Məhkəmə qərarları › İş №1(011)-222/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-222/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-222/2020 10.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi X1, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxsnın, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 14 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halnda birləşərək özgənin əmlakını açıq talamaq qərarına gəlib bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Fəhlə (Raboçi) prospektində “Meqalizinq” X2 məxsus “Dong Feng 530” markalı, ağ rəngli ** PK *** dövlət nömrə nişanlı X3 etibarnamə əsasında idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə oturub ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq maları mağazasının qarşısına gəlib, avtomobili marketin qarşısında saxlayıb saat 13:00 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşüb sürücüyə gözlə deməklə hər ikisi marketə daxil olub, marketdə satıcı işləyən Şahid1 13 ədəd “Sobranie”, 12 ədəd “Kent”, 8 ədəd “Winston” və 9 ədəd “Rothmans” siqaretləri və “Snickers super”, “Alpen Cold” fıstıqlı və fındıqlı, “Alpen Cold” südlü və fındıqlı,’ “Alpen Gold” badamlı və kokoslu şokoladları alıb sellofan torbaya yığdırıb piştaxtanın üzərinə qoyduraraq, sonra satıcıya kolbasa verməsini bildirdiklərindən, satıcının soyuducudan kolbasa götürmək üçün az məsfədə aralanmasından, başının qarışmasından istifadə edib sellofan torbanı içərisində olan siqaretlər və şokoladlarla birlikdə götürüb pulunu vermədən hər ikisi marketdən çıxıb avtomobilin yanına gəlib, o, qabaq oturacaqda, Təqsirləndirilən şəxs2 isə arxa oturacaqda oturub sürücüyə sür deməklə avtomobillə oradan uzaqlşmaq istəyərkən satıcı Şahid1 marketdən çıxıb arxadan əmlakının talan olunmasının qarşısım almaqdan ötrü “pulu vermədən hara qaçırsınız” qışqırsa da, o və Təqsirləndirilən şəxs2 hərəkətlərini davam etdirməklə marketdən götürdükləri ərzaq məhsullarını açıq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 137,30 qəpik dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakım açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halnda birləşərək özgənin əmlakını açıq talamaq qərarına gəlib bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Fəhlə (Raboçi) prospektində “Meqalizinq” X2 məxsus “Dong Feng 530” markalı, ağ rəngli ** PK *** dövlət nömrə nişanlı Şahid2 etibarnamə əsasında idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə oturub ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq malları mağazasının qarşısına gəlib, avtomobili marketin qarşısında saxlatdırıb saat 13:00 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşüb sürücüyə gözlə deməklə hər ikisi marketə daxil olub, marketdə satıcı işləyən Şahid113 ədəd “Sobranie”,12 ədəd “Kent”, 8 ədəd “ Winston”, 9 ədəd “Rothmans” siqaretləri və “Snickers super”, “Alpen Gold” fıstıqlı və fındıqlı, “Alpen Gold” südlü və fındıqlı,”Alpen Gold” badamlı və kokoslu şokoladları alıb sellofan torbaya yığdırıb piştaxtanın üzərinə qoydurub, sonra satıcıya kolbasa verməsini bildirdiklərindən, satıcının soyuducudan kolbasa götürmək üçün az məsfədə aralanmasından, başının qarışmasından istifadə edib sellofan torbanı içərisində olan siqaretlər və şokoladlarla birlikdə götürüb pulunu vermədən hər ikisi marketdən çıxıb avtomobilin yanına gəlib, o, arxa oturacaqda, Təqsirləndirilən şəxs1 isə qabaq oturacaqda oturub sürücüyə sür deməklə avtomobillə oradan uzaqlşmaq istəyərkən satıcı Şahid1 marketdən çıxıb arxadan əmlakının talan olunmasının qarşısını almaqdan ötrü “pulu vermədən hara qaçırsınız” qışqırsa da, o və Təqsirləndirilən şəxs1 hərəkətlərini davam etdirməklə marketdən götürdükləri ərzaq məhsullarını açıq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 137 manat 30 qəpik dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 B ünvanda yaşayan Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Onlar bir məhəllədə böyümüşlər, uşaqlıqdan bir-biriləri ilə münasibətləri olmuşdur. xx xxxxxx 2020ci il tarixdə o, yaşadığı evdə olarkən, anası də evdə olmuşdur. Təxminən saat 10-11 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 evinə öz evinin telefonu ilə zəng edib, onu evlərinə çağırmış və saat 10-11 radələrində Təqsirləndirilən şəxs2 onlara gəlmişdir. Buba onlara gələndən sonra aralarında olan söhbət zamanı razılaşmışlar ki, çölə çıxsınlar və görsünlər ki, hardan pul əldə edə bilirlər. Bundan sonra hər ikisi evdən çıxıb birlikdə Fəhlə (raboçi) prospektinə gəliblər, orada meyvə tərəvəz satılan mağazanın qarşısında ağ rəngli ** PK *** dövlət qeydiyyat nişanlı taksi avtomobilin dayanmasını və avtomobilin sürücüsünün sükanın arxasında olmasını görüb, hər ikisi razılaşmışlar ki, həmin taksi avtomobili ilə NZS qəsəbəsi Z.Yusifov küçəsi 40 ünvanda yerləşən evin həyətindəki marketə getsinlər oradan, siqaret, şokolad nisyə alıb satıb əldə pul etsinlər, sonra mağazanın pulunu verərlər. Bu məqsədlə də hər ikisi taksi kimi dayanmış avtomobilin sürücüsünə yaxınlaşıb, o, avtomobildə qabaq oturacaqda sürücünün yanında, Buba isə arxa oturacaqda oturmuş, o, sürücüyə demişdir ki, Neftçilərə gedəcəklər, 5 manat pul verərlər. Həmin tanımadıqları taksi avtomobilin sürücüsü avtomobili sürüb və yolun üstündə olan Xətai rayonu, NZS qəsəbəsi Z.Yusifov küçəsi 40 ünvanda yerləşən evin həyətindəki marketə çatanda təxminən saat 12-13 radələri olarmış, hər ikisi avtomobilin sürücüsünə demişlər ki, avtomobili saxlasın, sürücü avtomobili marketin qarşısında küçədə saxlamışdır, hər ikisi avtomobildən düşüb, sürücüyə demişlər ki, gözləsin gəlirlər. O və tanışı Buba marketə daxil olublar, marketdə bir qadın satıcı və başqa bir qadın da olmuşdur, müştəri kimi marketdə olan qadın ondan soruşub ki, qoluna nə olub, demişdir ki, qırılmışdır, sonra həmin qadın marketdən çıxıb getmişdir. O, tanışı Buba və satıcı qadın marketdə qalıblar. O, satıcı qadına demişdir ki, “Rotmans”, “Kent” siqaretlərindən versin, nə qədər siqaret satıcıdan istəməyini xatılamır, satıcı qadın selofan torbaya siqaretləri yığmış, Buba da satıcıdan “Winston” siqaretləri, “Alpengold” və “Snikers” şokoladlarını istəmişdir, satıcı qadın onları da sellofan torbaya yığıb piştaxtanın üzərinə qoymuşdur. Bundan sonra satıcı qadından kolbasa istəmişlər, satıcı qadın kolbasa olan soyuducuya tərəf gedəndə piştaxtanın üzərində olan sellofan torbanı içərisindəki siqaretlər və şokoladlarla birlikdə götürüb matketdən çıxmış, Buba isə marketdə qalıb, o, avtomobilə çatıb qapını açıb qabaq oturacaqda oturanda elə bu anda da Buba arxa qapını açıb avtomobilə sürücünün arxasına oturubdur, o və Buba avtomobilin sürücüsünə demişlər ki avtomobili sürsün getsinlər. Sürücü avtomobili sürəndə arxadan mağazadan satıcı qadın çıxıb avtomobilin arxasınca qışqıra-qışqıra gəlməsini görüblər, buna baxmayaraq o və Buba, yəni hər ikisi sürücüyə demişlər ki, avtomobili saxlamasın sürsün, sürücü də avtomobili saxlamamış sürüb getmişlər. Onlar taksi avtomobili ilə 8-ci km qəsəbəsində olan bazarın yanında “Lotos” ticarət mərkəzinin qarşısına gəlib yolun sağ tərəfində avtomobili saxlatdırıb, o, selofan torbanı götürüb hər ikisi avtomobildən düşüb, sürücüyə demişlər ki, gözləsin gəlirlər. O, və Buba yolun sağ tərəfində olan siqaret satılan köşkə yaxınlaşıb, o, satıcı cavan oğlan ilə söhbət etmişlər, Buba marketdən götürdüyü siqaretləri və şokoladları topa şəkilində cəmi 65 manata köşkdə olan cavan oğlanla razılaşmış və pulu alıblar, o, taksi avtomobilin sürücüsünə yaxınlaşıb 5 manat pulu ona vermiş, sürücü çıxıb getmişdir. Əldə etdikləri qalan 60 manat pulun 30 manatını özü, 30 manatını isə Buba götürüb, həmin pulu öz ehtiyaclarına xərcləmişlər. Köşkdə işləyən satıcı cavan oğlanı tanımır, ona siqaretləri və şokoladları cinayət yolu ilə əldə etməyi bildirməmişlər. O, və Buba taksi avtomobilin sürücüsünə marketdən siqaret və şkolad alıb pulunu verməmələri barəsində heç nə deməmişlər və sürücünün bundan xəbəri olmamışdır. Taksi sürücüsünü əvvəllər tanımamışlar onun avtomobili ilə harasa getməmişlər, birinci dəfə onun avtomobilindən taksi kimi istifadə ediblər. Marketdən qadının çıxıb arxadan gəlməsini onlar görəndə taksi sürücüsünə o və Buba demişdir ki, avtomobili sürsün, saxlamasın. O, taksi sürücüsünə arxadan qışqıran qadının anası olmasını demişdir. xx xxxxxx 2020-ci il tarixdə NZS qəsəbəsi Z. Yusifov küçəsi 40 ünvanda yerləşən evin həyətindəki marketdən etdiyi cinayət əməlindən başqa heç bir cinayət etməmişdir. Marketdə işləyən satıcı qadının marketdən arxalarınca çıxıb qışqıra-qışqıra arxadan avtomobilə yaxınlaşmasını görmüşlər, lakin qadının avtomobilin qapısına əl atmasını, qapını açmasını görməmişlər. Buna baxmayaraq o və Buba taksi sürücüsünə demişlər ki, avtomobili saxlamasın sürsün getsinlər, sürücü də avtomobili saxlamayıb sürmüşdür. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evində olarkən, Təqsirləndirilən şəxs1 evlərinə ev telefonu ilə zəng edib onunla telefonda danışmış və ona demişdir ki, onlara getsin. Təxminən saat 10-11 radələrində tanışı Təqsirləndirilən şəxs1 evinə getmiş, Rəşad ilə söhbət zamanı hər ikisi razılaşıblar ki, çölə çıxsınlar və görsünlər ki, haradan pul əldə edə bilərlər. Birlikdə razılaşandan sonra hər ikisi evdən çıxıblar, birlikdə Fəhlə (raboçi) prospektinə gəlib, orada meyvə tərəvəz satılan mağazanın qarşısında ağ rəngli ** PK *** dövlət qeydiyyat nişanlı taksi avtomobilin dayanmasını, avtomobilin sürücüsünün sükanın arxasında olmasını görüb, hər ikisi razılaşıblar ki, həmin taksi avtomobili ilə Xətai rayonu, NZS qəsəbəsi Z.Yusifov küçəsi 40 ünvanda yerləşən evin həyətindəki marketə getsinlər oradan, siqaret, şokolad nisyə alıb satıb əldə pul etsinlər, sonra mağazanın pulunu verərlər. Bu məqsədlə də hər ikisi taksi kimi dayanmış avtomobilin sürücüsünə yaxınlaşıb, Rəşad avtomobildə qabaq oturacaqda sürücünün yanında, o, isə arxa oturacaqda oturmuşdur. Rəşad sürücüyə demişdir ki, Neftçilərə gedəcəklər, 5 manat verərlər. Həmin taksi avtomobilin sürücüsü onlarla razılaşıb, avtomobili sürüb və yollarının üstündə olan Xətai rayonu, NZS qəsəbəsi Z.Yusifov küçəsi 40 ünvanda yerləşən evin hərətindəki marketə çatanda təxminən saat 12-13 radələri olarmış, hər ikisi avtomobilin sürücüsünə demişlər ki, avtomobili saxlasın, sürücü avtomobili marketin qarşısında saxlamış, hər ikisi avtomobildən düşüb, sürücüyə demişlər ki, onları gözləsin gəlirlər. O, və Rəşad marketə girib, marketdə bir qadın satıcı və başqa bir qadın da olmuş, müştəri kimi marketdə olan qadın Rəşaddan soruşub ki, qoluna nə olub, Rəşad bildirmişdir ki, qırılmışdır, sonra həmin qadın marketdən çıxıb getmiş, o, Rəşad və satıcı qadın marketdə qalıblar. Rəşad satıcı qadına demişdir ki, “Rotmans”, “Kent” siqaretlərindən versin, na qədər siqaret satıcıdan istəməsini xatılamır, satıcı qadın sellofan torbaya siqaretləri yığıb, o, da satıcı qadından “Winston” siqaretləri, şokolad “Alpengold” və “Snikers” şokoladlarını istəmiş, satıcı qadın onları da sellofan torbaya yığıb piştaxtanın üzərinə qoymuşdur. Bundan sonra satıcı qadından kolbasa istəmiş, satıcı qadın kolbasa olan soyuducu tərəfə getdikdə, Rəşad selofan torbanı piştaxtanın üzərindən götürüb marketdən çıxıb, o, görəndə ki, Rəşad selofan torbanı götürüb avtomobilə tərəf getmiş, o, də satıcının başının qarşımasım görüb Rəşadın arxasınca marketdən çıxıb avtomobilə tərəf gedib arxa oturacaqda sürücünün arxasında oturmuşdur. Rəşad avtomobilin sürücüsünə demişdir ki, avtomobili sürüb getsinlər. Sürücü avtomobili sürəndə arxadan mağazadan satıcı qadın çıxıb avtomobilin arxasınca qışqıra-qışqıra gəlmiş, buna baxmayaraq Rəşad taksi sürücüsünə demişdir ki, qışqıran anasıdır, avtomobili saxlamasın, sürücü də avtomobili saxlamamış sürüb getmişlər. Onlar taksi avtomobili ilə 8-ci km qəsəbəsində olan bazarın yanında “Lotos” ticarət mərkəzinin qarşısına gəlib yolun sağ tərəfində avtomobili saxlatdırıblar, Rəşad sellofan torbanı götürüb hər ikisi avtomobildən düşüb, sürücüyə demişlər ki, gözləsin gəlirlər. Rəşad və o, yolun sağ tərəfində olan siqaret satılan köşkə yaxınlaşmış, Rəşad satıcı cavan oğlan ilə söhbət etmişdir, sonra o, Rəşada demişdir ki, hamısını bir yerdə danışıb qiymətləndir, lakin Rəşad ona demişdir ki, o, qarışmasın özü söhbət edir. Bundan sonra marketdən götürdükləri siqaretləri və şokoladları topa şəkilində cəmi 65 manata köşkdə olan cavan oğlanla Rəşad razılaşmış və pulu ondan almışdır. Rəşad pulu alandan sonra taksi avtomobilin sürücüsünə yaxınlaşıb 5 manat pul ona vermişdir, sürücü çıxıb getmişdir. Əldə etdikləri qalan 60 manat pulun 30 manatını o, 30 manatını Rəşad götürüb həmin pulu öz ehtiyaclarına xərcləmişlər. Köşkdə işləyən satıcı cavan oğlanı tanımır, ona siqaretləri və şokoladları cinayət yolu ilə əldə etməyi bildirməmişlər, köşkdə işləyən cavan oğlan siqaretlərin və şokoladların cinayət yolu ilə əldə edilməsini bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdən sonra Rəşad ilə görüşməmişdir. Marketdə işləyən satıcı qadının marketdən arxalarınca çıxıb qışqıra-qışqıra arxadan avtomobilə yaxınlaşmasını görmüşlər, lakin qadının avtomobilin qapısına əl atmasını, qapını açmasını istəməsini görməmişdir. Buna baxmayaraq Rəşad taksi sürücüsünə demişdir ki, avtomobili saxlamasın sürüb getsinlər, arxadan qışqıran qadının anasıdır, sürücü də Rəşadın deməsinə inanıb avtomobili sürmüşdür. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayonu NSZ qəsəbəsi Zakir Yusifov küçəsi ev 40-də yaşayır, heç bir yerdə işləmir. Onun yaşadığı evin həyətində şəxsi mağazası var, həmin mağazada o, işləmir, arvadı Şahid1 satıcı kimi işləyir. Arvadı Şahid1 səhhətində problem olduğundan o, istintaqa ərizə ilə müraciət edib zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. ki, arvadı polisə gəlib getməsin. xx xxxxxx 2020-ci il tarixdə arvadı Şahid1 mağazada olan vaxt o, evdə olmuşdur. Təxminən saat 13:00 radələrində arvadı Xuraman onu mağazaya çağırmış, o, evdən çıxıb mağazaya gedəndən sonra arvadı ona demişdir ki, iki nəfər tanımadığı təxminən 30-35 yaşlarında naməlum şəxslər mağazaya müştəri kimi daxil olub, ondan 120 manat dəyərində sobraniya, kent, winiston, palma siqaretləri və 30 manat dəyərində müxtəlif növ şokoladlar alıb selofan torbaya yığdırıblar, sellofan torbaya yığdırdıqları şeyləri piştaxtanın üzərinə qoyub, sonra arvadı Xuramana kolbasa verilməsini bildiriblər. Arvadı siqaretləri və şokoladları selofan torbaya yığıb piştaxanm üzərinə qoyandan sonra kolbasa istədiklərindən arvadı Xuraman bir az piştaxtadan aralanıb soyuducudan kolbasa götürüb kəsib çəkməklə vermək üçün başı qarışdığmdan və həmin an da tanımadığı iki nəfər şəxslər sellofan torbalara yığdıqları siqaretləri və şokoladları götürüb mağazadan arvadı Xuramandan xəbərsiz çıxıblar. Arvadı Xuraman soyuducudan ərzaq götürüb çönəndə onların mağazadan çıxmalarını və mağazada olmamalarını görüb onların ardınca mağazadan çölə çıxmış, tanımadığı iki nəfər şəxslərin bir ağ rəngli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub, avtomobilin markası arvadının yadında qalmamışdır, avtomobil tərpənəndə arvadı Xuraman avtomobilin qapısını açıb, tanımadığı iki nəfər şəxslərə demişdir ki, aldıqları şeylərin pulunu vermədən hara gedirsiniz? Lakin həmin iki nəfər naməlum şəxslər arvadı Xuramanın dediklərinə əhəmiyyət vermədən avatomobili sürücü sürüb çıxıb getmişlər. Avtomobili sürən sürücü avtomobildən düşməmiş, maşında oturmuşdur. Arvadı ona belə deyəndən sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Aradan çox keçmədən Xətai RPİ- nin 37-ci PŞ-nin əməkdaşları gəliblər, baş verənlər barəsində onlara bildirmişdir. Arvadı Xuramanın ona deməsinə görə mağazada qonşuları Güllü (Gülçiçək) adlı qadın olan zaman həmin tanımadığı iki nəfər şəxslər mağazaya daxil olmuş, qonşu Güllü həmin naməlum şəxslər mağazada olan zaman mağazadan çıxıb getmişdir. Həmin iki nəfər naməlum şəxslər mağazaya girəndə onlardan birinin qolu sarıqlı vəziyyətə olmuşdur. Qonşu Güllü ondan soruşmuşdur ki, qoluna nə olmuşdur, həmin naməlum şəxs cavabında bildirmişdir ki, yıxılmışdır, həmin qolu sarıqlı şəxs saqqallı olmuşdur, hansı qolunun sarıqlı olmasını bilmir. Mağazada kamera quraşdırılmışdır, lakin hadisə baş verən zaman mağazadakı kamera xarab olduğundan işləməmişdir. Mağaza olan ərazidə şəhər təhlükəsizlik kamerası çox-çox uzaqdadır, təhlükəsizlik kamerası mağazanı çəkmir, ancaq olduğu yerdə yolu çəkir, mağaza yaşadığı evin həyətində olmaqla şəhər təhlükəsizlik kamerasının əhatə dairəsndən kənardadır. xx xxxxxx 2020-ci il tarixdə naməlum şəxslər mağazadan 13 ədəd «Sobranie», bir ədədinin qiyməti 3 manat 30 qəpik, 12 ədəd «Kent» siqaretləri, hər biri 3 manat, 8 ədəd «Winiston» siqaretləri, hər biri 2 manat 80 qəpik və 9 ədəd «Rotmas» siqaretləri hər biri 2 manat, cəmi 119 manat 30 qəpik dəyərində siqaretlər, 30 manat dəyərində də müxtəlif şokoladlar aparmışlar. Şokoladların konkret olaraq hansı növ olmalarını bilmir və arvadı Xuraman da bunu yadında saxlaya bilməmişdir. Ona təxminən ümumilikdə 150 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur və məhkəmədən onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki,xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 13:00 radələrində qonşuluqda yerlşən mağazaya gəlib evə bir-iki bazarlıq etmək istəyərkən mağazanın içərisində iki nəfər tanımadığı şəxsləri görmüş, həmin şəxslərdən birinin qolu sarıqlı, digəri isə təxminn 27 yaş arası, orta bədən, üzü tüklü olmuşdur. Həmin iki nəfər oğlanlar satıcı Xuramandan siqaret və şokoladlar istəmişlər, Xuraman onlara demişdir ki, xanımı yola salsın, sonra onları yola salar, həmin iki nəfər şəxs razılaşmışlar. Ona görə də mağazadan bir ədəd çörək və bir ədəd yoqut alıb çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evin həyətində yerləşən ərzaq malları mağazasında olarkən, qonşu Güllü adlı qadın da mağazaya gəlmiş, bir ədəd çörək,bir ədəd yoqut almışdır, təxminən saat 13:00 radələrində 30-35 yaşlarında iki nəfər tanımadığı şəxslər mağazaya daxil olublar, həmin şəxslərdən birinin qolu sarıqlı olduğundan qonşu Güllü həmin şəxsdən qoluna nə olmasını soruşmuş, tanımadığı şəxs cavabında bildirmişdir ki, yıxılaraq qolu sınmışdır. Qonşu Güllü mağazadan çıxıb getmiş, həmin iki nəfər tanımadığı şəxslər mağazadan siqaretlər və şokoladlar almaqla sellofan paketə yığmağını bildirmişlər. Bundan sonra həmin tanımadığı iki nəfər şəxslər kolbasa çəkməsini bildirdiklərindən piştaxtadan aralanıb soyuducudan kolbasa götürüb çəkmək istəyərkən çönəndə həmin iki nəfər tanımadığı şəxslərin aldıqları 120 manat dəyərində siqaretlərin və 30 manat dəyərində şokoladların pulunu vermədən mağazadan çıxdıqlarını görüb onların arxasınca mağazadan çölə çıxmış və görmüşdür ki, həmin iki nəfər tanımadığı şəxslər çöldə dayanmış ağ rəngli **-PK-*** dövlət qeydiyyat nömrəli avtomobilə minib getmişlər. Arxadan məhsulun pulunu vermədən hara getmələrini qışqırmaqla bildirməsinə baxmayraq, həmin tanımadığı iki nəfər şəxslər ona əhəmiyyət verməyərək avtomobili sürüb getmişlər. Həmin şəxslərdən biri hündür boylu, üzü tüklü, qolu sarıqlı, təxminən 30-35 yaşlarında, digəri arıq orta boylu, üzü tüklü olmuşlar, mağazada kolbasa çəkərkən aralarında təxminən 3 metr məsafə olmuşdur. İşlədiyi mağazadan soyğunçuluq cinayəti saat 13:00 radələrində baş vermişdir. Mağazadan çıxandan sonra tanımadığı iki nəfər şəxsin aldıqları məhsulların pulunu vermədən çıxıb getdiklərindən onların oturduqları avtomobilin qapısının dəstəyinə əl atıb “pulu vermədən hara gedirsiniz” deməsinə baxmayraq həmin tanmadığı iki nəfər şəxslər aldıqları siqaretləri və şokoladları da götürüb onun qışqırmasına əhəmiyyət verməyərək avtomobili sürdürüb çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, «Ulduz 5000» taksisində işləyir, «Meqalizing» X4 tərəfindən ona verilmiş etibarnamə əsasında həmin cəmiyyətə məxsus «Dong Feng 530» minik markalı Ağ rəngli **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində Fəhlə (raboçi) prospekti yolu ilə idarə etdiyi atomobillə hərəkətdə olarkən iki nəfər tanımadığı şəxslər ona əl etmiş, idarə etdiyi avtomobili saxlamışdır. Həmin tanımadığı şəxslərdən biri qabaq oturacaqda, digəri isə arxa oturacaqda oturmuşdur, avtomobili Keşlə tərəfə sürməyini bildirmişlər. Avtomobildə qabaq oturacaqda ondan sağda oturan şəxsin sağ qolu sarğılı vəziyyətdə olmaqla qol çiynindən asılı olmuşdur. Tanımadığı şəxs bildirmişdir ki, marketə sür, o, da onun göstərməsi ilə avtomobili sürüb və bir evin altında yerləşən marketin qarşısında saxlatdırmışdır. Tanımadığı hər iki sərnişin avtomobildən düşüb marketə daxil oluşlar. Aradan təxminən 10-15 dəqiqə keçəndən sonra sağ qolunda sarğısı olan oğlan əlində ağsellofan torba ilə gəlib qabaqda avtomobildə oturmuş, digər oğlan isə bir az arxadan gəlib onun arxasında oturmuşdur, avtomobili tez sürməyini qabaqda oturan oğlan ona bildirmişdir. Arxasında oturan tanımadığı şəxs xatırlamadığı əlini arxasında oturacağın baş tərəfinə qoryaraq o da tez avtomobili sürməyini bildirmişdir. O, avtomobili sürəndə arxadan bir qadının qışqırtı səsini eşitmişdir, idarə etdiyi avtomobili saxlamaq istəyəndə avtomobildə qabaqda yanında sağ qolu sarıqlı olan tanımadığı şəxs ona bildirmişdir ki, qışqıran onun anasıdır, avtomobili saxlamasın sürsün, əhəmiyət verməsin. O, da həmin şəxsin deməsinə inanıb idarə etdiyi avtomobili saxlamayıb hərəkətini davam etdirmişdir. O, həmin tanımadığı iki nəfər şəxsi idarə etdiyi avtomobillə onların deməsi ilə 8-ci kilometr qəsəbəsinə bazarın qarşı tərəfində «Lotos» ticarət mərkəzi ilə üz-üzə olan yerə aparmış, orada yolun sağ tərəfində avtomobili saxlatmışlar və həmin iki nəfər avtomobildən düşmüş, ona gözlə gəlirik demişlər. O, idarə etdiyi avtomobildə oturub həmin tanımadığı iki nəfəri gözləmişdir. Tanımadığı iki nəfər şəxslər qayıtmamış, lakin o, avtomobilindən həmin iki nəfəri qabaqda köşkün qarşısında dayanmalarını görmüşdür. Onların gəlmədiklərini gördükdə idarə etdiyi avtomobili qabağa sürüb və onların yanında dayandırmışdır, sağ qolu sarıqlı oğlanı çağırıb və taksi pulunu ondan istəmişdir. Tanımadığı sağ qolu sarıqlı şəxs ona bildirmişdir ki, gözlə verər. Aradan beş dəqiqə keçəndən sonra həmin qolu sarıqlı oğlan avtomobilə yaxınlaşıb və ona 05 manat pul verib belə başa düşmüşdür ki. həmin qolu sarıqlı şəxs beş manat pulu köşkdən alıb və ona vermişdir. Yəni dolu vəziyyətdə sellofan torbanı həmin şəxs köşkə vermişdir və ona verdiyi beş manat pulu da ordan alıb vermişdir. O, sağ qolu sarıqlı tanımadığı şəxsdən pulu alandan sonra idarə etdiyi avtomobili oradan sürüb getmişdir. Tanımadığı həmin iki nəfərin hərəkətlərindən şübhələndiyi üçün o, Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng vurub idarə etdiyi avtomobillə 2 nəfər tanımadığı şəxsləri 8-ci km qəsəbəsində bazarın qarşısında «Lotos» ticarət mərkəzinin qarşısında düşürtdüyünü bildirmişdir. Aradan təxminən beş dəqiqə keçəndən sonra mobil telefonuna zəng gəlmiş, telefonu açanda zəng edən şəxsin polis əməkdaşı olmasını bildirmişdir. Polis əməkdaşı ona maşın bazarının yanında yanacaq doldurma məntəqəsinə gəlməyini bildirmişdir. Ona görə də o, idarə etdiyi avtomobillə köhnə maşın bazarı ilə üz-üzə olan yanacaq doldurma məntəqəsinə getmiş, orada polis əməkdaşları onu gözləmişlər. Ondan sonra o polis əməkdaşları ilə birlikdə 8-ci km qəsəbəsindəki qarşısında olan «Lotos» Ticarət mərkəzi ilə üz-üzə yolun sağ tərəfində tanımadığı iki nəfər şəxsi düşürtdüyü köşkün yanına gəlmişdir. Polis əməkdaşları orada yaxınlıqda olan telefon mağazasının kamera görüntülərinə baxmış və köşkə qayıtmışlar, köşkdə satıcı işləyən cavan oğlanla söhbət etmiş, tanımadığı şəxsdən aldığı əşyaların siyahısını götürmüşlər, ona çıxıb getməyini bildirmişlər. Tanmadığı şəxslər evin altındakı mağazadan çıxanda birinci qolu sarıqlı oğlan çıxıb gəlib avtomobildə qabaqda yanında, ikincisi isə bir az arxadan gəlib onun arxasında avtomobildə oturub və qabaqda oturan qolu sarıqlı oğlan ona tez avtomobili sür demişdir. Avtomobili sürərkən arxadan qadın qışqırtı səsi gəlməsini eşitmişdir, lakin yanında oturan qolu sarıqlı oğlan ona bildirmişdir ki, qışqıran anasıdır, avtomobili saxlama sür gedək, əhəmiyyət vermə, ona inanaraq avtomobili saxlamayıb sürmüşdür. Tanımadığı iki nəfər şəxslər avtomobilinə oturub o, avtomobili sürəndə hər hansı bir şəxs tərəfindən, o, cümlədən qışqıran qadın avtomobilin qapısını açmayıb, nə də avtomobilin qapısından tutub açmaq istəyən olmayıbdır və tanımadığı iki nəfər şəxslərdən pul tələb etməmişdir və belə bir hal olmasını görməmişdir. Avtomobildə tanımadığı iki nəfər şəxslər bir-biri ilə rus dilində danışmış, rus dilini bilmədiyinə görə onları başa düşməmişdir. Avtomobildə onun arxasında oturan arıq, uzun boylu, qabaqda oturan şəxsin sağ qolu sarıqlı oğlan isə sarışın olmaqla hər ikisinin başında tük olmuş, digər əlamətlərini xatırlamır. Taksi kimi istifadə etdiyi avtomobilə sərnişin oturan iki nəfər şəxslər ona qarşı heç bir zor tətbiq etməmişlər və ona hədə-qorxu gəlməmişlər, arxada oturan heç nə deməmişdir, sakit oturmuşdur. Avtomobili ilə apardığı iki nəfər şəxsləri əvvəllər tanımamış və onları heç bir yerə idarə etdiyi avtomobillə aparmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, xx xxxxxx 2020-ci il tarixdə iki nəfər tanımadığı şəxslər ona sellofan torbada siqaret və şokoladlar satmalarını bildirmişlər. Onlardan birinin sağ qolu sarıqlı olmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən həmin iki nəfər şəxslərin öz şəxsi malları kimi ona satmış olduqları siqaretləri və şokoladların götürmüşlər. Cinayət işinin 1-ci cildinin 72-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 191-193-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 98-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 194-196-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 3-6-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1362 saylı məhkəmə-əmtəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş nümunə əsasında qərarın təsviri hissəsində göstərilən malların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 137,30 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 24-25-ci vərəqələrində olan, xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 9 (doqquz) ədəd “Kent 4”, 2 (iki) ədəd “Rothmnans”, 1 (bir) ədəd “Winston” siqaretləri, 2 (iki) ədəd “Snikers super” və 4 (dörd) ədəd “Alpen Gold” şokoladlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərməkmiş şəxs Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinin 2-ci cildinin 27-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus müxtəlif növ siqaretləri və şokoladları təhvil almışdır. Cinayət işinin 1-ci cildinin 208-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 tərəfindən xx xxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 tərəfindən xx xxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək 06 (altı) ay şərti sınaq müddəti tətbiq edilmişdir. 2) Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İŞ-də xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb və xx xxxxxxx 2010-cu il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 134-136-cı vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(010)-21/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Nəcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarına gəlmədiyinə görə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə, onun barəsində axtarış elan edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs1 tapılanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 211-ci vərəqəsində olan Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında qeydiyyatdadır. O, qeydiyyatda olduğu müddətdə onun barəsində MKİS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 214-cü vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsnın ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Onlara qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, tamah məqsədilə özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayət əməllərini törətmələri onların özlərinin ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmadığını, məhkumluğunun olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1hərhansıəmlakıüzərinəhəbsqoyulmamış və məhkəmədəbeləəmlakmüəyyənolunmamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki idiasının olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 hər hansı əmlakı üzərinə həbs qoyulmamış və məhkəmədə belə əmlak müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs məxsus 9 (doqquz) ədəd “Kent 4”, 2 (iki) ədəd “Rothmnans”, 1 (bir) ədəd “Winston” siqaretləri, 2 (iki) ədəd “Snikers super” və 4 (dörd) ədəd “Alpen Gold” şokoladlar ona təhvil verildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxsnın istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsiilətəqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsiilətəqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs məxsus 9 (doqquz) ədəd “Kent 4”, 2 (iki) ədəd “Rothmnans”, 1 (bir) ədəd “Winston” siqaretləri, 2 (iki) ədəd “Snikers super” və 4 (dörd) ədəd “Alpen Gold” şokoladlar ona təhvil verildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxsnın istifadəsinə verilmiş hesab edilsin. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar