Məhkəmə qərarları › İş №1(011)-22/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-22/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-22/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı , zərərçəkmiş şəxs hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi - Zərərçəkmiş şəxs, müdafiəçi – «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına özbaşına tutaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2,5 sot torpaq sahəsini xüsusi mülkiyyət hüququnu təsdiq edən aidiyyəti hüquqmüəyyənedici sənədlər olmadığını bilə-bilə X1 alıb həmin torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan faktiki sahiblik etməyə başlamaqla özbaşına tutub həmin vaxtdan başlayaraq 2023-cü ilin iyul ayına qədər olan müddət ərzində torpaq sahəsi üzərində bir mərtəbəli, üç otaq və bir mərtəbəli, iki otaqdan ibarət 2 fərdi yaşayış evini inşa etməklə özbaşına tikinti işləri aparmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin torpağı o almamışdır, digər iki şəxs arasında alqısatqı müqaviləsi bağlanılmış, o sadəcə yaxın adamları olduğu üçün alq-satqı zamanı orda olmuşdur. Sadəcə olaraq ev tikilən zaman ustaların briqadiri kimi işləmişdir. Həmin ustalar da şahid kimi çıxış edə bilərlər. Həmin alqı-satqı müqaviləsində onun adı yoxdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında ünvan 2 nömrəli fərdi yaşayış evinin arxasındakı 2,5 sot torpaq sahəsini Nailə adlı qadından şifahi razılaşma yolu ilə 20.000 manat məbləğində pula almışdır. Torpaq sahəsinin ərazisində bir ədəd yarım tikili, yanında isə bir mərtəbəli təmirsiz tikili var imiş. Torpaq sahəsini alarkən Nailə adlı qadının torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədinin olmadığını bilmişdir. Bununla belə torpaq sahəsini hər hansı bir hüquqmüəyyənedici və ya mülkiyyət hüququnu təsdiq edən digər aidiyyəti sənəd olmadan almağa razılaşmışdır. Halhazırda da torpaq sahəsinin hüquqmüəyyənedici və ya sair hər hansı alqı-satqı sənədlərinin olmadığını qeyd etmişdir. Həmin torpaq sahəsinin konkret olaraq dövlət və ya kiminsə xüsusi mülkiyyətində olmasını bilməmişdir. Torpaq sahəsinin aidiyyəti sənədləri olmadığına görə Nailə adlı qadınla aralarında hər hansı bir sənədləşdirmə aparılmamışdır. Sonradan özü də torpaq sahəsinə adıya rəsmi çıxarış alınması ilə bağlı hər hansı bir dövlət orqanına rəsmi olaraq yazılı və ya şifahi qaydada müraciət etməmişdir. Torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə hər hansı bir dövlət, bələdiyyə orqanının rəsmi sənədi və fiziki şəxs tərəfindən adına sənədləşdirilmiş hər hansı bir rəsmi sənəd də olmamışdır. Bundan sonra o heç bir sənəd olmadığını bilə-bilə öz şəxsi vəsaiti hesabına həmin yarımtikilinin üzərini bağlamış və içərisində təmir işlərinə başlamışdır. Həmin yarımtikilidə tam tikinti fəaliyyəti həyata keçirib 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evi tikmişdir. Daha sonra yarımtikili ilə üzbəüz yerdə yerləşən təmirsiz tikilinin üzərini də inşa edib 3 otaqdan ibarət 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Tikinti işlərinə başlamışdan əvvəl hər hansı bir dövlət orqanına tikinti işlərinin aparılmasına icazə verilməsi ilə bağlı rəsmi müraciət etməmişdir. (i.v.126-127) Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dövlət mülkiyyətində olan torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq etmədən və qanunla müəyyən edilmiş mülkiyyət,istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində 02 ədəd fərdi yaşayış evinin inşa olunması faktı üzrə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi, ayrılmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır( i.v 1-2); 19 iyun 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki,fakta görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə cinayət işinin başlanması qərara alınmışdır.(i.v 5-6) 28 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,baxış aparılan yer Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi Zeytun küçəsində yerləşən 40 № fərdi yaşayış evinin arxasında fərdi yaşayış evlərinin tikintisi aparılan torpaq sahəsidir.X9 bildirmişdir ki, həmin torpaq sahəsində ağacların kəsilməsi ilə əlaqədar 40 № evin sakini X2 tərindən daxil olmuş məlumat əsasında qeyd edilən ərzaiyə xx.xx.2023-cü il tarixdə baxış keçirilərək akt tərtib edilmişdir.Aktda həmin torpaq sahəsinin mülkiyyətçisinin Təqsirləndirilən şəxs olması, sonuncunun deməsinə görə torpaq sahəsini 2023-cü ilin fevral ayında alması göstərilmişdir. Baxış zamanı qeyd edilən torpaq sahəsində iki ədəd fərdi yaşayış evinin tikinti işlərinin aparıldığı aşkar görünmüş, girişdən sağ və sol tərəfdə hər iki hissədə fərdi yaşayış evləri inşa edilmiş, tikililər təmirə hazır vəziyyətə gətirilmiş, həmin evlərin demək olar ki, orta hissəsində olan ərazidə olmuş 02 ədəd ağac və 01 ədəd kolun qanunsuz kəsilərək götürülməsi aşkar olunmuşdur. Müəyyən edilmişdir kİ, diametri 30 sm olan bir ədəd yaş vəziyyətdə olan tut, diametri 10 sm olan bir ədəd yaş vəziyyətda olan albalı ağacları bundan başqa bir ədə nar kolu qanunsuz olaraq kəsilərək götürülmüşdür. X9 həmçinin bildirmişdir ki, 17.0.2022-ci ilə aid peyk görüntülərini əldə etmiş və orada ağacların olması ilə deyilənlərin bir daha öz təsdiqini tapmış,qeyd edilən 3 ədəd ağacın kəsilməsi ilə dəymiş maddi ziyan 3000 (üç min) manat müəyyən edilmişdir.(i.v 17-18) Sübutların qiymətləndirilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəində göstərilənlərə əsasən, təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin tərkib əlamətlərinin olması tam olaraq sübuta yetirildiyindən ona 11 sentyabr2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanması və sonuncu qeyd olunan maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, Təqsirləndirilən şəxs oğlunun dövlət mülkiyyətində olan torpaq sahəsində mülkiyyət hüququnu təsdiq etmədən üzərində 02 ədəd fərdi yaşayış evinin olması faktı üzrə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ayrıca cinayət işi ayrılması və ibtidai istintaqı aparılması, təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməlini ifşa edən özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin , şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, sorğulara alınmış cavablavə X3 əməlinin ifşa edilməsi ostiqamətində toplanmış materiallar iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 42-52). 07 noyabr 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə Suraxanı Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə cinayət məsuliyyətinə cəlb olunmuşdur.(i.v 57-58) 20 noyabr 2023-cü il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Xətai RPİ-nin İŞ-nə gətirilməsi barədə qərar qəbul edilmişdir.(i.v 60) 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs müəyyən olunanadək Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır.(i.v 63) 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. (i.v 66) 12 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin sağ və sol tərəflərində birmərtəbəli 2 fərdi yaşayış evlərinin tikilməsi müəyyən edilmiş,fərdi yaşayış evlərinin hər ikisi yaşayış üçün tam hazır vəziyyətə gətirilmiş, baxışd aiştirak edən Təqsirləndirilən şəxs 2 ədəd fərdi yaşayış evinin torpaq sahəsini aldıqdan sonra özü tərəfindən inşa olunub tikilməsini bildirmiş,bununla da hadisə yerinin müayinəsi başa çatmış, fərdi yaşayış evlərinin fotoşəkilləri çəkilərək tərtib olunmuş protokolda əlavə olunmuşdur. (i.v 68-71) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına ünvan 4 ünvanda torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.(i.v 75) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Torpaq sahəsi 2 nömrəli X5 Bakı Şəhər İcra Hakimiyyətininin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. (i.v. 77) Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatının 26 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs fərdi yaşayış evinin tikintisi və həyətdəki yarımtikilidə təmir-bərpa işlərinin aparılmasına icazə verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciəti daxil olmamışdır.(i.v 79) 07 yanvar 2024-cü il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində axtarış elan edilməsi və tutularaq Xətai RPİ-nin MSY-ə təhvi verilməsi qərara alınmışdır.(i.v 82- 83) 11 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi və cinayət hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə istinad edilən ********* № cinayət işi üzrə icraata xitam verilmişdir. (i.v 89-93) 24 yanvar 2024-cü il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə təqsirləndirilərək Xətai RPİ-nin İŞ tərəfindən xx.xx.2024cü ildən axtarış elan olunmuş Təqsirləndirilən şəxs saat 12:30 radələrində ünvan 5 ünvanının qarşısında saxlanmış, Xətai RPİ-nin MSY-nə təhvil verilmiş, bu müddət ərzində harada olması və istintaqdan yayınması barədə sorğu-sual olduqda, o axtarışda olmasından məlumatının olmamasını bildirmişdir. (i.v 96) 25 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir. (i.v.117-118) 25 yanvar 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İlkin Almazovun 25 yanvar 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v.130-131) 25 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan– “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (saat 17:15) (i.v 132-133) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-593/2023 saylı, 26 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qazancında 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir(i.v 136-144) Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 01 mart 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri şöbəsinin böyük məsləhətçisi Zərərçəkmiş şəxs Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə olan ********* nömrəli cinayət işi üzrə istintaq zərurətilə əlaqədar nümayəndə qismində iştirak etməsi üçün etibar edilmişdir.(i.v 147) 11 mart 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhər İcra Haakimiyyəti zərərçəkmiş hüquqi şəxs qismində tanınması qərara alınmışdır (i.v 148-149) 11 mart 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri şöbəsinin böyük məsləhətçisi Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır.(i.v.150-151) Sübutların qiymətləndirilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin tərkib əalmətlərinin olması tam olaraq sübuta yetirildiyindən ona 25 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci madəsiilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması və sonuncu qeyd olunan maddə ilə məhkəmə məsliyyətinə verilməsi,cinayət işi materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləmdirilməsi haqqında”qərarda müəyyən edilmiş hallar və Xətai Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə sübuta yetirilmiş xüsusatlar qanuni qüvvəsini almış hesab edilməsi və həmin xüsusatların məcburiliyi istintaq olunan cinayət işində nəzərə alınması, X8 barəsində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində qeydolunan maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əməlini ifşa edən özünün, zərər çəkmiş şəxsin nümayəndəsinin, baxış keçirilməsi haqqında protokollar, sorğulara alınmış cavablar və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar iş üzrə sübut növü kimi qəbul edilməsi , qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v 159-167) Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs həmin torpağı onun almaması, digər iki şəxs arasında alqısatqı müqaviləsi bağlanılması, onun sadəcə yaxın adamları olduğu üçün alq-satqı zamanı orda olması, sadəcə olaraq ev tikilən zaman ustaların briqadiri kimi işləməsini, həmin alqı-satqı müqaviləsində onun adı olmaması ilə əlaqədar ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 mart 2015-ci il tarixli Qərarına müvafiq olaraq cinayət qanunu öz hüquqi təbiəti baxımından dövlətin hüquqazidd əmələ reaksiyasının ən son vasitəsi olaraq öz təsirini ictimai münasibətlərə yalnız o halda göstərir ki, digər sahəvi, o cümlədən inzibati məsuliyyəti müəyyən edən hüquq normaları vasitəsilə onların tənzimlənməsi kifayət etmir. Belə ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər. Göründüyü kimi, cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulub saxlanıldığı vaxt cəzasın çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi 25 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) saat üçün nəzərdə tutulan 540 (beş yüz qırx) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi 25 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) saat üçün nəzərdə tutulan 540 (beş yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar