Məhkəmə qərarları › İş №1(011)-220/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-220/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-220/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, hazırda heç yerdə işləməyən, Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi külli miqdarda bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 2.725 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0.593 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, özünü şübhəli apardığı üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nin 3-cü PB-nün əməkdaşları tərəfindən xx xxxxxx 2021 -ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 51 saylı binanın qarşısında saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd göy rəngli “Rothmans” əmtəə nişanlı siqaret qutusunun içərisindən külli miqdarda təmiz çəkisi 2.725 qram olan 01 ədəd ağ şəffaf rəngli sellofana bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0.593 qram olan 01 ədəd ağ şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən dörd aydan artıq müddətdir ki, narkotik vasitə hesab edilən heroindən könüllü olaraq qəbul ədirmiş. Buna onu heç kim təhrik etməsə də, o, xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində “Əmi” ləqəbli şəxsdən Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metro stansiyasının yaxınlığında 90 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş heroin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamin alaraq üzərində “Rothmans” yazısı olan göy rəngli siqaret qutusuna qoymuşdur. Daha sonra üzərində “Rothmans” yazısı olan həmin göy rəngli siqaret qutusunu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq öz şəxsi istifadəsi üçün saxlamışdır. xx xxxxxx 2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman üç nəfər polis əməkdaşının ona yaxınlaşdığını görmüşdür. Həmin zaman o, əynindəki gödəkçəsinin cibində narkotik vasitə hesab olunan heroin və psixotrop maddə hesab olunan metamfetamin olduğundan özünü itirmiş və qeyri ixtiyari qaçmağa başlamışdır. Lakin polis əməkdaşları onu saxlamışlar və ondan şəxsiyyətini təsdiq ədən sənədin üzərində olub-oirnamasını soruşmuşlar. O, polis əməkdaşlarına şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirdikdə polis əməkdaşları onu şübhəli şəxs qismində 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə qeyd olunan şöbəyə getmişdir. Polis şöbəsinə gətirildikdən sonra həmin şöbənin xidməti otaqlarından birinə keçmişlər və burada onun hüquqlarını müdafiə etmək üçün şöbəyə vəkil dəvət olunmuşdur. Hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil şöbəyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərinə şəxsi axtarış aparacaqlarını bildirmişdir. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində 01 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə hesab olunan heroin və 01 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə hesab olunan metamfetamin olan 01 ədəd göy rəngli üzərində “Rothmans” yazısı olan siqaret qutusunu masanın üzərinə qoymuşdur. Həmin vaxt siqaret qutusunun içərisində olan bükümlərin içərisində nə olduğu soruşulanda o, səmimi olaraq həmin bükümlərin içərisində narkotik vasitə hesab olunan heroin və psixotrop maddə hesab olunan metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, nəmin protokol ucadan oxunmuş, ondan götürülmüş iki büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Polis Bölməsində olarkən ona qarşı heç bir işgəncə və ya zor tətbiq edilməmişdir. Əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, arvadının hamilə olduğunu, cavan olduğunu, bir daha daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X7 Alayının Patrul bölüyündə polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid2 oğlu ifadə verərək göstərmişdir ki, o, təyin olunmuş marşrut üzrə xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin X7 Alayının Patrul bölüyündə polis nəfərləri, Şahid1 və Şahid3 ilə birlikdə ünvan 4 ünvanda xidmət aparırmışlar. Həmin gün saat 01:00 radələrində qeyd olunan ünvanda xidmət aparan zaman bir nəfər şəxsin küçədə özünü şübhəli apardığını görmüşlər. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşmaq istədikdə həmin şəxs onları görüb qaçmağa başlamışdır. Onlar da onun arxası ilə qaçaraq onu saxlamışlar və xidməti vəsiqələrni göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən onları gödüyü zaman niyə qaçdığını soruşduqda həmin şəxs heç bir səbəb göstərə bilmədiyi üçün onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhə etmişlər. Buna görə də həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, o da, buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X3yə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X3, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Salehə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Saleh də əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd göy rəngli “Rothmans” siqaret qutusunda olan 01 ədəd gümüşü rəngli kağız bükümünü və 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Salehdən 02 ədəd bükümlərin içərisində nə olduğunu soruşduqda Saleh həmin 01 ədəd gümüşü rəngli kağız bükümünün içərisində narkotik vasitə olan heroin olduğunu, digər 01 ədəd şəffaf sellofan bükümünün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radəiərində şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, “Əmi” ləqəbli şəxsdən Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metro stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün 90 manat pul verib aldığını bildirmişdir. Sonra Salehin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Salehin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Saleh tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X7 Alayının Patrul bölüyündə polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3 ifadə verərək göstərmişdir ki, o, təyin olunmuş marşrut üzrə xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin X7 Alayının Patrul bölüyündə polis nəfərləri, Şahid1 və Şahid2 ilə birlikdə ünvan 4 ünvanda xidmət aparırmışlar. Həmin gün saat 01:00 radələrində qeyd olunan ünvanda xidmət aparan zaman bir nəfər şəxsin küçədə özünü şübhəli apardığını görmüşlər. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşmaq istədikdə həmin şəxs onları görüb qaçmağa başlamışdır. Onlar da onun arxası ilə qaçaraq onu saxlamışlar və xidməti vəsiqələrni göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən onları gödüyü zaman niyə qaçdığını soruşduqda həmin şəxs heç bir səbəb göstərə bilmədiyi üçün onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhə etmişlər. Buna görə də həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, o da, buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X3yə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X3, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Salehə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Saleh də əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd göy rəngli “Rothmans” siqaret qutusunda olan 01 ədəd gümüşü rəngli kağız bükümünü və 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Salehdən 02 ədəd bükümlərin içərisində nə olduğunu soruşduqda Saleh həmin 01 ədəd gümüşü rəngli kağız bükümünün içərisində narkotik vasitə olan heroin olduğunu, digər 01 ədəd şəffaf sellofan bükümünün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radəiərində şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, “Əmi” ləqəbli şəxsdən Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metro stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün 90 manat pul verib aldığını bildirmişdir. Sonra Salehin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Salehin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Saleh tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Azərbaycan Respublikası DİN-nin X7 Alayının Patrul bölüyündə polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, təyin olunmuş marşrut üzrə xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin X7 Alayının Patrul bölüyündə polis nəfərləri, Şahid3 və Şahid2 ilə birlikdə ünvan 4 ünvanda xidmət aparırmışlar. Həmin gün saat 01:00 radələrində qeyd olunan ünvanda xidmət aparan zaman bir nəfər şəxsin küçədə özünü şübhəli apardığını görmüşlər. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşmaq istədikdə həmin şəxs onları görüb qaçmağa başlamışdır. Onlar da onun arxası ilə qaçaraq onu saxlamışlar və xidməti vəsiqələrni göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən onları gödüyü zaman niyə qaçdığını soruşduqda həmin şəxs heç bir səbəb göstərə bilmədiyi üçün onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhə etmişlər. Buna görə də həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, o da, buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X3yə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X3, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Salehə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Saleh də əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd göy rəngli “Rothmans” siqaret qutusunda olan 01 ədəd gümüşü rəngli kağız bükümünü və 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Salehdən 02 ədəd bükümlərin içərisində nə olduğunu soruşduqda Saleh həmin 01 ədəd gümüşü rəngli kağız bükümünün içərisində narkotik vasitə olan heroin olduğunu, digər 01 ədəd şəffaf sellofan bükümünün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radəiərində şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, “Əmi” ləqəbli şəxsdən Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metro stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün 90 manat pul verib aldığını bildirmişdir. Sonra Salehin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Salehin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Saleh tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-84-cü vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 4(011)-36/2021 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6/407 saylı məhkəmə fizikikimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №152” dairəvi möhür əksi, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üzərində “Rotmans” göstəricisi olan bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 0,593 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2,725 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Arəzbaycan Respublikasının qanunu ilə təsdiq olunuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Arəzbaycan Respublikasının qanunu ilə təsdiq olunuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. Ekspertizaya təqdim etmə zamanı: Metamfetaminin təmiz çəkisi -0,593 qr., tədqiqata sərf edildi -0,05 qr., qalıq -0,543 qr.; Heroinin təmiz çəkisi -2,725 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq -2,675 qr.. Cinayət işinin 85-86-cı vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 2,725 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 0,593 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 2,675 qram narkotik vasitə heroin və 0,543 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 118-125-ci vərəqələrində olan xx xxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 (bir) ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 545 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrinə tövsif edilərək, cəzası 03 (üç) il müddəti azaldılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını çəkmiş hesab edilərək azad olunmuşdur. Cinayət işinin 110-115-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(103)-965/2018 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilərək, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və ona təyin olunmuş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası əməlinin tövsif olunduğu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasının yuxarı həddində 05 (beş) il müddətinə endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəza ilə hökmlə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və ona təyin olunmuş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab olunmuş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin 110-115-ci vərəqələrində olan Bakı şəhəri Xətai rayon Mənzil-X2 93 saylı Mənzil Mommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs haqqında yaşadığı müddət ərzində qonşular tərəfindən 93 saylı Mənzil Kommunal-İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi külli miqdarda bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin əldə etməsi, daşıması və saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, məhkumluğunun olmadığını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixi, 4(011)-36/2021 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə ambulator X1nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədə müvafiq sayır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,675 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,543 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə madd sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,675 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,543 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar