Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-225/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Elfan oğlunun iştirakları ilə, xx.xx.1968-ci ildə Füzuli rayonu Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs “xxxx” MMCnin Xaçmaz filialından aldığı toxumun yararsız çıxması səbəbindən sonuncuya kompensasiya verilməsinə kömək edəcəyini yalandan bildirməklə etibarını qazanıb 07 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 1000 manat pul vəsaitini alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs bir ilə yaxındır tanıyır, belə ki, 2020-ci ilin iyun ayında Kemran onun mobil telefonuna zəng edib ona işlərinin necə getməsini soruşmuş və özünün kənd təsərüffatı işləri ilə bağlı məşğul olmasını danışmağa başlamışlar. Kemranla aralarında olan danışıq zamanı “xxxx” şirkətindən kələm toxumu alıb torpaq sahəsinə əkdikdən sonra bəhrə vermədiyni toxumun yararsız olduğunu söyləyib, bu barədə “xxxx” şirkətindən şikayət etməsinə baxmayaraq heç kimin şikayətinə baxmadığını demişdir. O, Kemrana narahat olmamasını, gələcəkdə işlərinin yaxşı olacağını və bu barədə şikayət edib qəbullara getməsini məsləhət görərək işlərinin düzələcəyini bildirmişdir. Sonra ona pul lazım olduğundan və həmin pulu necə əldə edə biləcəyini düşünüb, Kemranı aldatmaq məqsədilə yalan olaraq Kemranla əlaqə saxlayıb ona “xxxx” şirkətindən dəymiş ziyanın ödənilməsi məqsədilə kömək edə biləcəyini vəd verərək, bunun zəminində ondan 1000 manat pul istəmiş və onun verəcəyi 1000 manat pulu müəyyən şəxslərin onun xətrinə kömək edəcəklərini deyərək, aldığı pulu onlara verəcəyini bildirmişdir. Eyni zamanda Kemrana “xxxx” şirkətindən dəymiş ziyanın ödənilməsi məqsədilə ona verəcək olduğu 1000 manat pulla işinin düzələsi olmadığını, lakin “sənə görə xahiş etməsini” deyərək, Kemranla 2020-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında görüşüb “xxxx” şirkətindən dəymiş ziyanın ödənilməsi məqsədilə 1000 manat pul almışdır. Kemrandan aldığı pulu öz şəxsi işləri üçün xərcləməsini, eyni zamanda ona verdiyi vədin yalan olduğunu, hər-hansı bir yerdə vəzifəli tanışının olmadığını və 1000 manat pulu Kemrandan almaqda niyyətinin aldatmaq olmasını, sonradan Kemranın onu aldatması ilə bağlı polis şöbəsinə şikayət etməsini bildirmişdir. Lakin o, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında, yaşadığı kənddə özünə məxsus olan torpaq sahəsində kələm toxumu alıb becərmək qərarına gəlmiş və bu məqsədlə “xxxx” şirkətindən kələm toxumu alaraq elə həmin ayda toxumu becərmək üçün torpağa səpmişdir. Lakin 2020-ci ilin iyun ayında əkdiyi kələm toxumu bəhrə verməyərək gül açdığından, toxumun keyfiyyətsiz olduğunu dəqiqləşdirmək üçün “xxxx” şirkətinə müraciət edib əkdiyi sahəyə baxış keçirilməsini tələb etmişdir. Baxış zamanı toxumunu yaxşı olmadığı müəyyən olunduğundan şirkət tərəfindən kompensasiya verilməsini söyləsələr də lakin verilməmişdir. Həmin ilin avqust ayında, Xaçmaz rayonu, Üçgün kəndinin sakini Şahid2 Tahir-Mirzəli oğlunun vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və Maralla söhbət zamanı ona kənd təsərüffatı işləri ilə məşğul olduğunu və eyni zamanda əkdiyi kələm toxumunun bəhrə vermədiyni söylədikdə, Maral ona Prezident aparatında yaxın tanışlarının olduğunu və bu işlə əlaqədar olaraq “xxxx” şirkəti tərəfindən dəymiş ziyanın ödətdirilməsinə vəd verib, ondan 5000 manat pul istəməsini bildirmişdir.O, Marala istənilən 5000 manat məbləğin onda olmadığını deyərək ilkin olaraq 1000 manat verə biləcəyini və eyni zamanda dəymiş zərər ödənildikdən sonra qalan 4000 manat məbləği verəcəyini bildirdikdə, sonuncunun onunla razılaşmasını göstərmişdir. 07.08.2020-ci il tarixdə Maralla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Həzi Aslanov metrosunun yaxınlığında görüşüb 1000 manat pul verdiyni bildirmiş, Maral ona narahat olmamasını, eyni zamanda on gün ərzində “xxxx” şirkəti tərəfindən ona dəymiş ziyanla bağlı 30000 manat pul ödəniləcəyinə vəd verdiyini bildirmişdir. O, Marala pulu verəndən bir ay keçəndən sonra, Maralla əlaqə saxladıqda, Maral ona narahat olmamasını deyərək bu məsələnin Prezident aparatında öz həllini tapmaq üzərində olduğunu, Prezident aparatında işlədiyi yaxın adamının bu işi öz nəzarətinə götürməsini bildirmişdir. Lakin bu kimi söhbətlərin Maral tərəfindən bir neçə dəfə təkrarlandığını və Maralın onu aldatmasını bilib sonuncudan pulunu istədikdə, Maral ona aldığı pulu qaytaracağını bildirsədə lakin hər dəfə müxtəlif bahənələr gətirməyə başlamışdır. Bu məqsədlə, Bakı şəhərinə gəlib Maralın onu aldatması ilə bağlı 36-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı kəndin sakinidir və münasibətləri yaxşıdır. Belə ki, Kemran əkin işləri ilə məşğul olur və aralarında olan danışıq zamanı Kemran əkdiyi kələm toxumu bəhrə vermədiyindən “xxxx” şirkəti ona konpensasiya verməli olduğu halda ödəniş etmədiyini bildirmiş, bu məqsədlə Maral adlı bir qadınla tanış olmuş və həmin qadın ona Prezident aparatında yaxın tanışları olduğunu və həmin şəxslərin vasitəsilə “xxxx” şirkətindən dəymiş ziyanın ödənilməsi məqsədilə vəd verib, Kemrandan 1000 manat pul almasını, eyni zamanda işlər düzələndən sonra əlavə olaraq Maralın ondan 4000 manat alacağını göstərmişdir. O, bir neçə gündən sonra yenidən Kemranla kənddə görüşüb söhbət edərkən, Kemran ona Maralın onu aldatmasını və heç bir işinin düzəltməməsini ona bildirmişdir. Bundan sonra bir dəfə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsilə Maral adlı qadının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özünü təqdim edərək Marala, Kemranın kənd adamı olduğunu və əziyyət çəkərək halallıqdan əkin işi ilə məşğul olub ailəsini dolandırmasını, eyni zamanda Marala Kemrandan aldığı 1000 manat pulu qaytarmasını bildirmişdir. Maral ona cavab olaraq bu barədə Kemranla danışmasını və öz aralarında məsələni həll edəcəyini demişdir. Lakin bildiyinə görə bu günə kimi Maralın, Kemranın pulunu qaytarmamasını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2003-2004-cü ildən tanıyır, lakin sonuncu ilə heç bir qohumluq əlaqəsi yoxdur, Maralı normal bir qadın kimi tanımış, Maralla tanış olduqdan sonra mütəmadi olaraq bir-birlərinin yaşadıqları evlərinə gedib gəlişləri olmasını bildirmişdir. Zərərçəkmiş şəxs tanıyır, onunla dostluq münasibətləri var, Kamranla söhbət zamanı Maral adlı bir qadın tanışının olduğunu və iş görən xanım kimi tanıdğını deyərək hər-hansı bir işi olacağı halda müəyyən formada köməklik edə biləcəyini bildirərək, Maralın mobil telefon nömrəsini Kemrana vermişdir. Sonradan ona məlum olmuşdur ki, Maral Kemranın “xxxx” şirkətinin Xaçmaz filialından aldığı toxumun yararsız çıxması səbəbindən kompensasiya alınmasına köməklik göstərməsinə yalandan vəd verməklə 1000 manat pulunu ələ keçirmişdir. Həmin hadisə zamanı orada olmamış və görməmişdir, bu barədə sonradan öyrənib bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 15); ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2020-ci ilin avqust ayının sonunda ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs “xxxx” şirkətindən kompensasiya verilməsindən ötrü ondan 1000 manat alaraq ələ keçirdiyini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur(i.v. 19-21); üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq edib, 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs “xxxx” şirkətindən dəymiş ziyanın ödənilməsi məqsədilə Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrosunun yaxınlığında 1000 manat pul verməsini, lakin Təqsirləndirilən şəxs onu aldadaraq pulu ələ keçirməsini göstərmişdir(i.v.32-34); DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27.12.2005-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək 03 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. 29.09.2014-cü il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmü ilə CM-nin 244.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, 10.06.2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır. Bakı şəhər Nizami rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay islah işləri və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 22.05.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum ediilmiş, 25.04.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı ilə cərimə cəzası 06 ay islah işləri cəzası ilə əvəz olunmuşdur (i.v. 37-39); iş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1000 manat vəsaiti Zərərçəkmiş şəxs təqdim etmişdir(i.v.40); təqsirləndirilən şəxs qismində cəlb etmə barərə 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-52) ; qətimkan tədbirinin seçilməsi barədə 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 62-63); sübutların qiymətləndirilməsi haqqında 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi nəzərə alınmış, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlama protokolları sübut növü kimi qiymətləndirilmişdir ( i.v. 71-78). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İnqlab qızının törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs İnqlab qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs İnqlab qızı tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs İnqlab qızı ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini qeyd etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs İnqlab qızı Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İnqlab qızınını barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs İnqlab qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs İnqlab qızının barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-225/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-225/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver