Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-221/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsi RPŞ-nin inzibati binasında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında icarə əsasında işlətdiyi “Halal Market” adlı mağazanın dəmir darvazasının üzərindən keçməklə mağazanın pəncərəsinin dəmir barmaqlığını sındırıb pəncərənin şüşəsini açmaq yolu ilə qanunsuz daxil olub, oradan 01 bloku 20 manat olmaqla 100 manat dəyərində 05 blok (50 ədəd) “West” markalı, 01 bloku 15 manat olmaqla 120 manat dəyərində 08 blok (80 ədəd) “Kingston” markalı, 01 bloku 30 manat olmaqla 120 manat dəyərində 04 blok (40 ədəd) “Davidov” markalı, 01 bloku 19 manat olmaqla 361 manat dəyərində 19 blok (190 ədəd) “Klassik” markalı, 01 bloku 17 manat olmaqla 68 manat dəyərində 04 blok (40 ədəd) “Prima” markalı, 01 bloku 15 manat olmaqla 75 manat dəyərində 05 blok (50 ədəd) “Bakı” markalı, 01 bloku 16 manat olmaqla 64 manat dəyərində 04 blok (40 ədəd) “Veqas” markalı, 01 bloku 16 manat olmaqla 160 manat dəyərində 10 blok (100 ədəd) “Magna” markalı, 01 bloku 20 manat olmaqla 100 manat dəyərində 05 blok (100 ədəd) “Vant” markalı, 01 bloku 28 manat olmaqla 160 manat dəyərində 05 blok (50 ədəd) “Winiston” markalı, 01 bloku 32 manat olmaqla 96 manat dəyərində 03 blok (60 ədəd) “Sabrani” markalı, 01 bloku 23 manat olmaqla 138 manat dəyərində 06 blok (60 ədəd) “LD” markalı (qalın qutu), 01 bloku 24 manat olmaqla 72 manat dəyərində “LD” markalı (nazik qutu), 01 bloku 16 manat olmaqla 64 manat dəyərində 04 blok (40 ədəd) “More” markalı, 01 bloku 20 manat olmaqla 260 manat dəyərində 13 blok (130 ədəd) “Winchestr” nazik markalı, 01 bloku 18 manat olmaqla 72 manat dəyərində 04 blok (40 ədəd) “Winchestr” markalı (qalın qutu), 01 bloku 16 manat olmaqla 32 manat dəyərində 02 blok (20 ədəd) “NZ” markalı, 01 bloku 33 manat olmaqla 330 manat dəyərində 10 blok (100 ədəd) “Kent” markalı, 01 bloku 20 manat olmaqla 100 manat dəyərində 05 blok (50 ədəd) “Rotmons” markalı, 01 bloku 15 manat olmaqla 60 manat dəyərində 04 blok (40 ədəd) “Palma” markalı, 01 bloku 20 manat olmaqla 200 manat dəyərində 10 blok (100 ədəd) “Palma kompakt” markalı siqaretləri, 50 manat dəyərində 01 ədəd “Simfone” markalı planşeti, 180 manat dəyərində video müşahidə kamerasının yaddaş qurğusunu, saxlanc yeri olan kassa aparatının içərisində müxtəlif əsginaslardan ibarət 235 manat nağd pullu gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3217 (üç min iki yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək məqsədilə Bakı şəhərinə gəlmiş, xx xxx 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri Xətai rayonu Pivəzavod küçəsində market olduğunu görüb həmin marketə yaxınlaşmış, lakin, marketə daxil olmağın tez olduğunu, ətrafda adamların ola biləcəyini düşünmüş və ehtiyat edərək marketə səhər tezdən girərək oğurluq etməyi planlaşdırmışdır. Həmin gün saat 05 radələrində yarım tikili binanın həyətindən dəmir parçası tapıb götürdükdən sonra kənarda dayanıb ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra marketin yol tərəfdən, plastik materialdan olan giriş qapısına yaxınlaşmışdır. Həmin vaxt o, qapının marketin içəri tərəfindən, yəni qapının arxa hissəsində dəmir qapı ilə bağlandığını, oradan marketə daxil ola bilməyəcəyini görmüş, buna görə də marketə bitişik olan dəmir darvazanın üzərinə çıxaraq digər tərəfdən qapı və ya pəncərə olub-olmamasına baxsın deyə həyət düşmüşdür. Sonra özü ilə gətirdiyi dəmir parçası ilə marketin həyət hissəsində olan dəmir qapısını açmağa çalışsa da qapını aça bilməmiş, buna görə dəmir parçası ilə marketin pəncərəsinin dəmir barmaqlığını qıraraq aralamış və pəncərənin şüşəsini ehmalca yerindən çıxarıb yerə qoymuş, bundan sonra pəncərənin qarşısında yerə atılmış boş qutuların yanından bir ədəd boş kisə tapıb özü ilə götürüb pəncərədən marketə daxil olmuşdur. Marketə daxil olan zaman orada video müşahidə kamerasının olduğunu görmüş və ilk öncə kameranın yaddaş qurğusunu yerindən sökərək özü ilə götürdüyü kisənin içərisinə qoymuşdur. Bundan sonra üzərində olan alışqanın işığını yandırıb içəri göz gəzdirən zaman vitrində müxtəlif markalı siqaretlərin olduğunu görüb siqaretlər yığılmış vitrinə yaxınlaşmış və orada olan müxtəlif markalı siqaretləri özü ilə götürdüyü kisəyə yığmış, lakin, siqaretlər çox olduğuna görə o, siqaretlərin hamısını kisəyə yığa bilməmiş, buna görə də o, şəkər tozu yığılmış kisəni götürüb orada olan boş qutunun içərisinə boşaltmış və kisəsini götürüb yenidən siqaretlər yığılmış vitrinə yaxınlaşıb qalan siqaretləri də kisəyə yığmışdır. Bundan sonra orada olan kassa aparatını açaraq içərisində xırda əskinazdan ibarət pulları götürüb cibinə qoymuşdur. O, oğurladığı kisələri götürüb həyətlə bir qədər irəli getmiş və həmin həyətlə qonşu olan evin həyətinə, oradan da küçəyə düşmüş, daha sonra oğurladığı əşyaları yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi kimi fəaliyyət göstərən avtomobilə qoyaraq Biləcəri qəsəbəsinə getmişdir. Orada marketdən götürdüyü kameranın yaddaş qurğusunu Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsinin yaxınlığında ayağı ilə əzərək oraya tullamışdır. Oğurladığı müxtəlif markalı siqaretləri 02 ədəd böyük ölçülü çantaya (sumka) yığaraq Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “X2”nə aparmış, orada oğurladığı siqaretləri tanımadığı şəxslərə satmış və siqaretlərin satışından təxminən 700-800 manat arası pul əldə etmiş, həmin pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi bu əməldən səmimi peşman olmuşdur, hazırda zərərçəkmiş şəxsə tərəfindən dəymiş ziyan tam ödənilmişdir və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən “Halal Market” adlı mağazanı icarəyə götürüb ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Qeyd olunan market Fikrətin yaşadığı evin həyətində yerləşmiş və marketin satış hissəsinin qapısı küçəyə açılmışdır. Bundan əlavə, həyətdə marketə gələn ərzaq məhsullarını qəbul edib anbara yığmaq üçün dəmir qapı olmuşdur. Fikrətin yaşadığı evin həyətinin giriş qapısı dəmir darvazadan ibarətdir. O, icarə əsasında işlətdiyi marketi hər gün səhər saat 07:30-da açaraq işə başlamış və həmin gün saat 23:50-də bağlayaraq yaşadığı evə getmişdir. xx xxx 2020-ci il tarixdə, saat 07:30-da işlətdiyi marketi açaraq işə başlamış və həmin gün saat 23 radələrində marketi bağlayaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx xxx 2020-ci il tarixdə, saat 07 radələrində o, marketi açmağa gələn zaman marketin pəncərəsinin sındırıldığını, həmçinin anbar hissəsinin dəmir qapısını açmaq üçün qapının əzilərək yararsız hala salınmış vəziyyətdə olduğunu görmüş, marketə daxil olmaq üçün həyətdə olan dəmir qapını açmaq istəsə də aça bilməmişdir. Bundan sonra o, dərhal DİNnin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, bir qədər sonra 35-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmiş və polis əməkdaşlarının köməkliyi ilə marketin həyət hissəsində olan dəmir qapını açıb içəri daxil olmuşlar. Həmin vaxt o, marketin içərisində olan bir kisə şəkər tozunun yerə boşaldılaraq kisəsinin götürüldüyünü görmüş, bundan sonra marketdən nələrin oğurlandığına baxan zaman marketdən 01 bloku 20 manat olmaqla 05 blok (50 ədəd) 100 manat dəyərində “West” markalı, 01 bloku 15 manat olmaqla 08 blok (80 ədəd) 120 manat dəyərində “Kingston” markalı, 01 bloku 30 manat olmaqla 04 blok (40 ədəd) 120 manat dəyərində “Davidov” markalı, 01 bloku 19 manat olmaqla 19 blok (190 ədəd) 361 manat dəyərində “Klassik” markalı, 01 bloku 17 manat olmaqla 04 blok (40 ədəd) 68 manat dəyərində “Prima” markalı, 01 bloku 15 manat olmaqla 05 blok (50 ədəd) 75 manat dəyərində “Bakı” markalı, 01 bloku 16 manat olmaqla 04 blok (40 ədəd) 64 manat dəyərində “Veqas” markalı, 01 bloku 16 manat olmaqla 10 blok (100 ədəd) 160 manat dəyərində “Magna” markalı, 01 bloku 20 manat olmaqla 05 blok (100 ədəd) 100 manat dəyərində “Vant” markalı, 01 bloku 28 manat olmaqla 05 blok (50 ədəd) 160 manat dəyərində “Winiston” markalı, 01 bloku 32 manat olmaqla 03 blok (60 ədəd) 96 manat dəyərində “Sabrani” markalı, 01 bloku 23 manat olmaqla 06 blok (60 ədəd) 138 manat dəyərində “LD” qalın markalı, 01 bloku 24 manat olmaqla 03 blok (30 ədəd) 72 manat dəyərində “LD” nazik markalı, 01 bloku 16 manat olmaqla 04 blok (40 ədəd) 64 manat dəyərində “More” markalı, 01 bloku 20 manat olmaqla 13 blok (130 ədəd) 260 manat dəyərində “Winchestr” nazik markalı, 01 bloku 18 manat olmaqla 04 blok (40 ədəd) 72 manat dəyərində “Winchestr” qalın markalı, 01 bloku 16 manat olmaqla 02 blok (20 ədəd) 32 manat dəyərində “NZ” markalı, 01 bloku 33 manat olmaqla 10 blok (100 ədəd) 330 manat dəyərində “Kent” markalı, 01 bloku 20 manat olmaqla 05 blok (50 ədəd) 100 manat dəyərində “Rotmons” markalı, 01 bloku 15 manat olmaqla 04 blok (40 ədəd) 60 manat dəyərində “Palma” qalın markalı, 01 bloku 20 manat olmaqla 10 blok (100 ədəd) 200 manat dəyərində “Palma” kompakt markalı siqaretlərin, 50 manat dəyərində 01 ədəd “Simfone” markalı planşetin, 180 manat dəyərində marketin videomüşahidə kamerasının yaddaş qurğusunun, kassa aparatının içərisində müxtəlif əskinaslardan ibarət 235 manat pullun oğurlandığını aşkar etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, onun işlətdiyi mağazadan 2752 (iki min yeddi yüz əlli iki) manat dəyərində müxtəlif markalı siqaretlər, 50 manat dəyərində 01 ədəd “Simfone” markalı planşet, 180 manat dəyərində marketin video müşahidə kamerasının yaddaş qurğusu və 235 (iki yüz otuz beş) manat pul oğurlandığını və hadisə nəticəsində ona ümumilikdə 3217 (üç min iki yüz on yeddi) manat maddi ziyanın dəydiyi aşkar olunmuşdur. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən onunla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılmışdır (i.v. 01); xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanında icarə əsasında işlətdiyi “Halal Market” adlı mağazaya baxış keçirilmiş, baxış zamanı fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (i.v. 08-16); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şöbhəli şəxs qismində tutulmuşdur (i.v. 43-44); ifadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmiş və həmin xüsusatlar göstərilən zaman fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v 54-61); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ilə həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 63-64); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-340/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 88-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli hökmü ilə CM-nin 83.3, 215, 23-1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan şərti məhrum etmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə CM-nin 143.4, 193.3, 38, 39-cu maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə CM-nin 50- 2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 (üç) il 01 (bir) ay 18 (on səkkiz) gün şərti azad olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli hökmü ilə CM-nin 93-3.2, 36-cu maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, X3 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2002-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 234.1, 66.3, 39-cu maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X3 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2005-ci il tarixli hökmü ilə CM-nin 177.1, 177.2.2, 177.2.3, 177.3.3, 326.2, 66.3, 67-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə vaxtından əvvəl şərti azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə CM-nin 177.3.3cü maddəsi CM-nin 177.2.3-cü maddəsinə tövsif edilərək cəzası 05 (beş) ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzası 03 (üç) ilə endirilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 (altı) ay 27 (iyirmi yeddi) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (i.v.94-97); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 06 (altı) ay 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 98); sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, naməlum taksi sürücüsünün barəsində CM-nin 177-ci maddəsi, naməlum şəxsllərin barəsində CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxsin adı Zərərçəkmiş şəxs kimi qeyd edilmiş və oxunmuş, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 3217 (üç min iki yüz on yeddi) manat hesab edilmişdir (i.v. 112-119); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Müayinə barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİV infeksiyası İİİ klinik mərhələ diaqnozu ilə müddətsiz ikinci dərəcə əlildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı X3 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ikinci qrup əlil olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Musayev X1 Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-221/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-221/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver