Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-224/2025 26.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1992-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 13 dekabr 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 47 B ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus "Hyundai i20" markalı **- YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ qapısı ilə baqaj qapısının şüşələrini sındıraraq salondan pozulmamış halda "xxxx" ASC tərəfindən dövriyyə buraxılmış pozqazan lotereya biletlərinin satışını həyata keçirən rəsmi diller "xxxx" MMC-nin satış təmsilçisi olaraq təhvil-təslim aktı ilə lotereya biletləri təhvil verilmiş məhsul şəxs Zərərçəkmiş şəxs məxsus hər biri 1 manat dəyərində olan 400 ədəd “Qızıl” uduş biletləri cəmi 400 manat, hər biri 2 manat dəyərində olan 400 ədəd "Bombardir” uduş biletləri cəmi 800 manat, hər biri 3 manat dəyərində olan 200 ədəd “Qızıl Ekstra" uduş biletləri cəmi 600 manat, hər biri 3 manat dəyərində olan 400 ədəd "Yeni il" uduş biletləri cəmi 1200 manat, hər biri 5 manat dəyərində olan 400 ədəd "5 X" uduş biletləri cəmi 2000 manat, hər biri 5 manat dəyərində olan 320 ədəd “Dan Ulduzu" uduş biletləri cəmi 1600 manat, hər biri 5 manat dəyərində olan 240 ədəd “Göz Muncuğu" uduş biletləri cəmi 1200 manat, hər biri 10 manat dəyərində olan 80 ədəd "Prestij” uduş biletləri cəmi 800 manat, hər biri 2 manat dəyərində olan 100 ədəd “Uğurlu 7" uduş biletləri cəmi 200 manat və pozulmuş halda 1 manatlıq 30 ədəd uduşlu "Qızıl" loteriyası cəmi 301 manat dəyərində, pozulmuş halda 2 manatlıq 9 ədəd uduşlu "Bombardir” loteriyası və pozulmuş halda 3 manatlıq 24 ədəd uduşlu "Yeni il” loteriyası cəmi 137 manat, pozulmuş halda 2 manatlıq 5 ədəd uduşlu “Uğurlu 7” loteriyası və pozulmuş halda 1 manatlıq 38 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 268 manat, pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7” loteriyası və pozulmuş halda 1 manatlıq 44 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 351 manat, pozulmuş halda 1 manatlıq 43 ədəd uduşlu "Qızıl” loteriyası, pozulmuş halda 2 manatlıq 24 ədəd uduşlu "Bombardir” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası cəmi 464 manat, pozulmuş halda 2 manatlıq 22 ədəd uduşlu "Bombardir” loteriyası, pozulmuş halda1 manatlıq 80 ədəd uduşlu "Qızıl” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7” loteriyası cəmi 268 manat, həmçinin 200 manat dəyərində olan "Chloe” markalı qadın ətri və müxtəlif əskinaslarda olan cəmi 83 manat pulu oğurlayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ümumilikdə 10.872 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahid ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, tanıdığı və dostu olan Şahid3 12 dekabr 2024-cü il tarixdə zəng edib uşağı üçün uşaq yeməyi almasını və onun yaşadığı ünvana gətirməsini bildirmiş və oda alıb gətirəcəyi bildirmişdir. Şahid3 uşaq yeməyini alıb onun yaşadığı ünvana gəlmiş və axşam 21-22 radələrində təxminən yarım saat gəlib onlarda qalmış və sonra o evinə qayıtmaq istəyəndə Cəlilə bildirmişdir ki, "getməsin Mirəli ilə taksi çağırıb Bakıya gedirlər və maşında boş yer olmasını, mahnıya qulac asa-asa getməyi təklif etmişdir. Ondan Bakıya niyə getməyini soruşmuş, ona xalası oğlunun yanına dəyib qayıdacağını bildirmişdir. Şahid3 onunla razılaşmış və birlikdə Bakıya getmək qərarına gəlmişlər. Bir neçə dəqiqə keçməmişdir ki, Mirəlinin çağırdığı dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli "Vaz 2107” markalı taksi avtomobili gəlmişdir. Taksi sürcüsünü tanımamış və onu heç vaxt görməmişdir. Lakin adını Mirəlidən eşitdiyinə görə taksi sürücüsünün adı İsmayıl olmuşdur. Belə ki, onlar 22-23 radələrində yola düşmüşlər Yol boyu mahnıya qulaq asmış və avtomobildə elədə çox danışan olmamışdır. Yol üstü yanacaqdoldurma məntəqəsinə girmişlər və avtomobilə orada benzin vurulduqdan sonra yenidən yola düşmüşlər. Xatırladığına görə gecə 02 radələrində artıq Bakıya çatmışlar. Onun dediyi xalası nəvəsi olan Zərərçəkmiş şəxs yaşadığı Gəncə prospektində olan evlərinin yaxınlığına gəlmişlərlər. Saat 02 radələrində Cəlil və o avtomobildən düşmüş. Mirəli və sürücü avtomobildən düşməmişlər avtomobildə qalmışlar. O və Cəlil avtomobilin olduğu yerdən sol istiqamətə doğru biraz getmiş, o Cəlilə demişdir ki, "sən burda dayan məni gözlə”. Cəlil dayanmış və o özü binaların arası ilə hərəkət etməyə başlamış və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 47 В ünvanının qarşısında saxlanılmış qohumu Zərərçəkmiş şəxs məxsus "Hyundai İ20” markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ qapısı ilə baqaj qapısının şüşələrini yerdən götürdüyü daş parçası ilə sındıraraq avtomobildə olan pozulmuş və pozulmamış lotoreyaları olan qablaşmanı götürmüş və Cəlili qoyduğu yerə gəlmiş və onun oğurluq etməyini görməmiş, hadisə yeri ilə həmin yer arasında xeyli məsafə olmuş, onu görüb avtomobilə çağırmış və o yalnız onun əlində qablaşma görmüş və o elə bilmişdir ki, o qohmundan nəsə götürmüşdür. Həmin lotereyalar taxta yeşikdə olmuşdur və sonra avtomobilə doğru tərəf tez-tez hərəkət etməyə başlamışlar və yolda Cəlil yeşikin içinə baxmış və görmüşdür ki, poz qazan kartları var. Sonra avtomobilə çatıb əyləşmişlər. Mirəli və taksi sürüsücü ismayıl onlardan heçnə soruşmamışlar ki, əlindəki yeşik nədir. O avtomobildə onlara heçnə deməmiş və onlar onun qohumu ilə görüşüb həmin əşyaları götürməsini zənn etmişlər və ona hər hansı sual verməmişlər, o onlara hər hansı sual verməmişdir. Onar Salyandan qaytdıqda Cəlil bildirmişdir ki, bəs onu Salyanda düşürsünlər. Sonra onlarər getmiş və həmin lotereyaları evdə bir hissəsini pozmuş və bunu Mirəli ailə üzvülər görmüş lakin o onlara heçnə deməmişdir. Səhəri günü polislər gəlmiş və həmin pozulmamış lotereyaları götürmüşlər və o evdə olmamış və təxminən 1000 manat yəni 2 paçka loterya pozmuş və ancaq 250 manat pul qazanmışdır. O lotereya sahibi olan qohumu ilə telefon danışığı omuşdur və hər şeyi ona bildirmiş, atası isə ona zəng edib irad bildimişdir. Əməlindən səmimi peşmandır, vurduğu zərəri tam şəkildə ödəmişdir, himayəsində azyaşlı uşağı var. Göstərilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərlotereyanın rəsmi distributoru olan "xxxx" MMC- də satış köməkçisi işləmişdir. "xxxx" MMC-də satış ekspeditoru olaraq həmin şirkətin Yasamal rayonu, Tiblisi prospekti Şəfaət Mehdiyev küçəsində yerləşən anbarına gedir və orda onun adına olmaq şərti ilə müxtəlif qiymtələrdə və adlarda olan lotereyalar təhvil təslim aktı ilə onun adına verilir, həmin aktı imza edir və artıq o həmin təhvil təslim aktını imza etdikdən sonra həmin uduşlu loteralar üzrə tam olaraq cavabdehlik ona məxsus olmaqla həmin lotereyaların tam sahibi o olur. Həmin lotereyaların uduşlu və ya uduşsuz formada tam olaraq məbləğini o ödəyir, həmin təhvil təslik aktı ilə cavabdeh şəxs o olur. Həmin təhvil təslim aktı formasını MMC-nin «X11 tətbiqi vasitəsi ilə şətirkətin vasitəsi ilə onlara verilən telefonlara köçürmüş, həmin proqramda ilkin olaraq «anbar əməliyyatları», «anbar çıxarışlar» və orda tarixə uyğun onun təhvil təslim aktı əsasında olan çıxarışlara görə onun götürmüş olduğu loteryeyların adı və dəyəri göstərilməklə ona verilir və həmin məlumatlar həmin təbiqdə olan anbar bölümündə arxivləşdirilir. Həmin təhvil təslim aktı ilə cavabdeh özü olmuş və hər hansı bir hal olmuş olduğu hala o cavabdehlik daşıyır, həmin uduşlu və ya uduşsuz biletlərin pulunu o ödəyir. 12 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi «Hyundai A 20» markalı, 77- YJ-759 qeydiyyat nişanlı ağ rəngli avtomobillə həmmişəki kimi yaşadığı Xətai rayonu, Gəncə prospekti 47 В saylı binanın qarşısında saxlamışdır. Həmin vaxtı avtomobilin baqaj hissəsində və salonunda olan əl baqaj hissəsində istifadə olunmamış və pozulmuş uduşlü lotereya biletləri olmuşdur. Lakin sonra dostları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “irland” restoranına getmiş orda yemek yemiş, spirtli içki qəbul etmişdir. Sonra restorandan çıxıb xalası oğlu Abdulla Əhmədovun idarə etdiyi "Hyundai Acsent" markalı avtomobil ilə yaşadığım ünvana qayıtmışdır. 13 dekabr 2024-cü il tarixdə gecə saat 01:00-da evə çatmış, əynini dəyişib yatmışdır. 13 dekabr 2024-cü il tarixdə, saat 07 radələrində işə getmək üçün binanın qarşısına düşüb avtomobilinə yaxınlaşdıqda görmüşdür ki, avtomobilin baqajının qapısının və sağ qabaq qapının şüşəsi sındırılmışdır. Avtomobilin salonunu və baqaj hissəsini yoxladıqda məlum olmuşdur ki, uduş biletləri oğurlanmışdım. Pozulmamış halda ona məxsus olan və təhvil təslim aktı ilə tərəfindən şirkətin anbarından götürülmüş pozulmamış halda Azərlotaraya ASC-nin hər biri 1 manat dəyərində olan 400 ədəd “Qızıl” uduş biletləri cəmi 400 manat, hər biri 2 manat dəyərində olan 400 ədəd “Bombardir” uduş biletləri cəmi 800 manat, hər biri 3 manat dəyərində olan 200 ədəd “Qızıl Ekstra" uduş biletləri cəmi 600 manat, hər biri 3 manat dəyərində olan 400 ədəd “Yeni il’ uduş biletləri cəmi 1200 manat, hərbiri 5 manat dəyərində olan 400 ədəd “5 X" uduş biletləri cəmi 2000 manat, hər biri 5 manat dəyərində olan 320 ədəd "Dan Ulduzu” uduş biletləri cəmi 1600 manat, hər biri 5 manat dəyərində olan 240 ədəd “Göz Muncuğu” uduş biletləri cəmi 1200 manat, hər biri 10 manat dəyərində olan 80 ədəd "Prestij” uduş biletləri cəm 800 manat, hər biri 2 manat dəyərində olan 100 ədəd "Uğurlu 7" uduş biletləri cəmi 200 manat və pozulmuş halda 1 manatlıq 30 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 301 manat dəyərində, pozulmuş halda 2 manatlıq 9 ədəd uduşlu "Bombardir" loteriyası və pozulmuş halda 3 manatlıq 24 ədəd uduşlu “Yeni il" loteriyası cəmi 137 manat, pozulmuş halda 2 manatlıq 5 ədəd uduşlu "Uğurlu 7” loteriyası və pozulmuş halda 1 manatlıq 38 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 268 manat, pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu “Uğurlu 7” loteriyası və pozulmuş halda 1 manatlıq 44 ədəd uduşlu “Qızıl” loteriyası cəmi 351 manat, pozulmuş halda 1 manatlıq 43 ədəd uduşlu “Qızıl” loteriyası, pozulmuş halda 2 manatlıq 24 ədəd uduşlu "Bombardir” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu “Uğurlu 7” loteriyası cəmi 464 manat, pozulmuş halda 2 manatlıq 22 ədəd uduşlu “Bombardir” loteriyası, pozulmuş haldal manatlıq 80 ədəd uduşlu "Qızıl" loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7” loteriyası cəmi 268 manat, həmçinin 200 manat dəyərində olan “Chloe" markalı qadın ətri və müxtəlif əskinaslarda olan cəmi 83 manat pulu oğurlayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ümumilikdə 10.872 manat məbləğində əmlakımın yerində olduğunu görmüşdür. Bu barədə Daxili İşlər Nazirliyin 102 qaynar xəttinə zəng edərək məlumat vermiş və daha sonra Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində ərizə və izahat verərək şikayətini polis əməkdaşlarına əildirmişdir. Sonradan həmin əşyalardan polisdə qəbzlə ona pozulmuş halda 1 manatlıq 30 ədəd uduşlu “Qızıl" loteriyası cəmi 301 manat dəyərində, pozulmuş halda 2 manatlıq 9 ədəd uduşlu “Bombardir" loteriyası və pozulmuş halda 3 manatlıq 24 ədəd uduşlu “Yen il" loteriyası cəmi 137 manat, pozulmuş halda 2 manatlıq 5 ədəd uduşlu “Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 38 ədəd uduşlu “Qızıl” loteriyası cəmi 268 manat, pozumuş halda 2 manatlıq 23 ədəd uduşlu “Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 44 ədəd uduşlu “Qızıl” loteriyası cəmi 351 manat, pozulmuş halda 1 manatlıq 43 ədəd uduşlu “Qızıl” loteriyası, pozulmuş halda 2 manatlıq 24 ədəd uduşlu “Bombardir" loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu “Uğurlu 7" loteriyası cəmi 464 manat, pozulmuş halda 2 manatlıq 22 ədəd uduşlu “Bombardir” loteriyası, pozulmuş haldal manatlıq 80 ədəd uduşlu "Qızıl" loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu “Uğurlu 7" loteriyası cəmi 268 manat, pozulmamış halda hər biri 3 manat dəyərində olan 200 ədəd “Qızıl Ekstra" uduş biletləri cəmi 600 manat, pozulmamış halda hər biri 2 manat dəyərində olan 400 ədəd "Bombardir” 800 manatlıq uduş biletlərindən cəmi 200 ədəd olmaqla 400 manatlıq bilet, pozulmamış halda hər biri 5 manat dəyərində olan 320 ədəd “Dan Ulduzu” 1600 manatlıq uduş biletlərindən cəmi 80 ədəd olmaqla 400 manatlıq bilet, 200 manat dəyərində olan “Chloe" markalı qadın ətri qaytarılmışdır. Mən ümumilikdə 10.872 manat maddi ziyan dəymişdir, pozulmuş 1789 manatlıq, pozulmamış 1400 manatlıq, 200 manat dəyərində olan “Chloe" markalı qadın ətri qaytarılmışdır. Cəmi qaytarılan 3389 manat, qalıq 7483 manat qalmışdır. Həmin hadisədə Təqsirləndirilən şəxs şübhə etmiş və onun tərəfindən həmin əməlin törədilməsi müəyyən edilmişdir. Hadisədən sonra həmin günü gecə saatlarında ona ilə whatsapp vasitəsi ilə mesaj yazmışdır. Polislər tərəfindən axtarışda olduğunu vəziyyətinin pis olduğunu demişdir. O isə etdiyi oğurluq əməlinə görə axtarıldığını demişdir. Ona və ailəsinin üzünə necə baxacağını və ona qarşı niyə belə hərəkət etdiyini soruşmuşdur. Daha sonra atası Ruhin biləndə ki, Kənan onunla əlaqəyə çıxıb atası özü onun mobil telefonu ilə ona, etdiyi əmələ görə cavab verəcəyini və onunla ümumiyyətlə ailə olaraq əlaqələrinin kəsiləcəyi barədə səsyazısını göndərmişdir. Bundan sonra Kənan ona “sən niyə kişini bu işə qatırsan", “mən tutulsam biləndə nə olacaq" mesajlarını göndərmiş amma o ona artıq cavab yazmamışdır. Həmin smslər hazırda onun telefonundan silinmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə ona zəng edib uşağı üçün uşaq yeməyi almağını və onun yaşadığı ünvana gətirməsini istəmiş və oda ona alıb gətirəcəyini bildirmişdir. O həmin vaxtı anası ilə bilikdə yaşadığı Salyan rayonu, X.Ulutürk küçəsi küçəsində olan evlərində olmuşdur. O rayonda olan mağazalardan birindən Kənanın ona dediyi uşaq yeməyini alıb ünvan 4 ünvana getmişdir. Ora çatanda axşam 21-22 radələri olmuşdur. Orda təxminən yarım saat qaldıqdan sonra evinə qayıtmaq istəyəndə Kənan demişdir ki, “getmə, Miriynən taksi çağırmış, Bakıya gedirlər, maşında boş yer var, mahnıya qulaq asa-asa gedərik". Oda ondan Bakıya niyə getməyini soruşmuş, o da xalası oğlunun yanına dəyib qayıdacağını demişdir. O razılaşmış və onunla Bakıya getmək qərarına gəlmişdir. Çox keçməmişdr ki, Mirəlinin çağırdığı dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Vaz 2107" markalı taksi avtomobili gəlmişdir. Taksi sürcüsü olaraq sonradan adını bildiyi İsmayılı əvvəllər tanımamış və onu heç vaxt görməmişdir. Lakin adını Mirəlidən eşitdiyinə görə İsmayıl olmalıdır. Belə ki, 22-23 radələrində yola düşmüşlər, yol boyu musiqi dinləmiş və avtomobildə danışan olmamışdır. Yol üstü yanacaqdoldurma məntəqəsinə girmişlər, avtomobilə orada benzin vurulduqdan sonra yenidən yola düşmüşdür. Xatırladığına görə 02 radələrində artıq Bakıya çatmışlar. Kənanın dediyi xatırlamadığı ünvana gəlmiş, O və Kənan avtomobildən düşmüşdür. Mirəli və sürücü İsmayıl düşməmişlər, onlar avtomobildə qalmışlar. O və Məlik avtomobilin olduğu yerdən sol istiqamətə doğru biraz getmişlər ki, Məlik ona demişdir ki, “sən burda dayan məni gözlə". Oda dayanmış və Məlik özü binaların arası ilə hərəkət etməyə başlamışdır. Sonra qaranlıq olduğu üçün onun dəqiq hara getdiyini görə bilməmiş və gözündən itmişdir. Təxminən 10 dəqiqə sonra Məlik əlində taxta yeşiklə qayıtmış və avtomobilə tərəf tez-tez hərəkət etməyə başlamışdır. Gedə-gedə yeşikin içinə baxmış görmüşdür ki, poz qazan kartları vardır. Sonra avtomobilə çatıb əyləşmişdir. Mirəli və taksi sürcüsü İsmayıldan soruşmamışlar ki, əlindəki yeşik nədir. Sanki Mirəlinin xəbəri varmış kimi, Kənan Bakıya niyə gedib. Onlar yenidən yola düşmüşlər. Amma o artıq hiss etmişdir ki, Kənan oğurluq edib. O bu yeşiyin nə olduğunu soruşanda Məlik demişdir ki, “xalası oğlu pozqazan şirkətində işləyir onun mallarını maşından oğurlamışdır". O da heçnə deməmiş yalnız Salyanda onu düşürmələrini bildirmişdir. Salyana çatdıqda o avtomobildən düşmüş və yaşadığı evə getmişdir. Onlarda onu düşürəndən sonra getmişlər. Sabahı günü xx.xx.2024-cü il tarixdə işə getmişdir. İşdən qayıdanda rayon sakinlərdən eşitmişdir ki, Mirəli və İsmayılı Vağzalın qabağında əllərində pozqazanla tutulublar, polislər Bakıya aparıblar. Sonra o Kənan ilə əlaqə saxlamış, ona “bunları tutublar, indi deyəcəklər ki, Cəlildə orada olub. Onu zibilə salmış”. Kənan da dedi ki, “gözlə xalası oğlu ilə danışmış şikayətini götürsün, iki gün sonra Kənan onunla əlaqə saxlamış “biraz “isq” var gedəy onu ödəyəy. Amma onada köməklik elə biraz pul qoy oda qoysun, sonra onluqdu, narahat olmasın”. Oda pulunun olmadığını onu necə problemə salıbsa elədə həll etməsini bildirmişdir. Bundan sonra onunla ümumiyyətlə əlaqəsi kəsilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan rayonunun daxilində və Salyan-Bakı istiqamətlərində özünə məxsus olan **-BL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Vaz 2107" markalı avtomobillə taksi sürücülüyü fəaliyyəti ilə məşğul olur. Belə ki, xx.xx.2024-cü il tarixdə gecə 23:40 radələrində mobil telefonuna tanışı həmçinin həmkəndlisi olan Şahid2 onun mobil telfonuna zəng edərək qohumu Kənan və onun tanışı Cəlil adlı iki nəfər şəxsi bu gecə Bakıya aparıb sonra Salyana qaytarmaq üçün taksi lazım olduğunu demişdir. Danışılan səfər üçün 30 manat yanacağa görə 20 manat isə ona zəhmət haqqı barədə razılaşmışlar. Səfərdə Mirəli özü də iştirak edəcəyini bildirmişdir. O onunla razılaşmış və yola çıxmaq üçün hazrlaşmış və artıq gecə 00:05 radələrində yəni xx.xx.2024-cü il tarixdə Mirəlinin yaşadığı ünvanın qarşısına gəlmiş, onlar avtomobilinə əyləşmişlər və Bakı şəhəri istiqamətinə doğru yola düşmüşlər. Mirəli öndə Kənan və Cəlil isə arxa oturacaqlarda əyləşmişlər. Mirəli, Kənan və Cəlilin Bakıda kimdənsə 200 manat alacağı olduğunu və həmin pulu aldıqdan sonra Salyana qayıdacağımız barədə məlumatı onunla telefon danışığı zamanı ona vermişdir. Salyandan çıxmamış “Socar" yanacaq doldurma məntəqəsində əvvəlcədən danışıldığı kimi 30 manat avtomobilə yanacaq doldurulmuşdur. Həmin pulu yanacaq almaq üçün Mirəli vermişdir. O və Mirəli yol boyu söhbət edərək deyib gülmüş, lakin arxada əyləşən Kənan və Cəlil onların söhbətinə qoşulmamışdır. Təxminən bir saat otuz dəqiqəyə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospeki, 47 В ünvanına yəni ona əvvəlcədən deyilən yerə gəlib çatmışdır. Kənan və Cəlil avtomobildən düşmüşlər sol tərəfində olan binaların qarşısına doğru hərəkət etmişlər. Oda onlar düşdükdən sonra avtomobili üzü arxaya yəni qayıdacaqları istiqamətdə döndərmiş, yola düşmək üçünn Mirəli ilə ikisi onların gəlməsini gözləmişlər. Təxminən 30- 40 dəqiqə sonra Kənan və Cəlil geri qayıtmışlar. Avtomobilə əyləşən kimi Kənan həyacanlı səs tonu ilə “İsi sür" dedi. Onların avtomobilə əyləşdiklərini görəndən sonra yola düşmüşlər. Yol boyu Kənan və Cəlilə avtomobildə siqaret çəkmələrinə icazə vermədiyi üçün onlar ondan xahiş etmişlər ki, münasib yeıdə avtomobili saxlasın və onlar düşüb siqaret çəksinlər. Oda Mayakın döngəsi adlanan yerdə avtomobili saxlamışdır. Cəlil olduqları yerin yaxınlığındakı “Qaradağ Marketə getmiş, öüznə siqaret alsın. Hammısı avtobildən düşmüş və siqaret çəkmişlər. Təxmini beş dəqiqə orada dayandıqdan sonra yenə üzü Salyan istiqamətinə yola düşmüşlər. Salyanın Noxudlu kəndi girişində Cəlil avtomobildən düşmüşdür. Gecə saat 03.45 radələrində Mirəlinin yaşadığı ünvana çatmışlar. Mirəli və Kənan avtomobildən düşmüşlər və Mirəli ona demişdir ki, Kənanın əlində qara rəngli idman çantası var. Scnra Mirəli o tərəfə dönüb, “ay İsmayıl 200 manat bu qədər ağırdı ki, bu boyda sumkada gəzdirir" dedi. O isə çanta görmədiyini və ondan 20 manat pulunu istəmişdir. O da, “sabah səhər gəlib onlardan 20 manatı götürər". Oda “yaxşı" deyib razılaşmışdır. Daha sonra o öz yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə saat 13-14 radələrində kəndin içində Mirəlini görmüş və o ona birazdan gəlib Kənandan pulunu götürməyini demişcir. O saat 15-16 radələrində Mirəligilin evinin qarşısına getmiş, darvazanı döymüş, Mirəli gəlmiş və o ondan 20 manat zəhmət haqqını istəmiş, o isə Kənanın evdə olmadığını rayona getdiyini qayıdanda verəcəyini demişdir. Kənanı Mirəlinin qohumu kimi tanımış, onu bir neçə dəfə kənddə olarkən görmüş, lakin onunla yaxın münasibəti olmamışdır. Cəlili isə tanımamış adını ona Mirəli və Kənan demişlər, onu ilk dəfə idi ki görmrmüşdür, əvvəllər heç bir yerdə olmamışlar. Kənan və Cəlil avtomobildə olarkən yol boyu onlar n hər hansı a bir diqqət cəlb edib söhbət etmişlər. Onların heç bir danışıq və ya hərəkələrindən şübhələnməmişdir, lakin Xətai rayonu, Gəncə prospeki, 47 В ünvanında Kənan ilə Cəlil avtomobilə əyləşdikdən sonra Kənanın ona həyacanlı səs tonu ilə “İsi sür" deməsi biraz diqqətini çəksədə amma sonradan fikri yola qarışdığına görə həmin hadisəni unutmuşlar. Lakin sonra Kənan və Mirəlini evlərinin önündə avtomobildən düşən zaman, Mirəli ona Kənanın əlində qara rəngli idman çantasının olduğunu demiş, amma görməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində həyat yoldaşı X2 ona eyni həyətin içində qonşu evdə yaşayan bacısı qızı X3 evinə onun əri Kənanın və yanında Cəlil adlı şəxslərin gəlmələrini demişdir. O həmin vaxt hamamda çimdiyi üçün onların gəlişindən xəbərsiz olmuşdur. Əynini geydikdən sonra qonşu evə yəni Kənan ilə Aytənin birgə yaşadıqları evə getmiş, içəri daxil olduqda, tanımadığı sonradan adını Cəlil olaraq bilmiş olduğu bir nəfər şəxsin əyləşdiyini görmüşdür. Sonra Kənandan həmin adamın kim olduğunu soruşmuş, o isə ona dostu olduğunu bildirmişdir. Daha sonra o, öz evinə getmişdir. Bir müddət sonra Kənanın yanına gəlmiş, həmin gecə Bakıya getmək istədiyini bildirmişdir. O ondan niyə belə tələsik getmək istədiyini soruşmuşdur. O, təcili pul lazım olduğunu bildirmişdir. O nə pul deyə yenə soruşmuşdur. Bakıda xalası oğlundan 200 manat pul alacağını və həmin pula ehtiyacı olduğunu demişdir. O isə ona demişdir ki, “bank hesabına həmin pulu xalası oğlu köçürtsün oda pulu hesabdan çıxararsın". Kənan da demişdir ki, “xalası oğlunun ayağına qandal bağlayıblar o evdən kənara çıxa bilmir və o ondan gedib pulu əlbə-əl almalıdır”. Cəlildə onlara gəlir və Bakıdan Salyana qayıdanda Noxudlu kəndi tərəfdə düşəcək. O onun həqiqətəndə Bakıya getməsinin vacib olduğunu düşünmüş və "yaxşı adam tapar onun maşını ilə gedərik” demişdir. Lakin pulsuz yox kim aparsa gərək həmin adama yol pulusunu verək demişdir. Kənan 30 manat pul verə biləcəyini demişdir. O isə ona 30 manat pulu ancaq yanacaq üçün verəcəyini pulu olduğunu gərək əlavə 20 manat yəni ümumilkdə 50 manat verməli olduğunu bildirmişdir. Kənan alacağı 200 manat puldan 50 manat taksiyə verəcəyini demişdir. Belə ki, Kənanıda tanıdığını onun tanışı həmçinin kəndçisi olan Şahid1 mobil telefonuna zəng etmiş və ona elə bu gecə Kənan və dostunu Bakıya aparıb sonra elə həmin gecə Salyana qayıtmaqları lazım olduğunu demişdir, ismayıl rayonlar arası taksi sürcsü işlədiyi üçün ona zəng etmişdir. Kənana zəhmət haqqı olaraq 20 manat yanacaq üçün isə 30 manat pul verəcəklərini demişdir. Həmçinin ona bu səfərdə özünündə iştirak edəcəyimi demişdir. O onunla razılaşmış və birazdan gəlib onları aparcağını bildirmişdir. Belə də oldu, gecə saat 00:05 radələrində yəni artıq xx.xx.2024-cü il tarixdə ismayıl yaşadığı mənzilin qarşısına, özünə məxsus olan **-BL-*** dövlət qeyciyyat nişanlı, ağ rəngli, ‘‘Vaz 2107" markalı avtomobillə gəlmiş və onlar həmin avtomobilə əyləşmişlər. O öndə Kənan və Cəlil isə arxada əyləşmiş. İsmayıl üzü Bakı istiqamətinə doğru avtomobili sürməyə davam etmişdir. Salyanda yol kənarında olan “Socar” yanacaq doldurma məntəqəində əvvəlcədən danışdığı kimi 30 manatlı İsmayıln avtomobilinə yanacaq doldurmuşdur. Həmin pulu o vermişdir, çünkü Kənan ona demişdir ki, “üstündə pul yoxdu 200 manatı alıb sənə o puldan verər”. Belə ki, yol boyu o İsmayıl ilə söhbət edib danışıb gülmüş arxada əyləşən Kənan və Cəlil isə onlara qoşulmamışdır. Təxminən bir saat otuz dəqiqə ərzində Kənanın dediyi Xətai rayonu, Gəncə prospeki, 47 В ünvanına gəlib çatmışlar. Kənan və Cəlil avtomobildən düşmüşlər, sol tərəfində olan binaların qarşısına doğru hərəkət etmişlər. İsmayıl da onlar düşdükdən sonra avtomobili üzü arxaya yəni qayıdacaqları istiqamətə dönmüşdür ki, və yola düşmək üçün ikisi onların gəlməsini gözləmişlər. Təxminən 30-40 dəqiqə sonra Kənan və Cəlil geri qayıtmışlar. Avtomobilə əyləşən kimi Kənan həyəcanlı səs tonu ilə “İsi sür" demişdir. Onların avtomobilə əyləşdiklərini görəndən sonra yola düşmüşdür. Yol boyu İsmayıl, Kənan və Cəlilə avtomobildə siqaret çəkmələrinə icazə vermədiyi üçün onlara xahiş etmişlər ki, münasib yerdə İsmayıl avtomobili saxlasın və onlar düşüb siqaret çəksinlər. İsmayı “Mayakın döngəsi” adlanan yerdə avtomobili saxlamışdır. Cəlil olduqları yerin yaxınlığındakı “Qaradağ Markef’ə getmişdir ki, özünü siqaret alsın. Hammısı avtobildən düşmüş və siqaret çəkmişlər. Təxminən beş dəqiqə orada dayandıqdan sonra yenə üzü Salyan istiqamətinə yola düşmüşlər. Salyanın Noxudlu kəndi girişində Cəlil avtomobildən düşmüşdür. Gecə saat 03:45 radələrində öz kəndinə yəni Çuxanlı kəndinə ünvana çatmışlar, ismayıl onu və Kənanın yaşadıqları mənzilin qarşısına gətirib düşürtmüşdür. Lakin avtobildən düşərkən Kənanın əlində qara rəngli idman çantası olduğunu görmüş və ismayıl tərəfə dönüb ona “ay İsmayıl 200 manat bu qədər ağırdı ki, bu boyda sumkada gəzdirir”, ismayıl isə çanta görmədiyini və 20 manat pulunun verilməsini demişdir. Oda ona, ‘sabah səhər gəlib ondan 20 manatını götürərsən" demişdir. Kənan həyətə daxil olduqdan sonra arxasıyca o getmişdir. O öz evlərinə o isə heyvanatına baxmağ üçün töləyə tərəf getmişdir. Birazda orda qaldıqdan sonra, evinə girmiş və yerinə uzanıb yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində o qonşusu Balaqardaşgil tərəfə keçmişdir. Onun taxıl sahəsinə getmiş, sahədə taxıl əkinində ona biraz köməklik etmiş və qayıdarkən yolda İsmayıl ilə rastlaşmışdır. İsmayıla demişdir ki, “gəl bizə pulunu Kənandan al”. İsmayılda birazdan gələcəyini demiş və getmişdir. O evə qayıtmış Kənanın yaşadığı evə daxil olmuş və görmüşdür ki, Kənan poz- qazan oynuyur. Qarşısında da təxminən 5-6 ədəd həmin uduş biletlərindən olmuşdur. Hətta onada oynamağını təklif etmişdir. O isə ona “bunu rədd elə o yana mənim bundan başım çıxmır” demiş və əlavə olaraq ona bildirmişdir ki, ismayıl gələcək 20 manat pulunu versin. Sonra o öz evinə keçmişdir. Nahardan sonra evdən çıxmış, Aytəndən Kənanın harda olduğunu soruşmuşdur, o da uşağa yemək və bez almaq üçün rayona getdiyini demişdir. Oda o gələnə kimi həyətdəki işlərini görməyə başlamışdır. İşlərini bitirmiş və İsmayıl gəlmiş və ondan 20 manat pul istəmişdir. O isə İsmayıla Kənanın evdə olmadığını rayona getdiyini qayıdanda verəcəyini demişdir və sonra Kənandan xəbər olmamışdır. Kənan və Cəlil avtomobildə olarkən yol boyu onların söhbətində hər hansı şübhəli məqam görməmiş və özü isə yol boyunca İsmayılla söhbət etmişdir. Amma Xətai rayonu, Gəncə prospeki, 47 В ünvanında Kənan ilə Cəlil avtomobilə əyləşdikdən sonra Kənanın İsmayıla həyəcanla səs tonu ilə “İsi sür" deməsi biraz diqqətini çəkmiş amma diqqəti yolda olmasına görə əhmiyyət verməmişdir. Kəndə çatanda Kənanın əlindəki qara rəngli idman çantası olmasını görüb təəcüblənmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqının aparılması üçün icraata qəbul edilmişdir. (cild 1, i.v. 1) - zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v.20-21) - könüllü təqdim etmə haqqında 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Aytən Bağırova istintaqa əri Təqsirləndirilən şəxs tərəfindən yaşadıqları Salyan rayonu, Çuxanlı kəndində olan evlərinə gətirmiş olduğu pozulmuş halda 1 manatlıq 30 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 301 manat dəyərində, pozulmuş halda 2 manatlıq 9 ədəd uduşlu "Bombardir" loteriyası və pozulmuş halda 3 manatlıq 24 ədəd uduşlu "Yeni il" loteriyası cəmi 137 manat, pozulmuş halda 2 manatlıq 5 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 38 ədəd uduşlu “Qızıl” loteriyası cəmi 268 manat, pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 44 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 351 manat, pozulmuş halda 1 manatlıq 43 ədəd uduşlu “Qızıl” loteriyası, pozulmuş halda 2 manatlıq 24 ədəd uduşlu "Bombardir” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası cəmi 464 manat, pozulmuş halda 2 manatlıq 22 ədəd uduşlu "Bombardir" loteriyası, pozulmuş haldal manatlıq 80 ədəd uduşlu "Qızıl” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası cəmi 268 manat, pozulmamış halda hər biri 3 manat dəyərində olan 200 ədəd “Qızıl Ekstra" uduş biletləri cəmi 600 manat, pozulmamış halda hər biri 2 manat dəyərində olan 400 ədəd "Bombardir" 800 manatlıq uduş biletlərindən cəmi 200 ədəd olmaqla 400 manatlıq bilet, pozulmamış halda hər biri 5 manat dəyərində olan 320 ədəd “Dan Ulduzu" 1600 manatlıq uduş biletlərindən cəmi 80 ədəd olmaqla 400 manatlıq bilet, 200 manat dəyərində olan "Chloe" markalı qadın ətrini istintaqa təqdim etmişdir. (cild 1, i.v.31) - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məlikli (Bağırov) Kənan Şükür oğlunun bir qızı var: xx.xx.2024-cü il təvəllüdlü X4. (cild 1, i.v.32) - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild 1, i.v.86) - şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdirş (cild 1, i.v.118-119) - cinayət işi üzrə icraatın dayandırılması haqqında 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 1, i.v.120) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış 20 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixli ildə CPM 40.2- CM 74-cü maddəsinə əsasən xitam edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 01 il şərti sınaq müddəti təyin olunmuşdur. (cild 1, i.v.126-127) - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, i.v.200-208) - cinayət işi üzrə icraatın təzələnməsi barədə 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (cild 1, i.v.132) - cinayət işinin istintaqının başqa müstəntiqə həvalə edilməsi haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi şöbəsinin müstəntiqi, polis mayoru X5 həvalə edilmişdir. (cild 1, i.v.189- 190) - cinayət işinin icraata qəbul edilməsi haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq edilmişdir. (cild 1, i.v.192-193) - "xxxx" MMC-nin məktubundan görünür ki, hadisə zamanı "xxxx" MMC yə dəymiş zərər şirkət əməkdaşı Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. (cild 1, i.v.209) - cinayət işinin istintaq icraatının dayandırılması barədə 12 mart 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin istintaq icraatı dayandırılmışdır. (cild 1, i.v.243-244) - axtarışda olan şəxsin tutulması haqqında 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, İbiş Məmmədov küçəsi, fərdi yaşayış evində saxlanılaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. (cild 1, i.v.246) - cinayət işinin istintaq icraatının təzələnməsi barədə 19 mart 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin istintaq icraatı təzələnmişdir. (cild 1, i.v.248-249) - təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. (cild 2, i.v. 8-9) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-157/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olma müddəti 01 ay 05 gün həddində müəyyən edilmişdir. Həbsdə olma müddətinin əvvəli 19 mart 2025-ci il tarixdən hesablanmışdır. (cild 2, i.v.30-34) - sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması, müxtəlif xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 30 mart 2025-ci il tarixli qərardan görünür ki, 12 mart 2025-ci il tarixdə cinayət işi rayon prokuroru baş ədliyyə müşaviri Sərdar İmanovun Şahid3 Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ona ittiham elan edilməsi haqqında 25 yanvar 2025- ci il tarixli Xətai RPİ-nin sabiq baş müstəntiqi polis mayoru Ülvi Hadiyevin qərarı əsassız olduğundan ləğv edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunsun və bu xüsusatlarla bağlı cinayət işindən material ayrılaraq saxlanması üçün Xətai rayon prokurorluğuna göndərilməsi, Şahid3, Şahid2 və Şahid1 bu və ya digər formada qeyd edilən oğurluq hadisəsində iştirakları, birgə İcraçılıqları və qəsdləri müəyyən olunmadığından barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət təqibi rədd olunsun və və bu xüsusatlarla bağlı cinayət işindən material ayrılaraq saxlanması üçün Xətai rayon prokurorluğuna göndərilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən X3 istintaqa təqdim etdiyi pozulmuş halda 1 manatlıq 30 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 301 manat dəyərində, pozulmuş halda 2 manatlıq 9 ədəd uduşlu "Bombardir” loteriyası və pozulmuş halda 3 manatlıq 24 ədəd uduşlu "Yeni il" loteriyası cəmi 137 manat, pozulmuş halda 2 manatlıq 5 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 38 ədəd uduşlu "Qızıl" loteriyası cəmi 268 manat, pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 44 ədəd uduşlu "Qızıl" loteriyası cəmi 351 manat, pozulmuş halda 1 manatlıq 43 ədəd uduşlu "Qızıl” loteriyası, pozulmuş halda 2 manatlıq 24 ədəd uduşlu "Bombardir" loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası cəmi 464 manat, pozulmuş halda 2 manatlıq 22 ədəd uduşlu "Bombardir" loteriyası, pozulmuş halda1 manatlıq 80 ədəd uduşlu "Qızıl” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7” loteriyası cəmi 268 manat, pozulmamış halda hər biri 3 manat dəyərində olan 200 ədəd “Qızıl Ekstra" uduş biletləri cəmi 600 manat, pozulmamış halda hər biri 2 manat dəyərində olan 400 ədəd "Bombardir" 800 manatlıq uduş biletlərindən cəmi 200 ədəd olmaqla 400 manatlıq bilet, pozulmamış halda hər biri 5 manat dəyərində olan 320 ədəd "Dan Ulduzu" 1600 manatlıq uduş biletlərindən cəmi 80 ədəd olmaqla 400 manatlıq bilet, 200 manat dəyərində olan "Chloe" markalı qadın ətri istintaqa təqdim olunmuş və iş üzrə əhəmiyyət kəsb etdiyindən sadalan əşyalar maddi sübut hesab olunsun və qorunub saxlanması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən "Hyundai i20" markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sübut əhəmiyyəti daşıdığından maddi sübut olaraq tanınmalı və qorunub saxlanması üçün sahibi Zərərçəkmiş şəxs oğluna təhvil verilməsi qərara alınmışdır. (cild 2, i.v.39-52) - Zərərçəkmiş şəxs məxsus qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə, pozulmuş halda 1 manatlıq 30 ədəd uduşlu “Qızıl” loteriyası cəmi 301 manat dəyərində, pozulmuş halda 2 manatlıq 9 ədəd uduşlu "Bombardir" loteriyası və pozulmuş halda 3 manatlıq 24 ədəd uduşlu "Yeni il" loteriyası cəmi 137 manat, pozulmuş halda 2 manatlıq 5 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 38 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 268 manat, pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 44 ədəd uduşlu "Qızıl” loteriyası cəmi 351 manat, pozulmuş halda 1 manatlıq 43 ədəd uduşlu "Qızıl” loteriyası, pozulmuş halda 2 manatlıq 24 ədəd uduşlu "Bombardir" loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası cəmi 464 manat, pozulmuş halda 2 manatlıq 22 ədəd uduşlu "Bombardir" loteriyası, pozulmuş haldal manatlıq 80 ədəd uduşlu "Qızıl” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası cəmi 268 manat, pozulmamış halda hər biri 3 manat dəyərində olan 200 ədəd “Qızıl Ekstra" uduş biletləri cəmi 600 manat, pozulmamış halda hər biri 2 manat dəyərində olan 400 ədəd "Bombardir" 800 manatlıq uduş biletlərindən cəmi 200 ədəd olmaqla 400 manatlıq bilet, pozulmamış halda hər biri 5 manat dəyərində olan 320 ədəd "Dan Ulduzu" 1600 manatlıq uduş biletlərindən cəmi 80 ədəd olmaqla 400 manatlıq bilet, 200 manat dəyərində olan "Chloe" markalı qadın ətri və avtomobil qaytarılmışdır. (cild 2, i.v.58) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək dəyişdirilmədən saxlanılmışdır. (cild 2, i.v.84-85) - Zərərçəkmiş şəxs 08 may 2025-ci il tarixli ərizəsindən görünür ki, 1(011)-224/2025 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs 14 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, 1(011)-224/2025 saylı cinayət işi ilə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Dəymiş ziyan tam şəkildə ödənmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan törətdiyi cinayət əməlləri cinayət işi üzrə toplanmış sübutların məcmusu, özünün səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında və ifadənin yerində yoxlanılması haqqında protokol və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 19 mart 2025-ci il tarixdən 26 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 07 (yeddi) gün müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saat iş saatına görə 315 (üç yüz on beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış X3 istintaqa təqdim etdiyi pozulmuş halda 1 manatlıq 30 ədəd uduşlu "Qızıl” lotereyası cəmi 301 manat dəyərində, pozulmuş halda 2 manatlıq 9 ədəd uduşlu "Bombardir” lotereyası və pozulmuş halda 3 manatlıq 24 ədəd uduşlu "Yeni il" lotereyası cəmi 137 manat, pozulmuş halda 2 manatlıq 5 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 38 ədəd uduşlu "Qızıl" loteriyası cəmi 268 manat, pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası və pozulmuş halda 1 manatlıq 44 ədəd uduşlu "Qızıl" lotereyası cəmi 351 manat, pozulmuş halda 1 manatlıq 43 ədəd uduşlu "Qızıl” loteriyası, pozulmuş halda 2 manatlıq 24 ədəd uduşlu "Bombardir" lotereyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7" loteriyası cəmi 464 manat, pozulmuş halda 2 manatlıq 22 ədəd uduşlu "Bombardir" loteriyası, pozulmuş halda1 manatlıq 80 ədəd uduşlu "Qızıl” loteriyası və pozulmuş halda 2 manatlıq 23 ədəd uduşlu "Uğurlu 7” lotereyası cəmi 268 manat, pozulmamış halda hər biri 3 manat dəyərində olan 200 ədəd “Qızıl Ekstra" uduş biletləri cəmi 600 manat, pozulmamış halda hər biri 2 manat dəyərində olan 400 ədəd "Bombardir" 800 manatlıq uduş biletlərindən cəmi 200 ədəd olmaqla 400 manatlıq bilet, pozulmamış halda hər biri 5 manat dəyərində olan 320 ədəd "Dan Ulduzu" 1600 manatlıq uduş biletlərindən cəmi 80 ədəd olmaqla 400 manatlıq bilet, 200 manat dəyərində olan "Chloe" markalı qadın ətri istintaqa təqdim olunmuş və iş üzrə əhəmiyyət kəsb etdiyindən sadalan əşyalar maddi sübut hesab olunsun və qorunub saxlanması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən "Hyundai i20" markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sübut əhəmiyyəti daşıdığından maddi sübut olaraq tanınması və qorunub saxlanması üçün sahibi Zərərçəkmiş şəxs oğluna təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri tamamilə ödəməsi, barışmaları, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 05 (beş) ay 07 (yeddi) gün həbsdə saxlama müddəti 10 (on) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış yuxarıda hökmün əsaslandırıcı hissəsində adları çəkilən oğurlanmış əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 315 (üç yüz on beş) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-224/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-224/2025
26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver