət göstərən "Dokta " aptekinə daşıyaraq orada saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 noyabr 2020-ci il tarixdə saat 14:05 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı tədbirdə şərti alıcı qismində iştirak edən BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 22 (iyirmi iki) manata satdıqdan sonra saxlanılmış və baxış zamanı Şahid1 qanunsuz satılmış 30 həb təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edən «Klonazepam 2 mg» psixotrop dərman preparatını, Təqsirləndirilən şəxs isə bir ədəd B seriyalı 42279013 nömrəli 20 (iyirmi) manatlıq, iki ədəd F seriyalı 91805015 nömrəli və G seriyalı 17337549 nömrəli 1 (bir) manatlıq pul əskinazlarmı polis əməkdaşlarına təqdim etmişdir. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 14:35 radələrində Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində fəaliyyət göstərən "Dokta " aptekə keçirilən baxış zamanı aptekdən sonuncunun satış məqsədi ilə qanunsuz əldə edib gizlətməklə saxladığı təsiredici maddəsinin ümumi çəkisi 4 qram olan cəmi 40 həb “Fenobarbital 0,1 mg” psixotrop dərman peraparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 7 ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən «Dokta 351» saylı aptekin qeyri rəsmi müdüridir və özü həmin aprekdə əczaçı kimi işləyir. Aptek «xxxx» MMC-nin lisenziyası əsasında faliyyət göstərir. Aptekin psixotrop və güclü təsir edici dərman preparatlarının satılması ilə bağlı xüsusi lisenziyası yoxdur. 23 noyabr 2020-ci il tarixdə günorta saatlarında bir müştəri aptekə daxil olmuş və ondan psixotrop tərkibli «Klonazepam» dərmanı istəmişdir. O, aptekdə olan bir list 30 həb «Klonazepam 2 mg» dərman preparatını müştəriyə verib ondan 22 manat almış və 22 manat pulun ödənilməsinə dair çek vermişdir. Müştəri aptekdən çıxdıqdan sonra aptekə üç nəfər mülki geyimdə olan şəxslər daxil olmuşdur. Həmin şəxslərdən bir əlində telefonla çəkiliş edərək özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu qərarla tanış edib bir qədər əvvəl 30 həb psixotrop tərkibli «Klonazepam 2 mg» dərman preparatı satdığını bildirmişlər. O, polis əməkdaşlarına 22 manat müqabilində 30 həb «Klonazepam 2 mg» dərmanı satdığını etiraf edib bir ədəd 20 manatlıq, iki ədəd 1 manatlıq əskinazlardan ibarət 22 manat pulu təqdim etmişdir. Daha sonra polis əakdaşları ondan aptekə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə almışlar. Polis əməkdaşları ondan aptekdə psixotrop və güclü təsir edən dərman preparatlarının saxlayıb-saxlamadığını soruşmuş və o, əlində olan 40 həb “Fenobarbital” dərman peraparatnı təqdim etmişdir. Bundan sonra aprekə baxış keçirilmiş, lakin heç bir psixotrop və güclü təsir edici dərman preparatları aşkar olunmamışdır. Qeyd olunan dərmanlar ankoloji xəstə olmuş və xəstəliklə bağlı ölmüş həyat yoldaşı üçün alınmış və sonradan lazım olmadığı üçün özündə saxlamışdır. Həmin dərmanlar ankoloji xəstə olmuş və xəstəliklə bağlı ölmüş həyat yoldaşı üçün tanımadığı şəxsdən alınmış və sonradan lazım olmadığı üçün özündə saxlamışdır. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, müharibə veteranı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xasusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid3 ifadə verərək göstərmişdir ki, 23 noyabr 2020-ci il tarixdə daxil olumuş məlumatda Bakı şəhəri Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişmələrində fəaliyyət göstərən “Dokta” aptekdə qanunsuz olaraq psixotrop maddə «Klonazepam» dərman preparatının satılması göstərmişdir. Ona görə də həmin məlumat tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq psixotrop maddələrin satışının qarşısının alınması məqsədi ilə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 əməliyyat qrupunun üzvü təyin edilmişdir. Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə əməliyyat müvəkkili Şahid1 şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan ona DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd B seriyalı 42279013 nömrəli 20 (iyirmi) manatlıq, iki ədəd F seriyalı 91805015 nömrəli və G seriyalı 17337549 nömrəli 1 (bir) manatlıq pul videoçəkiliş vasitəsi ilə Şahid1 verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana getmiş və nəticədə həmin gün saat 14:00 radələrində aptekin yaxınlığına çatıb kənarda dayanmışlar. Şahid1 aptekə daxil olmuş və nəticədə təxminən 05-10 dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman Şahid1 əlində olan 30 həb «Klonazepam» dərman preparatını, həmçinin həmin dərman preparatının alınması ilə bağlı saat 14:05-də tərtib olunaraq 22 manat pulun ödənilməsi ilə bağlı ona təqdim edilmiş çeki göstərərək bildirmişdir ki, qeyd olunan dərman preparatını ona aptekdə işləyən Aktiv adlı şəxs satmışdır. Dərhal aptekin qarşısından videçəkiliş vasitəsi ilə aptekə daxil olmuş və içəridə həqiqətən də bir nəfər kişi olduğunu görmüşlər. Onlar özlərini həmin şəxsə təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etmişlər. Məlum olmuşdur ki, həmin şəxs aptekdə əczaçı işləyən Təqsirləndirilən şəxsdur. Onlar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl onun tərəfindən əməliyyat müvəkkili Şahid1 qanunsuz olaraq 30 həb «Klonazepam» dərman preparatının 22 manata satıldığını bildirib həmin dərman preparatını və 22 manat pulun ödənilməsi ilə bağlı çeki Təqsirləndirilən şəxs göstərmişlər. Təqsirləndirilən şəxs aptekin «xxxx» MMC-yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərməsini, lakin həqiqətən də həmin aptekdə güclü təsir edici və psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirmişdir. Həmçinin təsdiq etmişdir ki, bir qədər əvvəl o, qanunsuz olaraq 30 həb «Klonazepam» dərman preparatını 22 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki Şahid1 təqdim etmişdir. Daha sonra təklif olunmuşdur ki, Şahid1 alınmış 22 manat pul təqdim edilsin. Nəticədə Təqsirləndirilən şəxs həmin 22 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, doğrudan da həmin bir ədəd 20 manatlıq və iki ədəd 1 manatlıq pul əskinası məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid1 verilmiş pulla eynilik təşkil edir. Ona görə də həmin pul vəsaitləri də tərəflərindən götürülmüşdür. Daha sonra ümumi şəkildə aptekə baxış keçirilməsi və bunun üçün Təqsirləndirilən şəxs ərizə yazması təklif olunmuşdur ki, sonuncu da etiraz etməyib bu barədə ərizə yazmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman pereparatları təqdim etməsini təklif edilmişdir. X4 əlində saxladığı 40 həb “Fenobarbital 0,1 mg” dərman peraparatı təqdim etmişdir. Bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən Baş İdarəyə dəvət edilərək ondan izahat alınmışdır. Təqsirləndirilən şəxs satdığı və aptekdən aşkar edilən dərman preparatlarının tərkibinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və məhkəməkimyəvi ekspertizasının rəyinə əsasən həmin dərman preparatları Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına daxil olduğundan və Təqsirləndirilən şəxs qeyd olunan dərman preparatını satması üçün icazəsi olmadığından toplanmış material prosessual qərar qəbul edilməsi üçün aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 ifadə verərək göstərmişdir ki, 23 noyabr 2020-ci il tarixdə daxil olumuş məlumatda Bakı şəhəri Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişmələrində fəaliyyət göstərən “Dokta” aptekdə qanunsuz olaraq psixotrop maddə «Klonazepam» dərman preparatının satılması göstərmişdir. Ona görə də həmin məlumat Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xasusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid3 tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq psixotrop maddələrin satışının qarşısının alınması məqsədi ilə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. Şahid3 əməliyyat qrupunun rəhbəri, o və əməliyyat müvəkkil Şahid1 əməliyyat qrupunun üzvü təyin edilmişdir. Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə əməliyyat müvəkkili Şahid1 şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan ona DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd B seriyalı 42279013 nömrəli 20 (iyirmi) manatlıq, iki ədəd F seriyalı 91805015 nömrəli və G seriyalı 17337549 nömrəli 1 (bir) manatlıq pul videoçəkiliş vasitəsi ilə Şahid1 verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana getmiş və nəticədə həmin gün saat 14:00 radələrində aptekin yaxınlığına çatıb kənarda dayanmışlar. Şahid1 aptekə daxil olmuş və nəticədə təxminən 05-10 dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman Şahid1 əlində olan 30 həb «Klonazepam» dərman preparatını, həmçinin həmin dərman preparatının alınması ilə bağlı saat 14:05-də tərtib olunaraq 22 manat pulun ödənilməsi ilə bağlı ona təqdim edilmiş çeki göstərərək bildirmişdir ki, qeyd olunan dərman preparatını ona aptekdə işləyən Aktiv adlı şəxs satmışdır. Dərhal aptekin qarşısından videçəkiliş vasitəsi ilə aptekə daxil olmuş və içəridə həqiqətən də bir nəfər kişi olduğunu görmüşlər. Onlar özlərini həmin şəxsə təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etmişlər. Məlum olmuşdur ki, həmin şəxs aptekdə əczaçı işləyən Təqsirləndirilən şəxsdur. Onlar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl onun tərəfindən əməliyyat müvəkkili Şahid1 qanunsuz olaraq 30 həb «Klonazepam» dərman preparatının 22 manata satıldığını bildirib həmin dərman preparatını və 22 manat pulun ödənilməsi ilə bağlı çeki Təqsirləndirilən şəxs göstərmişlər. Təqsirləndirilən şəxs aptekin «xxxx» MMC-yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərməsini, lakin həqiqətən də həmin aptekdə güclü təsir edici və psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirmişdir. Həmçinin təsdiq etmişdir ki, bir qədər əvvəl o, qanunsuz olaraq 30 həb «Klonazepam» dərman preparatını 22 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki Şahid1 təqdim etmişdir. Daha sonra təklif olunmuşdur ki, Şahid1 alınmış 22 manat pul təqdim edilsin. Nəticədə Təqsirləndirilən şəxs həmin 22 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, doğrudan da həmin bir ədəd 20 manatlıq və iki ədəd 1 manatlıq pul əskinası məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid1 verilmiş pulla eynilik təşkil edir. Ona görə də həmin pul vəsaitləri də tərəflərindən götürülmüşdür. Daha sonra ümumi şəkildə aptekə baxış keçirilməsi və bunun üçün Təqsirləndirilən şəxs ərizə yazması təklif olunmuşdur ki, sonuncu da etiraz etməyib bu barədə ərizə yazmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman pereparatları təqdim etməsini təklif edilmişdir. X4 əlində saxladığı 40 həb “Fenobarbital 0,1 mg” dərman peraparatı təqdim etmişdir. Bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən Baş İdarəyə dəvət edilərək ondan izahat alınmışdır. Təqsirləndirilən şəxs satdığı və aptekdən aşkar edilən dərman preparatlarının tərkibinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və məhkəməkimyəvi ekspertizasının rəyinə əsasən həmin dərman preparatları Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına daxil olduğundan və Təqsirləndirilən şəxs qeyd olunan dərman preparatını satması üçün icazəsi olmadığından toplanmış material prosessual qərar qəbul edilməsi üçün aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, 23 noyabr 2020-ci il tarixdə daxil olumuş məlumatda Bakı şəhəri Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişmələrində fəaliyyət göstərən “Dokta” aptekdə qanunsuz olaraq psixotrop maddə «Klonazepam» dərman preparatının satılması göstərmişdir. Ona görə də həmin məlumat Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xasusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid3 tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq psixotrop maddələrin satışının qarşısının alınması məqsədi ilə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. Şahid3 əməliyyat qrupunun rəhbəri, o və əməliyyat müvəkkil Şahid2 əməliyyat qrupunun üzvü təyin edilmişdir. Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə ona şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd B seriyalı 42279013 nömrəli 20 (iyirmi) manatlıq, iki ədəd F seriyalı 91805015 nömrəli və G seriyalı 17337549 nömrəli 1 (bir) manatlıq pul videoçəkiliş vasitəsi ilə ona verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana getmiş və nəticədə həmin gün saat 14:00 radələrində aptekin yaxınlığına çatıb kənarda dayanmışlar. O, aptekə daxil olmuş və nəticədə təxminən 05-10 dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman onun əlində olan 30 həb «Klonazepam» dərman preparatını, həmçinin həmin dərman preparatının alınması ilə bağlı saat 14:05-də tərtib olunaraq 22 manat pulun ödənilməsi ilə bağlı ona təqdim edilmiş çeki göstərərək bildirmişdir ki, qeyd olunan dərman preparatını ona aptekdə işləyən Aktiv adlı şəxs satmışdır. Dərhal aptekin qarşısından videçəkiliş vasitəsi ilə aptekə daxil olmuş və içəridə həqiqətən də bir nəfər kişi olduğunu görmüşlər. Onlar özlərini həmin şəxsə təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etmişlər. Məlum olmuşdur ki, həmin şəxs aptekdə əczaçı işləyən Təqsirləndirilən şəxsdur. Onlar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl onun tərəfindən qanunsuz olaraq 30 həb «Klonazepam» dərman preparatının 22 manata satıldığını bildirib həmin dərman preparatını və 22 manat pulun ödənilməsi ilə bağlı çeki Təqsirləndirilən şəxs göstərmişlər. Təqsirləndirilən şəxs aptekin «xxxx» MMC-yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərməsini, lakin həqiqətən də həmin aptekdə güclü təsir edici və psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirmişdir. Həmçinin təsdiq etmişdir ki, bir qədər əvvəl o, qanunsuz olaraq 30 həb «Klonazepam» dərman preparatını 22 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki ona təqdim etmişdir. Daha sonra təklif olunmuşdur ki, ondan alınmış 22 manat pul təqdim edilsin. Nəticədə Təqsirləndirilən şəxs həmin 22 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, doğrudan da həmin bir ədəd 20 manatlıq və iki ədəd 1 manatlıq pul əskinası məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə ona verilmiş pulla eynilik təşkil edir. Ona görə də həmin pul vəsaitləri də tərəflərindən götürülmüşdür. Daha sonra ümumi şəkildə aptekə baxış keçirilməsi və bunun üçün Təqsirləndirilən şəxs ərizə yazması təklif olunmuşdur ki, sonuncu da etiraz etməyib bu barədə ərizə yazmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman pereparatları təqdim etməsini təklif edilmişdir. X4 əlində saxladığı 40 həb “Fenobarbital 0,1 mg” dərman peraparatı təqdim etmişdir. Bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən Baş İdarəyə dəvət edilərək ondan izahat alınmışdır. Təqsirləndirilən şəxs satdığı və aptekdən aşkar edilən dərman preparatlarının tərkibinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və məhkəməkimyəvi ekspertizasının rəyinə əsasən həmin dərman preparatları Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına daxil olduğundan və Təqsirləndirilən şəxs qeyd olunan dərman preparatını satması üçün icazəsi olmadığından toplanmış material prosessual qərar qəbul edilməsi üçün aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçıının 10 oktyabr 2008-ci il tarixli, 498 nömrəli sərəncamdan çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi ilə R.Məmmədov küçələrinin kəsişməsində, cizgidə göstərilən ərazidə tkilimiş mövcud 44 kv.metr ölçüdə məntəqə Təqsirləndirilən şəxs adına sənədləşdirilmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan X3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 01 mart 2013-cü il tarixli icarə müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu, X.Məmmədov 1D ünvanında yerləşən 40 kv.metr sahəni 05 (beş) il müddətinə X1 icarəyə götürmüşdür. Cinayət işinin 40-42-ci vərəqələrində olan 30.10.2014, 13.05.2016 və 18.08.2016-cı il tarixli lisenziyadan və lisenziyanın əlavəsindən görünür ki,”xxxx” MMC-nə ünvan 3 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilir. Cinayət işinin 24-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2020-ci il tarixli, 6/2575 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: üzərində «...Dokta» aptekdə Təqsirləndirilən şəxs satdığı 30 həb “Klonazepam” dərman preparatı» yazısı olan zərfdəki üzərində “Clonazepam 2 mg yararlıq müddəti: 02 2023” markalanma göstəricisi olan konvalyutda 30 ədəd ağ rəngli həblər klonazepam tərkibli dərman preparatıdır və 30 həbdən idarət klonazepam təsiredici maddəsinin ümumi miqdarı 0,06 qr təşkil edir (1 həbdə 0,002 qr klonazepam olmaqla). -Tədqiqata təqdim edilmiş üzərində: üzərində “... «Dokta» aptekdən aşkar olunmuş 40 həB “Fenobarbital” dərman preparatı” yazısı olan zərfdəki, üzərində “Fenobarbital 0,1 qr yararlıq müddəti 10 22” markalanma göstəricisi olan 4 ədəd konvalyutda hər konvalyutda 10 həb olmaqla cəmi 40 ədəd ağ rəngli həblər fenobarbital tərkibli dərman preparatıdır və 40 həbdən idarət fenobarbital təsiredici maddəsinin ümumi miqdarı 4 qr təşkil edir (1 həbdə 0,1 qr fenobarbital olmaqla). -Tədqiqata təqdim edilmiş klonazepam və fenobarbital tərkibli dərman preparatları üzərindəki qeyd olunmuş tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasmm Qanunu ilə təsdiq edilmiş siyahısına əsasən klonozepam və fenobarbital tərkibli dərman preparatları "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına “Siyahı İİİ” daxildir. Tədqiqata sərf edilmişdir : 30 və 40 ədəd həbdən tədqiqata 3 həb sərf edildi, qalıq 27 ədəd kloazepam və 37 ədəd fenobarbital. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 ekspert komissiyasının 10 mart 2021-ci il tarixli, 708 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Cinayət işinin 106-cı vərəqəsində olan Bakı Baş Səhiyyə İdarəsinin 7 nömrəli şəhər poliklinikası 01 mart 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixiatr müşahidəsində yoxdur. Cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Narkotiklərlə Mübarizə İdarəsinin 15 yanvar 2021-ci il tarixli, 008-453-1221 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində fəaliyyət göstərən “Dokta” aptekdə psixotrop və güclü təsir edən dərman preparatlarının satışı üçün xüsusi icazə verilməmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 yanvar 2021-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayandır. Cinayət işinin 39-cu vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən 12 aprel 1999-cu il tarixində verilmiş M/V seriyalı 039093 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edərək daşımaqla saxlaması və satması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə onun törədilməsi hallarma və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, müharibə veteranı olduğunu, məhkumluğunun olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və ona müəyyən müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona təyin edilmiş cəza qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun əmlak vəziyyətini, şəxsiyyətini və yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş əsas cəzanın sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına saxlanılan iş üzrə maddi sübut Təqsirləndirilən şəxs Şahid1 satdığı və satıcı işlədiyi Bakı şəhər, Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində fəaliyyət göstərən "Dokta" aptekdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan 27 həb «Klonozepam 2 mg» və 37 həb “Fenobarbital 0,1 mg” dərman peraparatları dərman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulan pul vəsaitindən ayrılaraq götürülmüş və əməliyyat tədbirində şərti alıcı qismində iştirak etmiş Şahid1 verilmiş 01 (bir) ədəd B seriyalı 42279013 nömrəli 20 (iyirmi) manatlıq, 02 (iki) ədəd F seriyalı 91805015 nömrəli və G seriyalı 17337549 nömrəli 01 (bir) manatlıq pul əsginazları qəbz əsasında əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş əsas cəza 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində daimi yaşayış yeri Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına saxlanılan iş üzrə maddi sübut Təqsirləndirilən şəxs Şahid1 satdığı və satıcı işlədiyi Bakı şəhər, Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində fəaliyyət göstərən "Dokta" aptekdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan 27 həb «Klonozepam 2 mg» və 37 həb “Fenobarbital 0,1 mg” dərman peraparatları dərman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulan pul vəsaitindən ayrılaraq götürülmüş və əməliyyat tədbirində şərti alıcı qismində iştirak etmiş Şahid1 verilmiş 01 (bir) ədəd B seriyalı 42279013 nömrəli 20 (iyirmi) manatlıq, 02 (iki) ədəd F seriyalı 91805015 nömrəli və G seriyalı 17337549 nömrəli 01 (bir) manatlıq pul əsginazları qəbz əsasında əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar