Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-22/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixində Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan,ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi təqdim edərək əlaqələrinin geniş olmasını yalandan bildirib özünə inandırdıqdan sonra onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd verib aldadaraq ilk dəfə 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanda yerləşən 14 saylı notariat ofisində kredit müqaviləsi bağlayaraq 8.000 manat, sonra 2021ci ilin oktyabr ayının ortalarında ünvan 4 ünvanda yerləşən Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasının yaxınlığında 10.000 manat, daha sonra isə 2021-ci ilin oktyabr ayının sonlarinda Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanda yerləşən "Amay" ticarət mərkəzinin yaxınlığında 3.000 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1a ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma va etibardan sui-istifada etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edərək əlaqələrinin geniş olmasını yalandan bildirib özünə inandırdıqdan sonra sonuncunun oğlu X5 Gömrük Komitəsinə işə düzəldəcəyini vəd verib aldadaraq 2022-ci ilin mart ayının əvvəllərində "xxxx" MMC-nin ünvan 7 ünvanda yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında 6.000 manat pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə cinayət işinin digər materialları və mötəbər dəlillərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ürəyi ilə bağlı səhhətində problemləri vardır, buna görədə müalicə olunmuş, evlidir, dörd yetkinlik yaşına çatmış uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləmir. fərdi işlərlə məşğul olub ailəsini dolandırmışdır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunaraq azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs1 2021-ci ilin yay aylarında tanımışdır. Belə ki, Fərid ilə onu dostu Şahid tanış etmişdir. Fərid ilə arasında heç vaxt narazılıq, ədavət və düşmənçilik olmamışdır. Dostu İsrayıl molla, yəni baxıcılıq etməklə məşğul olur. Fərid ila tanış olduqdan sonra İsrail bildirmişdir ki, "Fərid yaxşı adamdır, iş görən şəxsdir, bununla iş görmək olar və atası həkimdir". Fərid ilə tanış olan zaman biri-birinin telefon nömrəsini götürmüşlər. Həmin ǝrǝfələrdə pul lazım olmuş, buna görədə Zərərçəkmiş şəxs1 borc pul istəmək qərarına gəlmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında Fərid ilə danışıb onunla Bakı Metropolitenin "20 Yanvar" stansiyası yaxınlığına görüşmüşlər. Fəridə demişdir ki, pula ehtiyacı yaranmışdır və borc pul lazımdır. Fərid 8.000 manat pulu olmasını bildirmişdir. Fəriddən həmin pulu borc olaraq verməsini xahiş etmişdir. Həmin vaxt onlar Farid ilə razılaşmışlar ki, 2021-ci ilin sonuna qədər sonuncuya 8.000 manat pulu qaytaracaq. Bundan sonra Fərid ilə ayrılıb getmişdir. 28 sentyabr 2021-ci il tarixdə Fərid ilə yenidən Bakı Metropolitenin "20 Yanvar" stansiyası yaxınlığına görüşmüşlər. Bundan sonra Fərid ilə borc müqaviləsi bağlamaq üçün 14 saylı notariat ofisinə getmişlər. Orada Fərid 8.000 manat borc pul vermiş və onlar kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsində pulu xx.xx.2021-ci il tarixədək ödəməyi göstərilmişdir. Bundan sonra hissə-hissə olmaqla Fəridə 1.300 manat pul qaytarmışdır. Qalan 6.700 manat pulu isa qaytara bilməmişdir. Fəridə də bildirmişdir ki, maddi imkanı yoxdur. Fərid də əlavə vaxt vermişdir. Lakin Fərid mütəmadi olaraq zəng edərək ona borclu qaldığı 6.700 manat pulu istəmiş və bildirmişdir ki, həmin pulu faizə götürmüş, buna görədə əlavə faiz pul ödəyir. Fəriddən bir qədər gözləməsini xahiş etmişdir. Lakin Fəridin pulunu qaytara bilməmişdir. Hal-hazırda Fəridə vurulmuş zərərdən 7100 manat ödənilmişdir, qalan 900 manat pulu da yaxın müddətdə ödəyəcəkdir. Fəridin 21000 manat pulunu dələduzluq yolu ilə alması ilə razı deyil, o sadəcə 8.000 manat borc almışdır. Əlavə 13.000 pul almamışdır və bunu təsdiq edən heç bir sübut təqdim edilməməşdir. Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayından tanımışdır. Zərərçəkmiş şəxs2 ila heç bir narazılığı va ədavəti olmamışdır. Zeynalabdin ilə onu ortaq dostları tanış etmişdir. Onlar tanış olduqdan sonra biri-birinin telefon nömrəsini götürmüşlər və mütəmadi olaraq görüşüb çay içib yemək yemişlər. Zeynalabdin ilə görüşlərinin birində söhbət zamanı sonuncu oğlunu işa düzəltmək istədiyini bildirib "eşitmişəm sənin əlaqələrin vardır" ifdadələrini işlətmişdir. Zeynalabdin kömək etməyini xahiş etmiş, sonuncuya maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra tanıdığı şəxslər ilə maraqlanmış və Zeynalabdin ilə görüşmüşdür. Zeynalabdinə bildirmişdir ki, yaxın dostları ilə maraqlanmış və oğlunu H.Əliyev adına hava limanında işə düzəldə bilər. Zeynalabdin də razılaşmışdır. Belə ki, tanıdığı şəxslər ilə söhbət edən zaman həmin işin düzəlməsinin mümkün olması bildirilmişdir. Ancaq heç kim işi düzəltməyə söz verməmişdir. Zeynalabdin 6.000 manat pulu olmasını və başqa pulu olmadığını demişdir. 2022-ci ilin mart ayının sonlarında Zeynalabdin ilə Xətai rayonu, Babək prospektində yerləşən "Azpetroll" yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Zeynalabdindən oğlunu qeyd etdiyi yerdə işə düzəltmək üçün 6.000 manat pul almışdır. Bundan sonra isə Zeynalabdinin oğlunu hava limanında işə düzəltmək üçün yollar axtarmışdır. Lakin tapa bilməmişdir. Zeynalabdindən də aldığı 6.000 manat pul da xərclənmişdir. Zeynalabdin də pulu tələb etmişdir. Zeynalabdindən pulunu qaytara bilməmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxs Zeynalabdinə vurulmuş zərərin tamamilə ödənilməsini, onunla barışıq əldə olunmasını və digər Zərərçəkmiş şəxs1 alınmış borcun böyük hissəsini ödəməsini nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Sənan Məmmədli 2-ci Qarabag müharibəsi iştirakçısı olmuşdur və müharibə bitdikdən sonra yaşadığı evə qayıtmışdır. Oğlu qayıtdıqdan sonra işsiz olduğuna görə sonuncunu işə düzəltmək istəmişdir. Bunun üçün də tanıdığı şəxslərə müraciət etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində yaxın dostlarının vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Vahid ilə tanış olduqdan sonra sonuncu özünü işgüzar şəxs kimi taqdim etmiş və əlaqələrinin geniş olmasını bildirmişdir. Vahidin danışıqlarının həqiqət olmasını zənn edərək sonuncunun oğlunu işlə təmin edə biləcəyini fikirləşmişdir. Belə ki, Vahid o, qədər inandırıcı danışmışdır ki, sonuncuya inanmışdır. Vahid ilə tanış olan zaman sonuncunun telefon nömrəsini götürmüş və mütəmadi olaraq görüşüb çay içib yemək yemişlər. Görüşlərinin birində Vahidə demişdir ki, oğlu işsizdir və oğlunu işə düzəltmək istəyir. Eyni zamanda Vahidə danışqlarından və eşitdiklərindən əlaqələrinin geniş olmasını başa düşdüyünü də bildirmişdir. Vahid tanıdığı şəxslər ilə maraqlanıb xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Vahid əlaqə saxlayıb görüşmək lazım olduğunu demiş və həmin günü onlar görüşmüşlər. Vahid bildirmişdir ki, yaxın dostları ilə maraqlanmış və oğlunu Dövlət Gömrük Komitəsinin H.Əliyev adına hava limanında işlə təmin edə bilər. Vahid ilə razılaşmış və 6.000 manat pulunun olmağını demişdir. Vahiddə razılaşmış va xəbər gözləməyini tapşırmışdır. 2022-ci ilin mart ayının sonlarında Vahid ilə danışıb pulu vermək istədiyini demiş və onunla Bakı şəhəri, Xətai rayonu, Babək prospektinda yerləşən "Azpetroll" yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt 6.000 manat pulu Vahidə vermiş va saymasını xahiş etmişdir. Vahid da pulu götürüb saymışdır. Vahid oğlunu qeyd etdiyi işə düzəldəcəyini bildirib gözləməyini xahiş etmişdir. Bundan sonra gözləməyə başlamışdır. Lakin günlər keçdikdə Vahid ilə mütəmadi olaraq saxlamış və heç bir sənəd istəmədiyini, eyni zamanda oğlunun heç bir yerə çağırılmadığını demişdir. Vahid isə hər dəfəsində gözləməyi bildirmişdir. Ancaq bir neçə ay keçməsinə baxmayaraq Vahidin heç bir iş görmədiyini görüb başa düşmüşdür ki, sonuncu onu aldatmış və pulunu ələ keçirmişdir. Ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Zərərçəkmiş şəxs1 ümumi olaraq zərərdən 6200 manat ödənilmişdir. Ona dəymiş zərərin ödənilməsi üçün şərait yaradılmasını xahiş etmiş, təqsirləndirilən şəxsin dəymiş zərərin qalan hissəsini ödəməsi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Daha sonra nümayəndə Zərərçəkmiş şəxs1 vurulmuş zərər tam ödənmədiyindən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bǝdir oğlunu 2020-ci ilin ortalarından tanımış, belə ki, sonuncunu Binəqədi rayonunda qonşu kimi tanımışdır. Zərərçəkmiş şəxs1 isə 10 il olar ki, tanıyır və sonuncu ilə gediş-gəlişi vardır. 2021-ci ilin yay aylarında dostu Farid Nağıyev ilə danışan zaman sonuncu bildirmişdir ki, işə düzəlmək istəyir, bunun üçün də münasib şəxs axtarır. Fərid xahiş etmişdir ki, onu işə düzəltsin. Fəridə demişdir ki, onu işə düzəltmək üçün heç bir səlahiyyəti yoxdur. Lakin Fəridə bildirmişdir ki, tanıdığı Vahid adlı şəxs vardır və sonuncu ilə söhbət etmək lazımdır. Vahidin Fəridə kömək etmək üçün tanışlarının olmasını fikirləşmişdir. 2021-ci ilin yay aylarında Vahid ilə mobil telefonla danışıb görüşmüşlər. Vahid ilə görüşə Farid Nağıyev ilə getmişdir. Zərərçəkmiş şəxs1 Vahidi o, tanış etmişdir. Onlar tanış olduqdan sonra biri-birilərinin telefon nömrələrini götürmüşlər. Bundan sonra isə bir daha onlarla görüşməmişdir. Lakin Fəridi mütəmadi olaraq görmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verməsini görməmişdir. Ancaq Zərərçəkmiş şəxs1 sonradan bildirmişdir ki, Vahidə onu FHN-nə işə düzəltmək üçün 21.000 manat pul vermiş, lakin sonuncu onu aldatmışdır. Fəriddən bu barədə öyrəndikdən sonra Vahid ilə görüşmüş və sonuncuya demişdir ki, Fəriddən nə üçün 21.000 manat pulu FHN-nə işə düzəltmək üçün almış, ancaq işi düzəltməmişdir. Vahid isə bildirmişdir ki, Fərid yalan danışır, sonuncudan 8.000 manat pul almış, həmin pulu borc olaraq almış və 1.300 manatını da qaytarmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, onunla telefonla əlaqə saxlanıldıqda rayonda olduğu üçün məhkəmə iclaslarına gələ bilməyəcəyini və nümayəndəsi Müdafiəçi onu təmsil etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və iki azyaşlı övladları vardır. 2021-ci ilin yay aylarında tanışı Şahid vasitəsilə Təqsirləndirilən şəxs Bǝdir oğlu ilə tanış olmuşdur. Belə ki, İsrailə işə düzəlməyi ilə bağlı tanışının olub-olmaması ilə bağlı soruşduqda Təqsirləndirilən şəxs mobil nömrəsini verib onunla əlaqə saxlamağını, eyni zamanda işə düzəlməyinə köməklik edəcəyinə inandırmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq sonuncu ilǝ danışıb Sulutəpə qəsəbəsində görüşmüşlər. Söhbət əsasında Vahid hara işə düzəlmək istədiyini soruşduqda Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiyini bildirmişdir. Vahid FHN-da kurator vəzifəsində işləyən şəxsin təqaüdə çıxacağını deyərək həmin şəxsin yerinə işə düzəlməyinə vəd vermişdir. Vahid həmin işə düzəldə bilmədiyi halda isa Abşeron rayon İcra Hakimiyyətinə işə düzəldəcəyinə söz vermişdir. Sonra Vahid əlaqə saxlayıb FHN-də kurator işi üzrə vakant yer olduğunu həmin işə düzəlmək məqsədilə 50.000 manat pul istəmiş, lakin Vahidə dediyi məbləğin olmadığını və yarı hissəsini verə biləcəyini bildirdikdə Vahid yerdə qalan məbləği özü tərəfindən köməklik edərək verəcəyini deyib 25.000 manat pul istəmişdir. İlkin olaraq Vahidlə Bakı Metropolitenin "20 Yanvar" stansiyası yaxınlığında olan 14 saylı notariat kontorunda görüşüb kredit müqviləsi bağlayaraq 8.000 manat borc müqaviləsini bağlamışdır. İkinci dəfə onunla Bakı şəhər Baş Polis İdarəsinin yaxınlığında görüşüb 10.000 manat pul vermişdir. Sonuncu dəfə Xətai rayonu ərazisində yerləşən "Amay" Ticarət mərkəzinin qarşısında 3.000 min manat avtomobilin içərisində vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 21.000 manat pul vermişdir. Vahid ilə arasında olan danışığa əsasən pulu ona tam verdiyindən sonra bir ay ərzində işə çıxacağını bildirib aylıq məvacibinin 3.000 manat olduğunu bildirməklə inandırmışdır. Lakin həmin gündən Vahid işə düzəltməmiş, eyni zamanda pulunuda verməyib hər dəfə müxtəlif bahanələr gətirərək görüşməkdən yayınmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs FHN-nə işə düzəlmək məqsədilə 21.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 8.000 manat pulu verərkən fikirləşmişdir ki, notariat kontorunda borc olaraq qeyd etsin. Lakin sonradan verdiyi pulları Vahidə qəbz və yaxud müqavilə bağlamadan vermişdir. Belə ki, Təqsirləndirilən şəxs inandığına görə sənədləşmə aparmasını ehtiyac bilməmişdir. Yanlarında da heç kim olmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 21.000 manat pulu onu Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsi üçün vermişdir. Vahidə ilk dəfə 8.000 manat pulu 28 sentyabr 2021-ci il tarixdə, ikinci dəfə Vahidə 10.000 manat pulu 2021-ci ilin oktyabr ayının ortalarında, sonuncu dəfə Vahidə 3.000 manat pulu 2021-ci ilin oktyabr ayının sonlarında vermişdir.(i.v 37-40) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 aprel 2022-ci il tarixli cinayət işinin başlanılmasını rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciəti əsasında Xətai RPİ-nin 37-ci PŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 1787.2.4-cü maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır.(i.v1) Zərərçəkmiş şəxs1 Xətai RPİ 37-ci PŞ-yə ünvanladığı ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun 21.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyindən onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v 6) 28 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs1 8000 manat məbləğində pulu borc alan Təqsirləndirilən şəxs vermişdir.(i.v 8) 09 iyun 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 24) 10 iyun 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 33) 25 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixində saat 14:00-da tutulmuşdur.(i.v 68) 25 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v81- 83) 25 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v84- 86) 27 iyul 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir(i.v 103-105) 27 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəl etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v 108-109) xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı Şəhəri Xətai RPİ İŞ-nin müstəntiqi Rövşən Xanbabyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxsin saxlandığı Xətai RPİ MSY-dən dərhal azad edilməsi qərara alınmışdır(i.v 126-127) 27 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 128-129) DİN-in BƏSİİ-də daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 il 06 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır.(i.v 140-142) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi və həmin maddələr ilə 03 (üç) il müddətinə azadligin mahdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsir bilinməsi və həmin maddə ilə 02 (iki) il müddətinə islah işi cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə asasan ona tayin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi caza ilə əhatə etmak yolu ila Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyun 2019-cu il tarixdən 10 mart 2020-ci il tarixadak tutulduğu və həbsdə saxlanıldığı 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq sonuncunun üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm olunmuşdur.(i.v 144-157) Protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 1700 pul təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir.(i.v 158) 15 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 va 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid ifadələri və üzləşdirmə protokolları sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 12 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduqdan sonra cəzasını çəkib qurtardığı gündən iki il müddət keçmədiyi halda yenidən cinayət törətməsinə görə əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 va 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 12 gün müddətində azadlıqlığın məhdudlaşdırılması cəzasının məhkum olunmasına görə Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cəzası residiv kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsi tərəfindən təqsirli bilinərək məhkum edildiyi 01 il 06 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs Bǝdir oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 308, 309, 310 va 341-ci maddələrinin bütün tərkibi əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 312-ci maddəsinin bütün tərkibi əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rǝdd edilməsi, qəbul edilmiş qərar va toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Vahid oğlunu aldatması hissəsində əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə deyil, vahid niyyət kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs X2 işə düzəltmək adı ila aldığı pulun 8.000 manatını kredit müqaviləsi bağlayaraq verməsi Təqsirləndirilən şəxs dələduzluğunun üsulu kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində Zərərçəkmiş şəxs1 aldatmadığını, pulunu ala keçirmədiyini, sonuncudan onu FHN-na işə düzəltmək adı ilə pul almadığını və ondan 21.000 manat deyil, 8.000 manat borc olaraq pul almasını, pulun da 1.300 manatını qaytardığını göstərməsi zərərçəkmiş şaxs, şahid ifadalari, üzləşdirmə protokolları va kredit müqaviləsi ilə təkzib olunduğu üçün məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə kimi qiymətləndirilməsi, cinayət işində olan 14 saylı notariat ofisində bağlanılmış 28 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi maddi sübut kimi tanınması qərara alınmışdır. (i.v 159-173) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxsin axtarışının elan olunması və cinayət işi üzrə məhkəmə icraatının dayandırılması qərara alınmışdır. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı İstitnaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 22 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmişlər şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 21.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməməsini və yalnız sonuncudan 8.000 manat pulu borc almaq ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsi, üzləşdirmə protokolu və iş üzrə toplanmış digər sübutlar ilə təkzib olunur. Bundan əlavə Zərərçəkmiş şəxs1 ödənilmiş zərərin məbləği sonuncunun və onun nümayəndəsinin bildiridiyi kimi, yəni 6200 manat hesab edilsin. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə əməli, bilə bilə saxta sənədlərdən istifadə etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini(CM59.1.13), digər Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi(6200 manat) və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi(CM59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilsə də, onun əvvəllər məhkum olunması şəxsiyyətini mənfi xarkterizə edən hal kimi qiymətləndirilməli, həmçinin iş üzrə zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 14 saylı notariat ofisində bağlanılmış 28 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi cinayət işi materiallarında saxlanılmalıdır (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 9 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət və həbsdə olduğu 01(bir) ay 05(beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02(iki) ay 14(on dörd) gün ona təyin olunmuş 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02(iki) il 09(doqquz) ay 16(on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 14 saylı notariat ofisində bağlanılmış 28 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-22/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-22/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver