Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-227/2020 11.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla ünvan 1 A ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı ünvan 1 A saylı ünvanın qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs baş nahiyyəsinə yumruq zərbəsi ilə vuraraq ona başın alın nahiyəsinin sağ yan səthinin sağ qaş qövsü nahiyyəsini əhatə edən yumşaq toxumasının hematoması, sağ üst göz qapağının qançırı, sağ göz almasının selikli qişasına qansızma, sol qabırğaalt nahiyyənin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs Xətai rayonu Zığ yolu 29/29 ünvanında yerləşən “Nur” mərasim zalını icarə əsasında işlətmiş, o da həmin mərasim zalında 2015ci ildən 2020-ci ilin fevral ayınadək inzibatçı vəzifəsində çalışmışdır. xx xxx 2020-ci il tarixdə işlədiyi yerdə Ülvidən şəxsi istifadəsi üçün mobil telefon istəmiş, Ülvi də özünə məxsus olan, lakin istifadə etmədiyi sadə funksiyallı “Nokia” markalı mobil telefonu müvəqqəti istifadə etməsi üçün ona vermişdir. Bundan başqa, Nurlan özünə məxsus gümüş boyunbağısını da iki günlük müddətə ona vermiş, lakin az yaşlı oğlu Ayxan həmin boyunbağını sındırdığı üçün o, Ülviyə həmin boyunbağının dəyərində 25 (iyirmi beş) manat pulu ona olan borcundan çıxmasını söyləmişdir. xx.xx.2020-ci il tarixdə işdə olduğu üçün Ülvinin zənglərinə cavab verə bilməmiş, nahar etmək üçün evə getdiyi zaman, saat təxminən 15:30 dəqiqədə Ülvi ona zəng edərək ona evlərinin qarşısında olduğunu söyləmiş, o, evin qapısına çıxdığı zaman Ülvini görmüş və ona mobil telefonu geri qaytarmışdır. O, Ülviyə zəng edən zaman nə üçün onu təhqir etməsini soruşmuş, Ülvi isə ondan boyunbağını istəmiş və o, əsəbləşərək qəsdən yumruqla onun sağ qaşının yuxarısına vurmuş və həmin dəqiqə mübahisənin uzanmaması üçün evə girmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkim şəxs Zərərçəkmiş şəxs Tofiq oğlu ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs oğlu həmin ifadəsində göstərmişdir ki,2015-ci ildən etibarən Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, o, Xətai rayonu Zığ yolu 29/29 ünvanında yerləşən "Nur” mərasim zalını icarə əsasında işlətmiş, Nurlan orada 2015-ci ildən 2020-ci ilin fevral ayınadək inzibatçı vəzifəsində çalışmışdır. xx xxx 2020-ci il tarixdə işlədiyi yerdə Nurlan ondan özünün istifadə etməsi üçün mobil telefon istəmiş, o da özünə məxsus olan sadə funksiyalı “Nokia” markalı mobil telefonu müvəqqəti istifadə etməsi üçün ona vermişdir. Həmin tarixdə Nurlan boynunda olan gümüş boyunbağını da iki günlük müddətə istifadə etməsi üçün istəmiş və o, boyunbağını da Nurlana vermiş, lakin 21.05,2020-ci il tarixdə o, Nurlandan həmin gümüş boyunbağını istəsə də Nurlan ona azyaşlı oğlu Ayxanın boyunbağını sındırmasını söyləmişdir. O, buna baxmayaraq Nurlandan boyunbağının qırılmış hissələrini istəsə də, Nurlan həmin boyunbağını ona qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə o, Nurlanın istifadə etdiyi (055)- 290-41-00 saylı mobil nömrəsinə dəfələrlə zəng etsə də, Nurlan onun telefon zənglərinə cavab verməmiş, o da Nurlanın bu hərəkətlərinə əsəbiləşərək onun yaşadığı ünvana getmiş və evin qarşısında Nurlanın mobil nömrəsinə yenidən zəng etmişdir. Bu vaxt Nurlan onun zənginə cavab vermiş və bir neçə dəqiqədən sonra həyətin qapısına çıxmışdır. Nurlan mobil telefonu ona vermiş və onuna mübahisə etməyə başlamış, mübahisə edən zaman Nurlan qəsdən yumruq zərbəsi ilə onun sağ qaşının yuxarısına vurmuş, o, həmin vaxt oradan 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, Nurlan isə qaçaraq oradan uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında CMnin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilimiş icraat aparılmışdır (i.v.01); şəxsin zərərçəkmiş qismində tanınması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və X4 Hüquqi şəxsin, canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 620 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- başın alın nahiyəsinin sağ yan səthinin sağ qaş qövsü nahiyyəsini əhatə edən yumşaq toxumasının hematoması, sağ üst göz qapağının qançırı, sağ göz almasının selikli qişasına qansızma, sol qabırğaalt nahiyyənin qançırı müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər,müddəti qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlmiş dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olansağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.12-13); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.48); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hər tərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyərək, Zərərçəkmiş şəxs ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-227/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-227/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver