Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-218/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan (məhkumluğu götürülmüş), evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2, Xəzri küçəsi, ev 1, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru vəzifəsində işləyərək tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində, yəni Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 13 ünvanında yerləşən F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.16 bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan, inşası aparılan həmin çoxmərtəbəli yaşayış binasının tikinti meydançasına kənar şəxslərin buraxılmasının qarşısının alınması üçün tədbirləri görməməsi nəticəsində, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədilməmiş və biliklərinin yoxlanılması aparılmamış X3 xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində tikinti sahəsinə daxil olaraq yer səthindən 21 metr hündürlükdə ayaqaltının söküntüsü işini apararkən yıxılaraq ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan hündürlükdən yerə yıxılması nəticəsində əmələ gələ bilən qapalı kəllə beyin travması ilə müşayiət olunan baş beyin toxumasının əzilməsi, baş beyin maddəsinə, toxumasına, yumşaq qişasına və beyin mədəciklərinə qansızmalar; başın alın və gicgah nahiyələrinin sağ yarısında şişkinli qançırlar və başın sağ alın nahiyəsindən, sağ gicgah və sağ almacıq nahiyələrinə qədər davam edən sahələrdə, sıyrıq ilə qeyd olunan sağ alın və sağ gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən əsasən iri qəlpəli sınıqları; hər iki göz orbitası və gözaltı nahiyələrdə şişkinli qançırlar və hər iki göz almasının ağlı qişasında qansızmalar; hər iki mil-bilək oynağı sümüklərinin qapalı sınıqları və sınıqlar ətrafı dərialtı yumşaq toxumalarda qansızmalar; boyun, sağ çiyin qurşağının bayır səthindən, sağ bazunun bayır səthinə qədər olan nahiyələrdə, qarın, hər iki əl, sağ bud - çanaq oynağı, sol bud, sağ diz oynağı və hər iki baldır nahiyələrində sıyrıqlar kimi bədən xəsarətləri alıb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmaların nəticəsində ölümünə səbəb olmaqla, tikinti işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o,1999-cu ildə orta məktəbi bitirdikdən sonra 2000-ci ildə Dövlət İqtisadiyyət Universitetinin əmtəəşiinaslıq fakültəsinə qəbul olunmuş, ali təhsilini başa vurduqdan sonra 2004-2005-ci illərdə hərbi xidmətdə olmuş, 2006-cı ildən əmək fəaliyyətinə başlayaraq Sumqayıt şəhəri "xxxx" Dövlət Şirkətində işə başlamış və təxminən bir il yarımdan sonra 2007-ci ildən fərdi sahibkarlıqla məşğul olmağa başlamışdır. O, ilk olaraq "xxxx" MTK-da proqramçı işləmiş, xx.xx.2010-cu il tarixdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş direktor vəzifəsinə təyin edilmişdir. Həmin MMC-nin təsisçisi atasının doğma xalası oğlu Rauf Əliyevdir. MMC-nin əsas fəaliyyət istiqaməti yüksək mərtəbəli yaşayış binalarının tikilməsidir. MMC Bakının bir neçə yerində yeni binaları inşaat edərək istismara təhvil verib. Tikilməkdə olan binaların biri də, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 13 ünvanında yerləşən F.Bayramov, A.Cəlilov. A.İsmayılov küçələrinin kəsişməsində yerləşən ərazidə üç ədəd bir girişli yaşayış binalarıdır. Həmin binalardan birincinin inşasına 2018-2019-cu illərdə başlanılıb, üç binanın tikilməsi nəzərdə tutulub, hələ ki, bir bina tikilməkdədir. MMC-də mühəndis olaraq Şahid3, iş icraçısı isə Elçin Əsədovdur. Bunlardan başqa MMC-də vəzifəli şəxslər yoxdur, qalan şəxslər fəhlələrdi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində tikintidən ona tikilməkdə olan binanın 4-cü mərtəbəsindən bir nəfər şəxs yıxılıb öldüyü bildirilmişdir. Həmin şəxs MMC-nin işçisi olmamış və tikinti sahəsinə necə keçməsi ona bəlli deyil, tikinti sahəsində işləyən gözətçilərdən biri işdən təzə çıxdığından, o, həmin işçinin yerinə işçi axtardığından və Şahid4 tək qalıb gözətçi işlədiyindən hadisə baş verən gün Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 13 ünvanında yerləşən F. Bayramov, A.Cəlilov, A. İsmayılov küçələrinin kəsişməsində inşası aparılan binanın tikinti meydançasında gözətçi olmamışdır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X6 ifadəsində göstərmişdir ki, arvadı və 2 oğlu ilə birlikdə Sabirabad rayonu, Sarxanbəyli kəndində yaşayır, fərdi şəkildə müxtəlif tikintilərdə fəhlə kimi işləməklə özünü və ailə üzvlərini dolandırır. Baş vermiş hadisə ilə əlaqədar göstərmişdir ki, mərhum X7 onun doğma oğlum olmuş, xx.xx.1994-cü ildə Sabirabad rayonu, Sarxanbəyli kəndində anadan olmuşdur. Elmin orta təhsil aldıqdan sonra, 18 ay hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində və Sabirabad rayonunda müxtəlif tikintilərdə fəhlə kimi işləmişdir. O, Elmin ilə birlikdə bir neçə müddət Bakı şəhəri Badamdar qəsəbəsində kirəyədə yaşamışdır. Elmin xx.xx.2022-ci il tarixdə ona Bakı şəhərində yerləşən çoxmərtəbəli binada fəhlə işi olduğunu və həmin işi görmək üçün iş sahibi ilə razılığa gəldiyini demişdir. Belə ki, deməsinə görə “whatsapp” sosial şəbəkəsindəki müxtəlif danışıq qruplarında iş sahibləri tərəfindən iş elanları paylaşılır və Elmin də oradan iş sahibinin nömrəsini götürüb iş sahibi ilə əlaqə saxlamış və görüləcək işlə yerində tanış olmuşdur, lakin, görüləcək işin hansı iş olduğunu və binanın konkret olaraq harada yerləşdiyini ona deməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında, Elmin kirayədə birgə yaşadıqları evdən çıxaraq işə getdiyini demiş və işinin saat 09-da başlayıb, saat 18də bitdiyini bildirmişdir. Həmin tarixdə Elmin axşam evə gəlmədiyi üçün o, Elminin istifadə etdiyi mobil telefon nömrəsinə zəng etmiş, telefonu götürən adını bilmədiyi polis əməkdaşı Elminin işlədiyi tikinti sahəsində hündürlükdən yıxılaraq öldüyünü ona demişdir. Sonrada ona Elminin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən və inşası davam etdirilən çoxmərtəbəli yaşayış binasının fasadında quraşdırılmış taxta ayaqaltının sınması nəticəsində 4-cü mərtəbə səviyyəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin əvəzi olaraq 30000 (otuz min) manat məbləğində vəsait ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən yekun məhkəmə qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə gizir kimi hərbi xidmətini başa vuraraq Goranboy rayonunun Hazırəhmədli kəndinə qayıtmış, kənddə iş olmadığından pul qazanıb ailəsini dolandırmaq üçün Bakı şəhərinə gəlmiş, burada müxtəlif rayondan olan bir neçə nəfər cavan oğlanla ev kirayələvib orada qalmışdır. O, 3-cü mikrorayon dairəsi «qul bazarı» deyilən yerdə dayanır, iş təklifi münasib olduqda günü 25-30 manata tikintilərdə fəhləlik edir və bundan başqa istifadəsində olan mobil telefonda “whatsapp” qrupunda olanlar iş təkliflərini edirlər və iş sahibinin nömrəsini verirlər ki, kimə sərf edirsə qrupda paylanan həmin nömrə ilə əlaqə saxlayır. Cavanşir xx.xx.2022-ci il tarixdə qrupda Mehmet Şahinə məxsus ***-***-**-** nömrəsini paylaşaraq bildirmişdi ki, binanın fasadında quraşdırılmış üç mərtəbəli lesanı, yəni ayaqaltını sökmək lazımdır. O və qrupda iştirak edən - mobil nömrəsi ***-***-**-** olan Elmin həmin iş təklifi ilə razılaşdıqları üçün həmin ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamış, xx.xx.2022-ci il tarixdə Mehmet Şahinin dediyi yerə gəlib onunla görüşüb görüləcək iş barədə danışmışlar. Həmin tikinti layihəsi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 13 A ünvanında yerləşən hündürmərtəbəli bina idi. Binanın fasadına üzlük vurulmasından ötrü quraşdırılmış ayaqaltı-lesanın sökülməsi işini görmək lazım idi. Mehmet Şahin həmin işə görə 50 manat avans vermişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Elmin və digər iki nəfərlə işə baxmaq və münasib olduğu halda işə başlamaq üçün tikinti sahəsinə gəlmiş, onlar tikinti sahəsinə girəndə orada heç bir mühafizəçi olmamış, onlar işləyəcəkləri yerə qalxmış və vaxt getməməsi üçün işə başlamışlar. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Elmin 4-cü mərtəbədə ayaqaltının üzərində durub söküntü işini görmüş, sökdüyü materialları ona vermiş, o da, həmin materialları binanın içinə yığmış, lakin həmin vaxt ayaqaltının taxtasının sınması nəticəsində Elmin 4cü mərtəbə səviyyəsindən yerə yıxılmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmin gün onlara işləmələrini heç kim deməmiş lakin işləmələrindən Mehmet Şahinin xəbəri olmuşdur. Daha sonra təcili tibbi yardım briqadası çağırılmış və həkim briqadası Elminin ölüm faktını təsdiq etmişdir. Hadisə zamanı tikinti sahəsində onlardan başqa adlarını sonradan bildiyi Yaşar və Elçin adlı şəxslər, o cümlədən qapı-pəncərə ustası olmuşdur. X19 plastik kartına 150 manat məbləğində vəsait göndərmişdir ki, fəhlələrin ödənişi edilsin. Yaşar isə plastik kartına Mehmet Şahin tərəfindən göndərilmiş 150 manat məbləğində vəsaiti nağdlaşdıraraq ona vermişdir.Hadisə baş verdikdən sonra isə Yaşar hadisə yerinə gəlmişdir. Habelə, Mehmet Şahin sözügedən hadisənin baş verməsi ilə əlaqədar köməklik məqsədilə fəhlələrə verilməsi üçün əlavə olaraq da 150 manat məbləğində pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin yanvar ayından "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir, MMC-nin təsisçisi Rauf, direktoru isə Rəsuldur və işçiləri işə Rəsul qəbul edir. Onun vəzifəsi Bakı şəhəri, Xətai rayonu 8 noyabr prospektində şirkət tərəfindən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikinti sahəsinə kənar şəxslərin daxil olmasının qarşısını almaq və orada işləyən heyətin tikinti ərazisindən hər hansı bir tikinti materiallarını, tikinti avadanlığını oğurlamasının qarşısını almaqdan ibarətdir. Təxminən 2022-ci ilin iyun ayına qədər digər gözətçi Ağa ilə növbəli şəkildə işləmişlər, belə ki, bir gün o, 08.00-dan saat 18.00-a qədər işləmiş, Ağa isə 18.00-dan səhər 08.00-a qədər işləmiş, sonra isə onlar növbələrini dəyişmişlər. Sonradan maddi çətinliklə bağlı bir müddət onların maaşları verilməmiş, beləliklə Ağa da işdən çıxmış, o isə işini itirməmək üçün qalıb işləmiş, az-az verilən maaş onu qane etmişdir. Amma sutkada 24 saat işləyə bilmədiyi üçün işdə gecə növbəsində qalıb yəni, saat 18.00-dan növbəti gün saat 08.00-dək işləmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində işdən çıxıb getmiş, saat 16 radələrində ona tikintidən kimsə zəng edib tikintidə işləyən bir nəfər fəhlənin 4-cü mərtəbədən yıxılıb öldüyünü demiş, o, tez durub işə gəlmiş, həmin fəhlənin kim olmasını isə bilməmiş, fəhləni hadisə yerində görüb tanımamışdır. İnşaat Konstruksiyaları MMC-də rəsmi işə qəbul edilmiş şəxsləri texniki təhlükəsizlik qaydaları ilə Şahid3 tanış edir və sonra işə buraxır. Elçin Orucovun xx.xx.2022-ci il tarixdə səhər gələcəyini bildirmişlər və Elçin Orucovu tikinti sahəsinə buraxmağa icazə verməyini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 1987-ci ildə İnşaat mühəndisləri institutunu bitirmiş, həmin vaxtdan da əmək fəaliyyətinə başlamışdır. 2021-ci ilin may ayından "xxxx" MMC- də əmək müqaviləsi əsasında iş icraçısı vəzifəsində işləməyə başlamışdır və onun iş icraçısı kimi işi inşaat üçün gələn materialı qəbul etmək, layihə əsasında işin icrasının təmin edilməsinə nəzarət etmək, işə yeni gələn işçilərə texniki təhlükəsizliyə dair təlimat vermək, həmin şəxs bir aydan çox müddətdə işlədikdə təkrar təlimat keçmək, keçirilmiş təlimatın nəticələrinə dair jurnalda qeyd aparmaqdan ibarətdir, həmçinin işin icrası ilə əlaqədar bütün jurnallar onun nəzarətindədir. Təlimatları o keçir, amma əməyin təhlükəsizliyinə və təhlükəsizlik texnikasına baş mühəndis nəzarət edir. Baş vermiş hadisə ilə əlaqədar göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yəni həftənin şənbə günü podratçı Mehmet Şahinlə birlikdə bir nəfər inşaat aparılan əraziyə gəlmiş, Mehmet Şahin həmin fəhləni obyektə “lesa”-ayaqaltının sökülməsi üçün gətirdiyini bildirmişdir. Həmin fəhləyə bildirmişdir ki, əmək müqaviləsi olmadan fəhləni işlədə bilməzlər, əmək müqaviləsinin bağlanması üçün şəxsiyyət vəsiqəsini onlara təqdim etməlidir, fəhlə isə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş, bundan sonra o fəhləyə yenidən əmək müqaviləsi olmadan və onun tərəfindən təhlükəsizliyə dair təlimat verilmədən işə başlaya bilməyəcəyini bildirmiş və həmin fəhlə çıxıb getmişdir. O, həmin şəxsin adını bilmir. Həftənin bazar günləri iş günü olmadığından onlar işləmir, həmin gün evdə olurlar. xx.xx.2022-ci il tarixdə, yəni bazar günü o evdə olmuş, inşaatda briqadiri işləyən Sübhan adlı şəxs ona zəng edərək ondan inşaat ərazisində olub-olmadığını soruşmuş, o Sübhana evdə olduğunu dedikdə Sübhan kimdənsə inşaat ərazisində işləyən fəhlənin yıxıldığı barədə eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olur, müxtəlif sahələrdə işləyir, o cümlədən tikintilərdə təmir tikinti işləri görür. O, tanışlarının vasitəsi ilə "xxxx" MMC-nin təsisçisi Rauf Əliyev ilə görüşmüş və Raufa ona MMC-nin Xətai rayonu Nobel prospekti 13 A ünvanında texniki mərtəbə və LMŞ Monolit Beton işləri; yaşayış mərtəbələri fasad və arakəsmə kərpic hörgü və molyar işləri; yaşayış mərtəbələri PVC pəncərə və şüşələrin quraşdırılması; bina fasadının lahiyə üzrə isti aqlay ilə üzlük işlərinin görülməsi, xarici boya ilə boyanması; yaşayış mərtəbələri və pilləkən qəfəsi suvaq və molyar işləri; mənzil giriş və blok mərtəbə qapılarının metal və ya alüminium olaraq quraşdırılması; pilləkən qəfəsi və blok girişi mərmər döşəmə işləri; mərtəbə foyeləri keramika qranit işləri; mərtəbə və ümumi sahələr daxili boya işləri; binanın daxili kanalizasiya işləri (plastik boru); binanın daxili su borularının çəkilməsi (plastik boru); bina yanğın xətləri və siqnalizasiya xətləri çəkilməsi; mənzillərin girişinə qədər elektrik naqilinin çəkilməsi; mərtəbələr daxili aydınlatma xətləri çəkilməsi; mərtəbələr ümumi qaz xətləri çəkilməsi; 3 ədəd liftin quraşdırılması; teras və düz dam örtüyü və izolyasiyasının yerinə yetirilməsi; daxili elektrik, qaz, su, kanalizasiya xətlərinin bina xaricindəki ana xətlərinə qoşulması işlərini görməsini demişdir. Qeyd olunan işlərin görülməsinə dair o və Rauf xx.xx.2022-ci il tarixdə aralarında X18 bağlamış, həmin müqaviləyə əsasən görülən işlərə dair ya nağd şəkildə pul və ya əvəzində mənzil verilməsi (barter) ilə bağlı və işlərin 2022-ci ilin sonuna yekunlaşdırılması ilə bağlı razılaşmışlar. O, həmin müqaviləyə əsasən öz öhdəsinə düşənləri etmiş, belə ki, həmin işlərin görülməsinə müxtəlif şəxsləri cəlb etmiş, həmin şəxslər isə tələb olunan işləri görmüş, amma Rauf həmin işlərin əvəzinə nə pul nə də ki mənzil vermədiyindən o, işləri dayandırmış, sonradan Rauf bir-iki mənzil verdikdən sonra onlar işləri yenidən bərpa etmişlər. Təxminən iki ildən çoxdur ki, binanın 4-cü mərtəbəsi səviyyəsinə qədər fasadda, yəni bayır divar boyu avaqaltı-“lesa” quraşdırılmış, lakin o, həmin “lesa”nın hansı şirkət tərəfindən quraşdırıldığını bilmir. Binanın fasadında Həsən adlı şəxs və briqadası suvaq işləri aparmalı olduqlarından və həmin “lesa” bu işə mane olduğundan “lesa”nın sökülməsi zərurəti yaranmışdır. Həsən ona işlərini görə bilmədiyini demiş, ona görə də o, tanışı Cavanşirə “lesa” sökmək üçün fəhlə tapmağı demiş. Cavanşir də, fəhlələr olan “whatsapp” qrupunda bu barədə elan yerləşdirmiş və onun nömrəsini göstərmişdir. xx.xx.2022-ci il tarixdə Xəyal adlı şəxs onun mobil nömrəsinə zəng edərək “whatsapp”da olan elana görə ona zəng etdiyini, “lesa” sökülməsi işini görə bildiyini demiş, onlar danışmış və xx.xx.2022ci il tarixdə binanın qarşısında görüşmüşlər. Xəyal işə baxmış, həmin işin görülməsi üçün 1200 manat istəmiş, o razılaşmış. Xəyala işini görüb qurtardıqdan sonra pulunun veriləcəyini demişdir. O, Xəyala “lesa”nın sökülməsi işinə görə kimlər cəlb olunacaqsa həftənin birinci günü, yəni xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsi ilə gəlmələrini, sənədləşdirmə aparılacağını, sonradan işə başlaya biləcəklərini demişdir. Xəyal yol pulları olmadığını dedikdə o, Xəyala 50 manat pul vermiş, onlar ayrılmış, xx.xx.2022-ci il tarixdə o, Gəncə şəhərində olmuş, saat 14.00-15.00 radələrində Yaşar ona zəng edib “lesa”nı sökən şəxslərdən birinin 4-cü mərtəbədən yıxılıb öldüyünü demişdir. Onun Rauf ilə bağladığı X18nə əsasən sifarişçi, yəni Rauf işlə əlaqədar cəlb edilən işçilərə aid büdcə ödəmələrini həyata keçirir; işlərin təhlükəsiz aparılmasına, işçilərin texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırmağı və bu qaydalara riayət etmələrinə görə tam məsuliyyət daşıyır; tikintiyə texniki nəzarət sifarişçi tərəfindən həyata keçirilir. Odur ki, Xəyal ilə Elminin tikinti sahəsinə buraxılmaqlarına görə, əmək müqaviləsi bağlanılıb təhlükəsizlik qaydaları ilə təlimatlandırılmağa görə məsuliyyət sifarişçinindir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, sözügedən tikinti sahəsində qapı-pəncərələrin hazırlanması işi məşğuldur. Lakin xx.xx.2022-ci il tarix, yəni bazar günü onun iş günü olmamışdır. Başqa sifarişi olduğu üçün həmin gün səhər saat 9 radələrində tikinti sahəsinə drel cihazı götürmək üçün gəlmişdir. Bu ərəfədə Mehmet Şahin ona zəng edərək bildirmişdir ki, anbardan ayaqaltı-“lesa”nı sökmək üçün gələn ustalara avadanlıq versin. Bu zaman təxminən 33-35 yaşlı, saqqallı bir usta ondan perferator istəmişdir. O isə həmin ustaya perferator, çəkic və digər avadanlıqları vermişdir. Daha sonra isə ən geci səhər saat 11 radələrində tikinti sahəsini tərk etmişdir. Sözügedən bədbəxt hadisənin şahidi olmamışdır. Həmin hadisə barədə Mehmet Şahinin ona zəng etməsi nəticəsində xəbəri olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, hazırkı iş üzrə şahid Demir Yaşarla iş yoldaşı olmuşdur. Yaşar ona zəng edərək xx.xx.2022-ci il tarixdə tikinti sahəsinə gəlməsini bildirmişdir. Həmin tarixdə təxminən saat 9-10 radələrində tikinti sahəsinə gəlmişdir. Tikinti işlərini həyata keçirən şirkətin işçi deyil, müstəqil qaydada bir neçə şirkətə memarlıq işləri ilə bağlı xidmət göstərir. Memar olduğuna görə həmin tarixdə tikinti sahəsində yalnız kompüter başında öz işlərini görmüşdür. İşlədiyi zaman tikinti sahəsindən gələn “yıxıldı” deyə səs-küyləri eşitmiş, lakin buna fikir verməyərək öz işinə davam etmişdir və işlədiyi otağı tərk etməmişdir. Daha sonra isə polis əməkdaşları gəlmişdir. Ümumiyyətlə, Elmin Babazadənin yıxıldığı həmin anın şahidi olmamışdır. Tikinti sahəsində yalnız mühafizəçinin və Demir Yaşarın olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə səhər 9-10 radələrində gəldikdə həmin zaman mühafizəçi çıxıb getmişdir. Mühafizəçinin növbəni təhvil verməsi və ya geri qayıtması barədə heç bir məlumatı yoxdur. Arabir siqaret çəkmək məqsədilə otağı tərk etmişdir, lakin bu zaman da otağı giriş-çıxış qapısının yanında dayanıb siqaret çəkdiyindən hadisə yerinin görüntüsü bucağı onun dayandığı yerdən kənarda qalmışdır. Belə ki, “yıxıldı” deyə qışqırıq eşidəndən təxminən 2-3 dəqiqə sonra bir nəfər kənar şəxs gəlmiş və su istəmişdir. Həmin şəxs tozlu mülki geyimdə olmuş və belə qənaətə gəlir ki, həmin şəxs fəhlə olmuşdur. Səsküydən sonra onun otağı tərk etməməyinə baxmayaraq bunun əksinə Demir Yaşar otağı səs-küy gəldiyinə tərk etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Demir Yaşar ifadəsində bildirmişdir ki, tikintini həyata keçirən şirkət "xxxx" MMC-dir. Belə ki, həmin şirkət onun memarlıq və digər layihələrində görmüş olduğu işləri bəyəndiyi üçün tikinti sahəsində onun üçün ofis ayırmışdır. Memarlıq və tikinti ilə əlaqədar işlərlə bağlı müvafiq məsləhətlər vermiş və işlər gömüşdür. Belə ki, sözügedən tikinti sahəsində binanın ətrafında 3 ilə yaxındır ki, ayaqaltı-“lesa” mövcud idi və həmin ayaqaltı-“lesa”nın sökülməsi lazım idi. Həmin “lesa” yalnız müvafiq texniki avadanlıq olan xüsusi qurğu (maşın) vasitəsilə sökülə bilər. Baş vermiş hadisədən 2 gün əvvəl bir nəfər Xəyal adlı şəxs Mehmet Şahinlə birgə tikinti sahəsinə gəlmiş və bildirmişdir ki, sözügedən ayaqaltı-“lesa”nı sökə bilər. Mühəndis və layihə rəhbəri də bunu məqsədəmüvafiq hesab etmişdir. Lakin, Xəyalın şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə həmin gün iş baş tutmamışdır. Daha sonra baza günü səhər xx.xx.2022-ci il tarixdə Elçin Orucovu onunla birgə iş görmək üçün tikinti sahəsində işləməyə dəvət etmişdir. Həmin gün səhər 12 radələrində tikinti sahəsində olan sözügedən ofisdə Elçinlə birlikdə işə başlamışlar. Otaqdan müəyyən işlər görən zaman mənzil almaq niyyəti olan bir neçə müştəri binaya baxmaq üçün tikinti sahəsinə gəlmişdir. Bu ərəfədə Xəyal adlı şəxs və ondan əlavə yanında iki nəfər digər şəxslə tikinti sahəsinə gəlmişdir. Həmin şəxslərdən burada nə edəcəklərini soruşmuş və onlar da cavab vermişlər ki, ayaqaltı-“lesa”nı sökəcəklər. Bu zaman onlara heç bir təhlükəsizlik tədbirinə əməl etməmələrini və fərdi mühafizə vasitələrinin mövcud olmamalarını irad tutmuşdur. Müştərilərə binanı təqdim etdikdən sonra onları yenidən görmüş və yenə irad tutmuşdur. Bu zaman ayaqaltı-“lesa”nın üzərində dayanan adını sonradan bildiyi şəxs Elmin olmuşdur. Onlar isə cavab olaraq qeyd etmişdir ki, sadəcə görülməsi nəzərdə tutulan işə baxırlar və sadəcə avans üçün gözləyirlər. Daha sonra Mehmet Şahin onun plastik kartına 150 manat məbləğində vəsait göndərmişdir ki, Xəyalın və digər şəxslərin ödənişi edilsin. O isə plastik kartına Mehmet Şahin tərəfindən göndərilmiş 150 manat məbləğində vəsaiti nağdlaşdıraraq Xəyala vermişdir. Mehmet işlərin görülməsi üçün müvafiq şəxslər axtarıb tapmaqla məşğuldur. Həmin şəxslərin qeydiyyatı, uçotu, əmək, vergi, sosial sığorta qaydalarına riayət edilməsi, habelə təhlükəsizlik tədbirlərinin görülməsi "xxxx" MMC-nin vəzifəsidir. Elçinlə birlikdə otaqda işləyərkən bir nəfər “gədə yıxıldı” deyə qışqırmışdır. Daha sonra isə hadisə yerinə gəldikdə mərhum artıq yerdə uzanıqlı vəziyyət idi. Bundan sonra dərhal təcili tibbi yardıma məlumat verildi. Habelə, Mehmet Şahin sözügedən hadisənin baş verməsi ilə əlaqədar köməklik məqsədilə fəhlələrə verilməsi üçün əlavə olaraq da 150 manat məbləğində pul göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Xətai RPİ-nin 37-ci PŞdən rayon prokurorluğuna xx.xx.1994-cü il təvəllüdlü Sabirabad rayonunda anadan olmuş X3 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 13 ünvanında yerləşən yaşayış binasının inşası ilə əlaqədar aparılan tikinti işləri zamanı yıxılıb ölməsi barədə məlumat daxil olmuş, toplanmış materialda fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının qarşısıdır. Baxışda iştirak edən Şahid1 göstərmişdir ki, binanın fasadına üzlük vurulmasından ötrü quraşdırılmış ayaqaltı-“lesa”nın sökülməsi işini görməli üçün Mehmet Şahin adlı şəxslə razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə, saat 09.00-da Elmin ilə işə baxmağa gəlmiş, tikinti sahəsinə girəndə orada heç bir mühafizə olmamış, onlar işləyəcəkləri yerə qalxmış və vaxt getməsin deyə işə başlamışlar, saat 16 radələrində Elmin 4-cü mərtəbədə ayaqaltının üzərində durub söküntü işini gördüyü zaman ayaqaltının taxtasının sınması nəticəsində Elmin 4-cü mərtəbə səviyyəsindən yerə yıxılmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində xx.xx.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsinin Cəmiyyətin İdarə olunması Qaydasını əks etdirən 4.6, 4.7 və 4.8-ci maddələrində göstərilmişdir ki, «Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir. Qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə Ümumi Yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir”. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi X10 xx.xx.2010-cu il tarixli, 01 nömrəli əmri ilə Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Baş Direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətinin tikintiyə icazə barədə xx.xx.2018-ci il tarixli 13 nömrəli Xüsusi Nişanında göstərilmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının 328 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 13 ünvanında yerləşən F. Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi Ekpertiza və X4 12 oktyabr 2022-ci il tarixli, 85 nömrəli rəyində göstərilmişdir ki : “1. E.Ə.Babazadənin meyitinin bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması ilə müşayət olunan baş beyin toxumasının əzilməsi, baş beyin maddəsinə, toxumasına, yumşaq qişasına və beyin mədəciklərinə qansızmalar; başın alın və gicgah nahiyələrinin sağ yarısında şişkinli qançırlar və başın sağ alın nahiyəsindən, sağ gicgah və sağ almacıq nahiyələrinə qədər davam edən sahələrdə, sıyrıq ilə qeyd olunan sağ alın və sağ gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən əsasən iri qəlpəli sınıqları; hər iki göz orbitası və gözaltı nahiyələrdə şişkinli qançırlar və hər iki göz almasının ağlı qişasında qansızmalar; hər iki mil-bilək oynağı sümüklərinin qapalı sınıqları və sınıqlar ətrafı dərialtı yumşaq toxumalarda qansızmalar; boyun, sağ çiyin qurşağının bayır səthindən, sağ bazunun bayır səthinə qədər olan nahiyələrdə, qarın, hər iki ol, sağ bud - çanaq oynağı, sol bud, sağ diz oynağı və hər iki baldır nahiyələrində sıyrıqlar həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirin törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni hündürlükdən yerə yıxılması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2. E.Ə.Babazadənin ölümünə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi,yumşaq qişaya,beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir. 3. E.Ə.Babazadənin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin örəmələri və salisilatlar aşkar edilməmişdir» İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli 10/6294 nömrəli rəyində göstərilmişdir ki : “Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 13 ünvanında inşası aparılan binanın tikinti meydançasına kənar şəxslərin buraxılmasının qarşısının alınması üçün tədbirlərin görülməməsi, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədilməmiş, biliklərinin yoxlanılması aparılmamış X3 tikinti sahəsinə daxil olmasına və yer səthindən 21 metr hündürlükdə ayaqaltının söküntüsü işini aparmasına gətirib çıxarmışdır. Baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.16 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri. Xətai rayonu, 8 noyabr prospekti 13 ünvanında inşası aparılan binanın tikinti meydançasına kənar şəxslərin buraxılmasının qarşısının alınması üçün tədbirlər görülmədiyinə görə, «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.16 bəndinin tələbləri tikinti-quraşdırma işlərini aparan "İnşaat Konstruksiyaları” MMC-nin rəhbər(lər)i tərəfindən pozulmuşdur. X3 hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinə dair metod və üsullar öyrədilmədən işə buraxıldığını nəzərə aldıqda, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir.” İş materiallarında olan xx.xx.2022-ci il tarixli İK-MŞ/GPNP/1001 nömrəli X18ndə göstərilmişdir ki, nizamnaməsi əsasında fəaliyyət göstərən "İnşaat Konstruksiyaları” MMCnin Direktoru Təqsirləndirilən şəxs və Təsisçi Əliyev- Rauf Rəhim oğlu şəxsində (bundan sonra "Sifarişçi") ilə, digər tərəfdən X9 şəxsində (bundan sonra "Podratçı-İcraçı") arasında aşağıdakı məzmunda imzalanmışdır. Həmin X18nin «Müqavilənin predmeti»nə dair maddəsində göstərilmişdir ki, Bakı Şəhəri Xətai İcra Hakimiyyəti Başçısının 31.8.2018-ci il tarixli 175 nömrəli Sərəncamı ilə Sifarişçinin İstifadəsinə ayrılan Xətai rayonu Nobel Pr. No:13A ünvanında tikiləcək 1 bloklu 2 zirzəmin 3 ticarət 17 yaşayış 1 texniki mərtəbə və LMS sindən ibarət pilot layihənin Əsaslı Tikintisi işlərinə aid bu müqavilənin ayrılmaz hissəsi sayılan 1 saylı Qoşmada "Yerinə yetiriləcək işlərin təsviri Protokolunda göstərilən işlərin Ticarət Mərtəbələri xaric olmaq üzrə "Podratçı" tərəfindən tam həcimdə görülərək istismar aktına hazır vəziyyətdə "Sifarişçi"yə təhvil verilməsidir. Həmin X18nin «Tərəflərin öhdəlikləri və Hüquqları» hissəsində 4.1.4 və 4.1.5-ci maddələrində göstərilmişdir ki, «Sifarişçi işlə əlaqədar cəlb edilən işçilərə aid büdcə ödəmələrini (DSMF. vergi) həyata keçirir. İşlərin təhlükəsiz aparılmasına, işçilərin texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırmağa və bu qaydalara riayət etmələrinə görə tam məsuliyyət daşıyır. Tikintiyə texniki tam nəzarət Sifarişçi tərəfindən (Müəllif və müvafiq orqanların səlahiyyətləri qüvvədə qalmaq üzrə) həyata keçirilir». İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 140/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən və Sabunçu Rayon Məhkəməsinin 7(008)-397/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan əlavə onun barəsində xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313 və 162-1.2-ci maddələri ilə 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi ilə şərti təyin edilmiş və 2 il sınaq müddəti müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı ərizəsi təmin edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X11 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. Bu nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü Yusif Əhmədov və xx.xx.2014-cü il təvəllüdlü Xəyyam Əhmədov adlı uşaqları doğulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza qismində azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza qismində azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-218/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-218/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver