Məhkəmə qərarları › İş №1(011)-225/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-225/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-225/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs Mirzağa oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun, Cəhri kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, R.Quliyev küçəsi, keçid 4, ev 06-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığn qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində ünvan 1 saylı ünvanda yerləşən dükanda olarkən həmin dükana limon almaq üçün gələn Zərərçəkmiş şəxs qoruyucu tibbi maska taxmadığını görüb ona irad bildirməsi ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisədə Zərərçəkmiş şəxs əlləri ilə vurub döyərək ona sol göz almasının kontuziyası, (əzilməsi) ilə müşayiət olunan sol göz yuvası ətraf nahiyənin yumşaq toxumasının hematoması, sol qaş qövsü nahiyəsinin qançır və sıyrığı, boyunun sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Mirzağa oğlunu tanıyır. Belə ki, təxminən üç il olar ki, Ülfətlə eyni məhəllədə yaşayır. Bu müddət ərzində aralarında heç bir ədavətləri və ya mübahisələri olmamışdır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində o, yaşadığı evin yaxınlığındakı dükana getmiş və orada Zərərçəkmiş şəxslə rastlaşmışdır. Eyni məhəllədə yaşadıqları üçün onu tanıdığı üçün onunla zarafat etmək istəmiş və Ülfətə niyə qoruyucu tibbi maska taxmadığı ilə bağlı irad bildirmişdir. Ülfət isə onun iradından əsəbləşib mübahisə etməyə başlamışdır. Nəticədə onlar əlbəyaxa olmuş və o Ülfətə xəsarət yetirmişdir. Bu zaman dükanda işləyən Məzahir adlı şəxs onları ayırmış və o dükandan çıxıb uzaqlaşmışdır. Yaşadığı məhəllədə Səid və adını bilmədiyi digər şəxslə birlikdə dükanın yaxınlığında dayanıb söhbət etdiyi ərəfədə Ülfət onun yanına gələrək mobil telefon nömrəsini istəmişdir. Lakin o, Ülfətin mübahisəni böyüdəcəyini düşünüb nömrəsini verməkdən imtina etmişdir. Ülfət onun yanından təxminən 100 metr uzaqlaşan zaman isə geri çevrilərək onun ünvanına nalayiq sözlər işlətmişdir. O, Ülfətin arxasınca qaçmaq istəyərkən Səid və digər şəxs onu saxlayıb mane olmuşlar. Ülfət isə qaçarkən ayağı büdrəyib yerə yıxılmışdır. Həmin vaxtdan sonra o, Ülfəti görməmiş, bir neçə gün sonra ona məlum olmuşdur ki, Ülfət onun barəsində şikayət ərizəsi yazmışdır. Hazırda o, Ülfətdən üzr istəyir və onunla barışmaq istəyir. Əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs Mirzağa oğlu məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, onun Təqsirləndirilən şəxsla əvvəllər heç bir münasibətləri, mübahisələri olmamışdır. 2020-ci ilin aprel ayının 07-də təxminən saat 17:00 radələrində o, yaşadığı ünvan 2 saylı ünvanın yaxınlığında yerləşən ərzaq dükanına limon almağa getmişdir. Dükanda limonun olduğu piştaxtanın yanında, adının sonradan Vüqar olduğunu öyrəndiyi şəxs onu görüb niyə qoruyucu maska taxmadığına görə ona irad bildirmişdir. O da Vüqar adlı şəxsin özünün tibbi maska taxmadığını soruşduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı Vüqar onun boğazından tutub sifətindən vurub xəsarət yetirmişdir. Bu zaman dükanda işləyən şəxslər araya girib onları aralamışdır. Dükandan çıxıb evinə gedərkən, Vüqarın bayırda dayandığını görüb ona yaxınlaşaraq telefon nömrəsini istəmiş, lakin Vüqar nömrəsini vermədiyi üçün o, öz mobil nömrəsini ona vermiş və oradan kənarlaşmışdır. Təxminən 100 metr aralandıqda Vüqar onun arxasınca qaçıb təpik atmış, o aldığı zərbədən yerə yıxılanda isə təkrar onu döyüb xəsarət yetirmiş və ünvanına nalayiq sözlər deyib onu təhqir etmişdir. Buna görə də o, 36-cı Polis Bölməsinə gedərək Vüqar adlı şəxs tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazmışdır. Hazırda o, Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Mirzağa oğlunu tanıyır. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 17:00 radələrində o, “Damla” marketlə üzbə-üz yerləşən meyvətərəvəz mağazasında satış edən zaman Təqsirləndirilən şəxs orada olmuşdur. Onlar söhbət edən zaman Ülfət mağazaya gəlib limon almaq istəmişdir. Ülfət limonları seçən zaman Vüqar Ülfətə zarafatla niyə qoruyucu tibbi maska taxmadığını soruşmuşdur. Bundan əsəbləşən Ülfət “sən niyə maska taxmırsan” deyib irad bildirəndə onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüqar Ülfətə yaxınlaşıb bir dəfə yumruqla sifətinə vurub xəsarət yetrimişdir. O, isə dərhal mübahisə edənlərə yaxınlaşıb ayırmış, vüqar isə oradan çıxıb getmişdir, bir qədər sonra isə Ülfət də mağazadan çıxıb evlərinə tərəf getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki,ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Mirzağa oğlunu qonşu kimi tanıyır. Əvvəllər heç biri ilə ədavəti və düşmənçiliyi olmamış, heç biri ilə mübahisəsi də olmamışdır. 2020-ci ilin aprel ayının 07-də təxminən saat 17:00 radələrində o, Bəhruz adlı tanışı ilə birlikdə “Radiozavod” deyilən ərazidə yerləşən "Damla" marketin yaxınlığında dayanan zaman oraya Vüqar gəlmiş və onlara mağazanın içərisində digər qonşuları Ülfətlə mübahisə edib dalaşdığından danışmışdır. Həmin vaxt Ülfət də oraya gəlib Vüqara yaxınlaşmış və ondan nömrəsini istəyib onunla çay içmək istədiyini bildirmiş, Vüqar Ülfətə nömrəsini verməkdən imtina etmişdir. Həmçinin onlar söhbət edə-edə onlardan bir qədər kənarlaşmışlar. Söhbət zamanı Ülfət Vüqara nə isə demiş Vüqar əsəbləşib onun üstünə gedəndə Ülfət oradan qaçmış və ayağı ilişib yıxılmışdır. Həmin vaxt Vüqar da onun arxasınca qaçmaq istəyəndə Bəhruzla o Vüqarı saxlayıb Ülfətin arxasınca getməsinə mane olmuş, sonra isə Vüqar onların yanına qayıtmış oradan isə evlərinə getmişdir. Həmin vaxt Vüqarın Ülfəti döyməsini o, görməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 13 -15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2020-ci il tarixli 405 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Mirzağa oğlunın bədənində müəyyən edilmiş xəsarətlər – sol göz almasının kontuziyası (əzilməsi) ilə müşayiət olunan sol göz yuvası ətraf nahiyənin yumşaq toxumasının hematoması, sol qaş qövsü nahiyəsinin qançır və sıyrığı, boyunun hər iki dirsək oynağı nahiyəsinin və hər iki diz oynağı nahiyyəsinin sıyrıqları və hər iki budun qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx xxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 49-50-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Novruzov .... Vüqar oğlu xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Onun atası Təqsirləndirilən şəxs, anası X1r. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mirzağa oğluna zor tətbiq edib döyərək sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması cinayəti törətdiyini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, zərərçəkmiş şəxsdən məhkəmə iclasında üzr istədiyini, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağının olduğunu, ilk dəfə məhkum olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, X3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15% pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar