Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-223/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 18 dekabr 2020-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yolxumasına baxmayaraq 23 dekabr 2020ci il tarixdə saat 16 radələrində yaşayış yerini tərk edib, yəni ünvan 2 ünvanda vətəndaşların intensiv hərəkət etdiyi küçələrdə piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, AFFA»-da futbol hakimi kimi işləyir. Bununla yanaşı mütəmadi idmanla məşğul olur, lakin buna baxmayaraq dəqiq yadında olmayan təxminən dekabr ayının ikinci on günlüyünündən əvvəl bir az özünü pis hiss etdiyi üçün yəni hərarəti olduğundan hər ehtimala qarşı düşünmüşdür ki, onda koronavirus xəstəsi olub-olmamağı barədə yoxlansın. 17.12.2020-ci il tarixdə Əhmədli qəsəbəsində yerləşən «Turan» Klinikasına yaxınlaşmış və “Covid-19” testi verərək evə qayıtmışdır. Bir gün sonra, yəni 18.12.2020-ci il tarixdə məlumat vermişlər ki, Covid testinin cavabı pozitivdir. Həmin gündən o, evdə olaraq dərmanlarını qəbul etmiş və müalicə olunmuşdur. Testinin pozitiv çıxmasına baxmayaraq o, 3-4 gündən sonra artıq özünü normal hiss etmiş və xəstəliklə bağlı onda heç bir simptomlar olmamışdır. 23 dekabr 2020-ci il tarixdə günortadan sonra hava yaxşı olduğundan, habelə bir az beli ağrıdığı üçün düşünmüşdür ki, artıq özünü yaxşı hiss etdiyindən bir az təmiz hava qəbul etsin. Bu səbəbdən evdən çıxmışdır ki, evlərinin yaxınlığda bir neçə dəqiqə gəzsin. Lakin bir az keçmiş 36-cı Polis Bölməsindən polis əməkdaşı ona yaxınlaşaraq evi niyə tərk etdiyini irad bildirmişlər. Onu da bildirmişdir ki, bu gün evdən çıxdıqdan sonra heç kimlə ünsiyyətdə olmamış və hər hansı bir obyekt, yəni qapalı məkana girməmiş və evdən çıxan zaman üzündə maska olmuşdur. Daha sonra ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən DİO-da, hal-hazırda işlədiyi vəzifədə isə 2019-cu ildən işləyir. 23 dekabr 2020-ci il tarixdə saat 16:50 radələrində xidmətdə olarkən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 19 ünvanda 1 nəfər şəxsin aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda yaşadığı ünvanı tərk edərək karantin rejimlərini pozmaqla korona virus pandemiyasının yayılması üçün real təhlükə yaratması barədə məlumat daxil olmuşdur. O və iş yoldaşı Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili X4 ilə birgə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 19 ünvanına yollanmışdır. ünvan 3vanda bir nəfər şəxsin aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda vətəndaşlarla ünsiyyətdə olduğunu aşkar etmişlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsi Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bölmədə Təqsirləndirilən şəxs və onunla birgə eyni evdə yaşayan şəxslər barəsində 18.12.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan müddət ərzində “Covid-19” ilə bağlı evdə özünütəcrid qaydaları müəyyən edilsə də Təqsirləndirilən şəxs həmin özünütəcrid qaydalarına riayət etməyərək 18.12.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan müddət ərzində, yəni 23.12.2020-ci il tarixdə yaşadığı Xətai rayonu, Cavanşir küçəsi ev 19 mənzil 78 ünvanını tərk edərək yaşadığı məhəllədə gəzişmişdir. Məhkəmə iclasında şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21.01.2021-ci il tarixli 29/KEŞ nömrəli rəyində göstərilmişdir ki, 18.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs də müayinənin nəticəsinin pozitiv (norma neqativ) olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Covid-19 virusunun daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Covid-19 virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən alınmış 12.02.2021-ci il tarixli 10/122 nömrəli sorğuya cavab məktubundan görünür ki, Nazirlər Kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 8.1-ci bəndinə əsasən yoluxma faktı təsdiq olunmuş şəxslərin yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması qərarı qəbul olunmuşdur. X2 və X3 və Profilaktikası Mərkəzinin tövsiyələrinə əsasən xəstəliyin ağırlıq səviyyəsi yüksək olan şəxslər 10 gündən artıq müddətdə virus ifraz edə bilərlər. Bununla bağlı, təcrid müddəti və ehtiyat tədbirləri 21 günədək uzadıla bilər. COVİD-19 virus infeksiyasına yoluxmuş və heç bir simptomu olmayan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcridolunma müddəti Nazirlər Kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 9.3-cü bəndinə əsasən ən azı 7 (yeddi) gündən sonra 24 saat intervalla 2 (iki) ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda bitə bilər. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını, 23 dekabr 2020-ci il tarixdə saat 16:50 radələrində yaşadığı ünvan 5 ünvanında olan zaman bir qədər sıxıldığı üçün hava almaq məqsədi ilə yaşadığı evin qarşı hissəsindən keçən küçəyə çıxıb təxminən bir neçə dəqiqə küçədə yaşadığı evin həyət darvazasından təxminən 100 metr boyunca gəzdiyini, küçəyə çıxan zaman təhlükəsizlik məqsədi ilə maskadan istifadə etdiyini, həmçinin küçədə olan zaman orada heç kimlə əlaqə saxlayıb görüşmədiyini bildirmişdir. İş materiallarında olan 16 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baş İnformasiya-Kommunikasiya İdarəsindən Təqsirləndirilən şəxs oğlunun istifadəsində olmuş ***-***-**-** saylı «Azercell» və ***-***-**-** “xxxx” MMC-yə məxsus kart nömrəsinin 18.12.2020-ci il tarixdən 02.01.2021-ci il tarixədək olan müddət ərzində anten dairəsinə əsasən onun yaşayış yerini tərk etməsi aşkar edilmişdir. İş materiallarında olan 17 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iki ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 16 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Xətai 20” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 06.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün, şahidlər ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş iki ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş iki ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-223/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-223/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver