Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-223/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X12, müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs boşanmaqla bağlı məhkəmədə işi olan arvadı Zərərçəkmiş şəxs2 az yaşlı qızı 2013-cü il təvəllüdlü Aişə Nəzirovanı almaq məqsədi ilə ünvan 2 ünvanında yerləşən 249 saylı tam orta məktəbin qarşısına gəlmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 08:45 dəqiqədə qaynı Şahid1 idarə etdiyi avtomobillə arvadı Gülzar Nəsirovanın azyaşlı qızı Aişə Nəzirova və qayınanası Zərərçəkmiş şəxs1 ilə birlikdə məktəbin qarşısına gəldiyini gördükdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq edilməsi və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək yaxınlaşıb avtomobilin qapısını açaraq avtomobilin içərisində arxa oturacaqda oturan arvadı Zərərçəkmiş şəxs2 uca səslə, nalayiq ifadələrlə söyüb təhqir edərək yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub ona başın sağ ənsə nahiyəsində hematoma, boyun nahiyəsinin sol və sağ yan səthləri, döş qəfəsinin ön səthi nahiyələrində qançırlardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirib həmin vaxt onu sakitləşdirərək ictimai qaydanın pozulmasının qarşısını alan qayınanası Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə itələyib yerə yıxaraq azyaşlı nəvələri Aişə və Ayan Nəzirovaların gözləri qarşısında xüsusi amansızlıqla yumruqla baş nahiyəsinə çox saylı zərbələr vurub baş beynin yüngül dərəcəli əzilməsi, qapalı kəllə-beyin travması, başın ənsə təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, başın sağ ənsə-təpə nahiyəsində hematoma və ənsə tikişinə keçən sağdan xətti sınığının xarici sümük səhvəsi hüdudunda məhdudlaşmasına uyğun çatından ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qızı, Şahid1 isə oğludur. Gülzar xx xxxxx 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nakahlarından iki övladları olmuşdur. İlk vaxtlar Sinayəddinlə Gülzar mehriban olsalar da, sonradan onların münasibəti pisləşməyə başlamışdır. Belə ki, aralarında tez-tez mübahisələr baş vermiş, ona görə də Gülzar və Sinayəddin boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Onların boşanması üçün məhkəmə qərar qəbul etmişdir. Gülzarın övladlarından böyük qızı atası Sinayəddinlə, balaca qızı isə onlarla birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 07:30 radələrində oğlu Rəvan və qızı Gülzarla birlikdə evdən çıxaraq nəvəsi Aişəni məktəbə aparmışdır. X28 rayonu Vung Tau küçəsi 6 A ünvanında yerləşən 249 saylı tam orta məktəbində birinci sinif şagirdi kimi təhsil almışdır. Təxminən saat 07:50 radələrində onlar məktəbin qarşısına çatmış, oğlu Rəvan idarə etdiyi avtomobili saxlayaraq avtomobildən düşmüş, onların avtomobilinin yaxınlığında digər bir tanımadığı avtomobil dayanmış, Rəvan idarə etdiyi avtomobildən düşdükdən sonra Sinayəddin və nəvəsi Ayan həmin avtomobildən düşərək onlara tərəf gəlmişdir. Oğlu Rəvan dərhal onlara yaxınlaşmış və nəvəsi Ayanı öpmək istəyən zaman sonuncu onu öpməsinə icazə verməmiş, bu zaman avtomobildən düşərək Sinayəddin və Ayana yaxınlaşmış, Sinayəddin məhəl qoymayaraq onların avtomobilin arxa oturacağına tərəf getmiş, qızı Gülzar və nəvəsi Aişə avtomobilin arxa oturacağında əyləşmişlər. Sinayəddin arxa sol qapını açmaq istəyən zaman Rəvan onun əlindən tutaraq qapını açmasına icazə verməmiş, bu zaman iki nəfər tanımadığı şəxs arxadan Rəvanın boğaz nahiyəsindən tutaraq onu məktəbin daş hasarına tərəf çəkmiş və oğlunun əllərindən tutaraq hərəkət etməsinə icazə verməmişlər. Sinayəddin avtomobilin yenidən açmaq istəyən zaman qızı Gülzar qapını içəri tərəfdən əlləri ilə tutaraq qapının açılmasına icazə verməmiş, qapını açmaq üçün olan dəstəyi sınaraq Sinayəddinin əlində qalmışdır. Sinayəddin bundan sonra arxa sağ qapıya tərəf getmiş və həmin qapını açaraq avtomobilə daxil olmuş, avtomobilin içərisində Sinayəddin Gülzarı döyməyə başlamış, əli ilə vurmuşdur. Dərhal avtomobilə getmiş və Sinayəddini saxlamaq istəyən zaman sonuncu avtomobildən düşərək bel nahiyəsindən idman fəndi işlədərək, yəni əlləri ilə tutub başının üzərinə qaldıraraq başı üstə yerə vurmuşdur. Sinayəddin bununla kifayətlənməyib üzərinə çıxaraq əlində olan mobil telefonla baş və sifət nahiyəsinə ard-arda bir neçə dəfə güclü zərbələr endirmiş, zərbənin təsirindən huşunu itirmiş, özünə gələn zaman isə xəstəxanada olduğunu bilmişdir. Hadisə zamanı orada qızı, oğlu və tanımadığı təxminən 20-30 nəfər şəxs olmuş, lakin həmin şəxslərin heç birini tanımamış, Sinayəddin onları döyən zaman məktəbə gəlmiş valideyinlər dayanıb mübahisəyə baxmışlar. Aralarında olan mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. O, oğlu Rəvan və qızı Gülüzar Sinayəddini və orada olan hər hansı bir şəxsi vurmamış və xəsarət də yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisədən sonra Sinayyədin barışmaq istəmiş, lakin o, razı olmamış, hadisə zamanı ətrafda təxminən 20 nəfərə yaxın uşaqlarını məktəbə gətirən adam olmuş, köməyə Elçin müəllim gəlmiş, digər şəxsləri tanımamış, Sinayəddinlə aralarında ədavət olmuş, Elnur Gülzarı döyməmiş, hadisə olan vaxt yanında Gülzar, Rəvan və Aişə olmuş, Sinayəddin onu vuranda uşaqlar maşında olmuş, hadisə təxminən 15-20 dəqiqə davam etmiş, Sinayəddin maşının arxa tərəfindən yaxınlaşmış, Sinayəddindən nə istədiyini soruşmuş, Sinayəddin Gülzarı döyəndə yaxınlaşıb Sinayəddin deyə çağırmış, uşağımdan nə istəyirsən demiş, Sinayəddin maşından çıxıb onu döymüş, Gülzarı döyəndə Elçin olmamış, Sinayəddin onu güləş fəndi ilə yıxmış, yerə yıxdıqdan sonra üzərində oturmuş və vurmağa başlamış, Elçin qışqırığına gəlmiş, onu ölmüş bilib Sinayyədingil qaçmış, Sinayəddin yumruqla və telefonla sifət və başına vurmuş, huşunu itirdikdən sonra Sinayyədin ona bir təpik vurub getmiş, Aişə onların, Ayan isə Sinayyədingilin maşınında olmuş, hadisə uşaqların gözü qarşısında olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 anası, Şahid1 isə qardaşıdır. xx xxxxx 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nakahdan iki övladı olmuşdur. İlk vaxtlar Sinayəddinlə münasibətləri normal olmuş, lakin sonradan aralarında mübahisələri yaranmış, tez-tez mübahisələr etməyə başlamış, bu səbəbdən də onlar məhkəməyə müraciət etmiş və Nizami Rayon Məhkəmsinin qərarı ilə boşanmışlar. Hadisə zamanı övladlarından böyük qızı Ayan Sinayəddinlə, balaca qızı Aişə isə onlarla birlikdə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 07:30 radələrində qardaşı Rəvan və anası Dilarə ilə birlikdə evdən çıxaraq qızı Aişəni Xətai rayonu Vung Tau küçəsi 6A ünvanında yerləşən 249 saylı orta məktəbə aparmışdır. Təxminən saat 07:50 radələrində onlar məktəbin qarşısına çatmış və qardaşı Rəvan idarə etdiyi avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Onların avtomobilinin yaxınlığında digər bir avtomobil dayanmış, qardaşı Rəvan idarə etdiyi avtomobildən düşdükdən sonra Sinayəddin və qızı Ayanın həmin avtomobildən düşərək onlara tərəf gəldiyini görmüşdür. Rəvan dərhal onlara yaxınlaşmış və Ayanı öpmək istəyən zaman sonuncu öpməyinə icazə verməmiş, bu zaman avtomobildən düşərək Sinayəddin və Ayana yaxınlaşmış, Sinayəddin məhəl qoymayaraq onların avtomobilin arxa oturacağına tərəf getmişdir. Qızı Aişə ilə birlikdə avtomobilin arxa oturacağında əyləşmiş, Sinayəddin avtomobilin arxa sol qapısını açmaq istəyən zaman qardaşı Rəvan onun əlindən tutaraq qapını açmasına icazə verməmiş, bu zaman iki nəfər arxadan Rəvanın boğaz nahiyyəsindən tutaraq onu məktəbin daş hasarına doğru çəkmiş və əllərindən tutaraq onun hərəkət etməsinə imkan verməmişlər. Sinayəddin qapını yenidən açmaq istəyən zaman isə qapını içəri tərəfdən tutaraq qapının açılmasına mane olmuş, həmin vaxt qapının qolu sınaraq Sinayəddinin əlində qalmış, sonuncu bundan sonra arxa sağ qapıya tərəf getmiş, həmin qapını açaraq avtomobilə daxil olmuş və avtomobilin içərisində Sinayəddin onu döyməyə başlamışdır. Sinayəddin baş və sinə nahiyəsinə yumruqla bir neçə dəfə zərbələr endirmiş, anası Dilarə Sinayəddini saxlamaq istəyən zaman Sinayəddin avtomobildən düşərək anasının bel nahiyəsindən tutub onu başı üzərinə qaldıraraq yerə vurmuş, sonra Sinayəddin anasının üzərinə çıxaraq əlində olan mobil telefonla onun baş və sifət nahiyəsinə bir neçə dəfə zərbə endirməyə başlamış, zərbənin təsirindən anası huşunu itirmişdir. Bu zaman məktəbin direktorunun müavini Elçin müəllim Sinayəddinə yaxınlaşaraq onu anasından aralamaq istəmiş, Sinayəddin anasının huşunu itirdiyini görüb anasının üzərindən qalxmış və Elçin müəllimin üzərinə şər ataraq, hər yerdə anasını Elçin müəllimin döydüyünü deyəcəyini bildirmişdir. Bundan sonra Sinayəddin qaçaraq avtomobilinə əyləşmiş və hadisə yerinindən uzaqlaşmışdır. Sinayəddin anasını döyən zaman övladı Aişəni qorumaq üçün və avtomobildən düşəcəyi halda Sinayəddin qızı Aişəni aparmasın deyə avtomobildən düşməmişdir. Sinayəddin yumuruqla başından, boynundan və döş qəfəsindən vurmuş, həmin hadisə zamanı orada anası, qardaşı, Elçin müəllim və tanımadığı təxminən 20-30 nəfər şəxs olmuşdur. Sinayəddin onu və anasını döyən zaman məktəbə gəlmiş valideyinlər dayanıb mübahisə baxmış, aralarındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qızı Aişə bütün davanı görmüş, ətrafda məktəbə gələnlər olmuş, lakin ailə münaqişəsi olduğundan heç kim yaxın gəlməmiş, Elnur orada olmuş, onları ayırmamış, Rəvanı tutub saxlamış, həmin məktəbdə yalnız qızı Aişə oxumuş, Elnur ora başqa maşınla gəlmiş, Elçinə kömək etməyi demiş, həmin an Sinayəddin anasının üzərində olmuş, Sinayəddin onu maşında vuranda Elçin görməmiş, Sinayəddinlə arasında mübahisə olmuş, əvvəllər məhkum olunmuş, Elnur onu vurmamış, ilk izahatında həyəcanlı olduğundan elə yazmış, onu döyəndə Elçin olmamış, Rəvanı Elnur və digər şəxslər tutub aparmış, Kənan Sinayəddinin onu döydüyünü görmüş, Sinayəddini özündən kənara itələmiş və qışqırmış, onu döyən zaman Ayan maşında olmuş, uşaqlar hər şeyi görmüş, Sinayəddin boynundan tutmuş, böyrəklərindən yumruqla vurmuş, onu vurmağı 7-8 dəqiqə çəkmiş, anası Sinayəddindən nə istədiyini soruşmuş, anası əlini Sinayəddinə vurmamış, anasını gözünü qarşısında döymüş, anasını Sinayəddin əli və telefonla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 anası, Zərərçəkmiş şəxs2 isə bacısıdır. Xətai rayonu mühafizə idarəsində işləyir və polis serjantı rütbəsindədir. Bacısı Gülzar xx xxxxx 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nakahdan iki övladları olmuşdur. İlk vaxtlar Sinayəddinlə Gülzar normal yaşasalar da, sonradan aralarında mübahisələr yaranmış, ona görə də onlar Nizami Rayon Məhkəmsinin qərarı ilə boşanmışlar. Gülzarın övladlarından böyük qızı Ayan Sinayəddinlə, balaca qızı Aisə isə onlarla birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 07:30 radələrində bacısı Gülzar və anası Dilarə ilə birlikdə evdən çıxaraq Aişəni məktəbə aparmış, Aişə Xətai rayonu Vung Tau küçəsi 6A ünvanında yerləşən 249 saylı tam orta məktəbdə oxumuşdur. Təxminən saat 07:50 radələrində onlar məktəbin qarşısına çatmış, idarə etdiyi avtomobili saxlayaraq avtomobildən düşmüş və idarə etdiyi avtomobilin yaxınlığında digər bir tanımadığı avtomobil dayanmışdır. İdarə etdiyi avtomobildən düşdükdən sonra Sinayəddin və Ayanın həmin avtomobildən düşərək onlara tərəf gəlməsini görmüş, onlara yaxınlaşmış və Ayanı öpmək istəyən zaman sonuncu onu öpməyinə icazə verməmişdir. Bu zaman anası Dilarə avtomobildən düşərək Sinayəddin və Ayana yaxınlaşmış, Sinayəddin anasına məhəl qoymayaraq onların avtomobilin arxa oturacağına tərəf getmişdir. Gülzar və qızı Aişə avtomobilin arxa oturacağında əyləşmiş və Sinayəddin arxa sol qapını açmaq istəyən zaman onun əlindən tutaraq qapını açmasına mane olmuşdur. Bu zaman iki nəfər arxadan boğaz nahiyəsindən tutaraq məktəbin daş hasarına doğru çəkmiş və əllərindən tutaraq tərpənməsinə imkan verməmişlər. Sinayəddin qapını yenidən açmaq istəyən zaman isə bacısı Gülzar qapını içəri tərəfdən bərk tutaraq qapının açılmasına qoymamış və qapının qolu sınaraq Sinayəddinin əlində qalmışdır. Sinayəddin bundan sonra arxa sağ qapıya tərəf getmiş və həmin qapını açaraq avtomobilə daxil olmuşdur. Avtomobilin içərisində Sinayəddin bacısını döyməyə başlamış, bacının baş və sinə nahiyyəsinə yumruqla bir neçə dəfə zərbələr endirmiş, anası Dilarə Sinayəddini saxlamaq istəyən zaman Sinayəddin avtomobildən düşərək anasının bel nahiyəsindən tutub onu başı üzərinə qaldırıb yerə yıxmışdır. Anasının başı yerə dəymiş, bundan sonra Sinayəddin anasının üzərinə çıxaraq əlində olan mobil telefonla onun baş və sifət nahiyəsinə bir neçə dəfə zərbə endirmiş və zərbənin təsirindən anası huşunu itirmişdir. Bu zaman məktəbin direktorunun müavini Elçin müəllim Sinayəddinə yaxınlaşaraq onu anasından aralamaq istəmiş, Sinayəddin anasının huşunu itirdiyini görüb anasının üzərindən qalxmış və Elçin müəllimin üzərinə şər ataraq hər yerdə anasının onun döydüyünü deyəcəyini demişdir. Bundan sonra Sinayəddin qaçaraq avtomobilinə əyləşmiş və hadisə yerinindən uzaqlaşmışdır. Sinayəddinin qardaşı və dostu onu tutduqları üçün baş verən hadisəyə müdaxilə edə bilməmişdir. Sinayəddin idarə etdiyi avtomobilə əyləşdikdən sonra qardaşı Elnur və dostu onu buraxmış, sonra isə oradan qaçıb getmişlər. Sinayəddin ilkin olaraq bacısı Gülzara, sonra isə anasına xəsarət yetirmişdir. Sinayəddin onu vurmamış və xəsarət yetirməmişdir. Həmin hadisə zamanı orada bacısı, anası, Elçin müəllim, Sinayəddinin qardaşı Elnur və tanımadığı təxminən 20-30 nəfər şəxs olmuş, lakin həmin şəxslərin heç birini tanımamışdır. Həmin şəxslər Sinayəddinin dostu olmuş, Sinayəddin anasını və bacısını döyən zaman məktəbə gəlmiş valideyinlər dayanıb onlara baxmışlar. Həmin mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Anasını və bacısını konkret olaraq Sinayəddin vurmuş, başqa heç kim vurmamışdır. O, anası, bacısı Sinayəddini və orada olan hər hansı bir şəxsi vurmamış, həmçinin xəsarət də yetirməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, orada valideynlər və uşaqlar olmuş, təxminən 20-25 nəfər adam olmuş, həmin şəxslər dava zamanı onlara baxmış, Elnurun yanında gələn şəxsləri tanımamış, Ayan hadisəni əvvəldən sona qədər görmüş, Sinayəddin Gülzarı döyəndə təxminən 5 metr aralıda olmuş, Sinayəddinin Gülzarı döydüyünü görmüş, Sinayəddin birinci soldan, sonra sağdan yaxınlaşmış, Gülzarı yumruqla vurmuş, Elnurdan şikayət etməmiş, hadisə təxminən 3 dəqiqə davam etmiş, anası Gülzarı vurmasın deyə Sinayəddini çəkmiş, Sinayəddini çönərək anasını vurmuş, anası yıxılmış, anasının üzərində oturub döyməyə başlamış, anasını yıxmış və üstünə çıxmış, anasını 2-3 metr kənara atmış, Sinayəddinin əlində atasının aldığı telefon olmuş, Elnur onu tutduğundan müdaxilə edə bilməmiş, Sinayəddin anasını güləş fəndi ilə yerə yıxmış, Elçin Sinayəddini anasının üstündən çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, nə Gülzarı, nə də ki, Sinayəddini tanımamış, onların heç biri ilə nə dostluq, nə də ki, düşmənçilik münasibəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə hər gün olduğu kimi 07:30 radələrində yaşadığı ünvandan çıxaraq işə gəlmişdir. Saat təxminən 08:45 radələrində məktəbin arxa hissəsindən zirzəmiyə keçərək məktəbə gələn su sistemini açmaq istəyən zaman, məktəbin həyətindən səs-küy səsləri gəlməsini eşitmişdir. İlk öncə valideyinlərin məktəbin qarşısında dava etdiklərini fikirləşərək onlara yaxınlaşmışdır. Hadisə yerinə yaxınlaşanda bir nəfər qadının yerdə olduğunu, qadının üzərindəki oğlanın onu vurduğunu görmüşdür. Oğlanın əlində telefon da olmuşdur. Digər bir nəfər isə bir oğlanı tutmuş və dəmir barmaqlığa dirəmişdir. Adını sonradan bildiyi Rəvan onu tutmuş şəxsin əlindən çıxmış, bu zaman həmin şəxslər maşına oturaraq oradan uzaqlaşmışlar. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ətrafda 20 nəfərə yaxın adam olmuş, həmin şəxslər davaya tamaşa etmiş, amma ayırmamış, Rəvanı bir nəfər tutmuş, qadının başı yerdə olmuş və üzərində olan adam qadının başına vurmuş, qadını vuran oğlanın tanımamış, həmin şəxs qadının sinəsində oturub vurmuş, digər qadın maşında olmuş, qucağında uşaq olmuş, maşındakı qadının döyülməsini görməmiş, ifadəsini dəyişmək üçün ona təziq və təsir olmamış, qadının üzərindən qalxdıqdan sonra həmin oğlan yıxılmış, qadının yıxılmasını görməmiş, oğlanın sağ əlində telefon olmuş, həmin telefonla qadının başına vuranda görmüş, vurmağı təxminən 2 dəqiqə çəkmiş, hadisənə məktəbin qapısından çıxanda görmüş, məktəbin qapısı ilə hadisə yerinin arası təxminən 2 metr məsafə olmuş, oğlan qadının üzərində oturmuş, onu o, qaldırmış, avtomobilin üçərisində uşaq olmuş, o, gələndə maşında olan uşaq və qadın ağlamış, Rəvanı polis kimi tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, özünə məxsus “Hyundai Elantra” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyətindən əlavə iki valideyinlə əvvəlcədən razılaşmaları əsasında onların övladlarını Xətai rayonu ərazisnində yerləşən 249 saylı tam orta məktəbə səhər saatlarında aparıb, dərs bitdikdən sonra isə yaşadığı ünvana qaytarmışdır. xx.xx.2020-ci il tarixdə hər gün olduğu kimi həmin şagirdləri yaşadıqları ünvandan götürərək Xətai rayonu Vunq Tau küçəsində yerləşən 249 saylı tam orta məktəbə aparmış, təxminən saat 08:45 radələrində orta məktəbin qarşısına çatmış, məktəbin qarşısında şagirdləri avtomobildən düşürdüb məktəbə yol salmış, məktəbin qarşısında mübahisə olduğunu görmüş, maşının içərisində qadın olmuş, digər qadın qışqırmağa başlamışdır. Adını sonradan bildiyi Sinayəddin qadını yerə yıxaraq başından vurmağa başlamışdır. Burunu əməliyyat olduğu üçün hadisəyə müdaxilə etməmişdir. Səsə Elçin müəllim gəlmiş, onları ayırmış, qadının ürəyi getdiyindən həmin şəxslər qaçıb getmişlər. Verilən suallara cavab olaraq X5 bildirmişdir ki, Sinayəddinin maşının içərisində olan qadını vurduğunu da görmüş, müstəntiqin yanında Sinayəddinin qardaşı onların xeyrinə ifadə vermək üçün ona pul təklif etmiş, lakin o, razılaşmamış, poçtdan bir şəxsin onun ünvanını axtardığından ona təziq edilməsi barədə məhkəmyə teleqram ünvanlamış, hadisə 8-ə 15-20 dəqiqə qalmış baş vermiş, o, gələndə hadisə başlamış, Sinayəddin maşının içərisində qadını vurmuş, Sinayəddin maşının arxa qapısından əli ilə qadını vurmuş, maşının sağ və ya sol arxa qapısı olması yadında qalmamış, ətrafda adamlar olmuş, Sinayəddin yaşlı qadını yerə vurmuş, sonra yumruqla başına vurmuş, yaşlı qadının Sinayəddini dartıb-dartmamasını bilməmiş, hadisə yeri ilə arasında təxminən 20-30 metr məsafə olmuş, Elçin müəllim gələndə Sinayəddin yaşlı qadını yerdə döymüş, yaşlı qadının ürəyi getmiş, Sinayəddingil maşına oturub qaçmış, yaşlı xanımın döyülməsi təxminən 2-5 dəqiqə çəkmiş, digər şəxslər oğlanı dəmir barmaqlığa dirəmiş və vurmuş, məktəbdən Elçin müəllim şahid kimi dindirilməsini istəyib-istəməməsini soruşmuş, dindirilməsini istəmiş, Sinayəddini yaşlı qadını yerə vurduqdan sonra vurmuş, Elçin müəllim onları ayırmış, Elçin müəllim Sinayəddini kənara itələməmiş, Sinayəddin yaşlı xanıma iki ya üç zərbə vurmuş, bəzi hadisələr yadından çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Sinayəddin ya axşam, ya da səhər uşağını görməyə gedəcəyini demiş, hər dəfə görüş zamanı mübahisə olduğundan o, da görüş yerinə getməyi düşünmüşdür. Məhlə uşağı Kənandan onun maşınını sürməyi xahiş etmiş, Kənanla birlikdə məktəbin həyətinə getmişdir. Maşını kənarda saxlatdırmış, maşından düşəndə Sinayəddinlə Rəvanın mübahisə etməsini görmüş, Rəvan Sinayəddinə qızı ilə görüşməyə imkan verməmişdir. Rəvanı kənara çəkmiş, atasının uşağı ilə görüşməsinə icazə verməsini demişdir. Arxaya çeviriləndə Dilarənin ayağının ilişərək yıxılmasını görmüş, problem olmasın deyə maşına oturub getmişlər. Verilən suallara cavab olaraq X16 bildirmişdir ki, hər zaman uşaq ilə görüşən zaman problem olmuş, mübahisə olmasın deyə məktəbin həyətinə o, da getmiş, məktəbin həyətinə çatanda Sinayəddin orda olmuş, Rəvan maşının arxa sol tərəfində olmuş, Gülzar uşaqla birlikdə maşında olmuş, Sinayəddinin maşının qapısını açmağa qoymamış, mübahisə bu zaman yaranmış, Rəvanı tək tutub saxlamış, Sinayəddinin Gülzarı vurmasını görməmiş, Sinayəddin maşına girib 2-3 saniyədə çıxmış, Dilarə Sinayəddinin maşına girməsinə mane olmuş, Sinayəddinin yıxılmış, yerdən özü qalxmış, Dilarəni məktəbin işçisi qaldırmış, Sinayəddin heç kimi vurmamış, Sinayəddin qalxan kimi məktəbin işçisi də Dilarəni qaldırmış, 2 il olar ki, Fəxri ilə bir məhəllədə yaşamaqla qonşu olmuş, hadisə yerinə Kənanla gəlmiş, başqa heç kim olmamış, Kənan və Fəxri maşından düşməmiş, Sinayəddinlə Fəxrinin maşını üzbə-üz dayanmış, mübahisə tərəfə hərdən çevrilib baxmış, maşının qapısını Gülzar bağlamış, buna görə Sinayəddin digər tərəfə keçmiş, niyyəti Sinayəddinin övladı ilə görüşməsinə kömək etmək olmuş, Sinayəddinin hadisədən iki gün əvvəl uşağı ilə görüşməsi barədə məlumatı olmamış, Sinayəddin sinəsinə qədər maşının işərisinə girmiş, qırağa dur girmə səsi eşitmiş, maşının içərisini görməmiş, hadisəyə bir nəfər kişi müdaxiə etmiş, Dilarə arxası üstünə yıxılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X22 ifadəsində göstərmişdir ki, Sinayəddinlə qonşudur. Axşam Sinayəddin ona müraciət edərək uşağını məktəbə aparmasını bildirmiş, onunla razılaşmış, səhər 8-ə 10-15 dəqiqə qalmış Sinayəddini qızı ilə birlikdə məktəbə aparmışdır. Avtomobili saxlamış, bu zaman qara rəngli cip maşın gəlib dayanmış, Sinayəddin düşərək qara rəngli cip maşının arxa açıq qapısında kiminləsə söhbət etmişdir. Həmin maşından bir xanım uşaq ilə birlikdə düşmüş, Sinayəddin həmin uşağa tərəf getmiş, bu zaman bir oğlan müdaxilə etmiş, Elnur həmin oğlanı tutaraq kənara çəkmişdir. Sinayəddin və qadın yıxılmış, onların hansı səbəbdən yıxılmasını görəməmiş, məktəbin içərisindən bir nəfər kişi yaxınlaşaraq onları sakitləşdirmişdir. Sonra qara rəngli cipin sürücüsü telefonu çıxarıb çəkərək Sinayəddini söyməyə başlamış, təpiklə maşınının güzgüsünü sındırmış, ona cavab verməyərək uzaqlaşmışlar. Verilən suallara cavab olaraq X22 bildirmişdir ki, ümumiyyətlə maşından düşməmiş, Sinayəddinin digər maşının içərisinə girməsini və maşındakı qadını vurmasını görməmiş, Rəvanı ancaq Elnur saxlamış, avomobiliunin yan güzgüsünü Rəvan sındırmış, 2019-cu ildən Sinayəddinlə qonşu olmuş, Sinayəddinin maşını xarab olduğundan onun maşını getməsini xahiş etmiş, hadisəni tam görməmiş, maşında oturub telefona baxdığından hərdən başını qaldırıb baxmış, Sinayəddin bir xanımla söhbət etmiş, həmin xanım uşağı arxasına çəkmiş, Elnurun ora gəlməsindən xəbəri olmamış, iki nəfər yıxılmış, yıxılanın biri qadın digəri Sinayəddin olmuş, ailə münaqişəsi olduğundan münaqişəyə müdaxilə etmək istəməmiş, Sinayəddinin yerdən qalxmağını görməmiş, ancaq ayaqlar görmüş, Sinayəddinin digər maşına daxil olmasını görməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxx 2007-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı övladı olmuşdur. Övladlarından Ayan Nəzirova 2008-ci ildə, digər övladı Aişə Nəzirova isə 2013-cü ildə doğulmuşlar. Evliliyin ilk illərində Gülzarla münasibətləri normal olmuş, lakin sonradan aralarında mübahisələr yaranmışdır. Belə ki, arvadı Gülzar xx.xx.2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, aralarında mübahisələrin yaranmasına səbəb də Gülzarın məhkum edilməsi olmuşdur. Gülzar məhkum olunana qədər baş verənlərdən xəbəri olmamış, qardaşı Elnur Gülzarın məhkum olunması barədə araşdırıb məlumat verdikdə, bu barədə sonuncuya heç nə demədən və onunla mübahisə etmədən ondan boşanmağa qərar vermişdir. xx xxxxxx 2019-cu il tarixdə qardaşı Elnur Aişəni anası Gülzarın yanına görüşdürmək üçün aparmış, Gülzar isə Aişəni götürərək evin qapısını bağlayaraq guya Elnur onları narahat etdiyi üçün DİN-in 102-xidmətinə məlumat vermişdir. Buna görə də Aişə Gülzar birlikdə qalmışdır. Bundan sonra Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən onlar rəsmi olaraq boşanmış və hər iki uşaq anası Gülzara verilmişdir. Nizami Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və xx.xx.2020-ci il tarixli Bakı Aplleyasiya Məhkəməsinin qətnaməsinə əsasən Nizami Rayon Məhkəmsinin qətnaməsi ləğv edilərək hər iki uşaq anasından alınaraq onun himayəsinə verilmiş, Ali Məhkəmənin qərarı ilə Bakı Aplleyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə çıxmasına baxmayaraq Gülzar qızı Aişəni verməmişdir. Aişəni görmək üçün sonuncunun təhsil aldığı orta məktəbə getmək qərarına gəlmişdir. Aişə 249 saylı tam orta məktəbin birinci sinifində təhsil almışdır. xx xxxxxx 2020ci il tarixdə saat 08 radələrində yaşadığı evdən qızı Ayanla birlikdə çıxmış, avtomobil xarab olduğu üçün tanışı Fəxridən idarə etdiyi avtomobil ilə onları 249 saylı orta məktəbə aparmasını xahiş etmiş, Fəxri də razılaşaraq həmin məktəbin qarşısına gətirmiş və orada bir qədər gözlədikdən sonra təxminən saat 07:45 rədələrində qaynı Rəvanın idarə etdiyi avtomobil məktəbin qarşısında dayanmışdır. Rəvanın avtomobili ilə onların avtomobili arasında 5-6 metr məsafə olmuşdur. Rəvanın avtomobilində qaynı Rəvan, həyat yoldaşı Gülzar, qızı Aişə və Gülzarın anası Dilarə olmuşdur. Fəxrinin idarə etdiyi avtomobildən qızı ilə birlikdə düşərək Rəvanın idarə etdiyi avtomobilə yaxınlaşmış, avtomobilə yaxınlaşdıqda niyyəti həm Aişəni görmək, həm də Ayanı bacısı Aişə ilə görüşdürmək olmuşdur. Rəvan onu gördükdən sonra səs-küy salmağa başlamış, sonra Rəvanın idarə etdiyi avtomobilə yaxınlaşmış və arxa sol qapını açmaq istəyən zaman Rəvan qapını açmağa icəzə verməmişdir. Rəvan qapını örtən zaman qapının qolu sınaraq əlində qalmış, bu zaman yaxınlıqda qardaşı Elnuru görmüş, Elnur onlara yaxınlaşaraq o, övladı ilə rahat görüşsün deyə Rəvanı sakitləşdirmək üçün kənara aparmışdır. Bundan sonra avtomobilin arxa sağ tərəfinə yaxınlaşmış və oradan avtomobilin arxa qapısını açmışdır. Övladı ilə görüşmək istəyən zaman Gülzar övladı ilə görüşməyə icazə verməmiş, Gülzarın anası Dilarə yaxınlaşaraq onu sağ çiynindən dartmış, arxaya yıxılmış, Dilarə arxasında olduğundan o da yıxılmışdır. Ayağa qalxıb maşına yaxınlaşmış, Gülzara qızı ilə görüşməyə imkan verməsini demiş, Dilarə aralarına girərək onu tutduracağını demişdir. Artıq səs-küyün yarandığını görən qardaşı Elnur yaxınlaşaraq oradan gətməyi və başqa vaxt Aişə ilə görüşməyi demişdir. Qardaşı ilə razılaşmış və gəldiyi avtomobil ilə oradan qızı Ayanla uzaqlaşdığı vaxt Rəvan təpiklə avtomobilin güzgüsünü sındırmışdır. Bütün bunların nəzərə alınmasını və ona bəraət verilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç kimi vurmamış, zərərçəkmiş şəxslərdə olan xəsarətlərin necə yetirilməsi şübhəli olmuş, hadisədən bir neçə gün əvvəl qızı Aişə ilə görüşmüş, məktəbin həyətinə çatdıqdan 5 dəqiqə sonra zərərçəkmiş şəxslər gəlmiş, məktəbə uşaqları görüşdürmək üçün getmiş, qardaşı Elnur dava-dalaş olmaması üçün gəlmiş, Elnur dostu ilə gəlmiş, başqa heç kim olmamış, heç kimə hücm etməmiş, Rəvan səs-küy saldığından Elnur onu kənara çəkmiş, ətrafda 10-15 nəfər adam olmuş, heç kim müdaxilə etməmiş, Rəvana və anası Dilarəyə uşaqların görüşməsini demiş, Gülzar maşında olduğundan eşitməmiş, buna görə maşına yaxınlaşıb Gülzara uşaqları görüşdürməyi demək istəmiş, Gülzar və Dilarə kömək edin deyə qışqırmış, Elçin müəllim onu itələmiş, Elşadı orada görməmiş, onun və Dilarənin ayağa durmasına heç kim kömək etməmiş, Dilarə yıxılmağı ilə bu xəsarəti almamış, maşına girib Gülzarı vurmamış, 10-15 saniyə Gülzara uşaqları görüşdürməyi demiş, zərərçəkmiş şəxslərin onunla ədavəti olmuş, zərərçəkmiş şəxslər xəsarəti neçə aldığını bilməmiş, Elnur sadəcə onları sakitləşdirmiş, hadisə təxminən 3 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protkoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə ünvan 2 saylı ünvanda yerləşən 249 saylı tam orta məktəbin qarşısında baş vermişdir və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 27-31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 Publik Hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli 96 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - başın sağ ənsə nahiyəsində hematoma, boyun nahiyəsinin sol və sağ yan səthləri, döş qəfəsinin ön səthi nahiyələrində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, başın sağ ənsə nahiyəsindəki hematoma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qançırlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir (i.v. 32-33); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 Publik Hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli 97 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - baş beynin yüngül dərəcəli əzilməsi ilə qeyd olunan qapalı kəllə-beyin travması, başın ənsə təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, başın sağ ənsə-təpə nahiyəsində hematoma və ənsə tikişinə keçən sağdan xətti sınığının xarici sümük səhvəsi hüdudunda məhdudlaşmasına uyğun çatı və sol bazu nahiyəsində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, baş beynin yüngül dərəcəli əzilməsi ilə qeyd olunana qapalı kəllə-beyin travması, başın ənsə-təpə nahiyəsinin yumşaq toxumlarının əziyi, başın sağ ənsə-təpə nahiyəsində hematoma və ənsə tikişinə keçən sağdan xətti sınığının xarici sümük səhvəsi hüdudunda məhdudlaşmasına uyğun çatı dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər, sol bazu nahiyəsində qançır isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməmişdir (i.v. 34-36); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 43); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 56); Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1721/2020 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi uşaqların kimin yanında qalması və aliment tutlması hissəsində ləğv edilmiş, həmin hissədəd ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yaşamaq üçün Təqsirləndirilən şəxs yanında saxlanılmış, xx.xx.2013-cü il təvəllüdlü X2 Gülzar Cavanşir qızından alınaraq atası Təqsirləndirilən şəxs himayəsinə verilmişdir (i.v. 86-93); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-359/2019 saylı hökmündən görünür ki, Zərərçəkmiş şəxs2 CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmış, cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir (i.v. 103-109); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 Publik Hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli, T101/2020 saylı canlı şəxsin ekspertizasının ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər baş beynin yüngül dərəcəli əzilməsi ilə qeyd olunan qapalı kəllə-beyin travması, başın ənsə təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, başın sağ ənsə-təpə nahiyəsində hematoma və ənsə tikişinə keçən sağdan xətti sınığının xarici sümük səhvəsi hüdudunda məhdudlaşmasına uyğun çatı və sol bazu nahiyəsində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, baş beynin yüngül dərəcəli əzilməsi ilə qeyd olunana qapalı kəllə-beyin travması, başın ənsə-təpə nahiyəsinin yumşaq toxumlarının əziyi, başın sağ ənsə-təpə nahiyəsində hematoma və ənsə tikişinə keçən sağdan xətti sınığının xarici sümük səhvəsi hüdudunda məhdudlaşmasına uyğun çatı dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər, sol bazu nahiyəsində qançır isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xüsusiyyətləri və yerləşmə nahiyələri onların şəxsin öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində əmələ gələ bilməsini inkar edir (i.v. 137-139); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 145); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin üləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (i.v. 145-148); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (i.v. 153-156); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, CM-nin 127.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işinin materialları CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir (i.v. 162-163); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutlmuş ittiham ona elan edilmişdir (i.v. 168); qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 189-191); sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli CM-nin 127.2.3 və 221.2.2-ci maddələrindən həmin məcəllənin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yarandığı üçün həmin ittiham dəyişdirilməklə sonuncuya CM-nin 127.2.2, 127.2.3 və 221.2.2-ci madəlləri ilə yeni məzmunda ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1, Şahid2, X16, X17, X5 və X22 oğlunun barəsində CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs təqsirləndirilən zaman dindirilən zaman ifadəsində xx xxxxxx 2020-ci il tarixdə qeyd edilən ünvanda yerləşən məktəbin qarşında X6 və onun anası Zərərçəkmiş şəxs1 vurmadığını, döymədiyini və həmin şəxslərə xəsarət yetirmədiyini göstərməsi məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə kimi qiymətləndirilmiş, cinayət hadiəsinin baş verdiyi ünvan Vunq Tau küçəsi 14 kimi oxunulmuş, X1 Nəzirova kimi oxunulmuş, zərərçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə baxış, üzləşdirmə protokolları və ekspertiza rəyi iş üzrə sübut növü kimi qəbul olunmuşdur (i.v. 193-207); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutlmuş ittiham ona elan edilmişdir (i.v. 209-210). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır, müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Nəzirov X4 məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxslərin ifadələri şahidlər X5 və Şahid2 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Şahidlərdən X11 təqsirləndirilən şəxsin qardaşı, X13 isə təqsirləndirilən şəxsin qonşusu və dostu olması onların ifadələrinin inandırıcılığına təsir edir. Məhkəmə nəzərə alır ki, şahidlərdən X5 və Şahid2 tərəfərlə qohumluq və dosluq münasibətləri olmayaraq hadisə yerində təsadüfü olan şəxslərdir və iş üzrə hər hansı maraqları yoxdur. Ona görə də onları ifadəsi digər şahidlərin ifadəsindən daha mötəbər və etibarlı sayılmalıdır. Şahid2 ifadəsində ətrafda 20 nəfərə yaxın adam olduğunu, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 sinəsində oturduğunu və əli ilə onun başına vurduğunu, maşında olan uşaq və qadının ağladığını bildirmişdir. Həmçinin, şahid X5 ifadəsində Sinayəddinin maşının içərisində olan qadını - Zərərçəkmiş şəxs2 əli ilə vurduğunu gördüyünü, yaşlı qadını (Zərərçəkmiş şəxs1) yerə vurduğunu, sonra yumruqla başına vurduğunu bildirmişdir. Ekspert rəyindən görünür ki, xəsarətlərin xüsusiyyətləri və yerləşmə nahiyələri onların şəxsin öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində əmələ gələ bilməsini inkar edir. Məhkəmə, nəzərə alır ki, mübahisə şəxsi münasibətlər zəminində başlanılmış olsa belə təqsirləndirilən şəxsin hərəkətləri sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevirildiyindən onun əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi qanuni olmuşdur. Belə ki, hadisə ictimai yerdə - məktəbin qarşısında baş vermiş, ictimai qayda kobud sürətdə pozulmuş, cəmiyyətə açıqca hörmətsizllik ifadə edilmiş, şəxslərin üzərində zor tətbiq olunmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 hadisə zamanı münaqişə tərəfi olmamış, sonuncu ifadəsində də, niyyətinin qızının döyülməməsi üçün Təqsirləndirilən şəxs sakitləşdirmək olduğunu bildirmiş, yəni Zərərçəkmiş şəxs1 ictimai qaydanın pozulmasının qarşısını almaq istəmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 az ağır xəsarət yetirmiş, bu səbəbdən onun əməlinin CM-nin 221.2.2 və 127.2.3-cü maddəsi ilə tövsif edilməsi qanuni olmuşdur. Həmçinin, hadisənin Zərərçəkmiş şəxs1 azyaşlı nəvələrinin gözünün qarşısında baş verməsi mübahisə doğurmayan haldır. Belə olan halda, təqsirləndirilən şəxsin əməlinin CM-nin 127.2.2-ci maddəsi ilə də tövsif edilməsi qanuni olmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 №-li qərarının 5-ci bəndində qeyd edilir ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hərhansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır.Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Həmin qərarın 7-ci bəndinə əsasən hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatıvə sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulmasının digər şəxs tərəfindən öz təşəbbüsü ilə qarşısının alınması, təqsirkara qarşı zor tətbiq edilməsi daxil olmaqla, xuliqanlığa son qoyulmasına yönələn qanuni fəal hərəkətlərdə ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 127.2.2, 127.2.3-cü maddəsinə əsasən xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2.2-ci maddəsinə əsasən eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Nəzirov X4 Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 127.2.2, 127.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-223/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-223/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver