Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-22/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Məhəmmədli oğlunun, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 10 mənzil 92-də qeydiyyatda olmaqla yaşamış, bu iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-588/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, 2017-ci ilin iyun ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ona qohumu X4 Tovuz Rayon Polis şöbəsinə polis nəfəri vəzifəsinə təyin etdrmək istədiyini telefonla bildirdikdən sonra özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ələ keçirmək qərarına gəlib bu məqsədlə, tanışları vasitəsilə X9 Rayon Polis şöbəsinə polis nəfəri vəzifəsinə təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə xx xxxx 2017-ci il tarixdə ünvan 1 saylı ünvanda yerləşən “Bakı” adlanan kafedə Zərərçəkmiş şəxs2 7.000 (yeddi min) manat, xx xxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 həmin kafenin yaxınlığında 1000 manat olmaqla ümumilikdə xeyli miqdar hesab edilən 8.000 manat pulu ələ keçirərək dələduzluq etmişdir. Bununla da, X6 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 və Zərərçəkmiş şəxs2 tanıyır, belə ki, Zərərçəkmiş şəxs1 həyat yoldaşının xalası oğlu, Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 əmisi oğludur, Yaşarı Əbdüləzimin vasitəsilə tanımışdır. 2017-ci ilin may-iyun aylarında Əbdüləzim mobil telefon nömrəsinə zəng edərək “qohumun Yaşar oğlu Rəhmanı polisə serjant kimi işə düzəlmək istəyir adam yoxdu düzəldə bilərsənmi” deyə bildirmiş, Əbdüləzimə geniş əlaqələrinin, polisdə də dost-tanışlarının olmasını və Yaşarın oğlunu işə düzəldə biləcəyini demişdir. Həmin vaxt heç bir dövlət orqanında işləməmiş, Əbdüləzimə həmin işin düzəlməsi üçün 10000 manat pul lazım olduğunu, lakin qohum olduqları üçün işi 7000 manata həll edəcəyini demişdir. Əbdüləzim də Yaşarla danışıb xəbər edəcəyini bildirmişdir. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Əbdüləzim yenidən zəng etmiş və dedikləri barədə Yaşar xəbər verməsini, sonuncunun razı olmasını demişdir. xx xxxx 2017-ci il tarixdə Əbdüləzim zəng edərək Yaşarın Tovuz rayonundan Bakı şəhərinə gəldiyini, onu qarşılamağa getdiyini, zəng edib görüşmələrini demiş, Əbdüləzimə gözləcəyini bildirmişdir. Bir qədər sonra Əbdüləzim zəng edərək Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyasında görüşəcəklərini bildirmişdir. Bundan sonra həmin yerə getmiş, saat təxminən 13-14 radələrində Əbdüləzim və Yaşarla metronun yaxınlığında görüşmüş və həmin ərazidə olan “Köhnə Bakı” adlanan kafeyə daxil olmuşlar. Kafedə əyləşib çay sifariş etmiş, söhbət zamanı onlar Yaşarın oğlu Rəhmanı polisə işə düzəltməkdən danışmış, həmin vaxt Yaşara oğlu Rəhmanı Tovuz rayon polis şöbəsinə serjant kimi işə düzəldə biləcəyini və həmin işin qiyməti 10000 manat olmasını bildirmiş, Əbdüləzim ilə qohum olduğu üçün həmin işi 7000 manata həll edəcəyinə söz vermişdir. Əbdüləzim və Yaşar Rəhmanın işə nə vaxt çıxacağını soruşmuş, onlara pul verildikdən sonra Rəhmanın üç ay ərzində polis formasını geyib işə çıxacağını bildirmişdir. X16 Nazirliyinə ərizə yazdırmış və bir neçə gündən sonra lazım olan sənədləri deyəcəyini bildirmişdir. Həmin vaxt Yaşar cibindən pul çıxarıb vermiş, pulu götürüb saymış və 7000 manat olmasını görmüşdür. Söz verərək Rəhmanı polisə düzəldəcəyini öz öhdəsinə götürmüş, onların inanması üçün pulu almağı barədə iltizam yazmışdır. Sonra onlarla sağollaşıb kafedən çıxaraq getmişdir. Təxminən bir ay keçdikdən sonra mobil telefonu ilə Əbdüləzimə zəng edərək Rəhmanın işinin düzəlməsi üçün əlavə 1000 manat da pul lazım olduğunu demiş, Əbdüləzim həmin pulun nə səbəbə görə lazım olmasını soruşmuş və işin həll olunması üçün 7000 manata razılaşadıqlarını demişdir. Əbdüləzimə Rəhman komisiyalardan keçəcəyini və bunun üçün də 1000 manat pul lazım olmasını demişdir. xx xxxx 2017-ci il tarixdə Əbdüləzim ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında görüşmüşdür. Həmin vaxt Əbdüləzim 1000 manat pul vermiş və pulu sayıb götürmüşdür. Orada bir daha Əbdüləzimə söz verərək artıq işlər həll olunmasına əmin etmişdir. Rəhmanın boyu barədə düzgün məlumat verilmədiyindən işi düzəldə bilmədiyi üçün həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bir müddət sonra Əbdüləzim və Yaşar işin düzəlmədiyini görüb zəng edərək nə səbəbə görə uzanmasını soruşmuş, pulu xərclədiyi üçün hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. xx xxxxxx 2017-ci il tarixdə dostu Dadaş ilə birlikdə Əbdüləzimlə görüşmüş, həmin vaxt qəbz yazıb pulu qaytaracağını demiş, lakin pulu qaytarıb verə bilməmişdir. Daha sonra, Əbdüləzim və Yaşar ondan şikayət etmiş, aldığı puldan 700 manat qaytarmış, sonra zərərçəkmişlərin qohumu Raufla görüşmüş və zərərçəkmişlərə vermək üçün Raufa 1500 manat pul vermişdir. Əməlindən peşmandır, himayəsində azyaşlı övladları var, ziyanının 2200 manat hissəsini ödəmişdir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Məmmədli oğlu əmisi oğludur və o, ailə üzvüləri ilə birlikdə Tovuz rayonunda yaşayır. Rəhman Zərərçəkmiş şəxs2 oğludur və onlar birlikdə yaşayırlar. 2017ci ilin iyun ayında Yaşar Bakı şəhərində olmuş və onlar söhbət edən zaman sonuncu “oğlum Rəhman hərbi xidmətdən gəlmişdir, hazırda işləmir oğlumu serjant kimi işə düzəltmək istəyirəm lakin işi düzəldən adam tapa bilmirəm, tanış qohum-tanışın varmı işi düzəltsin” deyə bildirmiş, o, da bir qədər fikirləşmiş və qohumu X7 yadına düşmüşdür. Bu barədə Yaşara məlumat vermiş və Azərlə danışıb xəbər edəcəyini bildirmişdir. Belə ki, X15 adlı qohumu olmasını və bu barədə ondan məsləhət almağı bildirmişdir. Həmin günü Yaşar Tovuz rayonuna qayıtmışdır. Bundan sonra qohumu Azər İsrafılovla görüşüb bu barədə ona danışmış, sonuncu da Rəhmanı polisə serjant kimi düzəldə biləcəyini, lakin bunun üçün 7000 manat pul lazım olacağını demişdir. Yaşarla mobil telefon vasitəsilə əlaqə saxlamış və ona Azərin dedikləri barədə xəbər vermişdir. Yaşar da razılaşıb pulu düzəldib Bakı şəhərinə gələcəyini demişdir. Yaşar Tovuz rayonundan Bakı şəhərinə gəlmiş, xx xxxx 2017-ci il tarixdə Yaşarla Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığına gəlmiş və orada Azərlə görüşmüşdür. Həmin ərazidə olan “Köhnə Bakı” adlanan kafeyə daxil olmuşlar və söhbət etməyə başlamışlar. Həmin vaxt Yaşar özü ilə birlikdə Tovuz rayonundan 7000 manat pul gətirmiş, söhbət zamanı onlar bir daha Azərlə Yaşarın oğlunu Tovuz rayon polis şöbəsinə serjant kimi işə düzəlməsi barədə söhbət etmiş və orada Azər bir daha Rəhmanı həmin işə düzəldəcəyinə söz vermişdir. X12 işə nə vaxt çıxacağını soruşmuş, Azər də pul verildikdən sonra Rəhmanın 3 ay ərzində polis olacağını bildirmişdir. Azər həmin işin alınması üçün 10000 manat pul lazım olmasını, lakin qohum olduqları üçün işi 7000 manata həll edəcəyinə söz vermişdir. Həmin vaxt Azər X16 Nazirliyinə ərizə yazdırmış və bir neçə gündən sonra lazım olan sənədləri deyəcəyini bildirmiş, bundan sonra Azərə daha da inanmışlar. Həmin vaxt Yaşar yanında Azərə 7000 manat pul vermiş, o da pulu götürüb saymış və bir daha söz verərək, Rəhmanı polisə düzəldəcəyini öz öhdəsinə götürmüşdür. Azər onların inanması üçün pulu almağı barədə iltizam yazmış və Yaşara vermişdir. Onlar Azərlə görüşüb oradan gəlmiş, həmin günü Yaşar Tovuz rayonuna qayıtmışdır. Təxminən bir ay keçdikdən sonra Azər mobil telefonu ilə zəng edərək Rəhmanın işinin düzəlməsi üçün əlavə 1000 manat da pul lazım olmasını demişdir. Azərdən 1000 manat pulun nə səbəbə görə lazım olmasını soruşmuş və onların işin həll olunması üçün 7000 manata razılaşdıqlarını demişdir. Azər Rəhman komissiyalardan keçəcəyini və bunun üçün də 1000 manat pul lazım olmasını bildirmişdir. Azərlə qohum olduğunu nəzərə alaraq ona inanmışdır. Həmin günü Yaşara zəng edərək bu barədə məlumat vermiş, Yaşar da həmin məbləğdə, yəni 1000 manat pulu olmadığını bildirib həmin pulu verməsini xahiş etmişdir. xx xxxx 2017-ci il tarixdə Azərlə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında olan "Köhnə Bakı” adlanan kafenin yaxınlığına görüşmüşdür. Həmin vaxt Azərə 1000 manat pul vermiş və sonuncu pulu sayıb götürmüşdür. Azər bir daha söz verərək, onu əmin etmişdir ki, artıq işlər həll olunur. Bunun üçün də Azərə inanmışdır. Bir neçə gün keçdikdən sonra Rəhmanın işə düzəlmədiyini görmüş və Azərdən işin nə səbəbə görə uzanmasını soruşmuşdur. Azər də hər dəfəsində müxtəlif bəhanələr gətirirək vaxtı uzatmışdır. Sonradan məlum olmuşdur ki, Azər onları aldatmış və pulu ələ keçirmişdir. Azərə zəng edərək, ondan pulu tələb etmiş, sonuncu da yalandan pulu paylamasını bildirmişdir. Artıq Yaşarın və özünün aldanmağını başa düşmüş və bu barədə Yaşara məlumat verib şikayət edəcəyini demişdir. Yaşar da Tovuz rayonunda olmasını və şikayət etməyini xahiş etmişdir. Hazırda ona və digər zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Dəfələrlə ziyanı ödəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Pul məbləğindən ümumilikdə 700 manat qaytarılmış, qalan hissə qaytarılmamışdır. Ziyanın ödənilməsini tələb edir, ondan şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisi oğludur və o, ailə üzvüləri ilə birlikdə Bakı şəhəri Xətai rayonunda yaşayır. Rəhman Zeynalov onun oğludur və onlar birlikdə yaşayırlar. X18 Federasiyasındadır, belə ki, orada fərdi işlə məşğul olur. O, X3 əvvəldən tanımamış əmisi oğlu Əbdüləzimin vasitəsilə sonradan tanımışdır. 2017-ci ilin iyun ayında Bakı şəhərinə getmiş və Əbdüləzimin yaşadığı evdə olmuşdur. Həmin vaxt söhbət edən zaman Əbdüləzimə “oğlum Rəhman hərbi xidmətdən gəlmişdir, hazırda işləmir oğlumu serjant kimi işə düzəltmək istəyirəm, lakin işi düzəldən adam tapa bilmirəm tanış qohum-tanışın varmı işi düzəltsin” deyə bildirmiş, Əbdüləzim bir qədər gözləyib fikirləşmiş və qohumu X7 olmasını, Azərlə danışıb xəbər edəcəyini demişdir. X5 bu barədə məsləhət almağı bildirmiş və həmin günü Bakı şəhərindən Tovuz rayonuna qayıtmışdır. Bir neçə gün keçdikdən sonra Əbdüləzim zəng edərək Azərlə danışmasını və sonuncunun oğlu Rəhmanı Tovuz rayon polis şöbəsinə serjant kimə işə 7000 manat pul müqabilində düzəldə biləcəyini demişdir. Bunu eşitdikdə çox sevinmiş və Əbdüləzim ilə razılaşıb pulu düzəldib tezliklə Bakı şəhərinə gələcəyini bildirmişdir. Qısa bir müddətdə pulu düzəldib xx xxxx 2017-ci il tarixdə Bakı şəhərinə gəlmiş və Əbdüləzim ilə görüşmüşdür. Sonra onlar birlikdə Azərlə görüşmək üçün Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında olan “Bakı” adlanan kafeyə gəlmişdir. Əbdüləzim yolla gələn zaman Azəri də kafeyə dəvət etmiş, həmin vaxt 7000 manat pul əynində olan gödəkçəsinin cibində olmuşdur. Kafedə Azərlə görüşmüş və söhbət zamanı onlar bir daha oğlu Rəhmanın Tovuz rayon polis şöbəsinə serjant kimi işə düzəlməsi barədə söhbət etmişlər. Həmin vaxt Azər oğlu Rəhmanı həmin işə düzəldəcəyinə söz vermişdir. X12 işə nə vaxt çıxacağını soruşmuş, Azər də pul verildikdən sonra Rəhmanın 3 ay ərzində polis olacağını demişdir. Azər həmin işin alınması üçün 10000 manat pul lazım olmasını, lakin Əbdüləzim ilə qohumluğu nəzərə alaraq işi 7000 manata həll edəcəyinə söz vermişdir. Həmin vaxt Azər yazılmamış vərəq çıxarmış və dediyi sözlər ilə Daxili İşlər Nazirliyinə ərizə yazmışdır. Həmin ərizəni də Azərə vermiş və Azər bir neçə gündən sonra lazım olan sənədləri deyəcəyini bildirmişdir. Bundan sonra Azərə inamı daha da artmışdır. Üzərində olan 7000 manat pul çıxarıb Azərə vermişdir. Azər də pulu götürüb saymış və bir daha söz verərək oğlu Rəhmanı polisə düzəldəcəyini öz öhdəsinə götürmüşdür. Həmin vaxt Azər ona inanmağı üçün pulu almağı barədə qəbz yazmışdır. Bundan sonra Azərə daha da inanmağa başlamış və Azərin oğlunu işə düzəldəcəyini fikirləşmişdir. Onlar Azərlə görüşüb oradan çıxmış və həmin günü Tovuz rayonuna qayıtmışdır. Təxminən bir aydan bir qədər artıq keçdikdən sonra Əbdüləzim zəng edərək "Azər zəng etmişdi, əlavə olaraq 1000 manat da pul lazımdır. Rəhman komissiyadan keçəcək bunun üçün də 1000 manat pul istəyir” deyə bildirmişdir. Əbdüləzimə həmin məbləğdə pulu olmadığını bildirmiş və ondan həmin məbləğdə pulu tapıb Azərə verməsini xahiş etmişdir. Əbdüləzim də onunla razılaşmışdır. xx xxxx 2017-ci il tarixdə Əbdüləzim zəng edərək Azərlə görüşməsini və 1000 manat pulu sonuncuya verməsini demişdir. Əbdüləzimə bir daha minnətdarlığını bildirmişdir. Bir müddət keçdikdən sonra işin düzəlmədiyini görüb, Əbdüləzim ilə əlaqə saxlamış və sonuncudan bu barədə soruşmuşdur. Əbdüləzim də Azərin müxtəlif bəhanələr gətirməsini və vaxtı uzatmasını demişdir. Bir neçə gün ərzində Azərə zəng edərək, ondan pulu tələb etmiş, lakin sonuncu yalandan pulu paylamasını bildirmişdir. Artıq Azərin onları aldatmasını başa düşmüş və bu barədə Əbdüləzim ilə söhbət edən zaman şikayət etməyi qərarlaşdırmışdır. Əbdüləzim də bu barədə şikayət etmişdir. Hazırda ona dəyən ziyan ödənilməmişdir. Pul məbləğindən ümumilikdə 700 manat qaytarılmış, qalan hissə qaytarılmamış, Azər Rauf vasitəsi ilə ona 1500 manat qaytarmamışdır. Azər dəfələrlə ziyanı ödəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Ziyanın ödənilməsini tələb edir, ondan şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X3 tanıyır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qohumudur. 2017-ci ilin iyul ayında Yaşar və X2 Rəhman Zeynalovu polisə düzəltməsi üçün Bakı şəhərində onlardan ümumilikdə 8000 manat pul almasını eşitmişdir. Lakin, həmin vaxt orada olmamış və görməmiş. bu barədə eşidib öyrənmişdir. Azərin Rəhmanı hansı şəraitdə işə düzəldəcəyini bilməmiş və Azərdən də bu barədə soruşmamışdır. Sonradan isə öyrənmişdir ki, Azər Rəhmanı işə düzəlmək üçün aldığı 8000 manat pulu ələ keçirmiş, Rəhmanı işə düzəltməmişdir. Azər Əbdüləzimi və Yaşarı aldatdığı və pulu qaytarmadığı üçün onlar Azərdən Xətai rayon polis idarəsinə şikayət etmişlər. Azərlə ümumiyyətlə görüşməmiş və onunla bu barədə hər hansı bir formada aralarında danışıqlar olmamışdır. Azərlə Yaşar və Əbdüləzim görüşmüşdür. Azər İsrafılov tamamilə yalan danışır. Belə ki, onunla görüşməmiş, Azərlə arasında danışıqlar olmamış, o, Yaşara və yaxud Əbdüləzimə verməsi üçün 1500 manat pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işi başlanması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə Xətai RPİ-nin İŞ-nin xx.xx.2018-ci il tarixli ləğv edilmiş, Təqsirləndirilən şəxs Ayaddin oğıi barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); iş materiallarında olan xx.xx.2017-ci il tarixli əlyazmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 əmisi oğlu Zərərçəkmiş şəxs2 oğlu Rəhmanı polis serjantı kimi işə düzəltmək üçün 7000 (yeddi) min manat pul almışdır (i.v. 8); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 11 (on bir) 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzası 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) günə endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2017-ci ildə cəza müddəti başa çatmışdır (i.v. 31-32); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 87); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkli çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 97-100); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 101); ifadənin yerində yoxlanması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini göstərərək ifadəsini təsdiq etmiş, xx xxxx 2017-ci il tarixlərdə Zərərçəkmiş şəxs2 7000 manat və Zərərçəkmiş şəxs1 oğlundan isə 1000 manat pul vəsaitini həmin ünvanda almasını demişdir (i.v. 127); xx xxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs üzləşdirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək ayrı-ayrı vaxtlarda “Əhmədli” metrostansiyasının yanında yerləşən “Köhnə Bakı” adlı kafedə zərərçəkən şəxslərdən 7000 və 1000 manat olmaqla, ümumilikdə 8000 manat pul aldığını bildirmişdir (i.v. 119-122); xx xxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs üzləşdirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək ayrı-ayrı vaxtlarda “Əhmədli” metrostansiyasının yanında yerləşən “Köhnə Bakı” adlı kafedə zərərçəkən şəxslərdən 7000 və 1000 manat olmaqla, ümumilikdə 8000 manat pul aldığını bildirmişdir (i.v. 123-126); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 143); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 154-155); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-404/2014 saylı, xx xxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 25-xx xxxxxx 2014-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində saxlanıldığı 3 gün müddət nəzərə alınmış və ona hazırkı hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2014-cü il tarixdən hesablanmışdır (i.v. 159-169); doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü İsrafilzadə Məleykə adlı və xx.xx.2008-ci il təvəllüdlü İsrafilzadə Səbinə adlı övladları vardır (i.v. 216-217); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığına görə həmin ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs Aləddin oğlunun ifadəsində zərərçəkmiş şəxslərə qaytarılması üçün Şahid Cəbrayıl oğluna 1500 manat pul verməsi Təqsirləndirilən şəxs dələduzluğu kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının məhkum olunduğundan əvvəllər məhkum edilmiş şəxs hesab edilmiş və əvvəlki cəzası residiv kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən təqsirli bilinərək məhkum edildiyi 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312 və 310-cu maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməli təkrarən dələduzluq etmə ilə deyil, vahid niyyət kimi qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 218-226); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-195/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 21 (iyirmi bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 101-37363-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək xx.xx.2020ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Nəsimi Rayon Məhkəməsinin 4(006)-588/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəi xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə– üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-nin 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-404/2014 saylı, xx xxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs özgənin küllü miqdarda - 20272,20 manat pulunu etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməklə dələduzluq etdiyindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsili bilinərkən məhkum edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə dəyişiklik edilmiş və həmin Qanunun 1.61.7-ci bəndində göstərilmişdir ki, “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunun qəbulundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-404/2014 saylı, xx xxx 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl üzrə ziyanın miqdarı 50000 manatdan yuxarı olmadığından həmin əməl Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə tövsif edilməkdədir. Təqsirləndirilən şəxs qeyd edilən Qanunun tətbiqi barədə ərizə verməməsi və həmin Qanunun onun barəsində tətbiq edilməməsi təqsirləndirilən şəxsin ziyanına şərh edilməməli, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-404/2014 saylı, xx xxx 2014-cü il tarixli hökmü üzrə təqsirli bilindiyi əməli hazırda Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edildiyindən, məhkum olunduğu maddə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi kimi, yəni az ağır cinayət kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-195/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 21 (iyirmi bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin gündən iki il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. (CM- 61.1.1). Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-588/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-588/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-22/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-22/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver