Məhkəmə qərarları › İş №1(011)-218/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-218/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-218/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 4 mənzil 144 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda, 660 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 4 mənzil 140 ünvanına daşıyaraq saxlamış, Xətai Rayon Polis X2 bölməsinin və 34-cü Polis şöbəsinin əməkdaşlarının xx xxxx 2020-ci il tarixdə saat 13:25də keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandakı mənzilin yataq otağındakı yataq dəstinin altından bir ədəd sellofan torbada həmin 660 (altı yüz altmış) qram çəkidə bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqribən 2-3 il olar ki, narkotik vasitə marixuanadan istifadə edir. Narkotik vasitə marixuananı Bakı şəhərində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən əldə etmişdir. Mənzilində aşkar olunmaqla götürülmüş olan naroktik vasitə marixuananı isə tutulmamışdan üç gün öncə istifadə etmək məqsədi ilə almışdır. Narkotik vasitəni aldığı gün marixuananın bir hissəsini özü istifadə etmiş, yerdə qalanını isə yaşadığı mənzildə saxlamışdır. xx.xx.2020-ci il tarixdə yaşadığı mənzildə olduğu zaman saat 13 radələrində mənzilin qapısı döyülmüş, qapını açdıqda iki nəfər mülki geyimdə olan şəxslər özlərini təqdim etməklə Xətai RPİ-in əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra həmin polis işçiləri iki nəfər şəxsi ona təqdim etməklə onların hal şahidləri olduğunu, onların iştirakı ilə baxış aparılacağını bildirmişlər və ondan baxışla bağlı razılıq ərizəsi almışlar. Baxışdan öncə ona mənzildə qanunsuz əşya varsa özünün könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, tanımadığı şəxsdən aldığı narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə olan marixuana hal şahidlərinin iştirakları ilə qablaşdırılmaqla möhürlənmiş və mənzilində narkotik vasitənin aşkar olunması ilə bağlı protokol tərtib olunmuşdur. Həmin protokolla tanış olub imzalamışdır. Bundan sonra onu 34-cü PŞ-nə gətirilməklə orada da üzərinə təkrar videoçəklişlə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Mənzilindən aşkar olunmaqla götürülmüş narkotik vasitə marixuananı istifadə məqsədi ilə tanımadığı şəxsdən alıb saxlamışdır. Həmin narkotik vasitəni satmaq və ya kiməsə əvəzli-əvəssiz vermək fikri olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin öz xətti ilə yazmış olduğu izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri,şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bir nəfər şəxs narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilindiyi üçün həmin şəxsin yaşadığı evə baxış keçiriləcəyi və onun da hal şahidi kimi mənzildə keçirləcək baxışda iştirak etməyini xahiş etmişlər. O da polis əməkdaşlarının təklifi ilə razılaşmış və polislərlə birlikdə ünvan 4 mənzil 140 ünvanına daxil olmuşlar. Həmin vaxt mənzildə polis əməkdaşlarından başqa, dəvət olunmuş bir nəfər də hal şahidi və Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt polis əməkdaşları ona və digər hal şahidinə Təqsirləndirilən şəxs göstərib həmin şəxsin narkortik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu üçün şübhəli şəxs qismində saxlanıldığını və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Baxış keçirilməzdən qabaq ona və dəvət olunmuş digər hal şahidinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı mənzildə qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini bildirmişlər. Asif də heç bir etiraz bildirmədən yaşadığı mənzilin yataq otağında olan yataq dəstinin üstündəki döşəyi (matrası) qaldırıb orada olan yaşıl rəngli sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onların, yəni onun və digər hal şahidinin iştirakı ilə həmin torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı seloffan torbanın içərisindən yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları Asifdən həmin ot kütləsinin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman Asif həmin ot kütləsinin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitə olan marixuananı çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bundan sonra Asifin yaşadığı evdən aşkar olunmuş ot kütləsi qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Orada bütün hərəkətlər protokollaşdırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz qəbul etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarı tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Mehdi birlikdə məlumat əsasında saat 13:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 mənzil 140 ünvanının qarşısına gedərək mənzilin qapısını döymüş və mənzilin qapısını xarici görünüşcə Asifə oxşar bir nəfər şəxs açmışdır. Həmin vaxt onlar Asifə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və Asifdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4 mənzil 140 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Asifə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olması və yaşadığı mənzilə dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçiriləcəyi bildirilmişdir. Asif isə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra oraya hal şahidləri Şahid3 və Şahid4 iştirakları ilə baxış keçirilmişdir. Hal şahidlərinə CPM-nin müvafiq maddələrinə uyğun olaraq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Asifin yaşadığı mənzilə baxış keçirməzdən əvvəl mənzildə qanunsuz maddə və ya əşyaları varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Asif də mənzilin yataq otağında narkotik vasitə olan marixuana saxladığını bildirmiş və yataq otağında olan yataq dəstini qaldırıb oradan 1 ədəd yaşıl rəngli sellofana torbanı götürüb təqdim etmişdir. Bundan sonra dəvət olunmuş hal şahidinin iştirakı ilə həmin torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı yaşıl rəngli seloffan torbanın içərisindən yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Asifdən həmin ot kütləsinin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman Asif həmin ot kütləsinin narkotik vasitə olan marixuana olduğunu, 3 ildir ki, narkotik vasitə olan marixuananı çəkmək yolu ilə qəbul etdiyini, həmin ot kütləsini saxlanılmamışdan 3 gün əvvəl Bakı şəhəri Yasamal rayonu Nizami metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 600 manat pul verib aldığını bildirdi. Bundan sonra Asifin yaşadığı məzildən aşkar olunmuş ot kütləsi qablaşdırılaraq möhürlənmiş, hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Orada bütün hərəkətlər protokollaşdırılmış protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü o və digər iştirakçıların imzaları ilə təsdiq etmişlər. Bundan sonra Asifi Xətai RPİ-nin 35-ci polis bölməsinə dəvət etmişlər. Asif də heç bir etiraz etmədən onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişdir. Sonra Asif 35-ci polis bölməsində xidməti iş otaqlarının birinə dəvət edilmiş və Asif müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə vidoçəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Asifə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini bildirilmişdir. Asif də əynindəki şalvarın sağ yan cibindən bir qutu siqareti çıxarıb təqdim edərək üzərində başqa heçnə olmadığını bildirmişdir. Sonra Asifin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 01); baxış keçirmə və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Xətai RPİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, vətəndaş Təqsirləndirilən şəxs, hal şahidləri Şahid3 və Şahid4 iştirakları ilə xx.xx.2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu M.Hadi küçəsi ev 41 mənzil 140 ünvanına baxış keçirilmişdir. Xətai rayonu M.Hadi küçəsi ev 41 mənzil 140 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş hər hansı maddə və ya əşya varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üç gün əvvəl Nizami metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 600 manata narkotik vasitə olan marixuana aldığını və həmin narkotik vasitəni yataq otağında döşəyin altında saxladığını bildirmiş, bundan sonra mənzilə baxış keçirilmiş və döşəyin altında bir ədəd sellofan torbada narkotik vasitəyə bənzər bitki mənşəli kütlə aşkar olunaraq götürülmüş, iştirakçılar və hal şahidlərinin iştirakı ilə müvafiq qaydada qablaşdırılmış, PŞnin 152 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış maddi sübut iştirakçılar, hal şahidləri və Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsi ilə təsdiq ediləcəyi bildirdirilmişdir. Mənzilə ümumi baxış keçirilərkən mənzildən hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, foto şəkillər çəkilmiş, materiala əlavə edilərək protokol iştirakçılara və hal şahidlərinə ucadan oxunmuş, irad və təkliflər daxil olmamış, doğruluğu imzalarla təsdiqlənmişdir (i.v. 11); şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:10-dan tutulması qərara alınmışdır (i.v. 22); şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 14:40-da Bakı Şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə tutulmuşdur (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 31); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhər Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Bakı Şəhər Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə protokol tərtib olunmuşdur, ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai RPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 13:10-da ünvan 5 mənzil 140 ünvanında saxlanılaraq yaşadığı ünvana baxış keçirilən zaman yataq otağından bir ədəd sellofan torbaya doldurulmuş halda narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilərək götürülmüşdür. Bundan sonra Bakı Şəhər Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya oədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə Kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxx 2020-ci il tarixli qərara əsasən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında xidməti iş otağımda video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Panasonic» markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, asyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ cibindən bir qutu siqaret çıxararaq təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur (i.v. 32-33); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinəyə dair 1/1690 nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs nəşə və kakos qəbul edir və müayinə zamanı OPİ (+) THC (+) aşkar edilmişdir (i.v. 40); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/77 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş...” sözləri yazılmış skoçla bağlanmış polietilen torbada təmiz çəkisi 660,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (i.v. 46-48); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v. 58); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-186/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 74-78); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər xx xxxx 2020-ci il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 34-cü PB-də xidməti otaqlarından biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Elçin Qəhrəmanlıdan sol tərəfdə masa arxasında əyləşmiş şəxs 13 saylı vəkil bürosunun vəkili X6r. X3rşı hissəsində ayaq üstə durmuş, əynində qara rəngli polver olan şəxs X15, onun sağ və sol tərəfində ayaq üstə dayanmış adları təhqiqatçı tərəfindən sadalanan Xətai RPİnin NMB-nin əməliyyat müvəkkilləri, Şahid2 Murad oğlu və Şahid1dur. Video çəkilişin davamında təhqiqatçı X9 Aif Vasif oğluna qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün davamında X8 əynində olan şalvarın sağ yan cibindən içərisində siqaret olan bir ədəd siqaret qutusunu çıxarıb təqdim etməsi müşahidə olunur. Bundan sonra X8 üzərinə şəxsi axtarı keçirilsə də üzərindən başqa heç bir maddə, əşya və ya predmetin aşkar olunmur (i.v. 87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 05 (beş) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-u il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cinayət işinin icraatına xitam verilmişdir (i.v. 104-105); maddi sübut kimi tanıma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada ilkin təmiz çəkisi 660.0 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 659,95 qram çəkidə narkotik vasirə qurudulmuş marixuana saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 107-108); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 05 (beş) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 130); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 1521 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 132-133); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinə hissəvi xitam verilmiş, məhkəmə-bioloji ekspertizanın xx.xx.2020-ci il tarixli, 7/77 saylı rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1521 saylı rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada narkotik vasitə olan marixuananın çəkisi 660,0 qram hesab edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada ilkin təmiz çəkisi 660,0 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 659,95 qram çəkidə narkotik vasitə marixuana saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan marixuananı aldığı mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır (i.v. 134-141); cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəi cinayət işindən Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aldığı mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işinin ayrılması və Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elmin Abdullayevin icraatına qəbul edilərək istintaqı aparılması, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunması qərara alınmışdır (i.v. 143-144); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir (i.v. 153); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmizçəkisi660,0 (altı yüz altmış) qram olanqurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq küllü miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Niyazov X12 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi,şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 659,95 (altı yüz əlli doqquz, doxsan beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar