Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-219/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 63 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/42 A ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində olan 169 nömrəli mənzilində heç kimin olmamasından istifadə edərək pəncərənin üzərində olan dəmir barmaqlığı əli ilə aralayıb pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub yataq otağında saxlanc yeri hesab olunan şkafın içərisindən sonuncuya məxsus bir ədəd 250 manat qiymətində “Acer” markalı nootbuk kompüterini, bir cütü 1000 manat olan iki cüt 2000 manat qiymətində sarı qızıldan sırğaları, bir ədəd 700 manat qiymətində sarı qızıldan boyunbağını, bir ədəd qara rəngli 30 manat qiymətində pul kisəsini və 200 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3.150 (üç min yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/42 A ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində olan 315 A nömrəli mənzilində heç kimin olmamasından istifadə edərək pəncərənin üzərində olan dəmir barmaqlığı əli ilə aralayıb pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub yataq otağındakı saxlanc yeri hesab olunan güzgülü olan dəstlərin siyirməsindən sonuncuya məxsus bir ədəd 100 manat dəyərində fotoaparat, bir ədəd 20 manat dəyərində qəlyan, bir ədəd gümüşü rəngli metaldan, içərisində “ROLEX” yazısı olan, korpusunun alt hissəsində “750” əyar damğası həkk olunmuş, metalı dəmir və xrom elementinin ərintisindən hazırlanmış, ümumi çəkisi 168,78 qram olan 150 manat qiymətində qol saatı, bir ədəd sarı-gümüşü rəngli metaldan, içərisində “ROLEX” yazısı olan, korpusunun alt hissəsində “18K” əyar damğası həkk olunmuş, metalı titan və xrom elementinin ərintisindən hazırlanmış, ümumi çəkisi 90,24 qram olan 80 manat qiymətində qol saatı, bir ədəd gümüşü rəngli metaldan, içərisində dəmir və xrom elementinin ərintisindən hazırlanmış, 93,44 qram olan 15 manat qiymətində qol saatı, bir ədəd qara rəngli rezin material ərintisindən hazırlanmış, ümumi çəkisi 42,04 qram olan 10 manat qiymətində qol saatı, bir ədəd sarı rəngli metaldan korpusu, qara rəngli, parıltılı dəriyə bənzər kəməri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 25,11 qram olan 8 manat qiymətində qol saatı, bir ədəd gümüşü rəngli metaldan korpusu, göy rəngli dəriyə bənzər kəməri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 19,21 qram olan 8 manat qiymətində qol saatı, bir ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində “14K” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun çəkisi 3,96 qram, qaşları qiymətli qaşlara aid olmayan 238 manat qiymətində üzük, bir ədəd sarı rəngli metaldan üzərində “585” əyar damğası həkk olunmuş, metalı təxminən 500 əyarlı qızıla uyğun, çəkisi 2,74 qram 140 manat qiymətində halqa üzük, bir ədəd gümüşü rəngli metaldan, üzərində ağ və qara rəngli şəffaf qaşlar olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,50 qram, qaşları qiymətli qaşlara aid olmayan 6 manat qiymətində üzük, bir ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 14,59 qram, qaşları qiymətli qaşlara aid olmayan 10 manat qiymətində sırğa cütü və kulon dəsti, bir ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,44 qram, qaşları qiymətli qaşlara aid olmayan 15 manat qiymətində boyunbağı və qolbaq dəsti, bit ədəd gümüşü rəngli metaldan, üzərində 925 əyarlı damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 1,75 qram 9 manat qiymətində boyunbağı, bir ədəd gümüşü rəngli metaldan, göz formalı elementi üzərində bir ədəd qaş olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 4,10 qram, qaşı qiymətli qaşlara aid olmayan 12 manat qiymətində boyunbağı, bir ədəd gümüşü rəngli metaldan, üzərində “Ayan” yazılı sözləri, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 4,25 qram 21 manat qiymətində kulonlu boyunbağı, bir ədəd gümüşü rəngli metaldan, bir ədəd qaşlı kulonu olan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 2,15 qram, qaşı qiymətli qaşlara aid olmayan 10 manat qiymətində boyunbağı, bir ədəd sarı rəngli metaldan, ürək formalı kulonu, üzərində ağ şəffaf qaşlar olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,77 qram, qaşları qiymətli qaşlara aid olmayan 15 manat qiymətində boyunbağı, iki ədəd sarı rənğli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,07 qram 6 manat qiymətində nazik boyunbağı, iki ədəd gümüşü rəngli metaldan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 5,29 qram 7 manat qiymətində nazik boyunbağı, bir ədəd gümüşü rəngli metaldan, kəpənək formalı, üzərində ağ və yaşıl şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 1,63 qram, qaşları qiymətli qaşlara aid olmayan 8 manat qiymətində sırğa cütü, bir ədəd gümüşü rəngli metaldan, ürək formalı, üzərində ağ şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 4,75 qram, qaşları qiymətli qaşlara aid olmayan 24 manat qiymətində sırğa cütü, iki ədəd gümüşü rəngli metaldan, tək qaşlı, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 4,51 qram, qaşları qiymətli qaşlara aid olmayan, 14 manat qiymətində sırğa cütü, bir ədəd sarı rəngli metaldan tək qaşlı, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 2,74 qram, qaşları qiymətli qaşlara aid olmayan 8 manat qiymətində sırğa cütü, bir ədəd sarı rəngli metaldan “A” hərfi formalı, üzərində “585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 1,20 qram 72 manat qiymətində kulon, bir ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 2,17 qram, qaşları qiymərli qaşlara aid olmayan 5 manat qiymətində kulon, bir ədəd gümüşü rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 0,83 qram 3 manat qiymətində gözmuncuqlu kulon, bir ədəd “ZHUDELE” markalı, “LCD” ekranlı 80 manat qiymətində damofon, bir ədəd üzəri brilyant qaşlarla bəzədilmiş 1000 manat qiymətində qızıl üzük, bir ədəd 35 manat qiymətində əl çantası, bir ədəd 10 manat qiymətində pul kisəsi, bir ədəd 35 manat dəyərində məsafə yaxmlaşdırıcım və 920 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3.094 (üç min doxsan dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə axşam saat təxminən 22:00 radələrində yaşadığı mənzildən çıxaraq Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/42 A ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının qarşısına gəlmişdir. Həmin binada bir neçə dəfə olmuş, belə ki, həmin binada tanışı yaşayır. Binanın giriş qapısının kodunu bildiyindən qapını açıb binanaya daxil olmuşdur. Binanın birinci mərtəbəsində lift ilə 13-cü mərtəbəyə qalxmış, orada liftdən çıxıb oğurluğa girmək üçün mənzil axtarmışdır. 13-cü mərtəbədə yerləşən mənzilin pəncərəsinə yaxınlaşmış, həmin mənzilin pəncərəsinin üzərində dəmir barmaqlığı olmuş və pəncərənin qarşısında dayanıb mənzildə kimlərinsə olub-olmamasını yoxlamışdır. O, mənzildə heç bir hərəkət olmamasını görmüş, fikirləşmişdir ki, mənzildə heç kim yoxdur. Mənzilin pəncərəsinin dəmir barmaqlığını əli ilə güc tətbiq edərək əymişdir. Sonra mənzilin pəncərəsini itələyərək açmış və pəncərədən mənzilin içərisinə daxil olmuşdur. Evdə heç kəsin olmadığını görmüşdür. Bundan sonra o, rahatlıqla evin içərisində axtarış aparmağa başlamışdır. Mənzilin qonaq otağından o, bir ədəd nootbuk kompüteri tapmış, evdən başqa pul və yaxud qiymətli əşya tapa bilməmişdir. Nootbuk kompüterini o, selofon paketə qoyub mənzilə daxil olduğu pəncərədən çölə çıxmışdır. O, binanın lifti ilə birinci mərtəbəyə düşüb liftən çıxaraq binadan çölə çıxmış və oradan uzaqlaşmışdır. Oğurladığı kompüteri o, Əhmədli qəsəbəsində ağaclıq olan yerdə gizlətmiş və gec olduğu üçün yaşadığı evə gəlmişdir. Evdə ailə üzvülərinə bu barədə heç nə deməmişdir. Səhər açıldıqda o, kompüteri satmaq istəmiş, lakin müştəri tapa bilmədiyi üçün sata bilməmişdir. Bundan sonra o, yenidən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadığı mənzildən çıxaraq yenə də Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/42 A ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının qarşısına gəlmişdir. Qapının kodunu bildiyi üçün o, qapını açmış və liftin qarşısına gəlmişdir. Lift ilə binanın sonuncu, yəni 16-cı mərtəbəsinə qalxmışdır. Orada olan mənzilin pəncərəsinə yaxınlaşmış, həmin mənzilin pəncərəsinin üzərində dəmir barmnaqlığı olmuş, pəncərənin qarşısında dayanıb mənzildə kimlərinsə olub-olmamasını yoxlamış və mənzildə heç bir hərəkət olmamasını görmüşdür. O, fikirləşmişdir ki, mənzildə heç kim yoxdur. O, mənzilin pəncərəsinin dəmir barmaqlığını əli ilə güc tətbiq edərək əymiş, sonra mənzilin pəncərəsini itələyərək açmış və pəncərədən mənzilin içərisinə daxil olmuşdur. Evdə heç kəsin olmadığını görmüş, bundan sonra rahatlıqla evin içərisində axtarış aparmağa başlamışdır. Evdən bir neçə ədəd saat, müxtəlif növ qızıl-zinyət əşyaları, bir əfəf fotoaparat, bir ədəd qəltan, bijuteriyalar, gümüşlər, klonlar, bir ədəd əl çantası, içərisində pullar olan pul kisəsi, bir ədəd qapını açmaq üçün qurğu və pullar tapmışdır. Həmin əşyaların hamısını götürmüş və mənzilin giriş qapısına yaxınlaşdıqda qapının giriş hissəsində olan bir ədəd damofunuda yerindən sökərək götürüb evə daxil olduğum pəncərədən çölə çıxmışdır. Lift ilə binanın birinci mərtəbəsinə düşmüş və binadan çölə çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı əşyaların götürüb kompüteri gizlətdiyi ağaclıq əraziyə gəlmişdir. Orada oğurladığı pulların hamısını o, cibinə qoymuş, əşyaların isə içərisindən bəzilərini seçib özü ilə götürmüş, bəzilərini də kompüterin yanında gizlətmişdir. Əl çantasını və pul kisəsini isə yolda zibil qabına atmışdır. Ozü ilə birlikdə götürdüyü əşyaları yaşadığı evə gətirmişdir. Evdə o, yenə də heç kimə məlumat verməmişdir. Cinayət yolu ilə ələ keçirdiyi özü iə birlikdə götürdüyü əşyaları tanımadığı şəxslərə özünə məxsus olmasını bildirməklə satmışdır. Qalan əşyaları isə o, sata bilməmişdir. xx xxxxx 2020-ci il tarixdə isə o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Oğurluq cinayətini o, tək törətmiş və həmin hadisəni törətməyə başqa heç kim ona kömək etməmişdir. Hazırda o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X6 dəymiş ziyanı qohumları tərəfindəb ödənilmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin olmadığını, ailəli olduğunu, himayəsində bir az yaşlı uşağının olduğunu, bir daha belə hallara yol verməyəcəyinə nəzərə alaraq ina yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi, ev 18, mənzil 3 üvanında qeydiyyatda olsa da, ünvan 4 mənzil 315 A ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən “Əmrah Bank”-n 4 saylı filialında kiçik mütəxəssis kimi işləyir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 13:00 radələrində arvadı ilə birlikdə yaşadığı ünvan 6 mənzil 315A ünvanında çıxaraq qeydiyyatda olduğu, yəni Xətai rayonu, Vunq Tau küçəsi, ev 18, mənzil 3 üvamnda yaşayan valideyinlərinin evinə qonaq getmişdir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində ailə üzvüləri ilə birlikdə yaşadığı mənzilə qayıtmışdır. Yaşadığı mənzil 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Lift ilə 16-cı mərtəbəyə qalxdıqdan sonra yanğın çıxışı tərəfinə gedərək orada qoyduğu qaz balonuna baxmaq istəmiş, belə ki, yaşadığı binada təbii qaz olmadığına görə qaz balonundan istifadə edir. Yanğın çıxışına çıxıb qaz balonuna baxan zaman yaşadığı mənzilin eyvanında dəmir barmaqlığın sındırıldığını görmüşdür. O, bundan şübhələnib tez mənzilə daxil olmaq üçün giriş qapısına tərəf getmişdir. Həmin vaxt mənzilin girişinə quraşdırdığı “damafon’un işiğının yanmadığını, yəni işləmədiyini görmüşdür. Bundan sonra o, mənzilin giriş qapısını açarla açıb içəri daxil olan zaman girişdən sol tərtəfdə quraşdırdığı 350 manat dəyərində “damafonun” yerində olmadığını, həmçinin mənzildə olan əşyaların bir hissəsinin yerinin dəyişdirildiyini və mənzildə axtarış aparıldığını aşkar etmişdir. Bundan sonra o, mənzilin eyvanına dorğu gedib baxan zaman görmüşdür ki, eyvanın dəmir barmaqlığı sındırılmışdır. Həmin vaxt məlum olmuşdur ki, yaşadığı mənzildə oğurluq hadisəsi baş vermişdir. Buna görə də o, tez Azərbayca Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı mənzilə gələrək baxış keçirmişlər. Bundan sonra yaşadığı mənzildən hansı əşyalarının götürüldüyünə baxan zaman yataq otağında güzgülü divar dəstinin siyirməsində saxladığı iki ədəd hər biri 600 manat olmaqla, 1200 manat dəyərində Türkiyə Cumuriyyətindən aldığı "Roleks" markalı kişi və qadın qol saatlarının, bir ədəd 200 manata aldığı “Teruçi” markalı qol saatının, 40 manat dəyərində bijuteriyadan bəzək əşyaların, bir ədəd 450 manat dəyərində üzərində xırda sadə qaşları, halqa formalı qadın üzüyü, 1 ədəd 1000 manat dəyərində, ortasında bir ədəd böyük, kənarlarında dörd ədəd xırda briliant qaşları olan qadn nişan üzüyünün, içərisində bir manatlıq kağız əskinaslardan ibarət 100 manat pul olan 35 manat aldığı göy rəngli kişi əl çantasının, yataq otağında, paltar dolabının içərisində platarlarm arasında, zərfin içərisində saxladığı iki ədəd 200 manatlıq əskinasın, yataq dəstinin yanında olan dolabın siyirməsində saxladığı 1 manat kağız əskinaslardan ibarət olan 100 manat pulun yerində olmadığnı aşkar etmişdir. Bundan sonra o, dəhlizdəki qadın əl çantasının içərisinə baxan zaman içərisində 320 manat nağd pul olan 10 manat dəyərində qadın pul kisəsinin, qonaq otağında televizor altdığının siyirməsində olan bir ədəd 35 manat dəyərində məsafə yaxınlaşdırıcının (binokl) yerində olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxslər yaşadığı mənzilə daxil olaraq oradan özünə məxsus iki ədəd 1.200 manat dəyərində “Roleks"’ markalı kişi və qadm qol saatlarını, bir ədəd 200 manat dəyərində “Feruçi” markalı qol saatını, 40 manat dəyərində bijuteriya bəzək əşyalarını, bir ədəd 450 manat dəyərində üzərində xırda sadə qaşları olan, halqa formalı qadın üzüyünü, bir ədəd 1000 manat dəyərində, ortasında bir ədəd böyük, kənarlarında dörd ədəd xırda briliant qaşları olan qadın nişan üzüyünü, içərisində 100 manat pul olan 35 manat dəyərində göy rəngli kişi əl çantasını, yataq otağında olan paltar dolabının içərisindən 400 manat nağd pulu, yataq dəstinin yanında olan dolabın siyirməsindən 100 manat nağd pulu, içərisində 320 manat nağd pul olan 10 manat dəyərində qadın pul kisəsini, bir ədəd 35 manat dəyərində məsafə yaxmlaşdırıcı (binoklu) və bir ədəd 350 manat dəyərində mənzilin qiriş hissəsinə quraşdırılmış “Damafon" oğulamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4.240 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə verərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanının ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ünvan 12 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzil 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşir. Yaşadığı mənzilin yerləşdiyi binanın giriş qapısı dəmirdəndir və kodu daxil etməklə açılır. Bundan başqa Tovuz rayonu İbrahimhacılı kəndində də evi vardır, ona görədə mütamadi olaraq Tovuz rayonu İbrahimhacılı kəndinə gedib-gəlir. xx xxxx 2020-ci il tarixdə bayramı keçirmək üçün o, ailə üzvüləri ilə birlikdə Tovuz rayonu İbrahimhacılı kəndinə getmişdir. Yaşadığı evdən çıxarkən mənzilin qapı və pəncərələrini bağlamışdır. Mənzilin pəncərələrinin üzəri dəmir barmaqlıqlar quraşdırılmış, yaşadığı mənzilin yerləşdiyi binanın girişində müşahidə kameraları quraşdırılmış və bina 24 saat kameralarla müşahidə olunur. xx xxxxx 2020-ci il tarixədək olan müddət ərzində o, Tovuz rayonu İbrahimhacılı kəndində qalmışdır. xx xxxxx 2020-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Saat təxminən 23:00 radələrində yaşadığı mənzilə çatmışdır. O, mənzilin qapısını açıb içəri daxil olduqda mənzildə olan əşyaların axtarılmasını görmüşdür. Ona məlum olmuşdur ki, yaşadığı evdə olmadığı müddətdə evə kənar şəxslər daxil olmuşdur. Evə hardan girilməsini öyrənmək üçün o, mənzilin pəncərələrinə baxmış və görmüşdür ki, mənzilin binanın pilləkənlərinə baxan pəncərəsinin önündə olan dəmir barmaqlığı əyilmişdir. Evə həmin yerdən daxil olunmasını başa düşmüşdür. Evdə olan əşyalarını yoxladıqda yataq otağındakı paltar şkafının içərisində olan paltarların dağıdılmasını və oradakı bir ədəd dəyəri 500 manat olan “Acer” markalı nootbuk kompüterin, azyaşlı qızına aldığı bir cütünün dəyəri 1000 manat olan iki cüt 2000 manat dəyərində sarı qızıldan sırğalar, bir ədəd 700 manat dəyərində sarı qızıldan boyunbağı və bir ədəd arvadına aldığı qara rəngli içərisində 200 manat pul vəsaiti olan 30 manat dəyərində pul kisəsinin oğurlanmasını aşkar etmişdir. Bundan dərhal sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları mənzilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Həmin günü o, bu barədə ərizə ilə müraciət etmiş və izahat vermişdir. Mənzildən ifadəsində qeyd etdiyi oğurlanmış əmlakın hamısı özünə məxsusdur. Belə ki, qızılları və pul kisəsini özü almışdır. 200 manat pul da özünə məxsus olmuşdur. Oğurluq nəticəsində ümumilikdə ona 3.400 manat maddi ziyan dəymişdir. Mənzildən oğurlanmış qızılların əyarını və çəkisini bilməmişdir. Mənzilin dəmir barmaqlığının əyilməsi nəticəsində təxminən 20-30 manat maddi ziyan dəymişdir. Cinayət işinin 52-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 127-1128-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etməsinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 141-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxx 2020-ci il tarixli, 011-5100-1220 nömrəli məktubundan görünür ki, xx xxxxx 2020-ci il tarixdə ünvan 8 mənzil 169 ünvanında Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq faktı üzrə əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının; xx xxxxx 2020-ci il tarixdə ünvan 4 ünvanında Zərərçəkmiş şəxs2 evində baş vermiş oğurluq faktı üzrə əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sağ əlininorta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 165-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/755-9/1277 saylı ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 1224,0 manat müəyyən olunur. Ayrı-ayrılıqda iqymətləri tədqiqi hissədə göstərilmişdir. Belə ki, 1 ədəd gümüşü rəngli metaldan, içərisində “ROLEX” yazısı olan qol saatı- korpusunun alt hissəsində “750” əyar damğası həkk olunmuşdur, metalı dəmir və xrom elementinin ərintisindən hazırlanmışdır, sferpladı leyko-sapfırdir, ümumi çəkisi 168,78 qramdır - 150,0 manat, 1 ədəd sarı-gümüşii rəngli metaldan, içərisində “ROLEX” yazısı olan qol saatıkorpusunun alt hissəsində “18K” əyar damğası həkk olunmuşdur, metalı titan və xrom elementinin ərintisindən hazırlanmışdır, sferpladı leyko-sapfirdir, ümumi çəkisi 90,24 qramdır-80,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, içərisində dəmir və xrom elementinin ərintisindən 93,44 qramdır-15,0 manat, 1 ədəd qara rəngli rezin material ərintisindən hazırlanmışdır, ümumi çəkisi 42,04 qramdır-10,0 manat, 1 ədəd sarı rəngli metaldan korpusu, qara rəngli, parıltılı dəriyə bənzər kəməri olan qol saatı- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 25,11 qramdır - 8,0 manat, 1 ədəd gümüşü rəngli metaldan korpusu, göy rəngli dəriyə bənzər kəməri olan qol saatı- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 19,21 qramdır-8,0 manat, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (3 ədəd qaş yeri boşdur)- üzərində “14K” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,96 qramdır, qaşları qiymətli qaşlara aid deyil-238,0 manat, 1 ədəd sarı rəngli metaldan halqa üzüküzərində “585” əyar damğası həkk olunmuşdur, metalı təxminən 500 əyarlı qızıla uyğundur, çəkisi 2,74 qramdır-140,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ və qara rəngli şəffaf qaşlar olan üzük-üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 6,50 qramdır, qaşları qiymətli qaşlara aid deyil-6,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və kıılon dəsti-metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 14,59 qramdır, qaşları qiymətli qaşlara aid deyil-10,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağı və qolbaq dəsti- üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 6,44 qramdır, qaşları qiymətli qaşlara aid deyil-15,0 manat, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı-iizərində 925 əyarlı damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 1,75 qramdır-9,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, göz formalı elementi üzərində 1 ədəd qaş olan boyunbağı-nmetalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 4,10 qramdır, qaşı qiymətli qaşlara aid deyil-12 manat, 1 ədəd gümüşü rəngli metaldan, üzərində “Ayan” yazılı kulonu olan boyunbağı üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,25 qramdır-21,0 mnat, 1 ədəd gümüşü rəngli metaldan, 1 ədəd qaşlı kulonu olan boyunbağı-metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,15 qramdır, qaşı qiymətli qaşlara aid deyil-10 manat, 1 ədəd sarı rəngli metaldan, ürək formalı hulonu üzərində ağ şəffaf aşlar olan boyunbağı-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,77 qramdır, qaşları qiymətli qaşlara aid deyil-15,0 manat, 2 ədəd sarı rənğli metaldan nazik boyunbağı-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,07 qramdır-6,0 manat, 2 ədəd gümüşü rəngli metaldan nazik boyunbağı-metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 5,29 qramdır-7,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, kəpənək formalı, üzərində ağ və yaşıl şəffaf qaşları olan sırğa cütü-üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 1,63 qramdır, qaşları qiymətli qaşlara aid deyil-8,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, ürək formalı, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,75 qramdır, qaşları qiymətli qaşlara aid deyil-24,0 manat, 2 ədəd gümüşü rəngli metaldan, tək qaşlı sırğa cütü-metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 4,51 qramdır, qaşları qiymətli qaşlara aid deyil-14 manat, 1 ədəd sarı rəngli metaldan tək qaşlı sırğa cütü-metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,74 qramdır, qaşları qiymətli qaşlara aid deyil-8.0 manat, 1 ədəd sarı rəngli metaldan “A” hərfi formalı kulon-üzərində “585" əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,20 qramdır-72,0 manat, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulon-metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,17 qramdır, qaşları qiymərli qaşlara aid deyil-5.0 manat, 1 ədəd gümüşü rəngli metaldan gözmuncuqlu kulon-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 0,83 qramdır-3,0 manat və 1 ədəd ZHUDELE markalı, LCD ekranlı damofon-80,0 manat müəyyən edilir. Cinayət işinin 193-198-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/486 saylı ekspertizası rəyindən görünür ki, Üzərində “xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 10 mənzil 169 ünvandan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş “02 ədəd” əl-barmaq izləri olan” yazıları olan zərfdəki və üzərində “xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 11 ünvanından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş “02" ədəd papilyar naxış izləri” yazıları olan zərfdəki 1 saylı daktilolentin səthindəki “a” əl-barıuaq izləri müqayisəli tədqiqat üçün yararlıdır. Üzərində “xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 12 mənzil 169 ünvandan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş “02 ədəd” əlbarmaq izləri olan” yazıları olan zərfdəki 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, üzərində “xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 11 ünvanından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş “02” ədəd papilyar naxış izləri” yazıları olan zərfdəki 1 saylı daktilolentin səthindəki “a” əl- barmaq izi isə onun orta barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 02 zərflərdə olan 1,2 saylı daktilolentlərin səthləriııdəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin 200-213-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs2 məxsus 06 (altı) ədəd qol saatı, 01 (bir) ədəd damafon, 05 (beş) ədəd müxtəlif formalı boyunbağı, 05 (beş) ədəd klon ilə boyunbağı, 03 (üç) ədəd üzük, 02 (iki) ədəd klonlar, 05 (beş) cüt sırğalar, 01 (bir) ədəd qolbaq, 01 (bir) dəst sırğa üzüyü ilə birlikdə və Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd “Acer” markalı nootbuk kompyuteri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Bir ədəd özündə videogörüntüləri əks etdirən “DVD” disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 148-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 62 və 69.4-cü maddələri tətbiq edilərək şərti maliyyə vahidinin 1.500 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2010ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2,29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.4cü maddəsinə əsasən 3.700 manat cərimə cəzasına məhkum edilmişdir. Həbsdə saxlandığı 2 gün nəzərə alınmaqla 3.500 manat cərimə cəzası saxlanılmışdır; 3) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarına əsasən MTCM-nə keçirilmişdir. xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir; 4) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən çəkilməmiş 04 (dörd) ay 16 (on altı) gün cəzadan şərti vaxtından əvvəl azad edilmişdir. xx xxx 2018-ci il tarixdə cəza vaxtı başa çatmışdır. Cinayət işinin 189-cu vərəqsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 146-cı vərəqəsində olan 5 saylı Bakı “ASAN Xidmə” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixində verilmiş AZ-İİ seriyalı 094360 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə xx xxxxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra ərə “Mısimov”, arvada “Mısimova” soyadı verilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan 2 saylı Bakı “ASAN Xidmə” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixində verilmiş AZ-İİİ seriyalı 881679 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məsimli Röyal Bəxtiyar oğlu xx xxxxxx 2016-cı il tarixində Bakı şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur, anası X1r. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətməsi, onun özünün ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onun həbs etməsinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş 06 (altı) ədəd qol saatı, 01 (bir) ədəd damafon, 05 (beş) ədəd müxtəlif formalı boyunbağı, 05 (beş) ədəd klon ilə boyunbağı, 03 (üç) ədəd üzük, 02 (iki) ədəd klonlar, 05 (beş) cüt sırğalar, 01 (bir) ədəd qolbaq, 01 (bir) dəst sırğa üzüyü ilə birlikdə və Zərərçəkmiş şəxs1 təhvil verilmiş 01 (bir) ədəd “Acer” markalı nootbuk kompyuteri hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadələrinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 170,79 AZN (yüz yetmiş manat yetmiş doqquz qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs2 təhvil verilmiş 06 (altı) ədəd qol saatı, 01 (bir) ədəd damafon, 05 (beş) ədəd müxtəlif formalı boyunbağı, 05 (beş) ədəd klon ilə boyunbağı, 03 (üç) ədəd üzük, 02 (iki) ədəd klonlar, 05 (beş) cüt sırğalar, 01 (bir) ədəd qolbaq, 01 (bir) dəst sırğa üzüyü ilə birlikdə və Zərərçəkmiş şəxs1 təhvil verilmiş 01 (bir) ədəd “Acer” markalı nootbuk kompyuteri hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 170,79 AZN (yüz yetmiş manat yetmiş doqquz qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan növbəti gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-219/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-219/2020
14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver