Məhkəmə qərarları › İş №1(011)-221/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-221/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-221/2021 21.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, hazırda işləməyən, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6, mənzil 49 kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18.03.2021-ci il tarixdə, axşam saat 22:15-də ünvan 1 ünvanında yerləşən yataqxanada atası Hacıağa Səttərovun yaşadığı evə qalxan zaman yataqxananın hamı üçün istifadə olunan ümumi qapısını döyərək dəhlizə daxil olarkən qonşusu Zərərçəkmiş şəxs ona qapını nə üçün bərk döyməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qəsdən əli ilə sifət və boğaz nahiyələrindən vurmaqla döyərək ona başın sağ təpə nahiyəsinin dərialtı hematoması, alt və üst dodağın, döş qəfəsinin ön səthinin, sol bazunun sıyrıqları, sağ bazunun, sağ saidin, sol saidin, sağ baldırın qançırları kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1993-cü ildən ünvan 2 ünvanında yataqxanada qaçqın kimi məskunlaşmışdır. 18.03.2021-ci il tarixdə, axşam saat 22:15 radələrində Xətai rayonu, M.Rüstəmov küçəsi 4\6 ünvanında birinci mərtəbədə yerləşən evində həmin binanın ikinci mərtəbəsində yerləşən atası Hacıağa Səttərovun yaşadığı mənzilə qalxan zaman, yataqxanada bütün sakinlər üçün istifadə olunan ümumi qapının bağlı olduğunu gördü və qapını döydükdən sonra Zərərçəkmiş şəxs azyaşlı oğlu qapını açdı və o, atasının yaşadığı mənzilə daxil oldu. Bir neçə dəqiqə sonra Leyla mənzilin qapısını döydü və o, qapını açan zaman Leyla onun evinin girişində olan taxta parçası ilə və əlləri ilə onun sifət və boğaz nahiyələrinə qəsdən zərbələr endirdi. Bu zaman o da əsəbləşərək ona qarşılıq verərək əlləri ilə qəsdən onun sinə nahiyəsindən itələyərək çölə çıxardı. Bu zaman Leylanın baldızı Gülsarə adlı qadın onları ayıraraq sakitləşdirməyə çalışdı. Daha sonra əməlindən peşman olduğunu, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildən Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 4\6 ünvanında yataqxanada yaşayır. 18.03.2021ci il tarixdə, axşam saat 22:15 radələrində ünvan 3 ünvanında evdə olan zaman yataqxanın hamı üçün istifadə olunun giriş qapısı təpiklə bərk döyüldüyü üçün o, evdə həmin vaxt narahat oldu, həmin vaxt azyaşlı 12 yaşlı oğlu Emil Əlikişili gedib qapını açdı. O, koridora çıxdı və Elmira adlı qonşunun atası evinə gəldiyini gördü, bu zaman o, ona yataqxanın hamı üçün istifadə olunan qapısını nə üçün bərk döydüyünü irad bildirən zaman onların arasında söz mübahisəsi yarandı, həmin vaxt Elmira atası evində qapının arxasında dayanmışdı və o əsəbiləşərək qəsdən Elmiranın sifət və boğaz nahiyələrinə əli ilə vurdu. Bu zaman Elmira da onun sifət, boğaz və qol nahiyələrinə əli ilə qəsdən vuraraq xəsarət yetirdi. Həmin vaxt baldızı Gülsarə adlı qadın oraya gələrək onları ayıraraq sakitləşdirməyə çalışdı. Bundan sonra o, öz yaşadıqları evə getdi və səhhətində nasazlıqlar olduğu üçün 7 saylı TTYS-na zəng vuraraq həkim briqadası çağırdı. Bir neçə dəqiqə sonra DİN-nin 102 xidmətinə zəng vuraraq Elmira adlı qonşusu tərəfindən döyüldüyünü bildirdi. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə ərizə ilə müraciət edən Şahid məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, təhqiqat zamanı verdiyi ifadəsini eyni ilə təsdiq edir və ifadəsinə əlavəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X1 Şəxsinin verdiyi 26 mart 2021-ci il tarixli 210 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – başın sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, alt və üst dodağın, döş qəfəsinin ön səthinin, sol bazunun sıyrıqları, sağ bazunun, sağ saidin, sol saidin, sağ baldırın qançırları kimi müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən kənar şəxs(lər) tərəfindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.03.2021-ci il tarixdə törənə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30.03.2021ci il tarixli, 366-3721S-3221 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışmasını, onun tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39,43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar