Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-226/2020 12.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixində saat 19:00 radələrində ünvan 2 ünvanında yerləşən “Bahar” adlı kafenin çıxışında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifətindən yumruqla vuraraq, ona “üst çənədən mərkəzdən solda İİİ-cü (23-cü diş) dişin travmatik düşməsi ilə müşaiyət olunan burnun sol yan səthini, sol yanağı və sol burun dodaq-büküşü nahiyyəsini əhatə edən yumşaq toxumanın hematoması, sağ bazunun, sol mədəüstü nahiyyənin qançırları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18:45 radələrində ünvan 3 ünvanında yerləşən “Bahar” adlı kafeyə spirtli içki qəbul etmək üçün getmişdir. O, kafeyə daxil olarkən çoxdan tanıdığı Zərərçəkmiş şəxs Salam oğlunu orada görmüş və o, kafedə onunla salamlaşmış və ona “nuş olsun” deyərək özü başqa masaya əyləşib spirtli içki olan pivə sifariş etmişdir. Təxminən 10 dəqiqədən sonra Rövşən onu kobud tərzdə öz masasına dəvət etmiş və o, da ona yaxınlaşaraq danışığına fikir verməsini bildirmişdir. Həmin vaxt onların arasında sözlü mübahisə baş vermişdir. Bu zaman kafeni işlədən Gülbahar xanım onlara yaxınlaşaraq onlardan kafenin içərisində mübahisə etməməyi və kafedən çıxmaqlarını istəmişdir. O, Rövşənlə kafedən çıxdıqda kafenin girişindəki pilləkənlərdə, Rövşən ona qarşı nalayiq ifadə işlətmiş və o, əsəbləşərək qəsdən Rövşənin üz nahiyəsindən birdəfə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, himayəsində iki az yaşlı uşağı olduğunu nəzərə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18:00 radələrində ünvan 4 ünvanında yerləşən “Bahar” adlı kafeyə şam yemeyi yemək və spirtli içki qəbul etmək üçün getmişdir. O, kafedə olarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs kafeyə gələrək ona salam verərək “nuş olsun” demiş və yan masaya əyləşərək özünə spirtli içki olan pivə sifariş etmişdir. Təxminən 10 dəqiqə sonra o, İlqarı öz masasına dəvət etmişdir. İlqar masasından duraraq onun masasına yaxınlaşmış və ona danışıq tərzinin düzəltməyni istəmişdir. Həmin vaxt onların arasında kiçik sözlə mübahisə yaşanmışdır. Bu vaxt kafenin içərisindən bizdən başqa müştəri yox idi lakin kafeni işlədən Gülbahar xanım mətbəxdə idi. Bir neçə dəqiqə sonra Gülbahar xanım onların yanına gələrək burada mübahisə etməməlirini və kafeni tərk etməklərini xahiş etmişdir. O, İlqarla kafeni tərk edib gedərkən o, qarşıda İlqar isə onun arxasınca gəlirdi. Onlar pilləkənlərdən qalxan zaman aralarında yenidən anlaşılmamazlıq yaranmış və bu zaman İlqar yumruqla onun üzündən vurmudur. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Bakı şəhəri Xətai rayonu, Babək prospekti 78 ünvanında yerləşən “Bahar” adlı kafeni təxminən 7 aydır icarəyə götürüb işlədir. O, xx xxxx 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində müştəri olan Rövşən və İlqarın sözlü mübahisə etdiklərinə şahid olmuş və o, dərhal onlara kafenin içərisində mübahisə etməmələrini kafedən çıxmaqlarını istəmişdir. Onlarda kafenin qapısından çıxaraq pilləkənlərin olduğu dəhlizə getmişlər, daha sonra isə o, onları görməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli, 621 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst çənədən mərkəzdən solda İİİ-cü (23-cü diş) dişin travmatik düşməsi ilə müşaiyət olunan burnun sol yan səthini, sol yanağı və sol burun dodaq-büküşü nahiyyəsini əhatə edən yumşaq toxumanın hematoması, sağ bazunun, sol mədəüstü nahiyyənin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 54-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs təqsirli olmasını özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 384.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərardan, 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-226/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-226/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver