Məhkəmə qərarları › İş №1(011)-218/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-218/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-218/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25.03.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "xxxx" MMC-nin həyətində Zərərçəkmiş şəxs ilə aralarda baş vermiş mübahisə zamanı bir dəfə baş zərbəsi ilə sonuncunun üz nahiyəsindən qəsdən vuraraq – burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, cüzi tənəffüs pozulması, burun qanaxması və sol yanağın sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. 25.03.2022-ci il tarixdə Xətai rayonu, 8 Noyabr prospekti yaxınlığına sifariş gəldiyini, bununla əlaqədar həmin tarixdə, saat 22 radələrində, etibarnamə əsasında idarə etdiyi Mercedes markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvana getmişdir. Ünvana çatdıqda o, qaraj ərazisinə daxil olaraq içəridə dönmək istəmişdir. İçəriyə daxil olduqda Oktay adlı mühafizəçi qışqıraraq, içəriyə daxil olmağın qadağan olduğunu bilib-bilməməyi soruşmuşdur. O, avtomobili döndərək Oktayın yanında saxlayıb saifarişlə gəldiyini və dönmək üçün daxil olduğunu ona bildirmişdir. Oktay yenə də, onunla uca səslə danışaraq, ərazinin mühafizə olunduğunu və girişin qadağan edildiyini söyləmişdir. Daha sonra Oktay sakitləşməyərək avtomobilinin qapısını açaraq, yaxasından tutub onu avtomobildən düşürmüşdür. Bir ayağı avtomobildə digəri isə yerdə olduğundan, Oktay onu çiynindən yumruqla vurmuşdur. O, avtomobildən düşdükdə, Oktay yenə də yaxasından tutaraq itələyib avtomobilə vurmuşdur. Busəbəbdən baş zərbəsi ilə Oktayın üz nahiyəsindən vurmuşdur. Bir siqaret çəkdikdən sonra oradan uzaqlaşmışdır. Daha sonra əməlindən peşman olduğunu, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayından "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir. İş yerinin Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan "xxxx" MMC-də yerləşdiyini bildirmişdir. Həmin müəssisəsin ərazisi mühafızə olunduğundan, əraziyə digər avtomobillərə giriş-çıxış qadağandır. 25.03.2022-ci il tarixdə, iş yerində olarkən saat təxminən 22 radələrində ağ rəngli, Mercedes markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əraziyə daxil olduğunu görmüşdür.Bu səbəbdən dərhal həmin avtomobilin sürücüsünə yaxınlaşaraq, əraziyə girişin qadağan edildiyini bildirərək, oranı tərk etməyi uca səslə tələb etmişdir. Sürücüyə yaxınlaşdıqda sükan arxasında Məmmədin olduğunu və sonuncunun avtomobildə tək olduğunu görmüşdür. Məmməd ona sadəcə dönmək üçün əraziyə daxil olduğunu söyləmişdir. O, Məmmədə kobud tərzdə danışmamağı bildirərək, ərazinin mühafizə olunduğunu və girişin qəti qadağan olunduğunu bildirmişdir. Busəbəbdən aralarında sözlə mübaisə başlamışdır. O, Məmmədin yaxasından tutduqdan sonra, sonuncu qəfildən baş zərbəsi ilə onu üz nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən burnundan qan açılmışdır. Baş vermiş hadisə barədə dərhal polisə məlumat vermişdir. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X3 Şəxsinin verdiyi 25 mart 2022-ci il tarixli 305 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – burun nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, cüzi tənəffüs pozulması, burun qanaxması və sol yanağın sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 25.03.2022-ci il tarixdə kənar şəxslər tərəfindən yetirilə bilərdi, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03.04.2022ci il tarixli, 369-7806Ə-3222 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışmasını, onun tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39,43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar