Məhkəmə qərarları › İş №1(011)-226/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-226/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-226/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,881 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 31 yanvar 2025-ci il tarixdə saat 18:07-də Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,881 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir ki, psixotrop maddə istifadə etmişdir. Psixotrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. 30 yanvar 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb psixotrop maddə almaq məqsədi ilə NZS qəsəbəsinə gedərək üzdən tanıdığı lakin adını və anket məlumatını bilmədiyi şəxsə 30 manat pul verərək istifadə etmək məqsədi ilə bir büküm metamfetamin alıb yaşadığı evə gəlmişdir. Aldığı psixotrop maddənin bir qədərini istifadə edib qalanını isə əynində olan şalvarın cibinə qoymuşdur. 31 yanvar 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxıb General Şıxlinski küçəsi 50 saylı ünvanın qarşısından keçib gedən zaman 3 nəfər mülki geyimdə olan əvvəllər tanımadığı şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək, onun üzərinə videogörüntü ilə baxış keçirəcəklərini bildirən zaman o, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlə barədə soruşulduqda «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını və özü istifadə elmək məqsədi ilə alıb üzərində daşıyaraq, saxladığını bildirmişdir. Sonra həmin maddə zərfə qoyularaq qablaşdırılmış, o, da iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gəlmiş və orada təhqiqatçı dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrini izah edərək bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokollara imza etmiş və şübhəli şəxs qismində tutulmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 yanvar 2025-ci il tarixdə saat 18 radələrində o, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılıb Tural adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edərək üzərində saxlayaraq daşıması, həmçinin Tural adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gəlmişlər. Orada Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsini daşıyır. 31 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılıb Tural adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edərək üzərində saxlayaraq daşıması, həmçinin Tural adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 4 olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan patı və şüşə kimi bildiyi psixotrop maddə metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 1,03 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X1 xidməti otağına gətirilmiş, orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı İlahi Heydərova təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamış, həmçinin Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yalnız psixotrop maddələrin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamin onlar özlərində olan elektron tərəzi ilə çəkilmiş və psixotrop maddənin çəkisində fərq olmuşdur. Belə ki, psixotrop maddə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində psixotrop maddə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsini daşıyır. 31 yanvar 2025-ci il tarixdə saat 18 radələrində o, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Rakif oğlundan ibarət əməliyyat qrupu yaradılıb Tural adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edərək üzərində saxlayaraq daşıması, həmçinin Tural adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 4 olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan patı və şüşə kimi bildiyi psixotrop maddə metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 1,03 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X1 xidməti otağına gətirilmiş, orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı İlahi Heydərova təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 31 yanvar 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofanda olan bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki qara rəngli qış gödəkçəsinin sağ cibindən “Samsung” markalı telefon aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəkinin “patı”, “şüşə” olduğunu, həmin maddəni xx.xx.2024-ci il tarixdə saat 17 radələrində Xətai rayonu, NZS qəsəbəsində üzdən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1.03 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs və tərəflərindən imzalanmışdır. Üstünü yoxlama ünvan 5 ünvanında keçirilmişdir (i.v. 18-20); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində kristal şəkilli maddə olan 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Sonra həmin içərisində maddə olan büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd “CD-R” formatlı diskə HP-1187 markalı kompyuterdə baxış keçirilmişdir. “CD-R” formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində kristal şəkilli maddə olan 01 ədəd şəffaf sellofan bükümün aşkar olunması, Təqsirləndirilən şəxs “metamfetamin” aşkar olunması barədə bildirməsi əksini tapmışdır (i.v. 18-20); şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:07-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/430/2025 nömrəli, 01 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154”-li dairəvi “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,881 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (i.v. 44-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55-57); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 70-71); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 72-73); maddi sübut kimi tanınma haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.881 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.831 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir (i.v. 80-81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 93); “DVD-R” diskə baxış keçirilməsi haqqında 15 fevral 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 31 yanvar 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 94-95, 97-98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1086 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 101-102); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, maddi sübutun tanınması qərarları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 124-133); Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da Xətai RPİ-nin MSY-nə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə, saat 18:30-da MSY-dən azad edilmişdir. Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofanda olan bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki qara rəngli qış gödəkçəsinin sağ cibindən “Samsung” markalı telefon aşkar olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “patı”, “şüşə” olduğunu, həmin maddəni xx.xx.2024-ci il tarixdə saat 17 radələrində Xətai rayonu, NZS qəsəbəsində üzdən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilir və çəkisinin 1.03 qram olması müəyyən edilir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində kristal şəkilli maddə olan 01 ədəd şəffaf sellofan büküm aşkar olunur. Sonra həmin içərisində maddə olan büküm yenidən qablaşdırılıb möhürlənir. Daha sonra 01 ədəd “CD-R” formatlı diskə HP-1187 markalı kompyuterdə baxış keçirilir. “CD-R” formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində kristal şəkilli maddə olan 01 ədəd şəffaf sellofan bükümün aşkar olunması, Təqsirləndirilən şəxs “metamfetamin” aşkar olunması barədə bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.881 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 31 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.881 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.831 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2anında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.881 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.831 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar