Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-225/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayış evində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmə məqsədilə 13 noyabr 2023-cü il tarixdə saat 23:12-də ünvan 3 ünvanında yerləşən "Dəniz” uşaq baxçasının daş hasarını aşmaqla baxça binasının birinci mərtəbəsində yerləşən otağın pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olub həmin mərtəbənin digər-metodist kabinetinə keçərək baxçanın metodisti işləyən Zərərçəkmiş şəxs3 məxsus otaqdakı dolabda saxladığı 1.600 manat dəyərində 750 əyarlı 9 qramlıq bir cüt qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1600 (min altı yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 14 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Döngə 2, 110 saylı evin daş hasarını aşmaqla həyətə keçib evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında çarpayının altındakı saxlanc yeri hesab olunan qutunun içərisindən Zərərçəkmiş şəxs2 məxsus 600 manat dəyərində 585 əyarlı bir cüt qızıl sırğa və 700 manat dəyərində 750 əyarlı 01 ədəd qızıl kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 1.300 (min üç üz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 dekabr 2023-cü il tarixdə saat 17 radələrindən 19 radələrinədək olan vaxt ərzində Bakı şəhəri, Xətai rayonu, İ. Zülfiqarov küçəsi, 2942, 5 saylı mənzilə eyvanın açıq dəmir barmaqlıqlarından qapısı açıq olan mətbəxə qanunsuz daxil olub mənzilin yataq otağındakı saxlanc yeri hesab olunan dolabdan cəmi 500 manat olan 50 qəpiklik sikkələri, 15 ədəd 100 manat və 1 ədəd 20 manatlıq əskinazlar olan cəmi 1.520 manat nağd pulu, 500 manat dəyərində İtaliya istehsalı 750 əyarlı 5 qram olan 1 ədəd qızıl boyunbağını, 250 manat dəyərində Türkiyə istehsalı 585 əyarlı 3 qramlıq 1 ədəd qızıl boyunbağını, 300 manat dəyərində İtaliya istehsalı 750 əyarlı 3 qramlıq 1 ədəd qızıl qolbağını, 380 manat dəyərində gümüşdən 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq olan "Svarovski" markalı dəsti, 100 manat dəyərində üzərində qara əqiq qaşı olan olan 925 əyarlı 5 qramlıq 1 ədəd gümüş üzüyü, 100 manat dəyərində mavi rəngli firuzə qaşlı 1 ədəd gümüş üzüyü gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3.650 (üç min altı yüz əlli) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda əvvəl özünü təqsirli bilməyərək daha sonra isə qismən təqsirli bilərək göstərdi ki, yalnız bir epizod üzrə özünü təqsirli bilmir. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində nömrəsiz fərdi evdə kirayə yaşayır, əvvəllər məhkumluğu olmuşdur, evli olub boşansa da himayəsində azyaşlı övladı var. X1 və Zərərçəkmiş şəxs2 vurulmuş zərərləri istintaq dövründə müstəntiq vasitəsilə ödəmişdir. Digər hadisədən xəbəri yoxdur. Hadisə barədə polis əməkdaşları onu polis bölməsinə dəvət edən zaman məlumatı olmuş, 35-ci polis bölməsində verdiyi izahatda da qeyd olunan xüsusatları bildirmişdir. Bakı şəhəri, Xətai rayonu, İ.Zülfiqarov küçəsi 29/42 saylı binanın 5 nömrəli mənzilindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq hər hansı bir məlumatı yoxdur. Digər epizodlar üzrə zərərçəkən şəxslərlə barışmış və vurulan zərəri ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ev ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində əri Şahid ilə birlikdə ünvan 6 ünvanına toy məclisinə getmişlər. Həmin tarixdə saat 20 radələrində yaşadıqları ünvana qayıtmışlar. Həmin gün hər hansı bir şübhəli məqam hiss etməmişlər və bir gün keçdikdən sonra evin həyətində olan zaman əri Rəhman giriş qapısının yanında olan pəncərənin dəmir barmaqlıqlarının sındırılmasını aşkar etdiyini bildirmiş, daha sonra o evə girərək ətrafa baxaraq yataq otağında olan çarpayının altındakı qutunu açdıqda içərisindən ona məxsus 1 cüt Rusiya istehsalı 585 əyyarlı, 600 azn dəyərində qızıl sırğa və 1 ədəd İtaliya istehsalı 750 əyarlı, 700 manat dəyərində qızıl kulonun oğurlanmasını aşkar etmişdir. Lakin ətraf dağınıq olmadığından evdə olmadıqları gün yəni xx.xx.2023-cü il tarixdə 17-20 aralığında oğurluq edilməsini bilməmişlər. Onlar yaşlı olduqları üçün və ilk dəfədir ki belə hadisə baş verdiyinə görə kürəkənləri X8 bu barədə mobil telefonla məlumat vermişlər, Emil pəncərəyə və oğurluq baş verən hissələrə toxunmamalarını, özü gəldikdə polisə məlumat verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Emil yaşadıqları ünvana gəlmiş və DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Hadisə nəticəsində ona 1300 manat maddi ziyan dəymişdir. Həmçinin o təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmiş və aralarında barışıq əldə olunmuşdur. Cəza təyin edərkən barışığın alınmasını və ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, ünvan 7 ünvanında yaşayır, yaşadığı mənzil 2-ci mərtəbədə yerləşir və 1-ci mərtəbədə üstü örtülü şəkildə baxça mövcuddur. 10 dekabr 2023-cü il tarixdə saat 17 radələrində o azyaşlı övladını götürərək alış-veriş etmək üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığına getmiş, evdən çıxan zaman qapını bağlasa da mətbəxə bitişik olan eyvanın pəncərənin çölündə olan dəmir barmaqlıqlar açıq vəziyyətdə olmuş, saat 19 radələrində mənzilə daxil olduqda eyvanın qapısının çırpılmasını eşitmiş və yataq otağına daxil olarkən dolabın qapısının açıq olmasını, ətrafın dağınıq olmasını görmüşdür. Daha sonra mənzilə baxdıqda yataq otağında olan dolabın rəfində olan içərisində 500 manat məbləğində 50 qəpiklik dəmir pullar olan qutunun, içərisində 15 ədəd 100 manatlıq əskinaz və 1 ədəd 20 manatlıq əskinazdan ibarət 1520 manat pul olan pul kisəsinin, 1 ədəd 500 manat dəyərində İtaliya istehsallı 750 əyarlı 5 qram olan qızıl boyunbağının, 1 ədəd 250 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 3 qramlıq boyunbağının, 1 ədəd 300 manat dəyərində İtaliya istehsallı 750 əyarlı 3 qramlıq qolbağın, 1 ədəd "Svarovski" markasına 380 manat dəyərində olan içərisində 1 ədəd gümüş üzük, 1 ədəd gümüş boyunbağı, 1 ədəd gümüş qolbağdan ibarət dəstin, 1 ədəd üzərində qara əqiq qaşı olan 100 manat dəyərində olan 925 əyarlı 5 qramlıq gümüş üzüyün, 1 ədəd mavi rəngli firuzə qaşlı 100 manat dəyərində gümüş üzüyün oğurlanmasını aşkar etmişdir. Daha sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları mənzilə yaxınlaşmışlar. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. Uzun müddətdir ki, ünvan 9 ünvanında yerləşən "Dəniz” uşaq baxçasında metodist olaraq işləyir. xx.xx.2023-cü il tarixdə keçirilən tədbir zamanı üzərində olan, İtaliya istehsalı, 750 əyyarlı, 9 qram çəkidə, 1600 AZN dəyərində olan 1 cüt qızıl sırğanı metodist otağındakı dolabın rəfində olan fincanın içərisinə qoymuş, xx.xx.2023-cü il tarixdə səhər saatlarında işə getdikdə həmin sırğanı aşkar etməmiş, ardınca ətrafa baxdıqda bəzi əşyaların yerinin dəyişməsi və bir neçə boş qutunun açılmış şəkildə olmasını görmüş, müşahidə kameralarına baxdıqda naməlum şəxsin xx.xx.2023cü il tarixdə 23:15 radələrində baxçaya daxil olaraq həmin sırğanı götürüb cibinə qoymasını aşkar etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında təqdim etdiyi 14 may 2024-cü il tarixli ərizəsindən görünür ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmişdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadə verərək arvadı Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələr ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 27 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (İ cild, i.v.1) - 10 dekabr 2023-cü il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, l.Zülfiqarov küçəsi 29/42 saylı binanın 2ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilidir. Qeyd olunan mənzilə eyvanda olan dəmir barmaqlığın açıq olmasından istifadə edilib daxil olunaraq yataq otağındakı dolabdan pul və qızıl zinət əşyaları oğurlanmışdır; (İ cild, i.v.10-11) - 02 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; (İ cild, i.v.21) - 27 yanvar 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; (İ cild, i.v.29) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 18 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-55/2-47908/2023 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yaşayan vət.Zərərçəkmiş şəxs1 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİyə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (İAMAS bankında olan) xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş Zərərçəkmiş şəxs1 sağ əlinin şəhadət, adsız və sol əlinin böyük barmağlarının (şüşəli şkafdan götürülmüş) əksi ilə və digər 01 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (yataq otağının şkafından götürülmüş) əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir; (İ cild, i.v.34) - 06 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, həmin iş üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir; (İ cild, i.v.36) - 06 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, eyni icraatda birləşdirilmiş cinayət işləri ********* nömrə altında istintaq edilməsi qərara alınmışdır; (İ cild, i.v.40-41) - 12 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (İ cild, i.v.45) - 16 noyabr 2023-cü il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, döngə 2 ünvanında yerləşən 110H saylı fərdi yaşayış evidir. Fərdi yaşayış evinin hasarından içəri daxil olunaraq giriş qapısının yanında olan pəncərənin dəmir barmaqlığı sındırılaraq yataq otağından qızıl zinət əşyaları oğurlanmışdır; (İ cild, i.v.57) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-55/2-44597/23 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs2 Hörmət qızına məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023cü il tarixdə KTİ- yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankında BƏSİİ və Xətai RPİ-dən daxil olan) xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (02 dəfə, №1-pəncərənin qulpu və alt hissəsi üzərindən götürülüb) barmağının əksi, 01 ədədi isə xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş Şahid sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir; (İ cild, i.v.63) - ünvan 5 ünvanı yaxınlığında xx.xx.2023-cü il tarixdə qeydə alınmış video görüntünü əks etdirən 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir; (İ cild, i.v.66) - 12 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin görüntülərdən 27 saniyəlik görüntüdə oğurluq baş vermiş evin küçəsinin əks tərəfində xx.xx.2023-cü il tarixdə saat 18.11-də oğurluq hadisəsi baş vermiş, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi döngə 2 küçəsinin əks tərəfində olan aptekin qarşısı ilə, boz rəngli papaq, qara rəngli gödəkçə və mavi rəngdə cins şalvar geyinmış şəxsin oğurluq hadisəsi baş vermiş ünvana tərəf getdiyi, 108 saniyəlik görüntünün 62-ci saniyəsində həmin şəxsin yol ayrıcına yaxınlaşdığı, cibindən görüntüdə tam dəqiq görsənməyən əşyanı çıxarıb əlinin içində baxdığını sonradan yenidən cibinə qoyduğunu və zığ yolu istiqamətində piyada getdiyi, 76 saniyəlik görüntüdə isə həmin şəxsin polad həşimov küçəsində marketləriun birində milli ön aparatının qarşısında ödəniş etdiyi müşahidə olunur; (İ cild, i.v.67) - 12 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; (İ cild, i.v.70-71) - 13 dekabr 2023-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmiş və araşdırması davam etdirilmişdir; (İ cild, i.v.107) - xx.xx.2023-cü il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, hadisə yeri ünvan 12 ünvanında yerləşən "Dəniz” uşaq baxçasıdır. Naməlum şəxs binanın 2-ci mərtəbəsində yerləşən yataq otağının pəncərəsindən içəri daxil olaraq metodist otağında olan dolabdan 1 cüt qızıl sırğanı oğurlamışdır; (İ cild, i.v.115-116) - ünvan 12 ünvanında yerləşən “Dəniz” uşaq baxçasında əldə edilmiş video görüntünü əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir; (İ cild, i.v.121) - 13 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 05 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayllara baxış keçirdikdə bir nəfər qara gödəkcəli ağ papaqlı şəxsin xx.xx.2023-cü il tarixdə saat 23:05də ünvan 12 ünvanında yerləşən "Dəniz” uşaq baxçasının binası ətrafında gəzərək ətrafa baxması, saat 23:12 də baxçanın yataq otağının pəncərəsindən içəri daxil olaraq baxçanın metodist otağına daxil olub orada yerləşən dolabın rəflərini və ətrafı axtarması, saat 23:27də isə yenidən yataq otağındakı pəncərədən çölə çıxması öz əksini tapmışdır; (İ cild, i.v.130) - 13 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; (İ cild, i.v.133-134) - 13 dekabr 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir; (İ cild, i.v.147-148) - 14 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (İ cild, i.v.150-151) - 14 dekabr 2023-cü il tarixli vəsatətin rədd edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs vəsatəti təmin edilmədən rədd edilmişdir; (İ cild, i.v.169-170) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 4(011)- 765/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır; (İ cild, i.v.177-182) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 X16 canlı şəxsin ekspertizasına dair 1396 №li 29 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs sağ yanaq nahiyəsinin əzilmiş səthi yarası, sağ baldırın sıyrığı, sağ aşıq-baldır oynağı nahiyəsinin şişkinli-qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 3-4 günə qədər əvvələ uygun gərirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində alınması və ya özü tərəfindən yetirilmələri istisna edilmir; (İ cild, i.v.188-190) - 10 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət hadisəsi olmadığı müəyyən edildiyindən 669-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir; (İ cild, i.v.193-195) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 5(011)-94/2024 saylı qərarının surətindən görünür ki, vəsatət təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə 12 avqust 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixə qədər olan müddət ərzində X5 ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-** saylı mobil nömrələrindən qeyd olunan tarixlərdə aktiv olan mobil nömrəsinə daxil olan, həmin nömrələrdən xaric olan zənglərin nömrəsini, mesajlar və antena dairələrini, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların ələ keçirilməsi qərara alınmışdır. Qərarın icrası "Bakcell” MMC və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilmişdir; (İ cild, i.v.215) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 5(011)-92/2024 saylı qərarının surətindən görünür ki, vəsatət təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə 12 avqust 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixə qədər olan müddət ərzində X5 ***-***-**-** saylı mobil nömrəsinə daxil olan, həmin nömrələrdən xaric olan zənglərin nömrəsini, mesajlar və antena dairələrini, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların ələ keçirilməsi qərara alınmışdır. Qərarın icrası "Azerfon” MMC və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilmişdir; (İ cild, i.v.217) - "xxxx" MMC tərəfindən daxil olmuş 14 fevral 2024-cü il tarixli məktubdan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir; (İ cild, i.v.219) - "xxxx" MMC tərəfindən daxil olmuş 14 fevral 2024-cü il tarixli məktubdan görünür ki, 558952800, 553049065, 552839735, ********* və ********* saylı mobil nömrələr sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə edilməmişdir; (İ cild, i.v.220) - "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir; (İ cild, i.v.221) - 29 fevral 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd "CD" formatlı diskin üzərində ağ fonun üzərində "xxxx" sözləri yazılmışdır. Həmin disk Xətai RPİ-nin müvəqqəti saxlama yerində olan “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda müvafiq olaraq yuxarıda qeyd olunan mobil nömrələrə dair mobil nömrənin şəbəkədə olduğu zaman anten dairəsi, yerləşdiyi inzibati ərazi vahidi, həmçinin həmin nömrələrə daxil olmuş və çıxmış zənglər, mobil nömrələr və həmin mobil nömrələrin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. Fayllara baxış keçirdikdə ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək istifadə olunması, ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə olunması, ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadədə olunması qeyd olunmuşdur. "Zənglərin_Detallasması_**********5818_55312880" adlı fayla daxil olduqda 055- ***- **-** mobil nömrəsinin 2023-cü ilin noyabr-dekabr ayları ərzində işlək olduğu müəyyən edilmiş və həmin mobil nömrənin şəbəkədə olduğu zaman anten dairəsi, yerləşdiyi inzibati ərazi vahidi əks olunmuşdur. Qeyd olunan fayla baxış keçirdikdə xx.xx.2023-cü il tarixdə saat 23:07 dəqiqədə qeyd olunan mobil nömrənin anten dairəsinin Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində olması, xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov (Naximov) küçəsində olması, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, İ. Zülfiqarov küçəsində olması öz əksini tapmışdır; (İ cild, i.v.230) - 29 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (İ cild, i.v.235-237) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 3-16-16/2-3/292 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmış "DVD-R" tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün anatomik elementlərindən sifət cizgiləri, qaşları, gözləri, göz qapaqları, dodaqları, ağzı, burun-dodaq süzgəci, burun kürəkləri, burun sonluğu, burun əsası əks olunmadığından, digər elementləri isə sifətin ümumi konfiqurasiyası, saçı, qulaq seyvanı, çənəsi, yanaqları tam və aydın əks olunmadığından və həmin elementlər eyniləşdirmə gör tədqiqatı üçün kifayət qədər məcmu (kompleks) təşkil etmədiyindən eyniləşdirmə tədqiqatı üçün yararsızdır; (İİ cild, i.v.4-8) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 3-16-16/2-3/291 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2,3,5 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri, 4 saylı daktilolentin səthindəki ovuc izi və 6 saylı daktilolentin səthindəki "a", "b","c","d" əl-barmaq izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,5,6 saylı daktilolentlərin səthindəki ovuc izləri, 2 saylı daktilolentin səthindəki "a", "b" al-barmaq izləri, 3,4,7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və 8,9 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2,4,5,6 saylı daktilolentlərin saylı daktilolentin səthindəki papilyar naxış izləri, 7,8,9,10 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2,3,4,5,6,7,8,9 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 10,11,12,13,14,15,16,17,18 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yararsızdır. - Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 və 2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin baş barmağından və 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ əlinin ovucundan qalmışdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 3,5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki ovuc izi və 6 saylı daktilolentin səthindəki "a","b", "c","d" əl-barmaq izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 5,6 saylı daktilolentlərin səthindəki ovuc izləri, 2 saylı daktilolentin səthindəki "a","b" əl-barmaq İzləri, 3,4,7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və 8,9 saylı daktilolentlərin səthindəki papilyar naxış izlərinin Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır; (İİ cild, i.v.9-23) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4(011)-189/2024 saylı qərarının surətindən görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay 01(bir) olmaqla, yəni 06 aprel 2024-cü il tarixədək uzadılması qərara alınmışdır; (İİ cild, i.v.31-36) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 21 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai RM-nin qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-cü il tarixdə cəza müddəti başa çatmışdır; (İİ cild, i.v.41-44) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 1(011)-219/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 30 aprel 2020-ci il tarixindən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir; (İİ cild, i.v.46-58) - şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, 16 noyabr 2016-cı il təvəllüdlü X2 Bəxtiyar Səfər oğlunun övladıdır; (İİ cild, i.v. 64-65) - Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdiyi 14 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmiş və aralarında barışıq əldə olunmuşdur. Cəza təyin edərkən barışığın alınmasını və ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs3 məhkəmə iclasında təqdim etdiyi 14 may 2024-cü il tarixli ərizəsindən görünür ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmişdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlərin ikisi ilə barışıq əldə edilməsini və dəymiş ziyanın ödənilməsini, əməlindən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 12 dekabr 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 03 ədəd DVD disk və ünvan 13 ünvanından və ünvan 14ülmüş əl-barmaq izləri və daktilolentlər cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 322,11 (üç yüz iyirmi iki manat on bir qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (altmış) saat iş saatına görə 300 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - 03 ədəd DVD disk və ünvan 13 ünvanından və ünvan 14ülmüş əl-barmaq izlərinin daktilolentləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 322,11 (üç yüz iyirmi iki manat on bir qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 (altmış) saat üçün nəzərdə tutulan 300 (üç yüz altmış) pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-225/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-225/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver