Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-223/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçiməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 05 fevral 2022-ci il tarixdə saat 05:38-də ünvan 2 ünvanında yerləşən “Şuşa” adlı marketin qarşısına gəldikdən sonra, özü ilə gətirdiyi vint açan alətdən istifadə etməklə marketin plastik materialdan olan nəfəsliyini açıb, binaya qanunsuz daxil olaraq oradan saxlanc yeri olan kassadan Zərərçəkmiş şəxs məxsus 17 manat nağd pulu, 5 manat 70 qəpik məbləğində xırda pulu, vitrinlərdə olan ümumi dəyəri 434 manat 60 qəpik olan 106 ədəd “Sobranie” markalı, ümumi dəyəri 88 manat 80 qəpik olan 37 ədəd “Klassik” markalı, ümumi dəyəri 262 manat 20 qəpik olan 69 ədəd “Kent” markalı, ümumi dəyəri 143 manat 10 qəpik olan 53 ədəd “Vinçestr” markalı, ümumi dəyəri 132 manat 30 qəpik olan 49 ədəd “Rothmons” markalı, ümumi dəyəri 80 manat 50 qəpik olan 35 ədəd “Want” markalı, ümumi dəyəri 107 manat 80 qəpik olan 49 ədəd “Maqna” markalı, ümumi dəyəri 37 manat 50 qəpik olan 15 ədəd “West” markalı, ümumi dəyəri 42 manat olan 20 ədəd “Prima” markalı, ümumi dəyəri 175 manat 50 qəpik olan 65 ədəd “Palmall” markalı, ümumi dəyəri 244 manat 80 qəpik olan 68 ədəd “Vinston” markalı, ümumi dəyəri 189 manat 10 qəpik olan 61 ədəd “LD” markalı siqaret məmulatlarını, vitrində olan ümumi dəyəri 11 manat 20 qəpik olan 07 ədəd böyük “Snikers” markalı, ümumi dəyəri 13 manat olan 13 ədəd balaca “Snikers” markalı şokoladı, ümumi dəyəri 23 manat 40 qəpik olan 13 ədəd pletka şokoladları və ümumi dəyəri 64 manat olan 8 ədəd ətirləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2072 manat 50 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birgə həmin ünvanda yaşayır. Himayəsində iki azyaşlı övladı vardır. Son zamanlar işləmədiyi üçün ailəsinin təlabatlarını ödəyə bilməmiş və həyat yoldaşının dərmanlarını ala bilməmişdir. 04 fevral 2022-ci il tarixdə vacib olaraq dərman almaq məcburiyyətində qalmış və dərmanları almaq üçün maddi imkanı olmamışdır. O da maddi imkanı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. 05 fevral 2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evi tərk etmiş və Xətai rayonu “Əhmədli” qəsəbəsi istiqamətinə getmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsindən keçən zaman orada Şuşa adlı marketi görmüşdür və həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. O, “Şuşa” adlı marketin ətrafına baxış keçirən zaman marketin nəfəsliyinin alt hissəsində taxta materialdan ibarət termonun olduğunu görmüşdür. Həmin termonun üzərinə çıxaraq özü ilə gətirdiyi vintaçan ilə nəfəsliyi açmışdır. Nəfəsliyi açdıqdan sonra həmin nəfəslikdən marketin içərisinə daxil olmuşdur. Marketin içərisinə daxil olduqdan sonra ilk öncə kassaya yaxınlaşmışdır. Həmin kassadan qəpik pulları və kağız pulları götürərək cibinə qoymuşdur. Bundan sonra marketin qapısının solunda kassanın yanında olan siqaret vitrinindən sayını dəqiq olaraq xatırlamadığı müxtəlif adlı siqaret məmulatlarını götürərək özü ilə gətirdiyi sellofanlara yığmışdır. Bundan sonra 02 ədəd “Snikers” adlı şkoladı və sayını xatırlamadığı bir neçə ətiri də götürərək özü ilə götürdüyü sellofanın içərisinə qoymuşdur. Bundan sonra o, həmin marketi tərk etməyi qərara almışdır. O, marketi tərk etmək məqsədi ilə nəfəslikdən çıxmaq üçün marketin içərisində olan nərdivanı nəfəsliyin yanına gətirmişdir. Bundan sonra nərdivana çıxaraq ilk öncə içərisində siqaretlər olan sellofanı nəfəslikdən çölə atmışdır. Bundan sonra özü də həmin nəfəslikdən çölə çıxaraq marketi tərk etmişdir. O, içərisində siqaret olan sellofanı gizlətmiş və oradan da yaşadığı evə getmişdir. Səhər saatlarında yaşadığı evi tərk etmiş və Telnov küçəsinə getmişdir. O, oradan da siqareti götürmüş və həmin siqaretləri satmaq üçün Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığına getmişdir. Orada o, oğurluq yolu ilə əldə etdiyi siqaret məmulatlarını və ətirləri tanımadığı şəxslərə dəyərindən ucuz qiymətə satmışdır. O, siqaretlərin və ətirlərin qarşılığında təxminən 300- 350 manat dəyərində pul əldə etmiş və həmin pullara dərman almışdır. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır və ailəsi ilə birgə yaşayır. 2020-ci il tarixdən etibarən ünvan 2 ünvanda yerləşən “Şuşa” adlı marketi icarə əsasında işlədir. Mağaza təxminən 50 kv/m ölçülü olmaqla mağazada müxtəlif ərzaq məhsulları və digər gündəlik tələbat malları satılır. Hər gün saat 09 radələrində marketə gəlib marketin giriş qapısının kilidini özündə olan açarlar vasitəsi ilə açaraq fəaliyyətə başlayır, müştərilərin gediş-gəlişlərindən asılı olaraq saat 24 radələrində marketi bağlayır. Həmişə olduğu kimi 04 fevral 2022-ci il tarixdə saat 09 radələrində marketə gələrək, fəaliyyətə başlamışdır. Gün ərzində normal iş fəaliyyətini davam etdirib, saat təxminən 23:30 radələrində marketi bağlayaraq yaşadığı evə getmişdir. Həmin gün ərzində hər hansı şübhəli şəxs marketə gəlməmiş və ya hər hansı şəxsin şübhəli davranışı diqqətini cəlb etməmişdir. Buna baxmayaraq 05 fevral 2022-ci il tarixdə səhər saat 09 radələrində marketə gəlib, marketin giriş qapısını açıb marketə daxil olduqda marketdən oğurluq edildiyini görmüşdür. O, dərhal 102 xidmətinə zəng edərək həmin oğurluq hadisəsi barədə məlumat vermişdir və hadisə yerinə polis əməkdaşlarının gəlməsini xahiş etmişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə marketdə əşyalara nəzər saldığı zaman, marketdə olan kassadan ona məxsus 17 manat məbləğində pulun, 5 manat 70 qəpik məbləğində xırda pulun, vitrinlərdə olan ümumi dəyəri 434 manat 60 qəpik olan 106 ədəd “Sobranie” markalı, ümumi dəyəri 88 manat 80 qəpik olan 37 ədəd “Klassik” markalı, ümumi dəyəri 262 manat 20 qəpik olan 69 ədəd “Kent” markalı, ümumi dəyəri 143 manat 10 qəpik olan 53 ədəd “Vinçestr” markalı, ümumi dəyəri 132 manat 30 qəpik olan 49 ədəd “Rothmons” markalı, ümumi dəyəri 80 manat 50 qəpik olan 35 ədəd “Want” markalı, ümumi dəyəri 107 manat 80 qəpik olan 49 ədəd “Maqna” markalı, ümumi dəyəri 37 manat 50 qəpik olan 15 ədəd “West” markalı, ümumi dəyəri 42 manat olan 20 ədəd “Prima” markalı, ümumi dəyəri 175 manat 50 qəpik olan 65 ədəd “Palmall” markalı, ümumi dəyəri 244 manat 80 qəpik olan 68 ədəd “Vinston” markalı, ümumi dəyəri 189 manat 10 qəpik olan 61 ədəd “LD” markalı siqaret məmulatlarının, vitrində olan ümumi dəyəri 11 manat 20 qəpik olan 07 ədəd böyük “Snikers” markalı, ümumi dəyəri 13 manat olan balaca “Snikers markalı şokoladın, ümumi dəyəri 23 manat 40 qəpik olan pletka şokolatların və ümumi dəyəri 64 manat olan 8 ədəd ətirlərin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Ona məxsus olan marketdən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2072 manat 50 qəpik ziyan dəymişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Şuşa” marketə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 11-17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); şübhəli şəxsin tutulması haqqında 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 37-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11.02.2022-ci il tarixli 011-1615-1222 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən “Şuşa” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və CD-R diskə köçürülmüş əl izləri KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1993-cü il tarixdə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir (i.v. 47-48); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 49-50); ifadənin yerində yoxlanılması haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin təfərruatlarını yerində göstərərək bir daha törətdiyi əməli təsdiq etmiş və fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 61-66); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-76/2022 saylı 12.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 76-80); 85 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 82); 2 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 250401 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 və Təqsirləndirilən şəxs arasında 27 yanvar 2018-ci il tarixdə nikah bağlanmış və 174 nömrəli akt ilə qeyd edilmişdir (i.v. 83); 2 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 092755 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03.03.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 84); 6 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 726502 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03.03.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 94-96); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-27/2022 saylı 17.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür (i.v. 106-109); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15.03.2022-ci il tarixli 22/230R saylı ekspert rəyindən görünür ki, 05.02.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Şuşa” adlı marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 11 ədəd şəffaf yapışqan lent kəsikləri və 03 ədəd daktoplyonka üzərlərində olan əl izlərindən 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi KTİ-nin ADİS-nin məlumat bankında şəxslərin əlbarmaq və ovuc əksləri ilə eynilik müəyyəm edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd CD-R diskə (jpg) formatında köçürülmüş ümumi və xüsusi əlamətləri kifayət qədər aydın əks olunduğundan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı hesab edilən 01 ədəd əl-barmaq izi xx.xx.1993-cü il tarixdə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir (i.v. 110-119); diskə baxış keçirilməsi haqqında 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd CD-R formatlı diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, 05.02.2022-ci il tarixdə 05:38-də ünvan 2 ünvanında yerləşən “Şuşa” marketə 1 nəfər kişi cinsindən olan papaqlı gödəkçə geyinmiş şəxs marketin nəfəsliyindən daxil olur, sonra marketin sol küncündə olan kassanın yanına gəlir, ardınca kassada olan pulu oğurlayır, bundan sonra kassanın yanındakı sellofanlardan götürərək siqaret məhsullarını sellofana dolduraraq oğurluq edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını bildirmişdir (i.v. 127); sübutların qiymətləndirilməsi haqqında 18 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış və diskə baxış protokolları, fotocədvəllər, ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, 02 ədəd “CD-R” formatlı disklər və 01 ədəd zərfdə əl-barmaq izləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 128-131). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı “CD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, 05.02.2022-ci il tarixdə 05:38-də ünvan 2 ünvanında yerləşən “Şuşa” marketə 1 nəfər kişi cinsindən olan papaqlı gödəkçə geyinmiş şəxs marketin nəfəsliyindən daxil olur, sonra marketin sol küncündə olan kassanın yanına gəlir, ardınca kassada olan pulu oğurlayır, bundan sonra kassanın yanındakı sellofanlardan götürərək siqaret məhsullarını sellofana dolduraraq oğurluq edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli qərarına əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən götürüldüyündən, CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir və CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 10 fevral 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “CD-R” diskin və 01 ədəd zərfdə əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 02 ədəd “CD-R” diskin və 01 ədəd zərfdə əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-223/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-223/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver